Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-1(120)-1793/2025 03.03.2026 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı оğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Aqrar Sığorta Fonduna qarşı “qərarın ləğv edilməsi” barədə iddianın mümkünlüyü məsələsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Тəsviri hissə: İşin halları İddiaçı cavabdeh Aqrar Sığorta Fonduna qarşı “qərarın ləğv edilməsi” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-12701/2024 nömrəli qərardadına əsasən inzibati iş baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Meliorasiya və X4 Səhmdar Cəmiyyəti üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İmişli rayonunun Göhərli kəndində 11,4 hektarda pambıq əkmişdir. İddiaçı ilə "xxxx" MMC-nin “MKT-lmişli” Filialı arasında “2023cü il mövsümi üzrə xam-pambığın alqı-satqısına dair” 26 sentyabr 2022-ci il tarixli 23 376 001 saylı müqavilə bağlanmışdır. Həmin müqaviulə üzrə satıcı qismində İddiaçı 11,40 ha torpaq sahəsində pambıq əkməyi və istehsal etdiyi xam-pambığı 15 noyabr 2023-cü il tarixdən gec olmayaraq alıcı "xxxx" MMC təhvil verməyi öhdəsinə götürmüşdür. Alıcı "xxxx" MMC satıcı İddiaçı xam-pambığın istehsal olunması və təhvil verilməsi üçün bütün aqrotexniki xidmətiər də nəzərə alınmaqla maliyyə dəstəyini yerinə yetirmişdir. İddiaçı ilə Aqrar Sığorta Fondu (sığortaçı qismində "xxxx" ASC-ti) arasında Kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullannın sığortası üzrə xx.xx.2023-cü il tarixli BS-**********-AS saylı Sığorta Şəhadətnaməsi müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin mühüm şərtlərindən biri kimi yalnız sığorta predmeti otaraq kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullannın sığortası üzrə-PAMBİQ-CEYHAN 520(R1) söğortanın predmeti hesab olunur. Həmin müqavilənin digər mühüm şərti sığorta ödənişinin verilməsi anında "xxxx" MMC ilə sığorta olunan arasında bağlanmış Xam pambığın alqı-satqısına dair müqavilə üzrə satıcının alıcıya olan avans borc məbləği həddində "xxxx" MMC faydalanan şəıxs hesab olunur və zərərin borc məbləğindən artıq olan hissəsinə münasibətdə sığortalı olunan faydalanan şəxs qismində müəyyən edilməsidir. Əkin aparılacaq sahələrdə yüksək aqrotexniki tədbirlər həyata keçirildikdən sonra arat olunmuş sahələrdə əkin başa çatdırılır. Pambıq sahələrinin suvarma kanal və drenajlardan istifadə edilməklə suvanlması təmin edilmişdir. Pambıq sahələrinin vegetasiya dövründə Azərbaycan Respublikası Meliorasiya və X4 Səhmdar Cəmiyyəti tərəfindən Dövlət Proqramı əsasında əkin sahələrinin suvarılması üçün əsas mənbə olan Qızılarx kanalında beton üzlüklər qoyulması səbəbindən kanalda su ehtiyatları dayandırılmış və sahələri suvarmaq mümkün olmamışdır. “Meliorasiya və Su Təsərrüfatı“ ASC-i tərəfindən Qızılarx kanalında beton üzlüklər qoyulması barədə sudan istifadəçilərə heç bir xəbərdarlıq,yaxud alternativ suvarma mənbələrindən istifadə edilməsi barədə məlumatlar verilməmişdir. Nəticədə onun İmişli rayonunun Göhərli kəndində yerləşən 11,4 hektar pambıq sahəsinə ziyan dəymiş və sığorta hadisəsi baş vermişdir. Sığorta hadisəsi barədə lazımi məlumatları vermiş və vurulmuş ziyanın əvəzinin-36480 manat sığorta dəyərinin ödənilməsi üçün Aqrar Sığorta Fonduna müraciət etmiş və Fondun 23 aprel 2024-cü il tarixli 12-9/2-N-42- 423/2024 sayli məktubu ilə İmişli rayonunun Göhərli kəndində yerləşən 11,4 hektar pambıq sahəsinə dəymiş zərərin əvəzinin ödənilməsinə dair müraciəti təmin edilməmiş, Fond tərəfindən kənd təsərrüfatı bitkilərinin və bitkiçilik məhsullarının sığortası üzrə BC- **********-AS saylı sığorta müqaviləsi üzrə nəzərdə tutulan sığorta ödənişindən imtina edilmişdir. Fondun 23 aprel 2024-cü il tarixli 12-9/2-N-42-423/2024 sayli imtinasından 16 may 2024-cü il tarixdə Aqrar Sığorta Fondunun Apellyasiya Şurasına şikayət etmişdir. Aqrar Sığorta Fondunun Apellyasiya Şurasının 13 iyun 2024-cü il tarixli 2 saylı Qərarı ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Aqrar Sığorta Fonduna Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, sığortalı İddiaçı ilə Fondun adından onun idarəedici qurumu olan "Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC (bundan sonra - Cəmiyyət) arasında kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortasına dair pambıq bitkisi üzrə BS- **********-AS nömrəli sığorta müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən sığortalanmış əkin sahələrinə xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək müqavilənin “sığorta riskləri” bölməsində qeyd olunmuş (dolu, yanğın, zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına, sel və ya subasma, normadan artıq yağan qar yağıntıları, vəhşi heyvanların hücumu və üçüncü şəxslərin hərəkətləri) risklərinin baş verməsi nəticəsində sığortalanmış məhsula dəymiş zərərlərə təminat verilməsi nəzərdə tutulmuşdur. Təminat müddəti ərzində sığortalı İddiaçı “1651” X3 rayonu, Gövhər kəndində yerləşən pambıq sahələrinə üçüncü şəxslərin hərəkətləri nəticəsində zərər dəyməsi barədə məlumat daxil olmuşdur. Sığortalının müraciətinə əsasən baş vermiş hadisənin ətraflı araşdırılması və dəymiş zərərin qiymətləndirilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 oktyabr tarixli 431 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrar sığorta Qaydaları”nın (bundan sonra-Qaydalar) 1.19.3-cü yarımbəndinə əsasən zərərin qiymətləndirilməsi üçün müstəqil ekspert təyin edilmişdir. Müstəqil ekspertin rəyinə əsasən yuxarıda adıçəkilən sığorta şəhadətnaməsi üzrə sığortalanmış 11,4 hektar pambıq sahəsinin 5,5 hektar, 2,5 hektar, 1,2 hektar ve 2,2 hektar olmaqla, 4 fərqli mövqedə əkili olduğu müəyyən edilmişdir. Ekspertin rəyində sığortalanmış məhsula suyun verilməməsi ilə bağlı zərər dəydiyi, nəticədə bitkilərdə su əksikliyinin məhsuldarlıq itkisinə səbəb olduğu qeyd olunmuşdur. Qeyd edilən normaların məzmunundan da göründüyü kimi İddiaçı ilə bağlanmış sığorta müqaviləsi üzrə suyun verilməməsi faktı müvafiq səlahiyyətli dövlət orqanı, Azərbaycan Meliorasiya və X4 Səhmdar Cəmiyyəti tərəfindən təsdiq edilmədiyindən nəticədə Fond tərəfindən sığorta hadisəsi mövcud olmadığı əsası ilə sığorta ödənişinin verilməsindən imtina barədə qərar (2024-cü il 23 aprel tarixli, 12-9/2-N-42-423/2024 nömrəli məktubla) qəbul edilmişdir. Sığorta ödənişinin verilməsindən imtina barədə 2024-cü il 23 aprel tarixli, 12-9/2-N- 42- 423/2024 nömrəli qərardan sığortalı İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə X2 apellyasiya şikayəti verilmişdir. Qanunun 8.3-cü maddəsinə əsasən Fond Qanun və nizamnaməsi ilə müəyyən edilən qaydada aqrar sığorta sisteminin idarə edilməsini və aqrar sığorta informasiya sisteminin aparılmasını idarəedici qurum vasitəsilə həyata keçirir. X1 2024-cü il 13 iyun tarixli, 2 saylı qərarı ilə sığortalı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Qeyd olunan normaların məzmunundan da göründüyü kimi, həm qanunvericiliklə, həm də sığortalı İddiaçı ilə bağlanmış sığorta müqavilələri üzrə su çatışmazlığı ilə bağlı zərərin dəyməsi barədə heç bir təsdiqedici sənəd olmadığından və Qanunun 17.1-ci maddəsinə əsasən, sığorta ödənişinin tam və ya qismən verilməsi və ya ödənişin verilməsindən imtina barədə qərar qəbul edilməsi Fondun vəzifəsi olduğundan nəticədə faktı təsdiq edən sənədin olmadığı əsası ilə Fond tərəfindən sığorta ödənişinin verilməsindən imtina barədə qərar (2024-cü il 23 aprel tarixli 12-9/2-N- 42-423/2024 nömrəli məktub ilə) qəbul edilmişdir. İddiaçı cavadeh Fonda qarşı “X1 13 iyun 2024-cü il tarixli 2 saylı qərarının ləğv edilməsi və üçüncü şəxslərin riskli hərəkətləri nəticəsində dəymiş zərərə görə 32832 manat sığorta ödənişinin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı və cavabdeh Aqrar Sığorta Fondunun nümayəndəsi məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materiallarında olan İddiaçı ilə "xxxx" ASC arasında pambıq bitkisi üzrə BC-**********- AS nömrəli sığorta müqaviləsi bağlanmışdır. İş materiallarında olan Azərbaycan Meliorasiya və X4 Səhmdar Cəmiyyətinin Aqrar Sığorta Müştərək Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ünvanladığı xx.xx.2024-cü il tarixli, 13-4/2-610/2024 nömrəli məktubundan görünür ki, vətəndaşa məxsus 11,4 hektar pambıq sahəsi mənbəyi Qızılarx kanalı olan Beşdənbir kanalının xidməti ərazisində yerləşir. Dövlət proqramı əsasında torpaq məcralı Qızılarx kanalının beton üzlüyə alınması səbəbindən kanalın xidməti ərazisində yerləşən əkin sahələrinin suvarılmasında çətinlik yaranmışdır. İddiaçı tərəfindən qeyd olunan sahənin su təminatı üçün Birliklə müqavilənin olmaması və vətəndaşa Qızılarx kanalında təmir-bərpa işlərinin aparılacağı barədə əvvəlcədən şifahi xəbərdarlıq edilməsi nəzərə alınaraq suvarma suyunun verilməməsi ilə bağlı müraciət əsassız hesab edilmişdir İş materiallarında olan Azərbaycan Aqrar Sığorta Fondunun İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli, 12-9/2-N-423/2024 nömrəli məktubundan görünür ki, kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortası üzrə BS-**********-AS saylı sığorta müqaviləsi əsasında sığortalanan əkin sahələrinə dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı Fond tərəfindən iddiaçıya ödənişlərinin verilməsindən imtina edilmişdir. İş materiallarında olan Aqrar Sığorta Fondunun Apellyasiya Şurasının xx.xx.2024-cü il tarixli, 2 nömrəli qərarının surətindən görünür ki, İddiaçı tərəfindən Fonda ünvanlanan 2024-cü il 16 may tarixli apellyasiya şikayəti təmin edilməmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3.Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.
7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 16.5. Nəzərə alınmalıdır ki, dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. 17.Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Azərbaycan Respublikasının "İnzibati icraat haqqında" Qanundan: 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.2. inzibati akt - inzibatı orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. “Aqrar sığorta haqqında” qanundan: 17.1. Sığorta qaydalarına uyğun olaraq, sığorta ödənişinin verilməsi üçün tələb olunan bütün sənədlər təqdim edildikdən sonra aqrar sığorta orqanı 7 iş günü ərzində sığorta ödənişinin tam və ya qismən verilməsi və ya ödənişin verilməsindən imtina barədə qərar qəbul edir və bu barədə aqrar sığortalıya “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş qaydada rəsmi məlumat verir. 17.2. Aqrar sığorta orqanı sığorta ödənişinin verilməsindən tam və ya qismən imtina barədə qərarında qanunvericilik, sığorta müqaviləsi və ya sığorta qaydalarının müddəalarına istinad etməklə imtina üçün əsaslarını aydın göstərməlidir. 17.3. Sığorta ödənişinin verilməsi barədə qərar bu Qanun və sığorta qaydalarında müəyyən edilmiş müddətdə icra edilir. 17.4. Sığortalı ödənişin tam və ya qismən verilməsindən imtina barədə qərardan inzibati qaydada və məhkəmə qaydasında şikayət verə bilər. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 136 saylı qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda Aqrar Sığorta Fondu inzibati orqan kimi müəyyən olunmur. Digər tərəfdən məhkəmə qeyd edir ki, hazırkı iddia tələbi publik hüquq münasibətlərin tənzimlənməsindən irəli gəlmir. Belə ki, hazırkı mübahisə inzibati orqan olmayan hüquqi şəxslə (qeyri-kommersiya təşkilatı ilə) iddiaçı arasında arasındakı mülki hüquq (sığorta) münasibətlərin tənzimlənməsi ilə bağlıdır. “Aqrar sığorta haqqında” Qanunun 17.1 və 17.4cü maddələri hazırkı işə inzibati mübahisə kimi qiymətləndirilməsinə əsas hesab edilə bilməz. Belə ki, Qanunun 17.1-ci maddəsi qəbul edilmiş qərar barədə məlumatın verilməsi zamanı “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş qaydanın nəzərə alınmalı olduğunu, 17.4cü maddəsi isə həmin qərardan inzibati və ya məhkəmə qaydasında şikayət verilməsi hüqunu izah edir. Bu isə səlahiyyətli məhkəmənin inzibati məhkəmə olması, mübahisənin xarakterinin isə inzibati mübahisə olması demək deyildir. Məhkəməyə müraciət etmək hüququ mütləq hüquq deyil. Odur ki, iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Belə ki, iddiaçı ona maddi və mənəvi zərər vurulduğunu hesab etdiyi təqdirdə, mülki məhkəmə icraatı qaydasında iddia qaldıra bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Qeyd olunanlarla bağlı iddiaçıya xx.xx.2025-ci il tarixli, 2-1(120)-1793/2025 nömrəli hüquqi yardım məktubu ünvanlanmışdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər.
Hakim: Hilal Nəcəfov