Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № e-2-1(120)-2411/2025 10.12.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Əlişova Nuridə Əliverdi qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «X9 arasında bağlanmış 07 noyabr 2017-ci il tarixli, 62 saylı müddətsiz kirayə müqaviləsinin ləğv edilməsi» tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı «X9 arasında bağlanmış 07 noyabr 2017-ci il tarixli, 62 saylı müddətsiz kirayə müqaviləsinin ləğv edilməsi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinin tələbinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-2411/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardada əsasən, X9 zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddia onunla əsaslandırılmışdır ki, Salyan şəhəri, 20 Yanvar küçəsi 1 saylı kommunal bina Azərbaycan Dövlət Dəmir Yol tərəfindən Salyan "xxxx" MMC-yə 21 iyun 2002-ci ildə AKT və Akta əlavə edilmiş siyahı əsasında təhvil verilmişdir. Daxil olan siyahıda Salyan şəhəri, 20 Yanvar küçəsi 1 saylı evin 4 saylı mənzili 14 nömrəli sətirdə Nağıyeva (Məcidova) Pakizə Mirzağa qızının adına qeyd edilmişdir. Cavabdeh Başçısı tərəfindən 30 may 2012-ci il tarixli 499 saylı məktubu əsasında mənzil İddiaçı oğlu X6 adına keçirilmişdir. 20 oktyabr 2017-ci il tarixdə X22 vəfat etdiyindən Cavabdeh 06 noyabr 2017-ci il tarixli 643 saylı məktubu əsasında Salyan şəhəri, 20 Yanvar küçəsi 1 saylı evin 4 saylı mənzili X6 adından arvadı X2 adına keçirilməsi üçün 07 noyabr 2017-ci il tarixli 62 saylı müddətsiz kirayyə müqaviləsi bağlanmışdır. Məcidova (Nağıyeva) Pakizə Mirzağa qızı həmin vaxtdan göstərilən mənzildə yaşayır. Hal-hazırda Salyan şəhəri, 20 Yanvar küçəsi 1 saylı evin 4 saylı mənzilini İddiaçı öz adına keçirtmək istəyir. Cavabdehnə sosial kirayə müqaviləsinin ləğv edilməsi ilə əlaqədar müraciət etsə də, hal-hazıra kimi ona rəsmi cavab verməmişlər. Göründüyü kimi cavabdeh tərəf artıq 35 gündən çoxdur ki, onun ərizəsinə rəsmi cavab vermir. Ona görə də məhkəmədə iddia qaldırmaq məcburiyyətindədir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. Belə ki, iş materiallarına əlavə olunmuş: - İşdə olan AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci il təvəllüdlüdür, ünvan 1 ünvanında qeydiyyatdadır. - İşdə olan Azərbaycan Respublikası Cavabdeh Salyan Mənzil İstismar Təmir Tikinti İstehsal Birliyi Məhdud Məsuliyyətli Cəmiyyətinin məktubuna əsasən, Salyan şəhəri, 20 Yanvar küçəsi 4 saylı kommunal bina Azərbaycan Dövlət Dəmir yol tərəfindən "xxxx" MMC-yə 21 iyun 2002-ci ildə AKT və Akta əlavə olunmuş siyahı əsasında təhvil verilmişdir. Daxil olan siyahıda 20 Yanvar küçəsi, ev 4, mənzil 1 14 nömrəli sətirdə Nağıyeva (Məcidova) Pakizə Mirzağa qızı qeyd olunub. Cavabdeh Başçısı tərəfindən 30 may 2012ci il tarixli, 499 saylı məktubu əsasında mənzil İddiaçı X6 adına keçirilmişdir. xx.xx.2017-ci ildə X22 vəfat edib. Cavabdeh xx.xx.2017-ci il tarixli, 643 saylı məktubu əsasında Salyan şəhəri 20 Yanvar küçəsi ev 4, saylı mənzil mərhum X6 adından arvadı X3 adına keçirilmişdir. Hal-hazırda “MİTTİB" MMC və X3 arasında xx.xx.2017-ci il, 62 saylı müddətsiz kirayə müqavilə bağlanıb. Həmİn mənzildə pasport qeydiyyatında olanların adları: Hüseynov Aydın Tarverdi oğlu, X33, X4, X23, X29, X24, X14, X9, X25, X26, X15, X16, X38. - İşdə olan Cavabdeh Salyan Mənzil İstismar Təmir Tikinti İstehsalat Birliyinə ünvanlanmış xx.xx.2017-ci il tarixli, 643 saylı məktubuna əsasən, ünvan 4 ünvanda yaşayan X3 mərhum əri X6 adına olan mənzilin onun adına sənədləşdirilməsi üçün müraciəti araşdırılmış və məlum olmuşdur ki, X10 faktiki olaraq 2008-ci ildən həmin mənzildə yaşayır. Yuxarıda qeyd olunanları nəzərə alaraq həmin mənzilin Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 59-cu maddəsinin müddəalarına və Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.9.8 bəndinə müvafiq olaraq ünvan 4 ünvanda yaşayan X3 adına rəsmiləşdirilməsi üçün sənədləşmənin aparılması və onunla müddətsiz sosial kirayə müqaviləsinin bağlanması tapşırılır. - İşdə olan Salyan Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli arayışın surətindən görünür ki, X30 xx.xx.2015-ci il tarixdə beyin ödəmi səbəbindən ölmüşdür. - İşdə olan Salyan Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli arayışın surətindən görünür ki, X22 xx.xx.2017-ci il tarixdə beyin ödəmi səbəbindən ölmüşdür. - İşdə olan Cavabdeh Salyan Mənzil İstismar Təmir Tikinti İstehsalat Birliyi MMC-nin iddiaçının nümayəndəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 416 saylı məktubuna əsasən, Salyan şəhəri, 20 Yanvar küçəsi, 4 saylı kommunal bina Cavabdeh Başçısı tərəfindən verilmiş məktub əsasında X3 adına xx.xx.2017-ci il, 62 saylı müddətsiz kirayə müqaviləsi bağlanıb. Müqavilənin ləğv edilməsi əsassızdır. - "xxxx" QSC-nin məktubuna əsasən, Cəmiyyətin arxiv bölməsinə mənzillə bağlı hər hansı bir sənəd verilməmişdir. - İşdə olan Cavabdeh Salyan Mənzil İstismar Təmir Tikinti İstehsalat Birliyi MMC-nin 1.04.2025-ci il tarixli, 15 saylı məktubuna əsasən, Salyan şəhəri 20 Yanvar küçəsi 4 saylı kommunal bina Azərbaycan Dövlət Dəmir yol tərəfindən "MİTTİB”MMC-yə 21 iyun 2002-ci ildə AKT və Akta əlavə olunmuş siyahı əsasında təhvil verilmişdir. Daxil olan siyahıda 20 Yanvar küçəsi ev 4, mənzil 1 14 nömrəli sətirdə Nağıyeva (Məcidova)Pakizə Mirzağa qızı qeyd olunub. Cavabdeh Başçısı tərəfindən 30 may 2012-ci il tarixli 499 saylı məktubu əsasında mənzil İddiaçı oğlu X6 adına keçirilmişdir. xx.xx.2017-ci ildə X22 vəfat edib. Cavabdeh xx.xx.2017-ci il tarixli, 643 saylı məktubu əsasında Salyan şəhəri 20 Yanvar küçəsi ev 4,mənzil 1 mərhum X6 adından arvadı X3 adına keçirilmişdir. X3 adına xx.xx.2017-ci il, 62 saylı müddətsiz kirayə müqaviləsi bağlanıb. Həmin mənzildə halhazırda X7 yaşayır. - İşdə olan "xxxx" QSC-nin xx.xx.2002-ci il tarixli aktına əsasən, Azərbaycan Dövlət Dəmir Yolu ilə Azərbaycan Respublikası Salyan Rayon İcra Hakımiyyəti Başçısının birgə imzaladıqları 32 saylı, 21 iyun 2002-ci tarixli əmrinə uyğun olaraq, Azərbaycan Dövlət Dəmir Yoluna məxsus mövcud mənzil fondu, Cavabdeh balansına əvəzsiz olaraq verilmişdir: Salyan şəhəri, 20 Yanvar küçəsində yerləşən yaşayış binası və s. - İşdə olan xx.xx.2017-ci il tarixli, 62 saylı müqavilədən görünür ki, Salyan Mənzil İstismar Təmir Tikinti İstehsalat Birliyi MMC ilə X9 arasında müqavilə bağlanmış və Salyan şəhəri, 20 Yanvar küçəsi ev 1, 4 saylı mənzil Salyan Mənzil İstismar Təmir Tikinti İstehsalat Birliyi MMC tərəfindən iddiaçıya müddətsiz icarəyə verilmişdir. - "xxxx" QSC-nin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubuna əsasən, X11 "xxxx" QSC tərəfindən mənzilin ayrılması barədə hər hansı məlumat aşkarlanmamışdır. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2025-ci il tarixli məktubuna əsasən, Salyan şəhəri, 20 Yanvar küçəsi ev 1, 4 saylı mənzildə qeydiyyatda olan şəxslərə dair məlumatlar göndərilmişdir: Hüseynova Ömür Babək qızı, Hüseynov Həsənağa Natiq oğlu, X12, X17, Hüseynova Nigar Telman qızı, X18, Hüseynova Həyat Babək qızı, X8, X27, X28, X19, X13, X20. Azərbaycan Respublikasının Mənzili Məcəlləsi (01 oktyabr 2009-cu il tarixədək olan) Maddə 53. İcarədarın ailə üzvlərinin hüquq və vəzifələri İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Maddə 60. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsinin saxlanması İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. ... Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Maddə 61. İcarədar müvəqqəti başqa yerə getdikdə yaşayış sahəsindən istifadə hüququ İcarədarı müvəqqəti başqa yerə getmiş yaşayış sahəsində yaşayan ailə üzvləri qaldıqları bütün sahədən əvvəlki şərtlərlə istifadə etmək ixtiyarına malikdirlər; həm də onlar bu sahənin icarə müqaviləsinə əsasən bütün hüquqları həyata keçirir və bütün vəzifələri daşıyırlar. İstifadə hüququ müvəqqəti başqa yerə getmiş vətəndaş üçün saxlanan mənzil sahəsi artıq mənzil sahəsi sayılmır. Maddə 62. Müvəqqəti başqa yerə getmiş icarədarın vəzifələri İcarədarın müvəqqəti başqa yerə getməsi, onu yaşayış sahəsini icarə müqaviləsi üzrə bütün vəzifələri yerinə yetirməkdən azad etmir. Maddə 68. Yaşayış sahəsinin dəyişdirilməsi Yaşayış sahəsinin icarədarı onunla birlikdə yaşayan ailə üzvlərinin, o cümlədən müvəqqəti başqa yerə getmiş ailə üzvlərinin yazılı razılığı ilə yaşayış sahəsini başqa icarədar və ya mənzil-tikinti kooperativinin üzvü ilə, o cümlədən başqa yaşayış məntəqəsində yaşayan icarədar və ya mənzil-tikinti kooperativinin üzvü, ilə dəyişdirmək ixtiyarına malikdir. Maddə 85. Ailənin digər üzvünün icarədar hesab edilməsi nəticəsində yaşayış sahəsini icarə müqaviləsinin dəyişdirilməsi İcarədarın ailə üzvü yaşayış sahəsinin bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə onun ailə üzvlərinin hər birinin belə hüququ vardır.
14. Azərbaycan Respublikası Mənzil Məcəlləsi (xx.xx.2009-cu ildən qüvvədə olan). Maddə 56.4 Bu Məcəllənin tələblərinə uyğun olaraq sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin verilməsinə dair qərar bu qərarda göstərilən müddətdə müvafiq sosial kirayə müqaviləsinin bağlanması üçün əsasdır. Maddə 62.1 Yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır. Məhkəmə hesab edir ki, hazırkı növ iddialara baxılması zamanı məhkəmə təkcə cavabdehin mövqeyi ilə kifayətlənməyib iddianın mahiyyəti üzrə qiymətləndirilməsində bütün faktiki və hüquqi halların mövcudluğuna münasibət bildirməli, bütün zəruri faktiki şərtlər yoxlanılmalıdır. Məhkəmə tərəfindən iş materialları araşdırılaraq müəyyən edilmişdir ki, iddiaçı məhkəməyə müraciət edərək iddia etmişdir ki, Salyan şəhəri, 20 Yanvar küçəsi 1 saylı kommunal bina Azərbaycan Dövlət Dəmir Yol tərəfindən Salyan "xxxx" MMC-yə 21 iyun 2002-ci ildə AKT və Akta əlavə edilmiş siyahı əsasında təhvil verilmişdir. Daxil olan siyahıda Salyan şəhəri, 20 Yanvar küçəsi 1 saylı evin 4 saylı mənzili 14 nömrəli sətirdə Nağıyeva (Məcidova) Pakizə Mirzağa qızının adına qeyd edilmişdir. Cavabdeh Başçısı tərəfindən 30 may 2012-ci il tarixli 499 saylı məktubu əsasında mənzil İddiaçı oğlu X6 adına keçirilmişdir. 20 oktyabr 2017-ci il tarixdə X22 vəfat etdiyindən Cavabdeh 06 noyabr 2017-ci il tarixli 643 saylı məktubu əsasında Salyan şəhəri, 20 Yanvar küçəsi 1 saylı evin 4 saylı mənzili X6 adından arvadı X3 adına keçirilməsi üçün 07 noyabr 2017-ci il tarixli 62 saylı müddətsiz kirayə müqaviləsi bağlanmışdır. Məcidova (Nağıyeva) Pakizə Mirzağa qızı həmin vaxtdan göstərilən mənzildə yaşayır. Hal-hazırda Salyan şəhəri, 20 Yanvar küçəsi 1 saylı evin 4 saylı mənzilini İddiaçı öz adına keçirtmək istəyir. Məhkəmə tərəfindən ilk öncə nəzərə çatdırılır ki, iddiaçının iddia etdiyi Salyan şəhəri, 20 Yanvar küçəsi 1 saylı kommunal binanın ilk öncə Nağıyeva (Məcidova) Pakizə Mirzağa qızının adına qeydə alınması barədə hüquqmüəyyənedici sənədlər müəyyən edilməmişdir. Belə ki, iddiaçının mərhum oğlu X22 ilə cavabdeh orqan arasında 2012-ci il tarixdə sosial kirayə müqaviləsi bağlandığı ərəfədə İddiaçı tərəfindən hər hansı etiraz edilməmiş və ya məhkəmə mübahisəsi olmamışdır. İddiaçının oğlu B.Hüseynov xx.xx.2017-ci ildə vəfat etdikdən sonra Cavabdeh xx.xx.2017-ci il tarixli, 643 saylı məktubu əsasında Salyan şəhəri, 20 Yanvar küçəsi ev 4, 1 saylı mənzil ilə bağlı X3 adına xx.xx.2017-ci il, 62 saylı müddətsiz kirayə müqaviləsi bağlanmışdır. Məhkəmə tərəfindən iş materialları araşdırılaraq hesab edilir ki, xx.xx.2017-ci il, 62 saylı müddətsiz kirayə müqaviləsi qanuna müvafiq qaydada tərtib edilmişdir, hər hansı pozuntuya yol verilməmişdir, qanuna zidd deyildir. Bu halda xx.xx.2017-ci il, 62 saylı müddətsiz kirayə müqaviləsi ləğv edilə bilməz. Məhkəmə həmçinin qeyd edir ki, X3 iştirakı məhkəmə tərəfindən təmin edilə bilməmişdir və mübahisəli mənzildən hansı səbəb və əsaslar üzrə getməsi məhkəməyə məlum olmamışdır. Məhkəmə tərəfindən həmin mənzildə hal-hazırda X7 yaşaması, Səbinə Hüseynovanın isə yaşamadığı müəyyən edilmişdir. Məhkəmə tərfəindən qeyd edilir ki, Salyan şəhəri, 20 Yanvar küçəsi ev 4, 1 saylı mənzilin hazırkı icarədarı X5r və X1-salamatdır, başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi barədə məhkəmə qətnaməsi və ya ölümü haqqında akt qeydi, yaxud mənzilin kirayə müqaviləsinin iddiaçının adına dəyişdirilməsinə razılığı təqdim olunmamışdır, buna görə də iddia tələbi əsaslı sayıla bilməz. Qeyd olunmalıdır ki, iddiaçının mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyatda deyil, hazırda iddiaçının mənzildə yaşaması onun hazırkı müzakirə edilən hüquqi statusuna əlverişli təsir göstərmir. Çünki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” AR Qanununun 1-ci maddəsinə görə, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Plenumunun Qərarında qeyd edilmişdir ki, icarədarın və ya onun ailə üzvlərinin müvəqqəti olaraq, o cümlədən altı ay və daha uzun müddətdə yaşayış sahəsindən getməsi onların yaşayış sahəsinə olan hüquqlarının itirilməsinə yönələn əsas kimi qəbul edilə bilməz. Əksinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsində nəzərdə tutulan norma tərəflərin öz hüquqlarından sui-istifadə hallarının qarşısını almağa yönəlir, onlara imkan verir ki, məhkəmə vasitəsi ilə öz qanuni hüquqlarının qorunmasını, qarşılıqlı hüquq və vəzifələrdən yaranan oxşar münasibətlərin tənzimlənməsini həyata keçirsin. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-226/2022 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İş üzrə prosessual xərc yoxdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı «X9 arasında bağlanmış 07 noyabr 2017-ci il tarixli, 62 saylı müddətsiz kirayə müqaviləsinin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Hakim Amilya Hüseynova