Azərbaycan Respublikası adından QƏRAR İş № e-2-1(120)-2685/2023 02.08.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh Sabirabad rayonu Kürkəndi Bələdiyyəsinin nümayədəsi X4 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Sabirabad rayonu Kürkəndi Bələdiyyəsinə qarşı “Sabirabad rayonu Kürkəndi Bələdiyyəsinin 03 mart 2023-cü il tarixli, 06 saylı qərarının ləğv olunması” tələbinə dair iddiası üzrə iş materiallarına 02 avqust 2023-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Sabirabad rayonu Kürkəndi Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabirabad rayonu Kürkəndi Bələdiyyəsinin 03 mart 2023-cü il tarixli, 06 saylı qərarının ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sabirabad rayonu Kürkəndi Bələdiyyəsinin 06 saylı, 03 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir: 1. İcarə hüququnun alqı-satqı predmeti olmuş bələdiyyə mülkiyyətinə aid 6.0 ha torpaq sahəsinin digər şəxslərə satılması ilə bağlı Sabirabad rayonu, keçmiş Yastıqobu bələdiyyəsinin 01 dekabr 2009-cu il tarixli, 11 saylı qərarı ləğv edilsin; 2. Həmin qərara əsasən bağlanmış 08 yanvar 2010-cu il tarixli torpaq sahəsinin icarə hüququnun alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi üçün məhkəmədə iddia qaldırılsın və torpaq sahəsinin bələdiyyənin sahibliyinə qaytarılması təmin edilsin; 3. İcarə hüququnun alqı-satqı predmeti olmuş bələdiyyə mülkiyyətinə aid 9.004262 ha torpaq sahəsinin digər şəxslərə satılması ilə bağlı Sabirabad rayonu Kürkəndi bələdiyyəsinin 03 dekabr 2009-cu il tarixli, 17 saylı qərarı ləğv edilsin; 4. Həmin qərara əsasən bağlanmış 08 yanvar 2010-cu il tarixli torpaq sahəsinin icarə hüququnun alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi üçün məhkəmədə iddia qaldırılsın və torpaq sahəsinin bələdiyyənin sahibliyinə qaytarılması təmin edilsin. Qeyd olunan torpaq sahələrinin icarə hüquqları "xxxx" MMC-ə satılmış və icarə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sabirabad Ərazi İdarəsinin xx.xx.2010-cu il tarixli, Seriya MA № 0031901, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışda hüququ yüklü edilən şəxs Sabirabad rayon Kürkəndi Bələdiyyəsi, xeyrinə hüququ yüklü edilən şəxs "xxxx" MMC, yüklülüyün növü icarə, Sabirabad rayonu Yastıqobu kəndində 6,0 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 148 nömrəli vərəqində reyestr nömrəsi **********10, qeydiyyat nömrəsi **********, xx.xx.2010-cu il tarixdə qeydiyyata alınmış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sabirabad Ərazi İdarəsinin xx.xx.2010-cu il tarixli, Seriya MA № 0031902, Hüquqların Dövlət qeydiyyatı haqqmda daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışda hüququ yüklü edilən şəxs Sabirabad rayon Kürkəndi Bələdiyyəsi, xeyrinə hüququ yüklü edilən şəxs "xxxx" MMC, yüklülüyün növü icarə, Sabirabad rayonu Kürkəndi kəndində 9,004262 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 147 nömrəli vərəqində reyestr nömrəsi **********09, qeydiyyat nömrəsi **********, xx.xx.2010-cu il tarixdə qeydiyyata alınmışdır. 13 ildən sonra cavabdehin 2009cu ilin bələdiyyə qərarını ləğv etməsi qanunsuz və əsassızdır. Buna görə Sabirabad rayonu Kürkəndi bələdiyyəsinin 06 saylı, 03 mart 2023-cü il tarixli Qərarı ləğv edilməlidir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddia tələbinin əsassız olduğunu və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Konstitusiyanın 144-cü maddəsinin İ hissəsinə əsasən bələdiyyələrin iclaslarında bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam məsələləri həll edilir, 145-ci maddəsinin İ hissəsinə görə isə, bələdiyyələrin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.8-ci maddəsinə əsasən bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 8-ci maddəsinə əsasən Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; yaşayış məntəqələrinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yerquruluşu və təsərrüfat planlarının hazırlanması və həyata keçirilməsinin təşkil edilməsi; bələdiyyə torpaqlarının istifadəçilərindən torpaq sahələrinin icarəsinə görə haqq alınması; ictimai ehtiyaclar tələb etdikdə bələdiyyə tərəfindən hüquqi və fiziki şəxslərə əvəzsiz istifadəyə verilmiş torpaq sahələrinin məcburi geri alınması barədə məhkəmədə iddia qaldırılması; öz səlahiyyəti daxilində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiə edilməsi; bələdiyyə torpaqlarının mühafizəsinə və yaxşılaşdırılmasına dair proqramların hazırlanması və həyata keçirilməsi; hüquqi və fiziki şəxslərin mülkiyyətinə, istifadəsinə və icarəsinə verilən (satılan) torpaq sahələrinin minimum həddinin müəyyən edilməsi; öz səlahiyyəti daxilində bələdiyyə torpaqlarından istifadə olunmasına və onların mühafizəsinə nəzarət edilməsi; öz səlahiyyəti daxilində bələdiyyə torpaqlarına dair məhkəmədən kənar qaydada həll olunmalı mübahisələrin həll edilməsi; qanunvericiliklə müəyyən edilmiş digər səlahiyyətlərin həyata keçirilməsi. Həmin Məcəllənin 16-cı maddəsinin 3-cü bəndinə əsasən bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri qanunvericiliklə müəyyən edilmiş qaydada isə hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Həmin Məcəllənin 16-cı maddəsinin 4-cü bəndində yay və qış otlaqlarının, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələrinin hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilməsi qeyd olunsa da, qanuynverici icarə müddəti başa çatdıqda, müqavilə müddətinin uzadıla bilməsini istisna etməmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sabirabad Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli, Seriya MH ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan və 19 dekabr 2009-cu il tarixli, ********** nömrəli arayışdan görünür ki, Sabirabad rayonu Yastıqobu Bələdiyyəsinə məxsus, kənd təsərrüfatı təyinatlı 9,004262 hektar torpaq sahəsi icarə hüququ əsasında 60 il müddətinə X3 adına rəsmiləşdirilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sabirabad Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli, Seriya MH ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan və 19 dekabr 2009-cu il tarixli, ********** nömrəli arayışdan görünür ki, Sabirabad rayonu Yastıqobu Bələdiyyəsinə məxsus, kənd təsərrüfatı təyinatlı 6,0 hektar torpaq sahəsi icarə hüququ əsasında 60 il müddətinə X3 adına rəsmiləşdirilmişdir. İş materiallarında olan Sabirabad rayonu Yastıqobu Bələdiyyəsinin 01 dekabr 2009-cu il tarixli, 11 saylı iclasının protokolundan çıxarışdan görünür ki, X5 ərizə ilə müraciət edərək, icarəsində olan Sabirabad rayonu Yastıqobu Bələdiyyəsinə məxsus 6,0 hektar torpaq sahəsi üzərində icarə hüququnun digər şəxslərə satılmasına razılıq verilməsini xahiş etmiş, Yastıqobu Bələdiyyəsinin 01 dekabr 2009-cu il tarixli, 11 saylı qərarı ilə buna etiraz edilməmişdir. Həmçinin, iş materiallarında olan Sabirabad rayonu Kürkəndi Bələdiyyəsinin 03 dekabr 2009-cu il tarixli, 17 saylı iclasının protokolundan çıxarışdan görünür ki, X5 ərizə ilə müraciət edərək icarəsində olan Sabirabad rayonu Kürkəndi Bələdiyyəsinə məxsus 9,004262 hektar torpaq sahəsi üzərində icarə hüququnun digər şəxslərə satılmasına razılıq verilməsini xahiş etmiş, Kürkəndi Bələdiyyəsinin 03 dekabr 2009-cu il tarixli, 17 saylı qərarı ilə buna etiraz edilməmişdir. İş materiallarında olan 08 yanvar 2010-cu il tarixli “Torpaq sahəsinin icarə hüququ”nun alqı-satqı müqavilələrindən görünür ki, X5 icarəsində olan Sabirabad rayonu Yastıqobu kəndində yerləşən 6,0 hektar və Sabirabad rayonu Kürkəndi kəndində yerləşən 9,004262 hektar torpaq sahələri üzərində icarə hüquqlarını "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə satmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sabirabad Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli Seriya MA ******* və ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlardan görünür ki, Sabirabad rayonu Yastıqobu kəndində yerləşən 6,0 hektar və Sabirabad rayonu Kürkəndi kəndində yerləşən 9,004262 hektar torpaq sahələri üzərində icarə hüquqları "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51-ci maddəsinin 5-ci bəndinə əsasən mülkiyyətçi olan icarəyə verənin razılığı ilə, icarəçi icarəyə götürdüyü torpaq sahəsini başqasına subicarəyə (ikinci əldən icarəyə) verə bilər. Həmin Məcəllənin 81-ci maddəsində torpaq istifadəçilərinin və icarəçilərinin bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada torpaq sahəsini və ya onun bir hissəsini başqasının müvəqqəti istifadəsinə və icarəsinə (subicarəsinə) vermək hüququ təsbit olunmuşdur. Həmin Məcəllənin 53-cü maddəsinin 1-ci bəndinə əsasən Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələri istifadəyə və icarəyə verilərkən (satılarkən), onlara dair aşağıdakı öhdəliklər və məhdudiyyətlər qoyula bilər: torpaq sahəsi istifadəyə verildikdə, onun icarəyə (və ya subicarəyə) verilməsinin qadağan edilməsi; Göründüyü kimi, istər Sabirabad rayonu Yastıqobu Bələdiyyəsinin 01 dekabr 2009cu il tarixli, 11 saylı, istərsə də Sabirabad rayonu Kürkəndi Bələdiyyəsinin 03 dekabr 2009cu il tarixli, 17 saylı qərarlarının qəbul edilməsi zamanı Azərbaycan Respublikası Torpaq Məcəlləsinin tələblərinin pozulması hallarına yol verilməmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, həm X5, həm də "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Sabirabad rayonu Yastıqobu kəndində yerləşən 6,0 hektar və Sabirabad rayonu Kürkəndi kəndində yerləşən 9,004262 hektar torpaq sahələri üzərində icarə hüquqlarını qanuni əsaslarla əldə etmişlər. İş materiallarında olan Sabirabad rayonu Kürkəndi Bələdiyyəsinin 03 mart 2023-cü il tarixli, 06 saylı iclasının protokolundan çıxarışdan görünür ki, Sabirabad rayonu Yastıqobu Bələdiyyəsinin 01 dekabr 2009-cu il tarixli, 11 saylı və Sabirabad rayonu Kürkəndi Bələdiyyəsinin 03 dekabr 2009-cu il tarixli, 17 saylı qərarları ləğv edilmişdir. Cavabdeh inzibati orqan qeyd olunan qərarların ləğv edilməsinin əsası kimi həmin qərarların qanunvericiliyin tələblərinə zidd olaraq qəbul edildiyini qeyd etmiş, lakin bu ziddiyyətin nədən ibarət olduğuna dair məhkəməyə heç bir dəlil-sübut təqdim etməmişdir. Cavabdehin “icarəçinin istifadəsində olan torpaq sahəsinə görə qanunla müəyyən ediləndən az miqdarda icarə haqqı ödəməsi, bu səbəbdən icarə haqqı ilə məsələyə yenidən baxılması üçün icarəçiyə göndərilən təklif və bildirişlərə münasibət belə bildirməməsi barədə” dəlillinə gəldikdə isə, məhkəmə işin hallarının tam və hərtərəfli araşdırılması məqsədilə mübahisəli torpaq sahələrinə dair icarə haqlarının artırılmasına dair icarəçiyə müvafiq təklif və bildirişlərin göndərilməsinə dair müvafiq sənədlərin məhkəməyə təqdim edilməsini bələdiyyəyə dəfələrlə təklif etmiş, lakin cavabdeh həmin sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bundan əlavə, iddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında verdiyi izahatında mübahisəli torpaq sahələrinə dair icarə haqlarının artırılmasına dair icarəçiyə müvafiq təklif və bildirişlərin göndərilmədiyini, lakin hazırda bələdiyyə tərəfindən qanunla müəyyən edilmiş icarə haqlarının artırılması barədə təklifinə heç bir etirazlarının olmadığını bildirmişdir. Bu da cavabdehin mübahisəli torpaq sahələrinə dair icarə haqlarının artırılmasına dair icarəçiyə müvafiq təklif və bildirişlərin göndərilməməsinin sübutudur. “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinin tələblərinə görə: 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Məhkəmə hesab edir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə qoyulan tərəf kimi cavabdeh tərəfindən mübahisəli inzibati aktın qəbuluna əsas olmuş faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İPM-in 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasında inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «X1rşı» iş üzrə xx.xx.2005-сi il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə 1 saylı Protokolun 1-сi maddəsi, ilk növbədə və xüsusən tələb edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət orqanının müdaxiləsi qanuni əsasa malik olsun. Demokratik сəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinin tərkib hissəsidir (§71). Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, cavabdehin mübahisəli inzibati aktı qanuna ziddir və bunun nəticəsində iddiaçının hüquqları pozulmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Sabirabad rayonu Kürkəndi Bələdiyyəsinin 03 mart 2023-cü il tarixli, 06 saylı qərarının ləğv olunmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, cavabdeh Sabirabad rayonu Kürkəndi Bələdiyyəsinin 03 mart 2023-cü il tarixli, 06 saylı qərarı ləğv olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 4.1, 67, 68, 69, 70, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Sabirabad rayonu Kürkəndi Bələdiyyəsinin 03 mart 2023-cü il tarixli, 06 saylı qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №e-2-1(120)-2685/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(120)-2685/2023
02.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver