Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № e-2-1(120)-177/2021 18.02.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Şirvan İnzibati Məhkəməsi hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı cavabdeh Lənkəran şəhər-rayon Polis şöbəsinə qarşı X3 və Nümayəndə Lənkəran rayonu, Liman şəhəri, R.Rza küçəsi, 48 ünvanında yerləşən ¼ hissəsi ona məxsus fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Lənkəran şəhər-rayon Polis şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 və Nümayəndə Lənkəran rayonu, Liman şəhəri, R.Rza küçəsi, 48 ünvanında yerləşən ¼ hissəsi ona məxsus fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasında özünün və ya nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh Lənkəran şəhər-rayon Polis şöbəsinin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdeh Lənkəran şəhər-rayon Polis şöbəsinin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 2 ünvanında ¼ hissəsi ona məxsus fərdi yaşayış evində ailəsi ilə birlikdə daimi qeydiyyatdadır. Lakin 2015-ci ildən bəri övladları Quluzadə Kamal və Nümayəndə oğulları Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən fərdi yaşayış evində qeydiyyatsız yaşayırlar. Buna səbəb isə həmin fərdi yaşayış evinin mülkiyyət hüququnu təsdiq edən tələb olunan sənədlərdən hər hansı birinin olmamasıdır. Onların qeydiyyatdan çıxarılmasından ötrü Lənkəran şəhərrayon Polis şöbəsinə müraciət etsə də, göndərdiyi ərizəyə cavabdeh tərəfindən verilən cavabda qeyd olunmuşdur ki, qanunvericiliyə əsasən ərizəsi əsasında həmin şəxslərin qeydiyyatdan çıxartmaq mümkün deyildir. Övladları Quluzadə Kamal və Nümayəndə qeyd olunan ünvanda qeydiyyatı formal xarakter daşımaqla onların hüquqlarını pozur. Buna görə də məsələnin öz hüquqi həllini tapması üçün həmin şəxslər ünvan 2 ünvanında ¼ hissəsi ona məxsus fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmalı və daha sonra isə Binəqədi RPİ-nin inzibati binasına qeydiyyatına alınmalıdırlar. Qeyd olunanların nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İşdə olan seriya AZE ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Quliyev X6 rayonu, Liman şəhəri, R.Rza küçəsi, ev 48-də yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli, MH ******* nömrəli çıxarışın surətindən görünür ki, Liman şəhəri, Həzi Aslanov küçəsində mülkiyyətində olan 0.06 ha. torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 79.5 kv.m yaşayış, 202.3 kv.m köməkçi sahədən ibarət 45 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə İddiaçı ¼-hissə, X2 ¾-hissə adlarına daşnmaz əmlakın dövlət reyestrində 7 nömrəli reyestr kitabının 150 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Lənkəran şəhər-rayon Polis şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli, 154-9027Q-1220 nömrəli məktubunda qeyd edilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun tələbinə mülk sahibinin ərizəsinə əsasən vətəndaşı yəni qeyd etdiyi şəxsləri yaşayı yeri üzrə qeydiyyatdan çıxartmaq nəzərdə tutlmamışdır. Bu səbəbdən mülkiyyətində yaşayış yeri üzrə daimi qeydiyyatda olan şəxsləri ərizəsinə əsasən qeydiyyatdan çıxartmaq mümkün deyildir. İşdə olan Lənkəran şəhər-rayon Polis şöbəsinin məhkəməyə ünvanlaığı xx.xx.2020-ci il tarixli, 154-29809-1220 nömrəli məktubunda qeyd edilmişdir ki, X7 xx.xx.2009-cu il, Nümayəndə xx.xx.2008-ci il tarixlərdə ilk dəfə şəxsiyyət vəsiqələri alaraq ünvan 2 ünvanına qeydiyyata alınmışlar və qeydiyyata alınmalarına əsas verən sənədlərin saxlama müddətləri bitdiyi üçün məhv edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinin məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, **********25 nömrəli məktubuna əlavə edilmiş X12 Hüququ Haqqında xx.xx.2008-ci il tarixli şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1995-ci ildə vəfat etmiş X4 vərəsələri ünvan 2-də yaşayanlar arvadı-X5, oğlu-İddiaçı onların hər biri miras əmlakdan bərabər hissələrdə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Lənkəran şəhər ərazi idarəsinin xx.xx.2008-ci il tarixli MH ******* saylı çıxarışa və xx.xx.2008-ci il tarixli, 22/5-470 saylı arayışına əsasən Lənkəran rayonu, Liman şəhəri, H.Aslanov küçəsində mülkiyyətdə olan 0.021 ha. torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 79.5 kv.m yaşayış, 202.3 kv.m köməkçi sahədən ibarət 45 nömrəli fərdi yaşayış evinin ½ hissəsindən ibarətdir. Qalan ½ hissəyə mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. İşdə olan İddiaçı tərəfindən məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli izahatında qeyd edilmişdir ki, Binəqədi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışla da sübut olunur ki, X7 və Nümayəndə ailəsi ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi 1-ci Mədən, 8-ci korpus adlanan ərazisində yerləşən fərdi yaşayış evində qeydiyyatsız yaşayır. Buna səbəb isə həmin fərdi yaşayış evinin qeydiyyat üçün tələb olunan sənədlərdən hər hansı birinin olmamasıdır. İş üzrə olan materiallarla artıq o da sübut olunur ki, X7 və Nümayəndə verilən şəxsiyyət vəsiqələrində ünvan olaraq qeyd olunmuş ünvan 2 ünvanında onların qeydiyyatı nəinki formal xarakter daşıyır, ümumiyyətlə onların həmin ünvanda yaşayış yerləri belə yoxdur. Belə ki, həmin ünvanda olan fərdi yaşayış evi tamamilə başqa şəxslərin birgə mülkiyyətindədir. Bu isə gələcəkdə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin birgə mülkiyyətçiləri ilə onlar arasında mübahisələrin yaranmasına gətirib çıxara bilər. Buna görə də onlar həmin ünvandan qeydiyyatdan çıxarılmalı və daha sonra isə onlara verilən yeni şəxsiyyət vəsiqəsində müvəqqəti olaraq Binəqədi Rayon Polis İdarəsinin inzibati binasının yerləşdiyi yer şərti ünvan kimi qeyd olunmalıdır. Eyni zamanda qanunvericiliyin tələbləri nəzərə alınmaqla işə şifahi məhkəmə baxış iclası keçirilmədən və internetə çıxış imkanım olmadığına görə hər hansı formada iştirakım olmadan baxılmasına etiraz etmir. X7 və Nümayəndə qeydiyyatdan çıxarılması vəzifəsinin Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşdə olan Binəqədi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2020-ci il tarixli, 1072 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən Binəqədi qəsəbəsi 1-ci Mədən Korpus 8-də qeydiyyatsız yaşayır. X8 arvadı, X7, Nümayəndədur. İşdə olan xx.xx.1971-ci il təvəllüdlü X8, xx.xx.1964-cü il təvəllüdlü yaşayış yeri və olduğu yer barədə xx.xx.2020-ci il tarixli İddiaçı, xx.xx.1992-ci il təvəllüdlü Nümayəndə, xx.xx.1993-cü il təvəllüdlü X7 tərəfindən tərtib edilmiş yaşayış yeri və olduğu yer barədə xx.xx.2020-ci il tarixli aktdan görünür ki, həqiqətən də Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən, 8-ci korpus ünvanında qeydiyyatsız yaşayırlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər (maddə 1). Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi, 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. 15 yaşı tamam olmamış vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması onun qanuni nümayəndəsinin bu barədə müraciəti olduqda həyata keçirilir. Bu halda vətəndaşın qanuni nümayəndəsi tərəfindən aşağıdakı sənədlər təqdim olunur: 1) 15 yaşı tamam olmamış vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması haqqında ərizə-anket (forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir); 2) doğum haqqında şəhadətnamə; 3) bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd. Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan və vətəndaşlığı olmayan şəxslər, əgər qanunvericiliklə müəyyən edilmiş qaydada əvvəlki yaşayış sahəsinə hüquqlarını itirməmişlərsə, müraciət etdikləri vaxtdan 3 gün ərzində müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi nəzərdə tutulur) tərəfindən həmin yaşayış yeri üzrə qeydiyyata alınırlar. Cəza çəkməkdən azad edilmiş şəxsin əvvəlki yaşayış sahəsində onun ailə üzvləri yaşayırlarsa, həmin şəxsin oraya qayıtmasına ailə üzvlərinin razılığı tələb olunmur. Yaşayış sahəsində qanunvericiliklə müəyyən olunmuş qaydada himayəyə verilmiş yetkinlik yaşına çatmayanların yaşadıqları hallarda cəza çəkməkdən azad edilmiş şəxs (mənzilin mülkiyyətçisi olduğu hallar istisna olmaqla) qəyyumluq və himayə orqanının razılığı ilə həmin yaşayış sahəsinə yerləşə bilər (maddə 5). Müvafiq icra hakimiyyəti orqanları («müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının («müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının («müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında; «Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı ilə mümkündür (maddə 9). Məhkəmə müəyyən etdi ki, İddiaçı cavabdeh Lənkəran şəhər-rayon Polis şöbəsinə müraciət edərək, övladları X3 və Nümayəndə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalarını xahiş etmişdir. Lakin cavabdeh inzibati orqan X3 və Nümayəndə yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalarından imtina etmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq vətəndaşın yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas müraciət edən vətəndaşın yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanının, yəni yeni yaşayış yeri üzrə polis şöbəsinin məlumatının və ya yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə qanuni qüvvəyə minmiş məhkəmənin (ümumi (rayon və ya şəhər) məhkəməsinin, yəni bu iş üzrə Lənkəran rayon Məhkəməsinin) qətnaməsinin olmasıdır. Qeyd edilən hallardan hər hansı birinin olması iddiaçının yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılmasına səbəb ola bilər. Vətəndaşın yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə mübahisələr mülki mübahisə olduğundan bu tələb üzrə iddialara ümumi, yəni rayon (şəhər) məhkəmlərində baxılaraq hüquqi qiymət verilir. İddiaçı tərəfindən üçüncü şəxslərin qeydiyyata alınması üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi mübahisələndirildiyi təqdirdə bu cür mübahisələrə inzibati məhkəmələr tərəfindən baxılaraq hüquqi qiymət verilir. Lakin hazırki mübahisə üzrə cavabdeh inzibati orqan tərəfindən üçüncü şəxslərin qeydiyyatda olduğu yaşayış sahəsinə qeydiyyata alınması zamanı hər hansı hüquq pozuntusuna yol verildiyi aşkar edilməmişdir. Həmçinin, iddiaçı tərəfindən də üçüncü şəxslər, yəni övladları X3 və Nümayəndə yaşayış yeri üzrə qeydiyyata alınarkən cavabdeh inzibati orqan tərəfindən hər hansı qanun pozuntusuna yol verildiyi mübahisələndirilməmişdir. Məhkəmənin qənaətinə görə iddiaçının istəyi üçüncü şəxslər X7 və Nümayəndə Binəqədi Rayon Polis İdarəsinin inzibati binasına qeydiyyata düşə bilmələri üçün Lənkəran rayonundan yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasıdır. Başqa sözlə, üçüncü şəxslərin Bakı şəhərində mülkiyyətlərində və ya qanuni istifadələrində olan yaşayış sahəsi olmadığından Bakı şəhərində yaşayış yeri üzrə qeydiyyata düşə bilmirlər. Bu səbəbdən də iddiaçı övladlarının, yəni üçüncü şəxslərin ünvan 2-dən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalarını xahiş edir ki, müvafiq Polis şöbəsinin (idarəsinin) inzibati binasına qeydiyyata düşə bilsinlər. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, eyni zamanda yuxarıda qeyd olunan maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, cavabdehin imtinası qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Lənkəran şəhər-rayon Polis şöbəsinə qarşı X3 və Nümayəndə Lənkəran rayonu, Liman şəhəri, R.Rza küçəsi, 48 ünvanında yerləşən ¼ hissəsi ona məxsus fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati-İqtisadi Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər. Hakim Orxan İsmayılov
Məhkəmə qərarları › İş №e-2-1(120)-177/2021
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(120)-177/2021
18.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver