Azərbaycan Respublikası adından QƏRAR İş № e-2-1(120)-1435/2023 05.07.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “əmək kitabçasında işdən çıxmağı barədə müvafiq qeydlər aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı Cavabdehnə qarşı “əmək kitabçasında işdən çıxmağı barədə müvafiq qeydlər aparılması və istifadə edilməyən məzuniyyətin kompensasiya şəklində ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq icraata qəbul edilmiş sayılmışdır. Sonradan İddiaçı nümayəndəsi (vəkili) Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinə “əmək kitabçasında işdən çıxmağı barədə müvafiq qeydlər aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddia tələni onunla əsaslandırılmışdır ki, İddiaçı 03 aprel 1991-ci il tarixindən 29 sentyabr 2017-ci il tarixə kimi Beyləqan rayonu, Birinci Şahsevən kəndi 1 saylı Körpələr evi-uşaq evində tərbiyəçi vəzifəsində işləmişdir. İşdən çıxarılandan sonra iddiaçının əmək kitabçasında işdən çıxarılma barədə müvafiq qeydlər aparılmamışdır. Beyləqan rayonu, Birinci Şahsevən kəndi 1 saylı Körpələr evi-uşaq evinin müdiri tərəfindən bununla bağlı qeyd aparmaqdan imtina edir. Həmçinin İddiaçı işlədiyi müddətdə əmək məzuniyyətində olmamış və bununla bağlı yəni məzuniyyətdə olmadığına görə kompensasiya ödənilməmişdir. İddiaçı işlədiyi müddətdə əmək məzuniyyətində olmamış və bununla bağlı yəni məzuniyyətdə olmadığına görə kompensasiya ödənilməmişdir. İddiaçı əmək kitabçasında işdən çıxarılma barədə müvafiq qeydlərin aparılması və məzuniyyətdə olmadığına görə kompensasiya ödənilməsinə görə cavabdehə dəfələrlə müraciət etsədə müaciətlər cavabsız qalmışdır. Qeyd olunanların nəzərə alınaraq iddia ərizəsinin təmin olunması barədə qərar çıxarılması xahiş olunmuşdur. Cavabdeh iddiaya qarşı etiraz verərək, etirazı onunla əsaslandırmışdır ki, Beyləqan rayonu Birinci Şahsevən kənd sakini İddiaçı 1991-ci il tarixdən Beyləqan rayonu Birinci Şahsevən kənd 1 saylı Körpələr evi uşaq bağçasında tərbiyəçi vəzifəsində işləmişdir. 65 yaşı tamam olduğuna görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "e" bəndinə əsasən Beyləqan rayon İcra hakimiyyəti başçısının 29 sentyabr 2017-ci il tarixli, 295 nömrəli əmri ilə işdən azad olunmuşdur və ona 289.80 manat son hesab ödənilmişdir. Qeyd edirik ki, 2011-ci ildə Azərbaycan Respublikası Prezidentin sərəncamı ilə məktəbəqədər təhsil müəssisələri, uşaq bağçaları Azərbaycan Respublikası Təhsil Nazirliyinin balasından çıxarılaraq yerli icra hakimiyyətlərinin tabeliyinə verilmişdir. Həmin dövrdə əmək kitabçası İddiaçı olduğuna görə ona dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq əmək kitabçasını rayon İcra hakimiyyətinə təhvil verməmişdir. Buna görədə onun əmək kitabçasında işdən çıxmağı barədə müvafiq qeydlərin aparılması mümkün olmamışdır. "Azərbaycan Respublikası Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2006-cı il 3 mart tarixli 77-İİİQD nömrəli Qanunu ilə Əmək Məcəlləsinin 135-ci maddəsində dəyişiklik edilərək müəyyən edilmişdir ki, işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə, ona istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Həmçinin "Azərbaycan Respublikası Əmək məcəlləsində dəyişiklik edilməsi barədə" 2006-cı il 19 dekabr tarixli 204-İİİQD nömrəli Qanunda da göstərilir ki, bu Qanun qüvvəyə minənədək işçi tərəfindən iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə (məzuniyyətlərinə) görə, işçiyə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 135-ci maddəsində nəzərdə tutulmuş kompensasiya ödənilir. Belə ki, əmək müqaviləsinə xitam verilmiş işçilərə son haqq-hesabın verilməsi Əmək Məcəlləsinin 83- cü və 144-cü maddələri ilə tənzimlənərək sonuncu iş günü işçiyə verilməlidir. Bu halla bağlı hər hansı bir mübahisə yarandığı təqdirdə Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən işçinin öz hüquqlarının bərpa edilməsi üçün 1 (bir) il müddətində məhkəməyə müraciət etmək hüququ vardır. Beləliklə iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddiaçı cavabdeh Beyləqan rayon İcra hakimiyyətinə qarşı "əmək kitabçasında işdən çıxmağı barədə müvafiq qeydlər aparılması və istifadə edilməyən məzuniyyətin kompensasiya şəklində ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə tələbinə dair iddiasının təmin edilməyərək mümkünsüz sayılması barədə qərar qəbul edilməsi xahiş etmişlər. Məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа tərəflərə məlumаt vеrilməsinə bахmаyаrаq, iddiaçı və cavabdehin nümayəndəsi gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmənin keçmiş iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddianın əsaslılığı : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.2-c maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Məhkəmənin qənaətinə görə iddiaçının əmək kitabçasında işdən çıxmağı barədə müvafiq qeydlər aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələb etməkdə haqlıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan Beyləqan rayon İcra hakimiyyəti başçısının Birinci Şahsevən kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 173 nömrəli Beyləqan rayon Birinci Şahsevən kənd sakini İddiaçı 1991 -ci il tarixdən Beyləqan rayon Birinci Şahsevən kənd 1saylı körpələr evi uşaq baxçasında tərbiyəçi vəzifəsində işləmişdir. 65 yaşı tamam olduğuna görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən 29 sentyabr 2017-ci il tarixində Beyləqan rayon İcra Hakimiyyəti başçısının 295 №-li əmrinə ilə işdən azad olmuşdur. Ona 289.80 manat son hesab ödənilmişdir. İş materiallarında olan Beyləqan rayon İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli, 295 saylı əmrinin təsdiq olunmuş surətindən görünür ki, 29 sentyabr 2017-ci il tarixdən Beyləqan rayon Birinci Şahsevən kənd 1 saylı Körpələr evi-uşaq bağçasının tərbiyəçisi İddiaçı 65 yaşı tamam olduğuna görə tutduğu vəzifədən azad edilmişdir. İş materiallarında olan Beyləqan rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, 4/280 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən 03 aprel 1991-ci il tarixdən, 29 entyabr 2017-ci il tarixədək Beyləqan rayonu Birinci Şahsevən kənd 1 saylı Körpələr evi-uşaq baxcasında tərbiyəçi vəzifəsində işləmiş, 29 sentyabr 2017-ci il tarixdə 65 yaşı tamam olduğu üçün həmin vəzifədən azad edilmişdir. İş materiallarında olan Beyləqan rayon Birinci Şahsevən kənd 1 saylı Körpələr evi-uşaq bağçasının arayışının əslindən görünür ki, Beyləqan rayon Birinci Şahsevən kənd sakini İddiaçı, ondan ötəri ki, həqiqətən 03 aprel 1991-ci il tarixdən Beyləqan rayon Birinci Şahsevən kənd 1-saylı Körpələr evi-uşaq baxçasına Tərbiyəçi təyin edilib, həmin tarixdən 29 Sentyabr 2017-ci il tarixədək baxçada Tərbiyəçi vəzifəsində işləmişdir. 29 Sentyabr 2017-ci il tarixində 65-yaşı tamam olduğu üçün həmin vəzifədən azad edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı həqiqətən 03 aprel 1991-ci il tarixdən, 29 sentyabr 2017-ci il tarixədək Beyləqan rayonu Birinci Şahsevən kənd 1 saylı Körpələr evi-uşaq baxcasında tərbiyəçi vəzifəsində işləmişdir. İddiaçı 29 Sentyabr 2017-ci il tarixində 65yaşı tamam olduğu üçün həmin vəzifədən azad edilmişdir. Həmin dövrdə əmək kitabçası İddiaçı olduğuna görə onun əmək kitabçasında işdən çıxmağı barədə müvafiq qeydlərin aparılması mümkün olmamışdır. Məhkəmə hesab edir ki, işin müəyyən edilmiş faktiki hallarına aşağıdakı hüquq normalarının tələblərinə müvafiq qaydada hüquqi qiymət verilməlidir. Bu baxımdan, İddiaçı Cavabdehnə qarşı “əmək kitabçasında işdən çıxmağı barədə müvafiq qeydlər aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi aşağıda qeyd edilən qanunlara görə təmin edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinə əsasən Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. İşdən görünür ki, сavabdeh Cavabdeh İddiaçı aid əmək kitabçasında işdən çıxmağı barədə müvafiq qeydlər aparılmasından imtina etməsi əsassızdır. Məhkəmə müəyyən etdi ki, Cavabdeh İddiaçı aid əmək kitabçasında işdən çıxmağı barədə müvafiq qeydlər aparılmasından imtina etməsinin heç bir qanuni əsası yoxdur. İş materiallarında olan Beyləqan rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, 4/280 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı həqiqətən 03 aprel 1991-ci il tarixdən, 29 entyabr 2017-ci il tarixədək Beyləqan rayonu Birinci Şahsevən kənd 1 saylı Körpələr evi-uşaq baxcasında tərbiyəçi vəzifəsində işləmiş, 29 sentyabr 2017-ci il tarixdə 65 yaşı tamam olduğu üçün həmin vəzifədən azad edilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”
3. Əmək kitabçasının doldurulması 3.1 Əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 yerli qurumları tərəfindən Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır. 3.2 İşəgötürənlər tərəfindən əmək kitabçasında aşağıdakı qeydlər aparılır: İşçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə, uyğun aparılır. 3.4 Əmək kitabçasında işə qəbul, başqa daimi işə keçirmək, yaxud işdən azad etmək haqqında bütün qeydlər işəgötürən tərəfindən əmr (sərəncam) verildikdən 5 gündən gec olmamaq şərtilə, işdən azad etmək haqqında isə işçinin işdən çıxarıldığı gün edilir. Bütün qeydlər əmək müqaviləsinin, əmrin (sərəncamın) məzmununa uyğun olmalıdır. Gün və ay ikirəqəmli ərəb rəqəmləri ilə yazılmalıdır. 4.1 İşçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir. İşəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir. Məhkəmə hesab edir ki, əmək kitabçasında işəgötürən tərəfindən işə qəbul, başqa daimi işə keçirmək, yaxud işdən azad etmək haqqında bütün qeydlərin aparılmasının tələb edilməsi iddiaçının müstəsna hüququdur. Belə ki, Əmək Məcəlləsinə əsasən İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. İşdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir. Lakin, iş materiallarına nəzər yetirilən zaman cavabdeh inzibati orqan tərəfindən 29 sentyabr 2017-ci il tarixdən Beyləqan rayon Birinci Şahsevən kənd 1 saylı Körpələr evi-uşaq bağçasının tərbiyəçisi İddiaçı 65 yaşı tamam olması səbəbindən işdən azad olunması ilə bağlı xx.xx.2017-ci il tarixli, 295 saylı əmr verilmişdir ki, qeyd edilən əmrlə bağlı əmək kitabçasında müvafiq qeydlər aparılmamışdır. Qeyd edilən hal iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 20.2-ci maddəsinin tələblərinə görə, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Beləliklə, məhkəmə işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən müddəalarını nəzərə alaraq hesab edir ki, iddiaçı əmək kitabçasında işdən çıxmağı barədə müvafiq qeydlər aparılmasını tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İnzibati Prosessual Məcəllənin 68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbinin qanuni əsası olduğundan təmin edilməli, əmək kitabçasında işdən çıxmağı barədə müvafiq qeydlər aparılması öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. İş üzrə prosessual xərc yoxdur. İnzibati Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 68, 69, 81 və 85-ci maddələrinə əsasən, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. Cavabdeh üzərinə İddiaçı əmək kitabçasında işdən çıxmağı barədə müvafiq qeydlərin aparılması öhdəliyi qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Hakim: Hilal Nəcəfov