Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № e-2-1(120)-2733/2024 23.12.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Rüfət İlham oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə» xx.xx.2023cü il tarixli, **********663900 saylı qərarı ləğv edilməsi və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti riskli vergi ödəyicisi siyahısından çıxarılması” tələbinə dair iddiasına Şirvan İnzibati Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi, 10), inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı “xx.xx.2023-cü il tarixli, **********663900 nömrəli qərarın ləğv edilməsi, 16766,15 manat borcun hesabdan silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəmənin 2-1(120)-2733/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə, iddia tələbi dəqiqləşdirilərək, iddiaçı və cavabdeh olduğu kimi qalmaqla iddia tələbinə «Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə» xx.xx.2023-cü il tarixli, **********663900 saylı qərarı ləğv edilməsi və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti riskli vergi ödəyicisi siyahısından çıxarılması kimi baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 16766,15 (on altı min yeddi yüz altmış altı manat on beş qəpik) manat vergi borcun silinməsi üçün cavabdehə üçün müraciət edilmiş və 5 saylı Ərazi Vergilər idarəsinin xx.xx.2023-cü il tarixli **********141700 saylı məktubu ilə həmin borcların 2020, 2021, 2022-ci illər üzrə əmlak, torpaq, mənfəət, ƏDV bəyənnamələri və aparılmış kameral vergi yoxlamaları nəticəsində hesablandığı bildirilmişdir və 5 saylı Ərazi Vergilər idarəsinin xx.xx.2023-ci il tarixli **********663900 nömrəli qərarı təqdim edilmişdir. Qərarda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti VÖEN: **********, AZ5200 AZ5220 Salyan rayonu, Qarabağlı kəndi) riskli vergi ödəyicisi hesab edilmişdir. Şəxsi hesabda hesablanmış borc və qərar əsassız hesab edilərək mübahisələndirilir. 5 saylı Ərazi Vergilər idarəsinin xx.xx.2023-ci il tarixli **********663900 saylı qərarda göstərilir ki, vergi ödəyicisindən ƏDV sub uçot hesabı üzrə mədaxil məxaric əməliyyatları, elektron qaimə faktura əməliyyatları, mövcud uçot baza məlumatları, digər mənbəyi bəlli olan məlumatlar üzrə araşdırma nəticəsində uyğunsuzluqlar aşkar edilmişdir. Halbuki MMC uzun müddətdir ki, 2015-ci ildən fəaliyyətini dayandərmış və bu barədə 5 saylı ƏVİ-nə müraciət etmişdir. MMC-nin göründüyü kimi fəliyyəti yoxdur. Eyni zamanda 2020, 2021, 2022-ci illər üzrə əmlak, torpaq, mənfəət, ƏDV bəyənnamələri üzrə kameral yoxlamalar nəticəsində 16766.15 manat borc yazılmışdır. Halbuki yuxarıda qeyd etdiyi kimi MMC-nin 2015-ci ildən bəri heç bir fəaliyyəti yoxdur. 5 saylı ƏVİ Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə MMC-yə heç bir rəsmi şəkildə məlumat verməmişdir. Vergi tərəfindən hesablanmış vergi və maliyyə sanksiyaları əsassızdır. Məhkəmə iclasında iştirak edən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinə uyğun izahat verməklə iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən iddia ərizəsinə etiraz təqdim edilərək göstərilmişdir ki, İdarə aşağıda qeyd olunan səbəblərə görə iddia tələbi ilə razılaşmır və onu əsassız hesab edir. "xxxx" MMC xx.xx.2004-cü il tarixdə ********** nömrəli VÖEN-lə vergi orqanlarında qeydiyyata alınmışdır. Uçot-baza məlumatlarına əsasən, müəssisənin əsas fəaliyyət növü “YÜK AVTOMOBİL NƏQLİYYATLARİNİN FƏALİYYƏTİ”dir. "xxxx" MMC iddia ərizəsində 2015-ci ildən fəaliyyətini dayandırdığını və uzun müddət ərzində heç bir fəaliyyətinin olmadığını qeyd etmişdir. Lakin, "xxxx" MMC- nin xx.xx.2016cı il tarixli **********961800 nömrəli obyektin məlumat dəyişikliyi ərizəsi, xx.xx.2016-cı il tarixli **********970800 nömrəli obyektin qeydiyyatı ərizəsi, xx.xx.2017-ci il tarixli **********973600 nömrəli fəaliyyətin bərpası ərizəsi, xx.xx.20217-ci il tarixli **********656100 nömrəli obyektin məlumat dəyişikliyi ərizəsi, xx.xx.2017-ci il tarixli **********674100 nömrəli obyektin qeydiyyatı ərizəsi, xx.xx.2021-ci il tarixli **********361700 nömrəli obyektin məlumat dəyişikliyi ərizəsi və vergi orqanları ilə aparılan digər yazışmalar qeyd edilmiş halın həqiqəti əks etdirmədiyini sübut edir. Uçot baza məlumatlarına əsasən 2020-ci il ərzində daşınan və daşınmaz əmlakın icarə verilməsindən 9512,48 manat (ƏDV-siz) gəlir əldə edilməsinə baxmayaraq 2020-ci ilin aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayları üçün ƏDV bəyannamələrinin təqdim edilmədiyi müəyyən edilmiş və bu hal kənarlaşmalara səbəb olmuşdur. Nəticədə 2020-ci ilin müvafiq ayları ƏDV bəyannamələri üzrə 9512,48 manat (ƏDV-siz) gəlirə görə 1712,25 manat əlavə vergi məbləği hesablanmışdır. 2020-ci il üçün təqdim edilmiş torpaq vergisi bəyannaməsinin 2 №-li Əlavəsinin 611 -ci (Sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaq sahələri, yaşayış fondları, həyətyanı və vətəndaşların bağ sahələri üzrə torpaq sahələrinin cəmi) sətrində əks etdirilmiş vergiyə cəlb edilən torpaq sahəsi (“ümumi sahə” ilə “o, cümlədən vergiyə cəlb olunmayan sahə”nin fərqi) əvvəlki il üzrə təqdim edilmiş bəyannamənin müvafiq sətrində göstərilmiş vergiyə cəlb edilən torpaq sahəsi (“ümumi sahə” ilə “o, cümlədən vergiyə cəlb olunmayan sahə”nin fərqi) ilə müqayisədə 4500.00 kv.m az əks etdirilmiş və bu hal kənarlaşmaya səbəb olmuşdur. Nəticədə vergi ödəyicisinin 4500.00 kv torpaq sahəsinə görə 90 manat əlavə vergi məbləği hesablanmışdır. Uçot baza məlumatlarına əsasən 2020-ci il üçün təqdim edilmiş ƏDV bəyannamələrində daşınan, daşınmaz əmlakın icarəyə verilməsi üzrə dövriyyə məbləğləri göstərilməsinə baxmayaraq, 2020-ci il üçün mənfəət vergisi bəyannaməsinin göstəricisiz təqdim edildiyi müəyyən edilmiş və bu hal kənarlaşmaya səbəb olmuşdur. Nəticədə, 8628,81 manat (ƏDV-siz) dövriyyə məbləğindən sənədlər ilə təsdiqini tapan 115,0 manat xərc məbləğləri çıxılmaqla 1702,76 manat əlavə vergi məbləği hesablanmışdır. Uçot baza məlumatlarına əsasən 2021-ci il ərzində daşınan və daşınmaz əmlakın icarə verilməsindən 18106,89 manat (ƏDV-siz) gəlir əldə edilməsinə baxmayaraq 2021-ci ilin yanvar,fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayları üçün ƏDV bəyannamələrinin təqdim edilmədiyi müəyyən edilmiş və bu hal kənarlaşmalara səbəb olmuşdur. Nəticədə 2021-ci ilin müvafiq ayları ƏDV bəyannamələri üzrə 18106,89 manat (ƏDV- siz) gəlirə görə 3259,24 manat əlavə vergi məbləği hesablanmışdır. 2021-ci il üçün təqdim edilmiş torpaq vergisi bəyannamənin 2 №-li Əlavəsinin 611 -ci (Sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaq sahələri, yaşayış fondları, həyətyanı və vətəndaşların bağ sahələri üzrə torpaq sahələrinin cəmi) sətrində əks etdirilmiş vergiyə cəlb edilən torpaq sahəsi (“ümumi sahə’’ ilə “o, cümlədən vergiyə cəlb olunmayan sahə”nin fərqi) əvvəlki il üzrə təqdim edilmiş bəyannamənin müvafiq sətrində göstərilmiş vergiyə cəlb edilən torpaq sahəsi (“ümumi sahə” ilə “o, cümlədən vergiyə cəlb olunmayan sahə”nin fərqi) ilə müqayisədə 4500.00 kv.m az əks etdirilmiş və bu hal kənarlaşmaya səbəb olmuşdur.Nəticədə vergi ödəyicisinin 4500.00 kv torpaq sahəsinə görə 90 manat əlavə vergi məbləği hesablanmışdır. Uçot baza məlumatlarına əsasən 2021-ci il üçün təqdim edilmiş ƏDV bəyannamələrində daşınan, daşınmaz əmlakın icarəyə verilməsi üzrə dövriyyə məbləğləri göstərilməsinə baxmayaraq, 2021-ci il üçün Mənfəət vergisi bəyannaməsinin göstəricisiz təqdim edildiyi müəyyən edilmiş və bu hal kənarlaşmaya səbəb olmuşdur. Nəticədə, 18106,89 manat (ƏDV- siz) dövriyyə məbləğinə görə 905,34 manat əlavə vergi məbləği hesablanmışdır. 2021-ci il üçün təqdim edilmiş "Əmlak vergisinin bəyannaməsi"nin 501.1 -ci sətirindəki ("Hesabat ilinin əvvəlinə Vergiyə cəlb olunan əmlakın qalıq dəyəri") 0.00 manat məbləğ, əvvəlki il üzrə təqdim edilmiş "Əmlak vergisinin bəyannaməsi"nin 504.1 -ci ("Hesabat ilinin sonuna Vergiyə cəlb olunan əmlakın qalıq dəyəri") sətirindəki 70317.77 manat məbləğə bərabər olmadığına görə kənarlaşmaya səbəb olmuşdur. Nəticədə, 2021 -ci ilin əmlak vergisi bəyannaməsi ilin əvvəli ilə sonuna 70317,77 manat əmlakın dəyərinə görə 703,18 manat əlavə vergi məbləği hesablanmışdır. Uçot baza məlumatlarına əsasən 2022-ci il ərzində daşınan və daşınmaz əmlakın icarə verilməsindən 10552,55 manat (ƏDV-siz) gəlir əldə edilməsinə baxmayaraq 2022-ci ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr ayları üçün ƏDV bəyannamələrinin təqdim edilmədiyi müəyyən edilmiş və bu hal kənarlaşmalara səbəb olmuşdur. Nəticədə 2022-ci ilin müvafiq ayları ƏDV bəyannamələri üzrə 10552,55 manat (ƏDV- siz) gəlirə görə 1899,46 manat əlavə vergi məbləği hesablanmışdır. 2022-ci il üçün təqdim edilmiş torpaq vergisi bəyannamənin 2 №-li Əlavəsinin 611-ci (Sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaq sahələri, yaşayış fondları, həyətyanı və vətəndaşların bağ sahələri üzrə torpaq sahələrinin cəmi) sətrində əks etdirilmiş vergiyə cəlb edilən torpaq sahəsi (“ümumi sahə” ilə “o, cümlədən vergiyə cəlb olunmayan sahə”nin fərqi) əvvəlki il üzrə təqdim edilmiş bəyannamənin müvafiq sətrində göstərilmiş vergiyə cəlb edilən torpaq sahəsi (“ümumi sahə” ilə “o, cümlədən vergiyə cəlb olunmayan sahə”nin fərqi) ilə müqayisədə 4500.00 kv.m az əks etdirilmiş və bu hal kənarlaşmaya səbəb olmuşdur.Nəticədə vergi ödəyicisinin 4500.00 kv.m torpaq sahəsinə görə 90 manat əlavə vergi məbləği hesablanmışdır. Uçot baza məlumatlarına əsasən 2022-ci il üçün təqdim edilmiş ƏDV bəyannamələrində daşınan, daşınmaz əmlakın icarəyə verilməsi üzrə dövriyyə məbləğləri göstərilməsinə baxmayaraq, 2022-ci il üçün Mənfəət vergisi bəyannaməsinin göstəricisiz təqdim edildiyi müəyyən edilmiş və bu hal kənarlaşmaya səbəb olmuşdur. Nəticədə, 10552,55 manat (ƏDV- siz) dövriyyə məbləğinə görə 527,63 manat əlavə vergi məbləği hesablanmışdır. 2022-ci il üçün təqdim edilmiş "Əmlak vergisinin bəyannaməsi"nin 501.1 -ci sətirindəki ("Hesabat ilinin əvvəlinə Vergiyə cəlb olunan əmlakın qalıq dəyəri") 0.00 manat məbləğ, əvvəlki il üzrə təqdim edilmiş "Əmlak vergisinin bəyannaməsi"nin 504.1-ci ("Hesabat ilinin sonuna Vergiyə cəlb olunan əmlakın qalıq dəyəri") sətirindəki 70317.77 manat məbləğə bərabər olmadığına görə kənarlaşmaya səbəb olmuşdur.Nəticədə 2021 -ci ilin əmlak vergisi bəyannaməsi ilin əvvəli ilə sonuna 70317,77 manat əmlakın dəyərinə görə 703,18 manat əlavə vergi məbləği hesablanmışdır. Vergi Məcəlləsinin: 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. 24.0.1 -ci və 24.0.2-ci maddələrinə əsasən, vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə və vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə borcludur. 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1 -ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1-ci maddəsinə əsasən kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir.37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. 109.9-cu maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır. Azərbaycan Respublikasının Konstitusiyasının 73.1 -ci maddəsinə əsasən Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 24.0.1-ci maddəsinə əsasən vergi orqanı vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət edir. Azərbaycan Respublikası inzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bununla əlaqədar sənədləri məhkəməyə təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddianın mümkünlüyü : İlk öncə məhkəmə qeyd edir ki, hazırkı iddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. İddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş və ona münasibətdə əlverişsiz olan inzibati aktın (sərəncamın) ləğv edilməsini tələb edir. İPM-in 2.2.1-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İPM-in 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-nin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İş materiallarından aydın göründüyü kimi, mübahisələndirilən xx.xx.2023-cü il tarixli, **********663900 saylı qərarı ləğv edilməsi tələbinə dair iddia ərizəsi məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş 30 günlük prosessual müddəti ötürməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Hüquqi şəxsin fəaliyyətinin dayandırılması barədə arayışdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyətinin və əməliyytaların dayandırıldığı tarix xx.xx.2021-ci il, fəaliyyətin və əməliyyatların bərpa ediləcəyi tarix xx.xx.2026-cı il tarix müəyyən olunmuşdur. İş materiallarında olan Hüquqi şəxsin fəaliyyətinin dayandırılması barədə arayışdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyətinin və əməliyytaların dayandırıldığı tarix xx.xx.2023-cü il, fəaliyyətin və əməliyyatların bərpa ediləcəyi tarix xx.xx.2028-ci il tarix müəyyən olunmuşdur. İşdə olan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin “Vergi ödəyisicinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli, **********663900 nömrəli qərarından görünür ki, vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti riskli vergi ödəyicisi hesab edilməsi və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi qərara alınmışdır. İşdə olan Hüquqi şəxs haqqında məlumata əsasən, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri vəzifəsinə X3 təyin edilmişdir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2024cü il tarixli məktubdan görünür ki, xx.xx.2023-cü il tarixdə AR İN DVX-nin 5 saylı Vergilər İdarəsi tərəfindən müəssisə cəmiyyətin direktoru X1 riskli vergi ödəyicisi olan fiziki şəxslər qrupuna daxil olması səbəbi ilə riskli vergi ödəyiciləri qrupuna daxil edilmişdir. Görülən tədbirlər nəticəsində riskli hesab olunan şəxs dərhal cəmiyyətdən azad edilmiş və xx.xx.2024-cü il tarixdə qanuni təmsiçilik funksiyasını özündə daşıyan direktorluq vəzifəsindən azad edilmişdir. Yəni təmsiçilik funksiyasını özündə daşıyan direktorluq vəzifəsinə X3 təyin edilmişdir. Bununla da riskli qrupa düşməsi ilə bağlı olaraq Əsas hal aradan qaldırılmış hesab edilir. Dəyişikliyi nəzərə alaraq, müəssisənin riskli vergi ödəyiciləri qrupundan çıxarılmasının təmin köməklik edilməsini xahiş etmişdir. İşdə olan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən baxılmışdır. Məktubda qeyd edilən məsələ Baş İdarə tərəfindən araşdırılır və aparılmış araşdırmaların nəticəsi ilə bağlı məlumat təqdim ediləcəkdir. Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən, vergilər haqqında qanunvericiliyin bütün ziddiyətləri və aydın olmayan məqamları vergi ödəycisinin xeyrinə şərh edilməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 53.1-ci maddəsinə əsasən, Bu Məcəllə ilə müəyyən edilmiş vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə bu Məcəllə, Azərbaycan Respublikasının İnzibati xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə və vergi agentlərinə bu Məcəllə ilə müəyyən edilmiş maliyyə sanksiyaları və faizlər tətbiq edilir. Maliyyə sanksiyası-vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə, vergi agentlərinə və banklara tətbiq edilən pulla ifadə edilmiş tənbeh növüdür. VM-də nəzərdə tutulmuş qaydada vergi orqanları tərəfindən və ya məhkəmə tərəfindən alınır. Həmin Məcəllənin 71.1 -ci maddəsinə əsasən, vergi ödəyicisi olan hər hansı şəxs: 70.1.1. həmin şəxsin vergi öhdəliklərinin yaranmasına səbəb ola bilən; 70.1.2. həmin şəxsdə vergi tutulmasına dair öhdəliklər yaranmasına səbəb.ola bilən; 70.1.3. həmin şəxsdə bu Məcəlləyə müvafiq olaraq məlumat verməyə dair öhdəliklər yaranmasına səbəb ola bilən əməliyyatları sənədləşdirməyə borcludur. Hazırkı iş üzrə cavabdeh vergi orqanı, yuxarıda qeyd edildiyi kimi, iddiaçı barəsində riskli vergi ödəyicisi hesab etmiş və “Vergi ödəyisicinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli, **********663900 nömrəli qərar qəbul etmişdir. Vergi ödəyicisi onun riskli vergi ödəyicisi olması barədə qərarın ləğv edilməsini tələb edir, həmin qərarda göstərilənlərlə razılaşmadığını və onun barəsində qəbul edilmiş həmin əlverişsiz inzibati aktın qanunsuz olduğunu iddia edərək onu mübahisələndirir və bununlada şəxs həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələrin aradan qaldırılmasına nail olmak istəyir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 3-cü maddəsinə əsasən, vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. (AR-nın VM-nin 3.1; 3.8; 3.11-ci maddələri). Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13-cü maddəsinə əsasən, Bu Məcəllədə istifadə edilən əsas anlayışlar ... 13.2. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı anlayışlar istifadə olunur: ... 13.2.4. vergi ödəyicisi - bu Məcəlləyə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxs. 13.2.81. əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar. 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən, riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən: - 1.1. Bu Meyarlar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra - Vergi Məcəlləsi) 13.2.82-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarını müəyyən edir. - 1.3. Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyicilər tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. - 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: - 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; - 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; - 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); - 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; - 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; - 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; - 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; - 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. - 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur. - 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; - 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). Göründüyü kimi, qanunverici riskli vergi ödəyicisinin anlayışını vermiş, riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarını təsdiq etmiş, lakin şəxsin hansı hallarda riskli vergi ödəyiciləri siyahısından çıxarılmasını tənzimləməmişdir. Cavabdehin “Vergi ödəyisicinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli, **********663900 nömrəli qərarından görünür ki, cavabdeh iddiaçının Meyarların 2.1.1, 2.1.6-ci bəndlərində nəzərdə tutulan riskli əməliyyat apardığını əsas gətirərək Meyarların 2.1.1, 2.1.6-ci bəndlərinə əsasən iddiaçını riskli vergi ödəyicisi hesab etmişdir. Məhkəmə qeyd edir ki, yuxarıda istinad olunan normalardan görünür ki, riskli vergi ödəyicisi ilə bağlı vergi orqanı iki növ qərar qəbul edə bilər:
1. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması barədə;
2. Vergi ödəyicisinin riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə. Maddə 103. Vergi ödəyiciləri. 103.1. Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir. "Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 30 avqust 2000-ci il 393 nömrəli Fərmanının 1.12-ci maddəsinə əsasən Vergi Məcəlləsinin 13.2.72-ci (ikinci halda) maddəsində, 13.2.82-ci maddəsinin ikinci cümləsində, 16.1.3-1 -ci (ikinci halda), 16.1.8-ci (ikinci halda), 16.6-cı (ikinci halda), 16.7-ci (ikinci halda), 26.2-1-ci (üçüncü halda), 33.7- ci, 33.7.7-ci, 33.7.9-cu (birinci halda), 50-2.2-ci, 65.2.1.2-ci, 65.2.1.3-cü, 65.2.2-ci (hər iki halda), 65.2.3-2-ci, 65.2.3-3-cü (hər iki halda), 76.1-1 -ci (ikinci halda), 77.5-ci (ikinci halda), 77.6-cı (ikinci halda) maddələrində, 194.1 -ci maddəsinin ikinci cümləsində (birinci halda) və 222.3-cü maddəsinin ikinci cümləsində "orqan (qurum)” dedikdə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsinin 3.0.18-ci maddəsinə əsasən vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafıq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfındən qəbul edilir. Lakin iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən təsdiq edilmiş hüquqi şəxs haqqında məlumat və digər sənədlərə əsasən, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN:**********) riskli vergi ödəyicisi hesab edilməsi barədə vergi orqanı tərəfindən xx.xx.2023-cü il tarixli, **********663900 saylı qərarın qəbul edilməsini şərtləndirən hal aradan qalxmışdır. Məhkəmə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin tərəfindən aparılmış əməliyyatlar zamanı vergidən yayınma hallarının və risklərinin müəyyən edilməməsini, iddiaçının fəaliyyətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2-ci və 3-cü bəndlərində təsbit olunmuş meyarların mövcud olmamasını, həmçinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin riskli vergi ödəyicisi hesab olunması və riskli vergi ödəyiciləri siyahısma daxil edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş əsasın aradan qalxmasını, yəni hal- hazırda müəssisənin təsisçisinin və rəhbərinin X2 olduğunu, onun isə heç bir riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olmadığını nəzərə alaraq, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin riskli vergi ödəyicilərinin siyahısından çıxarılması barədə iddia tələbini əsaslı hesab edir. Riskli vergi ödəyicisinin əməliyyatlarını riskli hesab edən zaman müəssisənin riskliliyini cavabdeh inzibati orqan müşahidə etməli, inzibati orqan tərəfindən hər hansı şübhəli hal müəyyən edildikdə operativ nəzarət qaydasında akt tərtib etməlidir. Vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatın həqiqətən həyata keçirildikdə buna dair əsaslı sübutlar təqdim edilməlidir, iddiaçı barəsində vergi orqan tərəfindən əvvəllər keçirilmiş verilən səyyar yoxlaması və digər aktlarda əmtəəsiz əməliyyatların həyata keçrilməsi barədə məlumatlar qeyd edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 50.1-ci maddəsinə əsasən, operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarında uçota durmayan, bu Məcəllənin 33.2-ci maddəsinə uyğun olaraq təsərrüfat subyekti (obyekti) vergi orqanlarında uçotda olmayan və ya bu Məcəllənin 221.4.7-ci maddəsinə əsasən "Fərqlənmə nişanı"nı almayan vergi ödəyicilərinin aşkar edilməsi; 50.1.2. aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının markalanmadan və ya saxta markaları ilə markalanmaqla satılması, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktlarının aşkar edilməsi; 50.1.2-1. nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyriqanuni yolla hazırlanması, istifadəsi və satışının qarşısının alınması sahəsində nəzarət edilməsi; 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; 50.1.4. valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi və valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi faktlarının aşkar edilməsi; 50.1.6. xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) olmadan məşğul olan şəxslərin aşkar edilməsi; 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi;[348] 50.1.8. istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi; 50.1.9. bu Məcəllənin 50-2.1-ci və 194.1-ci maddələrində nəzərdə tutulan qaydaların aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi ilə bağlı tələblərinə əməl edilməsinə nəzarət edilməsi. 50.1.10. bu Məcəllənin 221.8-ci maddəsinə əsasən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almayan vergi ödəyicilərinin aşkar edilməsi; 50.1.11. nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsi; 50.1.12. pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına nəzarət edilməsi; 50.1.13. malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaiməfakturanın tərtib edilməsinə nəzarət edilməsi; 50.1.13-1. bu Məcəllənin 16.1.11-11-ci maddəsinə əsasən vergi ödəyicisinin idxal olunmuş mallarının saxlanıldığı (boşaldıldığı) yerə baxış keçirilməsi; 50.1.14. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 50.2-ci maddəsinə əsasən, operativ vergi nəzarətinin həyata kecirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddəsində göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. Cavabdeh inzibati orqan tərəfindən operativ nəzarət qaydasında yerində obyektlərə baxış keçirilməsi, istehsalat həcminin müəyyən edilməsi üzrə hüquqlarından qanuna müvafiq olaraq isifaə etməmiş və qanunun tələblərinə əsasən, inzibati orqanın üzərinə düşən vəzifələri yerinə yetirməmişdir. Belə ki, cavabdeh inzibati orqan inzibati icraat qaydasında həmin risklilik əlamətləri üzrə irəli gələn halları araşdırmalı, hasilatla məşğul olan müəssisəyə aldığı mal ilə satdığı arasında miqdar fərqi qoymalı deyildir. Həmçinin vergi orqanı operativ nəzarət qaydasında müşahidə keçirərək qum-çınqıl hasilatı aparılan obyektlər üzrə müəssisələrin və obyektlərin gücünü, onların hasilatını müəyyən etmək imkanı olduğu halda heç birini həyata keçirməmiş, alış-satış üzrə fərqlərin mövcud olduğuna istinad etmişdir. Müəssisə faktiki olaraq vergi uçotuna almışdır və bu zaman Azərbaycan Respublikası Vergi Məcəlləsinin 30-34-cü maddələrinin tələblərinə riayət etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə əsasən, Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinə əsasən, inzibati orqan mənasına görə fiziki və ya hüquqi şəxslər tərəfindən əvvəllər edilmiş başqa hərəkətlə ehtiva olunan (həmin hərəkətin həcminə daxil olan və ya daxil ola bilən) hər hansı digər hərəkətin edilməsini tələb edə bilməz. İnzibati orqanlar tərəfindən verilmiş arayışlar və icazələr onların məqsədilə uzlaşan hissəvi arayışları və icazələri ehtiva edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 544/2024 xx.xx.2024-cü il tarixli Qərarında qeyd edilmişdir: “Məhkəmə kollegiyası cavabdehin belə bir dəlili ilə razılaşır ki, “...vergi ödəyiciləri ilə bağlı barələrində “riskli vergi ödəyicisi olması barədə” qərarların qəbul edilməsi müəssisələr arasında həyata keçirilmiş riskli hesab edilmiş əməliyyatlardan sonra baş verməli olan hadisədir. Yəni, vergi ödəyiciləri arasında ilk olaraq vergi tutulan əməliyyatlar aparılmalı, onlar arasında aparılan əməliyyatlar riskli hesab edilməli və bundan sonra bu əsasda vergi orqanı tərəfindən həmin vergi ödəyicilərinin riskli vergi ödəyicisi hesab olunması barədə qərarlar qəbul edilməlidir”. Bununla yanaşı, xüsusilə vurğulanmalıdır ki, vergi ödəyiciləri arasında əməliyyatın həqiqətən də əmtəəsiz baş verdiyi (bunun, vergi ödəyiciləri üçün əhəmiyyətli hüquqi nəticələr yaratması nəzərə alınmaqla) mötəbər sübutlarla təsdiqini tapmalıdır. Həm də nəzərə alınmalıdır ki, bu cür hallarda sübutetmə yükü İPM-in 14.1-ci maddəsinə əsasən cavabdeh inzibati orqanın üzərindədir Ali Məhkəmənin oxşar mübahisə üzrə əvvəlki qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, “malın satıcısının idxalında və e-qaimə üzrə alışında məhz həmin malların müəyyən edilməməsi, yəni, vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması, özlüyündə birmənalı olaraq əməliyyatın əmtəəsiz baş tutması kimi qiymətləndirilməməli və xüsusilə malın alıcısına münasibətdə Vergi Məcəlləsinin 109.9-cu maddəsinin tətbiqinə əsas verməməlidir. 70. (Bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2208/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarında “Riskli vergi ödəyicisi” konsepsiyası və Riskli və (ya) əmtəəsiz əməliyyatların hüquqi nəticələr dəqiq və aydın izah edilmişdir VM-in 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Bununla bağlı məhkəmə qeyd edir ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər. Nəzərə almaq lazımdır ki, inzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə cavabdeh haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada cavabdeh inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan vergi hesabladıqdan sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz. Məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu tamamlayacaq qaydada həyata keçirilə bilər. Vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin qarşısını almaqdan ibarətdir. Qeyd edilməlidir ki, növbədənkənar yoxlamanın aparılması əsaslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi ilə bağlı normativ tənzimləmə də, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 175.11-ci maddəsinə əsasən, əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Nəzərə alınmalıdır ki, şəxsin əmlak hüquqları konstitusiyanın qoruma sferası ilə əhatə olunan üstün dəyərlər sırasına aiddir. Məhz bu baxımdan həmin dəyərə yalnız qanunla müəyyən olunmuş qaydada və mütənasib üsullarla müdaxiləyə yol verilir. Hərkəsin qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəməyə borclu olması konstitusion vəzifə olsa da, bu konstitusiya öhdəliyinin reallaşdırılması vasitələrinə, dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir (Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh olunmasına dair” 12 yanvar 2011-ci il tarixli Qərarı). Hazırkı mübahisəyə münasibətdə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi və keçirilməsi üzrə yuxarıda istinad olunan normaların tələbləri və həmin normaların təfsiri ilə bağlı məhkəmə kollegiyasının hüquqi mövqeyi baxımından inzibati orqanın diskresion səlahiyyətlərindən düzgün istifadə etdiyi, diskresion səlahiyyət əsasında qəbul etdiyi qərarını əsaslandırdığı, yoxlamanın keçirilməsi üçün yuxarıda qeyd olunan əsasların mövcudluğu, həmin əsasların mötəbərliyi və qanunauyğunluğu iş üzrə materiallarla təsdiq olunmur. Bu mənada cavabdeh tərəfindən aparılmış yoxlama iddiaçının sahibkarlıq fəaliyyətinə və konstitusiyanın qoruma sferasına aid olan azad sahibkarlıq hüququna qanunsuz müdaxilə kimi qiymətləndirilməlidir. Aparılmış qanunsuz inzibati icraat nəticəsində qəbul edilmiş inzibati akt da qanunsuz və əsassız sayılmalıdır. İnzibati prosessual qanunvericiliyin tələbinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir (İPM-nin 14.1 -ci maddəsi). Vergi Məcəlləsinin 53.3-cü maddəsinə görə, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Qeyd olunanlardan göründüyü kimi, vergi orqanları vergi ödəyicisinin vergi qanunvericiliyinin tələblərinin pozulmasını iddia edirsə konkret dəlillərəəsaslanmalı, ehtimal və şübhələrə istinad olunmamalıdır. “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 noyabr 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, “...iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin...Məhkəmə faktın etiraf edilməsi barədə işdə iştirak edən şəxsin izahatını dərhal əsaslı sübut kimi qəbul edə bilməz. Etiraf hər bir halda prosessual qanunvericiliyə əsasən məhkəmə tərəfindən yoxlanılmalıdır...” Beləliklə, Məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin “xx.xx.2023-cü il tarixli, **********663900 nömrəli qərarı qanunvericilik normalarının pozuntusu ilə qəbul edildiyindən, həmin qərar iddiaçı üçün əlavə vergi məsuliyyəti yaratmamalıdır. Bu baxımdan məhkəmə hesab edir ki, vergi orqanı tərəfindən yekun qərar (yoxlama aktı) qəbul edilən zaman mötəbər sübutlara deyil, ehtimallara əsaslanaraq iddiaçı vergi məsuliyyətinə cəlb edilmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 61.4-cü maddəsinə əsasən, inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Cavabdeh inzibati orqan tərəfindən bütün əhəmiyyət daşıyan hallar, habelə vergi ödəyicisi üçün əlverişli hallar araşdırılmamış, aydın olmayan hallar isə vergi ödəyicisinin xeyrinə şərh edilməmişdir. Cavabdeh orqan yekun qərarı qəbul edərkən işin həqiqi hallarını hərtərəfli araşdırmamış və düzgün olmayan nəticəyə gəlmişdir. “İnzibati icraat” haqqında Qanunun 24.1-ci maddəsinə görə, İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Bundan başqa, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Məhkəmə iş materiallarında olan sənədləri qanunvericiliyin normaları ilə birgə qiymət verərək, belə nəticəyə gəlir ki, cavabdehin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı “xx.xx.2023cü il tarixli, **********663900 nömrəli qərarının ləğv edilməli və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin riskli vergi ödəyicisi siyahısından çıxarılmalıdır. İPM-nin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İPM-nin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edə bilər. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Məhkəmə həmçinin məhkəmə prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İPM-nin 69.5-ci maddəsinin tələbinə görə məhkəmə qərarının nəticəvi hissəsində, həmçinin, prosessual xərclər də göstərilməlidir. Həmin Məcəllənin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Yenə həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən, prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Prosessual xərc yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 32-ci, 52-ci, 68- 69-cu, 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARAALDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin «Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə» xx.xx.2023-cü il tarixli, **********663900 saylı qərarı ləğv edilsin və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti riskli vergi ödəyicisi siyahısından çıxarılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər.
Hakim Amilya Hüseynova