Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-1(120)-2396/2025 21.04.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın Rayon Bölməsinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, məhkəmə iclas katibi Əlili Nərgiz Elsvər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın Rayon Bölməsinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə işin materiallarına məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10) baxaraq, aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın Rayon Bölməsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona vurulmuş olan maddi ( əldən çıxmış faydaya) ziyana görə 6000 ( altı min) manat, mənəvi ziyana görə 5 000 ( beş min) manat, ümumilikdə 11 000 (on bir min) manat məbləğində pul vəsaitinin kompensasiya qismində cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o,öz vətəndaşlıq borcuna sadiqliyini ifadə etmək üçün müddətli həqiqi hərbi xidmətdən boyun qaçırmayaraq müvafiq çağırış üzrə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın rayon bölməsinə hərbi xidmətə yararlılığın yoxlanılması üçün dəvət olunmuşdur. Müəyyən tibbi yoxlanışlar zamanı səhhəti ilə bağlı öncələr yaşanmış narahatlıqları və buna səbəb olan hadisəni bildirməyinə baxmayaraq, tərəflərindən xidmətə yararlı kimi qiymətləndirilməyinin nəticəsi olaraq xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələri sırasında müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. Müddətli həqiqi hərbi xidmət zamanı sərəncamına verildiyi hərbi hissədə (N701) kəskin baş ağrıları və davamlı olaraq ürəkgetmə hallarının yaranması səbəbindən hərbi hissə komandiri tərəfindən hərbi xidmətə yararlılığın təyini üçün Hərbi Həkim Komissiyasına göndərilmiş, xx.xx.2023-cü il tarixində isə Müdafiə Nazirliyinin Baş X2 bölməsinə stasionar müalicəyə qəbul olunmuş və müvafiq yoxlanışların, analizlərin yekununda HHK tərəfindən MN-nin 123 saylı əmrinin 81b,23c maddəsinin 2-ci qrafasına əsasən “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilməyi əsasında xx.xx.2023-cü il tarixində ordu sıralarından tərxis olunmuşdur. Tərxis olunduqdan sonra SHXÇDX-nin Laçın rayon bölməsi tərəfindən qanunsuz olaraq hərbi xidmətə göndrilməyi barədə xx.xx.2023-ci il tarixdə Respublika Hərbi Prokurorluğuna ünvanladığı müraciətinə cavab olaraq aparılan müvafiq araşdırmalar zamanı SHXÇDX-nin Laçın rayonu bölməsi tərəfindən düzgün şəhadətləndirilmədiyinin aşkara çıxdığı, xx.xx.2024-cü il tarixində cinayət haqqında məlumatın istintaq aidiyyəti göndərilməsi barədə qərarın qəbul edildiyi və material aidiyyəti üzrə verilməsi məsələsinə baxılmağı üçün Baş Prokurorluğuna göndərildiyi qeyd edilmişdir.SHXÇDX tərəfindən ünvanlanan xx.xx.2024-cü il tarixli, 3-43-94/2-Ş-31/41/24 nömrəli məktubdan da aydın olduğu üzrə, Respublika Neyrocərrahiyyə Xəstəxanasında keçirilən əlavə tibbi müayinələrin nəticələrinə dair müayinə aktlarında təyin olunmuş diaqnozlar SHXÇDX-nin Laçın rayon çağırış komissiyasının həkim-mütəxəssisi tərəfindən düzgün şəhadətləndirilməyərək barəsində yalnış qərarın verilməsinə səbəb olmuşdur. SHXÇDX-nin Laçın rayon bölməsinin hərbihəkim komissiyası tərəfindən yalnış şəhadətləndirilməyinin nəticəsi kimi o, xx.xx.2023-cü il tarixindən, xx.xx.2023-cü il tarixinədək “xidmətə yararsız” olduğu halda sırf məsul şəxslərin öz vəzifələrinə diqqətsiz, səhlənkar və laqeyd yanaşması səbəbindən təxminən 6 ay müddətində hərbi xidmət keçmək məcburiyyəti qarşısında qalmışdır. Cavabdeh inzibati orqan öz hakimiyyət funksiyalarını doğru və düzgün yerinə yetirməməsi səbəbindən ona vurulmuş ziyana görə kompensasiya ödənilməsi ilə bağlı etdiyi müraciət, Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ünvanlanmışdır.Müraciətinə SHXÇDX tərəfindən baxılmış və cavab olaraq xx.xx.2024-cü il tarixli, N°3-43-94/2-Ş-31/41/24 məktubla müddətli həqiqi hərbi xidmətə göndərilməyi ilə bağlı şəxsimə kopmensasiya ödənilməsinin qanunverciliklə nəzərdə tutulmadığı qeyd edilmişdir. İlk əvvəl bununla bağlı Nizami Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir.Nizami Rayon Məhkəməsi xx.xx.2024-cü il tarixli qəbul etdiyi qərardadı ilə: “iddiaçı SHXÇDX-nin Laçın bölməsinin olduğu yerə görə deyil, SHXÇDX-nin rəsmi qeydə alındığı yerə görə aidiyyatı məhkəməyə müraciət etməli və belə olan halda isə hazırkı tələbə ərazi aidiyyətinə görə Bakı Şəhəri Səbail Rayon Məhkəməsində baxılmalı” olduğunu izah edərək, işi geri qaytarmışdır. Lakin bu səfər də xx.xx.2024-cü il tarixində eyni tələbi ehtiva edən iddiası Səbail Rayon Məhkəməsi öz qətnaməsi ilə: “Hazırda isə iddiaçı hazırkı tələblə Xidmətin Laçın rayon Bölməsinə qarşı deyil, Xidmətin özünə qarşı müraciət etmişdir. İddia tələbinin təmin olunmaması qət edilmişdir. Bundan sonra tərəfindən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(009)-1318/2024 nömrəli qətnaməsindən Bakı Apellyasiya Məhkəməsinə şikayət verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il, 2(103)-5522/2024 nömrəli Qərardadı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(009)-1318/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə icraata Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən xitam verilməsi qərara almış və onun hazırkı tələblə inzibati orqana qarşı Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 2.2-ci maddəsində təsbit edilmiş aidiyyəti iddia ilə müvafiq inzibati məhkəmədə iddia qaldırmaq hüququmun olduğunu izah olunmuşdur İddia ərizəsi xx.xx.2024-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə daxil olmuşdur. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-15886/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. İnzibati iş xx.xx.2024-cü il tarixdə Şirvan İnzibati Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı izahat verərək cavabdeh inzibati orqan Nizami rayonunda yerləşdiyi üçün ilk dəfə Nizami Rayon Məhkəməsinə, sonradan Xidmətin yerləşdiyi yer üzrə Səbail Rayon Məhkəməsinə müraciət etdiyini, daha sonra isə Bakı İnzibati Məhkəməsinə müraciət etdiyini bildirdi. Hazırda məhkəmə tərəfindən aidiyyət məsələsinin mübahisələndirilməsinə etirazının olmadığını bildirdi. Faktiki hallar: Qaçqınların və X5 üzrə Dövlət Xidməti tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AA 472972 №-li məcburi köçkün vəsiqəsinin surətindən müəyyən olunur ki, Laçın rayonundan məcburi köçkün olan X1 rayonu, Sahil qəsəbəsi, Z.Qasımov 29/6 ünvanında məskunlaşmışdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın rayon Bölməsinin 343-41/2-200/25 №-li, xx.xx.2025-ci il tarixli cavab məktubundan müəyyən olunur ki, cavabdeh inzibati orqan hüquqi ünvanı AZ-1119, ünvan 2şir. ƏSASLANDİRMA HİSSƏSİ Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, Bakı İnzibati Məhkəməsi tərəfindən işin Şirvan İnzibati Məhkəməsinə aidiyyəti üzrə göndərilməsi İPM-nin tələblərinə uyğun olmamışdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İPM-nin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Bakı İnzibati Məhkəməsi tərəfindən ərazi aidiyyətinin müəyyən edilməsi üçün haqlı olaraq İPM-in 8-ci maddəsinə istinad olunsa da, hazırki işin cavabdeh inzibati orqanın yerləşdiyi ərazi üzrə baxılmalı olması ilə bağlı gəldiyi qənaət doğru olmamışdır. İPM-nin 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Belə ki, məhkəmənin müvafiq sorğusuna cavabdeh inzibati orqan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın rayon Bölməsinin 343-41/2-200/25 №-li, xx.xx.2025-ci il tarixli cavab məktubundan müəyyən olunur ki, cavabdeh inzibati orqan hüquqi ünvanı AZ-1119, ünvan 2şir. İnzibati işin materiallarından müəyyən olunduğu kimi, iş üzrə cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın rayon Bölməsinin səlahiyyətləri Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan Laçın rayonunu əhatə etsə də, faktiki olaraq həmin orqan hazırda Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 68 ünvanında fəaliyyət göstərir. Bu isə onu deməyə əsas verir ki, cavabdehin fəaliyyət ünvanı ünvan 3 olunan tələblərindən göründüyü kimi digər hallarda da iddialara cavabdehin yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. “Məhkəmələr və hakimlər” haqqında Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” 28 mart 2013-cü il tarixli Qərarında qeyd etmişdir ki, “Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. (...) hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. (...) Məhkəmə icraatının növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir. “Məhkəmələr və Hakimlər haqqında” Qanunun 43-cü maddəsinə əsasən inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na görə Nizami rayonu Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidlərinə daxildir (17.1-ci bənd). Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə, hazırkı iş üzrə səlahiyyətli məhkəmə Şirvan İnzibati Məhkəmə deyil, Bakı İnzibati Məhkəməsidir. Odur ki, məhkəmə inzibati iş üzrə fikir ayrılığının həll edilməsi məqsədilə iş materiallarının baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, İPM-in 9.1 və 9.1.3-cü maddələrinə əsasən, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə özünü səlahiyyətli saymadıqda ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmə müvafiq yuxarı məhkəmə instansiyası tərəfindən müəyyən edilir Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 9.1 və 9.1.3-cü maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın Rayon Bölməsinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iş üzrə fikir ayrılığının həll edilməsi məqsədilə iş materialları baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Rəşidə Quliyeva
Məhkəmə qərarları › İş №e-2-1(120)-2396/2025
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(120)-2396/2025
21.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver