Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № e-2-1(120)-2737/2024 17.05.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “Neftçala rayon Qırmızıkənd İcra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1994-cü il tarixli, 31 saylı doğum haqqında akt qeydinin soyad qrafasında düzəliş edilərək “Məmmədli” soyadının “Kərəmli” soyadı kimi qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı “Neftçala rayon Qırmızıkənd İcra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1994-cü il tarixli, 31 saylı doğum haqqında akt qeydinin soyad qrafasında düzəliş edilərək “Məmmədli” soyadının “Kərəmli” soyadı kimi qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuşdur. İddiaçı tərəfindən iddia ərizəsi onunla əsaslandırılmışdır ki o, xx.xx.1994-cü il tarixdə doğulmuşdur və Neftçala rayon Qırmızıkənd İcra Nümayəndəliyi tərəfindən xx.xx.1994-cü il tarixdə XVİİ-JQ N438360 nömrəli doğum haqqında şəhadətnamə verilmişdir. Doğum haqqında şəhadətnamədə ad, soyad və ata adı İddiaçı qeyd olunmuşdur. Ona aid bütün sənədlərdə (şəxsiyyət vəsiqəsi,diplom və sair) ad, soyad və ata adı İddiaçı kimi qeydə alınmışdır. O, nikaha daxil olmaq üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı “ASAN XİDMƏT” mərkəzinin Qeydiyyat Şöbəsinə müraciət etmiş və müvafiq sənədləri təqdim etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı “ASAN XİDMƏT” mərkəzinin Qeydiyyat Şöbəsində araşdırma zamanı Neftçala rayon Qırmızıkənd İcra Nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1994-cü il tarixli 31 saylı doğum haqqında akt qeydində soyadının “Məmmədli” kimi qeydə alınması, doğum haqqında şəhadətnamədə isə Kərəmli kimi qeydə alınması müəyyən olundu və sənədlərdə yaranmış ziddiyyətlə bağlı nikahın rəsmiləşdirilməsindən imtina edildi. O, Neftçala rayon Qırmızıkənd İcra Nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1994-cü il tarixli 31 saylı doğum haqqında akt qeydində düzəliş edilməsi ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı “ASAN XİDMƏT” mərkəzinin Qeydiyyat Şöbəsinə müraciət etmiş. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı “ASAN XİDMƏT” mərkəzinin Qeydiyyat Şöbəsi xx.xx.2024-cü il tarixli 3-16-5/8-15/305/24 saylı imtina məktubu ilə doğum qeydinə düzəliş etməkdən imtina etmiş və məhkəməyə müraciət etməyim tövsiyyə edilmişdir. Bildirir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı “ASAN XİDMƏT” mərkəzinin Qeydiyyat Şöbəsi doğum haqqında qeydə düzəliş edilməsindən əsassız olaraq imtina etmişdir. Hesab edir ki, Neftçala rayon Qırmızıkənd İcra Nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1994-cü il tarixli 31 saylı doğum haqqında akt qeydinin soyad qrafasında düzəliş edilərək “Məmmədli” soyadının “Kərəmli” soyadı kimi kimi qeydə alınması öhdəliyinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Neftçala Qeydiyyat şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edir.“Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 52 saylı xx.xx.2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəaların” 14-cü bəndinə əsasən itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Qeyd olunanlara əsaən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş edir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı və cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçı və cavabdehin iştirakı olmadan baxılmasını mümkün saydı. 06 aprel 2024-cü il tarixdə Cavabdeh məhkəməyə məktub ünvalanan qeyd etmişdir ki, İddiaçı soyadı doğum haqqında akt qeydində Məmmədli kimi qeyd edilmişdir.Əlavə olaraq bildirirlər ki, iddiaya qarşı etirazları yoxdur və iş yükünün çoxluğu ilə bağlı məhkəmə prosesində iştirak edə bilmirlər və onların iştirakı olmadan baxılmasını xahiş edirlər. İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Əlavə olaraq bildirilir ki, hazırki işin məhkəmə aidiyyəti müəyyən edilərkən 2 ərizə növü fərqləndirilməlidir. Birincisi, qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə; ikincisi, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqan tərəfindən qeydə düzəliş edilməsindən imtina olması ilə bağlı maraqlı şəxslə həmin orqan arasında olan mübahisə üzrə ərizə. birinci, ərizəyə ümumi məhkəmədə, ikinci ərizəyə isə inzibati məhkəmədə baxılmalıdır. Bu barədə izah “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Ali Məhkəmənin Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 9.1-ci bəndində də verilib. Hazırki ərizə 2ci növ ərizəyə aiddir, çünki iddiaçı ilə qeydiyyat orqanı arasında mübahisə yaranmışdır. 1ci növə aid olan ərizə o zaman verilir ki, belə mübahisə olmasın. İddia ərizəsindən də görünür ki, iddiaçı qeydin düzgün olmamasının müəyyən edilməsini deyil, qeydə düzəliş edilməsi öhdəliyinin qeydiyyat orqanının üzərinə qoyulmasını tələb edib. Bu baxımdan, hazırkı mübahisə inzibati mübahisə hesab edilir. Bundan başqa nəzərə alınmalıdır ki, oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi də bu növ iddialara baxılmasının inzibati məhkəmələr tərəfindən həyata keçirildiyini nəzərdə tutur. (Bax: Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)- 360/2022 saylı, xx.xx.2022-ci il tarixli) Əsaslandırma hissəsi: Məhkəmə tərəfləri dinləyərək, iddia ərizəsini, etiraz ərizəsini və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.1994-cü il tarixli ЖVİİ ЖГ 438360 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1994-cü ildə Neftçala rayonu Qırmızıkənd kəndində anadan olmuşdur. İş materiallarında olan xx.xx.2016-cı il tarixli, A№ 091011 nömrəli Bakalavr Diplomunun surətindən görünür ki, İddiaçı Azərbaycan Dövlət Pedoqoji Universitetini bitirmişdir. İş materiallarında olan AA ******* nömrəli Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət vəsiqəsindən görünür ki, xx.xx.1994-cü il təvəllüdlü İddiaçı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət vəsiqəsini almışdır. İş materiallarında olan Neftçala rayon İcra Hakimiyyəti başçısının Qırmızıkənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, nümayəndəlikdə tərtib olunan doğum,nikah və ölüm aktları hər ayın sonunda Cavabdehnə təqdim olunur. Odur ki, İddiaçı xx.xx.1994-cü il tarixli 31 saylı doğum haqqında aktı Cavabdehnə təqdim olunmuşdur. İş materiallarında olan Neftçala rayon Polis Şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.1994-cü il tarixdə Neftçala rayonu Qırmızıkənd kəndində anadan olan, Neftçala rayonu, Qırmızıkənd kəndində qeydiyyatda olan İddiaçı Neftçala rayon polis şöbəsi tərəfindən xx.xx.2010-cu il tarixdə AZE- 07783566 nömrəli şəxsiyyət vəsiqəsinə əsas olan sənədlər Azərbaycan Respublikası DİN-nin müvafiq əmrinə uyğun olaraq məhv edildiyindən (sənədlərin saxlanılma müddəti 5 il olduğundan) həmin sənədlərin surətlərinin məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. Neftçala rayon polis şöbəsində İddiaçı barəsində heç bir cinayət işi və təqsirləndirici material yoxdur. İş materiallarında olan xx.xx.1994-cü il tarixli, 31 nömrəli doğum haqqında akt qeydindən görünür ki, X4 xx.xx.1994-cü il tarixdə doğulmuşdur, ata adı X6, ana adı X2r. İş materiallarında olan Neftçala rayon Polis Şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Neftçala rayonu, Qırmızıkənd kəndində qeydiyyatda olanlar İddiaçı xx.xx.2010-cu il tarixdə AZE- 07783566 nömrəli və xx.xx.2019- cu il tarixdə AA******* nömrəli şəxsiyyət vəsiqələri, X5 xx.xx.2013-cü il tarixdə AZE-13416777 nömrəli şəxsiyyət vəsiqəsi və X1 xx.xx.2014-cü il tarixdə AZE-10669957 nömrəli şəxsiyyət vəsiqələrinin Neftçala rayon polis şöbəsi tərəfindən veriməsinə əsas olan sənədlər Azərbaycan Respublikası DİN-nin müvafiq əmrinə uyğun olaraq məhv edildiyindən (sənədlərin saxlanılma müddəti 5 il olduğundan) həmin sənədlərin surətlərinin məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Bakı “ASAN XİDMƏT” Mərkəzində Qeydiyyat şöbəsinin iddiaçıya ünvanladığı 28 yanvar 2024cü il tarixli imtina məktubunda iddiaçıya bildirilmişdir ki, təqdim etdiyi AA ******* seriya və nömrəli şəxsiyyət vəsiqəsində soyadı “Kərəmli’’ qeyd edilmişdir. Neftçala rayon Qırmızıkənd İ.N tərəfindən tərtib edilmiş xx.xx.1994-cü il tarixli 31 saylı doğum haqqında akt qeydində soyadı “Məmmədli” kimi qeyd edilmişdir Neftçala rayon Qırmızıkənd İ.N tərəfindən xx.xx.1994-cü il tarixdə verilmiş XVİİ-JQ Ns438360 seriya və nömrəli doğum haqqında şəhadətnamədə isə soyadı “Kərəmli” kimi yazılmışdır. Sənədlərdə ziddiyyətin mövcudluğunu və dəyişiklik üçün zəruri əsasların olmadığını nəzərə alaraq bildirir ki, doğum haqqında akt qeydində dəyişiklik edilməsi tərəflərindən mümkün olmamışdır. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ-hüquqi aktların təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52NQ-İİ Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”ın 14-cü bəndinə əsasən məhkəməyə müraciət etməyiniz tövsiyə olunur. İş materiallarında olan Salyan rayonlararası Psixiatriya Xəstəxanasının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, xx xxx 1994-cü il tarixdə Neftçala rayonu Qırmızıkənd kəndində anadan olmuş İddiaçı Salyan Rayonlararası Psixiatriya Xəstəxnasında qeydiyyatda yoxdur. Tətbiq olunan hüquq normaları: Məhkəmə qeyd edir ki, iddiaçının hazırki iddia tələbini irəli sürməkdə əsas məqsədi doğum haqqında akt qeydində düzəlişlərin edilməsidir ki, bu zaman məhkəmə, doğum haqqında akt qeydində səhvələrə yol verilib-verilməməsini müəyyən etməli və bu istiqamətdə qiymətləndirməni aşağıdaki qanunvericiliyin müddəaları əsasında həyata keçirməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati icraat qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 26.1. Hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. 26.5.Fiziki şəxsin doğularkən aldığı ad, habelə soyadınıı dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 159.2.Müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 160.1.Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 166.1.Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 166.3.Doğum haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə məlumat informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 168.1.Doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır.
189. Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqda yol verilir.
190. adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşların daimi yaşayış yerində qeydə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 7.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşları öz adını və soyadını, atasının adını 18 yaşına çatdıqdan sonra qanunvericiliklə müəyyən edilmiş qaydada dəyişdirə bilər. Həmin Qaydanın 7.2-ci bəndinə görə isə adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması bu qaydaya və “Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli Qərarına uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müəddəalar”-ın 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Həmin Müəddəaların 3-cü bəndinə görə isə vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını dəyişdirdikdə vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik edilir. Həmin Müddəaların 8-ci bəndinə görə şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Sözügedən Müddəaların 10-cu bəndinə görə isə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində düzəldilən səhvlər və edilən dəyişikliklər ərizə verən şəxslərə oxunur, onlar tərəfindən və dəyişikliyi aparan şəxs tərəfindən imzalanır, möhürlə təsdiq edilir. Bu zaman əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə, vətəndaşlıq vəziyyəti aktının qeyd olunması haqqında ərizə verən şəxslərə yeni şəhadətnamə verilir və ya yeni şəhadətnamələrin ərizə verən şəxslərə təqdim olunması üçün rəyi qəbul edən qeydiyyat şöbələrinə və konsulluq idarələrinə 3 gün müddətində göndərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları»nın 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqda yol verilir. Həmin Qaydaların 6.2-ci bəndinə görə adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. Həmin Qaydaların 6.3-cü bəndinə görə adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24 – 6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Həmin Qaydaların 6.5-ci bəndinə görə ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi onun soyad sonluğunun deyil, soyadın özünün dəyişdirilməsi ilə bağlıdır. Belə olan halda məhkəmə cavabdehin Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1993-cü il tarixli qərarına istinad etməklə qaldırılan məsələnin həllindən imtina olunması mövqeyi ilə razılaşmır. Çünki, iddiaçının istəyi soyadının “Məmmədli”dən “Kərəmli”yə dəyişdirilməsidir. O, hazırda ona məxsus çoxlu sayda rəsmi sənədlərdə soyadının “Kərəmli” kimi göstərildiyini əsas gətirərək, doğum akt qeydində bu ziddiyyətin aradan qaldırılmasını istəyir. Həmçinin nəzərə alınmalıdır ki, iş materiallarında olan xx.xx.1994-cü il tarixli ЖVİİ ЖГ 438360 nömrəli doğum haqqında şəhadətnamədə İddiaçı, xx.xx.2016-cı il tarixli, A№ 091011 nömrəli X3 Fəridə Nizami qızı və AA ******* nömrəli Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət vəsiqəsində İddiaçı kimi qeyd edilmişdir. Həmçinin nəzərə alınmalıdır ki, qanunvericiliyə görə 18 yaşı tamam olmuş hər bir şəxs müvafiq hallar istisna olmaqla, soyadın seçimində sərbəstdir və bu, onun istəyindən asılıdır. Müvafiq hallar isə qanunvericiliklə (Qaydaların 6.5-ci bəndi) konkret müəyyən edilmişdir və məhkəmənin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Neftçala rayon Polis Şöbəsiniə sorğusuna xx.xx.2024-cü il tarixli cavab məktubunda iddiaçıya münasibətdə Azərbaycan Respublikasının ərazisində cinayət təqibi və ya məhkumluğu barədə DİN-in müvafiq uçotlarında məlumat olmadığı qeyd olunmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, hazırkı iddiaçı (xx.xx.1994-cü il təvəllüdlü) istər soyadının doğum akt qeydində “Məmmədli”dən “Kərəmli”yə dəyişdirilməsini, istərsə də sənədlərindəki uyğunsuzluğa həmin formada düzəliş edilməsini tələb etməkdə haqlıdır. Odur ki, Cavabdeh imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir Həmçinin qeyd olunmalıdır ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə (bərabərlik prinsipi) hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə görə inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı soyadının doğum akt qeydində “Məmmədli”dən “Kərəmli”yə dəyişdirilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. xx.xx.1994-cü il təvəllüdlü İddiaçı xx.xx.1994-cü il tarixli, 31 saylı doğum haqqında akt qeydinin soyad qrafasında düzəliş edilərək soyadının “Məmmədli”dən “Kərəmli”yə dəyişdirilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər.
Hakim: Pərvanə Qurbanova