Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № e-2-1(120)-2330/2023 05.09.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Nəcəfov Ramin Ramiz oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinə qarşı «Vergi ödəyicisinin və ya siğortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi siğorta və ya sosial siğorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» xx.xx.2023-cü il tarixli, **********167598 saylı qərarının ləğv edilməsi tələbinə dair iddiasına Şirvan İnzibati Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi, 10), inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinə qarşı «Vergi ödəyicisinin və ya siğortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi siğorta və ya sosial siğorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» xx.xx.2023-cü il tarixli, **********167598 saylı qərarının ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli, **********167598 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarına əsasən İddiaçınə ümumilikdə 454733,58 manat vergi və 712027,81 manat vergi qanunvericiliyinin pozulmasına görə maliyyə sanksiyası hesablanmışdır. Aşağıda göstərdiyim hallara əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli, **********167598 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı qanunsuz və əsassızdır. 9 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli, **********155476 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərarına əsasən İddiaçındə keçirilmiş səyyar vergi yoxlamasının nəticələrinə dair tərtib edilmiş xx.xx.2022-ci il tarixli, **********156233 nömrəli aktın imzalanmasından imtina edilmişdir. Bunun səbəbi həmin aktda cəmiyyətə əlavə vergi və maliyyə sanksiyalarının hesablanması zamanı yol verilmiş nöqsanlar və vergi qanunvericiliyinin düzgün tətbiq edilməməsi, eyni zamanda vergitutma məqsədləri üçün qəbul edilmiş heç bir qayda və normativlərə əsaslanmayan hesablama metodundan istifadə edilməsi olmuşdur. Səyyar vergi yoxlaması zamanı vergi orqanı tərəfindən cəmiyyətə; 1) 2019-cu il üzrə 74301,69 manat, 2020-ci il üzrə 74208,26 manat və 2021-ci il üzrə 88533,77 manat olmaqla, ümumilikdə 237043,72 manat mənfəət vergisi hesablanmış və vergilərin azaldılmasına görə 118521,86 manat maliyyə sanksiyası tətbiq edilmiş, 2) 2019-cu ilin fevral-dekabr ayları üzrə 66871,51 manat, 2020-ci ilin yanvardekabr ayları üzrə 67355,72 manat, 2021-ci ilin yanvar-dekabr ayları üzrə 79678,55 manat və 2022-ci ilin yanvar ayı üzrə 3783,77 manat olmaqla, ümumilikdə 217689,55 manat əlavə dəyər vergisi hesablanmış və vergilərin azaldılmasına görə 108945,16 manat maliyyə sanksiyası tətbiq edilmişdir, 3) Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 2019-cu ilin fevral-dekabr ayları üzrə 174385,32 manat, 2020-ci il üzrə 134704,26 manat, 2021-ci il üzrə 171771,18 manat və 2022-ci ilin yanvar ayı üzrə 3699,86 manat olmaqla, ümumilikdə 484560,62 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Aşağıda vergi orqanı tərəfindən vergilərin hesablanması zamanı yol verilmiş bir sıra nöqsanları nəzərinizə çatdırmaq istərdik. İstər tərtib edilmiş səyyar vergi yoxlaması aktı, istərsə də onun nəticələri üzrə çıxarılmış “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərara nəzər yetirdikdə görünür ki, aparılmış hesablamalar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 67-ci, o cümlədən 67.1.2-ci maddələri ilə əsaslandırılmağa çalışılmışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 67-ci maddəsi vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydalarını müəyyən edir və bu maddədə vergi orqanlarının vergi ödəyiciləri tərəfindən ödənilməli olan verginin məbləğini bir sıra əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ barədə qeyd olunur. Həmin Məcəllənin 67.1.2-ci maddəsində - vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar, əlaqəli məlumatlardan biri kimi göstərilmişdir. Yəni səyyar vergi yoxlamasının aparılması zamanı Vergi Məcəlləsinin 67.1ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən sənədlərin yoxlamaya təqdim edilmədiyi, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədiyi, mühasibat uçotu aparılmadığı və ya mühasibat uçotu müəyyən edilmiş qaydada aparılmadığı, uçot və hesabat sənədləri məhv olunduğu (itirildiyi), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadığı hallarda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini yuxarıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Yenə həmin Məcəllənin 13.2.12-ci maddəsində satışdankənar gəlirlərin də anlayışı verilmişdir. Buna görə satışdankənar gəlirlər - digər müəssisələrin fəaliyyətində payçı kimi iştirakdan gəlir, müəssisəyə məxsus səhmlər, istiqrazlar və digər qiymətli kağızlardan əldə olunan gəlirlər, habelə mal və xidmət (iş) istehsalı və satışı ilə bilavasitə bağlı olmayan əməliyyatdan götürülən digər gəlirlər, o cümlədən cərimə və zərərin ödənilməsi şəkilində alınmış məbləğ, xarici valyuta əməliyyatları üzrə artan məzənnə fərqi, qanunvericiliyə müvafiq iddia müddəti keçmiş kreditor və deponent borc məbləğləridir. Yuxarıda qeyd edildiyi kimi, vergi orqanı tərəfimizdən sənədlər yoxlamaya təqdim edildiyi, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verildiyi, mühasibat uçotu müəyyən edilmiş qaydada aparıldığı və uçot və hesabat sənədləri məhv edilmədiyi (itirilmədiyi) bir halda qanuna zidd olaraq yoxlama zamanı Vergi Məcəlləsinin 67-ci maddəsinə istinad etmişdir. Eyni zamanda vergi orqanı yenə də qanuna zidd olaraq Vergi Məcəlləsinin 67.1.2-ci maddəsini əsas gətirməklə cəmiyyət tərəfindən təqdim edilmiş malların Eqaimələrdə göstərilmiş qiymətlərini nəzarət kassa aparatı vasitəsilə satılmış mallara da tətbiq etmişdir. Belə bir hesablama metodu nə Vergi Məcəlləsində, nə də hər hansı digər bir qanunvericilik aktında mövcud deyildir. Bununla yanaşı bir daha qeyd etmək istəyir ki, Məcəllənin 67.1.2-ci maddəsində vergi ödəyicilərinin rəsmi gəlirləri, o cümlədən satışdankənar gəlirləri nəzərdə tutulur, malların E-qaimələr vasitəsilə təqdimetmə qiymətləri nəzərdə tutulmur. Yəni Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş əlaqəli məlumatlara vergi ödəyicisinin E-qaimə ilə təqdim etdiyi malların satış qiymətləri əsas götürülməklə ümumi satış dövriyyəsinin müəyyənləşdirilməsi aid deyildir. Yoxlama dövründə cəmiyyət tərəfindən malların bir qismi həqiqətən də anbardan yerində satış olaraq nağd qaydada satılmışdır. Bunun səbəbi malın alıcılarından VÖEN tələb edildiyi zaman onların vergi ödəyicisi olmadıqlarını bildirməsi olmuşdur. Xüsusilə qeyd edirik ki, bu hallar malların ancaq anbarda – yerində satıldığı hallarda baş vermişdir. Hətta bununla bağlı malların alıcısı olan həmin şəxslərdən bəzilərinin məhkəmə prossesinə cəlb edilərək müvafiq izahatların verilməsini səlahiyyətli olmadığı üçün yalnız onlardan xahiş edərək təmin edə də bilərik. Onu da bildirmək istərdik ki, eyni növ malın anbarda yerində satış qiyməti ilə ünvana çatdırılmaqla olan satış qiyməti arasında nəqliyyat, yanacaq və işçi xərclərini də nəzərə almaqla təbii olaraq fərqlər mövcud olmuşdur. Bununla bağlı olaraq cəmiyyət tərəfindən vergi ödəyicisi olmayan şəxslərə, yəni son istehlakçıya NKA vasitəsilə pərakəndə ticarət qaydasında satılmış mallar heç bir sübut, dəlil və ya əsas olmadan topdansatış qaydada satılmış mallar çərçivəsində dəyərləndirilməklə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə istinadən cəmiyyətə 484560,62 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Halbuki Vergi Məcəlləsinin 13.2.62-ci maddəsində açıq şəkildə pərakəndə satışın izahı “malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektronqaimə faktura) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti” kimi verilmişdir. Bundan başqa tərtib edilmiş səyyar vergi yoxlaması aktında bir neçə yerdə qeyd edilmişdir ki, cəmiyyət tərəfindən nəzarət kassa aparatının çekləri vasitəsilə rəsmiləşdirilmiş satışların hansı miqdarda və hansı ticarət əlavəsi ilə təqdim edilməsi ilə bağlı mühasibatlıq sənədləri yoxlamaya təqdim edilməkdən imtina edilmişdir. Vergi orqanına, onun əməkdaşlarına bildirmək istəyir ki, qanunvericilikdə məhz yuxarıda qeyd olunan formada, yəni nağd satışların hansı ticarət əlavəsi ilə təqdim edilməsinin də qeyd olunduğu mühasibatlıq sənədlərinin mütləq tərtib edilməli olması ilə əlaqədar heç bir hal və göstəriş yoxdur. Və məlumat veririk ki, mühasibatlıqda malların alınması, təqdim edilməsi və qalıqlar barədə hesabat onun alış qiyməti və ya maya dəyəri əsas götürülməklə tərtib edilir. Odur ki, tərəfimizdən də malların hərəkəti – mal-material hesabatları alış qiymətləri üzərindən tərtib edilmiş və yoxlamaya təqdim edilmişdir. Tərtib edilmiş səyyar vergi yoxlaması aktı ilə əlaqədar əlavə olaraq bildirir ki, orada xx.xx.2022-ci il tarixli izahatdan bəhs edilir. Məlumat üçün bildirir ki, həmin izahat tam saxtadır, inam və etibardan suiistifadə edilməklə aldatma yolu ilə əldə edilmişdir. Belə ki, orada qoyulan həm suallar, həm də cavablar yoxlayıcı tərəfindən yazılaraq elektron poçt (mail) vasitəsilə cəmiyyətin rəhbərinə göndərilmiş, imzalanıb və möhürlənib geri qaytarılması istənilmişdir. Bunu texniki olaraq da sübut edə bilər. Yoxlayıcı vəziyyətdən və şəxsi münasibətdən istifadə edərək onu oxumağa ehtiyac olmadığını və çox da ciddi bir sənəd olmadığını bildirərək cəmiyyətin rəhbərini aldatmışdır. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, vergi ödəyicisi İddiaçı (VÖEN **********) 9 saylı Ərazi Vergilər İdarəsinə qarşı ərizə ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı ərizəsində 9 saylı Ərazi Vergilər İdarəsi tərəfindən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl etmə vəziyyətinin yoxlanılması məqsədilə səyyar vergi yoxlamasının keçirildiyini, akt əsasında xx.xx.2023-cü il tarixli **********167598 nömrəli vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericilyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar çıxarıldığını, yoxlama dövründə 2019-cu il üzrə 74301,69 manat, 2020-ci il üzrə 74208,26 manat və 2021-ci il üzrə 88533,77 manat olmaqla, ümumilikdə 237043,72 manat mənfəət vergisi hesablanmış və vergilərin azadılmasına görə 118521,86 manat maliyyə sankiyası tətbiq edilmiş, 2019-cu ilin fevraldekar ayları üzrə 66871,51 manat, 2020-ci ilin yanvar-dekabr ayları üzrə 67355,72 manat, 2021-ci ilin yanvar-dekabr ayları üzrə 79678,55 manat və 2022-ci ilin yanvar ayı üzrə 3783,77 manat olmaqla, ümumilikdə 217689,55 manat əlavə dəyər vergisi hesablanmış və vergilərin azadılmasına görə 108945,16 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi Məcəlləsinin 58.13-cü maddəsinə 2019-cu ilin fevral-dekabr ayları üzrə 174385,32 manat, 2020-ci il üzrə 134704,26 manat, 2021-ci il üzrə 171771,18 manat və 2022-ci ilin yanvar ayı üzrə 3699,86 manat olmaqla ümumilikdə 484560,62 manat maliyyə sanksiyası tətbiq edildiyini bildirmişdir. İddiaçı ərizəsində qeyd etmişdir ki, istər səyyar vergi yoxlaması aktına, istərsə də onun nəticələri üzrə çıxarılmış “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sıöorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar”a nəzər saldıqda görünür ki, aparılmış hesablamalar Vergi Məcəlləsinin 67-ci, o cümlədən 67.1.2-ci maddələri ilə əsaslandırmaqla aparılmışdır. İddiaçı ərizəsində vergi orqanının xx.xx.2023-cü il tarixli **********167598 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar”ın qanunsuz və əsassız olduğu üçün ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçındə (VÖEN **********) 9 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli **********155476 nömrəli qərarı ilə fevral 2019 – yanvar 2022 vergi dövrləri üzrə səyyar vergi yoxlaması aparılmışdır. Yoxlamanın nəticələri xx.xx.2022-ci tarixli **********16233 nömrəli aktla rəsmiləşdirilmişdir. Cəmiyyət yoxlama ilə əhatə olunan dövr ərzində faktiki olaraq içki və tütün məlumatları daxil olmaqla yeyinti məhsullarının ixtisaslaşdırılmamış topdan satışı (pivə məhsullarının topdan satışı) fəaliyyəti ilə məşğul olmuşdur. Vergi ödəyicisi tərəfindən bütün məhsullar topdan qaydada təqdim edilməsinə baxmayaraq (xx.xx.2022-ci il tarixində təqdim edilmiş izahatında bildirmişdir, (izahat əlavə olunur)), yoxlanılan dövr ərzində topdan qaydada satılmış malların bir hissəsi nəzarət kassa aparatının çeki ilə rəsmiləşdirilmişdir. Nəzarət kassa aparatının çekləri vasitəsilə rəsmiləşdirilmiş satışların hansı miqdarda və hansı ticarət əlavəsi ilə təqdim edilməsi ilə bağlı heç bir mühasibatlıq sənədi yoxlamaya təqdim edilməmişdir. Vergi ödəyicisi tərəfindən malların maya dəyəri ilə aylıq mədaxil və məxaricini özündə əks etdirən hesabatlar yoxlamaya təqdim edilməmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.2.4-cü maddəsinə əsasən vergilər vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumata əsasən hesablana bilər. Həmin Məcəllənin 67.1.2-ci maddəsinə əsasən vergi orqanlarının vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdan kənar gəlirləri barədə rəsmi məlumatlardan istifadə etmək hüququ vardır. Yoxlama zamanı vergi ödəyicisi tərəfindən EQF tərtib olunmaqla təqdim edilmiş malların satış qiymətlərindən istifadə etməklə əldə edilmiş bütün aylıq satış qiymətləri çıxarılmışdır. Yoxlama zamanı müəyyən edilmiş həmin qiymətlər vergi ödəyicisi tərəfindən təqdim edilmiş malların hərəkətini özündə əks etdirən hesabatlarda göstərilmiş məxaric olunan mallara aylar üzrə tətbiq edilmiş və üzərində distribütor fəaliyyəti üzrə əldə edilmiş vəsaitlər gəlinərək aylıq dövriyyələr formalaşdırılmışdır. Cəmiyyət tərəfindən 2019-cu il üzrə vergi orqanına təqdim edilmiş mənfəət vergisinin bəyannaməsinə əsasən cəmiyyətin malların təqdim edilməsi və xidmətlərin göstərilməsindən ümumi gəliri 1859347,04 manat, ümumi xərci 1828453,03 manat, həmin dövr üzrə vergiyə cəlb edilən gəlir isə 30894,01 manat təşkil etmişdir. Qeyd olunan gəlir üzrə 6178,80 manat mənfəət vergisi hesablanmışdır. Təqdim edilən mallann hərəkəti hesabatına əsasən 2019-cu ildə alış dəyəri ilə 1730401,76 manat dəyərində pivə məhsulu məxaric edilmişdir. EQF məlumatlarına əsasən müəyyən olunmuş satış qiymətləri həmin məhsullara tətbiq edildikdə 2019-cu il ərzində təqdim edilmiş malların satış dəyərinin 2171126,29 manat olduğu müəyyən edilir. Həmin ildə vergi ödəyicisi tərəfindən distributor fəaliyyəti üzrə isə 59729,18 manat dəyərində gəlir əldə olunmuşdur. Beləliklə 2019-cu il ərzində vergi ödəyicisinin gəlirlərinin 2230855,47 manat olduğu aşkar edilmişdir. Vergi orqanında olan uçot-baza məlumatlanna və vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərə əsasən 2019-cu ildə malların dəyəri üzrə xərclər 1730401,76 manat (EQF və mallann hərəkəti cədvəllərindən müəyyən edilmişdir), əmək haqqı xərcləri 82341,00 manat, MDSS xərcləri 13125,27 manat, icarə xərci 900,00 manat, bank xərci 1685,00 manat olmaqla cəmi xərclərin 1828453,03 manat olduğu müəyyən edilmişdir. Beləliklə 2019-cu ildə cəmi gəlirlər 2230855,47 manat, cəmi xərclər 1828453,03 manat, vergiyə cəlb edilən gəlir 402402,44 manat, mənfəət vergisinin isə 80480,49 manat olduğu aşkar edilir. Həmin il üzrə vergi ödəyicisi tərəfindən 6178,80 manat mənfəət vergisi bəyan olunduğu üçün, 74301,69 manat vergi məbləğinin (80480,49 - 6178,80) hesablanılması, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 37150,85 manat maliyyə sanksiyasının tətbiq edilmişdir. Cəmiyyət tərəfindən 2020-ci il üzrə vergi orqanına təqdim edilmiş mənfəət vergisinin bəyannaməsinə əsasən cəmiyyətin mallann təqdim edilməsi və xidmətlərin göstərilməsindən ümumi gəliri 2100388,69 manat, ümumi xərci 2026838,06 manat, həmin dövr üzrə vergiyə cəlb edilən gəlir isə 73550,63 manat təşkil etmişdir. Qeyd olunan gəlir üzrə 14710,13 manat mənfəət vergisi hesablanmışdır. Təqdim edilən malların hərəkəti hesabatına əsasən 2020-ci ildə alış dəyəri ilə 1865722,26 manat dəyərində pivə məhsulu məxaric edilmişdir. EQF məlumatlanna əsasən müəyyən olunmuş satış qiymətləri həmin məhsullara tətbiq edildikdə 2020-ci il ərzində təqdim edilmiş malların satış dəyərinin 2343953,75 manat olduğu müəyyən edilir. Həmin ildə vergi ödəyicisi tərəfindən distributor fəaliyyəti üzrə isə 127323,73 manat dəyərində gəlir əldə olunmuşdur. Beləliklə 2020-ci il ərzində vergi ödəyicisinin gəlirlərinin 2471277,48 manat olduğu aşkar edilmişdir. Vergi orqanında olan uçot-baza məlumatlarına və vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərə əsasən 2020-ci ildə malların dəyəri üzrə xərclər 1865722,26 manat (EQF və malların hərəkəti cədvəllərindən müəyyən edilmişdir), əmək haqqı xərcləri 115529,52 manat, MDSS xərcləri 19992,57 manat, icarə xərci 9552,00 manat, qaz xərci 5000,00 manat, yanacaq xərci 8620,72 manat, digər xərci 439,16 manat, bank xərci 1829,29 manat olmaqla cəmi xərclərin 2026685,52 manat olduğu müəyyən edilmişdir. Beləliklə 2020-ci ildə cəmi gəlirlər 2471277,48 manat, cəmi xərclər 2026685,52 manat, vergiyə cəlb edilən gəlir 444591,96 manat, mənfəət vergisinin isə 88918,39 manat olduğu aşkar edilir. Həmin il üzrə vergi ödəyicisi tərəfindən 14710,13 manat mənfəət vergisi bəyan olunduğu üçün, 74208,26 manat vergi məbləğinin (88918,39 - 14710,13) hesablanılması, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 37104,13 manat maliyyə sanksiyasının tətbiq edilmişdir. Cəmiyyət tərəfindən 2021-ci il üzrə vergi orqanına təqdim edilmiş mənfəət vergisinin bəyannaməsinə əsasən cəmiyyətin malların təqdim edilməsi və xidmətlərin göstərilməsindən ümumi gəliri 2294706,13 manat, ümumi xərci 2234387,20 manat, həmin dövr üzrə vergiyə cəlb edilən gəlir isə 60318,93 manat təşkil etmişdir. Qeyd olunan gəlir üzrə 12063,79 manat mənfəət vergisi hesablanmışdır. Təqdim edilən malların hərəkəti hesabatına əsasən 2021-ci ildə alış dəyəri ilə 2025679,69 manat dəyərində pivə məhsulu məxaric edilmişdir. EQF məlumatlarına əsasən müəyyən olunmuş satış qiymətləri həmin məhsullara tətbiq edildikdə 2021-ci il ərzində təqdim edilmiş malların satış dəyərinin 2604788,15 manat olduğu müəyyən edilir. Həmin ildə vergi ödəyicisi tərəfindən distributor fəaliyyəti üzrə isə 132576,58 manat dəyərində gəlir əldə olunmuşdur. Beləliklə 2021-ci il ərzində vergi ödəyicisinin gəlirlərinin 2737364,73 manat olduğu aşkar edilmişdir. Vergi orqanında olan uçot-baza məlumatlarına və vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərə əsasən 2021-ci ildə malların dəyəri üzrə xərclər 2025679,69 manat (EQF və malların hərəkəti cədvəllərindən müəyyən edilmişdir), əmək haqqı xərcləri 123909,51 manat, MDSS xərcləri 22643,30 manat, icarə xərci 15228,00 manat, qaz xərci 17300,00 manat, yanacaq xərci 22702,68 manat, digər xərci 4451,99 manat, bank xərci 2461,76 manat olmaqla cəmi xərclərin 2234376,93 manat olduğu müəyyən edilmişdir. Beləliklə 2021-ci ildə cəmi gəlirlər 2737364,73 manat, cəmi xərclər 2234376,93 manat, vergiyə cəlb edilən gəlir 502987,80 manat, mənfəət vergisinin isə 100597,56 manat olduğu aşkar edilir. Həmin il üzrə vergi ödəyicisi tərəfindən 12063,79 manat mənfəət vergisi bəyan olunduğu üçün, 88533,77 manat vergi məbləğinin (100597,56 - 12063,79) hesablanılması, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 44266,89 manat maliyyə sanksiyasının tətbiq edilmişdir. Ümumilikdə yoxlanılan dövrdə Vergi Məcəlləsinin 104.1-ci maddəsinə istinad edilməklə mənfəət vergisi üzrə 237043,72 manat əlavə vergi hesablanması və Vergi Məcəlləsinin 58.1. maddəsinə əsasən 118521,87 manat maliyyə sanksiyasının tətbiq edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 157-ci maddəsinə əsasən cəmiyyət 9 saylı Ərazi Vergilər İdarəsində ƏDV ödəyicisi kimi qeydiyyata alınaraq cəmiyyətə xx.xx.2019-cu il tarixdən qüvvədə olmaqla xx.xx.2019-cu il tarixli **********4 saylı "ƏDV ödəyicisinin qeydiyyat bildirişi" verilmişdir. ƏDV üzrə bəyannamələrin təqdim edilməsinin və hesablanmasımn düzgünlüyü vəziyyəti yoxlanılarkən müəyyən edildi ki, cəmiyyət tərəfindən ƏDV bəyannamələri qanunvericilikdə müəyyən edilmiş vaxtlarda və qaydada vergi orqanına təqdim edilmişdir. Cəmiyyət tərəfındən təqdim olunmuş bəyannamələrə əsasən 2019-cu ilin yoxlanılan dövrü üzrə, yəni mart-dekabr aylan üzrə 9837,67 manat, 2020-ci il üzrə 45073,14 manat, 2021-ci il üzrə 21098,66 manat büdcəyə çatası əlavə dəyər vergisi və 2022-ci ilin yanvar ayı üzrə isə 6211,92 manat büdcədən qaytarılası əlavə dəyər vergisi hesablanmışdır. Yoxlanılan dövr ərzində cəmiyyət tərəfindən vergi orqanına təqdim edilmiş əlavə dəyər vergisi bəyannamələrinin düzgünlüyü yoxlamaya təqdim edilmiş ilkin sənədlər əsasında yoxlanıldı və yoxlamanın nəticəsi kimi vergi orqanına təqdim edilmiş bəyannamələrdə göstərilən vergilərin məbləği, vergi bəyannamələrində göstərilməli olan məbləği ilə müqayisə edilmişdir. Yoxlanılan dövr ərzində vergi ödəyicisi “İçki və tütün məmulatları da daxil olmaqla yeyinti məhsullarının ixtisaslaşdırılmamış topdan satışı” (pivə məhsullarının topdan satışı) fəaliyyəti ilə məşğul olmuşdur. Vergi ödəyicisi tərəfindən bütün məhsullar topdan qaydada təqdim edilməsinə baxmayaraq (xx.xx.2022-ci il tarixində təqdim edilmiş izahatda bildirilmişdir), yoxlanılan dövr ərzində topdan qaydada satılmış malların bir hissəsi nəzarət kassa aparatının çeki ilə rəsmiləşdirilmişdir. Nəzarət kassa aparatının çekləri vasitəsilə rəsmiləşdirilmiş satışlann hansı miqdarda və hansı ticarət əlavəsi ilə təqdim edilməsi ilə bağlı heç bir mühasibatlıq sənədi yoxlamaya təqdim edilməmişdir. Vergi ödəyicisi tərəfindən malların maya dəyəri ilə aylıq mədaxil və məxaricini özündə əks etdirən hesabatlar yoxlamaya təqdim edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.2.4-cü maddəsinə əsasən vergilər vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara əsasən hesablana bilər. Həmin Məcəllənin 67.1.2-ci maddəsinə əsasən vergi orqanlarının vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlardan istifadə etmək hüququ vardır. Yoxlama zamanı vergi ödəyicisi tərəfindən elektron qaimə-faktura tərtib olunmaqla təqdim edilmiş malların satış qiymətlərindən istifadə etməklə əldə edilmiş bütün malların aylıq satış qiymətləri çıxanlmışdır. Yoxlama zamanı müəyyən edilmiş həmin qiymətlər vergi ödəyicisi tərəfindən təqdim edilmiş malların hərəkətini özündə əks etdirən hesabatlarda göstərilmiş məxaric olunan mallara aylar üzrə tətbiq edilmiş və üzərinə distributor fəaliyyəti üzrə əldə edilmiş vəsaitlər gəlinərək aylıq dövriyyələr formalaşdırılmışdır. Yoxlama ilə yayındırılması müəyyən edilmiş dövriyyələrə əsasən əlavə dəyər vergisi üzrə əlavə hesablamalar aşağıdakı kimi olmuşdur: Cəmiyyət tərəfindən təqdim olunmuş ilkin sənədlərə əsasən yoxlama aparılarkən müəyyən olundu ki, 2019-cu ilin yoxlanılan dövrü üzrə yəni mart-dekabr aylan üzrə cəmiyyətin 2632409,45 manat ümumi dövriyyəsi olmuşdur ki, həmin dövriyyənin tərkibində ƏDV 401553,98 manat təşkil edir. Alınmış mal-materiallara, iş və xidmətlərə görə əldə edilmiş qaimə-fakluralan və vergi hesab-fakturaları üzrə əvəzləşdirilən ƏDV məbləği isə 324844,80 manat olmuşdur. Beləliklə, cəmiyyətin 2019-cu ilin yoxlanılan dövrü üzrə büdcəyə çatası ƏDV məbləği 76709,18 manat olmuşdur. Cəmiyyət tərəfindən isə həmin dövr üzrə 9837,67 manat büdcəyə çatası ƏDV hesablanmışdır. Göründüyü kimi cəmiyyət tərəfindən Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən yoxlanılan dövr üzrə büdcəyə çatası ƏDV məbləği 66871,51 manat az hesablanmışdır. Odur ki, yoxlama ilə əlavə dəyər vergisi üzrə 66871,51 manat əlavə vergi hesablanmışdır. Yuxanda qeyd edildiyi kimi vergi ödəyicisi tərəfindən təqdim edilmiş material hesabatlannda göstərilmiş aylar üzrə məxaric olunan mallara elektron qaimə-faklura üzrə müəyyən olunmuş qiymətləri tətbiq etdikdə 2019-cu ildə təqdim edilmiş malların dəyəri 2171126,29 manat təşkil edir. Həmin ildə vergi ödəyicisi tərəfindən 59729,18 manat dəyərində distributor fəaliyyəti üzrə əlavə gəlir əldə edilmiş, ilin sonuna debitor borc qalığı isə 0,00 manat olmuşdur. Beləliklə 2019-cu ildə cəmi dövriyyənin 2230855,47 manat olduğu (2171126,29 + 59729,18 - 0,00) müəyyən edilir. Vergi ödəyicisi tərəfindən 371508,43 manat dövriyyə (2230855,47 - 1859347,04) bəyan edilməyərək vergi tutma obyekti gizlədilmişdir. Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən həmin dövriyyə məbləği bərpa edilərək 66871,51 manat əlavə vergi məbləğinin hesablanılması, həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən 33536,13 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Cəmiyyət tərəfindən təqdim olunmuş ilkin sənədlərə əsasən yoxlama apanlarkən müəyyən olundu ki, 2020-ci il üzrə cəmiyyətin 2916107,43 manat ümumi dövriyyəsi olmuş, göstərilən dövriyyənin 2904064,04 manatı daxil olmuşdur ki, həmin dövriyyənin tərkibində ƏDV 442992,82 manat təşkil edir. Alınmış mal-materiallara, iş və xidmətlərə görə əldə edilmiş qaimə-fakluralan üzrə əvəzləşdirilən ƏDV məbləği isə 330563,96 manat olmuşdur. Cəmiyyətin 2020-ci il üzrə büdcəyə çatası ƏDV məbləği 112428,86 manat təşkil edir. Cəmiyyət tərəfindən isə həmin dövr üzrə 45073,14 manat büdcəyə çatası ƏDV hesablanmışdır. Göründüyü kimi cəmiyyət tərəfindən Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən yoxlanılan dövr üzrə büdcəyə çatası ƏDV məbləği 67355,72 manat az hesablanmışdır. Odurki, yoxlama ilə əlavə dəyər vergisi üzrə 67355,72 manat əlavə vergi hesablanmışdır. Qeyd edildiyi kimi vergi ödəyicisi tərəfindən təqdim edilmiş material hesabatlarında göstərilmiş aylar üzrə məxaric olunan mallara elektron qaimə-faklura üzrə müəyyən olunmuş qiymətləri tətbiq etdikdə 2020-ci ildə təqdim edilmiş malların dəyəri 2343953,75 manat təşkil edir. Həmin ildə vergi ödəyicisi tərəfindən 127323,73 manat dəyərində distributor fəaliyyəti üzrə əlavə gəlir əldə edilmiş, ilin sonuna debitor borc qalığı isə 10206,57 manat olmuşdur. Beləliklə 2020-ci ildə cəmi dövriyyənin 2461070,91 manat olduğu (2343953,75 + 127323,73 -10206,57) müəyyən edilir. Vergi ödəyicisi tərəfindən 374198,34 manat dövriyyə (2461070,91 - 2086872,57) bəyan edilməyərək vergi tutma obyekti gizlədilmişdir. Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən həmin dövriyyə məbləği bərpa edilərək 67355,72 manat əlavə vergi məbləğinin hesablanılması, həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən 33677,86 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Cəmiyyət tərəfindən təqdim olunmuş ilkin sənədlərə əsasən yoxlama aparılarkən müəyyən olundu ki, 2021-ci il üzrə cəmiyyətin 3230090,38 manat ümumi dövriyyəsi olmuş, göstərilən dövriyyənin 3226453,35 manatı daxil olmuşdur ki, həmin dövriyyənin tərkibində ƏDV 492170,85 manat təşkil edir. Alınmış mal-materiallara, iş və xidmətlərə görə əldə edilmiş qaimə-fakluralan üzrə əvəzləşdirilən ƏDV məbləği isə 391393,64 manat olmuşdur. Odur ki, cəmiyyətin 2021-ci il üzrə büdcəyə çatası ƏDV məbləği 100777,21 manat olmalıdır. Cəmiyyət tərəfindən isə həmin dövr üzrə 21098,66 manat büdcəyə çatası ƏDV hesablanmışdır. Göründüyü kimi cəmiyyət tərəfindən Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən yoxlanılan dövr üzrə büdcəyə çatası ƏDV məbləği 79678,55 manat az hesablanmışdır. Buna görə də yoxlama ilə əlavə dəyər vergisi üzrə 79678,55 manat əlavə vergi hesablanmışdır. Yuxanda qeyd edildiyi kimi vergi ödəyicisi tərəfindən təqdim edilmiş material hesabatlarında göstərilmiş aylar üzrə məxaric olunan mallara elektron qaimə-faklura üzrə müəyyən olunmuş qiymətləri tətbiq etdikdə 2021-ci ildə təqdim edilmiş malların dəyəri 2604788,15 manat təşkil edir. Həmin ildə vergi ödəyicisi tərəfindən 132576,58 manat dəyərində distributor fəaliyyəti üzrə əlavə gəlir əldə edilmiş, ilin sonuna debitor borc qalığı isə 21330,54 manat olmuşdur. Beləliklə 2021-ci ildə cəmi dövriyyənin 2716034,19 manat olduğu (2604788,15 + 132576,58 - 21330,54) müəyyən edilir. Vergi ödəyicisi tərəfindən 442658,72 manat dövriyyə (2716034,19 - 2273375,47) bəyan edilməyərək vergitutma obyekti gizlədilmişdir. Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən həmin dövriyyə məbləği bərpa edilərək 79678,55 manat əlavə vergi məbləğinin hesablanılması, həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən 39839,28 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Cəmiyyət tərəfindən təqdim olunmuş ilkin sənədlərə əsasən yoxlama aparılarkən müəyyən olundu ki, 2022-ci ilin yoxlanılan dövrü üzrə yəni yanvar ayı üzrə cəmiyyətin 99300,59 manat ümumi dövriyyəsi olmuş,100252,12 manat daxil olmuşdur ki, həmin dövriyyənin tərkibində ƏDV 15292,70 manat təşkil edir. Alınmış mal-materiallara, iş və xidmətlərə görə əldə edilmiş qaimə-fakluralan üzrə əvəzləşdirilən ƏDV məbləği isə 17720,85 manat olmuşdur. Odur ki, cəmiyyətin 2022-ci ilin yanvar ayı üzrə büdcədən qaytarılası ƏDV məbləği 2428,15 manat olmalıdır. Cəmiyyət tərəfindən isə həmin dövr üzrə 6211,92 manat büdcədən qaytarılan ƏDV hesablanmışdır. Göründüyü kimi cəmiyyət tərəfindən Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən yoxlanılan dövr üzrə büdcədən qaytarılan ƏDV məbləği 3783,77 manat artıq hesablanmışdır. Buna görə də yoxlama ilə əlavə dəyər vergisi üzrə 3783,77 manat əlavə vergi hesablanmışdır. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş material hesabatlarında göstərilmiş aylar üzrə məxaric olunan mallara elektron qaimə-faktura üzrə müəyyən olunmuş qiymətləri tətbiq etdikdə 2022-ci ilin yanvar ayı üzrə təqdim edilmiş malların dəyəri 73588,04 manat təşkil edir. Həmin dövrdə vergi ödəyicisi tərəfindən 10565,00 manat dəyərində distributor fəaliyyəti üzrə əlavə gəlir əldə edilmiş, ayın sonuna debitor borc qalığı isə 20584,16 manat olmuşdur. Beləliklə 2022-ci ilin yanvar ayı üzrə cəmi dövriyyənin 63568,88 manat olduğu (73588,04+20584,16) müəyyən edilir. Vergi ödəyicisi tərəfindən 21020,92 manat dövriyyə (63568,88 - 42547,96) bəyan edilməyərək vergitutma obyekti gizlədilmişdir. Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən həmin dövriyyə məbləği bərpa edilərək 3783,77 manat əlavə vergi məbləğinin hesablanılması, həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən 1891,89 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Ümumilikdə yoxlanılan dövrdə əlavə dəyər vergisi üzrə Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən 217689,55 manat əlavə vergi hesablanması və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 108945,16 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi ödəyicisi tərəfindən bütün məhsullar topdan qaydada təqdim edilməsinə baxmayaraq (xx.xx.2022-ci il tarixində təqdim edilmiş izahatda bildirilmişdir), yoxlanılan dövr ərzində topdan qaydada satılmış malların bir hissəsi nəzarət kassa aparatının çeki ilə rəsmiləşdirilmişdir. Yoxlama zamanı vergi ödəyicisi tərəfindən malların vergi ödəyicilərinə topdan qaydada təqdim edildiyi halda qaimə tətbiq edilmədən 2019-cu ildə 1743853,15 manat, 2020-ci ildə 1347042,59 manat, 2021-ci ildə 1717711,81 manat, 2022-ci ildə isə 36998,65 manat olmaqla, ümumilikdə 4845606,20 manat dəyərində mal NKA çeki vasitəsilə satılmasına görə vergi ödəyicisinə VM-nin 58.13-cü maddəsinə əsasən 484560,62 manat dəyərində maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı ərizəsində qeyd etmişdir ki, vergi orqanı tərəfimizdən sənədlər yoxlamaya təqdim edildiyi, ərazi və ya binalara daxil olmağa icazə verildiyi, mühasibat uçotu müəyyən edilmiş qaydada aparıldığı və uçot və hesabat sənədləri məhv edilmədiyi bir halda qanuna zidd olaraq yoxlama zamanı Vergi Məcəlləsinin 67-ci maddəsinə istinad etmiş, eyni zamanda vergi orqanı yenə də qanuna zidd olaraq Vergi Məcəlləsinin 67.1.2-ci maddəsini əsas gətirməklə cəmiyyəti tərəfindən təqdim edilmiş malların e-qaimələrdə göstərilmiş qiymətləri nəzarət kassa aparatı vasitəsilə satılmış mallara da tətbiq etmişdir. Belə bir hesablama metodu nə Vergi Məcəlləsində, nə də hər hansı digər qanunvericilik aktında mövcud deyil, Vergi Məcəlləsinin 67.1.2-ci maddəsində vergi ödəyicilərinin rəsmi gəlirləri, o cümlədən satışdankənar gəlirləri nəzərdə tutulur, malların e-qaimələr vasitəsilə təqdimetmə qiymətləri nəzərdə tutulmur, yəni Vergi Məcəlləsinin 67-ci maddəsində nəzəzrdə tutulmuş əlaqəli məlumatlara vergi ödəyicisinin e-qaimə ilə təqdim etdiyi malların satış qiymətləri əsas götürülməklə ümumi satış dövriyyəsinin müəyyənləşdirilməsinə aid deyil. Vergi ödəyicisi tərəfindən bütün məhsullar topdan qaydada təqdim edilməsinə baxmayaraq (xx.xx.2022-ci il tarixində təqdim edilmiş izahatda bildirilmişdir), yoxlanılan dövr ərzində topdan qaydada satılmış malların bir hissəsi nəzarət kassa aparatının çeki ilə rəsmiləşdirilmişdir. Nəzarət kassa aparatının çekləri vasitəsilə rəsmiləşdirilmiş satışların hansı miqdarda və hansı ticarət əlavəsi ilə təqdim edilməsi ilə bağlı heç bir mühasibatlıq sənədi yoxlamaya təqdim edilməmişdir. Vergi ödəyicisi tərəfindən malların maya dəyəri ilə aylıq mədaxil və məxaricini özündə əks etdirən hesabatlar yoxlamaya təqdim edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.2.4-cü maddəsinə əsasən vergilər vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara əsasən hesablana bilər. Həmin Məcəllənin 67.1.2-ci maddəsinə əsasən vergi orqanlarının vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlardan istifadə etmək hüququ vardır. Yoxlama zamanı vergi ödəyicisi tərəfindən EQF tərtib olunmaqla təqdim edilmiş malların satış qiymətlərindən istifadə etməklə əldə edilmiş bütün malların aylıq satış qiymətləri çıxanlmışdır. Yoxlama zamanı müəyyən edilmiş həmin qiymətlər vergi ödəyicisi tərəfindən təqdim edilmiş malların hərəkətini özündə əks etdirən hesabatlarda göstərilmiş məxaric olunan mallara aylar üzrə tətbiq edilmiş və üzərinə distributor fəaliyyəti üzrə əldə edilmiş vəsaitlər gəlinərək aylıq dövriyyələr formalaşdılmışdır. İddiaçı ərizəsində yoxlama dövründə cəmiyyət tərəfindən malların bir qismini həqiqətən də anbardan yerində satış olaraq nağd qaydad satıldığını, bunun səbəbi malın alıcılardan VÖEN tələb edildiyi zaman onların vergi ödəyicisi olmadıqlarını bildirmiş, bununla bağlı cəmiyyət tərəfindən vergi ödəyicisi olmayan şəxslərə, yəni son istehlakçıya NKA vasitəsilə pərakəndə ticarət qaydasında satılmış mallar çərçivəsində dəyərləndirilməklə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə istinadən cəmiyyətə 484560,62 maliyyə sanksiyası tətbiq edildiyini, halbu ki Vergi Məcəlləsinin 13.2.62-ci maddəsində açıq şəkildə pərakəndə satışının izahı “malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydad qəbz və ya nəzarət-kassa aparatının çeki ( sahibkarlıq fəaliyyəti həyata keçiriən hüquqi və fiziki şəxslərin tələbi ilə elekton-qaimə faktura) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti” kimi verildiyini qeyd etmişdir. İş materiallarına əlavə edilmiş müqaviləyə əsasən müəyyən edilmişdir ki, "xxxx" MMC ilə İddiaçı MMC arasında xx.xx.2021-ci il tarixli distribyutor müaviləsi bağlanılmış , müqavilənin tərəfi yəni distribyutor kimi İddiaçı MMC göstərilmişdir. Distribyutor müqaviləsinə əsasən distribyutorlar anbarları və nəqliyyat vasitələri olan böyük topdansatış şirkətləridir. Distribyutorlar, bir qayda olaraq, malların istehlakçılara birbaşa satışında iştirak etmirlər. Hesabat Axtarış informasiya sistemindən alınmış məlumata əsasən İddiaçı MMC-nin heç bir ərazidə pərakəndə ticarət obyekti qeydiyyata alınmamışdır. Səyyar vergi yoxlaması aktının 1.6-ci bəndinə əsasən İddiaçı MMC-nin ünvan 1 ünvanda yerləşən təsərrüfat subyektləri anbar kimi qeydiyyata alınmışdır. Yoxlamaya təqdim edilmiş NKA–dan alınmış aylıq “Z” hesabatlarına əsasən malların pərakəndə qaydada deyil, topdan satış qaydada təqdim edildiyi də müəyyən edilmişdir (“Z” hesabatı əlavə olunur). Vergi Məcəlləsinin 13.2.63-cü maddəsinə əsasən topdansatış - malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyəti məqsədləri üçün və yalnız Vergi Məcəlləsində müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Vergi Məcəlləsinin qeyd olunan maddəsindən aydın olur ki, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən distribyutor kimi çıxış edən İddiaçı MMC pərakəndə satış ticarət fəaliyyəti həyata keçirə bilməz. Həmçinin cəmiyyətin rəhbəri tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli izahatda yoxlayıcı tərəfindən qoyulmuş “mallar anbardan NKA vasitəsi ilə hansı qaydada satılır” sualına cəmiyyətin rəhbəri tərəfindən “topdansatış qiyməti ilə” cavablandırıldığı bir daha öz təsdiqini tapmışdır. İddiaçı ərizəsində xx.xx.2022ci il tarixli cəmiyyət tərəfindən imzalanmaqla, möhürlənməklə təqdim təqdim olunmuş izahatın tam saxta olduğunu, inam və sui-istifadə etməklə aldatma yolu ilə əldə edildiyini, yoxlayıcı tərəfindən ciddi bir sənəd olmadığı bildirilərək cəmiyyətin rəhbərinin aldadıldığını bildirmişdir. Qeyd olunan məsələyə münasibət bildirirək qeyd etmək istərdik ki, xx.xx.2022ci il tarixli izahat vergi ödəyicisinin rəhbəri tərəfindən “izahat mənim sözlərimlə düzgün yazılmışdır” qeydi aparılmaqla imzalanmış və möhürlə təsdiq edilmişdir. Vergi orqanının əməkdaşı tərəfindən vergi ödəyicisinin rəhbərindən heç bir inam və sui-istifadə etməklə izahat alınmamışdır. Yuxarıda qeyd olunanlardan görünür ki, vergi ödəyicisinin iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi vergi orqanı tərəfindən ona hesablanmış vergi məbləğinin ödəməkdən yayınmaq üçün özünümüdafiə məqsədi daşıyır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.1ci maddəsinə əsasən səyyar vergi yoxlaması vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Vergi Məcəlləsinin 36.3-cü maddəsinə əsasən səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak və torpaq vergilər üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edir. Vergi yoxlaması keçirildikdə, vergi orqanının vergi ödəyicisinin üçüncü şəxslərlə əlaqədar fəaliyyəti barədə vergi yoxlamasının predmetinə aid olan məlumat alması üçün sənədlərlə təsdiq edilmiş zərurət yarandığı halda, vergi orqanı həmin şəxslərdən yoxlanılan vergi ödəyicisinin fəaliyyətinə aid olan sənədlər ala bilər. Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi, və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirdikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməsi olan verginin məbləğini vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar əsasında hesablamaq hüququ vardır. Vergi Məcəlləsinin 67-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; Vergi Məcəlləsinin 39.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqannının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri ( onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi Məcəlləsinin 39.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansi bir hissəsi ilə razılaşmadıqda vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazini yazılı sürətdə bildirə bilər. Vergi Məcəlləsinin 70.3-cü maddəsinə əsasən vergi hesablamalarına dair sənədlərin və ya vergi qanunvericiliyinə əsasən tərtib edilən digər sənədlərin heç biri, öz məzmununa və mahiyyətinə görə vergi qanunvericiliyinə uyğun gəlirsə və vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinin 1-ci bəndinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri ödəmək, bu Məcəllə və qanunlarla müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək vergi ödəyicisinin vəzifəsidir. Qeyd olunanlardan aydın olur ki, "xxxx" MMC-də keçirilmiş səyyar vergi yoxlamasının nəticəsi barədə tərtib olunmuş xx.xx.2022-ci il tarixli **********156233 nömrəli səyyar vergi yoxlaması aktı əsasında qəbul olunmuş xx.xx.2023-cü il tarixli **********167598 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericilyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar”ın ləğv edilməsi barədə iddia ərizəsi əsassızdır və buna görə də təmin edilməməlidir. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən iddiaçının nümayəndəsi Vəkil eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən cavabdehin nümayəndəsi X3 iddia tələbinə yazılı etirazın məzmununa uyğun izahat verməklə onun təmin olunmasını xahiş etmişdir. İddianın mümkünlüyü : İlk öncə məhkəmə qeyd edir ki, hazırkı iddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. İddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş və ona münasibətdə əlverişsiz olan inzibati aktın (sərəncamın) ləğv edilməsini tələb edir. İPM-in 2.2.1-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İPM-in 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Məhkəmə hesab edir ki, mübahisələndirmə haqqında iddia bu iddia növü üçün qanunla nəzərdə tutulmuş müddətdə verilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinin «Vergi ödəyicisinin və ya siğortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi siğorta və ya sosial siğorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» xx.xx.2023-cü il tarixli, **********167598 saylı qərarına əsasən İddiaçınə ümumilikdə 454733,58 manat vergi və 712027,81 manat vergi qanunvericiliyinin pozulmasına görə maliyyə sanksiyası hesablanmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli **********155476 nömrəli Qərarına əsasən İddiaçı MMC-nin fəaliyyəti üzrə səyyar vergi yoxlaması keçirilmişdir. Yoxlama xx.xx.2022-ci il tarixdə başlanılmış və xx.xx.2022-ci il tarixdə başa çatmışdır. Yoxlama 13 dəfə dayandırılmışdır. Vergi ödəyicisi tərəfindən pərakəndə qaydada satılmış mallara elektron qaimə-faktura ilə satılmış malların dəyəri tətbiq edilərək vergilər hesablanmışdır. Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən, vergilər haqqında qanunvericiliyin bütün ziddiyətləri və aydın olmayan məqamları vergi ödəycisinin xeyrinə şərh edilməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.62-ci maddəsinə əsasən, pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektronqaimə faktura) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti; 13.2.63. topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Həmin Məcəllənin 58.13-cü maddəsinə əsasən bu Məcəlləyə əsasən elektron qaiməfaktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Həmin Məcəllənin 53.1-ci maddəsinə əsasən, Bu Məcəllə ilə müəyyən edilmiş vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə bu Məcəllə, Azərbaycan Respublikasının İnzibati xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə və vergi agentlərinə bu Məcəllə ilə müəyyən edilmiş maliyyə sanksiyaları və faizlər tətbiq edilir. Maliyyə sanksiyası-vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə, vergi agentlərinə və banklara tətbiq edilən pulla ifadə edilmiş tənbeh növüdür. VM-də nəzərdə tutulmuş qaydada vergi orqanları tərəfindən və ya məhkəmə tərəfindən alınır. Həmin Məcəllənin 71.1 -ci maddəsinə əsasən, vergi ödəyicisi olan hər hansı şəxs: 70.1.1. həmin şəxsin vergi öhdəliklərinin yaranmasına səbəb ola bilən; 70.1.2. həmin şəxsdə vergi tutulmasına dair öhdəliklər yaranmasına səbəb.ola bilən; 70.1.3. həmin şəxsdə bu Məcəlləyə müvafiq olaraq məlumat verməyə dair öhdəliklər yaranmasına səbəb ola bilən əməliyyatları sənədləşdirməyə borcludur. Həmin Məcəllənin 71.2-ci maddəsinə müvafiq olaraq vergi ödəyiciləri bu Məcəllənin 71.1-ci maddəsində göstərilən uçot sənədlərini qanunvericiliklə müəyyən edilmiş qaydada aparmağa borcludurlar. Həmin Məcəllənin 71.4-cü maddəsinə görə, mühasibat uçotu sənədləri, o cümlədən elektron və (və ya) kağız formatda məlumatlar tam oxunaqlı şəkildə 5 ildən az olmamaqla qanunla müəyyən edilmiş müddətdə saxlanmalıdır. Həmin Məcəllənin 130.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Məhkəmə ilk öncə elektron qaimə-fakturaların tətbiqi, istifadəsi ilə bağlı müddəaları nəzərdən keçirir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli **********155476 nömrəli Qərarı üzrə yoxlama dövrü-xx.xx.2022-xx.xx.2022-ci il tarixləri əhatə etmiş, yoxlamanın predmeti və hüquqi əsası AR Vergi Məcəlləsinin 38-ci maddəsinə istinad olunaraq Vergi qanunveriliyinə əməl olunması olmuş, yoxlamanın növü-növbəti səyyar yoxlaması, yoxlanılan dövr-xx.xx.2019-xx.xx.2022-ci il olmuşdur, KY221724269 saylı sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyetrindən çıxarışla qeydə alınmış, yoxlamanın dayandırılması: xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (26 gün müddətinə) dayandırılmışdır. əsası: səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbərinin (onu əvəz edən şəxsin) və ya fərdi sahibkarın müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi; xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (12 gün müddətinə) dayandırılmışdır. Əsası: Səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbərinin (onu əvəz edən şəxsin) və ya fərdi sahibkarın müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi; xx.xx.2022 tarixindən xx.xx.2022 tarixinədək (7 gün müddətinə) dayandırılmışdır. Əsası: Səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbərinin (onu əvəz edən şəxsin) və ya fərdi sahibkarın müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi; xx.xx.2022 tarixindən xx.xx.2022 tarixədək (16 gün müddətinə) dayandırılmışdır. Əsası: Səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbərinin (onu əvəz edən şəxsin) və ya fərdi sahibkarın müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi; xx.xx.2022-ci il tarixdən xx.xx.2022 tarixinədək (21 gün müddətinə) dayandırılmışdır. Əsası: Səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbərinin (onu əvəz edən şəxsin) və ya fərdi sahibkarın müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi; xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixədək (23 gün müddətinə) dayandırılmışdır. Əsası: Səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbərinin (onu əvəz edən şəxsin) və ya fərdi sahibkarın müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi; xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (15 gün müddətinə) dayandırılmışdır. Əsası: Səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbərinin (onu əvəz edən şəxsin) və ya fərdi sahibkarın müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi; xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (26 gün müddətinə) dayandırılmışdır. Əsası: Səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbərinin (onu əvəz edən şəxsin) və ya fərdi sahibkarın müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi; xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci tarixədək (17 gün müddətinə) dayandırılmışdır. Əsası: Səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbərinin (onu əvəz edən şəxsin) və ya fərdi sahibkarın müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi; xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (21 gün müddətinə) dayandırılmışdır. Əsası: Səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbərinin (onu əvəz edən şəxsin) və ya fərdi sahibkarın müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi; xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (15 gün müddətinə) dayandırılmışdır. Əsası: Səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbərinin (onu əvəz edən şəxsin) və ya fərdi sahibkarın müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi; xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (8 gün müddətinə) dayandırılmışdır. Əsası: Səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbərinin (onu əvəz edən şəxsin) və ya fərdi sahibkarın müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi; xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (8 gün müddətinə) dayandırılmışdır. Əsası: Səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbərinin (onu əvəz edən şəxsin) və ya fərdi sahibkarın müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi. Göründüyü kimi yoxlama xx.xx.2022-ci il tarixdə başlanılmış və xx.xx.2022-ci il tarixdə başa çatmışdır. Məhkəmə qeyd edir ki, cavabdeh orqan tərəfindən ekspertiza keçirilməmiş, mütəxəssis dəvət edilmədiyi halda yoxlama 13 dəfə ardıcıl dayandırılmışdır və 13 dəfə yoxlamanın dayandırılmasına səbəb yalnız “Səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbərinin (onu əvəz edən şəxsin) və ya fərdi sahibkarın müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi” göstərmişdir. Lakin bu hallarda inzibati orqan vergi ödəyicisinin rəhbərdən (onu əvəz edən şəxsdən) təsdiqedici sənəd(arayış, xəstəlik vərəqəsi və s.) tələb etməli idi. Yəni, tək ərizənin təqdim olunması yoxlamanın dayandırılması üçün əsas deyil. İnzibati orqan tərəfindən bu formada yoxlamanı süni şəkildə uzadıla bilməz. Həmin Məcəllənin 71.2-ci maddəsinə müvafiq olaraq vergi ödəyiciləri bu Məcəllənin 71.1-ci maddəsində göstərilən uçot sənədlərini qanunvericiliklə müəyyən edilmiş qaydada parmağa borcludurlar. Həmin Məcəllənin 71.4-cü maddəsinə görə, mühasibat uçotu sənədləri, o cümlədən elektron və (və ya) kağız formatda məlumatlar tam oxunaqlı şəkildə 5 ildən az olmamaqla qanunla müəyyən edilmiş müddətdə saxlanmalıdır. Həmin Məcəllənin 130.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilmiş əlavələr və dəyişikliklərə əsasən xx.xx.2019-cu il tarixdən etibarən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 218.1.2-ci maddəsində göstərilən şəxslər tərəfindən sahibkarlıq fəaliyyəti ilə əlaqədar təqdim edilmiş (yola salınmış) mallara, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə qaimə-fakturalar elektron formada təqdim edilir. Vergi Məcəlləsinin elektron qaimə-fakturaları əhatə edən 71-1-ci maddəsində deyilir ki, bu Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan şəxslərin elektron qaimə-faktura vermək hüququ yoxdur. Elektron qaimə-faktura “Onlayn rejimdə” Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) vasitəsi ilə elektron qaydada tərtib edilərək və ya “Lazımi proqramlar”dan istifadə edilməklə “Oflayn rejimdə” tərtib edildikdən və elektron imza (o cümlədən “Asan imza”) vasitəsi ilə imzalandıqdan sonra malların, işlərin və xidmətlərin alıcısına göndərilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli "Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları"nın təsdiq edilməsi haqqında qərarının 1.2-ci maddəsinə əsasən elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilməklə elektron formada hazırlanan və vergi orqanında uçotda olan şəxslərə göndərilən ilkin uçot sənədidir. Həmin Qaydaların 1.5-ci maddəsinə əsasən vergi ödəyicisi kimi uçotda olmayan alıcıya iş, xidmət və pərakəndə qaydada mal təqdim edildikdə, ona qəbz və ya çek verilir. Yuxarıda qeyd edilənlərdən anlaşıldığı kimi VÖEN-i olmayan malların satışı (təqdim edilməsi) isə alıcıya pərakəndə satış qaydasında son istehlak məqsədi ilə satışı anlamını verir və məhz bu baxımdan belə alıcılara elektron qaimə-fakturanın verilməsi barədə Vergi Məcəlləsində tələb nəzərdə tutulmur, həmin şəxslərə nəzarət-kassa aparatının çekinin və ya mədaxil qəbzinin verilməsi kifayət edər. İş üzrə obyektiv araşdırma zamanı müəyyən edildi ki, xx.xx.2019-cu ildən xx.xx.2022-ci il tarixədək İddiaçı MMC-yə məxsus olan kassa aparatında olan nağd vəsait vergi ödəyicisinə məxsus anbara aid olmuş, pərakəndə satış qaydasında son istehlak məqsədi ilə malların alıcılara satışı zamanı əldə edilmişdir. Yuxarıda sadalanan qanunvericilik normalarından, Vergi Məcəlləsinin tələblərindən də aydın olur ki, pərakəndə satış zamanı vergi ödəyicisi olmayan alıcılara elektron qaimə fakturanın verilməsi nəzərdə tutulmur, həmin şəxslərə nəzarət-kassa aparatının çekinin və ya mədaxil qəbzinin verilməsi kifayətdir. Məhkəmə araşdırması zamanı iddiaçının vergidən yayınması halları müəyyən olunmamış və cavabdeh tərəfindən də iddiaçının vergidən yayınmasını təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, pərakəndə ticarət satışını həyata keçirən iddiaçı malların satışı zamanı elektron qaimə-faktura təqdim etmək vəzifəsi daşımamış və hər hansı alıcının (sahibkarın) elektron qaimə-faktura tələb etməsi işdə olan sənədlərlə təsdiq olunmamışdır. Cavabdeh etirazının əsası kimi iddiaçının malların alıcıya satışının son istehlak məqsədi ilə həyata keçirilmədiyini, malların alıcıya satışının onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün həyata keçirildiyini bilirsə də etirazının əsasını sübut edəcək dəlilləri, o cümlədən malları satış məqsədilə alan vergi ödəyiciləri tərəfindən iddiaçıdan elektron qaimə faktura tələb edildiyi halda, iddiaçı tərəfindən onlara elektron qaimə faktura təqdim edilməməsi barədə vergi orqanına hər hansı şikayət və müraciətlərin daxil olması barədə məlumatı məhkəməyə təqdim edə bilməmişdir. Yuxarıda qeyd olunanlardan aydın olur ki, iddiaçının fəaliyyət növlərindən biri pərakəndə ticarət fəaliyyəti olmuş və sahibkarlıq fəaliyyəti göstərdiyi obyektdə nəzarət kassa aparatının quraşdırılması da bu faktı təsdiq edir.Həmin nəzarət kassa aparatının vergi orqanı tərəfindən təsdiq edilməsi isə sonuncunun iddiaçının pərakəndə satış fəaliyyəti ilə məşğul olmasına razılığını ifadə edir. Başqa sözlə desək, iddiaçı vergi orqanında həm pərakəndə, həm də topdansatış ticarət fəaiyyəti göstərən vergi ödəyicisi kimi uçota alınmışdır. Cavabdehin dəlilinin əksinə olaraq qanunverici, topdansatış fəaliyyəti ilə məşğul olan sahibkara pərakəndə satış fəaliyyətini qadağan etmir. Qeyd olunan dəlillərlə bağlı öncəliklə bildirilir ki, cavabdehin heç bir arqumenti topdansatış fəaliyyəti ilə məşğul olan şəxslərin pərakəndə satış fəaliyyəti göstərməsinin qadağan olunması ilə bağlı olmamışdır. Cavabdehin dəlilinin əksinə olaraq qanunverici, topdansatış fəaliyyəti ilə məşğul olan sahibkara pərakəndə satış fəaliyyətini qadağan etmir. Vergi ödəyicisinin vergi orqanında topdansatış ticarət fəaliyyəti göstərən şəxs kimi uçota alınması onun başqa fəaliyyət növü (və ya növləri) ilə məşğul olmasını istisna etmir. Bundan başqa, iş materiallarına əlavə edilmiş vergi ödəyicisi haqqında məlumatdan aydın olur ki, iddiaçının hazırki operativ vergi nəzarəti keçirilən tarixədək vergi orqanında uçota alınmış fəaliyyət növləri “Təsərrüfat mallarının pərakəndə satışı”, "malların saxlanması və anbarlara yığılması üzarə fəaliyyət” olmuşdur. Başqa sözlə desək, iddiaçı vergi orqanında həm pərakəndə, həm də topdansatış ticarət fəaliyyəti göstərən vergi ödəyicisi kimi uçota alınmışdır. Yəni, cavabdeh vergi orqanı iddiaçı tərəfindən nəzarət kassa aparatı vasitəsilə pərakəndə ticarət qaydasında satılmış malların əslində topdansatış qaydasında satılmasını iddia etsə də, bu halı məhkəmə araşdırması zamanı sübuta yetirə bilməmişdir. Halbuki, vergi orqanı inzibati orqan kimi inzibati icraat apararkən "İnzibati icraat haqqında” Qanunun müddəalarını nəzərə almalıdır. Belə ki, inzibati orqan kimi vergi orqanı inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur, maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz, işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir və təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü iləəlavə sübutlar toplamağa borcludur. Qeyd edilməlidir ki, malların bir qisminin pərakəndə ticarət qaydasında satışını həyata keçirən iddiaçı həmin malların satışı zamanı elektron qaimə faktura təqdim etmək vəzifəsi daşımamış və eyni zamanda hər hansı alıcının (sahibkarın) elektron qaiməfaktura tələb etməsi işdə olan sənədlərlə təsdiq olunmamışdır. Cavabdeh etirazının əsası kimi iddiaçı tərəfindən malların alıcıya satışının son istehlak məqsədi üçün deyil, sahibkarlıq fəaliyyəti məqsədləri üçün həyata keçirildiyini bildirsə də etirazının əsasını sübut edəcək dəlilləri, o cümlədən malları satış məqsədilə alan vergi ödəyciləri, eləcə də onlar tərəfindən iddiaçıdan elektron qaimə faktura tələb edildiyi halda, iddiaçı tərəfindən onlara elektronqaimə faktura təqdim edilməməsi barədə vergi orqanına daxil olmuş hər hansı şikayət və müraciət barədə məlumatı məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh iddiaçının göstərilən tarixlərdə əslində topdansatış fəaliyyəti həyata keçirdiyini iddia edir, bunu konkret sənədlərlə və dəlillərlə sübut etməlidir. İddiaçının malların bir qismini nəzarət-kassa aparatı vasitəsi ilə pərakəndə qaydada satdığını və malların alıcılarının vergi uçotunda olmadığını bildirdiyi halda, əslində həmin alıcıların vergi ödəyicisi, ticarət fəaliyyətinin isə topdansatış olduğunu sübut etmək cavabdehin üzərinə düşür. Əgər cavabdeh iddiaçının bu dəlilini dəf edə biləcək bir arqument ortaya qoya bilmirsə, başqa sözlə mövcud vəziyyətdə yaranmış şübhələr aradan qaldırıla bilmirsə, onda yuxarıda istinad olunan normalara əsasən bu hal vergi ödəyicisinin xeyrinə şərh olunmalı və əksinə onun məsuliyyəti ilə nəticələnməməlidir. Cavabdeh qəbul etdiyi inzibati aktda iddiaçını vergi məsuliyyətinə cəlb edərkən Vergi Məcəlləsinin 58.13-cü maddəsinə istinad etmişdir. Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələbinə görə elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaiməfaktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq edilə bilər. Məhkəmə hesab edir ki, şəxsin vergi orqanında topdan satış ticarət fəaliyyəti göstərən şəxs kimi uçota alınması onun başqa fəaliyyət növü (və ya növləri) ilə məşğul olmasını istisna etmir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”-nın 3.12ci bəndinə əsasən vergi ödəyicisi topdansatış ticarətlə yanaşı, digər fəaliyyət növləri həyata keçirdikdə, alınmış malları təyinatına uyğun olaraq ayrıca uçota almalıdır. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması” Qaydasının 4.2-ci bəndinəəsasən, vergi ödəyicisinin təsərrüfat subyektində (obyektdə) mallar pərakəndə və topdansatış qaydasında təqdim edildikdə, bu fəaliyyətlər üzrə malların mədaxilinin və məxaricinin (satışının) uçotu ayrılıqda aparılır. Bununla belə, məhkəmə qeyd etmişdir ki, Vergi Məcəlləsinin 13.2.62-ci və 13.2.63cü maddələrinin məzmunundan aydın olur ki, qanunverici pərakəndə satış ilə topdansatış fəaliyyətinin fərqləndirici əlaməti olaraq malların alıcı tərəfindən hansı məqsədlə alınmasını müəyyən etmişdir. Belə ki, mallar alıcı tərəfindən son istehlak məqsədilə alındığı zaman həmin əməliyyat pərakəndə satış, satış məqsədilə alındığı halda isətopdansatış fəaliyyəti hesab edilir və birinci halda alıcıya qəbz və ya nəzarət-kassa aparatının çeki, ikinci halda isə elektron-qaimə faktura təqdim edilir. Vergi Məcəlləsinin 13.2.63-cü maddəsinə əsasən, topdansatış - malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Vergi Məcəlləsinin 13.2.62-ci maddəsinəəsasən pərakəndə satış zamanı malların alıcısına qəbz və ya nəzarət-kassa aparatının çeki ilə yanaşı elektron qaimə faktura yalnız alıcı tələb etdiyi halda təqdim edilir ki, malların bir qisminin pərakəndə ticarət qaydasında satışını həyata keçirən iddiaçı həmin malların satışı zamanı elektron qaiməfaktura təqdim etmək vəzifəsi daşımamış və eyni zamanda hər hansı alıcının (sahibkarın) elektron qaimə-faktura tələb etməsi işdə olan sənədlərlə təsdiq olunmamışdır. Eyni zamanda, Kürdəmir rayonu, Atakişili kəndində iddiaçının istifadəsində olan obyektlər “anbar” kimi qeyd olunsa da iddiaçı vergi orqanında həm pərakəndə, həm də topdansatış ticarət fəaliyyəti göstərən vergi ödəyicisi kimi uçota alınmış, səyyar vergi yoxlaması aktında da göründüyü kimi (anbarda) obyektdə nəzarət kassa aparatları xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır və iddiaçının pərakəndə qaydada satılmış mallara dair həmin nəzarət kassa aparatlarından alınmış aylar üzrə icmal hesabatları sübut qismində məhkəməyə təqdim edilmişdir. Buradan isə aydın olur ki, iddiaçının fəaliyyət növlərindən biri pərakəndə ticarət fəaliyyəti olmuşdur. Həmin nəzarət kassa aparatlarının vergi orqanı tərəfindən təsdiq edilməsi isə iddiaçının pərakəndə satış fəaliyyəti ilə məşğul olmasına cavabdehin razılığını ifadə edir. Vergi Məcəlləsinin 53.3-cü maddəsinə görə, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Qeyd olunanlardan göründüyü kimi, vergi orqanları vergi ödəyicisinin vergi qanunvericiliyinin tələblərinin pozulmasını iddia edirsə konkret dəlillərəəsaslanmalı, ehtimal və şübhələrə istinad olunmamalıdır. Hazırki mübahisədə isə cavabdeh maliyyə sanksiyasının tətbiq olunduğu məbləğin iddiaçının topdansatış ticarət fəaliyyəti nəticəsində yarandığını hər hansı sənədlə sübuta yetirə bilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki cavabdeh vergi orqanı vergiləri hesabalayarkən cəmiyyətin direktorundan alınmış izahata istinad edir. İddiaçı isə həmin izahatın email vasitəsi ilə həm xx.xx.2023-cü il tarixdə, həm də xx.xx.2022-ci il tarixdə yoxlayıcı tərəfindən vergi ödəyicisinə göndərilmişdir. Hazırki mübahisədə cavabdeh iddiaçının göstərilən tarixlərdə yalnız topdansatış fəaliyyəti həyata keçirdiyini iddia edirsə, bununla bağlı konkret təsdiqedici sənədlərə istinad etməlidir. Yəni, cavabdeh iddiaçı tərəfindən nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirilmiş malların pərakəndə satışı zamanı malların alıcılarının vergi ödəyiciləri olduğunu hesab edirsə, bununla bağlı sübutları məhkəməyə təqdim etməli idi. Çünki qanunvericilikdə hansı həcmdə və məbləğdə aparılan satış əməliyyatlarının topdansatış, hansının isə pərakəndə satış hesab olunması həddi müəyyən edilmədiyi üçün məhkəmə yalnız qeyd olunan halı təsdiq edən sənədlər əsasında fəaliyyətin xarakterini müəyyən edə bilər. Həmçinin, topdansatış ticarətlə yanaşı, pərakəndə ticarət qaydasında malların satışını da həyata keçirən iddiaçı həmin fəaliyyət üzrə malların satışı zamanı elektron qaimə-faktura təqdim etmək vəzifəsi daşımamış və hər hansı alıcının sahibkar olaraq elektron qaimə-faktura tələb etməsi işdə olan sənədlərlə təsdiq olunmamışdır. Cavabdeh etirazının əsası kimi, iddiaçının malların alıcıya satışının son istehlak məqsədi ilə həyata keçirilmədiyini, malların alıcıya satışının onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün həyata keçirildiyini bildirsə də, etirazının əsasını sübut edən dəlilləri, o cümlədən malları satış məqsədilə alan vergi ödəyiciləri tərəfindən iddiaçıdan elektron qaimə-faktura tələb edildiyi halda, iddiaçı tərəfindən onlara elektron qaimə faktura təqdim edilməməsi barədə vergi orqanına hər hansı şikayət və müraciətlərin daxil olmasına dair məlumatı məhkəməyə təqdim edə bilməmişdir. “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 noyabr 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, “...iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin...Məhkəmə faktın etiraf edilməsi barədə işdə iştirak edən şəxsin izahatını dərhal əsaslı sübut kimi qəbul edə bilməz. Etiraf hər bir halda prosessual qanunvericiliyə əsasən məhkəmə tərəfindən yoxlanılmalıdır...” Şahid qismində məhkəməyə dəvət edilmiş Səyyar vergi yoxlamasını həyata keçirmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinin əməkdaşı X2 ifadə verərək bildirmişdir ki, İddiaçı MMC-də aparılan yoxlama zamanı nəzarət kassa çeki böyük məbləğ üçün çıxarıldığı müəyyən olunmuşdur, bununla bağlı bağlı müəssisə nümayəndəsindən soruşanda, bildirdi ki, pərakəndə ticarət həyata keçirib, halbuki qaimə ilə satmalı idi. Sonradan özü tərəfindən direktorun yanında kompyuterdə izahat hazırlanıb, “email” vasitəsilə iddiaçının direktoru Şahin Musayevin e-poçt ünvanına göndərmişdir, iddiaçının direktoru izahatı imzalayıb ona vermişdir, ancaq izahatı sonra hansı tarixlərdə iddiaçının direktoruna göndərdiyini dəqiq bilmir. Beləliklə, Məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi İdarəsinin «Vergi ödəyicisinin və ya siğortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi siğorta və ya sosial siğorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» xx.xx.2023-cü il tarixli, **********167598 saylı qərarı qanunvericilik normalarının pozuntusu ilə qəbul edildiyindən, həmin qərar iddiaçı üçün əlavə vergi məsuliyyəti yaratmamalıdır. Bu baxımdan məhkəmə hesab edir ki, vergi orqanı tərəfindən yekun qərar (yoxlama aktı) qəbul edilən zaman mötəbər sübutlara deyil, ehtimallara əsaslanaraq iddiaçı vergi məsuliyyətinə cəlb edilmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 61.4-cü maddəsinə əsasən, inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Cavabdeh inzibati orqan tərəfindən bütün əhəmiyyət daşıyan hallar, habelə vergi ödəyicisi üçün əlverişli hallar araşdırılmamış, aydın olmayan hallar isə vergi ödəyicisinin xeyrinə şərh edilməmişdir. Cavabdeh orqan yekun qərarı qəbul edərkən işin həqiqi hallarını hərtərəfli araşdırmamış və düzgün olmayan nəticəyə gəlmişdir. Bundan əlavə, qanunvericilikdə hansı həcmdə malın hansı miqdarda satılmasının topdansatış fəaliyyəti olmasına dair norma mövcud deyil. Cavabdehin iddiaçının NKA vasitəsilə satdığı malları əslində topdansatış qaydasında satmasına dair izahatdan başqa heç bir dəlil, sübut mövcud deyil. İzahat isə yuxarıda qeyd olunduğu kimi, ayrıca əhəmiyyat daşımır. “İnzibati icraat” haqqında Qanunun 24.1-ci maddəsinə görə, İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Qeyd olunanlardan göründüyü kimi, cavabdeh orqan yoxlama zamanı tək izahatla kifayətlənməməli, inzibati icraat zamanı digər üsul və vasitələrdən istifadə etməklə (nəzarət qaydasında mal alqısı, operativ vergi nəzarəti tədbirləri, xronometraj metodu ilə müşahidə, digər vergi ödəyicilərinin izahatları və s.) iddiaçının NKA vasitəsilə təqdim etdiyi malların əslində topdansatış qaydada satıldığını sübuta yetirməli idi. Hazırki iş materiallarında isə cavabdehin izahatdan başqa istinad etdiyi əlaqəli sübut mövcud deyildir. Cavabdeh tərəfindən iddiaçının NKA vasitəsilə təqdim etdiyi malların topdansatış qaydasında həyata keçirildiyi sübuta yetirilmədiyi üçün həmin mallara e-qaimə ilə satılmış mallarda əks etdirilən qiymətlərin tətbiq edilməsi, həmçinin Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsaslanmaqla elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə görə 10 faiz məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi əsassızdır. Bundan başqa, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Məhkəmə hesab edir ki, cavabdeh vergi orqanı tərəfindən operativ vergi yoxlaması keçirilərkən və yoxlamanın nəticələri rəsmiləşdirilərkən, vergi qanunvericiliyinin tələbləri pozulmuş, inzibati icraatın prinsiplərinə riayət edilməmiş, nəticədə inzibati icraat haqqında qanunvericilik normalarının və maddi hüquq normalarının ciddi şəkildə pozulması ilə müşayiət olunan əlverişsiz inzibati akt qəbul edilmişdir. Bu səbəbdən “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinə əsasən mübahisələndirilən qərar qanunsuz sayılmalı və ləğv edilməlidir. Beləliklə məhkəmənin nəticəyə gəldiyi mövqe Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(102)-545/2023 nömrəli, xx.xx.2022-ci il tarixli 2- 1(102)-1950/2022 saylı və xx.xx.2023-cü il tarixli, 2-1(102)-832/2023 nömrəli qərarlarında gəldiyi mövqeyə uyğundur. Məhkəmə iş materiallarında olan sənədləri qanunvericiliyin normaları ilə birgə qiymət verərək, belə nəticəyə gəlir ki, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi İdarəsinin «Vergi ödəyicisinin və ya siğortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi siğorta və ya sosial siğorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» xx.xx.2023-cü il tarixli, **********167598 saylı qərarı ləğv edilməlidir. İPM-nin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İPM-nin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edə bilər. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Məhkəmə həmçinin məhkəmə prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İPM-nin 69.5-ci maddəsinin tələbinə görə məhkəmə qərarının nəticəvi hissəsində, həmçinin, prosessual xərclər də göstərilməlidir. Həmin Məcəllənin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Yenə həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən, prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə prosessual xərc yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 32-ci, 52-ci, 68- 69-cu, 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARAALDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinin «Vergi ödəyicisinin və ya siğortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi siğorta və ya sosial siğorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» xx.xx.2023-cü il tarixli, **********167598 saylı qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim Amilya Hüseynova
Məhkəmə qərarları › İş №e-2-1(120)-2330/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(120)-2330/2023
05.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver