Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № e-2-1(120)-2434/2024 02.10.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X6, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “57 yaşı tamam olduğu vaxtdan xx.xx.2018-ci il tarixindən edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının əmək kitabçasında qeyd edilmiş bütün illər üzrə yenidən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “57 yaşı tamam olduğu vaxtdan xx.xx.2018-ci il tarixindən edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının əmək kitabçasında qeyd edilmiş bütün illər üzrə yenidən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuşdur. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.1978-ci il tarixində Azərbaycan Açıq Səhmdar Cəmiyyəti Kür Su İdarəsində “2-ci dərəcəli fəhlə” vəzifəsinə təyin olunmuş, xx.xx.1979-cu il tarixinədək bu vəzifədə çalışmış, xx.xx.1979-cu il tarixində X2 İdarəsində “2-ci dərəcəli çilingər” vəzifəsinə təyin olunmuş, xx.xx.1980-ci il tarixinədək bu vəzifədə çalışmış, daha sonra xx.xx.1980-ci il tarixindən sovet ordusuna hərbi xidmətə göndərilmiş, xx.xx.1980-ci il tarixindən xx.xx.1982-ci il tarixədək Özbəkistan SSR, Daşkənd ərazisində hərbi hissədə hərbi xidmətdə olmuş, hərbi xidməti başa vurduqdan sonra əmək fəaliyyətinə davam etmişdir. Belə ki, xx.xx.1983-cü il tarixində 25/k saylı X8 Qazma Şöbəsində neft və qaz quyularının istismar və qazılması üzrə “3-cü dərəcəli qazmaçı köməkçisi” vəzifəsinə təyin olunmuş, xx.xx.1983-cü il tarixinədək bu vəzifədə çalışmış, xx.xx.1983-cü il tarixində 74 saylı Əmrlə Sabirabad dəstəsinə “2-ci dərəcəli fəhlə” vəzifəsinə təyin olunmuş, xx.xx.1984-cü il tarixinədək bu vəzifədə çalışmış, xx.xx.1984-cü il tarixində 62 saylı Əmrlə DSU- da “1-ci dərəcəli fəhlə” vəzifəsinə təyin olunmuş, xx.xx.1984-cü il tarixinədək bu vəzifədə çalışmış, xx.xx.1984-cü il tarixində 134 saylı Əmrlə DSU-da “3-cü dərəcəli çilingər” vəzifəsinə qəbul olunmuş, xx.xx.1984-cü il tarixinədək bu vəzifədə çalışmışdır. xx.xx.1986-cı il tarixində Qaz-Neft Nazirliyinin Neft-Qaz Quraşdırılması trestində “3-cü dərəcəli çilingər” vəzifəsinə qəbul olunmuş, xx.xx.1986-cı il tarixinədək bu vəzifədə çalışmış, xx.xx.1987-ci il tarixində Qaz-Neft Nazirliyinin Neft-Qaz Quraşdırılması trestində “5-ci dərəcəli elektrik qaynaqçısı” vəzifəsinə təyin olunmuş, xx.xx.1987-ci il tarixinədək bu vəzifədə çalışmış, xx.xx.1987-ci il tarixində 5-ci X10 Dəstəsinə “5-ci dərəcəli elektrik qaynaqçısı” vəzifəsinə təyin olunmuş, xx.xx.1990-cı il tarixində Qaz-Neft Nazirliyinin Neft-Qaz Quraşdırılması trestində “6-cı dərəcəli elektrik qaynaqçısı” vəzifəsinə köçürülmüş, xx.xx.1992-ci il tarixinədək bu vəzifədə çalışmış, xx.xx.1992-ci il tarixində 10 saylı Əmrlə Gəncə şəhər NQÇU İdarəsinə “6-cı dərəcəli əl qaynaqçısı” peşəsinə işə qəbul edilmiş, xx.xx.1993-cü il tarixində 22 saylı əmrlə ərizəsi əsasında işdən azad edilmişdir. xx.xx.2000-ci il tarixində 09k saylı X12 Sənaye və Ticarət LTD Şirkətin Bakı filialına “6-cı dərəcəli qaynaqçı” peşəsinə işə qəbul edilmiş, xx.xx.2002-ci il tarixində 05/k saylı Əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləmə xitam verilmişdir. xx.xx.2003-cü il tarixində X3 Company S.A.L şirkətində Bakı-Tbilisi-Ceyhan əsas neft-ixrac boru kəməri və Cənubi Qafqaz qaz boru kəməri layihələri üzrə qaynaqçı vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2005-ci il tarixində 00421 saylı Əmrlə tutduğu vəzifədən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən işdən azad edilmiş, xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək “X14” ASC-də qaynaqçı vəzifəsi üzrə əmək fəaliyyəti ilə məşğul olmuş, xx.xx.2007-ci il tarixdə 217/1-kş saylı Əmrlə "xxxx" ASC-nin "xxxx" MMC-nin X4 İdarəsinin Qazanxana İstilik Quraşdırma sexinin 1 №li (“Səngəçal MES”) quraşdırma sahəsinə 6-cı dərəcəli elektrik qaynaqçısı peşəsinə işə qəbul edilmiş, xx.xx.2009-cu il tarixinədək əmək fəaliyyəti ilə məşğul olmuş, xx.xx.2009-cu il tarixində 25/14-kş saylı Əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən öz xahişi ilə əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2009-cu il tarixindən 01/-k saylı Əmrlə "xxxx" MMC-nin 2 saylı Quraşdırma İdarəsinə 6-cı dərəcəli elektrik qaynaqçısı peşəsinə qəbul edilmiş, xx.xx.2009-cu il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuş, xx.xx.2009-cu il tarixdə 76/k saylı Əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləmə xitam verilmişdir. xx.xx.2009cu il tarixində 01/14-kş saylı Əmrlə "xxxx" ASC-nin X1 İdarəsinin Səngəçal Quraşdırma Sahəsinə 6-cı dərəcəli elektrik qaynaqçısı peşəsinə işə qəbul edilmiş, xx.xx.2010-cu il tarixinədək əmək fəaliyyəti ilə məşğul olmuş, xx.xx.2010-cu il tarixində 113/14-kş saylı Əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləmə xitam verilmişdir. xx.xx.2010-cu il tarixindən 204/k saylı Əmrlə “Neftqaztikinti” trestinin 2 saylı Tikinti Quraşdırma İdarəsinə texnoloji boru kəmərinin quraşdırıcısı peşəsinə işə qəbul edilmiş, xx.xx.2012-ci il tarixində 34/k saylı Əmrlə əmək müqaviləmə xitam verilmişdir. xx.xx.2012-ci il tarixində 137/k saylı Əmrlə “Neftqaztikinti” trestinin 4 saylı Tikinti Quraşdırma İdarəsinə əl ilə qaynaqda elektrik qaynaqçısı peşəsinə işə qəbul edilmiş, xx.xx.2014-cü il tarixində 434/k saylı Əmrlə əmək müqaviləmə xitam verilmişdir. xx.xx.2014-cü il tarixində 279/k saylı Əmrlə “Neftqaztikinti” trestinin 3 saylı Tikinti Quraşdırma İdarəsinə əl ilə qaynaqda elektrik qaynaqçısı peşəsinə işə qəbul edilmiş, xx.xx.2015-ci il tarixində 168/k saylı Əmrlə əmək müqaviləmə xitam verilmişdir. xx.xx.2015-ci il tarixində SOCAR/15-2500/xx-xx-000161 saylı Əmrlə “Neftqaztikinti” trestinin 3 saylı Tikinti Quraşdırma bölümünə əl ilə qaynaqda elektrik qaynaqçısı peşəsinə işə qəbul edilmiş, xx.xx.2016-cı il tarixində SOCAR/**********00070020B00439 saylı Əmrlə əmək müqaviləsinə xitam verilmişdir. Daha sonra xx.xx.2017-ci il tarixində **********00070020B00340 saylı Əmrlə “Neftqaztikinti” trestinin 3 saylı Tikinti Quraşdırma bölümünə əl ilə qaynaqda elektrik qaynaqçısı peşəsinə işə qəbul edilmiş, hal-hazırda həmin müəssisədə öz əmək fəaliyyətini davam etdirir. 30 ildən artıq müddətə əmək fəaliyyəti ilə məşğul olmuş, çalışdığı müddətin isə xeyli hissəsini güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquq verən peşələrdə işləmiş, artıq 57 yaşı tamam olduğundan, eyni zamanda qanunla müəyyən edilmiş ümumi 37 il staja malik olduğundan və həmin stajın azı 12 il 6 ayını güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquq verən peşədə çalışdığından onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ vardır. Belə ki, ümumi əmək stajı və güzəştli şərtlərə görə müəyyən edilmiş stajı tam şəkildə tərəfindən tamamlandığından ona hüququ olan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tərəfindən müraciət edilmişdir. Daha sonra ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilsə də, sonradan məlum olmuşdur ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərkən pensiya məbləğinin təyin edilməsi zamanı yanlışlığa yol verilmiş, əmək kitabçasında öz əksini tapmış bütün staj illəri nəzərə alınmayaraq pensiya məbləği düzgün hesablanmamışdır. Belə ki, onun stajı və kapitalı qarşısında hesablanmış pensiya məbləği olduqca aşağıdır. Qanunla müəyyən edilmiş ümumi və güzəştli şərtlər stajından çox staj əldə etmiş, pensiya kapitalı isə ona yüksək məbləğdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini şərtləndirir. Belə olan halda təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən əmək kitabçasında qeyd edilən bütün illər (staj) hesablanaraq ona ödənilməsi üçün tərəfindən xx.xx.2023-cü il tarixində cavabdeh orqana müraciət edilmişdir. Cavabdeh orqana müraciət edilsə də, hərəkətsizliklə müşahidə olunan pozuntuya yol verildiyindən mübahisənin məhkəmə müstəvisində araşdırılmasına zərurət yaranmışdır. Qeyd edilənləri nəzərə alaraq 57 yaşı tamam olduğu vaxtdan xx.xx.2018-ci il tarixindən edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının əmək kitabçasında qeyd edilmiş bütün illər üzrə yenidən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi cavabdeh iddiaçının iddia tələbini etirazla qarşılayır və bu halı onunla əsaslandırır ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən İddiaçı verilmiş cavab məktubunda güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşdan yenidən hesablanmasının mümkün olmaması barədə məlumat verilmişdir. Bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993- cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı xx.xx.2021-ci il tarixdən (60 yaşının tamamlandığı) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 25 ildən az (16 il 8 ay 5 gün (xx.xx.1978-xx.xx.1979-cu il, xx.xx.1979-xx.xx.1980-cı il, xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.1983-xx.xx.1983-cü il, xx.xx.1983xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1992-ci il, xx.xx.2000-xx.xx.2002-ci il, xx.xx.2003-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)), güzəştli iş stajı isə 12 il 6 aydan az (7 il 3 ay 2 gün (xx.xx.1987-xx.xx.1987-ci il, xx.xx.1987xx.xx.1992-ci il, xx.xx.2003-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. İddiaçı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq xx.xx.2018-ci il tarixə münasibətdə 25811,94 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 41051,95 manat təşkil edirdi. Qeyd olunanları nəzərə alaraq, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşdan yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Göstərilənlərə əsasən, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul etməyi xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə etiraza uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İşdə olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə anadan olmuş, Hacıqabul rayonu, Muğan qəsəbəsində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan iddiaçıya məxsus xx.xx.1979-cu il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.2023-cü il tarixədək əmək fəaliyyətində olmuşdur. İşdə olan Socar “Neftqaztikinti” trestinin xx.xx.2021-ci il tarixli, SOCAR**********80020123X00306 nömrəli arayışından görünür ki, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.2010-cu il tarixində “Neftqaztikinti” trestinin 2 saylı Tikinti Quraşdırma İdarəsinə texnoloji boru kəmərinin quraşdırıcısı peşəsinə işə qəbul edilib və xx.xx.2012-ci il tarixində onunla bağlanmış əmək müqaviləsinə xitam verilib. Əmək stajı 1 il 7 ay 2 gün (bir il yeddi ay iki gün) təşkil edir. İddiaçı xx.xx.2012-ci il tarixində “Neftqaztikinti” trestinin 4 saylı Tikinti Quraşdırma İdarəsinə əl ilə qaynaqda elektrik qaynqçısı peşəsinə işə qəbul edilib və xx.xx.2014-cü il tarixində onunla bağlanmış əmək müqaviləsinə xitam verilib. Əmək stajı 2 il 4 ay 17 gün (iki il dörd ay on yeddi gün) təşkil edir. İddiaçı xx.xx.2014-cü il tarixində “Neftqaztikinti” trestinin 3 saylı Tikinti Quraşdırma İdarəsinə əl ilə qaynaqda elektrik qaynqçısı peşəsinə işə qəbul edilib və xx.xx.2015-ci il tarixində onunla bağlanmış əmək müqaviləsinə xitam verilib. Əmək stajı 9 ay 6 gün (doqquz ay altı gün) təşkil edir. İddiaçı xx.xx.2015-ci il tarixində “Neftqaztikinti” trestinin 3 saylı Tikinti Quraşdırma bölümünə əl ilə qaynaqda elektrik qaynaqçısı peşəsinə işə qəbul edilib və xx.xx.2016-cı il tarixində onunla bağlanmış əmək müqaviləsinə xitam verilib. Əmək stajı 1 il 3 ay 29 gün (bir il üç ay iyirmi doqquz gün) təşkil edir. İddiaçı xx.xx.2017-ci il tarixində “Neftqaztikinti" trestinin 3 saylı Tikinti Quraşdırma bölümünə əl ilə qaynaqda elektrik qaynaqçısı peşəsinə işə qəbul edilib və hal hazıradək qeyd edilən peşədə işləyir. Əmək stajı 4 il 1 ay 26 gün (dörd il bir ay iyirmi altı gün) təşkil edir. İşdə olan Azərbaycan Respublikası "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, 01-PH/240 nömrəli arxiv arayışından görünür ki, 1961-ci il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.2007-ci ildə "xxxx" ASC-nin "xxxx" MMC-nin X4 İdarəsinin Qazanxana İstilik Quraşdırma sexinin 1 №-li quraşdırma sahəsinə 6-cı dərəcəli elektrik qaynaqçısı peşəsinə işə qəbul edilib və xx.xx.2009cu ildə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəllərdən birinin təşəbbüsü ilə) əsasən əmək müqaviləsinə xitam verilib. xx.xx.2009cu ildə "xxxx" ASC-nin X4 İdarəsinin Səngəçal Quraşdırma sahəsinə 6-cı dərəcəli elektrik qaynaqçısı peşəsinə işə qəbul edilib və xx.xx.2010-cu ildə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərin birinin təşəbüssii ilə) əsasən əmək müqaviləsi xitam verilib. Zərərli iş şəraitində işlədiyi üçün İddiaçı xx.xx.2007-ci ildən xx.xx.2009-cu ilədək və xx.xx.2009-cu ildən xx.xx.2010-cıı ildək işlədiyi müddətdə Əmək qanunvericiliyinə əsasən onun əmək məzuniyyətinə əlavə məzuniyyət günü verilmişdir. "xxxx" ASC-nin ATÜ/442№-li xx.xx.2015-ci il tarixli Əmri ilə Cəmiyyətdə elektrik qaynaqçısı işləmiş işçilər “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” hesab edilir. Göstərilən peşə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının 35-ci “Ümumi peşələr” fəsilinə əsasən elektrik qaynaqçılarının işi xüsusi zərərli əmək şəraitində işləyən peşə hesab edildiyinə görə güzəştli şərtlərlə pensiya hüququ verir. Güzəştli pensiya üçün stajı 02 il, 07 ay, 13 gün təşkil edir. İşdə olan Azərbaycan Respublikası "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 122L nömrəli arayışından görünür ki, X7 həqiqətən də "xxxx" MMC-də xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək qaynaqçı işində işləmişdir. Onun işlədiyi iş yerləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarının 35 ci maddəsində. “Ümumi peşələr” başlığı altında nəzərdə tutulmuş əl ilə qaynaqda elektrik qaynaqçısı bəndinə uyğun olduğu üçün yaşa görə güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ qazanmışdır. İşdə olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 17/GR nömrəli arxiv arayışından görünür ki, 1961-ci il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.2009-cu ildə "xxxx" MMC-nin 2 Saylı Quraşdırma İdarəsinə 6-cı dərəcəli elektrik qaynaqçısı peşəsinə qəbul edilib və xx.xx.2009-cu ildə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü ilə) əsasən əmək müqaviləsinə xitam verilib. Göstərilən peşə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının 35-ci “Ümumi peşələr” fəsilinə əsasən elektrik qaynaqçıların işi xüsusi zərərli əmək şəraitində işləyən peşələr hesab edildiyinə görə güzəştli şərtlərlə pensiya hüququ verir. Güzəştli pensiya üçün stajı 02 ay, 28 gün təşkil edir. İşdə olan X3 Company S.A.L şirkətinin xx.xx.2023-cü il tarixli, CCİC-HR/06/2023- L01/50421 nömrəli arayışından görünür ki, İddiaçı, Ş/V AA*******, oğlu həqiqətən xx.xx.2003-cü il tarixində X3 Company S.A.L. şirkətində Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəməri və Cənubi Qafqaz qaz boru kəməri layihələri üzrə qaynaqçı vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2005-ci il tarixində tutduğu vəzifədən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması/ƏMR № 00421 xx.xx.2005) əsasən azad edilmişdir. Onun işlədiyi iş yerləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin,vəzifələrin və göstəricilərin Siyahısı” nin təsdiq edilməsi barədə 2007-ci il 23 yanvar tarixli 12 saylı Qərarının 35 ci maddəsində “Ümumi peşələr” başlığı altında nəzərdə tutulmuş əl ilə qaynaqda elektrik qaynaqçısı bəndinə uyğun olduğu üçün yaşa görə güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ qazanmışdır. İşdə olan Socar “Neftqaztikinti” trestinin xx.xx.2023-cü il tarixli, 14-2-14/2-1360/2023 nömrəli arayışından görünür ki, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.2010-cu il tarixində “Neftqaztikinti” trestinin 2 saylı Tikinti Quraşdırma idarəsinə texnoloji boru kəmərinin quraşdırıcısı peşəsinə işə qəbul edilib və xx.xx.2012-ci il tarixində onunla bağlanmış əmək müqaviləsinə xitam verilib. Əmək stajı 1 il 7 ay 2 gün (bir il yeddi ay iki gün) təşkil edir. İddiaçı xx.xx.2012-ci il tarixində “Neftqaztikinti” trestinin 4 saylı Tikinti Quraşdırma İdarəsinə əl ilə qaynaqda elektrik qaynqçısı peşəsinə işə qəbul edilib və xx.xx.2014-cü il tarixində onunla bağlanmış əmək müqaviləsinə xitam verilib. Əmək stajı 2 il 4 ay 17 gün (iki il dörd ay on yeddi gün) təşkil edir. İddiaçı xx.xx.2014-cü il tarixində “Neftqaztikinti” trestinin 3 saylı Tikinti Quraşdırma İdarəsinə əl ilə qaynaqda elektrik qaynqçısı peşəsinə işə qəbul edilib və xx.xx.2015-ci il tarixində onunla bağlanmış əmək müqaviləsinə xitam verilib. Əmək stajı 9 ay 6 gün (doqquz ay altı gün) təşkil edir. İddiaçı xx.xx.2015-ci il tarixində “Neftqaztikinti” trestinin 3 saylı Tikinti Quraşdırma bölümünə əl ilə qaynaqda elektrik qaynaqçısı peşəsinə işə qəbul edilib və xx.xx.2016-cı il tarixində onunla bağlanmış əmək müqaviləsinə xitam verilib. Əmək stajı 1 il 3 ay 29 gün (bir il üç ay iyirmi doqquz gün) təşkil edir. İddiaçı xx.xx.2017-ci il tarixində “Neftqaztikinti” trestinin 3 saylı Tikinti Quraşdırma bölümünə əl ilə qaynaqda elektrik qaynaqçısı peşəsinə işə qəbul edilib və halhazıradək qeyd edilən peşədə işləyir. Əmək stajı 6 il 28 gün (altı il iyirmi səkkiz gün) təşkil edir. X5 ümumi iş staj, 10 il, 6 ay 20 gün (on il, altı, ay iyirmi gün), o cümlədən əl ilə qaynaqda elektrik qaynaqçısı, peşəsi üzrə 8 il 7 ay 18 gün (üç il on iki gün), texnoloji boru kəmərinin quraşdırıcı peşəsi üzrə 1 il 7 ay 2 gün (bir il yeddi ay iki gün) təşkil edir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-1/2-43989/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı Mərkəzi Filial tərəfindən pensiya hüququ yarandığı xx.xx.2021-ci il tarixindən (60 yaşının tamamlandığı) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Əlavə olaraq bildiririk ki, adıçəkilən şəxsin Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən, 1 yanvar 2006-cı il tarixinədək onun ümumi iş stajı 16 il 8 ay 5 gün xx.xx.1978-xx.xx.1979-cu il, xx.xx.1979-xx.xx.1980-cı il, xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.1983xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1992-ci il, xx.xx.2000-xx.xx.2002-ci il, xx.xx.2003xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa, İddiaçı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq xx.xx.2018-ci il tarixinə ona münasibətdə 25811,94 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 41051,95 manat təşkil edir. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 01 avqust 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Sözügedən normaların tələblərindən göründüyü kimi, iddiaçıya 57 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün xx.xx.2006-cı il tarixədək iddiaçının 25 ildən çox ümumi iş stajı olmalı və iddiaçı bundan 12 il 6 aydan çoxunu Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. Göründüyü kimi hər iki şərtin, yəni ümumi iş stajı və güzəştli iş stajının hər ikisinin mövcudluğu pensiya təyini üçün əsas hesab edilir və qeyd olunan şərtlərdən hər-hansı birinin mövcud olmamağı güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi barədə iddia tələbinin təmin edilməsini istisna edir. İşin faktiki hallarının araşdırılmasından müəyyən olunur ki, ümumi iş stajının 25 ildən çox olması ilə bağlı şərtin tələbləri yerinə yetirilməmişdir. İddiaçının hərbi xidmət müddəti də iş stajının hesablanması zamanı nəzərə alındıqda da, həmin şərt ödənilmir. İş materialları ilə müəyyən edilmişdir ki iddiaçı: xx.xx.1978-ci il tarixində Azərbaycan Açıq Səhmdar Cəmiyyəti Kür Su İdarəsində “2-ci dərəcəli fəhlə” vəzifəsinə təyin olunmuş, xx.xx.1979-cu il tarixinədək bu vəzifədə çalışmışdır. xx.xx.1979-cu il tarixində X2 İdarəsində “2-ci dərəcəli çilingər” vəzifəsinə təyin olunmuş, xx.xx.1980-ci il tarixinədək bu vəzifədə çalışmışdır. xx.xx.1980-ci il tarixindən sovet ordusuna hərbi xidmətə göndərilmiş, xx.xx.1980-ci il tarixindən xx.xx.1982-ci il tarixədək Özbəkistan SSR, Daşkənd ərazisində hərbi hissədə hərbi xidmətdə olmuşdur. xx.xx.1983-cü il tarixində 25/k saylı X8 Qazma Şöbəsində neft və qaz quyularının istismar və qazılması üzrə “3-cü dərəcəli qazmaçı köməkçisi” vəzifəsinə təyin olunmuş, xx.xx.1983-cü il tarixinədək bu vəzifədə çalışmışdır. xx.xx.1983-cü il tarixində 74 saylı Əmrlə Sabirabad dəstəsinə “2-ci dərəcəli fəhlə” vəzifəsinə təyin olunmuş, xx.xx.1984-cü il tarixinədək bu vəzifədə çalışmışdır. xx.xx.1984-cü il tarixində 62 saylı Əmrlə DSU-da “1-ci dərəcəli fəhlə” vəzifəsinə təyin olunmuş, xx.xx.1984-cü il tarixinədək bu vəzifədə çalışmışdır. xx.xx.1984-cü il tarixində 134 saylı Əmrlə DSU-da “3-cü dərəcəli çilingər” vəzifəsinə qəbul olunmuş, xx.xx.1984-cü il tarixinədək bu vəzifədə çalışmışdır. xx.xx.1986-cı il tarixində Qaz-Neft Nazirliyinin Neft-Qaz Quraşdırılması trestində “3-cü dərəcəli çilingər” vəzifəsinə qəbul olunmuş, xx.xx.1986-cı il tarixinədək bu vəzifədə çalışmışdır. xx.xx.1987-ci il tarixində Qaz-Neft Nazirliyinin Neft-Qaz Quraşdırılması trestində “5-ci dərəcəli elektrik qaynaqçısı” vəzifəsinə təyin olunmuş, xx.xx.1987-ci il tarixinədək bu vəzifədə çalışmışdır. xx.xx.1987-ci il tarixində 5-ci X10 Dəstəsinə “5-ci dərəcəli elektrik qaynaqçısı” vəzifəsinə təyin olunmuş, xx.xx.1990-cı il tarixində Qaz-Neft Nazirliyinin Neft-Qaz Quraşdırılması trestində “6-cı dərəcəli elektrik qaynaqçısı” vəzifəsinə köçürülmüş, xx.xx.1992-ci il tarixinədək bu vəzifədə çalışmışdır. xx.xx.1992-ci il tarixində 10 saylı Əmrlə Gəncə şəhər NQÇU İdarəsinə “6-cı dərəcəli əl qaynaqçısı” peşəsinə işə qəbul edilmiş, xx.xx.1993-cü il tarixində 22 saylı əmrlə ərizəsi əsasında işdən azad edilmişdir. xx.xx.2000-ci il tarixində 09k saylı X12 Sənaye və Ticarət LTD Şirkətin Bakı filialına “6-cı dərəcəli qaynaqçı” peşəsinə işə qəbul edilmiş, xx.xx.2002-ci il tarixində 05/k saylı Əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləmə xitam verilmişdir. xx.xx.2003-cü il tarixində X3 Company S.A.L şirkətində Bakı-Tbilisi-Ceyhan əsas neft-ixrac boru kəməri və Cənubi Qafqaz qaz boru kəməri layihələri üzrə qaynaqçı vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2005-ci il tarixində 00421 saylı Əmrlə tutduğu vəzifədən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən işdən azad edilmişdir. Beləliklə, iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən az olmaqla 16 il 8 ay 5 gün təşkil edir. Məhkəmə iddia tələbinə etirazda və imtina məktubunda ümumi iş stajının məhkəmənin müəyyən etdiyi müddətdən artıq olması ilə bağlı əlavə araşdırmanın həyata keçirilməsini, hər bir halda ümumi iş stajının 25 ildən aşağı olması səbəbindən zəruri hesab etmir. Məhkəmə, qüvvədən düşmüş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanunun tələbləri baxımından şəxsə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinanın qanuniliyini müəyyən etməklə yanaşı, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən də iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmaması ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Həmin maddənin qüvvədə olan redaksiyasından göründüyü kimi axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Adıçəkilən maddənin xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasından isə göründüyü kimi axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışdırsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi hazırda qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu ilə yanaşı, xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyaya əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun ilə də 57 yaşdan şəxsin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ təsbit edilmişdir. Maddənin həmin dövrdə qüvvədə olmuş tələbinə əsasən üç şərtin xx.xx.2017-ci il tarixədək mövcudluğu şəxsə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi əsası hesab edilmişdir ki, qeyd olunan şərtlər şəxsin 57 yaşına çatması, 25 il sığorta stajına malik olması və 12 il 6 ay yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışması ilə bağlıdır. Göründüyü kimi hər üç şərtin, eyni vaxtda mövcudluğu iddia tələbində göstərilən formada pensiya təyini üçün hesab edilir və qeyd olunan şərtlərdən hər-hansı birinin mövcud olmaması 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi barədə iddia tələbinin təmin edilməsini istisna edir. İddiaçının 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası aldığı müəyyən olunur. İddiaçı tərəfindən yaşla bağlı şərt ödənilmişdir. Həmçinin iddiaçıya 57 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün xx.xx.2006-cı il tarixədək iddiaçının 25 ildən çox ümumi iş stajı olmalı və iddiaçı bundan 12 il 6 aydan çoxunu Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. İş materiallarında olan sənədlərə baxış keçirilən zaman iddiaçının xx.xx.2006-cı il tarixədək inzibati orqan tərəfindən 16 il 08 ay 05 gün sığorta stajının qəbul olunduğu müəyyən edilir. Qəbul edilməyən dövr 1992-1993-cü illərlə bağlı olmuşdur ki, məhkəmə qeyd edir ki, qeyd edilən dövrü götürülsə belə iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən çox ümumi iş stajı tamamlanmır. Eləcə də iddiaçının güzəştli iş stajıda xx.xx.2006-cı il tarixədək 12 il 06 aydan az olduğu müəyyən edilir. Beləliklə, xx.xx.2006-cı il tarixədək iddiaçının 25 ildən çox ümumi iş stajı olmadığından və bunun 12 il 6 aydan çoxunu Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında nəzərdə tutulan peşə və ya vəzifədə işləmədiyindən ona “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu ilə yanaşı, xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına uyğun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən də 57 yaşdan güzəştli şərtlərlə pensiya təyini istisna olunur. Məhkəmə pensiya hüququnun 57 yaşdan yenidən hesablanması və həmin tarixdən ödənilməyən pensiya məbləğinin hesablanaraq ödənilməsi dair iddia tələbinə münasibətdə isə qeyd etməyi zəruri hesab edir ki, qeyd olunan tələb 57 yaşdan, yəni xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi tələbinə münasibətdə törəmə xarakter daşıdığından, 57 yaşdan, yəni xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi istisna olunması pensiya hüququnun yarandığı həmin tarixdən ödənilməyən pensiya məbləğinin hesablanaraq ödənilməsinə dair iddianın da təmin edilməsini mümkünsüz edir. Həmçinin məhkəmə hesab edir ki, iddiaçının hüquqi marağının 57 yaşdan, yəni xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi olsa da, həmin tarixdən aparılan araşdırmalara əsasən hüququ yaranmadığı müəyyən edildiyindən məhkəmə iddiaçıya tələbinin dəqiqləşdirilməsi ilə bağlı əlavə hüquqi yardımın göstərilməsinə ehtiyac yoxdur. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, eyni zamanda yuxarıda qeyd olunan maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, cavabdehin “imtina”sı güzəştli şərtlərlə bağlı hissə də qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68) . Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “57 yaşı tamam olduğu vaxtdan xx.xx.2018-ci il tarixindən edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının əmək kitabçasında qeyd edilmiş bütün illər üzrə yenidən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “57 yaşı tamam olduğu vaxtdan xx.xx.2018-ci il tarixindən edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının əmək kitabçasında qeyd edilmiş bütün illər üzrə yenidən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkürəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №e-2-1(120)-2434/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(120)-2434/2024
02.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver