Məhkəmə qərarları › İş №e-2-1(120)-2405/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(120)-2405/2025

07.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № e-2-1(120)-2405/2025 07.03.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, katib Abdullayev Cavid Tariyel oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı «siyahıya alınmış əmlakın satılması» barədə iddia tələbinə dair inzibati işə 07 mart 2025-ci il tarixdə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı 6 saylı Ərazi Vergilər İdarəsi Cavabdeh qarşı cavabdehin xx.xx.2024-cü il tarixə qeyd olunan borc məbləğindən Dövlət büdcəsinə ödənilməmiş 177401.75 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 269170.23 manat məbləğində siyahıya alınmış (Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan, Binə TM, sıra 8 yer 5-də yerləşən Cavabdeh məxsus Anbarda 835 kq 750 ədəd Çin istehsalı kişi paltarı, 5975 kq Çin istehsalı olan 11401 ədəd Kofta,3105 kq 5376 ədəd Pejama,1160 kq Çin istehsalı olan 18000 ədəd Alt paltarı,2360 kq 4320 cüt Çin istehsalı olan Batinka, 2874 kq 7852 ədəd Çin istehsalı olan Pejama dəsti, 394 kq 1900 ədəd Çin istehsalı olan Pejama Şalvarı, 292 kq 995 ədəd Çin istehsalı olan Kişi çantası, 387 kq 525 ədəd Çin istehsalı olan Yol çantası, 268 kq 3000 ədəd Çin istehsalı olan Kaşilok, 163 kq 1728 ədəd Çin istehsalı olan Kalkotka, 992 kq 2683 ədəd Çin istehsalı olan Lasin, 171 kq 2000 metr Çin istehsalı olan Kelyvoy parça, 94 kq 7480 ədəd Çin istehsalı olan Zikir sayan, 45 kq kv.m olan Canamaz, 169 kq 800 ədəd olan Süpərgə, 222 kq 4000 ədəd Streç salafan, 119 kq 360 ədəd Şahmat, 70 kq 900 ədəd olan PVC qol altlığı mot, 528 kq 1010 ədəd Nevdimka, 30 kq 16 ədəd Rezin proxladka, 7 kq 11500 ədəd Düymə, 267 kq 2 ədəd Qəlb, 96 kq 1728 ədəd Pudra, 3 kq 100 ədəd Adapter krosnu modem üçün, 13 kq 144 ədəd Skoç, 7223 kq 402778 Ətir şüşəsi, 349 kq 1872 ədəd Şüşə stəkan, 12 kq 315 cüt Eynək şüşəsi, 209 kq 4500 Plastik şotka, 212 kq 5000 ədəd Saxlama səbəti, 54 kq 1488 ədəd kiprik, 3097 kü 3459 ədəd Plastik muvaq, 167 kq 275 ədəd Üzqırxan maşinka, 12 kq 4 ədəd Qayçı, 13 kq 100 ədəd Şlanq, 22 kq 2 ədəd Tozsoran, 40 kq 1 ədəd Yelləncək, 324 kq 2800 ədəd Kabab çöpü, 22 kq 1 ədəd Qapı bloxu, 166 kq 2400 ədəd Qupxa, 8 kq 960 ədəd Karandaşyonan, 1 kq 5 ədəd Xətvurma üçün tabaşir, 1658 kq 2000 ədəd Şotka, 21 kq 10005 ədəd dərzi ruçkası,28 kq 200 ədəd Güzgü akssesuarı,7 kq 170 ədəd Çanta akssesuarı, 7 kq 90000 ədəd Knopka düymə, 2 kq 12 ədəd Köpük list, 213 kq 4800 ədəd Təsbeh, 706 kq 21 ədəd Paket, 2kq 2 ədəd etiket tapançası, 1 kq 4 ədəd etiket vuran iynə, 5 kq 40 ədəd etiket, 17 kq 3600 ədəd Muncuq qolbaq, 71 kq 1200 ədəd Muncuq, 15 kq 33 ədəd Stanok roliki, 3 kq 12 ədəd Stanok bıçağı, 306 kq 60000 ədəd Paltar zamok başlığı, 1083 kq 107000 ədəd Paltar zamoku, 77 kq 65000 ədəd Zamok başlığı, 165 kq iplik sap, 1 kq 1200 ədəd Ayaqqabı ipi, 23 kq 186 ədəd Lent, 13 kq 2500 ədəd İp, 119 kq 269 ədəd Bəzək qaş paltar üçün, 61 kq 90604 ədəd bəzək aksesuarı zapçastı, 97 kq 220 ədəd Bəzək subenir maşın içi, 79 kq 3600 ədəd Kiprik kleyi, 68 kq 3600 ədəd dırnaq kleyi, 117 kq 2000 kleyvoy, 131 kq 4320 ədəd Kosmetik maska, 314 kq 24000 ədəd Kosmetik fırça, 109 kq 1296 Tanalni, 45 kq 300 ədəd Tuş, 9 kq 720 ədəd dodaq nəmləndirici, 397 kq 10992 ədəd Pomada, 11 kq 200 ədəd Silikon dodaqlıq, 101 kq 2736 ədəd Dodaq parıldadıcı, 409 kq 3504 Ten, 158 kq 2880 Qaş kremi, 300 kq 1200 ədəd Sap, 27 kq 15750 ədəd Yaxalıq sancaq, 56 kq 3 ədəd Tikiş maşını stolu, 301 kq 4 ədəd Tikiş maşını, 35 kq 40000 ədəd Dəmir şpilka, 256 kq 100000 ədəd dəmir kruçok, 18 kq 5000 ədəd Dəmir düymə, 1437 kq 285 ədəd Dəmir kroşteyn, 564 kq 1000 ədəd Plastik tərəvəz doğrama, 544 kq 20340 ədəd Plastik xırda qab, 4 kq 1 ədəd Lazer urvin, 1 kq 1 ədəd Lazer urvin ayaqlıqları, 12 kq 100 ədəd Ütü altığı, 16 kq 1 ədəd Ütü stol üstülüyü, 1 kq 100 ədəd Plastik təmizləyən şpatel, 91 kq 150 ədəd plastik broşka) əmlakının vergi orqanı tərəfindən müəyyən edilən ticarət şəbəkələrində satılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdehin borcu yaranmış, bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləğini ödəmədiyinə görə öhdəliklərinin yerinə yetirilməsinin təminetmə üsulu kimi cavabdehin əmlakının siyahıya alınması barədə qərar çıxarılmış, həmin qərar əsasında yaranan borcuna görə əmlakı siyahıya alınmışdır. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borcun ödənilməyəcəyi təqdirdə siyahıya alınmış əmlakın vergi orqanı tərəfindən müəyyən edilən ticarət şəbəkələrində satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xəbərdarlıq məktubu göndərilsə də, cavabdeh tərəfindən borc ödənilməmişdir. Cavabdehin hal-hazırda 177401.75 manat ödənilməmiş borcu qalmışdır. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək tələbinə cavabdehin xx.xx.2024-cü il tarixdə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 177401.75 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 269170.23 manat məbləğində siyahıya alınmış (Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan, Binə TM, sıra 8 yer 5-də yerləşən Cavabdeh məxsus Anbarda 835 kq 750 ədəd Çin istehsalı kişi paltarı, 5975 kq Çin istehsalı olan 11401 ədəd Kofta,3105 kq 5376 ədəd Pejama,1160 kq Çin istehsalı olan 18000 ədəd Alt paltarı,2360 kq 4320 cüt Çin istehsalı olan Batinka, 2874 kq 7852 ədəd Çin istehsalı olan Pejama dəsti, 394 kq 1900 ədəd Çin istehsalı olan Pejama Şalvarı, 292 kq 995 ədəd Çin istehsalı olan Kişi çantası, 387 kq 525 ədəd Çin istehsalı olan Yol çantası, 268 kq 3000 ədəd Çin istehsalı olan Kaşilok, 163 kq 1728 ədəd Çin istehsalı olan Kalkotka, 992 kq 2683 ədəd Çin istehsalı olan Lasin, 171 kq 2000 metr Çin istehsalı olan Kelyvoy parça, 94 kq 7480 ədəd Çin istehsalı olan Zikir sayan, 45 kq kv.m olan Canamaz, 169 kq 800 ədəd olan Süpərgə, 222 kq 4000 ədəd Streç salafan, 119 kq 360 ədəd Şahmat, 70 kq 900 ədəd olan PVC qol altlığı mot, 528 kq 1010 ədəd Nevdimka, 30 kq 16 ədəd Rezin proxladka, 7 kq 11500 ədəd Düymə, 267 kq 2 ədəd Qəlb, 96 kq 1728 ədəd Pudra, 3 kq 100 ədəd Adapter krosnu modem üçün, 13 kq 144 ədəd Skoç, 7223 kq 402778 Ətir şüşəsi, 349 kq 1872 ədəd Şüşə stəkan, 12 kq 315 cüt Eynək şüşəsi, 209 kq 4500 Plastik şotka, 212 kq 5000 ədəd Saxlama səbəti, 54 kq 1488 ədəd kiprik, 3097 kü 3459 ədəd Plastik muvaq, 167 kq 275 ədəd Üzqırxan maşinka, 12 kq 4 ədəd Qayçı, 13 kq 100 ədəd Şlanq, 22 kq 2 ədəd Tozsoran, 40 kq 1 ədəd Yelləncək, 324 kq 2800 ədəd Kabab çöpü, 22 kq 1 ədəd Qapı bloxu, 166 kq 2400 ədəd Qupxa, 8 kq 960 ədəd Karandaşyonan, 1 kq 5 ədəd Xətvurma üçün tabaşir, 1658 kq 2000 ədəd Şotka, 21 kq 10005 ədəd dərzi ruçkası,28 kq 200 ədəd Güzgü akssesuarı,7 kq 170 ədəd Çanta akssesuarı, 7 kq 90000 ədəd Knopka düymə, 2 kq 12 ədəd Köpük list, 213 kq 4800 ədəd Təsbeh, 706 kq 21 ədəd Paket, 2kq 2 ədəd etiket tapançası, 1 kq 4 ədəd etiket vuran iynə, 5 kq 40 ədəd etiket, 17 kq 3600 ədəd Muncuq qolbaq, 71 kq 1200 ədəd Muncuq, 15 kq 33 ədəd Stanok roliki, 3 kq 12 ədəd Stanok bıçağı, 306 kq 60000 ədəd Paltar zamok başlığı, 1083 kq 107000 ədəd Paltar zamoku, 77 kq 65000 ədəd Zamok başlığı, 165 kq iplik sap, 1 kq 1200 ədəd Ayaqqabı ipi, 23 kq 186 ədəd Lent, 13 kq 2500 ədəd İp, 119 kq 269 ədəd Bəzək qaş paltar üçün, 61 kq 90604 ədəd bəzək aksesuarı zapçastı, 97 kq 220 ədəd Bəzək subenir maşın içi, 79 kq 3600 ədəd Kiprik kleyi, 68 kq 3600 ədəd dırnaq kleyi, 117 kq 2000 kleyvoy, 131 kq 4320 ədəd Kosmetik maska, 314 kq 24000 ədəd Kosmetik fırça, 109 kq 1296 Tanalni, 45 kq 300 ədəd Tuş, 9 kq 720 ədəd dodaq nəmləndirici, 397 kq 10992 ədəd Pomada, 11 kq 200 ədəd Silikon dodaqlıq, 101 kq 2736 ədəd Dodaq parıldadıcı, 409 kq 3504 Ten, 158 kq 2880 Qaş kremi, 300 kq 1200 ədəd Sap, 27 kq 15750 ədəd Yaxalıq sancaq, 56 kq 3 ədəd Tikiş maşını stolu, 301 kq 4 ədəd Tikiş maşını, 35 kq 40000 ədəd Dəmir şpilka, 256 kq 100000 ədəd dəmir kruçok, 18 kq 5000 ədəd Dəmir düymə, 1437 kq 285 ədəd Dəmir kroşteyn, 564 kq 1000 ədəd Plastik tərəvəz doğrama, 544 kq 20340 ədəd Plastik xırda qab, 4 kq 1 ədəd Lazer urvin, 1 kq 1 ədəd Lazer urvin ayaqlıqları, 12 kq 100 ədəd Ütü altığı, 16 kq 1 ədəd Ütü stol üstülüyü, 1 kq 100 ədəd Plastik təmizləyən şpatel, 91 kq 150 ədəd plastik broşka) əmlakının əmlakının vergi orqanı tərəfindən müəyyən edilən ticarət şəbəkələrində satılması barədə qərar çıxarılması kimi baxılmasını xahiş etmişdir. Ərizə protokol vasitəsilə qəbul edilərək iş materiallarına əlavə edilmişdir. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı və cavabdeh lazımi qaydada xəbərdar edilmişdir. İddiaçının nümayəndəsi və cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmiş və işə iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İşin materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, vergi ödəyicisi olan cavabdeh öhdəliklərini yerinə yetirmədiyindən onun ümumilikdə 177401.75 manat məbləğində borcu yaranmışdır. İşdən görünür ki, vergi orqanı olan iddiaçı bildiriş(lər)lə yaranmış borcun 5 gün müddətində ödənilməsinin təmin edilməsini cavabdehdən tələb etmiş, cavabdeh həmin müddət ərzində borcun ödənilməsini təmin etməmişdir. İşə əlavə edilən sənədlərdən görünür ki, yaranmış borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən vergi orqanının xx.xx.2024-cü il tarixli qərarı əsasında xx.xx.2024-cü il tarixli protokol və həmin protokola əlavə ilə cavabdehə məxsus əmlak –( Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan, Binə TM, sıra 8 yer 5-də yerləşən Cavabdeh məxsus Anbarda 835 kq 750 ədəd Çin istehsalı kişi paltarı, 5975 kq Çin istehsalı olan 11401 ədəd Kofta,3105 kq 5376 ədəd Pejama,1160 kq Çin istehsalı olan 18000 ədəd Alt paltarı,2360 kq 4320 cüt Çin istehsalı olan Batinka, 2874 kq 7852 ədəd Çin istehsalı olan Pejama dəsti, 394 kq 1900 ədəd Çin istehsalı olan Pejama Şalvarı, 292 kq 995 ədəd Çin istehsalı olan Kişi çantası, 387 kq 525 ədəd Çin istehsalı olan Yol çantası, 268 kq 3000 ədəd Çin istehsalı olan Kaşilok, 163 kq 1728 ədəd Çin istehsalı olan Kalkotka, 992 kq 2683 ədəd Çin istehsalı olan Lasin, 171 kq 2000 metr Çin istehsalı olan Kelyvoy parça, 94 kq 7480 ədəd Çin istehsalı olan Zikir sayan, 45 kq kv.m olan Canamaz, 169 kq 800 ədəd olan Süpərgə, 222 kq 4000 ədəd Streç salafan, 119 kq 360 ədəd Şahmat, 70 kq 900 ədəd olan PVC qol altlığı mot, 528 kq 1010 ədəd Nevdimka, 30 kq 16 ədəd Rezin proxladka, 7 kq 11500 ədəd Düymə, 267 kq 2 ədəd Qəlb, 96 kq 1728 ədəd Pudra, 3 kq 100 ədəd Adapter krosnu modem üçün, 13 kq 144 ədəd Skoç, 7223 kq 402778 Ətir şüşəsi, 349 kq 1872 ədəd Şüşə stəkan, 12 kq 315 cüt Eynək şüşəsi, 209 kq 4500 Plastik şotka, 212 kq 5000 ədəd Saxlama səbəti, 54 kq 1488 ədəd kiprik, 3097 kü 3459 ədəd Plastik muvaq, 167 kq 275 ədəd Üzqırxan maşinka, 12 kq 4 ədəd Qayçı, 13 kq 100 ədəd Şlanq, 22 kq 2 ədəd Tozsoran, 40 kq 1 ədəd Yelləncək, 324 kq 2800 ədəd Kabab çöpü, 22 kq 1 ədəd Qapı bloxu, 166 kq 2400 ədəd Qupxa, 8 kq 960 ədəd Karandaşyonan, 1 kq 5 ədəd Xətvurma üçün tabaşir, 1658 kq 2000 ədəd Şotka, 21 kq 10005 ədəd dərzi ruçkası,28 kq 200 ədəd Güzgü akssesuarı,7 kq 170 ədəd Çanta akssesuarı, 7 kq 90000 ədəd Knopka düymə, 2 kq 12 ədəd Köpük list, 213 kq 4800 ədəd Təsbeh, 706 kq 21 ədəd Paket, 2kq 2 ədəd etiket tapançası, 1 kq 4 ədəd etiket vuran iynə, 5 kq 40 ədəd etiket, 17 kq 3600 ədəd Muncuq qolbaq, 71 kq 1200 ədəd Muncuq, 15 kq 33 ədəd Stanok roliki, 3 kq 12 ədəd Stanok bıçağı, 306 kq 60000 ədəd Paltar zamok başlığı, 1083 kq 107000 ədəd Paltar zamoku, 77 kq 65000 ədəd Zamok başlığı, 165 kq iplik sap, 1 kq 1200 ədəd Ayaqqabı ipi, 23 kq 186 ədəd Lent, 13 kq 2500 ədəd İp, 119 kq 269 ədəd Bəzək qaş paltar üçün, 61 kq 90604 ədəd bəzək aksesuarı zapçastı, 97 kq 220 ədəd Bəzək subenir maşın içi, 79 kq 3600 ədəd Kiprik kleyi, 68 kq 3600 ədəd dırnaq kleyi, 117 kq 2000 kleyvoy, 131 kq 4320 ədəd Kosmetik maska, 314 kq 24000 ədəd Kosmetik fırça, 109 kq 1296 Tanalni, 45 kq 300 ədəd Tuş, 9 kq 720 ədəd dodaq nəmləndirici, 397 kq 10992 ədəd Pomada, 11 kq 200 ədəd Silikon dodaqlıq, 101 kq 2736 ədəd Dodaq parıldadıcı, 409 kq 3504 Ten, 158 kq 2880 Qaş kremi, 300 kq 1200 ədəd Sap, 27 kq 15750 ədəd Yaxalıq sancaq, 56 kq 3 ədəd Tikiş maşını stolu, 301 kq 4 ədəd Tikiş maşını, 35 kq 40000 ədəd Dəmir şpilka, 256 kq 100000 ədəd dəmir kruçok, 18 kq 5000 ədəd Dəmir düymə, 1437 kq 285 ədəd Dəmir kroşteyn, 564 kq 1000 ədəd Plastik tərəvəz doğrama, 544 kq 20340 ədəd Plastik xırda qab, 4 kq 1 ədəd Lazer urvin, 1 kq 1 ədəd Lazer urvin ayaqlıqları, 12 kq 100 ədəd Ütü altığı, 16 kq 1 ədəd Ütü stol üstülüyü, 1 kq 100 ədəd Plastik təmizləyən şpatel, 91 kq 150 ədəd plastik broşka) siyahıya alınmışdır. İş materiallarında olan “Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında” xx.xx.2024-cü il tarixli aktdan görünür ki, siyahıya alınmış əmlak Cavabdeh məsul saxlanmaya verilmişdir. Cavabdeh aktı və protokolu imzalayaraq surətlərini almışdır. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, cavabdehdən borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq edilmiş, borc ödənilmədiyindən tərəflər arasında hazırki mübahisə yaranmışdır. İş materiallarında olan “Hüquqi şəxs haqqında məlumat”dan görünür ki, cavabdeh (VÖEN:**********) Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatdadır. Göründüyü kimi, cavabdehin borcu yaranmış və vergi öhdəliyini lazımınca yerinə yetirməyərək həmin borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilməmişdir. Buna görə də, iddiaçı mövcud tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir: “Sosial sığorta haqqında” xx.xx.1997-ci il tarixli Azərbaycan Respublikası Qanunun 9-cu və 11-ci maddələri ilə sığortaçının üzərinə sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək, sığorta olunanın üzərinə isə sosial sığorta haqqını vaxtında ödəmək vəzifələri qoyulmuşdur. 18-ci maddəsinin ikinci hissəsinə əsasən, məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə məcburi dövlət sosial sığortası sahəsində idarəetməni müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.3-cü bəndinə əsasən, həmin Qanunun 9-cu maddəsinin birinci hissəsinin ikinci və dördüncü abzaslarında, ikinci hissəsinin beşinci və altıncı abzaslarında, 10-cu maddəsinin dördüncü (hər iki halda) və beşinci abzaslarında, 13.1-ci maddəsində, 13.2-ci maddəsinin birinci və ikinci cümlələrində, 13.3-cü (birinci halda) və 13.4-cü maddələrində, 18-ci maddəsinin birinci hissəsinin altıncı abzasında və ikinci hissəsində, 29-cu maddəsində “orqan” dedikdə Azərbaycan Respublikasının Vergilər Nazirliyi nəzərdə tutulur. Qanunvericiliyin tələbinə görə vergi öhdəliklərini və məcburi dövlət sosial sığorta haqqlarını tam həcmdə və vaxtında yerinə yetirmək hər kəsin borcudur. Lakin cavabdeh qanunla üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməyərək, dövlət büdcəsinə olan borcunu ödəməmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən, bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Həmin Məcəllənin 23.1.15-1-ci maddəsinə əsasən hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Göstərilən Məcəllənin 77.3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Həmin Məcəllənin 89.7-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. Həmin Məcəllənin 89.10-cu maddəsinə əsasən siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı əmlakın fotoşəkli ilə birlikdə protokola əlavə edilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. 90.1-ci maddəsinə görə vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə İcbari Tibbi Sığorta Fonduna yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. 90.4-cü maddəsinə əsasən, əmlakın satılmasından əldə edilən məbləğlər əvvəlcə tənbeh tədbirinin yönəldilməsi və əmlakın satışı üzrə xərclərin, sonra isə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə İcbari Tibbi Sığorta Fonduna yaranmış borcların ödənilməsinə yönəldilir. Vəsaitin qalan hissəsi vergi ödəyicisinin yeni borcu yaranmadıqda 3 bank günü ərzində vergi ödəyicisinə qaytarılır. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikasıl Prezidenti 30 avqust 2000-ci il tarixli 393 nömrəli Fərmanının 1.40-1-ci bəndinə əsasən, həmin Məcəllənin 23.1.15-1-ci, 90.1-ci maddələrində, 90.3-cü maddəsinin birinci hissəsində və 90.3.2-ci maddəsinin birinci və ikinci cümlələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, vergi ödəyicisinin üzərinə qanunla müəyyən edilmiş vergiləri və digər ödənişləri ödəmək vəzifəsi qoyulduğundan və o, vergi və digər borcların ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdeh olduğundan, iddia təmin edilərək, cavabdehin borcunun ödənilməsini təmin etmək məqsədi ilə ona məxsus olan siyahıya alınmış əmlakı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti vasitəsilə satılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq, Qəraraaldı: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixinə Dövlət büdcəsinə ödənilməmiş 177401.75 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 6 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2024-cü il tarixli protokoluna əsasən 269170.23 manat məbləğində siyahıya alınmış əmlakı (Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan, Binə TM, sıra 8 yer 5-də yerləşən Cavabdeh məxsus Anbarda 835 kq 750 ədəd Çin istehsalı kişi paltarı, 5975 kq Çin istehsalı olan 11401 ədəd Kofta,3105 kq 5376 ədəd Pejama,1160 kq Çin istehsalı olan 18000 ədəd Alt paltarı,2360 kq 4320 cüt Çin istehsalı olan Batinka, 2874 kq 7852 ədəd Çin istehsalı olan Pejama dəsti, 394 kq 1900 ədəd Çin istehsalı olan Pejama Şalvarı, 292 kq 995 ədəd Çin istehsalı olan Kişi çantası, 387 kq 525 ədəd Çin istehsalı olan Yol çantası, 268 kq 3000 ədəd Çin istehsalı olan Kaşilok, 163 kq 1728 ədəd Çin istehsalı olan Kalkotka, 992 kq 2683 ədəd Çin istehsalı olan Lasin, 171 kq 2000 metr Çin istehsalı olan Kelyvoy parça, 94 kq 7480 ədəd Çin istehsalı olan Zikir sayan, 45 kq kv.m olan Canamaz, 169 kq 800 ədəd olan Süpərgə, 222 kq 4000 ədəd Streç salafan, 119 kq 360 ədəd Şahmat, 70 kq 900 ədəd olan PVC qol altlığı mot, 528 kq 1010 ədəd Nevdimka, 30 kq 16 ədəd Rezin proxladka, 7 kq 11500 ədəd Düymə, 267 kq 2 ədəd Qəlb, 96 kq 1728 ədəd Pudra, 3 kq 100 ədəd Adapter krosnu modem üçün, 13 kq 144 ədəd Skoç, 7223 kq 402778 Ətir şüşəsi, 349 kq 1872 ədəd Şüşə stəkan, 12 kq 315 cüt Eynək şüşəsi, 209 kq 4500 Plastik şotka, 212 kq 5000 ədəd Saxlama səbəti, 54 kq 1488 ədəd kiprik, 3097 kü 3459 ədəd Plastik muvaq, 167 kq 275 ədəd Üzqırxan maşinka, 12 kq 4 ədəd Qayçı, 13 kq 100 ədəd Şlanq, 22 kq 2 ədəd Tozsoran, 40 kq 1 ədəd Yelləncək, 324 kq 2800 ədəd Kabab çöpü, 22 kq 1 ədəd Qapı bloxu, 166 kq 2400 ədəd Qupxa, 8 kq 960 ədəd Karandaşyonan, 1 kq 5 ədəd Xətvurma üçün tabaşir, 1658 kq 2000 ədəd Şotka, 21 kq 10005 ədəd dərzi ruçkası,28 kq 200 ədəd Güzgü akssesuarı,7 kq 170 ədəd Çanta akssesuarı, 7 kq 90000 ədəd Knopka düymə, 2 kq 12 ədəd Köpük list, 213 kq 4800 ədəd Təsbeh, 706 kq 21 ədəd Paket, 2kq 2 ədəd etiket tapançası, 1 kq 4 ədəd etiket vuran iynə, 5 kq 40 ədəd etiket, 17 kq 3600 ədəd Muncuq qolbaq, 71 kq 1200 ədəd Muncuq, 15 kq 33 ədəd Stanok roliki, 3 kq 12 ədəd Stanok bıçağı, 306 kq 60000 ədəd Paltar zamok başlığı, 1083 kq 107000 ədəd Paltar zamoku, 77 kq 65000 ədəd Zamok başlığı, 165 kq iplik sap, 1 kq 1200 ədəd Ayaqqabı ipi, 23 kq 186 ədəd Lent, 13 kq 2500 ədəd İp, 119 kq 269 ədəd Bəzək qaş paltar üçün, 61 kq 90604 ədəd bəzək aksesuarı zapçastı, 97 kq 220 ədəd Bəzək subenir maşın içi, 79 kq 3600 ədəd Kiprik kleyi, 68 kq 3600 ədəd dırnaq kleyi, 117 kq 2000 kleyvoy, 131 kq 4320 ədəd Kosmetik maska, 314 kq 24000 ədəd Kosmetik fırça, 109 kq 1296 Tanalni, 45 kq 300 ədəd Tuş, 9 kq 720 ədəd dodaq nəmləndirici, 397 kq 10992 ədəd Pomada, 11 kq 200 ədəd Silikon dodaqlıq, 101 kq 2736 ədəd Dodaq parıldadıcı, 409 kq 3504 Ten, 158 kq 2880 Qaş kremi, 300 kq 1200 ədəd Sap, 27 kq 15750 ədəd Yaxalıq sancaq, 56 kq 3 ədəd Tikiş maşını stolu, 301 kq 4 ədəd Tikiş maşını, 35 kq 40000 ədəd Dəmir şpilka, 256 kq 100000 ədəd dəmir kruçok, 18 kq 5000 ədəd Dəmir düymə, 1437 kq 285 ədəd Dəmir kroşteyn, 564 kq 1000 ədəd Plastik tərəvəz doğrama, 544 kq 20340 ədəd Plastik xırda qab, 4 kq 1 ədəd Lazer urvin, 1 kq 1 ədəd Lazer urvin ayaqlıqları, 12 kq 100 ədəd Ütü altığı, 16 kq 1 ədəd Ütü stol üstülüyü, 1 kq 100 ədəd Plastik təmizləyən şpatel, 91 kq 150 ədəd plastik broşka) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti vasitəsilə satılsın. Əmlakın satışından əldə edilmiş pulun qalan hissəsi Cavabdeh qaytarılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Məhkəmə qərarından şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar