Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № e-2-1(120)-1642/2023 21.12.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Rüfət İlham oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinə qarşı “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin xx.xx.2022-ci il tarixli, Ə347-038-22 və xx.xx.2022-ci il tarixli, Ə1752 ş/h-038-22 nömrəli əmrlərinin ləğv edilməsi, Masallı Rayonlararası Mühafizə Bölməsinin polis nəfəri vəzifəsinə xidmətə bərpa olunması, xidmətdən xaric olunduğu gündən, yəni xx.xx.2022-ci il tarixindən işləmədiyi müddətə görə pul müavinəti verilməsi öhdəliyinin cavandehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (ünvan: ünvan 1əyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin 14 noyabr 2022-ci il tarixli Ə1752 ş/h-038- 22 nömrəli əmrinin ləğv edilməsi, cavabdehin üzərinə iddiaçının Masallı Rayonlararası Mühafizə Bölməsinin polis nəfəri vəzifəsinə xidmətə bərpa olunması, ona xidmətdən xaric olunduğu gündən, yəni 14 noyabr 2022-ci il tarixindən işləmədiyi müddətə görə pul müavinəti verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şirvan İnzibаti Məhkəməsinin xx.xx.2023-cü il tаriхli, 2-1(120)-1642/2023 saylı qərardadı ilə iddia tələbi dəqiqləşdirilərək, “cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin xx.xx.2022-ci il tarixli, Ə347-038-22 və xx.xx.2022-ci il tarixli, Ə1752 ş/h-038-22 nömrəli əmrlərinin ləğv edilməsi, Masallı Rayonlararası Mühafizə Bölməsinin polis nəfəri vəzifəsinə xidmətə bərpa olunması, xidmətdən xaric olunduğu gündən, yəni xx.xx.2022-ci il tarixindən işləmədiyi müddətə görə pul müavinəti verilməsi öhdəliyinin cavandehin üzərinə qoyulması” kimi bахılmаsı qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1987-ci ildə Yardımlı rayonunun Qabaqdibi kəndində anadan olmuşdur. 2002-ci ildə Yardımlı qəsəbə 2 nömrəli tam orta məktəbini bitirmişdir. Orta təhsillidir. 2006-2007-ci illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələri sıralarında müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Evlidir. Üç azyaşlı uşağı var. Həyat yoldaşı heç bir yerdə işləmir. Evdar qadındır. 2011-ci ilin oktyabr ayında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Masallı Rayonlararası Mühafizə Bölməsində polis nəfəri kimi xidmətə başlamışdır. 14 noyabr 2022-ci il tarixə kimi həmin Bölmədə qüsursuz xidmət göstərmişdir. Polis serjantı xüsusi rütbəsində olmuşdur. Xidmət yeri Yardımlı şəhəri ərazisində yerləşən mühafizə altında olan obyektlər olub. 01 noyabr 2022-ci il tarixdə 35 yaşı tamam olduğu, yəni ad günü olduğu üçün yaşadığı evdə dostları ilə ad gününü qeyd etmişdir. Məclisdə spirtli içki də qəbul etmişdir. 02 noyabr 2022-ci il tarixdə səhər saat 9.00-da Yardımlı rayon Maliyyə Şöbəsinin inzibati binasının mühafizəsi üzrə xidmətə başlamışdır. Bir qədər xidmət etdikdən sonra təxminən saat 14 radələrində Masallı Rayonlararası X25 komandiri İlkin Rəhmanov öz sürücüsü ilə onun xidmət yerinə gələrək guya içkili olduğu əsası ilə onu postda xidmətdən kənarlaşdırdı və manqa komandiri Rəman Kərimovla əvəz etdi. Ona bildirdi ki, axşam ad günü olub, spirtli içki qəbul etmişdir, ola bilsin ki, ağzından iy gəlsin, lakin sərxoş deyil və xidməti davam etdirmək üçün heç bir problemi yoxdur. Olsa idi özü rəhbərliyə müraciət edərdi. O isə sərxoş olub-olmamasını müəyyən etmək üçün onu Yardımlı Rayon Mərkəzi Xəstəxanasına apardı. Təxminən saat 15 radələrində xəstəxanada alkotester vasitəsilə müayinə olunarkən guya onun qanında 0,540 promil spirtin olduğu aşkar edildi. Halbuki bu, qeyri-mümkün idi. Çünki onlar axşam spirtli içki qəbul etmişdi. Həm də çox içməmişdi. Bu məsələnin araşdırılması ilə əlaqərar o, nahar etməmişdi. Eyni zamanda səhərlər çörək yemək adəti olmadığı üçün səhər yeməyi də yeməmişdi. Bundan sonra o, manqa komandiri İlkin Rəhmanov ilə birlikdə Masallı Rayonlararası Mühafizə Bölməsininin rəisinin yanına getdi. Orada izahat yazıb vəziyyəti Bölmənin rəisinə izah etməyə çalışdı. Bölmədə tədbir olduğu üçün izahatını yarımçıq saxlayıb rayonuna qayıtdı. Səhər yenidən Masallı Rayonlararası Mühafizə Bölməsinə gedib izahatını tamamladı və vəziyyəti olduğu kimi izah etdi. 03 noyabr 2022-ci il tarixdə Masallı Rayonlararası Mühafizə Bölməsində əməkdaşlarının iştirakı ilə onun hərəkəti şərəf məhkəməsində müzakirə edildi. İndiyə kimi onun hər hansı qüsuru olmadığı, hadisə ilk dəfə olduğu və həmin gün onun ad günü olduğu üçün şərəf məhkəməsi ona yüngül cəza verilməsini rəhbərliyə tövsiyə etdi. 10 noyabr 2022-ci il tarixdə onu Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinə çağırdılar və ondan orada da izahat aldılar. Öz izahatında olanları obyektiv şəkildə yuxarıda qeyd etdiyi kimi göstərdi. Sonra ona bildirdilər ki, “gözlə, ola bilsin ki, rəhbərlikdən səni qəbul etsinlər.” O da gözlədi. Lakin saaat 16 radələrində növbətçi polis nəfəri ona bildirdi ki, “dedilər ki, gedib xidmətini davam etdirə bilər.” Odur ki, o, Yardımlı rayonuna qayıdaraq xidmətini davam etdirməyə başladı. 14 noyabr 2022-ci il tarixdə saat 9.00-da növbəni təhvil verib evə qayıdandan sonra Masallı Rayonlararası Mühafizə Bölməsindən ona zəng edib bildirdilər ki, “sən 11 noyabr 2022-ci il tarixdən polis orqanlarından xaric edilmisən. Polis formasını və vəsiqəni təhvil ver.” 14 noyabr 2022-ci il tarixdə Masallı Rayonlararası Mühafizə Bölməsinə gedərək polis formasını və vəsiqəni təhvil verdi. Bölmədə ona bildirdilər ki, “əmr hələ göndərilməyib, göndəriləndən sonra gəlib surətini götürərsən.” 20 noyabr 2022-ci il tarixdə Masallı Rayonlararası Mühafizə Bölməsinə gedərək Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin şəxsi heyət üzrə verilmiş 14 noyabr 2022-ci il tarixli Ə1752 ş/h-038-22 nömrəli əmrinin surətini götürdü. Həmin əmrdə göstərilirdi ki, Masallı Rayonlararası Mühafizə Bölməsinin polis nəfəri polis serjantı İddiaçı "Azərbaycan Respublikasının X37nda xidmət keçmə haqqında" Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndi ilə (X37 adına ləkə gətirən hərəkət etdiyinə görə) 14 noyabr 2022-ci il tarixdən xidmətdən xaric edilsin. 14 noyabr 2022-ci il tarixə xidmət müddəti təqvim hesabı ilə 11 il 1 ay 03 gün təşkil edir. "Azərbaycan Respublikasının X37nda xidmət keçmə haqqında" Əsasnamənin 150-ci maddəsində göstərilir ki, xidmət keçmə yerini dəyişdirmə, tutduğu vəzifədən azad edilərək aşağı vəzifəyə keçirilmə haqqında qərarla razı olmayan X37nın əməkdaşı yazılı bildiriş aldığı gündən X37nın yuxarı vəzifəli şəxslərinə müraciət etmək, X37ndan xaric olunma haqqında qərarla razı olmadıqda isə məhkəməyə şikayət etmək hüququna malikdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin şəxsi heyət üzrə verilmiş 14 noyabr 2022-ci il tarixli Ə1752 ş/h-038-22 nömrəli əmri qnunsuz, əsassız və ən başlıcası isə xidməti intizam qaydalarının pozulması dərəcəsinə adekvat deyildir: 1. X37 X11 Kodeksinin 11-ci maddəsində göstərilir ki, polis əməkdaşı sağlam həyat tərzi keçirməli, həkim təyinatı istisna olmaqla, sərbəst dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış narkotik vasitələr və psixotrop maddələr qəbul etməməli, xidmət vaxtı, habelə xidmətdə olmadığı hallarda belə, xidməti geyim formasında olarkən spirtli içkilər içməməli, onları xidmət yerinə gətirməməlidir. Xidmətdən kənar vaxtlarda spirtli içkilər qəbul edərkən özünü idarə etməyi bacarmalı, həddini bilməli, şərəf və ləyaqəti alçaldan, eləcə də ertəsi gün xidməti vəzifələrin layiqincə yerinə yetirilməsinə mane ola biləcək dərəcədə spirtli içkilər qəbul etməməli, xidmətə gələrkən alkoqolun təsirindən tam azad olmalıdır. Yuxarıda qeyd etdiyi kimi 01 noyabr 2022-ci il tarixdə 35 yaşı tamam olduğu, yəni ad günü olduğu üçün yaşadığı evdə dostları ilə ad gününü qeyd etmişdir. Məclisdə spirtli içki də qəbul etmişdir. Lakin o, spirtli içki qəbul edətkən həddini bilmiş, şərəf və ləyaqəti alçaldan, eləcə də ertəsi gün xidməti vəzifələrinin layiqincə yerinə yetirilməsinə mane ola biləcək dərəcədə spirtli içkilər qəbul etməmiş, xidmətə gələrkən alkoqolun təsirindən tam azad olmuşdur. Yardımlı Rayon Mərkəzi Xəstəxanasında təxminən saat 15 radələrində alkotester vasitəsilə müayinə olunarkən guya onun qanında 0,540 promil spirtin olduğu aşkar edilmişdir. Halbuki bu, qeyri-mümkün idi. Çünki onlar axşam spirtli içki qəbul etmişdi. Həm də çox içməmişdilər. Lakin qeyd edir ki, bu məsələnin araşdırılması ilə əlaqərar o, nahar etməmişdi. Eyni zamanda səhərlər çörək yemək adəti olmadığı üçün səhər yeməyi də yeməmişdi. Həmçinin alkotesterin nə qədər düzgün işləyib-işləməməsi sual altındadır. Bundan başqa X29 22-ci maddəsində qeyd olunur ki, davranış kodeksində təsbit olunmuş prinsip və qaydaların əməkdaş tərəfindən yerinə yetirilməməsi xidməti və icra intizamının pozulması, X37 əməkdaşının adına ləkə gətirən hərəkət kimi qiymətləndirilir və "Azərbaycan Respublikası X37nın intizam nizamnaməsi"ndə müəyyən olunmuş qaydada intizam məsuliyyəti doğurur. Yəni X37 əməkdaşının adına ləkə gətirən hərəkətlər intizam məsuliyyətinə səbəb olur. Lakin bu, o demək deyildir ki, yalnız ən ağır intizam məsuliyyətinə-“xidmətdən xaric edilmə”yə səbəb olur. "Azərbaycan Respublikasının X37nda xidmət keçmə haqqında" Əsasnamənin 114-cü maddəsində göstərilir ki, xidməti intizam qaydalarını pozmağa görə X37nın əməkdaşlarına aşağıdakı intizam tənbehləri tətbiq edilə bilər:1) məzəmmət; 2) töhmət; 3) şiddətli töhmət; 4)xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq; 5) tutduğu vəzifədən aşağı vəzifəyə keçirmə; 6) xüsusi rütbənin bir pillə aşağı salınması; 7) xidmətdən xaric edilmə. Yuxarıda sadalanan 7 intizam tənbehindən ən ağırı “xidmətdən xaric edilmə”dir. O, Masallı Rayonlararası Mühafizə Bölməsində xidmət etdiyi müddət ərzində hazırkı intizam xətası (hətta hesab etsə ki, bu intizam xətasıdır) çıxılmaq şərti ilə heç bir qüsuru olmayıb, heç bir intizam tənbehinə məruz qalmamışdır. Nə üçün 11 ildə bir dəfə intizam xətası (hətta hesab etsə ki, bu intizam xətasıdır) törətmiş şəxsə ən ağır intizam tənbehi tətbiq olunmalıdır?! Halbuki həmin intizam tənbehinə kimi 6 müxtəlif dərəcəli intizam tənbehi vardır. Yəni hesab etsə belə intizam xətası törədilmişdir, tətbiq edilmiş intizam tənbehi birmənalı olaraq törədilmiş intizam xətasına və mənim şəxsiyyətimə uyğun(adekvat) deyildir. "Azərbaycan Respublikasının X37nda xidmət keçmə haqqında" Əsasnamənin 120-ci maddəsində qeyd olunur ki, intizam tənbehi xidməti intizam qaydalarının pozulması məlum olan gündən on gün ərzində verilir. Xidməti yoxlama keçirildiyi və ya cinayət işi başlandığı halda isə onun başa çatdırıldığı gündən bir aydan gec olmayan müddətdə verilməlidir. Təqsirkarın xəstəliyi və məzuniyyətdə olduğu müddət nəzərə alınmır. Yəni hesab etsə belə intizam xətası törədilmişdir, xətanın törədildiyi gün 01 noyabr 2022-ci ildir. O isə on üç gün sonra- 14 noyabr 2022-ci il tarixdə xidmətdən xaric edilmişdir. Yəni Əsasnamənin 120-ci maddəsində müəyyən olunmuş on günlük müddət ötürülmüşdür. "Azərbaycan Respublikasının X37nda xidmət keçmə haqqında" Əsasnamənin 154-cü maddəsində göstərilir ki, bu Əsasnamə ilə müəyyən edilmiş əsaslar olmadan xidmət keçmə yerləri dəyişdirilən, aşağı vəzifələrə keçirilən, X37ndan xaric olunan əməkdaşlara bu orqana bərpa edildikdən sonra işləmədikləri müddətə görə pul müavinəti verilir. Xaric edildikdən sonra xidmətə bərpa olunanadək müəssisə, idarə və təşkilatlarda işləmiş, sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş şəxslərə isə, X37nda axırıncı vəzifədə aldığı pul təminatı ilə xidmətdə məcburi fasilə zamanı qazandığı faktiki gəlir arasındakı fərq ödənilir və təqsirkar şəxslər maddi və intizam məsuliyyəti daşıyırlar. Odur ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin şəxsi heyət üzrə verilmiş 14 noyabr 2022ci il tarixli Ə1752 ş/h-038-22 nömrəli əmri məhkəmə qaydasında ləğv olunmalı və cavabdehin üzərinə onun xidmətə bərpa edilməsi, habelə xidmətdən xaric olunduğu gündən işləmədiyi müddətə görə pul müavinəti verilməsi öhdəliyi qoyulmalıdır. Qeyd olunanlara əsasən iddia ərizəsinin təmin olunması barədə qərar çıxarılması məhkəmədən xahiş olunmuşdur. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdiyini bildirərək, təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə etmiş və bildirmişdir ki, iddiaçı ailədə tək özü işləyən şəxsdir, maddi çətinliklər çəkir, əməlindən peşmandır, ona digər intizam tənbehi tətbiq edilə biləcəyi halda işdən xaric edilməsi barədə ən ağır intizam tənbehi tətbiq edilmişdir. İddiaçının işdən azad edilməsinə əsas Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin xx.xx.2022-ci il tarixli, Ə1752 ş/h-038-22 nömrəli əmrdir, lakin məhkəmə icraatı zamanı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin xx.xx.2022-ci il tarixli, Ə347-038-22 əmr və xx.xx.2022-ci il tarixli əmrlər cavabdeh orqan tərəfindən təqdim edilmişdir, bununla qəti şəkildə razı deyil və hesab edir ki, iki əmr qəbul edilməsi zəruri yox idi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin xx.xx.2022-ci il tarixli, Ə1752 ş/h-038-22 nömrəli əmr iddiaçının işdən azad edilməsinə səbəb olan əsas əmrdir. Həmçinin Yardımlı rayon Mərkəzi Xəstəxanasında müayinə zamanı istifadə edilmiş “Alkotester”in sertifikasiyadan keçirilib-keçirilməməsi, keçirildiyi təqdirdə nə vaxt keçirilməsi barədə iş materiallarında hər hansı sübut yoxdur. İddiaçının özünün də bildirdiyi kimi, həmçinin digər iş yoldaşlarının izahatları üzrə görünür ki, N.Bəgalıyev xx.xx.2022-ci il tarixdə xidməti vəzifəsini icra edən zaman spirtli içki içməmişdir, ondan əvvəlki axşam dostları ilə ad günü qeyd edən vaxtda spirtli içki qəbul etmişdir, xx.xx.2022-ci ilədək Bölmədə qüsursuz xidmət göstərmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, iş materiallarında olan “Masallı RMB-dən daxil olmuş xx.xx.2022-ci il tarixli, 270/315 nömrəli müraciətə baxılmasının nəticəsinə dair RƏY” ilə tanış olarkən məlum olmuşdur ki, manqa komandiri vəzifəsini müvəqqəti icra edən polis serjantı İlkin Rəhmanov xx.xx.2022ci il tarixdə Yardımlı rayonu ərazisində mühafizə olunan obyektlərdə yoxlama aparan zaman saat 14.25 radələrində Yardımlı rayon Maliyyə Şöbəsinə xidmətə cəlb olunan bölmənin polis nəfəri, polis serjantı İddiaçı spirtli içki iyi gəldiyini hiss etmiş, onu dərhal sərxoşluq müayinəsindən keçirtmək üçün xidmətdən azad edərək Yardımlı rayon Mərkəzi Xəstəxanasına aparmış, nəticədə onun 0,540 promildə spirtli içki qəbul etdiyi məlum olduqdan sonra raportla bölmənin rəhbərliyinə məruzə etmiş və polis serjantı İddiaçı barəsində toplanmış yoxlama materialı intizam tənbehi görülməsi üçün BMİ-nə göndərilmişdir. Araşdırma zamanı manqa komandiri Rəman Kərimov izahatında Bölmənin inzibati həyətində keçirilən səhər təlimatında və xidmət zamanı 11.00-da onun tərəfindən xidməti postda aparılmış yoxlama zamanı polis nəfəri İddiaçı spirtli içki qəbul etməsini və sərxoşluğunu aşkar etmədiyini, lakin manqa komandiri vəzifəsini müvəqqəti icra edən İlkin Rəhmanovun 14.25-də polis serjantı İddiaçı xidmət etdiyi postda xidməti yoxlama zamanı ondan spirtli içki qoxusunun gəldiyini, hərəkət və davranışlardan açıq aşkar sərxoş olduğu göründüyündən dərhal ona məlumat verdiyini, İ.Rəhmanovla birlikdə İddiaçı sərxoşluq dərəcəsinin müəyyən olunmasından ötrü Yardımlı rayon Mərkəzi Xəstəxanasına apardıqlarını və xəstəxananın xx.xx.2022-ci il tarixli, 11-400 nömrəli rəyində 0,540 promil spirtli içki qəbul etdiyi qeyd olunduqdan sonra raportla rəhbərliyə məlumat verdiyini bildirmişdir. Həmin rəydə göstərilənlər ilə əlaqədar olaraq bildirilmişdir ki, təqdim olunmuş sənədlərdə polis serjantı İddiaçı xx.xx.2022-ci il tarixdə saat 11.00-14.25 arasında xidməti postda xidmətdə olarkən spirtli içki qəbul etməsini təsdiq edən hər hansı bir sübut yoxdur. Polis serjantı İddiaçı verdiyi izahatında səmimi olaraq bildirmişdir ki, 01 noyabr 2022-ci il tarixdə axşam 35 yaşı tamam olduğu, yəni ad günü olduğu üçün yaşadığı evdə dostları ilə ad gününü qeyd etmiş, həmçinin spirtli içki də qəbul etmişlər. xx.xx.2022-ci il tarixdə isə o, xidmətə çıxmış, öz xidməti postunda olmuş, hər hansı spirtli içki qəbul etməmiş, həmçinin adəti üzrə səhər yeməyi də yeməmişdir. Qanında 0,540 promil spirtin aşkar edilməsi isə onun hə min gün spirtli içki qəbul etməsi anlamına gəlmir. Çünki Yardımlı rayon Mərkəzi Xəstəxanasında müayinə zamanı istifadə edilmiş “Alkotester”in sertifikasiyadan keçirilibkeçirilməməsi, keçirildiyi təqdirdə nə vaxt keçirilməsi barədə iş materiallarında hər hansı sübut yoxdur. Odur ki, yuxarıda qeyd olunanları nəzərə almağı xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinə qarşı Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi tərəfindən iddia ərizəsinə etiraz təqdim edilərək, Azərbaycan Respublikası DİN BMİ-nin xx.xx.2022-ci il tarixli, Ə347-038-22 nömrəli Əmri ilə İddiaçı X37nda xidmətdən xaric edilmişdir. İddiaçı xasiyyətnaməsindən məlum olur ki, X18 2013-cü ilin noyabr ayından Masallı Rayonlararası Mühafizə Bölməsinin polis nəfəri vəzifəsində işləmişdir. O xidməti vəzifələrinin icrası zamanı daim nöqsanlara yol vermiş, Bölmə rəhbərliyi tərəfindən verilmiş intizam tənbehlərinə baxmayaraq, yenidən intizamsızlığa yol verərək xidməti intizam qaydalarını kobud surətdə pozmuşdur. Polis nəfəri İddiaçı işlədiyi müddət ərzində xidmətində əsaslı dönüş yaratmaq əvəzinə, intizamsızlıqlara yol vermiş bir polis əməkdaşı kimi özünü göstərmişdir. Kollektivdə sağlam düşüncəyə və aydın mövqeyə malik olmamış, bir polis əməkdaşı kimi üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməmişdir. Belə ki, Masallı Rayonlarası X25 komandiri vəzifəsini müvəqqəti icra edən polis serjantı İlkin Rəhmanov tərəfindən hazırlanmış xx.xx.2022-ci il tarixli Raporta görə o 02.11,2022-ci il tarixdə saat 14:25-də xidməti postlarda yoxlama apararkən Yardımlı Rayon Maliyyə Şöbəsində xidmət aparan polis nəfəri, polis serjantı İddiaçı kəskin spirtli içki qoxusunun gəldiyini hiss etmiş sonra sərxoşluq dərəcəsinin müəyyən edilməsindən ötrü xidmətdən azad edərək Yardımlı Rayon Mərkəzi Xəstəxanasına aparmış və nəticədə sonuncunun 0.540 promildə sərxoş olduğu müəyyən olunmuşdur. Masallı rayonlararası X25 komandiri, polis baş serjantı X30 tərəfindən hazırlanmış xx.xx.2022-ci il tarixli Raporta görə xx.xx.2022-ci il tarixində xidməti postlarda yoxlama apararkən xidmətdə olan polis nəfəri, polis serjantı İddiaçı sərxoş olduğu şübhəsi yaranmış, onun xəstəxanada müayinə olunmasından ötrü polis nəfəri, polis serjantı X7 15:00-dan Yardımlı Rayon Maliyyə İdarəsinə xidmətə təyin olunmasına köməklik göstərilməsini xahiş etmişdir. Masallı Rayonlarası X25 komandiri vəzifəsini müvəqqəti icra edən polis serjantı X20 tərəfindən "Bölmənin polis nəfəri, polis serjantı İddiaçı barəsində aparılmış xidməti yoxlamanın nəticəsinə dair” xx.xx.2022-ci il tarixli Rəylə müəyyən olunmuşdur ki, xx.xx.2022-ci il tarixində Masallı Rayonlarası X25 komandiri vəzifəsini müvəqqəti icra edən polis serjantı X33 Rayonunda Mühafizə olunan obyektlərdə xidməti yoxlama aparan zaman təxminən saat 14:25-də Yardımlı Rayon Maliyyə Şöbəsində xidmət aparan polis nəfəri, polis serjantı İddiaçı kəskin spirtli içki qoxusunun gəldiyini hiss etmiş, ondan spirtli içki içib-içmədiyini soruşduqda isə sonuncu qeyri-səmimi mövqe nümayiş etdirərək içmədiyini bildirmişdir. İlkin Rəhmanov bu barədə bölmənin manqa komandiri polis baş serjantı X21 həmin posta çağırmış və bölmə rəisi, polis polkovnik-leytenantı Osman Qarabozova polis nəfəri Nofel Bəgaliyevin içkili olduğundan şübhələndiyini məruzə etmiş, manqa komandiri Raman Kərimov dərhal raport (raport əlavə olundu) yazaraq polis serjantı Nofal Bəgaliyevi xidmətdən azad edib, polis nəfəri, polis serjantı X27 həmin posta xidmətə təyin etmişdir. İlkin Rəhmanov polis nəfəri, polis serjantı İddiaçı təxminən saat 14:50 radələrində sərxoşluğun yoxlanılması üçün Yardımlı rayon Mərkəzi Xəstəxanasına aparmış və müayinə nəticəsində sonuncunun 0.540 promildə (Xəstəxananın 03.11,2022-ci il tarixli 11-400 nömrəli məktub əlavə olunur) sərxoş olduğu müəyyən olunmuşdur. Masallı rayonlararası X25 komandiri, polis baş serjantı X30 xx.xx.2022-ci il tarixli izahatında göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixində səhər saat 08:30-da bölmədə xidmət qabağı təlimat keçirmiş, bu zaman xidməti təlimatda iştirak edən polis nəfəri, polis serjantı İddiaçı spirtli içki qəbul etməsi və sərxoşluğunu aşkar etməmişdir. O, xidmət zamanı saat 11:00-da yenə İddiaçı xidmət etdiyi etdiyi postda olmuş və bu zaman da onun spirtli içki qəbul etməsini hiss etməmişdir. Ona sonradan məlum olmuşdur ki, Masallı Rayonlarası X25 komandiri vəzifəsini müvəqqəti icra edən polis serjantı X33 Rayonunda Mühafizə olunan obyektlərdə xidməti yoxlama aparan zaman Yardımlı Rayon Maliyyə İdarəsində xidmətdə olan polis nəfəri, polis serjantı İddiaçı spirtli içki içdiyini aşkar etmişdir. İlkin Rəhmanov ona zəng vuraraq bu barədə məlumat vermişdir. Kərimov Rəvan bölmədən çıxaraq Maliyyə İdarəsinə yaxınlaşmış və xidmətdə olan İddiaçı spirtli içki qəbul etdiyini aşkar etmişlər. Onlar İddiaçı spirtli içki içib içmədiyini soruşduqlarında isə o bunu inkar etmiş və bu barədə bölmə rəisinə məlumat vermişlər. Bundan sonra isə İddiaçı xidmətdən azad edilərək İlkin Rəhmanov tərəfindən sərxoşluğun yoxlanılması üçün Yardımlı rayon Mərkəzi Xəstəxanasına aparılmış, burada isə onun 0.540 promil spirtli içki qəbul etdiyi barədə arayış verilmişdir. Masallı Rayonlarası Mühafizə Bölməsinin polis nəfəri, polis serjantı İddiaçı xx.xx.2022-ci il tarixli izahatında bildirmişdir ki, o, xx.xx.2022-ci il tarixində Yardımlı Rayon Maliyyə İdarəsində xidmətə təyin olunmuş, təxminən saat 14:25 radələrində manqa komandiri İlkin Rəhmanov xidməti yoxlama zamanı ondan xidmətdə spirtli içkili olub olmadığını soruşmuş, o isə içkili olmadığını bildirmişdir. Bununla bağlı komandir onu Yardımlı Rayon Xəstəxanasına apararaq içkili olduğunu yoxlamaq üçün həkim müayinəsindən keçirmiş, həkim müayinəsindən keçirililən zaman onda spirtli içki dərəcəsi 0.540 faiz göstərilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixində deyil, doğum günü olan xx.xx.2022-ci il tarixində spirtli içki qəbul etdiyini bildirmişdir. Yardımlı Rayon X17 Hüquqi Şəxsi tərəfindən Masallı rayonlararası Mühafizə Bölməsinin rəisi, polis polkovnik-leytenantı Osman Qarabozova ünvanlanmış 03.11,2022-ci il tarixli, 11-40 nömrəli məktuba görə Yardımlı rayonu, Qabaqdibi kənd sakini İddiaçı sərxoşluq dərəcəsinin müəyyən olunmasından ötrü 02.11 2022-ci il tarixində saat 14:55-də Yardımlı MRX-də müayinə olunmuşdur. Masallı rayonlararası Mühafizə Bölməsinin polis nəfəri, polis serjantı X28 xx.xx.2022-ci il tarixli izahatında bildirmişdir ki, o, xx.xx.2022-ci il tarixində saat 8:30-da bölmədə keçirilən xidmət qabağı təlimatda iştirak etmiş, həmin təlimatda iştirak edən polis nəfəri, polis serjantı İddiaçı sərxoş olduğunu və spirtli içki içdiyini aşkar etməmiş, onda spirt qoxusu və sərxoşluq hiss etməmişdir. Masallı rayonlararası Mühafizə Bölməsinin polis nəfəri, polis serjantı X12 xx.xx.2022-ci il tarixli izahatında bildirmişdir ki, o, xx.xx.2022-ci il tarixində saat 8:30-da bölmədə keçirilən xidmət qabağı təlimatda iştirak etmiş, həmin təlimatda iştirak edən polis nəfəri, polis serjantı İddiaçı sərxoş olduğunu və spirtli içki içdiyini aşkar etməmiş, onunla apardığı söhbət zamanı onda spirt qoxusu və sərxoşluq hiss etməmiş, davranışında dəyişiklik müşahidə etməmişdir. Masallı rayonlararası Mühafizə Bölməsinin polis nəfəri, polis serjantı X13 xx.xx.2022-ci il tarixli izahatında bildirmişdir ki, o, xx.xx.2022-ci il tarixində saat 8:30-da bölmədə keçirilən xidmət qabağı təlimatda iştirak etmiş, həmin təlimatda iştirak edən polis nəfəri, polis serjantı İddiaçı sərxoş olduğunu və spirtli içki içdiyini aşkar etməmiş, onda spirt qoxusu və sərxoşluq hiss etməmişdir. Masallı rayonlararası Mühafizə Bölməsinin polis nəfəri, polis serjantı X22 xx.xx.2022-ci il tarixli izahatında bildirmişdir ki, o, xx.xx.2022-ci il tarixində saat 8:30-da bölmədə keçirilən xidmət qabağı təlimatda iştirak etmiş, həmin təlimatda iştirak edən polis nəfəri, polis serjantı İddiaçı sərxoş olduğunu və spirtli içki içdiyini aşkar etməmiş, onda spirt qoxusu və sərxoşluq hiss etməmişdir. Masallı rayonlararası Mühafizə Bölməsinin polis nəfəri, polis kiçik-serjantı X14 xx.xx.2022-ci il tarixli izahatında bildirmişdir ki, o, xx.xx.2022-ci il tarixində saat 8:30-da bölmədə keçirilən xidmət qabağı təlimatda iştirak etmiş, həmin təlimatda iştirak edən polis nəfəri, polis serjantı İddiaçı sərxoş olduğunu və spirtli içki içdiyini aşkar etməmiş, onda spirt qoxusu və sərxoşluq hiss etməmişdir. Masallı rayonlararası Mühafizə Bölməsinin mühafizəçisi X23 xx.xx.2022-ci il tarixli izahatında bildirmişdir ki, o, xx.xx.2022-ci il tarixində saat 8:30-da bölmədə keçirilən xidmət qabağı təlimatda iştirak etmiş, həmin təlimatda iştirak edən polis nəfəri, polis serjantı İddiaçı sərxoş olduğunu və spirtli içki içdiyini aşkar etməmiş, onda spirt qoxusu və sərxoşluq hiss etməmişdir. Masallı rayonlararası Mühafizə Bölməsinin MMX üzrə mühafizəçisi X31 xx.xx.2022-ci il tarixli izahatında bildirmişdir ki, o, xx.xx.2022-ci il tarixində saat 8:30- da bölmədə keçirilən xidmət qabağı təlimatda iştirak etmiş, həmin təlimatda iştirak edən polis nəfəri, polis serjantı İddiaçı sərxoş olduğunu və spirtli içki içdiyini aşkar etməmiş, onda spirt qoxusu və sərxoşluq hiss etməmişdir. xx.xx.2022-ci il tarixli xidmət bölgüsünə əsasən İddiaçı "Maliyyə" xidmət yerində - Yardımlı Rayon Maliyyə Şöbəsində saat 09:00-dan 09:00-a kimi xidmət aparması müəyyən olunmuşdur. Masallı rayonlararası Mühafizə İdarəsinin polis nəfəri, polis serjantı İddiaçı xidməti kitabçasında aparılan qeyddən xx.xx.2022-ci il tarixində aparılmış xidməti yoxlama zamanı onda 0.540 promil spirtli içki aşkar olunduğu məlum olur. Mübahisənin mahiyyətinə gəldikdə "Polis haqqında” Qanununun 1-ci maddəsinə görə polis - Azərbaycan Respublikasının icra hakimiyyətinə mənsub olan vahid mərkəzləşdirilmiş, hüquq-mühafizə orqanıdır, polis əməkdaşı - polis orqanlarında müəyyən vəzifə tutan və bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri həyata keçirən dövlət qulluqçusudur. Həmin Qanunun 13-cü maddəsinə görə səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş davranış qaydalarına riayət etmək polis əməkdaşının ümumi vəzifələrindən biridir. Həmin Qanunun 33-cü maddəsinin İ hissəsinin 3-cü bəndinə əsasən polis əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə, polis əməkdaşı intizam məsuliyyətinə cəlb edilir. Azərbaycan Respublikasının 19 iyun 2001-ci il tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Azərbaycan Respublikasının X37nda xidmət keçmə haqqında” Əsasnamənin 108-ci maddəsinə görə X37nda xidməti intizam - əməkdaşlar tərəfindən onlara həvalə olunmuş vəzifələrin icrasından və öz səlahiyyətlərini həyata keçirən zaman Azərbaycan Respublikasının qanunvericiliyinə, vəzifə təlimatlarına, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və bilavasitə rəislərin əmr və göstərişlərinə əməl etməkdən ibarətdir. Həmin Əsasnamənin 114-cü maddəsinə görə xidməti intizam qaydalarını pozmağa görə X37nın əməkdaşlarına aşağıdakı intizam tənbehləri tətbiq edilə bilər: məzəmmət, töhmət, şiddətli töhmət, xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq, tutduğu vəzifədən aşağı vəzifəyə keçirmə, xüsusi rütbənin bir pillə aşağı salınması, xidmətdən xaric edilmə. Həmin Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə əsasən X37nın əməkdaşı X37 əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə xidmətdən xaric edilə bilər. Azərbaycan Respublikası Daxili İşlər nazirinin xx.xx.2005-ci il tarixli 130 №-li əmri ilə təsdiq edilmiş “X37 X11 Kodeksinin” müddəalarında DİO əməkdaşları ilə bağlı aşağıdakı tələblər nəzərdə tutulmuşdur: - (maddə 1) Azərbaycan Respublikasının qanunvericiliyinə, cəmiyyətdə qəbul olunmuş norma və qaydalara tam şəkildə əməl etməli, bu işdə digər şəxslərə nümunə olmalıdır; - (maddə 2) Anda, xidməti və vətəndaşlıq borcuna sadiq olmalı, vətəndaşların həyat və sağlamlığının, hüquq və azadlıqlarının, cəmiyyətin və dövlətin maraqlarının hüquqazidd qəsdlərdən qorunmasına görə öz şəxsi məsuliyyətini hiss etməlidir. Daim yadda saxlamalıdır ki, hətta bir əməkdaşın Andını pozması, xidməti borcunu yerinə yetirməməsi və nalayiq hərəkətə yol verməsi, bir çox əməkdaşın fədakar əməyi və nümunəvi xidməti hesabına əldə olunmuş uğurlara və nüfuza kölgə sala bilər; - (maddə 5) X37nın əməkdaşı xidməti borcun yerinə yetirilməsi zamanı cəsur, qorxmaz və qətiyyətli olmalı, eyni zamanda, cinayət və digər hüquqazidd əməllərin qarşısını alarkən, qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, başqalarının həyat və sağlamlığını təhlükə altında qoymamalıdır; - (maddə 6-1) Xidməti vəzifələrin icrası ilə bir araya sığmayan və polis əməkdaşı adına xələl gətirə biləcək, habelə xidmət keçdiyi və başqa dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir; - (maddə 11) Sağlam həyat tərzi keçirməli, həkim təyinatı istisna olmaqla, sərbəst dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış narkotik vasitələr və psixotrop maddələr qəbul etməməli, xidmət vaxtı, habelə xidmətdə olmadığı hallarda belə, xidməti geyim formasında olarkən spirtli içkilər içməməli, onları xidmət yerinə gətirməməlidir. Xidmətdən kənar vaxtlarda spirtli içkilər qəbul edərkən özünü idarə etməyi bacarmalı, həddini bilməli, şərəf və ləyaqəti alçaldan, eləcə də ertəsi gün xidməti vəzifələrin layiqinjə yerinə yetirilməsinə mane ola biləcək dərəcədə spirtli içkilər qəbul etməməli, xidmətə gələrkən alkoqolun təsirindən tam azad olmalıdır. - (maddə 13) İcrasının mümkün olmayacağını qabaqcadan bildiyi (və ya bilməli olduğu) öhdəlikləri (borc pul, kirayə və s.), üzərinə götürməməlidir. Üzərinə götürdüyü öhdəlikləri müəyyənləşdirilmiş şərtlərə uyğun icra etməlidir; - (maddə 14) İş qrafikinə və zərurət yarandıqda tətbiq olunan xüsusi xidmət rejiminə ciddi riayət etməli, xidmət yerinə vaxtında gəlib vaxtında getməli, üzrsüz səbəbdən xidmətdən yayınma hallarına yol verməməli, fövqəladə hallar istisna olmaqla, birbaşa rəislərin icazəsi olmadan xidmət yerini tərk etməməlidir. Birbaşa rəislərinin ilk çağırışı ilə, eləcə də, təbii fəlakətlər, geniş miqyaslı texnogen qəzalar, yanğınlar, iğtişaşlar və sair fövqəladə hadisələr baş verdikdə çağırışsız xidmət yerinə gəlməlidir. Xidmətdə olarkən vaxtını xidməti vəzifələrindən kənar işlərə sərf etməməlidir. - (maddə 17) Müxtəlif məsələlərlə bağlı keçirilən xidməti təhqiqat və ya yoxlama zamanı verilən sualları tam və səmimi cavablandırmalı, obyektivliyin təmin edilməsinə köməklik göstərməlidir; - (maddə 21) Xidmətdə və həyatda təvazökar olmalı, vəzifə üzrə irəli çəkilməsi, mükafatlandırılması, imtiyazların əldə edilməsi üçün müəyyən olunmuş qaydalara zidd yollar axtarmamalı, kənar vasitəçilərin bu məsələyə müdaxiləsini qətiyyətlə rədd etməlidir; - (maddə 22) Davranış kodeksində təsbit olunmuş prinsip və qaydaların əməkdaş tərəfindən yerinə yetirilməməsi xidməti və icra intizamının pozulması, X37 əməkdaşının adına ləkə gətirən hərəkət kimi qiymətləndirilir və "Azərbaycan Respublikası X37nın intizam Nizamnaməsi"ndə müəyyən olunmuş qaydada intizam məsuliyyəti doğurur. Etik davranış qaydalarının pozulması X37 əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. X37 əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə həyata keçirilir. İntizam məsuliyyətinin dərəcəsi və tənbehin növü yol verilmiş intizam pozuntusu faktı üzrə keçirilən xidməti təhqiqatın və ya araşdırmanın nəticələrinə əsasən, buna səlahiyyəti olan vəzifəli şəxs tərəfindən müəyyən edilir. “Azərbaycan Respublikasının X37nın İntizam Nizamnaməsi”nin 54-cü maddəsinə görə intizam tənbehinin qüvvədə olduğu müddətdə analoji qəbahətə görə təkrar intizam pozuntusuna yol vermiş əməkdaş barədə daha ciddi intizam tənbehi tətbiq edilir. İntizam məsuliyyətinə cəlb edildikdən sonra, xidməti və icra intizamının il ərzində yenidən kobudcasına pozulması, əməkdaşın X37ndan xaric olunmasına səbəb olur. Həmin Nizamnamənin 60-cı maddəsinə görə əməkdaş qanunçuluğun pozulması, suiistifadələr, işdəki nöqsanlar və xidməti fəaliyyətə mənfi təsir göstərən çatışmazlıqlar aşkar etdikdə bu barədə bilavasitə rəisinə məruzə etməli, zəruri hallarda yuxarı rəisə məlumat verməlidir. Tətbiq edilən hüquq və işin hallarını müqayisə etməklə cavabdehin əsaslandırması: mövcud qanunvericiliyin X37nda xidmət keçmənin qayda və şərtləri təsbit olunan normaları xidməti intizam qaydalarını pozan əməkdaşlara tətbiq edilən intizam tənbehlərinin dairəsini konkret müəyyənləşdirmiş, həmin sıraya daxil olan “xidmətdən xaric edilmə" tədbirinin tətbiqini isə, başqa hallarla yanaşı onun X37 əməkdaşı adına ləkə gətirən hərəkətə yol verməsi ilə şərtləndirir. Bundan başqa, qanunvericilik müəyyən olunmuş davranış qaydalarına riayət edilməsini polis əməkdaşının ümumi vəzifəsi kimi də nəzərdə tutur. Hansı ki, bu davranış qaydalarına qanunvericiliyə, cəmiyyətdə qəbul olunmuş norma və qaydalara tam şəkildə əməl etmək, bu işdə digər şəxslərə nümunə olmaq, iş qrafikinə və zərurət yarandıqda tətbiq olunan xüsusi xidmət rejiminə ciddi riayət etməli, xidmət yerinə vaxtında gəlib vaxtında getməli, üzrsüz səbəbdən xidmətdən yayınma hallarına yol verməməli, fövqəladə hallar istisna olmaqla, birbaşa rəislərin icazəsi olmadan xidmət yerini tərk etməmək, icrasının mümkün olmayacağını qabaqcadan bildiyi öhdəlikləri üzərinə götürməmək, xidməti təhqiqat zamanı səmimilik göstərmək, xidməti vəzifələrinin icrasına bilavasitə aid olmadığı halda sosial şəbəkələrdə ictimai müzakirələrdə iştirak etməmək, xidmətdə vəzifə üzrə irəli çəkilməsi üçün müəyyən olunmuş qaydalara zidd yollar axtarmamaq da daxildir. Hazırkı işin hallarına görə isə, mübahisələndirilən inzibati akt, yəni iddiaçının X37ndan xaric edilməsi barədə xx.xx.2022ci il tarixli, Ə347-038-22 nömrəli əmri cavabdeh inzibati orqan - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi onun hərəkətlərini “X37 əməkdaşı adına ləkə gətirən" qismində qiymətləndirməklə qərar qəbul etmişdir. “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1 -ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu kontekstdə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə əsas kimi gətirilməsini məhkəmənin diqqətinə çatdırmağı zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1 (102)-1512/2021 saylı, 2-1 (102)- 2172/2021 saylı, 2-1(102)-327/2022 saylı, 2-1(102)-374/2022 saylı qərarlarında da yuxarıda qeyd edilən mövqedən çıxış etmiş və qeyd etmişdir ki, iddiaçı hüquq mühafizə əməkdaşına xas şəxsi keyfiyyətə malik olmamış, xidməti borcuna sədaqət göstərməmiş, X37 X11 kodeksinin tələblərinə sözsüz əməl edəcəyi barədə üzərinə götürdüyü öhdəliyi və xidməti borcunu yerinə yetirməmiş, fəaliyyətini ictimai maraqlara uyğun, habelə cəmiyyətdə polis əməkdaşına olan etimadın artırılması məqsədləri üzərində qurmamış, xidmətin əsas meyarı kimi intizamlılıq göstərməmiş, bununla da xidməti intizamı və etik davranış qaydalarını mütəmadi olaraq pozmuş, nəticədə X37nda xidmətdən xaric edilmişdir. Qeyd olunanların məcmusunda belə qənaətə gəlirik ki, qulluq dövründə İddiaçı yuxarıda qeyd olunan hərəkətlərini BMİ haqlı olaraq X37nın əməkdaşının adına ləkə gətirən hal qismində qiymətəndirmişdir. Göründüyü kimi Yardımlı Rayon Maliyyə Şöbəsində xidmət aparan polis nəfəri, polis serjantı İddiaçı xx.xx.2022-ci il tarixində saat 8:30-da keçirilən xidmət qabağı təlimatda iştirak etmiş və bu zaman onda nə spirtli içki, nə də sərxoşluq halı bölmənin manqa komandiri və digər polis əməkdaşları tərəfindən aşkar edilməmiş, lakin Masallı Rayonlararası X25 komandiri vəzifəsini müvəqqəti icra edən polis serjantı İlkin Rəhmanov tərəfindən saat 14:25-də xidməti postlarda yoxlama apararılarkən ondan kəskin spirtli içki qoxusunun gəldiyi aşkar edildikdən sonra o, sərxoşluq dərəcəsinin müəyyən edilməsindən ötrü xidmətdən azad edilərək Yardımlı Rayon Mərkəzi Xəstəxanasına aparılmış və nəticədə sonuncunun 0.540 promildə sərxoş olduğu müəyyən olunmuşdur, bununla da onun xidmət zamanı vəzifə öhdəliklərinin tələblərini kobud surətdə pozduğu təsbit olunmuşdur. Beləliklə, iddiaçının hərəkətlərində polis əməkdaşının adına və nüfuzuna xələl gətirən hərəkətlərin yol verilməsi halı müəyyən edildiyi üçün xidmətdən xaric edilməsinə dair qəbul edilmiş əmr qanuna zidd sayıla bilməz, iddiaçının əmrin ləğvi barədə verdiyi tələb əsassızdır. Şərh olunanlar və sadalanan qanunvericilik aktlarına əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinə qarşı "işdən çıxarılma əmrinin ləğv edilməsi, işə bərpa olunma və xidmətdən xaric edildiyi gündən işləmədiyi müddətə görə pul müavinətinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və onun nümayəndəsinin izahatlarını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, işdə olan Manqa komandiri vəzifəsini müvəqqəti icra edən polis serjantı İ.Rəhmanov tərəfindən verilmiş Bölmənin polis nəfəri, polis serjantı X10 barəsində aparılmış xidməti yoxlamanın nəticəsinə dair rəyə əsasən, 02 noyabr 2022-ci il tarixdə manqa komandiri vəzifəsini serjantı X5 rayonunda mühafizə olunan obyektlərdə xidməti yoxlama aparan zaman saat təxminən 14:25 radələrində Yardımlı rayon Maliyyə Şöbəsinə xidmətə cəlb olunan bölmənin polis nəfəri, polis serjantı X2 içki iyinin gəldiyini hiss etdi. Ondan spirtli içki içdiyini soruşduqda qeyri-səmimi mövqe tutaraq içki içmədiyini bildirdi. Mən öz növbəmdə bölmənin manqa komandiri polis baş serjantı X15 həmin posta çağırdı və bölmə rəisi, polis polkovnik-leytenantı Osman Qarabozova polis nəfəri Nofəl Bəgalıyevin içkili olduğundan şübhələndiyimi məruzə etdi. Manqa komandiri Rəman Kərimov dərhal raport (raport əlavə olundu) yazaraq polis serjantı Nofəl Bəgalıyevi xidmətdən azad edib, polis nəfəri, polis serjantı X27 həmin posta xidmətə təyin etdi. Polis nəfəri polis serjantı Nofəl Bəgalıyevi təxminən saat 14:50 radələrində sərxoşluğun yoxlanılması üçün Yardımlı rayon Mərkəzi Xəstəxanasına apardım. Müayinə nəticəsində sonuncunun 0.540 promildə (Xəstəxananın xx.xx.2022-ci il tarixli 11-400 nömrəli məktub əlavə olunur) sərxoş olduğu müəyyən olunmuşdur. Araşdırma zamanı N. Bəgalıyev izahatında həmin günü içki içmədiyini, bir gün əvvəl xx.xx.2022-ci il tarixində ad günü olduğu üçün içki içdiyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə xidmətə cəlb olunan və səhər təlimatında iştirak edən polis əməkdaşları və mülki mühafizəçiləri öz izahatlarında polis nəfəri, polis serjantı X4 təlimatında içkili olduğunu hiss etməmişlər və heç bir spirtli içki iyinin gəlmədiyini, eyni zamanda manqa komandiri Rəman Kərimov səhər təlimatı zamanı və 11:00-da xidməti postunu yoxlayarkən onun spirtli içki qəbul etdiyini aşkar etməmişdir (izahatlar əlavə olunur). Bununla da polis nəfəri polis serjantı X6 İşlər Nazirliyinin xx.xx.2005-ci il tarixli 130 saylı əmri ilə təsdiq edilmiş “X37 X11 kodeksi”nin 1, 11 və 17-ci maddələrinin tələblərini kobud şəkildə pozduğu müəyyən edilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, Fakt üzrə aparılmış xidməti yoxlama və araşdırma bitmiş hesab edilməsi, xx.xx.2022-ci il tarixdə Xidməti vəzifə borcunu yerinə yetirən zaman “X37 X11 kodeksi”nin 1, 11 və 17-ci maddələrinin tələblərini kobud şəkildə pozaraq xidmətdə spirtli içki qəbul etdiyinə görə, 1987-ci il təvəllüdlü 2013-cü ildən DlO-da, Masallı RMB-də polis nəfəri vəzifəsində işləyən, polis serjantı X18 barəsində xidməti yoxlama materialı intizam tənbehi görülməsi üçün Baş Mühafizə İdarəsinə göndərilməsi, xidməti yoxlama materialının bir surəti saxlanılması üçün MB-nin arxivinə verilməsi təklif olunmuşdur. Manqa komandiri vəzifəsini müvəqqəti icra edən, polis serjantı İlkin Rəhmanov tərəfindən polis nəfəri Nofəl Bəğalıyev barəsində müvafiq tədbir görülməsi barədə Masallı rayonlararası Mühafizəsinin rəisi, polis polkovnik-leytenantı cənab Osman Qarabozova raport verilmişdir. Masallı rayonlararası X25 komandiri polis serjantı R.Kərimov tərəfindən N.Bəgalıyevi sərxoş olması şübhəsi yarandığı, onun xəstəxanada müayinə olunmasından ötrü polis serjantı X8 15.00-dan Yardımlı Maliyyə İdarəsinə xidmətə təyin olunmasına köməklik göstərilməsi barədə Masallı rayonlararası Mühafizəsinin rəisi, polis polkovnikleytenantı cənab Osman Qarabozova raport verilmişdir. İşdə olan Yardımlı rayon Mərkəzi Xəstəxanası tərəfindən Masallı rayonlararası Mühafizəsinin rəisi, polis polkovnik-leytenantı cənab Osman Qarabozova ünvanlanmı xx.xx.2022-ci il tarixli məktuba əsasən, X3 dərəcəsinin müəyyən olunmasından ötrü xx.xx.2022-ci il tarixdə saat 14.55-də Yardımlı MRX-nın TTYŞ-də müayinə olundu. Diaqnoz: spirtli içki qəbul etmişdir.0.540 promil. İş materiallarına əlavə edilmiş Masallı rayonlararası Mühafizəsinin rəisi, polis polkovnik-leytenantı cənab Osman Qarabozov və Manqa komandiri vəzifəsini müvəqqəti icra edən, polis serjantı İlkin Rəhmanov tərəfindən verilmiş xasiyyətnaməyə əsasən, Polis serjantı, X18 2013-cü ilin noyabr ayından Masallı Rayonlararası Mühafizə Bölməsində polis nəfəri vəzifəsində işləyir. O, işlədiyi müddət ərzində özünü bacarıqlı və işgüzar bir işçi kimi göstərməyə çalışsa da, tam nail ola bilməmişdir. N.Bəgalıyev xidməti vəzifələrinin icrası zamanı daim nöqsanlara yol vermiş, buna görə də komandirlər tərəfindən tez-tez fərdi söhbətə cəlb edilmişdir. Buraxdığı nöqsana görə Bölmə rəhbərliyi tərəfindən verilmiş, intizam tənbehinə baxmayaraq, yenidən intizamsızlığa yol verərək xidməti intizam qaydalarım kobud şəkildə pozmuşdur. Həmçinin cinayətkarlığa qarşı mübarizə işində nəticə göstərməməklə yanaşı, peşəkarlıq göstərə bilməmişdir. O, yoldaşları ilə mehriban və səmimi olmağına baxmayaraq, daima X29 tələblərini pozmuşdur. Peşə və fiziki hazırlıq məşğələlərində keçirilən mövzuları yaxşı mənimsəmədiyi üçün, düşdüyü mürəkkəb şəraitdən çıxmaqda çətinlik çəkir. Polis nəfəri N. Bəgalıyev işlədiyi müddət ərzində xidmətində əsaslı dönüş yaratmaq əvəzinə, intizamsızlıqlara yol vermiş bir polis əməkdaşı kimi özünü göstərmişdir. Kollektivdə sağlam düşüncəyə və aydın mövqeyə malik olmamış, bir polis əməkdaşı kimi üzərinə düşən vəzifənin öhtəsindən layiqincə gəlməyir. Hazırda qüvvədə olan intizam tənbehi yoxdur. İş materiallarına əlavə edilmiş Masallı Rayonlarası Mühafizə Bölməsinin polis nəfəri, polis serjantı İddiaçı xx.xx.2022-ci il tarixli izahatında bildirmişdir ki, o, xx.xx.2022-ci il tarixində Yardımlı Rayon Maliyyə İdarəsində xidmətə təyin olunmuş, təxminən saat 14:25 radələrində manqa komandiri İlkin Rəhmanov xidməti yoxlama zamanı ondan xidmətdə spirtli içkili olub-olmadığını soruşmuş, o isə içkili olmadığını bildirmişdir. Bununla bağlı komandir onu Yardımlı Rayon Xəstəxanasına apararaq içkili olduğunu yoxlamaq üçün həkim müayinəsindən keçirmiş, həkim müayinəsindən keçirilən zaman onda spirtli içki dərəcəsi 0.540 faiz göstərilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixində deyil, doğum günü olan xx.xx.2022-ci il tarixində spirtli içki qəbul etdiyini bildirmişdir. İşə əlavə olunmuş Masallı rayonlararası Mühafizə Bölməsinin polis nəfəri, polis serjantı X28 xx.xx.2022-ci il tarixli izahatında bildirmişdir ki, o, xx.xx.2022-ci il tarixində saat 8:30-da bölmədə keçirilən xidmət qabağı təlimatda iştirak etmiş, həmin təlimatda iştirak edən polis nəfəri, polis serjantı İddiaçı sərxoş olduğunu və spirtli içki içdiyini aşkar etməmiş, onda spirt qoxusu və sərxoşluq hiss etməmişdir. İşdə olan Masallı rayonlararası Mühafizə Bölməsinin polis nəfəri, polis serjantı X12 xx.xx.2022-ci il tarixli izahatında bildirmişdir ki, o, xx.xx.2022-ci il tarixində saat 8:30-da bölmədə keçirilən xidmət qabağı təlimatda iştirak etmiş, həmin təlimatda iştirak edən polis nəfəri, polis serjantı İddiaçı sərxoş olduğunu və spirtli içki içdiyini aşkar etməmiş, onunla apardığı söhbət zamanı onda spirt qoxusu və sərxoşluq hiss etməmiş, davranışında dəyişiklik müşahidə etməmişdir. İşdə olan Masallı rayonlararası Mühafizə Bölməsinin polis nəfəri, polis serjantı X13 xx.xx.2022-ci il tarixli izahatında bildirmişdir ki, o, xx.xx.2022-ci il tarixində saat 8:30-da bölmədə keçirilən xidmət qabağı təlimatda iştirak etmiş, həmin təlimatda iştirak edən polis nəfəri, polis serjantı İddiaçı sərxoş olduğunu və spirtli içki içdiyini aşkar etməmiş, onda spirt qoxusu və sərxoşluq hiss etməmişdir. İşdə olan Masallı rayonlararası Mühafizə Bölməsinin polis nəfəri, polis serjantı X22 xx.xx.2022-ci il tarixli izahatında bildirmişdir ki, o, xx.xx.2022-ci il tarixində saat 8:30-da bölmədə keçirilən xidmət qabağı təlimatda iştirak etmiş, həmin təlimatda iştirak edən polis nəfəri, polis serjantı İddiaçı sərxoş olduğunu və spirtli içki içdiyini aşkar etməmiş, onda spirt qoxusu və sərxoşluq hiss etməmişdir. İşdə olan Masallı rayonlararası Mühafizə Bölməsinin polis nəfəri, polis kiçik-serjantı X14 xx.xx.2022-ci il tarixli izahatında bildirmişdir ki, o, xx.xx.2022-ci il tarixində saat 8:30da bölmədə keçirilən xidmət qabağı təlimatda iştirak etmiş, həmin təlimatda iştirak edən polis nəfəri, polis serjantı İddiaçı sərxoş olduğunu və spirtli içki içdiyini aşkar etməmiş, onda spirt qoxusu və sərxoşluq hiss etməmişdir. İşdə olan Masallı rayonlararası Mühafizə Bölməsinin mühafizəçisi X23 xx.xx.2022-ci il tarixli izahatında bildirmişdir ki, o, xx.xx.2022-ci il tarixində saat 8:30-da bölmədə keçirilən xidmət qabağı təlimatda iştirak etmiş, həmin təlimatda iştirak edən polis nəfəri, polis serjantı İddiaçı sərxoş olduğunu və spirtli içki içdiyini aşkar etməmiş, onda spirt qoxusu və sərxoşluq hiss etməmişdir. İşdə olan Masallı RMB-dən daxil olmuş xx.xx.2022-ci ii tarixli, 270/315 nömrəli müraciətə baxılmasının nəticəsinə dair BMİ-nin Şəxsi heyətlə iş şöbəsinin inspektoru tərəfindən verilmiş rəyə əsasən, Masallı RMB-nin manqa komandiri vəzifəsini müvəqqəti icra edən polis serjantı İlkin Rəhmanov xx.xx.2022-ci il tarixdə Yardımlı rayon ərazisində mühafizə olunan obyektlərdə yoxlama aparan zaman təxminən saat 14:25 radələrində Yardımlı Rayon Maliyyə Şöbəsinə xidmətə cəlb olunan bölmənin polis nəfəri, polis serjantı İddiaçı spirtli içki iyi gəldiyini hiss etmiş, onu dərhal sərxoşluq müayinəsindən keçirtmək üçün xidmətdən azad edərək Yardımlı Rayon Mərkəzi xəstəxanasına aparmış, nəticədə onun 0.540 promildə spirtli içki qəbul etdiyi məlum olduqdan sonra raportla bölmənin rəhbərliyinə məruzə etmiş və polis serjantı İddiaçı barəsində toplanmış yoxlama materialı intizam tənbehi görülməsi üçün BMİ-nə göndərilmişdir. Araşdırma zamanı manqa komandiri Rəman Kərimov izahatında Bölmənin inzibati həyətində keçirilən səhər təlimantında və xidmət zamanı 11:00-da onun tərəfindən xidməti postda aparılmış yoxlama zamanı polis nəfəri İddiaçı spirtli içki qəbul etməsini və sərxoşluğunu aşkar etmədiyini, lakin manqa komandiri vəzifəsini müvəqqəti icra edən İlkin Rəhmanovun 14:25-də polis serjantı İddiaçı xidmət etdiyi postda xidməti yoxlama aparan zaman ondan spirtli içki qoxusunun gəldiyini, hərəkət və davranışlarından açıq aşkar sərxoş olduğu göründüyündən dərhal ona məlumat verdiyini, İ.Rəhmanovla birlikdə İddiaçı sərxoşluq dərəcəsinin müəyyən olunmasından ötrü Yardımlı Rayon Mərkəzi Xəstəxanasına apardıqlarını və xəstəxananın xx.xx.2022-ci il tarixli, 11-400 nömrəli rəyində 0.540 promil spirtli içki qəbul etdiyi qeyd olunduqdan sonra raportla rəhbərliyə məlumat verdiyini bildirmişdir. Bölmənin polis nəfərləri, S.İmanov, B.Səfərov, R.Xudiyev, F.Qarayev, K.Mirzəyev eləcə də, MMX-nin mühafizəçiləri R.Hadiyev, S.Hüseynli manqa komandiri R.Kərimovun izahatında qeyd etdiklərini analoji olaraq təstiq edərək onlar da, xx.xx.2022ci il tarixdə Bölmənin inzibati həyətində keçirilən sıra təlimatında iştirak edən zaman polis nəfəri İddiaçı spirtli içki qoxusunun gəlmədiyini, hərəkət və davranışlarından sərxoş olması hiss olunmadığını izahatlarında bildirmişlər. Polis nəfəri, polis serjantı İddiaçı izahatında xx.xx.2022-ci il tarixdə doğum günü ilə əlaqədar xidmətdən sonra gecə 04:00 radələrinədək spirtli içki qəbul etdiyini, xx.xx.2022-ci il tarixdə səhər təlimatında iştirak etdikdən sonra xidməti postuna getdiyini, saat 14:25-də manqa komandiri vəzifəsini müvəqqəti icra edən İ.Rəhmanovun onun xidmət etdiyi postu yoxlayan zaman ondan kəskin spirtli içki iyisinin gəldiyini, lakin spirtli içki qəbul etmədiyini bildirdiyi üçün birlikdə Yardımlı Rayon Mərkəzi Xəstəxanasına getdiklərini, tibbi müayindən keçdikdən sonra spirtli içki qəbul etməsi ilə bağlı rəy verildiyini, qismən səhvini başa düşdüyünü, eləcə də, himayəsində 3 azyaşlı övladının olmasını nəzərə alıb köməklik göstərilməsini qeyd etmişdir. Polis nəfəri İddiaçı yoxlama zamanı ona verilən sualları tam və səmimi cavablandırmayaraq qeyri səmimiliyə yol vermiş, xidmət vaxtı xidməti geyim formasında olarkən spirtli içki qəbul edərək DİN və BMİ-nin müvafiq əmr və göstərişlərin tələblərini pozmuşdur. Azərbaycan Respublikasının qanunvericiliyinə, cəmiyyətdə qəbul olunmuş norma və qaydalara tam şəkildə əməl etməli, bu işdə digər şəxslərə nümunə olmalı, həmçinin yoxlama zamanı ona verilən sualları tam və səmimi cavablandırmalı, obyektivliyin təmin edilməsinə köməklik göstərməli olduğu halda buna əməl etməmiş və xidmət vaxtı xidməti geyim formasında olarkən spirtli içki qəbul etdiyinə görə DİN-in xx.xx.2005-ci il tarixli 130 nömrəli əmri ilə təsdiq edilmiş «Daxili işlər orqanlan X11 Kodeksi»nin 1, 11 və 17-ci maddələrinin, eləcə də DİN-in xx.xx.2009-cu il tarixli 330 nömrəli «Azərbaycan Respublikası daxili işlər orqanlannın İntizam Nizamnaməsinin təsdiq edilməsi barədə» əmrinin 3.9-cu bəndinin tələblərini kobud surətdə pozduğuna görə Masallı Rayonlararası Mühafizə Bölməsinin polis nəfəri, polis serjantı İddiaçı daxili işlər orqanlannda xidmətdən xaric olunmağa layiqdir. Əmr lahiyəsi hazırlanaraq rəhbərliyə təqdim olunması, Vətəndaşa müvafiq cavab verilməklə, araşdırma başa çatmış hesab edilmiş, toplanmış materiallar Katiblikdə işə alınması təklif olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin xx.xx.2022-ci il tarixli, Ə 347-038-22 saylı əmrinə əsasən, Masallı RMB-nin manqa komandiri vəzifəsini müvəqqəti icra edən polis serjantı İlkin Rəhmanov xx.xx.2022-ci il tarixdə saat 14:25-də xidməti postlarda yoxlama apararkən Yardımlı Rayon Maliyyə Şöbəsində xidmət aparan polis nəfəri, polis serjantı İddiaçı kəskin spirtli içki qoxusunun gəldiyini hiss etmiş, bu barədə xidmət etdiyi bölmənin rəhbərliyinə məlumat verdikdən sonra sərxoşluq dərəcəsinin müəyyən edilməsindən ötrü Yardımlı Rayon Mərkəzi Xəstəxanasında həkim müayinəsindən keçirilmiş və nəticədə sonuncunun 0.540 promil spirtli içki qəbul etdiyi müəyyən olunmuşdur. Polis nəfəri İddiaçı yoxlama zamanı ona verilən sualları tam və səmimi cavablandırmayaraq qeyri-səmimiliyə yol vermiş həmçinin xidmət vaxtı xidməti geyim formasında olarkən spirtli içki qəbul edərək DİN və BMİ-nin müvafiq əmr və göstərişlərinin tələblərini pozmuşdur. Göstərilənləri nəzərə alaraq, həmçinin «Azərbaycan Respublikası DİN-in Baş Mühafİzə İdarəsi haqqında Əsasnamə»nin 5.6-cı bəndinin tələbini rəhbər tutaraq Azərbaycan Respublikasının qanunvericiliyinə, cəmiyyətdə qəbul olunmuş norma və qaydalara tam şəkildə əməl etməli, bu işdə digər şəxslərə nümunə olmalı, araşdırma zamanı qeyri-səmimiliyə yol verərək obyektivliyin təmin edilməsinə köməklik göstərmədiyinə və xidmət vaxtı xidməti geyim formasında olarkən spirtli içki qəbul etdiyinə görə DİN-in xx.xx.2005-ci il tarixli 130 nömrəli əmri ilə təsdiq edilmiş «X37 X11 Kodeksi»nin 1, 11 və 17-ci maddələrinin, eləcə də DİN-in xx.xx.2009-cu il tarixli 330 nömrəli «Azərbaycan Respublikası X37nın İntizam Nizamnaməsinin təsdiq edilməsi barədə» əmrinin 3.9-cu bəndinin tələblərini kobud surətdə pozduğuna görə Masallı Rayonlararası Mühafizə Bölməsinin polis nəfəri, polis serjantı İddiaçı “Azərbaycan Respublikasının X37nda xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən X37nda xidmətdən xaric edilməsi, Masallı RMB-nin rəhbərliyindən tabelikdəki əməkdaşlar tərəfindən qanunçuluğa, DİN və BMİ-nin müvafiq əmr və göstərişlərinin tələblərinə ciddi əməl olunması, polisin nüfuzuna və X37 əməkdaşının adına xələl gətirən halların qarşısının alınması üçün zəruri tədbirlərin görülməsi tələb edilməsi, əmrin respublika mühafizə hissələrində elan edilməsi əmr edilmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin xx.xx.2022-ci il tarixli, Ə 1752Ş/h-038-22 saylı əmrinə əsasən, “Azərbaycan Respublikasının X37nda xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən, xx.xx.2022-ci il tarixdən Masallı Rayonlararası Mühafizə Bölməsinin polis nəfəri, polis serjantı X18 xaric edilmişdir. xx.xx.2022-ci il tarixə xidmət müddəti: təqvimi hesablama ilə 11 il, 01 ay, 03 gün təşkil edir. Əmrə əsas: DİN BMİ-nin xx.xx.2022-ci il tarixli, Ə347-038-22 nömrəli əmri. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən, Baş Mühafizə İdarəsinin Masallı Rayonlararası Mühafizə Bölməsinin sabiq əməkdaşı X10 X37nda xidmət etdiyi müddət ərzində 5 dəfə mükafatlandırılmışdır. İşdə olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Yardımlı Rayon X17 Hüquqi Şəxsinin xx.xx.2023-cü il tarixli, 11-345 saylı məktubuna əsasən, Yardımlı rayonu Qabaqdibi kənd sakini, DİN-nin Masallı Rayonlararası mühafizə Bölməsinin polis nəfəri işləmiş İddiaçı barəsində bildirilmişdir. -İddiaçı sərxoşluq dərəcəsinin təyin olunmasından ötrü 02.11,2022-ci il tarixdə saat 14.55-də Yardımlı MRXda tibbi müayinə olunmuşdur (Diaqnoz:Spirtli içki qəbul etmişdir-0,540 promilli). Müayinə hava yolu ilə aparılıb. İnsan orqanizmindən alkoqolun çıxması üçün 24 saat tələb olunur. İddiaçı konsentrasiyası 0,540 promilli olmuşdur. İddiaçı 02.11,2022-ci il tarixdə sərxoşluq dərəcəsini “Araş firması” tərəfindən yanvar 2021 -ci il tarixdə Yardımlı MRX-na verilmiş “Alkotestr AT-011” xüsusi texniki vasitəsindən istifadə olunmuşdur. Sertifikasiya haqqında məlumat yoxdur. Azərbaycan Respublikasının X37nda xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununa görə X37nda xidməti intizam əməkdaşlar tərəfindən onlara həvalə olunmuş vəzifələrin icrasından və öz səlahiyyətlərini həyata keçirən zaman Azərbaycan Respublikasının qanunvericiliyinə, vəzifə təlimatlarına, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və bilavasitə rəislərin əmr və göstərişlərinə əməl etməkdən ibarətdir (maddə 108). Xidməti intizam qaydalarını pozmağa görə X37nın əməkdaşlarına xidmətdən xaric edilmə intizam tənbehi tətbiq edilə bilər (maddə 114). X37nın əməkdaşı X37 əməkdaşı adına ləkə gətirən ləyaqətsiz hərəkət etdikdə xidmətdən xaric edilə bilər (maddə 135.9). Polis haqqında Azərbaycan Respublikasının Qanununun 34-cü maddəsinə görə polis əməkdaşı polis əməkdaşı adına ləkə gətirən ləyaqətsiz hərəkət etdikdə xidmətdən xaric edilə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 45.1-ci maddəsinə görə inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. Həmin Qanunun 45.2-ci maddəsinə görə inzibati icraat zamanı inzibati orqan tərəfindən aşağıdakı sübutetmə vasitələrindən: - (maddə 45.2.1) sənədlərdən; - (maddə 45.2.2) tərəflərin və işdə iştirak edən üçüncü şəxslərin izahatlarından; - (maddə 45.2.3) şahid ifadələrindən; - (maddə 45.2.4) müvafiq müayinələrin aparılmasından; - (maddə 45.2.5) ekspert rəylərindən; - (maddə 45.2.6) hüquqi yardım qaydasında digər inzibati orqanlar tərəfindən təqdim olunmuş arayışlardan; - (maddə 45.2.7) işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər sübutlardan istifadə oluna bilər. Həmin Qanunun 45.3-cü maddəsinə görə qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Qanunun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması, həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Məhkəmə müəyyən etdi ki, iddiaçı N.Bəgalıyev 2011-ci ilin oktyabr ayından Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Masallı Rayonlararası Mühafizə Bölməsində polis nəfəri kimi xidmətə başlamışdır və 14 noyabr 2022-ci il tarixə kimi həmin Bölmədə xidmət göstərmişdir və polis serjantı xüsusi rütbəsində olmuşdur. xx.xx.2022-ci il tarixli Raporta görə o xx.xx.2022-ci il tarixdə saat 14:25-də xidməti postlarda Masallı Rayonlarası X25 komandiri vəzifəsini müvəqqəti icra edən polis serjantı İlkin Rəhmanov tərəfindən yoxlama aparılarkən Yardımlı Rayon Maliyyə Şöbəsində xidmət aparan polis nəfəri, polis serjantı İddiaçı kəskin spirtli içki qoxusunun gəldiyini hiss etmiş, sonra iddiaçı N.Bəgalıyev sərxoşluq dərəcəsinin müəyyən edilməsindən ötrü xidmətdən azad edərilərək Yardımlı Rayon Mərkəzi Xəstəxanasına göndərilmişdir. Yardımlı rayon Mərkəzi Xəstəxanası tərəfindən Masallı rayonlararası Mühafizəsinin rəisi, polis polkovnik-leytenantı cənab Osman Qarabozova ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubla X1 dərəcəsinin müəyyən olunmasından ötrü xx.xx.2022-ci il tarixdə saat 14.55-də Yardımlı MRX-nın TTYŞ-də müayinə olunduğu, diaqnozun isə spirtli içki qəbul etmişdir-0.540 promil olduğunu qeyd etmişdir. Bundan sonra raport və Manqa komandiri vəzifəsini müvəqqəti icra edən polis serjantı İ.Rəhmanov tərəfindən verilmiş Bölmənin polis nəfəri, polis serjantı X10 barəsində aparılmış xidməti yoxlamanın nəticəsinə dair rəy, Masallı RMB-dən daxil olmuş xx.xx.2022-ci ii tarixli, 270/315 nömrəli müraciətə baxılmasının nəticəsinə dair BMİ-nin Şəxsi heyətlə iş şöbəsinin inspektoru tərəfindən verilmiş rəy, izahatlar təqdim edilmişdir. Yekun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin xx.xx.2022-ci il tarixli, Ə 347-038-22 saylı əmri ilə «Azərbaycan Respublikası DİN-in Baş Mühafİzə İdarəsi haqqında Əsasnamə»nin 5.6-cı bəndinin tələbini rəhbər tutaraq Azərbaycan Respublikasının qanunvericiliyinə, cəmiyyətdə qəbul olunmuş norma və qaydalara tam şəkildə əməl etməli, bu işdə digər şəxslərə nümunə olmalı, araşdırma zamanı qeyri-səmimiliyə yol verərək obyektivliyin təmin edilməsinə köməklik göstərmədiyinə və xidmət vaxtı xidməti geyim formasında olarkən spirtli içki qəbul etdiyinə görə DİN-in xx.xx.2005-ci il tarixli 130 nömrəli əmri ilə təsdiq edilmiş «X37 X11 Kodeksi»nin 1, 11 və 17-ci maddələrinin, eləcə də DİN-in xx.xx.2009-cu il tarixli 330 nömrəli «Azərbaycan Respublikası X37nın İntizam Nizamnaməsinin təsdiq edilməsi barədə» əmrinin 3.9-cu bəndinin tələblərini kobud surətdə pozduğuna görə Masallı Rayonlararası Mühafizə Bölməsinin polis nəfəri, polis serjantı İddiaçı “Azərbaycan Respublikasının X37nda xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən X37nda xidmətdən xaric edilməsi, Masallı RMB-nin rəhbərliyindən tabelikdəki əməkdaşlar tərəfindən qanunçuluğa, DİN və BMİ-nin müvafiq əmr və göstərişlərinin tələblərinə ciddi əməl olunması, polisin nüfuzuna və X37 əməkdaşının adına xələl gətirən halların qarşısının alınması üçün zəruri tədbirlərin görülməsi tələb edilməsi, əmrin respublika mühafizə hissələrində elan edilməsi əmr edilmişdir. Bundan sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin xx.xx.2022-ci il tarixli, Ə 1752Ş/h-038-22 saylı əmri ilə, polis nəfəri, polis serjantı X18 “Azərbaycan Respublikasının X37nda xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən, xx.xx.2022-ci il tarixdən X37nda xidmətdən xaric edilmişdir. xx.xx.2022-ci il tarixli əmrə əsas olaraq DİN BMİ-nin xx.xx.2022-ci il tarixli, Ə347-038-22 nömrəli əmri göstərilmişdir. Məhkəmə qeyd edir ki, xidməti intizam qaydalarını pozmağa görə, o cümlədən X37 əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə X37nın əməkdaşlarına xidmətdən xaric edilmə intizam tənbehi tətbiq edilə bilər. Beləliklə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin xx.xx.2022-ci il tarixli, Ə 347-038-22 saylı əmri ilə Azərbaycan Respublikasının X37nda xidmət keçmə haqqında Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə əsasən X18 intizam qaydalarını pozduğuna və X37 əməkdaşı adına və polisin nüfuzuna xələl gətirdiyinə görə X37nda xidmətdən xaric edilmişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq və sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının mübahisələndirdiyi inzibati aktın ləğv edilməsi üçün qanun pozuntusu müəyyən olunmadı. Həmçinin iddiaçı tərəfindən iddia edilmişdir ki, hesab etsə belə intizam xətası törədilmişdir, xətanın törədildiyi gün 01 noyabr 2022-ci ildir. O isə on üç gün sonra-14 noyabr 2022-ci il tarixdə xidmətdən xaric edilmişdir. Yəni Əsasnamənin 120-ci maddəsində müəyyən olunmuş on günlük müddət ötürülmüşdür. "Azərbaycan Respublikasının X37nda xidmət keçmə haqqında" Əsasnamənin 154-cü maddəsində göstərilir ki, bu Əsasnamə ilə müəyyən edilmiş əsaslar olmadan xidmət keçmə yerləri dəyişdirilən, aşağı vəzifələrə keçirilən, X37ndan xaric olunan əməkdaşlara bu orqana bərpa edildikdən sonra işləmədikləri müddətə görə pul müavinəti verilir. Xaric edildikdən sonra xidmətə bərpa olunanadək müəssisə, idarə və təşkilatlarda işləmiş, sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş şəxslərə isə, X37nda axırıncı vəzifədə aldığı pul təminatı ilə xidmətdə məcburi fasilə zamanı qazandığı faktiki gəlir arasındakı fərq ödənilir və təqsirkar şəxslər maddi və intizam məsuliyyəti daşıyırlar. Bununla bağlı məhkəmə tərəfindən qeyd edilir ki, özünün də iddia ərizəsində və digər iş materiallarında göstərildiyi kimi xx.xx.2022-ci il tarixdə xidməti yerində iddiaçının öz xidməti vəzifəsini yerinə yetirən zaman içkili olması barədə şübhə yaranmışdır. Bundan sonra həmin gün iddiaçı N.Bəgalıyev xəstəxanaya göndərilmiş və müayinədən keçirilmişdir. Bundan sonra araşdırılma başlanılmış və ilk olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin xx.xx.2022-ci il tarixli, Ə 347-038-22 saylı əmri ilə, yəni 10 gün ərzində, iddiaçı N.Bəgalıyev X37nda xidmətdən xaric edilmişdir. Bundan sonra isə iddiaçı barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin xx.xx.2022-ci il tarixli, Ə 1752Ş/h-038-22 saylı əmr qəbul edilmişdir və iddiaçıya bu barədə dərhal məlumat verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin xx.xx.2022-ci il tarixli, Ə 347-038-22 saylı əmr iddiaçı N.Bəgalıyev X37nda xidmətdən xaric edilməsi barədə əsas əmrdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin xx.xx.2022-ci il tarixli, Ə 1752Ş/h-038-22 saylı əmr isə şəxsi heyət üzrə “Azərbaycan Respublikasının X37nda xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən, xx.xx.2022-ci il tarixdən Masallı Rayonlararası Mühafizə Bölməsinin polis nəfəri, polis serjantı X18 xaric edilməsi barədə əmrdir və iddiaçının xx.xx.2022-ci il tarixə xidmət müddəti təqvimi hesablama ilə 11 il, 01 ay, 03 gün təşkil etdiyi göstərilmişdir. Polis əməkdaşı xidməti iş vaxtında iş qrafikinə və zərurət yarandıqda tətbiq olunan xüsusi xidmət rejiminə ciddi riayət etməli, xidmət yerinə vaxtında gəlib vaxtında getməli, üzrsüz səbəbdən xidmətdən yayınma hallarına yol verməməlidir. “Azərbaycan Respublikasının X37nda xidmət keçmə haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən, X37nda xidmət keçmə - bu orqanlarının funksiya, vəzifə və hüquqların öz peşə fəaliyyətləri ilə keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. Həmin Əsasnamənin 114-cü bəndinə əsasən, xidməti intizam qaydalarını pozmağa görə X37nın əməkdaşlarına aşağıdakı intizam tənbehləri tətbiq edilə bilər: 1) məzəmmət; 2) töhmət; 3) şiddətli töhmət; 4) xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq; 5) tutduğu vəzifədən aşağı vəzifəyə keçirmə; 6) xüsusi rütbənin bir pillə aşağı salınması; 7) xidmətdən xaric edilmə. Həmin Əsasnamənin 129-cu bəndinə əsasən, Xidməti intizam qaydalarının pozulmasına görə X37nın istintaq aparatı işçilərinə intizam tənbehi verilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı və onun səlahiyyət verdiyi şəxslər tərəfindən, prosessual fəaliyyət ilə əlaqədar olduğu hallarda isə prokurorluq və məhkəmə orqanlarının aktları əsasında həyata keçirilir. Həmin Əsasnamənin 135-ci maddəsinə əsasən, X37nın əməkdaşı aşağıdakı hallarda xidmətdən xaric edilə bilər: 1) öz arzusu ilə X37nda xidmətdən çıxmaq barəsində yazılı ərizə verdikdə; 2) and içməkdən imtina etdikdə; 3) cinayət törətdiyinə görə barəsində qanuni qüvvəyə minmiş məhkəmənin ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqi haqqında qərar olduqda; 4) X37nda xidmətlə bir araya sığmayan fəaliyyətlə məşğul olduqda; 5) xidmətdə olmanın son yaş həddinə çatdıqda; 6) səhhətinə görə, o cümlədən uzun müddətli (4 aydan artıq) xəstəliklə əlaqədar vəzifəsini yerinə yetirməsinin qeyri-mümkünlüyü barədə tibbi-həkim komissiyasının rəyi olduqda; 7) X37nda xidmətə tam yararsız olması barəsində attestasiya komissiyasının rəyi olduqda; 8) başqa dövlətin vətəndaşlığını qəbul etdikdə, Azərbaycan Respublikasının vətəndaşlığına xitam verildikdə və ya digər dövlət qarşısında öhdəlik götürdükdə; 9) X37 əməkdaşı adına ləkə gətirən ləyaqətsiz hərəkət etdikdə; 10) intizam məsuliyyətinə cəlb edildikdən sonra xidmət və icra intizamını il ərzində yenidən kobudcasına pozduqda; 11) ştatlar ixtisar edildikdə; 12) fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə qaydasında müəyyənləşdirildikdə; 13) digər hüquq-mühafizə orqanlarına işə keçdikdə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi” Qaydalarının 2.2-ci bəndinə əsasən, nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqollu içkidən, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə etməsi faktını təsdiq etmək məqsədi ilə polis əməkdaşı müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən texniki vasitələrdən (alkotester, narkotester) istifadə edir. Həmin Qaydaların 2.4-cü bəndinə əsasən, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Hazırki iş üzrə iddiaçı nəqliyat vasitəsini idarə edən zaman sərxoşluq vəziyyəti müəyyən edilməmişdir, lakin polis əməkdaşı olaraq xidməti vəzifəsini yerinə yetirən zaman özünün deməsinə görə bir gün əvvəl spirtli içkidən istifadə etməsinə görə xidmətdən azad edilmişdir. Şəxsin spirtli içkini çoxdan ya gün ərzində qəbul etməsinin heç bir əhəmiyyəti yoxdur, vacib olan qanda aşkarlanan normadır. Alkoqollu içkilərin qandakı miqdari deyildikdə etil spirtinin qandakı konsentrasiyası nəzərdə tutulur. Nazirlər Kabinetinin qərarında da müəyyən olunmuş qaydalarda göstərilir ki, qanda 0,3 promil və daha artıq spirt aşkarlandıqda, həmin şəxs spirtli içkinin təsiri altında olmaq sayılır. Spirtli içkini istər axşam, istər səhərə yaxın, istərsə də yoxlamadan 1 saat əvvəl qəbul etsin, bunun fərqi yoxdur. İçkinin axşam saatlarında içilib, səhər aşkarlanması tibbi baxımdan mümkün olan prosesdir. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Yardımlı Rayon X17 Hüquqi Şəxsinin xx.xx.2023-cü il tarixli, 11-345 saylı məktubuna əsasən, Yardımlı rayonu Qabaqdibi kənd sakini, DİN-nin Masallı Rayonlararası mühafizə Bölməsinin polis nəfəri işləmiş İddiaçı sərxoşluq dərəcəsinin təyin olunmasından ötrü xx.xx.2022-ci il tarixdə saat 14.55-də Yardımlı MRX-da tibbi müayinə olunmuşdur (Diaqnoz:Spirtli içki qəbul etmişdir-0,540 promilli). Müayinə hava yolu ilə aparılıb. İnsan orqanizmindən alkoqolun çıxması üçün 24 saat tələb olunur. İddiaçı konsentrasiyası 0,540 promilli olmuşdur. Məhkəmə tərəfindən qeyd edilir ki, xüsusi kateqoriya şəxs olan X37nda xidmət keçən şəxslərin xidmətə qəbuluna, xidmətin aparılmasına, xidmətdən buraxılmasına dair xüsusi tələblər vardır. Ona görə ki, polis əməkdaşının xidməti xüsusi xarakter daşıyır. Bu onunla bağlıdır ki, polis əməkdaşı insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət, qanunçuluq, humanistlik və təkbaşçılıq prinsipləri əsasında fəaliyyət göstərir. Polisin fəaliyyətinin əsas istiqamətləri aşağıdakılardır: 1) ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi; 2) cinayətlərin və digər xətaların qarşısının alınması və açılması. İddiaçı N.Bəgalıyev intizamın daim yüksək səviyyədə saxlanılmasını təmin etməyə borclu olmuş, ümumiyyətlə Azərbaycan Respublikasında polisin təyinatı insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini və mülkiyyətini hüquqa zidd əməllərdən qorumaqdan ibarətdir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə əsasən, polis əməkdaşının xidmətə qəbul edilməsi : İ. Polisdə xidmətə könüllülük əsasında, şəxsi və iş keyfiyyətlərinə, fiziki hazırlığına, sağlamlıq vəziyyətinə və təhsil səviyyəsinə görə polisin üzərinə düşən vəzifələri yerinə yetirməyə qadir olan, hərbi xidmət keçmiş və ya polis təhsil müəssisələrini bitirmiş, yaşı 20-dən aşağı olmayan və Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən Azərbaycan Respublikasının vətəndaşları qəbul olunurlar. İİ. Polisdə xidmətə qəbul edilən şəxsin fiziki hazırlığı və sağlamlığı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qaydada yoxlanılmalıdır. İV. İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, din xadimləri, fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən müəyyənləşdirilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum edilmiş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, əvvəllər işdə ciddi nöqsanlara, polisdə xidmətlə bir araya sığmayan fəaliyyətlə məşğul olmasına, polisdə xidmətə tam yararsız olmasına, polis əməkdaşının adına ləkə gətirən ləyaqətsiz hərəkətlərə görə polisdən və digər hüquq-mühafizə orqanlarından xaric edilmiş şəxslər polisdə xidmətə qəbul edilə bilməzlər. Qeyd edilənlərə əsasən, Məhkəmə hesab edir ki, cavabdehin tərəfindən qəbul edilmiş əmrlər əsaslı olmuş, qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edilməmişdir. Həmçinin, iddiaçının digər tələblərinə münasibətdə də Məhkəmə qeyd edir ki, iddiaçının həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasına dair əmr əsaslı olduğundan, iddiaçının ilkin tələbdən yaranan itirilmiş illərin əmək stajına hesablanması və məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində də tələbi əsassızdır. “Polis haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən, polis əməkdaşının ümumi vəzifələri aşağıdakılardır: 7) Azərbaycan Respublikasının müvafiq icrahakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş davranış qaydalarına riayət etmək. “X37 X11 Kodeksi”nin 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə, cəmiyyətdə qəbulolunmuş norma və qaydalara tam şəkildə əməl etməli, bu işdə digər şəxslərə nümunə olmalıdır. Maddə 2. Anda, xidməti və vətəndaşlıq borcuna sadiq olmalı, vətəndaşların həyatvə sağlamlığının, hüquq və azadlıqlarının, cəmiyyətin və dövlətin maraqlarının hüquqazidd qəsdlərdən qorunmasına görə öz şəxsi məsuliyyətini hiss etməlidir. Daim yadda saxlamalıdır ki, hətta bir əməkdaşın Andını pozması, xidməti borcunu yerinə yetirməməsi və nəlayiq hərəkətə yol verməsi, bir çox əməkdaşın fədakar əməyi və nümunəvi xidməti hesabına əldə olunmuş uğurlara və nüfuza kölgə sala bilər. Maddə 3. Dövlət hakimiyyəti nümayəndəsi olaraq sağlam düşüncəyə və aydınmövqeyə malik olmalı, insanlara ədalətli, humanist, alicənab və mədəni münasibət bəsləməli, hər kəsi hüquqa zidd əməllərdən və zorakılıqdan müdafiə etməli, ekstremal şəraitdə köməyə ehtiyacı olanları, xüsusilə qadın və uşaqları, qoca, xəstə və əlilləri köməksiz qoymamalıdır.Vətəndaşlarla ünsiyyətdə diqqətli və nəzakətli olmalı, bunu zəiflik əlaməti deyil,əksinə, qanunun gücünə arxalanan haqq və ədalətin təzahürü kimi qəbul etməlidir. Maddə 4. Dövlət tərəfindən verilmiş səlahiyyətlərdən yalnız qanun çərçivəsindəistifadə etməli, cinayət, yaxud digər hüquqpozmalar törətmiş şəxslərin qanunla qorunan hüquqlarına hörmətlə yanaşmalı, fiziki qüvvə və xüsusi vasitələr tətbiq etmək zərurəti yarandıqda, səlahiyyət həddini aşmamalı və adekvat tədbir seçməyi bacarmalıdır.Maddə 13. İcrasının mümkün olmayacağını qabaqcadan bildiyi (və ya bilməliolduğu) öhdəlikləri (borc pul, kirayə və s.), üzərinə götürməməlidir. Üzərinə götürdüyü öhdəlikləri müəyyənləşdirilmiş şərtlərə uyğun icra etməlidir. Maddə 14. İş qrafikinə və zərurət yarandıqda tətbiq olunan xüsusi xidmət rejiminə ciddi riayət etməli, xidmət yerinə vaxtında gəlib vaxtında getməli, üzrsüz səbəbdən xidmətdən yayınma hallarına yol verməməli, fövqəladə hallar istisna olmaqla, birbaşa rəislərin icazəsi olmadan xidmət yerini tərk etməməlidir. Birbaşa rəislərinin ilk çağırışı ilə, eləcə də, təbii fəlakətlər, geniş miqyaslı texnogen qəzalar, yanğınlar, iğtişaşlar və sair fövqəladə hadisələr baş verdikdə çağırışsız xidmət yerinə gəlməlidir. Xidmətdə olarkən vaxtını xidməti vəzifələrindən kənar işlərə sərf etməməlidir. Maddə 19. Öz xidməti vəzifələrinin icrası ilə birbaşa bağlı olmayan xidməti məsələlərə müdaxilə etməməli, başqa əməkdaşların səlahiyyət dairəsinə aid məsələlərə, icraatında olan sənəd və materialların həllinə təsir etməyə cəhd etməməli, xidməti zərurətdən irəli gəlməyən maraq göstərməməlidir. Subordinasiya qaydalarını gözləməli, şikayət halları istisna olmaqla, DİN-in rəhbərliyinə yalnız birbaşa rəisləri vasitəsi ilə müraciət etməlidir. Maddə 22. Davranış kodeksində təsbit olunmuş prinsip və qaydaların əməkdaş tərəfindən yerinə yetirilməməsi xidməti və icra intizamının pozulması, X37 əməkdaşının adına ləkə gətirən hərəkət kimi qiymətləndirilir və "Azərbaycan Respublikası X37nın intizam nizamnaməsi"ndə müəyyən olunmuş qaydada intizam məsuliyyəti doğurur. Etik davranış qaydalarının pozulması X37 əməkdaşlarının intizamməsuliyyətinə cəlb edilməsi üçün əsasdır. "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 1.0.25-ci maddəsinə əsasən diskresion səlahiyyətlər - orqanın (şəxsin) öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.7-ci maddəsinə müvafiq olaraq diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Həmin Qanunun 14.3-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Hazırki iş üzrə iddiaçı xidmətdən xaric edilməsi barədə əmrləri mübahisələndirir. Həmin əmri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin malik olduğu diskresion səlahiyyətlərin icrası qaydasında qəbul edilmişdir. Bununla bağlı olaraq məhkəmə qeyd edir ki, diskresion səlahiyyətlər inzibati orqanın öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir və qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi deməkdir. Lakin aydındır ki, inzibati orqan özünün diskresion səlahiyyətini özbaşına və hüdudsuz istifadə edə bilməz. Bu səlahiyyət heç bir halda inzibati orqana əsaslandırılmamış şəkildə hər hansı qanuni meyarlara söykənmədən öz mülahizəsinə uyğun davranmaq imkanının verilməsi kimi də yozula bilməz. Belə yanaşma hüquqi dövlət prinsipi ilə ziddiyyət yaratmış olardı. Hər bir inzibati orqan özünün malik olduğu diskresion səlahiyyətləri qanun güddüyü məqsəd naminə və səlahiyyətlərin qanunla müəyyən edilmiş hüdudları daxilində həyata keçirməlidir. Diskresion səlahiyyətlər həddində hərəkət edən inzibati orqanın fəaliyyətinin məhkəmə tərəfindən yoxlanılması da məhz bu meyarlara əsaslanmaqla inzibati orqanın hərəkətlərinə qiymət verilməsini ehtiva edir. Hazırki halda cavabdeh inzibati orqan tərəfindən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarına əsassız müdaxiləyə yol verilməmiş, inzibati orqanın diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirmişdir. Mübahisələndirilən əmrdən və iş materiallarında olan digər sənədlərdən görünürki, iddiaçı hüquq mühafizə əməkdaşına xas şəxsi keyfiyyətə malik olmamış, xidməti borcuna sədaqət göstərməmiş, X37 X11 kodeksinin tələblərinə sözsüz əməl edəcəyi barədə üzərinə götürdüyü öhdəliyi və xidməti borcunu yerinə yetirməmiş, fəaliyyətini ictimai maraqlara uyğun, habelə cəmiyyətdə polis əməkdaşına olan etimadın artırılması məqsədləri üzərində qurmamış, xidmətin əsas meyarı kimi intizamlılıq göstərməmiş, bununla da xidməti intizamı və etik davranış qaydalarını mütəmadi olaraq pozmuş, nəticədə X37nda xidmətdən xaric edilmişdir. Beləliklə də yuxarıda qeyd edilən hüquq normalarını işin müəyyən edilmiş bütün faktiki hallarına tətbiq edərək məhkəmə belə qənaətə gəlir ki, hazırkı halda mübahisələndirilən əmr «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun, Polis haqqında” Azərbaycan Respublikası Qanununun, “Azərbaycan Respublikasının X37nda xidmət keçmə haqqında” Əsasnamənin, “X37 X11 Kodeksi”nin tələblərinə uyğun qəbul edildiyindən və onun qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirildiyindən, iddiaçının həmin inzibati orqana qarşı “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin xx.xx.2022-ci il tarixli, Ə347-038-22 və xx.xx.2022-ci il tarixli, Ə1752 ş/h-038-22 nömrəli əmrlərinin ləğv edilməsi, Masallı Rayonlararası Mühafizə Bölməsinin polis nəfəri vəzifəsinə xidmətə bərpa olunması, xidmətdən xaric olunduğu gündən, yəni xx.xx.2022-ci il tarixindən işləmədiyi müddətə görə pul müavinəti verilməsi öhdəliyinin cavandehin üzərinə qoyulması” barədə tələbi əsaslı deyil. Alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlmək, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olmaq şəxsin xidməti vəzifəsini kobud şəkildə pozulması hesab edilir. Ona görə də, cavabdeh inzibati orqanın mübahisələndirilən əmri əsaslı və qanuni olduğundan, iddiaçının iddia tələbi əsassız və qanunsuz olduğundan, həmin tələb təmin edilməməlidir. Beləliklə, iddiaçının öz tələbində əsaslandığı iddiasının hüquqi əsasları mövcud deyildir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia);.. Həmin Məcəllənin 32.1 -ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər:32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt;32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt);32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İşin halları ilə də təsdiq olunur ki, həqiqətən iddiaçının törətdiyi əməl onun xidməti vəzifəsi ilə bir araya sığmayan hərəkətlərdir və bu səbəbdən də o, X37 adına ləkə gətirən hərəkət etdiyinə görə xidmətdən xaric edilmişdir. Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinə qarşı “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin xx.xx.2022-ci il tarixli, Ə347-038-22 və xx.xx.2022-ci il tarixli, Ə1752 ş/h-038-22 nömrəli əmrlərinin ləğv edilməsi, Masallı Rayonlararası Mühafizə Bölməsinin polis nəfəri vəzifəsinə xidmətə bərpa olunması, xidmətdən xaric olunduğu gündən, yəni xx.xx.2022-ci il tarixindən işləmədiyi müddətə görə pul müavinəti verilməsi öhdəliyinin cavandehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməməlidir. İş üzrə prosessual xərc yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinə qarşı “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin xx.xx.2022-ci il tarixli, Ə347-038-22 və xx.xx.2022-ci il tarixli, Ə1752 ş/h-038-22 nömrəli əmrlərinin ləğv edilməsi, Masallı Rayonlararası Mühafizə Bölməsinin polis nəfəri vəzifəsinə xidmətə bərpa olunması, xidmətdən xaric olunduğu gündən, yəni xx.xx.2022-ci il tarixindən işləmədiyi müddətə görə pul müavinəti verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Amilya Hüseynova
Məhkəmə qərarları › İş №e-2-1(120)-1642/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(120)-1642/2023
21.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver