Azərbaycan Respublikası adından QƏRAR İş № e-2-1(120)-1904/2022 24.11.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı “sənədlərin təqdim edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 24 noyabr 2022-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan vergi dövrünü əhatə edən ilkin mühasibat sənədlərinin (bank və kassa ödəniş sənədləri, alınmış və satılmış mallar üzrə bağlanmış müqavilələr, təhvil təslim aktları, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi barədə tərtib olunmuş Forma 2, Forma 3, e-qaimə fakturalar, mal-materialların hərəkəti barədə aylıq material hesabatları, xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyətlə məşğul olmaq üçün alınmış xüsusi razılıq (lisenziya), aparılmış idxal-ixrac əməliyyatlarına dair gömrük sənədləri, mətbəələrdən alınmış ciddi hesabat blankların hərəkəti barədə (blankların alınması, istifadə olunması, korlanması, itirilməsi və xx.xx.2022-ci il tarixə qalıq sayı barədə seriya və nömrələri göstərilməklə) hesabat, nağd pul vəsaitlərinin hərəkəti barədə aylıq daxili kassa hesabatları, banklardan və digər kredit təşkilatlarından alınmış kreditlər üzrə bağlanmış müqavilələr, əsas vəsaitlərin mövcüdluğu və hərəkəti barədə (2019-cu, 2020-ci və 2021-ci illər üzrə olmaqla) hesabatlar, alınmış kreditlərin hərəkəti barədə (kreditin istifadə olunduğu təyinat, əsas məbləği və faiz məbləği üzrə ödənişlər, hesabat ilinin sonuna qalıqlar göstərilməklə ) 2019-cu, 2020-ci və 2021-ci illər üzrə ayrılıqda məlumatların, 2019-cu, 2020-ci və 2021-ci illər üzrə illik gəlir vergisinin yoxlanılması üçün gəlir və xərcləri təsdiq edən sənədlər, hüquqi və fiziki şəxslərlə bağlanmış bütün təsərrüfat müqavilələri (icarə müqavilələri daxil olmaqla), tutulmalar və ayırmalar göstərilməklə işçilərə hesablanmış aylıq əmək haqqı cədvəlləri təsdiq edilmiş (imza və möhürlə) surətlərinin iddiaçıya təqdim olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, idarənin xx.xx.2022-ci il tarixli, **********156549 saylı “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarına əsasən xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan vergi dövrünü əhatə etməklə fərdi sahibkar Cavabdeh (VÖEN **********) növbədənkənar səyyar vergi yoxlaması keçirilir. Səyyar vergi yoxlamasına xx.xx.2022-ci il tarixdə başlanılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli KY221731312 saylı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” Çıxarış, xx.xx.2022-ci il tarixli **********156549 saylı “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərar və xx.xx.2022-ci il tarixli **********156619 saylı “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” Tələbnamə xx.xx.2022-ci il tatixli **********099000 №-li məktubla cavabdehin elektron poçtuna (xx.xx.2022-ci il tarixdə vergi ödəyicisi tərəfindən oxunmuş) və kağız daşıyıcısı formasında hüquqi ünvanına göndərilmişdir. Tələbnamədə göstərilən müddətin keçməsinə baxmayaraq, tələb olunan sənədlərin təsdiq olunmuş surətləri vergi orqanının yoxlamanı keçirən vəzifəli şəxsinə və ya 8 saylı Ərazi Vergilər İdarəsinə təqdim edilməmişdir. “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” çıxarılmış xx.xx.2022-ci il tarixli, **********155383 saylı Qərar əsasında vergi ödəyicisinə Vergi yoxlamasının keçirilməsi üçün tələb olunan xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan vergi dövrünü əhatə edən ilkin mühasibat sənədlərinin (bank və kassa ödəniş sənədləri, alınmış və satılmış mallar üzrə bağlanmış müqavilələr, təhvil təslim aktları, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi barədə tərtib olunmuş Forma 2 və Forma 3, e-qaimə fakturalar, malmaterialların hərəkəti barədə aylıq material hesabatlar, xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyətlə məşğul olmaq üçün alınmış xüsusi razılıq(lisenziya), aparılmış idxalixrac əməliyyatlarına dair gömrük sənədləri, mətbəələrdən alınmış ciddi hesabat blankların hərəkəti barədə (blankların alınması, istifadə olunması, korlanması, itirilməsi və xx.xx.2022-ci il tarixə qalıq sayı barədə seriya və nömrələri göstərilməklə) hesabat, nağd pul vəsaitlərinin hərəkəti barədə aylıq daxili kassa hesabatlar, banklardan və digər kredit təşkilatlarından alınmış kreditlər üzrə bağlanmış müqavilələr, əsas vəsaitlərin mövcüdluğu və hərəkəti barədə (2019-cu, 2020-ci və 2021-ci illər üzrə olmaqla) hesabatlar, alınmış kreditlərin hərəkəti barədə (kreditin istifadə olunduğu təyinat, əsas məbləği və faiz məbləği üzrə ödənişlər, hesabat ilinin sonuna qalıqlar göstərilməklə ) 2019-cu, 2020-ci və 2021-ci illər üzrə ayrılıqda məlumatlar, 2019-cu, 2020-ci və 2021-ci illər üzrə illik gəlir vergisinin yoxlanması üçün gəlir və xərcləri təsdiq edən sənədlər, hüquqi və fiziki şəxslərlə bağlanmış bütün təsərrüfat müqavilələr (icarə müqavilələri daxil olmaqla), tutulmalar və ayırmalar göstərilməklə işçilərə hesablanmış aylıq əmək haqqı cədvəlləri) təsdiq edilmiş (imza və möhürlə) surətlərinin təqdim olunması təklif edildi. Lakin fərdi sahibkar Cavabdeh vergi orqanının xx.xx.2022-ci il tarixli, **********156549 saylı “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarını məhkəmə qaydasında mübahisələndirdiyini əsas gətirərək tələb olunan ilkin mühasibat sənədlərinin yoxlamaya təqdim olunmasından imtina etdi. Yoxlayıcı tərəfindən bu barədə xx.xx.2022-ci il “Sənədlərin və nümunə kimi əşyaların verilməsindən imtina barədə” Akt (elektron və kağız daşıyıcı formasında olmaqla) tərtib edilmişdir. “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərar və “Sənədlərin və nümunə kimi əşyaların verilməsindən imtina barədə” Akt xx.xx.2022-ci il tarixli, **********399300 saylı məktubla vergi ödəyicisinin elektron qutusuna və poçt vasitəsi ilə kağız daşıyıcı formasında hüquqi ünvanına göndərilmişdir. Beləliklə, səyyar vergi yoxlamasının keçirilməsi üçün yuxarıda qeyd olunan sənədlərin əldə edilməsi mümkün olmamışdır. Vergi Məcəlləsinin 43.11-ci maddəsinə əsasən, vergi ödəyicisi bu maddədə nəzərdə tutulmuş qaydada sənədləri və əşyaları vermədiyi halda, həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 yanvar 2019-cu il tarixli, 2-2(102)-47/19 saylı qərarında qeyd olunmuşdur ki, səyyar vergi yoxlamasının aparılması zamanı vergi ödəyicisindən sənədlərin götürülməsi ilə bağlı mübahisələr artıq inzibati məhkəmə icraatı qaydasında aparılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən hesab edirlər ki, “Səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan vergi dövrünü əhatə edən ilkin mühasibat sənədlərinin (bank və kassa ödəniş sənədləri, alınmış və satılmış mallar üzrə bağlanmış müqavilələr, təhvil təslim aktları, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi barədə tərtib olunmuş Forma 2, Forma 3, e-qaimə fakturalar, malmaterialların hərəkəti barədə aylıq material hesabatları, xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyətlə məşğul olmaq üçün alınmış xüsusi razılıq (lisenziya), aparılmış idxalixrac əməliyyatlarına dair gömrük sənədləri, mətbəələrdən alınmış ciddi hesabat blankların hərəkəti barədə (blankların alınması, istifadə olunması, korlanması, itirilməsi və xx.xx.2022-ci il tarixə qalıq sayı barədə seriya və nömrələri göstərilməklə) hesabat, nağd pul vəsaitlərinin hərəkəti barədə aylıq daxili kassa hesabatları, banklardan və digər kredit təşkilatlarından alınmış kreditlər üzrə bağlanmış müqavilələr, əsas vəsaitlərin mövcüdluğu və hərəkəti barədə (2019-cu, 2020-ci və 2021-ci illər üzrə olmaqla) hesabatlar, alınmış kreditlərin hərəkəti barədə (kreditin istifadə olunduğu təyinat, əsas məbləği və faiz məbləği üzrə ödənişlər, hesabat ilinin sonuna qalıqlar göstərilməklə ) 2019-cu, 2020-ci və 2021-ci illər üzrə ayrılıqda məlumatların, 2019-cu, 2020-ci və 2021-ci illər üzrə illik gəlir vergisinin yoxlanması üçün gəlir və xərcləri təsdiq edən sənədlər, hüquqi və fiziki şəxslərlə bağlanmış bütün təsərrüfat müqavilələri (icarə müqavilələri daxil olmaqla), tutulmalar və ayırmalar göstərilməklə işçilərə hesablanmış aylıq əmək haqqı cədvəlləri təsdiq edilmiş (imza və möhürlə) surətlərinin iddiaçıya verilməsi” vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Cavabdeh iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, o, vergi ödəyicisi kimi 8 saylı ərazi vergilər idarəsində qeydiyyatdan keçmişdir. 8 saylı ərazi vergilər idarəsinin vəzifəli şəxsi cənab Nümayəndə 27 fevral 2020-cı il tarixli, **********288500 saylı “Kameral vergi yoxlamaı üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi barədə məktub”la dəqiqləşdirilmiş bəyannamə verilməsini tələb etmişdir. Hesab edir ki, cavabdeh 8 saylı ərazi vergilər idarəsinin 27 fevral 2020-ci il tarixli, **********288500 saylı “Kameral vergi yoxlanması üçün zəruri olan sənədlərin (məlumatların) təıəb edilməsi barədə məktub”u əsassızdır və qanuniliyi Azərbaycan Respublikası Vergi Məcəlləsinin normalarına istinad edilməklə əsaslandırılmamışdır. Məktubun yalnız son abzasında zəruri sənədlərin təqdin edilmədiyi təqdirdə Vergilər Məcəlləsinin 37, 67 və 83-cü maddələrinə əsasən vergi orqanının vergi, məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqı özrə öhdəliklərinin yenidən hesablanması hüququ xatırladılmışdır. “Öhdəliklərin yenidən hesablanması” anlayışı ona məlum olmamış, inzibati orqanın vəzifəli şəxlərinin qəbulunda olarkən bu ifadəyə aydınlıq gətirilməmişdir. Digər tərəfdən, 27 fevral 2020-ci il tarixli, **********288500 saylı “Kameral vergi yoxlanması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi barədə məktub”un “Səbəblər” bölməsində göstərilən rəqəmlərlə bağlı ondan izahat tələb edilməmişdir. Bildirir ki, ondan yazılı izahat tələb edilmədən icrası məcburi olan 27 fevral 2020-ci il tarixli, **********288500 saylı “Kameral vergi yoxlanması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi barədə məktub”un göndərilməsi, Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 37, 67 və 83-cü maddələrinə əsasən yenidən qanunsuz hesablama aparılmasına zəmin yaratmaqla mülkiyyət hüquqlarını pozur. Bununla bağlı iddiası Şirvan İnzibati Məhkəməsinin icraatındadır. Bundan sonra vergi orqanı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 200802ü039560109 nömrəli qərar" qəbul edərək qərarın “əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği” bəndində göstərilən 81816,51 manat vəsaitinin həmin qərarın “Bank ödənişi təfsilatı” bölməsi ilə tutulmasına sərəncam vermişdir. Həmin qərar qanunsuz və əsassızdır, iddiaçının qanunsuz tələblərini yerinə yetirməkdən imtina etdiyinə görə ondan qisas almaq cəhdidir, mülkiyyət hüquqlarını pozur, məhkəmə qaydasında qanunsuz hesab edilməlidir. Bu barədə iddiası Şirvan İnzibati Məhkəməsinin icraatındadır. Bundan sonra vergi orqanı xx.xx.2022-ci il tarixli, **********156549 saylı, “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” və xx.xx.2022-ci il tarixli, **********156619 saylı “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması barədə qərarlar qəbul etmişdir. Həmin qərarlar qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, həmin qərarın qanunsuz və əsassızlığı vergi orqanının özü tərəfindən də etiraf olunduğundan “Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında xx.xx.2022-ci il tarixli, **********159387 saylı qərar qəbul etmişdir. Həmin qərar əsaslandırılmasa da, iddiaçının qanunsuz hərəkətlərinə haqq qazandırmaq cəhdidir. Belə ki, o, vergi orqanının qanunsuz qərarlarını mübahisələndirmiş, bu barədə iddiası məhkəmə tərəfindən təmin olunmuşdur. Hazırda vergi orqanının şikayəti əsasında Şirvan Apellyasiya Məhkəməsində icraatdadır. “Azərbaycan Respublikasında mülkiyyət haqqında” Azərbaycan Respublikası Qanunuun 1-ci maddəsinin 2-ci hissəsinə görə mülkiyyətçi özünə məxsus əmlaka öz mülahizəsinə görə sahiblik, ondan istifadə və onun barəsində sərəncam hüququna malikdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Kovensiyaya dair Protokol”un (Paris, 2 mart 1952-ci il) 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. İddiaçı şikayət olunan məhkəmə aktı ilə Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Kovensiyaya dair Protokol”un 1-ci maddəsinin və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Kovensiya”nın 6-cı maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. “Azərbaycan Respublikasında mülkiyyət haqqında” Azərbaycan Respublikası Qanununurı 1-ci maddəsinin 2-ci hissəsi imperativ qaydada olmaqla mülkiyyətçini digər şəxslərin özbaşnalığından qorumaq məqsədi daşıyır. Göründüyü kimi, mülki qanunvericiliyin normalarının mülkiyyətçilərin hüquqlarının müdafiə məqsədi güddüyü şübhəsizdir. Təbiidir ki, əks təqdirdə qanun fəaliyyətsiz qalar ki, bu zaman qanunvericiliyin çatmaq istədiyi ümurni məqsəd xəyali xarakter alardı. Məhkəmələr tərəfindən çıxarılan qərarlar qanuni olmaqla, bərabər, həm də ədalətli olmalı, ictimai münasibətlərin düzgün tənzimlənməsinə xidmət etməlidir. İnsan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən, hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalniz məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. Məhkəımə hakimiyyətinə ictimaiyyət tərəfindən etimad bəslənməsi və ona hörmət olunması məhkəmə işinin səmimiliyinin təminatıdır. Məhkəmələr nəinki konkret məhkəmə araşdırmasında iştirak edən tərəflərin, eləcə də, bütövlükdə cəmiyyətin etimadına malik olmalıdırlar. X4 Məhkəməsi özünün bir cox qərarlarında (Delcourt Belçikaya qarşı işi üzrə 17 yanvar 1970-ci ıl tarixli qərarı; Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; X3rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia ərizəsinə qarşı etirazın məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, **********156549 nömrəli qərardan görünür ki, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən Vergi Məcəlləsinin 23, 36 və 38-ci maddələri əsas tutularaq “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərar ilə fərdi sahibkar Cavabdeh (VÖEN **********) mart 2019-fevral 2022 vergi dövrünü əhatə edən fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, **********56619 nömrəli Tələbnamədən görünür ki, iddiaçı tərəfindən Vergi Məcəlləsinin 23-cü, 36-cı, 37-ci və 42-ci maddələri əsas tutularaq “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin (yoxlanılan dövrə aid bank və kassa ödəniş sənədləri, alınmış və satılmış mallar üzrə bağlanmış müqavilələr, təhvil təslim aktları, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi barədə tərtib olunmuş Forma 2, Forma 3, e-qaimə fakturalar, mal-materialların hərəkəti barədə aylıq material hesabatları, xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyətlə məşğul olmaq üçün alınmış xüsusi razılıq (lisenziya), aparılmış idxal-ixrac əməliyyatlarına dair gömrük sənədlər, mətbəələrdən alınmış ciddi hesabat blankların hərəkəti barədə (blankların alınması, istifadə olunması, korlanması, itirilməsi və xx.xx.2022-ci il tarixə qalıq sayı barədə seriya və nömrələri göstərilməklə) hesabat, nağd pul vəsaitlərinin hərəkəti barədə aylıq daxili kassa hesabatları, banklardan və digər kredit təşkilatlarından alınmış kreditlər üzrə bağlanmış müqavilələr, əsas vəsaitlərin mövcüdluğu və hərəkəti barədə (2019-cu, 2020-ci və 2021-ci illər üzrə olmaqla) hesabatlar, alınmış kreditlərin hərəkəti barədə (kreditin istifadə olunduğu təyinat, əsas məbləği və faiz məbləği üzrə ödənişlər, hesabat ilinin sonuna qalıqlar göstərilməklə ) 2019-cu, 2020-ci və 2021-ci illər üzrə ayrılıqda məlumatların, 2019-cu, 2020-ci və 2021-ci illər üzrə illik gəlir vergisinin yoxlanması üçün gəlir və xərcləri təsdiq edən sənədlər, hüquqi və fiziki şəxslərlə bağlanmış bütün təsərrüfat müqavilələri (icarə müqavilələri daxil olmaqla), tutulmalar və ayırmalar göstərilməklə işçilərə hesablanmış aylıq əmək haqqı cədvəlləri təsdiq edilmiş (imza və möhürlə) surətinin) və vergilərin hesablanmasını zəruri edən digər sənədlərin xx.xx.2022-ci il tarixə kimi təqdim olunması haqqında” cavabdehə göndərilməsi üçün Tələbnamə tərtib edilmişdir. İş materiallarında olan 8 saylı Ərazi Vergilər İdarəsinin fərdi sahibkar Cavabdeh ünvanladığı xx.xx.2022-ci il tarixli, **********099000 nömrəli məktubdan görünür ki, “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********156549 nömrəli qərar və “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2022-ci il tarixli, **********56619 nömrəli Tələbnamə cavabdehə göndərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, **********159076 nömrəli qərardan görünür ki, iddiaçı tərəfindən “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” qərar qəbul edilmiş və həmin qərarda yoxlanılan vergi dövrünə aid zəruri olan sənədlərin cavabdehdən götürülməsinin həyata keçirilməli olduğu göstərilmiş, Cavabdeh həmin qərarla tanış olmuş, lakin bu barədə hər hansı qeydiyyat aparılmasından imtina etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Aktdan görünür ki, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün xx.xx.2022-ci il tarixli, **********56619 nömrəli Tələbnamədə göstərilən ilkin mühasibat sənədlərinin təqdim olunması cavabdehə təklif edilmiş, lakin o, vergi orqanının “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********156549 nömrəli qərarını məhkəmədə mübahisələndirdiyini bildirərək tələb olunan sənədləri təqdim etməkdən imtina etmişdir. Beləliklə, iş üzrə təqdim olunmuş sənədlərlə müəyyən olunur ki, Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********156549 nömrəli qərarı ilə vergi ödəyicisi olan Cavabdeh mart 2019-fevral 2022 vergi dövrünü əhatə edən fəaliyyəti üzrə qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş, yoxlamanın keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi xx.xx.2022-ci il tarixli, **********56619 nömrəli Tələbnamə ilə cavabdehdən tələb olunmuş, lakin cavabdeh həmin sənədləri təqdim etməkdən imtina etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 42.1-ci maddəsinə əsasən, səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Sənədlərin və ya elektron faylların verilməsi barəsində tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 15 iş günü müddətində vergi orqanına təqdim etməlidir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı sənədlərin və ya elektron faylların verilməsi barədə tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 1 iş günü ərzində təqdim etməlidir. Sənədlərin lazımi qaydada təsdiq edilmiş surətləri təqdim edilir. Həmin Məcəllənin 42.3-cü maddəsinə əsasən səyyar vergi yoxlaması üçün zəruri olan vergi orqanı tərəfindən tələb edilən sənədlərin və ya elektron faylların vergi ödəyicisi tərəfindən vergi orqanına verilməsindən imtina edilməsi və ya bu Məcəllənin 42.1-ci maddəsində göstərilən müddətdə təqdim edilməməsi qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. Bu maddədə göstərilən qaydada sənədlərin və ya elektron faylların təqdim edilməsindən imtina edildikdə, səyyar vergi yoxlamasını həyata keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş qaydada sənədlərin götürülməsini həyata keçirə bilər. Həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən sənədlərin və nümunə kimi əşyaların götürülməsinə səyyar vergi yoxlaması və operativ vergi nəzarəti keçirildikdə yol verilir. Həmin Məcəllənin 43.11-ci maddəsinə əsasən, vergi ödəyicisinin bu maddədə nəzərdə tutulmuş qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutların məcmusuna yuxarıda qeyd edilən hüquq normaları daxilində hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli, **********156549 nömrəli qərarına əsasən təyin edilmiş “Səyyar vergi yoxlaması”nın keçirilməsi üçün zəruri olan xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan vergi dövrünü əhatə edən ilkin mühasibat sənədlərinin (bank və kassa ödəniş sənədləri, alınmış və satılmış mallar üzrə bağlanmış müqavilələr, təhvil təslim aktları, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi barədə tərtib olunmuş Forma 2, Forma 3, e-qaimə fakturalar, malmaterialların hərəkəti barədə aylıq material hesabatları, xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyətlə məşğul olmaq üçün alınmış xüsusi razılıq (lisenziya), aparılmış idxalixrac əməliyyatlarına dair gömrük sənədləri, mətbəələrdən alınmış ciddi hesabat blankların hərəkəti barədə (blankların alınması, istifadə olunması, korlanması, itirilməsi və xx.xx.2022-ci il tarixə qalıq sayı barədə seriya və nömrələri göstərilməklə) hesabat, nağd pul vəsaitlərinin hərəkəti barədə aylıq daxili kassa hesabatları, banklardan və digər kredit təşkilatlarından alınmış kreditlər üzrə bağlanmış müqavilələr, əsas vəsaitlərin mövcüdluğu və hərəkəti barədə (2019-cu, 2020-ci və 2021-ci illər üzrə olmaqla) hesabatlar, alınmış kreditlərin hərəkəti barədə (kreditin istifadə olunduğu təyinat, əsas məbləği və faiz məbləği üzrə ödənişlər, hesabat ilinin sonuna qalıqlar göstərilməklə ) 2019-cu, 2020-ci və 2021-ci illər üzrə ayrılıqda məlumatların, 2019-cu, 2020-ci və 2021-ci illər üzrə illik gəlir vergisinin yoxlanması üçün gəlir və xərcləri təsdiq edən sənədlər, hüquqi və fiziki şəxslərlə bağlanmış bütün təsərrüfat müqavilələri (icarə müqavilələri daxil olmaqla), tutulmalar və ayırmalar göstərilməklə işçilərə hesablanmış aylıq əmək haqqı cədvəlləri təsdiq edilmiş (imza və möhürlə) surətlərinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinə təqdim edilməsi vəzifəsi Cavabdeh (VÖEN **********) üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №e-2-1(120)-1904/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(120)-1904/2022
24.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver