Azərbaycan Respublikası adından QƏRAR İş № e-2-1(120)-1460/2022 21.11.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, məhkəmə iclas katibi X6, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Şirvan şəhər Polis şöbəsinə qarşı “X1 və X7 iddiaçıya məxsus ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “X1 və X7 iddiaçıya məxsus ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şirvan İnzibati Məhkəməsinin 20 aprel 2022-ci il tarixli, 2-1(120)-1460/2022 nömrəli qərardadı ilə X1 və X7 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin cavabdeh siyahısından çıxarılması, Şirvan şəhər Polis şöbəsinin cavabdeh kimi tanınması qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh Şirvan şəhər Polis şöbəsinin nümayəndəsi və üçüncü şəxslər X5 və X12 məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdeh Şirvan şəhər Polis şöbəsinin nümayəndəsinin və üçüncü şəxslər X1 və X7 iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında izahat verərək bildirdi ki, Şirvan şəhəri, X11 küçəsi, ev 7, mənzil 25 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ əsasında İddiaçı xüsusi mülkiyyətindədir. Bu Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İddiaçı verilmiş xx.xx.2012-ci il tarixli RX seriyalı ******* nömrəli dövlət reyestrindən çıxarışla təsdiq edilir. Hazırda İddiaçı mülkiyyətində olan həmin mənzildə tək özü qeydiyyatda olmaqla yaşayır. Keçmiş arvadı X5 ilə 12 may 2014-cü ildə nikaha daxil olsalar da ailə münasibətləri pozulmuş və faktiki olaraq bir ildən sonra ayrı yaşamışlar. Onların bir ailə kimi birlikdə yaşamaları mümkün olmadığından aralarında olan nikahın pozulması ilə bağlı Şirvan şəhər Məhkəməsinə müraciət etmişlər. Şirvan şəhər Məhkəməsinin 17 yanvar 2019-cu il tarixli, 2(032)-72/2019 nömrəli qətnaməsi ilə İddiaçı Xallədin oğlu ilə X5 arasında 12 may 201-cü il tarixdə Şirvan şəhər Qeydiyyat şöbəsində bağlanılmış 248 saylı akt qeydi pozulmuşdur. Məhkəmə onların birgə nikahından 08 iyun 2015-ci il tarixdə anadan olmuş Abbaslı Ceyran (Mələk) Asif qızını anası X1 himayəsində saxlamışdır. İddiaçının keçmiş arvadı ilə nikahları Şirvan şəhər Məhkəməsinin qətnaməsi pozulmamışdan yəni, beş il əvvəl onun qeydiyyatda olduğu ünvanından ata evinə köçərək azyaşlı övladı X12 ilə birlikdə orada yaşayır. Onların ayrı yaşamaları məhkəmə qətnaməsi ilə də təsdiq olunur. Bundan əlavə Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 X15 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 12 aprel 2022-ci il tarixli, 2228 №-li yaşayış yeri üzrə arayışına əsasən X5, nikahı pozulduqdan sonra Şirvan şəhəri, X11 küçəsi, ev 7, mənzil 25 ünvanında yaşamır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* №-li, 15 aprel 2022-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışına əsasən 28 iyun 2015-ci il təvəllüdlü X12 17 iyul 2021-ci il tarixdə Şirvan şəhəri, X11 küçəsi, ev 7, mənzil 25 ünvanına qeydiyata düşərək yeni nəsil şəxsiyyət vəsiqəsi almışdır. Halbuki, onun iddiaçının mənzilinə qeydiyyata düşməsi ilə bağlı iddiaçı tərəfindən razılıq verilməmiş, iddiaçının keçmiş arvadı cavabdeh Gültəkin Kərimova tərəfindən müraciət edilmişdir. Lakin iddiaçının keçmiş arvadı Gültəkin Kərimovanın və azyaşlı qızı Mələk Abbaslının onun mənzilində qeydiyyatda olması barədə məlumatı o, Daxili İşlər Nazirliyinin Pasport və Qeydiyyat bölməsindən “yaşayış yeri üzrə qeydiyyat haqqında” arayış aldıqdan sonra bilmişdir. İddiaçının keçmiş arvadının onun mənzilində formal olaraq qeydiyyatda qalması onun qanuni mülkiyyət sahibi kimi öz əmlakı üzərində sərəncam vermək hüququ məhdudlaşdırılmışdır. Hazırda iddiaçının keçmiş ailə üzvü ilə münasibətləri pozulduğundan mülkiyyətində olan yaşayış sahəsindən onların istifadə hüququna da xitam verilməlidir. Gültəkin Kərimovanın iddiaçının mənzilində qeydiyyatda qalmaqla onun mənzil üzərində sərəncam vermək hüququnun məhdudlaşdırılması ilə yanaşı “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini də kobud surətdə pozur. Gültəkin Kərimova və onun azyaşlı qızı X16 şəhəri, X11 küçəsi, ev 7, mənzil 25 ünvanında yaşamadığından həmin ünvandan qeydiyyatdan çıxarılması üçün ərizə ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Şirvan şəhər Polis Şöbəsinə müraciət edilmişdir. İddiaçının müraciətinə cavab olaraq ona ünvanlanmış Şirvan şəhər Polis Şöbəsinin 06 aprel 2022-ci il tarixli, ***-**** A-3222 №-li məktubuna əsasən X1 və X7 yaşayış üzrə qeydiyyatdan çıxarılması ilə bağlı “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə istinad etməlkə qeydiyyatdan çıxarılmasından imtina edilmiş və ərizənin mülki xarakterli olduğu göstərilərək bunun üçün aidiyyatı üzrə məhkəməyə müraciət etməyimiz tövsiyə olunmuşdur. Göründüyü kimi iddiaçının inzibati orqana müraciəti qanunvericilikdə göstərilən əsaslara cavab vermişdir. Lakin inzibati orqan əsassız olaraq formal məzmunlu imtina verməklə onun hüquqlarını məhdudlaşdırmışdır. Ona görə də iddiaçı hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətinə qalmışdır. Qeyd olunanların nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və subutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İşdə olan vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1988-ci il tarixdə anadan olmuşdur. İşdə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin xx.xx.2022-ci il tarixli, ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışından görünür ki, X5 və X4 şəhəri, M.Rəsulzadə küçəsi, ev 7, 25 nömrəli mənzildə qeydiyyatdadır. İşdə olan Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 X15 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 2228 nömrəli arayışından görünür ki, X5 nikahı pozulduqdan sonra ünvan 7 mənzildə yaşamır. İşdə olan Şirvan şəhər Polis şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, 305- 9532A-3222 nömrəli məktubundan görünür ki, X1 və X7 iddiaçıya məxsus olan ünvan 7 mənzildən qeydiyyatdan çıxarılması üçün aidiyyatı üzrə məhkəməyə müraciət emtəsi tövsiyyə olumuşdur. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, RX ******* seriya nömrəli çıxarışın surətindən görünür ki, ünvan 7 ünvanda yerləşən mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 23 nömrəli reyestr kitabının 143 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Şirvan şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(032)-72/2019 nömrəli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X3 qarşı nikahın pozulmasına dair iddia ərizəsinin təmin olunması, İddiaçı ilə X5 arasında xx.xx.2014-cü il tarixdə Şirvan şəhər Qeydiyyat şöbəsində bağlanmış 248 saylı nikah qeydinin pozulması qət edilmişdir. İşdə olan Şirvan şəhər Məhkəməsinin məhkəməyə göndərdiyi xx.xx.2022-ci il tarixli, 2(032)-72/2019 nömrəli məktubundan görünür ki, Şirvan şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(032)-72/2019 nömrəli qətnaməsi 19 fevral 2019-cu il tarixdə qanuni qüvvəsini almışdır. İşdə olan Nikahın pozulması haqqında AZ-İ 390861 nömrəli şəhadətnamədən görünür ki, İddiaçı ilə X2 nikahları Şirvan şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi əsasında pozulmuşdur. İşdə olan Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 X15 ərazi dairəsi üzrə nümayəndəliyinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 316 nömrəli arayışından görünür ki, nümayəndəlikdə olan məlumata əsasən X5 və X4 şəhəri, M.Rəsulzadə küçəsi, ev 7, 25 nömrəli mənzildə yaşamır. İşdə olan Şirvan şəhər Qeydiyyat şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 05/13-145 nömrəli məktubundan görünür ki, X1 və X7 İddiaçı ilə qohumluq əlaqəsinin (nikahı pozulmuş arvadı və qızı) müəyyən edilməsi barədə aşkar olunmuş məlumatlar məhkəməyə göndərilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi idarəsinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********37 nömrəli məktubuna çıxarışın verilməsinə əsas olan sənədlərin təsdiq edilmiş surətlərini əlavə etmişdir. Həmçinin həmin məktubda qeyd edilmişdir ki, sözügüdən daşınmaz əmlaka dair istifadə hüququ barədə məlumatlar Ərazi İdarəsində aşkar edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi müikiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür (maddə 2). Müvafiq icra hakimiyyəti orqanları («müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan bu hallarda çıxarılır: yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının («müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) məlumatına əsasən; başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının («müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) məlumatına əsasən; ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında (maddə 9). Məhkəmə müəyyən etdi ki, Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 7, 25 nömrəli mənzil İddiaçı mülkiyyətindədir. İddiaçı Şirvan şəhər Polis şöbəsinə müraciət edərək, Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 7, 25 nömrəli mənzildə qeydiyyatda olan üçüncü şəxslər X1 və X7 qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Bu müraciətlə əlaqədar vətəndaş İddiaçı cavabdeh tərəfindən imtina edilmiş və məhkəmə orqanına müraciət edilməsi tövsiyə olunmuşdur. Məhkəmə hesab edir ki, iddiaçı hər hansı hüquqi əsasları mövcud olmayan üçüncü şəxsin qeydiyyatdan çıxarılmasını tələb etmək hüququna malikdir. Belə ki, Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 X15 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 2228 nömrəli arayışından, xx.xx.2022-ci il tarixli, 316 nömrəli arayışından və iddiaçının nümayəndəsi və vəkilinin verdiyi izahat ilə müəyyən olunur ki, X5 və X4 şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 7, 25 nömrəli mənzildə yaşamır. Göründüyü kimi üçüncü şəxslərin iddiaçıya məxsus olan mənzildə yaşamaması və qeydiyyatının formal xarakter daşıması iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılması ilə nəticələnir. Məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun “şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında evə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmalarına maneə təşkil etməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli Qərarında qeyd edilmişmişdir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Bundan başqa, qeyd olunan Qərarla müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Beləliklə, iddia təmin edilməli, üçüncü şəxslər X1 və X7 Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 7, 25 nömrəli mənzildən qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Şirvan şəhər Polis şöbəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc (məhkəmə xərci) yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Üçüncü şəxslər X1 və X7 Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 7, 25 nömrəli mənzildən qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Şirvan şəhər Polis şöbəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Samir Həsənov
Məhkəmə qərarları › İş №e-2-1(120)-1460/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(120)-1460/2022
21.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver