Məhkəmə qərarları › İş №e-2-1(120)-2625/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(120)-2625/2024

29.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № e-2-1(120)-2625/2024 29.08.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Məhkəmə iclas katibi Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “ölkədən çıxışına qoyulmuş məhdudiyyətin götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “ölkədən çıxışına qoyulmuş məhdudiyyətin götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra iddiа ərizəsi və оnа əlаvə оlunmuş sənədlərin surətləri Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə əsаsən cаvаbdеhə təqdim оlunmuş, sоnuncuyа iddiаyа qаrşı öz münаsibətini (еtrаzını) yаzılı şəkildə məhkəməyə bildirmək, həmçinin, еtirаzı əsаslаndırаn sübutlаrın məhkəməyə təqdim оlunmаsı üçün müddət təyin оlunmuşdur. İddiaçı tərəfindən iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsində işləmişdir. Hazırda həmin şirkətin 100% təsis payına məxsus olan şəxs Beridze Oleqdir. Eyni vaxtda Beridze Oleq yuxarıda qeyd edilən tarixdən hüquqi şəxsin qanuni təmsilçisidir. 8 saylı Ərazi Vergi İdarəsi Şirvan İnzibati Məhkəməsinə, Starve-Plus” Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə 12191,71 manat, DSMF 431 manat və İşsizlikdən sığorta fonduna 15,63 manat borc olmasına görə ölkədən getmənin məhdudlaşdırılmasına dair ərizə ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edilmiş və Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2021 tarixli e-2-2(121)-2000/2021 nömrəli qərarı ilə ərizə təmin edilmişdir. Miqrasiya Məcəlləsinin ərizədə qeyd edilən 9.3.6-1-ci maddəsində göstərilir ki, vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcları və faizləri, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarını ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək ölkədən getmə və ölkəyə gəlmək müvəqqəti məhdudlaşdırıla bilər. Lakin fiziki şəxs olaraq onun dövlət qarşısında heç bir icra edilməmiş öhdəliyi yoxdur. Azərbaycan Respublikası MM-nin 43.1-ci maddəsinə əsasən Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Vergi məcəlləsinin 23.1.15-3. -cü maddəsinə əsasən vergi orqanının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ vardır. Bu müraciətdə məqsəd vergi ödəyicisini vergilərin ödənilməsinə məcbur etməkdir. Qeyd etdiyi kimi onun hüquqi şəxsin öhdəliklərini öz vəsaiti hesabına icra etmək kimi bir öhdəliyi yoxdur. Hazırda hüquqi şəxsin qanuni nümayəndəsi olmadığından həmin hüquqi şəxsə bir təsir mexanizmi və ya təsir gücü yoxdur. Şirvan Kommersiya Məhkəməsi xx-xx-2023 tarixli e-2-2(121)-2623/2023 nömrəli qərardadda qeyd edib ki, “Belə ki, iş materiallarında olan kommersiya qurumlarının dövlət reyestri məlumatından görünür ki, hal-hazırda "xxxx" MMC-nin qanuni təmsilçisi X5r. Reyestrdən son dəfə verilmiş çıxarışın tarixi xx.xx.2023-cü ildir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 24.1.2-1-ci maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmək vergi orqanlarının borcudur. Göründüyü kimi, hal-hazırda "xxxx" MMC-nin qanuni təmsilçisi İddiaçı deyildir. Belə olduğu təqdirdə İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdığından həmin məhdudlaşdırmanın götürülməsi vergi orqanları tərəfindən həll edilməli məsələdir. Bunun üçün vergi orqanları həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməlidir. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, fiziki şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmək vergi orqanlarının borcudur. Bunun üçün vergi orqanları həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməlidir. Qeyd olunanlara əsaslanaraq İddiaçı oglunun ölkədən getmək hüqüqünu müvəqqəti məhdudlaşdırmasıni aradan qaldırmaq ücün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X3 Baş İdarəsinə müraciət olunmuş və məhkəmənin qərardadında qeyd olunan mövqe həmin orqanın diqqətinə çatdırılmışdır. Lakin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X3 Baş İdarəsinində məhkəmənin qərarında qeyd olunanlar nəzərə alınmayaraq bildirilib ki, hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxmamışdır, yəni borc tam ödənilməmişdir və borcun ödənilməsi təmin edildikdən sonra hüquqi şəxsin icra orqanının əvvəlki rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi barədə dərhal qərar qəbul ediləcəkdir. Hesab edir ki, vergi orqanının bu qərarı əsassızdır, qanunvericiliklə və Şirvan Kommersiya məhkəməsinin qərardadında müəyyən olunmuş mövqeyə uyğun deyil. Göstərilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi cavabdeh iddiaçının iddia tələbini etirazla qarşılayır və bu halı onunla əsaslandırır ki, İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin 8 Saylı Ərazi Vergilər idarəsinə qarşı Azərbaycan Respublikası Şirvan İnzibati Məhkəməsində iddia qaldıraraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) icra orqanının rəhbəri olmadığına görə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi öhdəliyinin vergi orqanının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh 8 saylı Ərazi Vergilər İdarəsi aşağıda göstərilənlərə əsasən iddia tələbini əsassız hesab edir. Bildirir ki, hüquqi şəxsin icra orqanının rəhbəri dəyişdikdə əvvəlki rəhbərin ölkədən getmək hüququnun məhdudlaşdırılmasının aradan qaldırılması barəsində yaranmış suallara münasibət bildirilməsi üçün Baş idarə tərəfindən xx.xx.2022-ci il tarixli **********029700 nömrəli xidməti məktubla aidiyyəti üzrə Vergi öhdəliklərinin icrasına nəzarət baş idarəsinə müraciət olunmuş və daxil olmuş cavab məktubunda bildirilmişdir ki, xüsusi mülkiyyətli hüquqi şəxsin icra orqanının rəhbəri dəyişdikdə borcun alınması ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş bütün tədbirlər (bildiriş, sərəncam, əmlakın siyahıya alınması, yeni təyin olunmuş rəhbərə məhdudiyyətin tətbiqi, cinayət xarakterli materialların aidiyyəti üzrə göndərilməsi və s.) görüldükdən sonra əvvəlki rəhbərin məhdudiyyəti aradan qaldırılır (əsas vergi borcu 50 000 manatdan yuxarı olan, barəsində vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma ilə bağlı cinayət işi başlanan və riskli vergi ödəyiciləri istisna). "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) əvvəlki rəhbəri olan İddiaçı ölkədən getmək hüququ Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2021 -ci il tarixli e-2-2(121)-2000/2021 nömrəli qərarına əsasən məhdudlaşdırılmışdır. Bundan sonra Cəmiyyətdə rəhbər dəyişikliyi aparılaraq X7 rəhbər təyin olunmuş və “26” Sentyabr 2023-cü il tarixli e-2-2(115)-1405/2023 nömrəli (AVİS: “05” Oktyabr 2023-cü il tarixli **********641400 nömrəli) məhkəmə qərarı əsasında onun da ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Vergi Məcələsinin 24.1.2-1-ci maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmək vergi orqanlarının vəzifələrinə aid edilmiş, lakin müraciətdə qeyd olunan hal üzrə isə əsaslar aradan qalxmamışdır. Belə ki, qətnamə üzrə təmin edilmiş 12638,34 manat borc məbləğindən məcburi dövlət sosial sığorta haqları üzrə 431 manat borc ödənilməmişdir. Bundan əlavə məlumat üçün bildiririk ki, vergi ödəyicisi riskli vergi ödəyicisi qrupuna aiddir. Beləliklə, İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırmasının götürülməsi öhdəliyinin vergi orqanının üzərinə qoyulması barədə iddia tələbi əsassızdır və buna görə də təmin edilməməlidir. icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Göstərilənlərə əsasən, iddia ərizəsinə əsasən başlanan iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etmədiklərini bildirərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Məhkəmə tərəfləri dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək belə nəticəyə ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin X8 qeydiyyatı idarəsinin xx.xx.2023-cü il tarixli, **********756600 nömrəli çıxarışından görünür ki, "xxxx" MMC xx.xx.2019-cu ildə qeydiyyata alınmış, dövlət qeydiyyatı (VÖEN) **********, təşkilati-hüquqi forması Məhdud məsuliyyətli cəmiyyət, maliyyə ili 01 yanvar-31 dekabr, hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, X10, ev 399, mənzil 8 ünvanıdır. İqtisadiyyat Nazirliyi yanında Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin X8 qeydiyyatı idarəsinin xx.xx.2023-cü il tarixli, **********756600 nömrəli çıxarışından görünür ki, "xxxx" MMC-nin təsisçilər və nizamnamə kapitalında mayalarının miqdarı (əvvəlki) İddiaçı 10 pay, təsisçilər və nizamnamə kapitalında mayalarının miqdarı (hazırki) Beridze Oleg (Gürcüstan) 100 faizdir. İqtisadiyyat Nazirliyi yanında Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin X8 qeydiyyatı idarəsinin xx.xx.2023-cü il tarixli, **********996600 nömrəli çıxarışından görünür ki, "xxxx" MMC-nin qanuni təmsilçisi Beridze Olegdir. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-2000/2021 nömrəli,xx.xx.2021-ci il qətnaməsinə əsasən, İddiaçı ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-2623/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, hüquqi şəxsin icra orqanının rəhbəri dəyişdikdə əvvəlki rəhbərin ölkədən getmək hüququnun məhdudlaşdırılmasının aradan qaldırılması barəsində yaranmış suallara münasibət bildirilməsi üçün Baş idarə tərəfindən xx.xx.2022-ci il tarixli **********029700 nömrəli xidməti məktubla aidiyyəti üzrə Vergi öhdəliklərinin icrasına nəzarət baş idarəsinə müraciət olunmuş və daxil olmuş cavab məktubunda bildirilmişdir ki, xüsusi mülkiyyətli hüquqi şəxsin icra orqanının rəhbəri dəyişdikdə borcun alınması ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş bütün tədbirlər (bildiriş, sərəncam, əmlakın siyahıya alınması, yeni təyin olunmuş rəhbərə məhdudiyyətin tətbiqi, cinayət xarakterli materialların aidiyyəti üzrə göndərilməsi və s.) görüldükdən sonra əvvəlki rəhbərin məhdudiyyəti aradan qaldırılır (əsas vergi borcu 50 000 manatdan yuxarı olan, barəsində vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma ilə bağlı cinayət işi başlanan və riskli vergi ödəyiciləri istisna). "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) əvvəlki rəhbəri olan İddiaçı ölkədən getmək hüququ Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2021ci il tarixli e-2-2(121)-2000/2021 nömrəli qərarına əsasən məhdudlaşdırılmışdır. Dövlət reyestr məlumatlarına əsasən bildiririk ki, "xxxx" MMC-nin dövlət qeydiyyatına alındığı xx.xx.2019 -cu il tarixdən xx.xx.2023-cü il tarixədək rəhbəri İddiaçı, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Beridze Oleg (Gürcüstan Respublikası), xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək X7, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək X4, xx.xx.2023-cü il tarixdən hazıradək rəhbəri X5r.“26” Sentyabr 2023- cü il tarixli e-2-2(115)-1405/2023 nömrəli (AVİS: “05” Oktyabr 2023-cü il tarixli **********641400 nömrəli) məhkəmə qərarı əsasında onun da ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Vergi Məcələsinin 24.1.2-1 -ci maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmək vergi orqanlarının vəzifələrinə aid edilmiş, lakin müraciətdə qeyd olunan hal üzrə isə əsaslar aradan qalxmamışdır. Belə ki, qətnamə üzrə təmin edilmiş 12638,34 manat borc məbləğindən məcburi dövlət sosial sığorta haqları üzrə 431 manat borc ödənilməmişdir. Bundan əlavə məlumat üçün bildiririk ki, vergi ödəyicisi riskli vergi ödəyicisi qrupuna aiddir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin Sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması şöbəsinin məhkəməyə ünvanladığı Hüquqi şəxs haqqında məlumatlardan görünür ki, "xxxx" MMC-nin hazırki rəhbəri X5r. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsində işləmişdir. Dövlət reyestr məlumatlarına əsasən müəyyən olunur ki, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək rəhbəri Beridze Oleg (Gürcüstan Respublikası), xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək X7, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək X4, xx.xx.2023-cü il tarixdən hazıradək rəhbəri X5r. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikasının Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır; 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstiutsiyasının 28-ci maddəsinin İİİ hissəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, vətəndaş ölkədən getmək və ölkəyə gəlmək hüququndan məhrum edilə bilməz. Həmin Məcəllənin 9.3.6-cı maddəsinə əsasən vətəndaşın ölkədən getmək hüququ yalnız vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcları və faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını dövlət büdcəsinə ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda - məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək müvəqqəti məhdudlaşdırıla bilər. "İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 4 saylı Protokolunun 2-ci maddəsinə əsasən hər kəs öz ölkəsi də daxil olmaqla, hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafıəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi “Vintervert Niderlanda qarşı” işində göstərmişdir ki, Konvensiyanın “qanunla müəyyən edilmiş qaydada (şərtlərlə)” (o cümlədən "qanunla nəzərdə tutulmuş") ifadəsi bir başa daxili hüquqa yönəldən normadır. Onun mənasına görə şəxsin hər hansı hüquqdan məhrum edilməsi yalnız dövlət daxili qanunlarla əsaslanmalı və bu qanunlar Konvensiyaya zidd olmamalıdırlar. Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüququdur. MPM-in 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsinə əsasən vergi orqanları, vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. Qeyd edilən maddi hüquq normalarından da göründüyü kimi, vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən çıxmaq hüququnun məhdudlaşdırılması üçün vergi ödəyicisinin dövlət büdcəsinə borcu olmalıdır, həmin borcun ödənilmə müddəti keçməlidir, hüquqi şəxsə münasibətdə ölkədən çıxmaq hüququna məhdudiyyət qoyulacaq şəxs həmin hüquqi şəxsin icra orqanının rəhbəri olmalıdır. Vergi Məcəlləsinin yuxarıda istinad edilən 23.1.15-3-cü maddəsinin məzmunundan göründüyü kimi, qanunverici həmin normada təsbit olunan məhdudiyyət tədbirinin vergi ödəyicisi olan fiziki şəxsə və ya hüquqi şəxsin icra orqanının rəhbərinə münasibətdə tətbiqini nəzərdə tutur. Belə ki, iddiaçı barəsində məhdudiyyətin tətbiqi istinad edilən normanın digər dispozisiya şərtləri ilə yanaşı, iddiaçının vergi öhdəliyi olan hüquqi şəxsin icra orqanının rəhbəri olması şərtindən irəli gəlmişdir. Məhkəmə qeyd edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə vergi borcunun 12191,71 (on iki min bir yüz doxsan bir manat 71 qəpik) manat, DSMF 431 (dörd yüz otuz bir) manat və İşsizlikdən sığorta fonduna 15,63 manat borcunun, yəni iddiaçının həmin müəssisədə rəhbər olduğu dövrdə yarandığından, sonradan müəssisənin rəhbərinin dəyişməsi borc yarandığı dövrdə müəssisənin rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının aradan qalxması üçün əsas olan hal kimi qəbul edilə bilməz şəklində əsaslandırmasının predusiallıq kimi qiymətləndirilərək iddianın mümkün sayılmalı olmaması barədə dəlilinə münasibətdə qeyd edir ki, Ali Məhkəmənin də öz qərarında bildirdiyi kimi, tərəflər arasında yaranan, davam edən inzibati hüquq münasibətidir. Vergi Məcəlləsinin yuxarıda qeyd olunan 24.0.2-1-ci maddəsində də qeyd olunduğu kimi, vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmək vergi orqanının borcudur. Vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına əsas kimi nə yaranmış borcun hansı qanuni təmsilçinin dövründə yaranması, nə də ki, icra orqanının rəhbərinin həmçinin hüquqi şəxsin təsisçisi olması halı müəyyən edilməmişdir. Mülki Məcəllənin 52.2-ci maddəsinə əsasən bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir. Yəni hüquqi şəxsin təsisçisi hüquqi şəxsin öhdəlikləri üçün təsisçi olaraq məsuliyyət daşımadığı üçün iddiaçının hüquqi şəxsin qanuni təmsilçiliyindən çıxması mövcud qanunvericiliyə əsasən cavabdeh tərəfindən onun ölkədən çıxmaq hüququnun məhdudlaşdırılmasına əsas olmuş halın aradan qalxdığına dəlalət edir ki, belə halda cavabdeh Vergi Məcəlləsinə əsasən bu məhdudlaşdırmanı götürməyə borcludur. Bundan əlavə məhkəmə qeyd edir ki, "xxxx" MMC-nin dövlət qeydiyyatına alındığı xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək rəhbəri İddiaçı, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Beridze Oleg (Gürcüstan Respublikası), xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək X7, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək X4, xx.xx.2023-cü il tarixdən hazıradək rəhbəri X5r.“26” Sentyabr 2023- cü il tarixli e-2-2(115)-1405/2023 nömrəli (AVİS: “05” Oktyabr 2023-cü il tarixli **********641400 nömrəli) məhkəmə qərarı əsasında onun da ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Yəni vergi orqanı bir müəssisənin vergi borcu üçün həm əvvəlki qanuni təmsilçiyə tətbiq edilən məhdudiyyəti saxlayır, həm də yeni qanuni təmsilçiyə məhdudiyyət qoyulması üçün məhkəməyə müraciət edir və iddiası təmin edilir. Yuxarıda istinad edilən normanın məzmununa görə, məhdudiyyətin tətbiqi üçün 1) vergi ödəyicisinin dövlət büdcəsinə vaxtı ötməmiş vergi borcu olmalıdır; 2) vergi borcu vaxtında ödənilməməlidir; 3) hüquqi şəxsə münasibətdə çıxışına məhdudiyyət qoyulacaq şəxs - icra orqanının rəhbəri olmalıdır. Normada nəzərdə tutulan əsaslardan vergi orqanının imtina məktubunda istinad etdiyi şərt - vergi borcunun olması şərti tam aradan qalxmasa da, məhdudiyyətin tətbiq edilməli olduğu şəxs (hüquqi şəxsin icra orqanının rəhbəri) barədə şərt aradan qalxmışdır.Belə ki, iddiaçıdan sonra hətta müəssisənin bir neçə rəhbəri olmuşdur. "İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1 -ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. Həmin Qanununun 12-ci maddəsinə əsasən: 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və İPM-in 2, 4.1, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı ölkədən çıxışına qoyulmuş məhdudiyyətin götürülməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar