Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-1(120)-2518/2024 23.08.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Nəcəfov Hilal Nəcəfalı оğlunun sədrliyi, Məhkəmə iclаsının kаtibi X1, İddiaçı cavabdeh Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Öhdəliklərin idarə Edilməsi Baş idarəsinə qarşı «AFQ Məhdud Məsuliyyətli Cəmiyyətinin icra orqanının rəhbəri xx.xx.1985-ci il təvəllüdlü Füzuli rayonu Qazaxlar kəndində qeydiyyatda olan İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdığına görə həmin məhdudlaşdırmanın götürülməsi barədə inzibati aktın qəbul edilməsi» tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “AFQ Məhdud Məsuliyyətli Cəmiyyətinin icra orqanının rəhbəri xx.xx.1985-ci il təvəllüdlü Füzuli rayonu Qazaxlar kəndində qeydiyyatda olan İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdığına görə həmin məhdudlaşdırmanın götürülməsi barədə öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbini irəli sürərək iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə prosesi zamanı iddiaçının nümayəndəsi iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icra orqanının rəhbəri İddiaçı qismində tanınması, Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Öhdəliklərin idarə Edilməsi Baş idarəsinin cavabdeh qismində, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 3-cü şəxs qismində işə cəlb edilməsi xahiş etmişdir Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmiş, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icra orqanının rəhbəri İddiaçı qismində tanınması, Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Öhdəliklərin idarə Edilməsi Baş idarəsinin cavabdeh qismində, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə İddiaçı oğlunun, cavabdeh Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Öhdəliklərin idarə Edilməsi Baş idarəsinin və üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materialarında olan Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi barədə xx.xx.2024-cü il tarxli **********095300 nömrəli qərarının surətindən görünür ki, İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması götürülmüşdür. İddiaçı xx.xx.2024-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidmətinin Öhdəliklərin İdarə Edilməsi Baş İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli **********095300 nömrəli qərara əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması götürülmüşdür. İddia tələbi təmin edildiyindən və mübahisə doğuracaq məsələ qalmadığına görə iddiadan imtina etdiyini qeyd edərək, öz razılıqı ilə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər (maddə 67.1). Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər (maddə 67.2). Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir (maddə 67.3). Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. İddiaçı iddia tələbinin məhkəmə iclasına qədər təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “AFQ Məhdud Məsuliyyətli Cəmiyyətinin icra orqanının rəhbəri xx.xx.1985-ci il təvəllüdlü Füzuli rayonu Qazaxlar kəndində qeydiyyatda olan İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdığına görə həmin məhdudlaşdırmanın götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Öhdəliklərin idarə Edilməsi Baş idarəsinə qarşı «AFQ Məhdud Məsuliyyətli Cəmiyyətinin icra orqanının rəhbəri xx.xx.1985-ci il təvəllüdlü Füzuli rayonu Qazaxlar kəndində qeydiyyatda olan İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdığına görə həmin məhdudlaşdırmanın götürülməsi barədə inzibati aktın qəbul edilməsi» barədə iddia tələbi ilə bağlı iş üzrə icraata xitam verilsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №e-2-1(120)-2518/2024
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(120)-2518/2024
23.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver