Məhkəmə qərarları › İş №e-2-1(120)-1781/2021

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(120)-1781/2021

20.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № e-2-1(120)-1781/2021 20.12.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi X2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X1 Təşkili üzrə Dövlət Agentliyinə, maraqlı şəxslər Neftçala rayon İcra Hakimiyyətinə, Neftçala rayonu Xol Qarabucaq bələdiyyəsinə, X7 oğluna və X3 qarşı cavabdeh tərəfindən JN-213 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında qanunsuz olaraq Neftçala rayon Aqrar İslahat Komissiyasının 18.12.1997-ci il tarixli, 18 nömrəli qərarı ilə Neftçala rayonu, Xol Qarabucaq kənd sakini X4 gəlini X3 verilmiş 0,96 ha torpaq sahəsi geri alınaraq iddiaçıların mülkiyyətinə qaytarılması tələbinə dair iddiası üzrə iş materiallarına 20 dekabr 2021-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X1 Təşkili üzrə Dövlət Agentliyinə, maraqlı şəxslər Neftçala rayon İcra Hakimiyyətinə, Neftçala rayonu Xol Qarabucaq bələdiyyəsinə, X7 oğluna və X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən JN-213 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında qanunsuz olaraq Neftçala rayon Aqrar İslahat Komissiyasının 18.12.1997-ci il tarixli, 18 nömrəli qərarı ilə Neftçala rayonu, Xol Qarabucaq kənd sakini X4 gəlini X3 verilmiş 0,96 ha torpaq sahəsi geri alınaraq iddiaçıların mülkiyyətinə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçıların vəkili və nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin baxılmadan geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının “iddia ərizəsinin qaytarılması barədə” ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. - 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. -55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz Məhkəmə hesab edir ki, şərh olunan normativ hüquqi aktda iddiaçının ərizəsinə əsasən iddia ərizəsinin və əlavə olunmuş sənədlərin geri qaytarılması birbaşa nəzərdə tutulmasa da, inzibati mübahisənin onun iradəsinə uyğun olaraq sona çatdırılmasının mümkünlüyü təsbit olunmuşdur və iddiaçının (və ya nümayəndəsinin) belə ərizəsi faktiki olaraq onun mübahisə ilə bağlı marağının itməsi səbəbindən iddia ərizəsinin geri qaytarılması və iş üzrə icraata xitam verilməsi barədə qərardadın qəbul olunması ilə nəticələnə bilər. Başqa sözlə, iddiaçı öz aktiv hərəkəti ilə iradəsinə uyğun olaraq məhkəməyə iddia ərizəsinin qaytarılması barədə ərizə verdikdə, bu o anlama gəlir ki, iddiaçı iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin geri qaytarılması və bununla bağlı iş üzrə icraata xitam verilməsi həmin iddia ilə məhkəməyə yenidən müraciət olunmanı istisna etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçıların vəkili və nümayəndəsi Nümayəndə ərizəsi təmin olunsun. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X1 Təşkili üzrə Dövlət Agentliyinə, maraqlı şəxslər Neftçala rayon İcra Hakimiyyətinə, Neftçala rayonu Xol Qarabucaq bələdiyyəsinə, X7 oğluna və X3 qarşı cavabdeh tərəfindən JN-213 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında qanunsuz olaraq Neftçala rayon Aqrar İslahat Komissiyasının 18.12.1997-ci il tarixli, 18 nömrəli qərarı ilə Neftçala rayonu, Xol Qarabucaq kənd sakini X4 gəlini X3 verilmiş 0,96 ha torpaq sahəsi geri alınaraq iddiaçıların mülkiyyətinə qaytarılması tələbinə dair iddia ərizəsi geri qaytarılsın və iş üzrə icraata xitam verilsin. İddiaçıya gələcəkdə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia ilə məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan şikayət verilə bilməz. Hakim Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar