Məhkəmə qərarları › İş №e-2-1(120)-1500/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(120)-1500/2023

30.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № e-2-1(120)-1500/2023 30.01.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı “sənədlərin təqdim edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə Şirvan İnzibati Məhkəməsinin binasında (ünvan: ünvan 2 E T D İ : İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********165317 saylı qərar çıxarılmışdır. Vergi yoxlamasının keçirilməsi üçün tələb olunan xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ilkin mühasibat sənədlərinin: (bank ödəniş sənədlərinin, nağd pul vəsaitlərinin hərəkəti barədə aylıq kassa hesabatlarının, alınmış və satılmış mallar üzrə bağlanmış müqavilələrin, təhvil-təslim aktlarının, qaimə fakturaların, elektron-qaimə fakturaların, elektron vergi-hesab fakturaların, hüquqi və fiziki şəxslərlə bağlanmış bütün təsərrüfat müqavilələrin, çeşidləri göstərilməklə mal-materialların hərəkəti barədə aylıq material hesabatlarının, nəzarət kassa aparatlarının aylıq fiskal “Z” hesabatlarının və nəzarət kassa aparatlarının yaddaşında olan satılmış malların aylar üzrə adlı siyahısının (miqdar, qiymət və məbləğ göstərilməklə), xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyətlə məşğul olmaq üçün alınmış xüsusi razılığın (lisenziyanın), mətbəələrdən alınmış ciddi hesabat blankların hərəkəti barədə (blankların dövrün əvvəlinə qalığı, alınması, istifadə olunması, korlanması, itirilməsi və xx.xx.2022-ci il tarixə son qalıq sayı barədə seriya və nömrələri göstərilməklə), 2019-cu ilin Gəlir vergisi bəyənnaməsinin yoxlanılması üçün xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üzrə gəlir və xərcləri təsdiq edən ilkin mühasibat sənədlərin, neft məhsullarının alınması zamanı tərtib olunmuş e-qaimə fakturalar (alınmış malların daşınmasını təsdiq edən e-qaiməyə əlavə ilə birlikdə), əsas vəsaitlərin mövcudluğu və hərəkəti barədə hesabatların, işçilərə hesablanmış (qanunvericiliyə uyğun tutulmalar göstərilməklə) aylıq əmək haqqı cədvəllərinin, işçilərlə bağlanmış əmək müqavilələri barədə bildirişlərin, debitor və kreditorların yoxlama dövrünün əvvəlinə və sonuna adlı siyahısı, ƏDV məqsədləri üçün xx.xx.2020-ci il tarixə, xx.xx.2021-ci il tarixə, xx.xx.2022-ci il tarixə və xx.xx.2022-ci il tarixə debitor borcların adlı siyahısı, Banklardan və digər kredit təşkilatlarından alınmış kreditlərin hərəkəti barədə sənədlərin təsdiq olunmuş (imza və möhürlə) surətlərini yoxlamaya təqdim edilməməsinə görə xx.xx.2022-ci tarixli “Sənədlərin və nümunə kimi əşyaların verilməsindən imtina barədə” akt tərtib olunmuşdur. Beləliklə, səyyar vergi yoxlamasının keçirilməsi üçün yuxarıda qeyd olunan sənədlərin əldə edilməsi mümkün olmamışdır. Qeyd olunanlara əsasən qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ilkin mühasibat sənədlərinin: (bank ödəniş sənədlərinin, nağd pul vəsaitlərinin hərəkəti barədə aylıq kassa hesabatlarının, alınmış və satılmış mallar üzrə bağlanmış müqavilələrin, təhvil - təslim aktlarının, qaimə fakturaların, elektron-qaimə fakturaların, elektron vergi-hesab fakturaların, hüquqi və fiziki şəxslərlə bağlanmış bütün təsərrüfat müqavilələrin, çeşidləri göstərilməklə mal-materialların hərəkəti barədə aylıq material hesabatlarının, nəzarət kassa aparatlarının aylıq fiskal “Z” hesabatlarının və nəzarət kassa aparatlarının yaddaşında olan satılmış malların aylar üzrə adlı siyahısının (miqdar, qiymət və məbləğ göstərilməklə), xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyətlə məşğul olmaq üçün alınmış xüsusi razılığın (lisenziyanın), mətbəələrdən alınmış ciddi hesabat blankların hərəkəti barədə (blankların dövrün əvvəlinə qalığı, alınması, istifadə olunması, korlanması, itirilməsi və xx.xx.2022-ci il tarixə son qalıq sayı barədə seriya və nömrələri göstərilməklə), 2019- cu ilin Gəlir vergisi bəyənnaməsinin yoxlanılması üçün xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üzrə gəlir və xərcləri təsdiq edən ilkin mühasibat sənədlərin, neft məhsullarının alınması zamanı tərtib olunmuş e-qaimə fakturalar (alınmış malların daşınmasını təsdiq edən e-qaiməyə əlavə ilə birlikdə), əsas vəsaitlərin mövcudluğu və hərəkəti barədə hesabatların, işçilərə hesablanmış (qanunvericiliyə uyğun tutulmalar göstərilməklə) aylıq əmək haqqı cədvəllərinin, işçilərlə bağlanmış əmək müqavilələri barədə bildirişlərin, debitor və kreditorların yoxlama dövrünün əvvəlinə və sonuna adlı siyahısı, ƏDV məqsədləri üçün xx.xx.2020-ci il tarixə, xx.xx.2021-ci il tarixə, xx.xx.2022-ci il tarixə və xx.xx.2022-ci il tarixə debitor borcların adlı siyahısı, Banklardan və digər kredit təşkilatlarından alınmış kreditlərin hərəkəti barədə sənədlərin təsdiq olunmuş (imza və möhürlə) surətlərinin Cavabdeh götürülərək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinə və ya vergi orqanının yoxlamanı keçirən vəzifəli şəxsinə təqdim olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi və cavabdeh gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün saydı. Belə ki, İPM-in 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüquqları sırasındadır. Həmin Məcəllənin 36.1-ci maddəsinə görə vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Həmin Məcəllənin 42.1-ci maddəsinə görə səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Sənədlərin və ya elektron faylların verilməsi barəsində tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 15 iş günü müddətində vergi orqanına təqdim etməlidir. Həmin Məcəllənin 42.2-ci maddəsinə görə səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının vəzifəli şəxsinə tələb olunan sənədlər vergi ödəyicisi tərəfindən bu Məcəllənin 42.1-ci maddəsinin ikinci abzasında göstərilən müddətdə təqdim edilmədikdə və ya həmin sənədlərin və ya elektron faylların onda olmaması vergi ödəyicisi tərəfindən bildirildikdə, yoxlamanı həyata keçirən vergi orqanının vəzifəli şəxsləri və vergi ödəyicisi tərəfindən imzalanan akt tərtib edilir. Vergi ödəyicisi həmin aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda qeyd edilir. Tərtib olunmuş aktın surəti vergi ödəyicisinə verilir. Tələb olunan sənədləri və ya surətlərini səyyar vergi yoxlamasının keçirildiyi müddətdə digər mənbələrdən əldə etmək mümkün olmadıqda, həmin akta əsasən vergi orqanının ödənilməli olan vergi məbləğlərini bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada müəyyən etmək hüququ vardır. Həmin Məcəllənin 42.3-cü maddəsinə görə səyyar vergi yoxlaması üçün zəruri olan vergi orqanı tərəfindən tələb edilən sənədlərin və ya elektron faylların vergi ödəyicisi tərəfindən vergi orqanına verilməsindən imtina edilməsi və ya bu Məcəllənin 42.1-ci maddəsində göstərilən müddətdə təqdim edilməməsi qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. Bu maddədə göstərilən qaydada sənədlərin və ya elektron faylların təqdim edilməsindən imtina edildikdə, səyyar vergi yoxlamasını həyata keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş qaydada sənədlərin götürülməsini həyata keçirə bilər. Həmin Məcəllənin 43.1-ci maddəsinə görə sənədlərin və nümunə kimi əşyaların götürülməsinə səyyar vergi yoxlaması və operativ vergi nəzarəti keçirildikdə yol verilir. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən səyyar vergi yoxlaması keçirildikdə yoxlamanın predmetinə aid olan və vergilərin hesablanması üçün tələb olunan vergi ödəyicisi tərəfindən təqdim olunan sənədlərin və əşyaların öyrənilməsinə əlavə vaxt tələb olunduğu halda, həmçinin təqdim olunmuş sənədlərdə vergi qanunvericiliyinin pozulması halları müəyyən edildikdə və ya bu pozuntular bilavasitə əşyalarla bağlı olduqda, səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 42-ci maddəsinə müvafiq olaraq ona təqdim edilmiş sənədləri və nümunə kimi əşyaları götürə bilər. Vergi ödəyicisi tərəfindən yoxlamanı bilavasitə həyata keçirən vəzifəli şəxsə verilən sənədlərin və nümunə kimi əşyaların götürülməsi vergi orqanının rəhbərinin (onun müavininin) əsaslandırılmış qərarı ilə həyata keçirilir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən sənədlərin vergi ödəyicisi tərəfindən təsdiq olunmuş surətləri götürülür. Həmin Məcəllənin 43.4-cü maddəsinə görə sənədlər və nümunə kimi əşyalar vergi ödəyicisinin iş vaxtı (faktiki iş vaxtı) ərzində götürülür. Həmin Məcəllənin 43.5-ci maddəsinə əsasən səyyar vergi yoxlaması zamanı vergilərin hesablanması üçün zəruri olmayan sənədlərin və nümunə kimi əşyaların götürülməsi qadağandır. Həmin Məcəllənin 43.6-cı maddəsinə görə sənədlərin və nümunə kimi əşyaların götürülməsi sənədləri və əşyaları götürülən şəxslərin və (və ya) onların nümayəndələrinin iştirakı ilə həyata keçirilir. Zəruri hallarda sənədlərin və nümunə kimi əşyaların götürülməsində iştirak etmək üçün mütəxəssis dəvət oluna bilər. Həmin Məcəllənin 43.7-ci maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsi sənədlərin və nümunə kimi əşyaların götürülməsinə qədər götürülmə barədə vergi orqanının rəhbərinin (onun müavininin) əsaslandırılmış qərarını təqdim edir və iştirak edən şəxslərə onların hüquq və vəzifələrini izah edir. Həmin Məcəllənin 43.8-ci maddəsinə əsasən sənədlərin və nümunə kimi əşyaların götürülməsi barədə bu Məcəllənin 48-ci maddəsinin tələblərinə riayət etməklə protokol tərtib edilir. Həmin Məcəllənin 43.11-ci madddəsinə əsasən vergi ödəyicisinin bu maddədə nəzərdə tutulmuş qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı madəssinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İşdə olan sənədlər əsasında aparılmış məhkəmə araşdırılması ilə müəyyən edilir ki, xx.xx.2022-ci il tarixli, **********165317 nömrəli qərardan görünür ki, Cavabdeh (VÖEN **********) xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan vergi dövrünü əhatə edən ilkin mühasibat sənədlərinin (bank(onlayn ödənişlər daxil olmaqla) və kassa ödəniş sənədləri, alınmış və satılmış mallar üzrə bağlanmış müqavilələr, fərdi sahibkarın obyektlərində quraşdırılmış kassa aparatlarının aylar üzrə fiskal “Z” hesabatları, təhvil təslim aktları, neft məhsullarının alınması zamanı tərtib olunmuş e-qaimə fakturalar (alınmış malların daşınmasını təsdiq edən e-qaiməyə əlavə ilə birlikdə), malların satışını təsdiq edən e-qaimələr, debitor və kreditorların yoxlama dövrünün əvvəlinə və sonuna adlı siyahısı, ƏDV məqsədləri üçün xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il və xx.xx.2022ci il tarixə debitor borcların adlı siyahısı, mal-materialların hərəkəti barədə aylıq material hesabatları, xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyətlə məşğul olmaq üçün alınmış xüsusi razılıq (lisenziya), mətbəələrdən alınmış ciddi hesabat blankların hətrəkəti barədə (blankların alınması, istifadə olunması, korlanması, itirilməsi və xx.xx.2022-ci il tarixə qalıq sayı barədə seriya və nömrələri göstərilməklə) hesabat, nağd pul vəsaitlərininhərəkəti barədə aylıq daxili kassa hesabatları, əsas vəsaitlərin mövcudluğu və hərəkət barədə (2019-cu, 2020-ci və 2021-ci illər üzrə olmaqla) hesabatlar, banklardan və digər kredit təşkilatlarından alınmış kreditlərin hərəkəti barədə (kredit istifadə olunduğu təyinat, əsas məbləği və faiz məbləği üzrə ödənişlər, hesabat ilinin sonuna qalıqlar göstərilməklə) 2019-cu, 2020-ci və 2021-ci illər üzrə ayrılıqda məlumatların, hüquqi və fiziki şəxslərləbağlanmış bütün təsərrüfat müqavilələri, tutulmalar və ayırmalar göstərilməklə işçilərə hesablanmış aylıq əmək haqqı cədvəlləri) təsdiq edilmiş (imza və möhürlə) surətlərinin götürülməsi həyata keçirilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, **********164211 nömrəli Tələbnamədən görünür ki, xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan vergi dövrünü əhatə edən ilkin mühasibat sənədlərinin (bank(onlayn ödənişlər daxil olmaqla) və kassa ödəniş sənədləri, alınmış və satılmış mallar üzrə bağlanmış müqavilələr, fərdi sahibkarın obyektlərində quraşdırılmış kassa aparatlarının aylar üzrə fiskal “Z” hesabatları, təhvil təslim aktları, neft məhsullarının alınması zamanı tərtib olunmuş e-qaimə fakturalar (alınmış malların daşınmasını təsdiq edən e-qaiməyə əlavə ilə birlikdə), malların satışını təsdiq edən eqaimələr, debitor və kreditorların yoxlama dövrünün əvvəlinə və sonuna adlı siyahısı, ƏDV məqsədləri üçün xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixə debitor borcların adlı siyahısı, mal-materialların hərəkəti barədə aylıq material hesabatları, xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyətlə məşğul olmaq üçün alınmış xüsusi razılıq (lisenziya), mətbəələrdən alınmış ciddi hesabat blankların hətrəkəti barədə (blankların alınması, istifadə olunması, korlanması, itirilməsi və xx.xx.2022-ci il tarixə qalıq sayı barədə seriya və nömrələri göstərilməklə) hesabat, nağd pul vəsaitlərininhərəkəti barədə aylıq daxili kassa hesabatları, əsas vəsaitlərin mövcudluğu və hərəkət barədə (2019-cu, 2020-ci və 2021-ci illər üzrə olmaqla) hesabatlar, banklardan və digər kredit təşkilatlarından alınmış kreditlərin hərəkəti barədə (kredit istifadə olunduğu təyinat, əsas məbləği və faiz məbləği üzrə ödənişlər, hesabat ilinin sonuna qalıqlar göstərilməklə) 2019-cu, 2020-ci və 2021-ci illər üzrə ayrılıqda məlumatların, hüquqi və fiziki şəxslərləbağlanmış bütün təsərrüfat müqavilələri, tutulmalar və ayırmalar göstərilməklə işçilərə hesablanmış aylıq əmək haqqı cədvəlləri) təsdiq edilmiş (imza və möhürlə) surətlərinin 15 iş günü müddətində (Vergi Məcəlləsinin 36.3-cü maddəsində nəzərdə tutulan halda 10 iş günü müddətində), yəni xx.xx.2022-ci il tarixə kimi vergi orqanının yoxlamanı keçirən vəzifəli şəxslərinə və ya vergi orqanın 8 saylı Ərazi Vergilər İdarəsi AZ 1200, Beyləqan şəhəri, SMD-42 qəsəbəsi ünvanında təqdim olunmalıdır. “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2022-ci il tarixli, **********164211 nömrəli Tələbnamə Cavabdeh təqdim edilmiş, lakin tələb olunan sənədlər yoxlamaya təqdim edilməmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, **********165317 nömrəli qərardan görünür ki, iddiaçı tərəfindən “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2022-ci il tarixli **********163559 nömrəli qərar qəbul edilmiş və həmin qərarda yoxlanılan vergi dövrünə aid zəruri olan sənədlərin cavabdehdən götürülməsinin həyata keçirilməli olduğu göstərilmişdir. İş materiallarında olan 8 saylı Ərazi Vergilər İdarəsinin səyyar vergi yoxlamaları şöbəsinin böyük DVM-nin 1-ci dərəcəli müfəttiş X2 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü və 43-cü maddələrinə uyğun olaraq sənədlərin və nümunə kimi əşyaların götürülməsi həyata keçirilməzdən əvvəl səlahiyyətli nümayəndə X1 və nümunə kimi əşyaların götürülməsi haqqında xx.xx.2022-ci il tarixli, **********65317 nömrəli qərar təqdim edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli aktdan görünür ki, “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********65317 nömrəli qərar xx.xx.2022-ci il tarixdə X3 təqdim edilmiş, lakin cavabdeh vergilərin hesablanması üçün zəruri olan sənədləri təqdim etməkdən imtina etmişdir. Məhkəmə tərəfindən sübut qismində qəbul edilmiş, iş materiallarında olan sənədlərə əsasən müəyyən edilir ki, səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlər iddiaçı Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qanunla müəyyən edilmiş qaydada xx.xx.2022-ci il tarixli, **********164211 nömrəli tələbnamə ilə cavabdehdən tələb edilsə də, cavabdeh tərəfindən vergi orqanına təqdim edilməmişdir. Məhkəmə işin faktiki hallarını sadalanan qanunvericilik normalarına tətbiq edərək, eləcə də vergi orqanı tərəfindən həyata keçirilən müvafiq səyyar vergi yoxlamasının tam, hərtərəfli və obyektiv apaarılması zəruriliyini nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçının tələbi əsaslıdır və təmin olunmalıdır. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutların məcmusuna yuxarıda qeyd edilən hüquq normaları daxilində hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan xx.xx.2019cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ilkin mühasibat sənədlərinin: (bank ödəniş sənədlərinin, nağd pul vəsaitlərinin hərəkəti barədə aylıq kassa hesabatlarının, alınmış və satılmış mallar üzrə bağlanmış müqavilələrin, təhvil - təslim aktlarının, qaimə fakturaların, elektron-qaimə fakturaların, elektron vergi-hesab fakturaların, hüquqi və fiziki şəxslərlə bağlanmış bütün təsərrüfat müqavilələrin, çeşidləri göstərilməklə mal-materialların hərəkəti barədə aylıq material hesabatlarının, nəzarət kassa aparatlarının aylıq fiskal “Z” hesabatlarının və nəzarət kassa aparatlarının yaddaşında olan satılmış malların aylar üzrə adlı siyahısının (miqdar, qiymət və məbləğ göstərilməklə), xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyətlə məşğul olmaq üçün alınmış xüsusi razılığın (lisenziyanın), mətbəələrdən alınmış ciddi hesabat blankların hərəkəti barədə (blankların dövrün əvvəlinə qalığı, alınması, istifadə olunması, korlanması, itirilməsi və xx.xx.2022-ci il tarixə son qalıq sayı barədə seriya və nömrələri göstərilməklə), 2019- cu ilin Gəlir vergisi bəyənnaməsinin yoxlanılması üçün xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üzrə gəlir və xərcləri təsdiq edən ilkin mühasibat sənədlərin, neft məhsullarının alınması zamanı tərtib olunmuş e-qaimə fakturalar (alınmış malların daşınmasını təsdiq edən e-qaiməyə əlavə ilə birlikdə), əsas vəsaitlərin mövcudluğu və hərəkəti barədə hesabatların, işçilərə hesablanmış (qanunvericiliyə uyğun tutulmalar göstərilməklə) aylıq əmək haqqı cədvəllərinin, işçilərlə bağlanmış əmək müqavilələri barədə bildirişlərin, debitor və kreditorların yoxlama dövrünün əvvəlinə və sonuna adlı siyahısı, ƏDV məqsədləri üçün xx.xx.2020-ci il tarixə, xx.xx.2021-ci il tarixə, xx.xx.2022-ci il tarixə və xx.xx.2022-ci il tarixə debitor borcların adlı siyahısı, Banklardan və digər kredit təşkilatlarından alınmış kreditlərin hərəkəti barədə sənədlərin təsdiq olunmuş (imza və möhürlə) surətləri götürülərək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinə və ya vergi orqanının yoxlamanı keçirən vəzifəli şəxsinə təqdim olunmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Cavabdeh səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ilkin mühasibat sənədlərinin: (bank ödəniş sənədlərinin, nağd pul vəsaitlərinin hərəkəti barədə aylıq kassa hesabatlarının, alınmış və satılmış mallar üzrə bağlanmış müqavilələrin, təhvil - təslim aktlarının, qaimə fakturaların, elektron-qaimə fakturaların, elektron vergi-hesab fakturaların, hüquqi və fiziki şəxslərlə bağlanmış bütün təsərrüfat müqavilələrin, çeşidləri göstərilməklə mal-materialların hərəkəti barədə aylıq material hesabatlarının, nəzarət kassa aparatlarının aylıq fiskal “Z” hesabatlarının və nəzarət kassa aparatlarının yaddaşında olan satılmış malların aylar üzrə adlı siyahısının (miqdar, qiymət və məbləğ göstərilməklə), xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyətlə məşğul olmaq üçün alınmış xüsusi razılığın (lisenziyanın), mətbəələrdən alınmış ciddi hesabat blankların hərəkəti barədə (blankların dövrün əvvəlinə qalığı, alınması, istifadə olunması, korlanması, itirilməsi və xx.xx.2022-ci il tarixə son qalıq sayı barədə seriya və nömrələri göstərilməklə), 2019- cu ilin Gəlir vergisi bəyənnaməsinin yoxlanılması üçün xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üzrə gəlir və xərcləri təsdiq edən ilkin mühasibat sənədlərin, neft məhsullarının alınması zamanı tərtib olunmuş e-qaimə fakturalar (alınmış malların daşınmasını təsdiq edən e-qaiməyə əlavə ilə birlikdə), əsas vəsaitlərin mövcudluğu və hərəkəti barədə hesabatların, işçilərə hesablanmış (qanunvericiliyə uyğun tutulmalar göstərilməklə) aylıq əmək haqqı cədvəllərinin, işçilərlə bağlanmış əmək müqavilələri barədə bildirişlərin, debitor və kreditorların yoxlama dövrünün əvvəlinə və sonuna adlı siyahısı, ƏDV məqsədləri üçün xx.xx.2020-ci il tarixə, xx.xx.2021-ci il tarixə, xx.xx.2022-ci il tarixə və xx.xx.2022-ci il tarixə debitor borcların adlı siyahısı, Banklardan və digər kredit təşkilatlarından alınmış kreditlərin hərəkəti barədə sənədlərin təsdiq olunmuş (imza və möhürlə) surətləri götürülərək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinə və ya vergi orqanının yoxlamanı keçirən vəzifəli şəxsinə təqdim olunsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar