Məhkəmə qərarları › İş №e-2-1(120)-2380/2023

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(120)-2380/2023

06.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № e-2-1(120)-2380/2023 06.09.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin Cavabdehnə qarşı «səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ilkin mühasibat sənədlərinin (bank ödəniş sənədlərinin, nağd pul vasitələrinin hərəkəti barədə aylıq kassa hesabatlarının, alınmış və satılmış mallar üzrə bağlanmış müqavilələrin, təhvil-təslim aktlarının, qaimə fakturaların, elektron-qaimə fakturaların, elektron vergi-hesab fakturaların, hüquqi və fiziki şəxslərlə bağlanmış bütün təsərrüfat müqavilələrin, çeşidləri göstərilməklə malmaterialların hərəkəti barədə aylıq material hesabatlarının, nəzarət kassa aparatlarının fiskal “Z” hesabatlarının və nəzarət kassa aparatlarının yaddaşında olan satılmış malların aylar üzrə adlı siyahısının (miqdar,qiymət və məbləğ göstərilməklə), xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyətlə məşğul olmaq üçün alınmış xüsusi razılığın (lisenziyanın), mətbəələrdən alınmış ciddi hesabat blankların hərəkəti barədə (blankların dövrün əvvəlinə qalığı, alınması, istifadə olunması, korlanması, itirilməsi və xx.xx.2022-ci il tarixə son qalıq sayı barədə seriya və nömrələri göstərilməklə), 2019-cu ilin mənfəət vergisi bəyannaməsinin yoxlanması üçün xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üzrə gəlir və xərcləri təsdiq edən ilkin mühasibat sənədlərin, neft məhsullarının alınması zamanı tərtib olunmuş e-qaimə fakturalar (alınmış malların daşınmasını təsdiq edən e-qaiməyə əlavə ilə birlikdə), əsas vəsaitlərin mövcudluğu və hərəkəti barədə hesabatların, işçilərə hesablanmış (qanunvericiliyə uyğun tutulmalar göstərilməklə) aylıq əmək haqqı cədvəllərinin, işçilərlə bağlanmış əmək müqavilələri barədə bildirişlərin, debitor və kreditorların yoxlama dövrünün əvvəlinə və sonuna adlı siyahısı, ƏDV məqsədləri üçün xx.xx.2020-ci il tarixə, xx.xx.2021-ci il tarixə, xx.xx.2022-ci il tarixə və xx.xx.2022-ci il tarixə debitor borcların adlı siyahısı, banklardan və digər kredit təşkilatlarından alınmış kreditlərin hərəkəti barədə sənədlərin təsdiq olunmuş (imza və möhürlə) surətlərinin Cavabdeh MMC-dən götürülərək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinə və ya vergi orqanının yoxlamasını keçirən vəzifəli şəxsinə təqdim olunması» tələbinə dair iddiası üzrə inzibati işə 06 sentyabr 2023-cü il tarixdə Şirvan şəhərində, Şirvan şəhərində, Şirvаn İnzibаti Məhkəməsinin binаsındа, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsi Cavabdehnə qarşı «səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ilkin mühasibat sənədlərinin (bank ödəniş sənədlərinin, nağd pul vasitələrinin hərəkəti barədə aylıq kassa hesabatlarının, alınmış və satılmış mallar üzrə bağlanmış müqavilələrin, təhvil-təslim aktlarının, qaimə fakturaların, elektron-qaimə fakturaların, elektron vergi-hesab fakturaların, hüquqi və fiziki şəxslərlə bağlanmış bütün təsərrüfat müqavilələrin, çeşidləri göstərilməklə malmaterialların hərəkəti barədə aylıq material hesabatlarının, nəzarət kassa aparatlarının fiskal “Z” hesabatlarının və nəzarət kassa aparatlarının yaddaşında olan satılmış malların aylar üzrə adlı siyahısının (miqdar,qiymət və məbləğ göstərilməklə), xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyətlə məşğul olmaq üçün alınmış xüsusi razılığın (lisenziyanın), mətbəələrdən alınmış ciddi hesabat blankların hərəkəti barədə (blankların dövrün əvvəlinə qalığı, alınması, istifadə olunması, korlanması, itirilməsi və xx.xx.2022-ci il tarixə son qalıq sayı barədə seriya və nömrələri göstərilməklə), 2019-cu ilin mənfəət vergisi bəyannaməsinin yoxlanması üçün xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üzrə gəlir və xərcləri təsdiq edən ilkin mühasibat sənədlərin, neft məhsullarının alınması zamanı tərtib olunmuş e-qaimə fakturalar (alınmış malların daşınmasını təsdiq edən e-qaiməyə əlavə ilə birlikdə), əsas vəsaitlərin mövcudluğu və hərəkəti barədə hesabatların, işçilərə hesablanmış (qanunvericiliyə uyğun tutulmalar göstərilməklə) aylıq əmək haqqı cədvəllərinin, işçilərlə bağlanmış əmək müqavilələri barədə bildirişlərin, debitor və kreditorların yoxlama dövrünün əvvəlinə və sonuna adlı siyahısı, ƏDV məqsədləri üçün xx.xx.2020-ci il tarixə, xx.xx.2021-ci il tarixə, xx.xx.2022-ci il tarixə və xx.xx.2022-ci il tarixə debitor borcların adlı siyahısı, banklardan və digər kredit təşkilatlarından alınmış kreditlərin hərəkəti barədə sənədlərin təsdiq olunmuş (imza və möhürlə) surətlərinin Cavabdeh MMC-dən götürülərək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinə və ya vergi orqanının yoxlamasını keçirən vəzifəli şəxsinə təqdim olunması» tələbinə dair inzibati mübahisə üzrə qərar qəbul edilməsini xahiş etmişdir. İddiа ərizəsi inzibаti mübаhisə kimi qеydiyyаtа аlınаrаq, məhkəməyə dахil оlduğu gündən icrааtа qəbul еdilmiş sаyılmışdır. İddiа ərizəsi və оnа əlаvə оlunmuş sənədlərin surətləri Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə əsаsən cаvаbdеhə təqdim оlunmuş, sоnuncuyа iddiаyа qаrşı öz münаsibətini (еtrаzını) yаzılı şəkildə məhkəməyə bildirmək, həmçinin, еtrаzı əsаslаndırаn sübutlаrın məhkəməyə təqdim оlunmаsı üçün müddət təyin оlunmuşdur. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq iddia ərizəsinin baxılmadan geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsinin qaytarılması barədə ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. - 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. - 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Məhkəmə hesab edir ki, şərh olunan normativ hüquqi aktda iddiaçının ərizəsinə əsasən iddia ərizəsinin və əlavə olunmuş sənədlərin geri qaytarılması birbaşa nəzərdə tutulmasa da, inzibati mübahisənin onun iradəsinə uyğun olaraq sona çatdırılmasının mümkünlüyü təsbit olunmuşdur və iddiaçının (və ya nümayəndəsinin) belə ərizəsi faktiki olaraq onun mübahisə ilə bağlı marağının itməsi səbəbindən iddia ərizəsinin geri qaytarılması və iş üzrə icraata xitam verilməsi barədə qərardadın qəbul olunması ilə nəticələnə bilər. Başqa sözlə, iddiaçı öz aktiv hərəkəti ilə iradəsinə uyğun olaraq məhkəməyə iddia ərizəsinin qaytarılması barədə ərizə verdikdə, bu o anlama gəlir ki, iddiaçının nümayəndəsi iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin geri qaytarılması və bununla bağlı iş üzrə icraata xitam verilməsi həmin iddia ilə məhkəməyə yenidən müraciət olunmanı istisna etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsinin ərizəsi təmin olunsun. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin Cavabdehnə qarşı «səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ilkin mühasibat sənədlərinin (bank ödəniş sənədlərinin, nağd pul vasitələrinin hərəkəti barədə aylıq kassa hesabatlarının, alınmış və satılmış mallar üzrə bağlanmış müqavilələrin, təhvil-təslim aktlarının, qaimə fakturaların, elektron-qaimə fakturaların, elektron vergi-hesab fakturaların, hüquqi və fiziki şəxslərlə bağlanmış bütün təsərrüfat müqavilələrin, çeşidləri göstərilməklə malmaterialların hərəkəti barədə aylıq material hesabatlarının, nəzarət kassa aparatlarının fiskal “Z” hesabatlarının və nəzarət kassa aparatlarının yaddaşında olan satılmış malların aylar üzrə adlı siyahısının (miqdar,qiymət və məbləğ göstərilməklə), xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyətlə məşğul olmaq üçün alınmış xüsusi razılığın (lisenziyanın), mətbəələrdən alınmış ciddi hesabat blankların hərəkəti barədə (blankların dövrün əvvəlinə qalığı, alınması, istifadə olunması, korlanması, itirilməsi və xx.xx.2022-ci il tarixə son qalıq sayı barədə seriya və nömrələri göstərilməklə), 2019-cu ilin mənfəət vergisi bəyannaməsinin yoxlanması üçün xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üzrə gəlir və xərcləri təsdiq edən ilkin mühasibat sənədlərin, neft məhsullarının alınması zamanı tərtib olunmuş e-qaimə fakturalar (alınmış malların daşınmasını təsdiq edən e-qaiməyə əlavə ilə birlikdə), əsas vəsaitlərin mövcudluğu və hərəkəti barədə hesabatların, işçilərə hesablanmış (qanunvericiliyə uyğun tutulmalar göstərilməklə) aylıq əmək haqqı cədvəllərinin, işçilərlə bağlanmış əmək müqavilələri barədə bildirişlərin, debitor və kreditorların yoxlama dövrünün əvvəlinə və sonuna adlı siyahısı, ƏDV məqsədləri üçün xx.xx.2020-ci il tarixə, xx.xx.2021-ci il tarixə, xx.xx.2022-ci il tarixə və xx.xx.2022-ci il tarixə debitor borcların adlı siyahısı, banklardan və digər kredit təşkilatlarından alınmış kreditlərin hərəkəti barədə sənədlərin təsdiq olunmuş (imza və möhürlə) surətlərinin Cavabdeh MMC-dən götürülərək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinə və ya vergi orqanının yoxlamasını keçirən vəzifəli şəxsinə təqdim olunması» tələbinə dair iddia ərizəsi geri qaytarılsın və iş üzrə icraata xitam verilsin. İddiaçıya gələcəkdə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia ilə məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunsun. Qərardaddan şikayət verilə bilməz. Hakim Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar