Məhkəmə qərarları › İş №e-2-1(120)-2323/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(120)-2323/2023

29.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № e-2-1(120)-2323/2023 29.08.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı "xxxx" Müstəqil Kiçik X1 iştirakı ilə, İddiaçı "xxxx" X4 cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı “2022-ci ildə 36.8 ha torpaq sahəsində əkin məhsuluna görə subsidiya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Masallı şəhərində Masallı Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: MÜƏYYƏN ETDİ: Mübahisəli hüquqi məsələnin qısa xülasəsi: İddiaçı məhkəməyə müraciət edərək "xxxx" X4 təqdim etdiyi sənədlər əsasında iddiaçıya 2022-ci ildə 36.8 ha torpaq sahəsində əkin məhsuluna görə subsidiya verilməsi öhdəliyinin Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin üzərinə qoyulmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, “ƏFQAN N” MKM olaraq kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğuldur. Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli, 233 saylı icarə müqaviləsinə əsasən müəssisənin 36.8 ha torpaq sahəsi üzərində icarə hüquqları Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsində qeydə alınmışdır. Bununla bağlı icarə hüququnun qeydiyyata alınmasına dair reyestrdən çıxarış da verilmişdir. 2020-ci ilin 1 yanvar tarixindən etibarən subsidiyaların verilməsinin “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyaşdırılması Qaydasına” uyğun olaraq bitkiçilik sahəsi üzrə müəsissəyə subsidiya ayrılmalıdır. Bu səbəbdən, cavabdehin onlara subsidiya ayırmadığını görüb bu barədə onlara rəsmi qaydada məktub ünvanlayaraq, 2022-ci il dövr üçün bu subsidiyanı hələ də ala bilmədiklərini və bununla bağlı qısa müddət ərzində icarə hüququ üzrə dövlət reyestrindən qeydiyyatdan keçmiş 36,8 ha topraq sahəsi üçün Cəlilabad rayonu ərazisində yerləşən “Əfqan N” X5 subsidiyanın verilməsini xahiş etmişdir. Lakin cavabdeh orqan Azərbaycan Respublikasının Kənd Təsərrüfat Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Agentliyi onlara 13 yanvar 2023-cü il tarixli, 3-22-2/2-34/2023 saylı subsidyanın ayrılmasından imtina edilməsi haqqında məktub ünvanlamışdır. Həmin məktubda aşağıdakılar göstərilmişdir. Əkin subsidiyasının verilməsi barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişafı Agentliyinə ünvanladığınız müraciətinizə baxılmışdır. EKTİS-ə daxil etdiyimiz 40 hektar torpaq sahəsindən istifadə hüququna dair sənəd barədə məlumatlar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin EKTİS-ə inteqrasiya edilmiş məlumat bazaları ilə Qaydanın 5.1.1-ci yarımbəndinə uyğun olaraq aparılan çarpaz yoxlamalar nəticəsində təsdiqlənmədiyi üçün, həmçinin həmin sənədlərin düzgünlüyünün yoxlanması ilə əlaqədar İqtisadiyyat Nazirliyinin həmin torpaq sahəsində hüquqmüəyyənedici sənədlərin daşınmaz əmlakın dövlət reysterinin elektron məlumat bazasında aşkar edilməməsi, təqdim edilən dəqiqləşdirilmiş məlumatları əsas gətirərək 2019-2020 və 2020-2021-ci il əkin illərində həmin torpaq səahəsində həyata keçirilən əkinlərə görə ödənilmiş 15200 AZN (on beş min iki yüz) subsidyadan 8009,07 AZN (səkkiz min doqquz manat 7 qəpik) vəsait geri qaytarılmış, 7190,93( yeddi min yüz doxsan manat 93 qəpik) vəsait Kənd Təsərrüfat Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin məktubda göstərilən bank hesabına geri qaytarılmasını tələb etmişdir. “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsullarının istehsalının subsidiyalaşdırılması Qaydası”nın 1.2.1-ci və 1.2.2-ci bəndlərinə əsasən subsidiya-dövlət büdcəsinin vəsaiti hesabına kənd təsərrüfatı məhsullarının istehsalçılarına əvəzsiz verilən maliyyə vəsaitidir. “Subsidiya” informasiya sistemi (SİS) – kənd təsərrüfatı məhsullarının istehsalçılarına subsidiyaların verilməsinə dair müraciətlərin elektron qaydada qəbulunu, emalını və cavablandırılmasını təmin edən “X7” informasiya sistemidir. Həmin qaydaların 1.2.9-cu bəndinə əsasən əkin subsidiyası – fermerlərə əkin və çoxillik əkmələrin altında olan torpaqlarda həmin torpaqların məqsədli təyinatına uyğun kənd təsərrüfatı bitkilərinin becərilməsi üçün istifadə etdikləri kənd təsərrüfatı istehsalı vasitələrinin alınmasına, torpaqların aqrokimyəvi analizinin aparılmasına, çoxillik əkmələrdə müasir suvarma sistemlərinin və dirəklərin alınmasına, habelə qurulmasına sərf olunan xərclərin bir hissəsini kompensasiya etmək məqsədilə bitki becərilən sahənin hər hektarına görə verilən subsidiyadır. “Kənd təsərrüfatı məhsullarının istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.8-ci bəndinə əsasən Nazirliyin dövlət aqrar inkişaf mərkəzləri (DAİM) subsidiyaların verilməsi ilə bağlı aşağıdakı xidmətləri həyata keçirir: 2.8.1. bu Qaydada müəyyən edilmiş hallarda fermerlərin, tədarükçülərin və təchizatçıların SİS-də qeydiyyatını aparır; 2.8.2. subsidiya almaq üçün müraciət etmiş fermerlərin sənədlərinin yoxlanılmasını və müraciətlərinin subsidiya informasiya sisteminə (SİS) daxil edilməsini həyata keçirir; 2.8.3. subsidiyaların verilməsi və SİS-in istifadəsi ilə bağlı məlumatlandırmanı həyata keçirir; 2.8.4. subsidiyaların verilməsi prosesində yerlərdə yaranan problemləriaraşdırır və onların həlli barədə Agentliyə təkliflər verir. Lakin, sözügedən “Qayda”nın 2.8.3-cü və 2.8.4-cü bəndlərində nəzərdə tutulmuş subsidiyaların verilməsinin və SİS-in istifadəsi ilə bağlı məlumatlandırmanın həyata keçirilməsini, habelə subsidiyaların verilməsi prosesində yerlərdə yaranan problemlərin araşdırılmasını və onların həlli barədə Agentliyə təkliflərin verilməsini təsdiq edən hər hansı bir sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsullarının istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.6-cı bəndinə əsasən Fermerlərə subsidiyaların verilməsini (benefisiarlara ödənişlərin həyata keçirilməsi), habelə Nazirliyin dövlət aqrar inkişaf mərkəzlərinin (DAİM) bu sahədə fəaliyyətinin təşkilini və əlaqələndirilməsini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi həyata keçirir. Qaydaların 6.2-ci bəndinə əsasən bu Qaydanın həyata keçirilməsi ilə bağlı yaranan mübahisələr inzibati qaydada və məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarınımüdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Ərizəni imzalayan şəxs haqqında məlumat: xx.xx.2023 «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibatiakt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həlletmək məqsədi ilə qəbuledilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılımüraciətidir. Həmin Qanunun 2.0.6-cımaddəsinə görə inzibati icraat – fiziki və ya hüquqişəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqişəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-cimaddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqişəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqilşəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati orqan tərəfindən maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edilməsi və ya tam araşdırılmaması onların konstitusion hüquqlarının, eləcə də bərabərlik və ayrı-seçkiliyin qadağan edilməsi prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Bu hallar məhsuldarlığın aşağı düşməsi ilə yanaşı fermerlərin narazılığına səbəb ola bilər ki, belə halların aradan qaldırılması məqsədilə Azərbaycan Respublikası Baş Nazirinin xx.xx.2021-ci il tarixli, D/O 20827/10763 aid nömrəli məktubu ilə Kənd Təsərrüfat Nazirliyinə ünvanlanan məktubda hüquqmüəyyənedici sənədlərində problemlər olan və qeyri-əkin təyinatlı torpaqlarda becərilən pambıq, tütün, çəltik və şəkər çuğunduru əkinlərinə görə istehsalçılara 2021-ci ildə müstəsna hal kimisubsidiya verilməsinə etiraz edilmədiyi bildirilmişdir. Qeyd edilənlərə əsasən cavabdehin imtinası əsassızdır və iddiaçı olaraq hüquqlarımızın pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibatiaktı qəbuletmək vəzifəsinicavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibatiaktın qəbuledilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd olunanlara əsasən 2022-ci ildə 36,8 hektar torpaq sahəsində əkin məhsuluna görə "xxxx" müstəqil kiçik Müəissəsinə subsidiya verilməsi öhdəliyinin Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Kredit və İnkişaf Agentliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş edirik. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya yazılı etirazda bildirilir ki, iddiaçı “Əfqan- N" MMK Şirvan İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək. “ƏFQAN N" MMK olaraq kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olduqlarını bildirmişlər. Belə ki, Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli, 233 saylı icarə müqaviləsinə əsasən müəssisənin 36.8 ha torpaq sahəsi üzərində icarə hüquqları Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsində qeydə alınmışdır. Bununla bağlı icarə hüququnun qeydiyyata alınmasına dair reyestrdən çıxarış da verilmişdir. 2020-ci ilin 1 yanvar tarixindən etibarən subsidiyaların verilməsinin "Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş ‘Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydasına" uyğun olaraq bitkiçilik sahəsi üzrə müəssisəyə subsidiya ayrılmalı, bu səbəbdən, cavabdehin subsidiya ayırmadığını görüb bu barədə cavabdehə rəsmi qaydada məktub ünvanlayaraq, 2022-ci il dövr üçün bu subsidiyanı hələ də ala bilmədiklərini və bununla bağlı qısa müddət ərzində icarə hüququ üzrə dövlət reyestrindən qeydiyyatdan keçmiş 36,8 ha topraq sahəsi üçün Cəlilabad rayonu ərazisində yerləşən İddiaçınə subsidiyanın verilməsini xahiş etmişdirlər. Lakin cavabdeh orqan Azərbaycan Respublikasının Kənd Təsərrüfat Nazirliyi Yanında Aqrar Kredit və inkişaf Agentliyi “Əfqan- N'’ MMK-ya 13 yanvar 2023-cü il tarixli, 3-22-2/2-34/2023 saylı subsidyanın ayrılmasından imtina edilməsi haqqında məktub ünvanlamışdır. Digər tərəfdən, “Kənd təsərrüfatı məhsullarının istehsalının subsidiyalaşdırılması Qaydasının 2.8.3-cü və 2.8.4-cü bəndlərində nəzərdə tutulmuş subsidiyaların verilməsinin və SİS-in istifadəsi ilə bağlı məlumatlandırmanın həyata keçirilməsini, habelə subsidiyaların verilməsi prosesində yerlərdə yaranan problemlərin araşdırılmasını və onların həlli barədə Agentliyə təkliflərin verilməsini təsdiq edən hər hansı bir sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsullarının istehsalının subsidiyalaşdırılması Qaydasının 2.6-cı bəndinə əsasən Fermerlərə subsidiyaların verilməsini (benefisiarlara ödənişlərin həyata keçirilməsi), habelə Nazirliyin dövlət aqrar inkişaf mərkəzlərinin (DAİM) bu sahədə fəaliyyətinin təşkilini və əlaqələndirilməsini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi həyata keçirilməsini qeyd etmişdir. Həmçinin inzibati orqan tərəfindən maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edilməsi və ya tam araşdırılmaması onların konstitusion hüquqlarının, eləcə də bərabərlik və ayrı-seçkiliyin qadağan edilməsi prinsiplərinin pozulmasına gətirib çıxara bilməsini, bu halların məhsuldarlığın aşağı düşməsi ilə yanaşı fermerlərin narazılığına səbəb ola biləcəyini, belə halların aradan qaldırılması məqsədilə Azərbaycan Respublikası Baş Nazirinin xx.xx.2021-ci il tarixli, D/O 20827/10763 aid römrəli məktubu ilə Kənd Təsərrüfat Nazirliyinə ünvanlanan məktubda hüquqmüəyyənedici sənədlərində problemlər olan və qeyri-əkin təyinatlı torpaqlarda becərilən pambıq, tütün, çəltik və şəkər çuğunduru əkinlərinə görə istehsalçılara 2021-ci ildə müstəsna hal kimi subsidiya verilməsinə etiraz edilmədiyi bildirilmişdir. Qeyd edilənlərə əsasən cavabdehin imtinasının əsassız olması və iddiaçı olaraq hüquqlarının pozulmasına səbəb olması bildirilmişdir. Göstərilən iddialara etiraz edərək, ilk növbədə bildiririk ki, iddiaçıya ünvanlanan cavab məktubundan da göründüyü kimi. “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təstiq edilmiş "Kənd təsərrüfatı məhsulları isfehsalının subsidiyalaşdırılması Qaydasfnm 5.1-ci bəndinə əsasən subsidiya mexanizminin səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə subsidiya alınması üçün müraciət daxil olduqda və ya əldə edilmə mənbəyi bəlli olan hər hansı məlumat əsasında fermerin bəyannaməsində göstəriləndən fərqli hallar aşkar edildikdə bu Qaydanın 5.1.1-ci yarımbəndinə uyğun olaraq məlumatların üzləşdirilməsi həyata keçirilir. Qaydanın 5.5-ci bəndinə əsasən fermerin cari ildə istifadə etdiyi subsidiyanın məbləği monitorinq əsasında bu Qaydanın 5.2-ci bəndinə uyğun olaraq müəyyən edilmiş məbləğdən artıq olarsa, həmin vəsaiti fermer Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə geri qaytarır. Bu vəsait geri qaytarılmadıqda növbəti illərdə ödəniləcək subsidiyaların məbləği həmin vəsaitin məbləği qədər azaldılır. EKTİS-ə daxil edilən 40 hektar torpaq sahəsindən istifadə hüququna dair sənəd barədə məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin EKTİS-ə inteqrasiya edilmiş məlumat bazaları ilə Qaydanın 5.1.1-ci yarımbəndinə uyğun olaraq aparılan çarpaz yoxlamalar nəticəsində təsdiqlənmədiyi üçün, həmçinin həmin sənədlərin düzgünlüyünün yoxlanılması ilə əlaqəcar İqtisadiyyat Nazirliyinin həmin torpaq sahəsinin hüquqmüəyyənedici sənədlərinin daşınmaz əmlakın dövlət reyestrinin elektron məlumat bazasında aşkar edilməməsi ilə bağlı təqdim edilən dəqiqləşdirilmiş məlumatları əsasında 2019-2020 və 2020-2021-ci əkin illərində həmin torpaq sahəsində həyata keçirilən əkinlərə görə ödənilmiş 15200 AZN (on beş min iki yüz manat) subsidiyadan 8009.07 AZN (səkkiz min doqquz manat 7 qəpik) vəsait geri qaytarılmış, 7190.93 AZN (yeddi min yüz doxsan manat 93 qəpik) vəsait Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nağd və nağdsız hesablarına geri qaytarılmalıdır. Digər tərəfdən, cavabdehin Azərbaycan Respublikası Baş Nazirinin xx.xx.2021-ci il tarixli. D/O 20827/10763 aid nömrəli məktubuna istinad edərək, cavabdehin imtinasının əsassız olması və iddiaçı olaraq hüquqlarının pozulmasına səbəb olmasını bildirməsinə qarşılıq bildiririk ki. adı çəkilən məktubda “hüquqmüəyyənedici sənədlərində problem olan və qeyri-əkin təyinatlı torpaqlarda becərilən pambıq, tütün, çəltik və şəkər çuğunduru əkinlərinə görə istehsalçılara 2021-ci ildə müstəsna hal kimi subsidiya veriməsinə etiraz edilmədiyi bildirilmişdir. Lakin iddiaçının iş materialı kimi təqdim etdiyi çıxarışın surətindən göründüyü kimi, cavabdehin yüklü edilən torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı) qeyri-əkin təyinatlı deyil, kənd təsərrüfatı təyinatlı torpaqdır. Göstərilənlərə əsasən hesab edirik ki, cavabdehin iddiası əsassızdır və təmin olunmamalıdır. İddiaçı "xxxx" Müstəqil Kiçik X2 şifahi məhkəmə iclasında izahatında iddia tələbini müdafiə edərək, onun məhkəmə tərəfindən təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cаvаbdеh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, cavabdehin nümayəndəsi məhkəmə iclаsınа gəlməmişdir. Məhkəmə Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü İddianın növü öhdəliyin icrasına dair iddiadır. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 10. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 11. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPMin 73.1-ci maddəsi tətbiq oluna bilər. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na əsasən: 1.2. Bu Qaydanın məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.2.1. subsidiya – dövlət büdcəsinin vəsaiti hesabına kənd təsərrüfatı məhsullarının istehsalçılarına əvəzsiz verilən maliyyə vəsaiti; 1.2.2. “Subsidiya” informasiya sistemi (bundan sonra – SİS) – kənd təsərrüfatı məhsullarının istehsalçılarına subsidiyaların verilməsinə dair müraciətlərin elektron qaydada qəbulunu, emalını və cavablandırılmasını təmin edən “X7” informasiya sisteminin (bundan sonra – EKTİS) altsistemi; 1.2.3. X10 (bundan sonra – Şura) – bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq yaradılan və aqrar sahədə subsidiyaların tətbiqi ilə bağlı qərar qəbul edən kollegial orqan; 1.2.4. baza məbləği – bitkiçilik sahəsində subsidiyaların hesablanmasında istifadə edilən sabit maliyyə vəsaiti; 1.2.6. fermer – kənd təsərrüfatı məhsullarının istehsalçısı olan və SİS-də qeydiyyata alınan (bitkiçilik və heyvandarlıq sahələri üzrə) fiziki və ya hüquqi şəxs; 2.6. Fermerlərə subsidiyaların verilməsini (benefisiarlara ödənişlərin həyata keçirilməsi), habelə Nazirliyin dövlət aqrar inkişaf mərkəzlərinin (bundan sonra – DAİM) bu sahədə fəaliyyətinin təşkilini və əlaqələndirilməsini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (bundan sonra – Agentlik) həyata keçirir. 15. İddiaçı qeyd edilən Qaydaların məqsədləri üçün SİS-də qeydiyyata alınan hüquqi şəxs kimi fermer hesab olunur. İddia mümkündür. Məhkəmə iddiaçının izahatını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-22-2/2-34/2023 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, əkin subsidiyasının verilməsi barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ünvanladığınız müraciətə baxılmışdır. Bildiririk ki, 2020-ci il 1 yanvar tarixindən etibarən subsidiyaların verilməsi "Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydasfna uyğun olaraq X7 İnformasiya Sistemi (EKTİS) üzərindən həyata keçirilir. Həmin Qaydanın 1.2.9-cu yarımbəndinə əsasən əkin subsidiyası fermerlərə əkin, çoxillik əkmə altında olan kənd təsərrüfatı yerlərində həmin yerlərin təyinatına uyğun kənd təsərrüfatı bitkilərinin becərilməsi üçün istifadə etdikləri kənd təsərrüfatı istehsal vasitələrinin alınmasına sərf olunan xərclərin bir hissəsini kompensasiya etmək məqsədilə bitki becərilən sahənin hər hektarına görə verilir Qaydanın 5.1-ci bəndinə əsasən subsidiya mexanizminin səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə subsidiya alınması üçün müraciət daxil olduqda və ya əldə edilmə mənbəyi belli olan hər hansı məlumat əsasında fermerin bəyannaməsində göstəriləndən fərqli hallar aşkar edildikdə bu Qaydanın 5.1.1-ci yarımbəndinə uyğun olaraq məlumatların üzləşdiıilmesi həyata keçirilir. Qaydanın 5.5~ci bəndinə əsasən fermerin cari ildə istifadə etdiyi subsidiyanın məbləği monitorinq əsasında bu Qaydanın 5.2-ci bəndinə uyğun olaraq müəyyən edilmiş məbləğdən artıq olarsa, həmin vəsaiti fermer Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə geri qaytarır Bu vəsait geri qaytarılmadıqda. növbəti illərdə ödəniləcək subsidiyaların məbləği həmin vəsaitin məbləği qədər azaldılır. EKTİS-ə daxil etdiyiniz 40 hektar torpaq sahəsindən istifadə hüququna dair sənəd barədə məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin EKTİS-ə inteqrasiya edilmiş məlumat bazaları ilə Qaydanın 5.1.1-ci yarımbəndinə uyğun olaraq aparılan çarpaz yoxlamalar nəticəsində təsdiqlənmədiyi üçün, həmçinin həmin sənədlərin düzgünlüyünün yoxlanılması ilə əlaqədar İqtisadiyyat Nazirliyinin həmin torpaq sahəsinin hüquqmüəyyənedici sənədlərinin daşınmaz əmlakın dövlət reyestrinin elektron məlumat bazasında aşkar edilməməsi ilə bağlı təqdim edilən dəqiqləşdirilmiş məlumatları əsasında 2019-2020 və 2020-2021-ci əkin illərində həmin torpaq sahəsində həyata keçirilən əkinlərə görə ödənilmiş 15200 AZN (on beş min iki yüz manat) subsidiyadan 8009,07 AZN (səkkiz min doqquz manat 7 qəpik) vəsait geri qaytanlmış, 7190 93 AZN (yeddi min yüz doxsan manat 93 qəpik) vəsait Kənd Təsərrüfatı Nazirliyi vanında Aqrar Kredit ve İnkişaf Agentliyinin nağd (AZ68AİİB********************) və nağdsız (AZ85AİİB********************) hesablarına geri qaytarılmalıdır. Nəzərə alınmasını xahiş edirik. İş materiallarında olan 17 fevral 2014-cü il tarixli, 01 nömrəli protokoldan görünür ki, X6 "xxxx" X4 direktoru təsdiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamədən görünür ki, "xxxx" X8 xx.xx.2007-ci il tarixdən etibarən ********** nömrəli VÖEN-ilə vergi ödəyicisi kimi qeydiyyatdan keçmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, 36.8 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2007-ci il tarixli, JN 6924 saylı Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə və xx.xx.2005-ci il tarixli, 233 saylı icarə müqaviləsinə əsasən 49 illik icarə hüququ qeydiyyata alınmış, həmçinin həmin çıxarış daşınmaz əmlakın dövlət reyestrində 161 nömrəli reyestr kitabının 58 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, A №762522 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, xx.xx.2007-ci il tarixli, JN 6924 saylı Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə və xx.xx.2005-ci il tarixli, 233 saylı icarə müqaviləsinə əsasən kənd təsərrüfatı məqsədi ilə 49 il müddətinə ayrılmış 36.8 ha torpaq sahəsinə dair torpaq sahəsinin planı və ölçüsü Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2- 4353/2023 nömrəli və xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2-4352/2023 nömrəli məktubundan görünür ki, sorğu məktubunda qeyd edilmiş Daşınmaz əmlaka aid sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə göndərilmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının 40 ha torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsinə dair cavabdehin imtinası əsaslı hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. "Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Kənd təsərrüfatı məhsullarının istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.6-cı bəndinə əsasən Fermerlərə subsidiyaların verilməsini (benefisiarlara ödənişlərin həyata keçirilməsi), habelə Nazirliyin dövlət aqrar inkişaf mərkəzlərinin (DAİM) bu sahədə fəaliyyətinin təşkilini və əlaqələndirilməsini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi həyata keçirir. "Kənd təsərrüfatı məhsullarının istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.8ci bəndinə əsasən Nazirliyin dövlət aqrar inkişaf mərkəzləri (DAİM) subsidiyaların verilməsi ilə bağlı aşağıdakı xidmətləri həyata keçirir: 2.8.1. bu Qaydada müəyyən edilmiş hallarda fermerlərin, tədarükçülərin və təchizatçıların SİS-də qeydiyyatını aparır; 2.8.2. subsidiya almaq üçün müraciət etmiş fermerlərin sənədlərinin yoxlanılmasını və müraciətlərinin subsidiya informasiya sisteminə (SİS) daxil edilməsini həyata keçirir; 2.8.3. subsidiyaların verilməsi və SİS-in istifadəsi ilə bağlı məlumatlandırmanı həyata keçirir; 2.8.4. subsidiyaların verilməsi prosesində yerlərdə yaranan problemləri araşdırır və onların həlli barədə Agentliyə təkliflər verir. Lakin, sözügedən "Qayda”nın 2.8.3-cü və 2.8.4-cü bəndlərində nəzərdə tutulmuş subsidiyaların verilməsinin və SİS-in istifadəsi ilə bağlı məlumatlandırmanın həyata keçirilməsini, habelə subsidiyaların verilməsi prosesində yerlərdə yaranan problemlərin araşdırılmasını və onların həlli barədə Agentliyə təkliflərin verilməsini təsdiq edən hər hansı bir sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. "Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Kənd təsərrüfatı məhsullarının istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.6-cı bəndinə əsasən Fermerlərə subsidiyaların verilməsini (benefisiarlara ödənişlərin həyata keçirilməsi), habelə Nazirliyin dövlət aqrar inkişaf mərkəzlərinin (DAİM) bu sahədə fəaliyyətinin təşkilini və əlaqələndirilməsini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi həyata keçirir. Qaydaların 6.2-ci bəndinə əsasən bu Qaydanın həyata keçirilməsi ilə bağlı yaranan mübahisələr inzibati qaydada və məhkəmə qaydasında həll edilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1 -ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1 -ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Cavabdeh orqanın imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, iddiaçı "xxxx" X5 2022-ci ildə 36.8 ha torpaq sahəsində əkin məhsuluna görə subsidiya verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79cu, 81 -ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı "xxxx" X5 2022-ci ildə 36.8 ha torpaq sahəsində əkin məhsuluna görə subsidiya verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin üzərinə qoyulsun. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar