Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № e-2-1(120)-2832/2025 12.06.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı Mikayıl oğlunun nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Mikayıl oğlunun Cavabdehnə qarşı “doğum akt qeydində səhv yazılmış təvəllüdü xx.xx.1955-ci ildən xx.xx.1953-cü ilə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı Mikayıl oğlu Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, doğum akt qeydində səhv yazılmış təvəllüdü xx.xx.1955-ci ildən xx.xx.1953-cü ilə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə təqdim olunmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1953-cü ildə Salyan (indiki Neftçala) rayonu, Bankə qəsəbəsində anadan olmuşdur. Anadan olan ili rayonu Salyan rayonu olmuş, daha sonra 1967-ci ildə Neftçala rayonu yaradılmışdır. Hal-hazırda Neftçala rayonu, Bankə qəsəbəsində yaşayır. Rusiya Federasiyasının vətəndaşıdır. Azərbaycanla əlaqəsi daimidir. Doğum haqqında şəhadətnaməsini itirdiyi üçün təkrar doğum haqqında şəhadətnamə ala bilmir. Ondan Rusiya Federasiyasında doğum haqqında şəhadətnamənin əsli tələb olunduğuna görə Cavabdehnə ona təkrar şəhadətnamənin verilməsi ilə əlaqədar ərizə ilə müraciət etmiş, lakin məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olmadan təkrar doğum haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığı bildirilmişdir. Bu barədə xx.xx.2025-ci il tarixli 3-16-5/8-0-50/2025 saylı rəsmi məktub verilməklə imtina edilmişdir. Qeyd edilmişdir ki, Neftçala rayonu X7 ərazi nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1955-ci il tarixli, 174 saylı doğum akt qeydində doğum tarixi xx.xx.1955-ci il kimi göstərildiyindən ziddiyət təşlik etdiyindən təkrar şəhadətnamənin verilməsi mümkün deyildir. SSRİ və Rusiya Federasiyası pasportu, sürücülük vəsiqəsi hamısında təvəllüdü xx.xx.1953-cü il kimi göstərilmişdir. xx.xx.1953-cü ildə anadan olarkən tək ana kimi ana soyadı X1 olaraq anadan olmuşdur. Doğumunun qeydiyyatı 1955-ci ildə aparılmışdır. 1959-cu ildə Atası mərhum X5 və anası mərhum X2 nikaha daxil olduqdan sonra ona yenidən Orucov Soyadı ilə doğum haqqında şəhadətnamə verilmişdir. Həmin vaxt doğum akt qeydində səhv məlumatlar yazılmışdır. Atası mərhum X5 xx.xx.2003-cü ildə və anası mərhum X2 vəfat etmişdir. Özünə doğum haqqında şəhadətnamə verilməsindən imtina edildiyindən bu sənədlərin məhkəməyə təqdim edilməsi mükün olmamışdır. Faktiki olaraq şəxsiyyət vəsiqəsi almış və doğum haqqında şəhadətnamənin əsli yoxdur. Yuxarıda qeyd olunanlara əsasən xx.xx.1953-cü ildə keçmiş Salyan (indiki Neftçala) rayonu, Bankə qəsəbəsində anadan olmuş İddiaçı Mikayıl oğlunun doğum akt qeydində səhv yazılmış təvəllüdü xx.xx.1955-ci ildən xx.xx.1953-cü ilə düzəliş edilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunmuşdur. Şifahi məhkəmə iclasında iddiaçının nümayəndəsi-vəkili Nümayəndə izahat verərək bildirdi ki, iddia tələbini müdafiə edir və iddia ərizəsinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan Rusiya Federasiyasının 770-031 nömrəli pasportun, Rusiya Federasiyasının xx.xx.1993-cü il tarixli, XXV-JQ 667367 nömrəli pasportun, Rusiya Federasiyasının 803919 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, İddiaçı Mikayıl oğlu xx.xx.1953-cü il tarixdə anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdeh İddiaçı Mikayıl oğluna ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-16-5/8-0-50/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, ərizənizə əlavə edilmiş sənədlərdə doğum tarixinizin xx.xx.1953-cü il göstərildiyi halda araşdırma zamanı Neftçala rayon X7 Ərazi nümayəndəliyi tərəfindən tərtib edilmiş 20 avqust 1955-ci il tarixli, 174 saylı doğum haqqında akt qeydində doğum tarixiniz xx.xx.1955-ci il göstərilmişdir. Doğum haqqında akt qeydindəki ziddiyyət aradan qaldırıldıqdan sonra Siz müvafiq şəhadətnamə ilə təmin oluna bilərsiniz. İş materiallarında olan Neftçala rayonu İcra Hakimiyyəti Başçısının X7 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 5-67-2/2-14/2025 nömrəli məktubda qeyd edilmişdir ki, İddiaçı Mikayıl oğlu barəsində səhv yazılmış doğum akt qeydinin və təvəllüdünün düzəliş edilməsi haqqında heç bir məlumat yoxdur. İş materiallarında olan xx.xx.1955-ci il tarixli, 174 nömrəli doğum haqqında akt qeydindən görünür ki, İddiaçı Mikayıl oğlu xx.xx.1955-ci il tarixdə Neftçala rayonu, Bankə qəsəbəsində anadan olmuşdur. Məhkəmə mübahisəyə qiymət verilməsi ilə bağlı qanunvericiliyin aşağıdakı müddəalarını diqqətə çəkir: Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar»ın preambulasında göstərilmişdir ki, bu əsas müddəalar Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. X6 13-cü bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. X6 14-cü bəndinə görə itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Məhkəmənin qənaətinə görə iddiaçının hüquqi marağı təvəllüdünün xx.xx.1953-cü il qey edilməsinin düzgün olmaması, onun təvəllüdünün 09.081955-ci il qeyd edilməsini tələb etməklə bağlı olduğuna görə, ilk növbədə onun doğum tarixinin vətəndaşlıq vəziyyəti aktları qeydində xx.xx.1953-cü il necə yazılması müəyyən olunmalıdır. İşdə olan sübutlar əsasında müəyyən olunur ki, İddiaçı Mikayıl oğlu Cavabdehnə qarşı “doğum akt qeydində səhv yazılmış təvəllüdü xx.xx.1955-ci ildən xx.xx.1953-cü ilə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edirlər. Məhkəmənin qənaətinə görə İddiaçı Mikayıl oğlu doğum akt qeydindəki doğum tarixinin düzgün göstərilməməsi ilə bağlı heç bir sübutu nə inzibati icraatda, nə də hazırkı məhkəmə icraatında təqdim etmədiklərindən, Cavabdeh imtinası qanuna zidd sayılmamalı, eləcə də iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. Bundan başqa uzun illər ərzində iddiaçı doğum akt qeydinə etimad göstərək ondan istifadə etmiş və bu barədə məlumatlı olmuşdur. Odur ki, iddia tələbi əsaslı sayıla bilməz. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəzticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, İddiaçı Mikayıl oğlunun Cavabdehnə qarşı “doğum akt qeydində səhv yazılmış təvəllüdü xx.xx.1955-ci ildən xx.xx.1953-cü ilə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 14-cü, 23.1-ci, 32-ci, 33-cü, 52-ci, 58.7-ci, 62-ci, 68-69-cu, 73-cü, 75-ci, 78-ci, 81-ci, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Mikayıl oğlunun Cavabdehnə qarşı “doğum akt qeydində səhv yazılmış təvəllüdü xx.xx.1955-ci ildən xx.xx.1953-cü ilə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Şahəli Musayev
Məhkəmə qərarları › İş №e-2-1(120)-2832/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(120)-2832/2025
12.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver