Azərbaycan Respublikası adından QƏRAR İş № e-2-1(120)-1566/2022 05.07.2022 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı nümayəndəsi X4 və nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “hesablanmış vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarların ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 05 iyul 2022-ci il tarixdə Masallı Məhkəmə Kompleksinin binasında (ünvan: Masallı şəhəri, H.Əliyev prospekti) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı barədə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin verdiyi 226,24 manat məbləğində əlavə verginin hesablanması barədə xx.xx.2021-ci il tarixli, **********550300 saylı; 11655,81 manat məbləğində əlavə verginin hesablanması barədə xx.xx.2022-ci il tarixli, **********000800 saylı; 12273,75 manat məbləğində əlavə verginin hesablanması barədə xx.xx.2022-ci il tarixli, **********469500 saylı və 20437,89 manat əlavə verginin hesablanması barədə xx.xx.2022-ci il tarixli, **********511800 saylı “Vergilərin, sosial sığorta haqlarının hesablanması barədə” qərarların ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2017-ci il tarixdə qanunamüvafiq qaydada yaradılmış və dövlət deydiyyatına alınmışdır. Cəmiyyətin əsas fəaliyyəti kənd təsərrüfatı məhsulu olan çəltiyi əkib becərərək onu dəyirmanda sənaye üsulu ilə emal etməklə təmiz düyü halına gətirərək onun ticarətini (realizə edilməsini) təşkil etməkdən ibarətdir. Bunun üçün cəmiyyət istifadəsində olan kənd təsərrüfatı təyinatlı torpaqlarda çəltiyi əkib becərir, sonra isə Astara rayonu, Balaca Şahağacı kəndində olan dəyirmanda qabıqdan təmizləyərək düyü halında satışını təşkil edir. Azərbaycan Respublikasının Vergilər Məcəlləsinin 164.1.18-ci maddəsində göstərilir ki, kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən, sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələrdən-2014-cü il yanvarın 1-dən 10 il müddətinə ƏDV tutulmur. xx.xx.2020-ci il tarixli məktubla tərəflərindən cavabdehə müraciət edilərək, fəaliyyətlərinin növünü əsas gətirərək onlardan ƏDV-nin tutulmamalı olduğunu bildirdikdən sonra cavabdeh Vergi Məcəlləsinin 164.1.18-ci maddəsini əsas gətirərək tərəflərindən gələcəkdə təqdim ediləcək bəyənnamələrin kameral vergi yoxlaması zamanı qanunamüvafiq şəkildə nəzərə alınacağını bildirilmişdir. Həmin tarixdən 2021-ci ilin noyabr ayına qədər olan müddət ərzində hər ay tərəflərindən qanunamüvafiq qaydada vergi bəyənnamələri təqdim edilmiş və cəmiyyətdən qanuni qaydada ƏDV tutulmamışdır. Lakin cavabdeh özünün xx.xx.2022-ci il tarixli məktubunda Respublika Statistika Komitəsinin xx.xx.2018-ci il tarixli, 9/2 nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş “Məhsul növləri təsnifatı’nın 10.61.11-ci “C” seksiyasında “təmizlənmiş düyü”nün dəyirman-ding sənayesi məhsullarına aid olunduğunu əsas gətirərək “Təmizlənmiş düyü” məhsullarının satışının ƏDV-dən azad edilməsinin Vergi Məcəlləsində nəzərdə tutulmadığını göstərərək cəmiyyət tərəfindən 2021-ci ilin noyabr ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsində göstərilən 64754,48 manat ƏDV-dən azad olan əməliyyatlara əsasən 11655,81 manat ƏDV məbləğ hesablanması nəzərdə tutulduğunu bildirmişdir. Cavabdeh vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş 226,24 manat məbləğində əlavə verginin hesablanması barədə xx.xx.2021-ci il tarixli, **********550300 saylı; 11655,81 manat məbləğində əlavə verginin hesablanması barədə xx.xx.2022-ci il tarixli, **********000800 saylı; 12273,75 manat məbləğində əlavə verginin hesablanması barədə xx.xx.2022-ci il tarixli, **********469500 saylı və 20437,89 manat əlavə verginin hesablanması barədə xx.xx.2022-ci il tarixli, **********511800 saylı “Vergilərin, sosial sığorta haqlarının hesablanması barədə” qərarlarını qəbul etmişdir. Həmçinin, ƏDV üzrə 341,19 manat məbləğdə vergi və 14,92 manat faizin hesablanması barədə xx.xx.2021-ci il tarixli, **********8887100 saylı; ƏDV üzrə 11548,53 manat məbləğində vergi və 385,18 manat faizin hesablanması barədə xx.xx.2022-ci il tarixli, **********805700 saylı; ƏDV üzrə 11548,53 manat məbləğində vergi və 408,28 manat faizin hesablanması barədə xx.xx.2022-ci il tarixli **********371200 saylı; eynilə ƏDV üzrə 11548,53 manat məbləğində vergi və 408,28 manat faizin hesablanması barədə xx.xx.2022-ci il tarixli, **********069100 saylı “Pul vəsaitinin vergi ödəyicisinin ƏDV sub-uçot hesabında dondurulması barədə” Qərarları əsasında iddiaçının “Rabitəbank”ın Nərimanov filialında olan AZ90RBTA******************** saylı və həmin Bankın Lənkəran filialında olan AZ60RBTA**********094207240 sahlı hesablaşma hesablarına sərəncam qoyularaq dondurmuşdur. Eyni zamanda cəmiyyətin şəxsi hesab vərəqəsində xx.xx.2022ci il tarixli qərarla hesablanmış 12273,75 manat ƏDV-yə azalma verərək xx.xx.2022-ci il tarixli “Vergilərin, sosial sığorta haqlarının hesablanması barədə” qərarlarında 2021-ci ilin dekabr ayı üçün 20437,89 manat ƏDV hesablandığını göstərmişdir. Beləliklə, cavabdeh tərəfindən yuxarıda göstərilən “Vergilərin, sosial sığorta haqlarının hesablanması barədə” əsassız qərarları ilə xx.xx.2022-ci il tarixə iddiaçıya 32814,43 manat ƏDV hesablanmışdır. Həmin qərarlar əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Belə ki, Statistika Komitəsinin xx.xx.2018-ci il tarixli, 9/2 nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş “Məhsul növləri təsnifatı”nın 10.61.11-ci “C” seksiyasında “təmizlənmiş düyü” məhsulunun dəyirman-ding sənayesinə aid edilməsi Vergi Məcəlləsinin 164.1.18-ci maddəsində göstərilənlərin əksinə deyildir. Həmin “təsnifatda” təmizlənmiş düyünün mənbəyi barədə heç nə bildirilmir. “Təsnifatda nəzərdə tutulan adi qaydada (kənardan, özü istehsal etmədən) əldə edildiyi düyü nəzərdə tutulur. Çünki təmizlənmiş düyü kimi strateji məhsulun əksər hissəsi Respublikaya kənar dövlətlərdən idxal edilir. Belə olan halda həmin düyünün satışı ƏDV-yə cəlb edilir. Şəxsin özünün becərdiyi düyünü sənaye üsulu ilə çəltiyin qabığından təmizləyərək satışından əldə edilən vəsaitin ƏDV-yə cəlb edilmədiyi Vergi Məcəlləsinin 164.1.18-ci maddəsində göstərilənlərə tam uyğundur. Əgər belə olmasa idi 2020-ci ilin mart ayından 2021-ci ilin noyabr ayına qədər olan müddətdə cəmiyyətdən ƏDV tutulardı. Eyni zamanda bildirirlər ki, məhsula ƏDV-nin tətbiq edilib-edilməməsini göstərən əsas sənəd olan “İqtisadi fəaliyyət növləri üzrə vergi münasibətlərinin vahid standart”larında çəltiyin becərilməsində “Daxildir” və “Daxil deyildir" sütunlarında heç nə qeyd edilməmişdir. Əgər bura düyünün istehsalı qeyd edilməsəydi onda “Daxil deyil” sütununda qeyd olunmalı idi. Necə ki, tütün istehsalında tütün becərilməsi azaddır, amma tütün məmulatlarının istehsalı bura daxil deyildir. Çəltikdə də həmin xanada qeyd olunmalı idi ki, çəltik məmulatları və düyü daxil deyil, amma yazılmayıb. Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Digər tərəfdən, qoz-fındıq istehsal edən də özü qoz-fındıqı ləpələyib satır və vergidən azaddır, onda o halda niyə qeyd olunmur ki, emala məruz qalır. Eyni zamanda qeyd edirlər ki, əgər fiziki şəxs öz təsərrüfatında çəltik istehsal edirsə, o çəltiyi bazarda necə satmalıdır? Təbii ki, təmizləyib düyü halına salmalıdır ki, o da vergidən azaddır. Belə çıxır ki, adi fiziki şəxs öz təsərrüfatında düyünü vergidən azad edir, amma hüquqi şəxs üçün vergidən azad deyil?. Əgər ümumiyyətlə düyü istehsalı vergidən azad olmasa idi, onda istehsalçı fiziki şəxslər həm gəlir vergisi, həm də dövriyyə 200000 manatı keçdikdə ƏDV hesablamalı olardı. Vergilər müəyyən edilərkən irqi, dini ayrı-seçkiliyə yol verilmir və mülkiyyət formasından asılı olmayaraq eyni vergilər tətbiq olunur. Vergi Məcəlləsinin 13.2.61.2-ci maddəsinə əsasən bitkiçilik məhsulları və digər kənd təsərrüfatı məhsulları təqdim edilərkən təbiətdə olduğu kimi formasını saxlamalı, kimyəvi tərkibi dəyişdirilməməli, konservləşdirilməməlidir. Göründüyü kimi düyü də nə konsevləşdirilmir, nə də kimyəvi tərkibi dəyişmir, nə də təbiətdə olduğu formasını itirmir (buğda, arpa, yulaf kimi, qoz ləpəsi və ya fındıq ləpəsi kimi). Bu səbəbdən də istehsal olunan düyü də kənd təsərrüfatı məhsulu hesab olunur. Vergi Məcəlləsinin 13.2.60-cı maddəsində bildirilir ki, kənd təsərrüfatı məhsullarının istehsalı-bitkiçilik məhsullarının beçərilməsidir. 13.2.61.2-ci maddədə isə göstərilir ki, bitkiçilik məhsulları və digər kənd təsərrüfatı məhsulları təqdim edilərkən təbiətdə olduğu kimi formasını saxlamalı, kimyəvi tərkibi dəyişdirilməməli, konservləşdirilməməlidir. Bildirirlər ki, məhsulların vergilərə cəlb edilməsini təsdiq və ya inkar edən İqtisadi fəaliyyət növləri üzrə vergi münasibətlərinin vahid standartları Statistika Komitəsinin xx.xx.2018-ci il tarixli, 9/2 nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş “Məhsul növləri təsnifatından daha mötəbər və əsas sənəddir. Eyni zamanda Azərbaycan Respublikasının Vergi Məcəlləsi daha mötəbər Qanundur. Azərbaycan Respublikasının İPM-nin 32.1-ci maddəsində göstərilir ki, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən məhkəməyə iddiaya qarşı etiraz təqdim edilmişdir. Etirazda qeyd olunmuşdur ki, İddiaçınə (VÖEN: **********) kameral vergi yoxlaması ilə əlavə hesablanmış və borca çevrilmiş vergi məbləğləri aşağıdakı əsaslarla hesablanmışdır. Vergi ödəyicisinin 2021-ci ilin oktyabr ayı üçün təqdim etdiyi ƏDV bəyannaməsi üzərində yaranmış uyğunsuzluğa əsasən qarşılıqlı əlaqələrin təhlili nəticəsində xx.xx.2020-ci il tarixdən cari hesabat ayınadək olan dövr ərzində ƏDV tutulan əməliyyatlar üzrə cəmi ƏDV məbləğinin 30553.67 manat olmasına baxmayaraq, qeyd olunan dövrlər üzrə təqdim edilmiş cəmi bəyannamələrə əsasən ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış ümumi ƏDV məbləğinin 30327.44 manat olması nəticəsində 226,23 manat ƏDV-nin büdcəyə hesablanmadığı müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli, **********501400 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilərək müvafiq izahatlar, təsdiqedici sənədlər və digər məlumatlar tələb edilmişdir. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubuna cavab olaraq heç bir izahat, bəyannamə və ya təsdiqedici sənədlər təqdim edilməmişdir. Bu səbəbdən vergi ödəyicisinə 2021-ci ilin oktyabr ayı ƏDV bəyannaməsi üzrə kameral qaydada 226,24 manat əlavə vergi məbləği hesablanmış və xx.xx.2021-ci il tarixli **********550300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə Qərar göndərilmişdir. Bildirmək istəyirlər ki, vergi ödəyicisi “çəltiyin becərilməsi” fəaliyyət növü ilə məşğuldur və təqdim etdiyi ƏDV bəyannamələrində daxil olmuş məbləğləri (ƏDV nəzərə alınmadan) ƏDV-dən azad olunan əməliyyatlar kimi göstərmişdir. Lakin, Dövlət Vergi Xidmətindən daxil olmuş xx.xx.2021-ci il tarixli, **********819800 nömrəli məktuba əsasən, Vergi Məcəlləsinin məqsədləri üçün kənd təsərrüfatı məhsullarının istehsalı dedikdə sənaye üsulu (o cümlədən xüsusi broyler təsərrüfatları, avtomatlaşdırılmış tövlə sistemləri və sair) da daxil olmaqla, heyvanların və quşların yetişdirilməsi, bəslənməsi, diri şəkildə olarkən onlardan məhsulların (ilkin formada, yarımfabrikat kimi istifadə olunaraq yeni məhsula çevrilmədən, kimyəvi tərkibi dəyişdirilmədən, konservləşdirilmədən) əldə edilməsi, bitkiçilik məhsullarının becərilməsi nəzərdə tutulur. Bitkiçilik məhsulları və digər kənd təsərrüfatı məhsulları təqdim edilərkən təbiətdə olduğu ilkin formasını saxlamalı, kimyəvi tərkibi dəyişdirilməməli və konservləşdirilməməlidir. Eyni zamanda məhsul növlərinin təsnifatı Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2018-ci il 31 oktyabr tarixli 9/2 nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş “Məhsul növləri təsnifatı” ilə tənzimlənir. Həmin təsnifatın 10.61.11-ci “təmizlənmiş düyü” “C” seksiyasında dəyirmanding sənayesi məhsulları sinfinə daxil edilmişdir. (Dövlət Statistika Komitəsinin 2018-ci il 31 oktyabr tarixli 9/2 nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş “Məhsul növləri təsnifatı” etiraza əlavə olunur). Qeyd olunanlara əsasən “təmizlənmiş düyü” məhsullarının satışının ƏDV-dən azad edilməsi Vergi Məcəlləsində nəzərdə tutulmadığından həmin məhsulun satışı ümumi qaydada ƏDV-yə cəlb edilir. Əlavə olaraq bildirirlər ki, təmizlənmiş düyü məhsulu kənd təsərrüfatı məhsullarına aid edilmədiyindən cəmiyyət tərəfindən həmin məhsulların satışı fəaliyyəti ilə bağlı mənfəət və əmlak vergisi üzrə yaranan vergi öhdəlikləri Vergi Məcəlləsində nəzərdə tutulmuş ümumi qaydada yerinə yetirilir. Qeyd edilənlərə əsasən vergi ödəyicisinə 2021-ci il noyabr ayı ƏDV bəyannaməsi üzrə xx.xx.2022-ci il tarxli, **********686400 nömrəli, 2021-ci il dekabr ayı üzrə xx.xx.2022-ci il tarixli, **********290400 nömrəli, xx.xx.2022-ci il tarixli, **********403500 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubları göndərilmiş, noyabr ayı üzrə 11655,81 manat, dekabr ayı üzrə 20437,89 manat kameral qaydada əlavə vergilər hesablanaraq xx.xx.2022-ci il tarixli, **********000800 nömrəli, xx.xx.2022-ci il tarixli, **********469500 nömrəli, xx.xx.2022-ci il tarixli, **********511800 nömrəli Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə Qərarlar göndərilmişdir. Eyni zamanda bildirirlər ki, “iqtisadi fəaliyyət növləri üzrə vergi münasibətlərinin vahid standartları” cədvəlində “fəaliyyət növünün adı” siyahısında F/S kodu 01120 üzrə “Çəltiyin Becərilməsi” sütununda göstərilməsi məhz həmin məhsulun vergi ödəyicisi tərəfindən becərildiyi halda ƏDV öhdəliyindən azad edir. Yəni məhsulun (ilkin formada, yarımfabrikat kimi istifadə olunaraq yeni məhsula çevrilmədən, kimyəvi tərkibi dəyişdirilmədən, konservləşdirilmədən) əldə edilməsi, bitkiçilik məhsullarının becərilməsini nəzərdə tutur. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 və nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verdilər və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazının məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********501400 nömrəli məktubundan görünür ki, İddiaçı tərəfindən 10 noyabr 2021-ci il tarixdə təqdim olunmuş bəyannamədə, hesabatda aşağıda göstərilən səbəbdən (səbəblərdən) kameral vergi yoxlamasının aparılması mümkün olmamışdır. Səbəblər: qarşılıqlı əlaqələrin təhlili nəticəsində xx.xx.2020-dən cari hesabat ayınadək olan dövr ərzində ƏDV tutulan əməliyyatlar üzrə cəmi ƏDV məbləğinin 30553,67 manat olmasına baxmayaraq, qeyd olunan dövlər üzrə təqdim edilmiş bəyannamələrin (301.1.1.3+301.1.1.4+301.1.1.6+301.1.17+301.1.8+301.1.1.9+301.1.2.1+301.1.2.3+301.1 .2.5+ 301.1.2.26+301.1.2.2.7) sətirlərinə əsasən ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış ümumi ƏDV məbləğinin 30327,44 manat olması təqdim edilən bəyannamələr üzrə ümumilikdə -226,23 manat ƏDV-nin büdcəyə hesablanmadığı müəyyən edilmişdir. Bununla əlaqədar olaraq kameral vergi yoxlamasının başa çatdırılması üçün 5 gün ərzində əsaslandırılmış yazılı izahatı və zəruri olan sənədləri (məlumatları) vergi orqanına təqdim etməsi tələb olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********686400 nömrəli məktubundan görünür ki, İddiaçı tərəfindən istehsal olunmuş düyü məhsulunun satışının ƏDV-yə cəlb edilməsi (ƏDV-yə azad olunan əməliyyat kimi və ya ƏDV-yə cəlb edilməklə) məsələsinə münasibət bildirilməsi haqqında xx.xx.2021-ci il tarixli, **********424900 nömrəli məktubla Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinə müraciət olunmuşdur. Həmin Baş İdarədən daxil olmuş xx.xx.2021-ci il tarixli, **********819800 nömrəli Xidməti məktuba əsasən məhsul növlərinin təsnifatı Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2018-ci il 31 oktyabr tarixli 9/2 nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş “Məhsul növləri təsnifatı” ilə tənzimlənir. Həmin təsnifatın 10.61.11-ci “təmizlənmiş düyü” “C” seksiyasında dəyirman-ding sənayesi məhsulları sinfinə daxil edilmişdir. “Təmizlənmiş düyü” məhsullarının satışının ƏDV-dən azad edilməsi Vergi Məcəlləsində nəzərdə tutulmadığından həmin məhsulun satışı ümumi qaydada ƏDV-yə cəlb edilir. Əlavə olaraq bildirirlər ki, təmizlənmiş düyü məhsulu kənd təsərrüfatı məhsullarına aid edilmədiyindən cəmiyyət tərəfindən həmin məhsulların satışı fəaliyyəti ilə bağlı mənfəət və əmlak vergisi üzrə yaranan vergi öhdəlikləri Vergi Məcəlləsində nəzərdə tutulmuş ümumi qaydada yerinə yetirilir. Qeyd edilənlərə əsasən vergi ödəyicisinə 2021-ci il noyabr ayı üçün ƏDV bəyannaməsində göstərilən 64754,48 manat (ƏDV ilə birlikdə) ƏDV-dən azad olunan əməliyyatlara əsasən 11658,81 manat ƏDV məbləğ hesablamaq nəzərdə tutulur. Bununla əlaqədar olaraq kameral vergi yoxlamasının başa çatdırılması üçün 5 gün ərzində dəqiqləşdirilmiş bəyannamə və ya əsaslandırılmış izahat məktubunu vergi orqanına təqdim etməsi tələb olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********550300 nömrəli qərarının məzmunundan görünür ki, İddiaçı vergi qanunvericiliyinin pozulmasına görə (Bəyənnamə və Hesabat təqdim edilməməsinə görə) 226,24 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********000800 nömrəli qərarının məzmunundan görünür ki, İddiaçı vergi qanunvericiliyinin pozulmasına görə 11655,81 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********469500 nömrəli qərarının məzmunundan görünür ki, İddiaçı vergi qanunvericiliyinin pozulmasına görə 12273,75 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********511800 nömrəli qərarının məzmunundan görünür ki, İddiaçı vergi qanunvericiliyinin pozulmasına görə 20437,89 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2017-ci il tarixdə yaradılmış və dövlət deydiyyatına alınmışdır. Cəmiyyətin əsas fəaliyyəti kənd təsərrüfatı məhsulu olan çəltiyi əkib becərərək onu dəyirmanda sənaye üsulu ilə emal etməklə təmiz düyü halına gətirərək onun ticarətini (realizə edilməsini) təşkil etməkdən ibarətdir. Bunun üçün cəmiyyət istifadəsində olan kənd təsərrüfatı təyinatlı torpaqlarda çəltiyi əkib becərir, sonra isə dəyirmanda qabıqdan təmizləyərək düyü halında satışını təşkil edir. 2020-ci ilin aprel ayına qədər cəmiyyət tərəfindən mal ƏDV daxil olmaqla satılmışdır. Həmin dövrə qədər satılmış malların dəyəri ticarət obyektləri tərəfindən satışı həyata keçirildikdən sonra, yəni 2020-2021-ci illər ərzində cəniyyətin hesabına hissə-hissə ödənilmişdir. Odur ki, 2020-ci ilin aprelinə kimi satılmış malın hissə-hissə ödənilmiş dəyərindən daxil olmuş ƏDV-dən alınan xidmətlər zamanı alınan dəyərin ƏDV hissəsi həmin daxil olmuş ƏDV-lər hesabına ödənilmişdir. xx.xx.2020-ci il tarixdə cəmiyyət tərəfindən cavabdehə müraciət edilərək, fəaliyyətlərinin növünü əsas gətirərək, cəmiyyətdən ƏDV-nin tutulmamalı olduğunu bildirdikdən sonra cavabdeh Vergi Məcəlləsinin 164.1.18-ci maddəsini əsas gətirərək tərəflərindən gələcəkdə təqdim ediləcək bəyannamələrin kameral vergi yoxlaması zamanı qanunamüvafiq şəkildə nəzərə alınacağı bildirilmiş, həmin tarixdən 2021-ci ilin noyabr ayına qədər olan müddət ərzində hər ay cəmiyyət tərəfindən qanunamüvafiq qaydada vergi bəyannamələri təqdim edilmiş və cəmiyyətdən ƏDV tutulmamışdır. 2020-ci ilin aprel ayından cəmiyyət məhsulu ƏDV-siz satmış və bu barədə təqdim edilmiş bəyannamələrdə cəmiyyət tərəfindən 0% ƏDV göstərilmişdir. Lakin cavabdeh xx.xx.2022-ci il tarixli məktubunda Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2018-ci il 31 oktyabr tarixli 9/2 nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş “Məhsul növləri təsnifatı”nın 10.61.11-ci “C” seksiyasında “təmizlənmiş düyünün” dəyirman-ding sənayesi məhsullarına aid olduğunu əsas gətirərək “Təmizlənmiş düyü” məhsullarının satışının ƏDV-dən azad edilməsinin Vergi Məcəlləsində nəzərdə tutulmadığını göstərərək cəmiyyət tərəfindən 2021-ci ilin noyabr ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsində göstərilən 64754,48 manat ƏDV-dən azad olan əməliyyatlara əsasən 11655,81 manat ƏDV məbləğ hesablanması nəzərdə tutulduğunu bildirmişdir. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, vergi orqanı hesab ettmişdir ki, məhsul növlərinin təsnifatı Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2018-ci il 31 oktyabr tarixli 9/2 nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş “Məhsul növləri təsnifatı” ilə tənzimləndiyindən, həmin təsnifatın 10.61.11-ci “təmizlənmiş düyü” “C” seksiyasında dəyirman-ding sənayesi məhsulları sinfinə daxil edildiyindən, eləcə də təmizlənmiş düyü məhsulu kənd təsərrüfatı məhsullarına aid edilmədiyindən cəmiyyət tərəfindən həmin məhsulların satışı fəaliyyəti ilə bağlı mənfəət və əmlak vergisi üzrə yaranan vergi öhdəlikləri Vergi Məcəlləsində nəzərdə tutulmuş ümumi qaydada yerinə yetirilir. Qeyd edilənlərə əsasən vergi ödəyicisinə 2021-ci il noyabr ayı ƏDV bəyannaməsi üzrə xx.xx.2022-ci il tarxli, **********686400 nömrəli, 2021-ci il dekabr ayı üzrə xx.xx.2022ci il tarixli, **********290400 nömrəli, xx.xx.2022-ci il tarixli, **********403500 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubları göndərilmiş, noyabr ayı üzrə 11655,81 manat, dekabr ayı üzrə 20437,89 manat kameral qaydada əlavə vergilər hesablanaraq xx.xx.2022-ci il tarixli, **********000800 nömrəli, xx.xx.2022-ci il tarixli, **********469500 nömrəli, xx.xx.2022-ci il tarixli, **********511800 nömrəli Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə Qərarlar göndərilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının barəsində əlverişsiz inzibati aktların, yəni məsuliyyətə cəlb edilməsinə dair qərarların qəbulu qanunvericiliyə uyğun deyildir və aşağıda qeyd olunan normalara əsasən ləğv olunmalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 2.0.11-ci maddəsinə görə əlverişsiz (yükləyici) inzibati akt – maraqlı şəxsi hüququndan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Həmin Qanunun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 61.1-ci maddəsinə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən, istinad olunan qanunlar və digər normativ-hüquqi aktlar göstərilməlidir. Həmin Qanunun 61.4-cü maddəsinə görə inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Lakin göründüyü kimi cavabdeh orqan məhsul növlərinin təsnifatının Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2018-ci il 31 oktyabr tarixli 9/2 nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş “Məhsul növləri təsnifatı” ilə tənzimləndiyi, həmin təsnifatın 10.61.11-ci “təmizlənmiş düyü” “C” seksiyasında dəyirman-ding sənayesi məhsulları sinfinə daxil edildiyi, eləcə də təmizlənmiş düyü məhsulu kənd təsərrüfatı məhsullarına aid edilmədiyi əsası ilə qərarlar qəbul edən zaman həmin qərarların qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcud olub-olmamasını nəzərə almamışdır. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş əlavə dəyər vergisindən azadolmalarla əlaqədar müraciətinə cavab olaraq cavabdeh Vergi Məcəlləsinin 164.1.18-ci maddəsinə əsasən kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən, sənaye üsulu ilə) tərəfindən özlərini istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələrin 2014-cü ilin yanvarın 1-dən 10 il müddətinə əlavə dəyər vergisindən azad olduqları, Vergi Məcəlləsinin yuxarıda qeyd olunan müddəaları tərəflərindən gələcəkdə təqdim ediləcək bəyannamələrin kameral vergi yoxlaması zamanı qanunamüvafiq şəkildə nəzərə alınacağı bildirilmişdir. Bundan əlavə məhsula ƏDV-nin tətbiq edilib-edilməməsini göstərən əsas sənəd olan “iqtisadi fəaliyyət növləri üzrə vergi münasibətlərinin vahid standart”larında çəltiyin becərilməsində “Daxildir” və “Daxil deyildir” sütunlarında heç nə qeyd edilməmişdir. Bundan əlavə cavabdeh orqan hesab etmişdir ki, Vergi Məcəlləsinin məqsədləri üçün kənd təsərrüfatı məhsullarının istehsalı dedikdə sənaye üsulu (o cümlədən xüsusi broyler təsərrüfatları, avtomatlaşdırılmış tövlə sistemləri və sair) da daxil olmaqla, heyvanların və quşların yetişdirilməsi, bəslənməsi, diri şəkildə olarkən onlardan məhsulların (ilkin formada, yarımfabrikat kimi istifadə olunaraq yeni məhsula çevrilmədən, kimyəvi tərkibi dəyişdirilmədən, konservləşdirilmədən) əldə edilməsi, bitkiçilik məhsullarının becərilməsi nəzərdə tutulur. Halbuki, “Azərbaycan Respublikasında sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 3227 nömrəli Sərəncamına uyğun olaraq, ölkəmizdə çəltikçiliyin inkişafına dövlət dəstəyinin daha da gücləndirilməsi, bu sahənin potensial imkanlarından səmərəli istifadə edilməsi, çəltik istehsalına marağın artırılması məqsədi ilə “Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı” hazırlanmışdır. Həmin Proqramın 8.1.3-cü bənində Çəltik məhsullarının istehsalı sahəsində mütərəqqi təcrübəyə malik xarici şirkətlərlə əlaqələrin genişləndirilməsi Kənd Təsərrüfatı Nazirliyinə tapşırıldığı göstərilir. Eyni zamanda həmin Proqramın 8.5.2-ci bəndində Çəltik istehsalı, emalı və ixracı ilə məşğul olan yerli şirkətlər barədə məlumatların Azərbaycanda istehsal olunan malların vahid məlumat bazası üzrə portalda yerləşdirilməsi və mütəmadi olaraq yenilənməsi Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, X2 və Kommunikasiya Mərkəzinə tapşırıldığı göstərilir. Göründüyü kimi, Çəltiyin (təmizlənmiş düyünün) kənd təsərrüfatı məhsulu olması həmin “Dövlət Proqramı”nda da öz əksini tapır. Vergi Məcəlləsinin 13.2.60-cı maddəsinə görə kənd təsərrüfatı məhsullarının istehsalı-bitkiçilik məhsullarının beçərilməsidir. Həmin Məcəllənin 13.2.61.2-ci maddəsinə əsasən bitkiçilik məhsulları və digər kənd təsərrüfatı məhsulları təqdim edilərkən təbiətdə olduğu kimi formasını saxlamalı, kimyəvi tərkibi dəyişdirilməməli, konservləşdirilməməlidir. Göründüyü kimi düyü də nə konsevləşdirilmir, nə də kimyəvi tərkibi dəyişmir, nə də təbiətdə olduğu formasını itirmir. Bu səbəbdən də istehsal olunan düyü də kənd təsərrüfatı məhsulu hesab olunur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 164.1.18-ci maddəsinə görə kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən, sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr - 2014-cü il yanvarın 1-dən 10 il müddətinə əlavə dəyər vergisini ödəməkdən azad edilmişlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2018-ci il 31 oktyabr tarixli 9/2 nömrəli Kollegiya Qərarına münasibətdə Azərbaycan Respublikasının Vergi Məcəlləsi daha üstün hüquqi qüvvəyə malik olduğundan, kənd təsərrüfatı məhsullarının istehsalçıları torpaq vergisi istisna olmaqla, Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş mənfəət vergisini, əlavə dəyər vergisini, eyni zamanda həmin fəaliyyət prosesində istifadə olunan obyektlərdən əmlak vergisini ödəməkdən 2024-cü ilin 1 yanvar tarixinədək azad edildiklərindən çəltik (düyü) məhsullarının istehsalçısı olan iddiaçının da əlavə dəyər vergisini ödəməkdən azad edilməsi hüququ tanınaraq təmin edilməlidir. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarında qeyd edilir ki, vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vəzifəsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Eləcə də inzibati orqanın mübahisələndirilən qərarları və bildirişləri – əlverişsiz inzibati aktları yazılı şəkildə tam olaraq əsaslandırılmamışdır. Belə ki, həmin aktların özündə yalnız Vergi Məcəlləsinin 59.1-ci maddəsinə, həmin Məcəllənin 62-ci və İPM-in 38.1-ci maddələrinə (qərardan şikayətlə bağlı müddəalar əks olunmuş) istinad edilmiş və inzibati məhkəmə icraatında kameral vergi yoxlamasının keçirilməsi üçün əsaslar, əlavə vergi məbləğlərinin hesablanması qaydası (düsturu), inzibati orqanın inzibati aktın qəbulunu şərtləndirən hallardan doğan qənaəti aydın şəkildə öz əksini tapmamışdır. Qanunvericiliklə («İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 61.5-ci maddəsində nəzərdə tutulmuş) inzibati aktın əsaslandırılmasının tələb olunmadığı hallara gəldikdə isə, hazırkı mübahisələndirilən inzibati aktların qəbulu ilə həmin hallar uzlaşmır. Odur ki, hazırda mübahisələndirilən inzibati aktların özündə yazılı şəkildə əsaslandırılması yeterli qiymətləndirilmir. Məhkəmə belə bəticəyə gəlir ki, mübahisələndirilən inzibati aktlar (qərar və bildirişlər) qanuna zidd sayılmaqla yanaşı, onların qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Çünki, qəbul edilmiş həmin aktlar iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borcunu ödəmək öhdəliyi yaradır. Halbuki, Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. Beləliklə, işin faktiki halları ilə müəyyən olunmuşdur ki, vergi orqanı tərəfindən iddiaçının vergi məsuliyyətinə cəlb edilməsi barədə qərarlar qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. Qeyd olunan hallar isə mübahisələndirilən qərarların ləğvi üçün əsas hesab edilir. İPM-in 14.1-ci maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edə bilər. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı barədə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin verdiyi 226,24 manat məbləğində əlavə verginin hesablanması barədə xx.xx.2021-ci il tarixli, **********550300 saylı; 11655,81 manat məbləğində əlavə verginin hesablanması barədə xx.xx.2022-ci il tarixli, **********000800 saylı; 12273,75 manat məbləğində əlavə verginin hesablanması barədə xx.xx.2022-ci il tarixli, **********469500 saylı və 20437,89 manat əlavə verginin hesablanması barədə xx.xx.2022-ci il tarixli, **********511800 saylı “Vergilərin, sosial sığorta haqlarının hesablanması barədə” qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2.1-ci, 4.1-ci, 14-ci, 23.1-ci, 32-ci, 58.7-ci, 62-ci, 68 – 69-cu, 70-ci, 75-ci, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı barədə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin verdiyi 226,24 manat məbləğində əlavə verginin hesablanması barədə xx.xx.2021-ci il tarixli, **********550300 saylı; 11655,81 manat məbləğində əlavə verginin hesablanması barədə xx.xx.2022-ci il tarixli, **********000800 saylı; 12273,75 manat məbləğində əlavə verginin hesablanması barədə xx.xx.2022-ci il tarixli, **********469500 saylı və 20437,89 manat əlavə verginin hesablanması barədə xx.xx.2022-ci il tarixli, **********511800 saylı “Vergilərin, sosial sığorta haqlarının hesablanması barədə” qərarları ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №e-2-1(120)-1566/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(120)-1566/2022
05.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver