Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № e-2-1(120)-2892/2025 13.10.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi və şəxsi hesab vərəqəsindən silinmənin aparılması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi və şəxsi hesab vərəqəsindən silinmənin aparılması tələbinə dair inzibati işə 13 oktyabr 2025ci il tarixdə, məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İşin halları: İddiaçı X6 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ( bundan sonra mətndə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-372564/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi və onun şəxsi hesab vərəqəsinin “təsdiqlənməmiş azalma” xanasında qeyd olunmuş 22 111,04 manat məbləğin silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-372564/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarına əsasən ona kameral vergi yoxlaması ilə 2023-cü il üzrə 5307,54 manat əlavə gəlir vergisi hesablanmışdır. Hesablamanın əsası kimi vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2023-cü il gəlir vergisi bəyannaməsinin xərclər hissəsində göstərilmiş 26003,70 manat məbləğində olan xərclərin qəbul edilməməsi və qeyd olunan əsasla vergi ödəyicisinin riskli ödəyicisi hesab olunması və bununla da mikrosahibkarlıq subyektlərinin sahibkarlıq fəaliyyətlərindən əldə etdikləri gəlir və mənfəətlərinə tətbiq edilən 75 faiz həcmində güzəşt hüququnun ləğv edilməsi olmuşdur.Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli **********984000 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” qərarı ilə o riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir.Onun riskli vergi ödəyicisi hesab edilməsinin əsası kimi Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatları Meyarları”nın 3.1.1-ci yarımbəndi qeyd olunmuşdur. Qaydaların 3.1.1-ci bəndinə riskli əməliyyat kimi, vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərilməsinin aşkar edilməsi qeyd edilmişdir.Vergi orqanı bu qənaətə gələrkən qaydaların normalarını səhv tətbiq etmişdir. Vergi orqanı vergi ödəyicisi aldığı maldan fərqli çeşiddə mal təqdim etməmişdir sadəcə olaraq malların alışına dair alış aktları vergi orqanı tərəfindən alış sənədi kimi qəbul edilməmişdir. Qaydaların 3.1.1-ci bəndinin pozulması halı müəyyən edilmir. xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-372564/2024 №-li “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” qərar ilə vergi orqanı vergi ödəyicisinin alışında (idxalında) mal qeyd etmədiyini əsas gətirərək onun gəlirinə münasibətdə xərclərini ümumiyyətlə nəzərə almayaraq gəlir vergisi dərəcəsi 20 faiz tətbiq edilməklə 5307,54 manat əlavə vergi məbləği hesablanmışdır. Hesablamanın əsası kimi yalnız 75 faiz güzəşt hüququnun tətbiq edilməməsi olmamış, həmçinin vergi ödəyicisinin xərcləri bütövlükdə nəzərə alınmamışdır. Malların alış sənədləri qəbul edilməsə də, faktiki olaraq həmin malların alınmasına xərc çəkilmişdir. Belə olan hallarda Vergi Məcəlləsinin 67.14-cü maddəsinə əsasən vergi ödəyicisinin gəlirlərini və xərclərini müəyyən etmək mümkün olmadıqada mənfəət ( gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə ( mübahisələndirilən qərar qəbul edilən zaman qüvvədə olan norma) əsasən hesablanır. Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən verigi ödəyicisinin əldə etdiyi mənfəəti ( gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət ( gəlir) icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Vergi Məcəlləsinin müvafiq maddələrinin və Nazirlər Kabintinin 55 saylı qərarının tələblərinə uyğun olaraq şərti rentabellik norması tətbiq edilməklə müəyyən edilən dövriyyəyə uyğun olaraq 2022-ci ilin gəlir vergisi üzrə dəqiqləşdirilmiş bəyannamə təqdim edilmişdir. Lakin vergi orqanı qeyd olunan bəyannamə üzrə hesablamanı qəbul etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin etirazları: Cavabdeh inzibati orqan tərəfindən xx.xx.2025-ci il tarixdə “Elektron məhkəmə” sistemi vasitəsi ilə təqdim olunmuş yazılı münasibətində (etiraz) göstərilmişdir ki, vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək Vergi Məcəlləsinin 24.0.1-ci maddəsi ilə vergi orqanlarının vəzifəsi kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 32.1 -ci maddəsinə görə vergi orqanları vergilərin tam və vaxtında yığılmasını təmin etmək məqsədi ilə vergi nəzarətini həyata keçirirlər. Bu Məcəllənin 32.4-cü maddəsinə uyğun olaraq, vergi orqanları vergi nəzarətini vergi ödəyicilərinin uçot və hesabat məlumatlarını yoxlamaqla və bu Məcəllə ilə müəyyən edilmiş digər formalarda həyata keçirirlər. Vergi Məcəlləsinin 10.0.3-cü maddəsinə görə Azərbaycan Respublikasının dövlət vergi orqanları vergi qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarıdırlar.Azərbaycan Respublikasi Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnamə”nin 3.0.7-ci bəndinə əsasən vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta, icbari tibbi sığorta haqlarının, habelə qanunla və Azərbaycan Respublikası Prezidentinin aktı ilə Xidmətin səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlərin düzgün hesablanmasına, vaxtında və tam yığılmasına nəzarəti təmin edən orqanıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüquqlarına aid edilmişdir.Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir.Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Vergi Məcəlləsinin 37.4-ci maddəsinə əsasən Kameral yoxlama zamanı vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir.Yuxarıda qeyd edilən Vergi Məcəlləsinin müddəalarına əsasən vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2023-cü ilin gəlir vergisi bəyannaməsi üzrə kameral vergi yoxlaması həyata keçirilmişdir. Uçot-baza məlumatlarına əsasən İddiaçı xx.xx.2013-cü il tarixdə vergi ödəyicisi kimi dövlət qeydiyyatına, xx.xx.2023-cü il tarixdə könüllü olaraq ƏDV məqsədləri üçün qeydiyyata alındığı, əsas fəaliyyət növünün “Binaların genişləndirilməsi, yenidən qurulması və bərpası üzrə işlər”dən ibarət olduğu, vergi orqanında qeydiyyatda olan təsərrüfat subyektinin (obyektinin) olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Vergi Məcəlləsinin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlıvaxtında dəqiq uçotunu aparmağa, tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisi tərəfindən xx.xx.2024-cü il tarixdə 2023-cü il üçün təqdim edimiş dəqiqləşdirilmiş gəlir vergi bəyannaməsi üzərində "Hesablama metodu ilə təqdim etdiyi bəyannamənin “Xammal və materiallar” (1226.3-cü), “Malın dəyəri” (1226.4-cü), “Enerji xərcləri” (1226.7-ci), “Qaz xərcləri” (1226.8-ci), “Yanacaq xərcləri” (1226.9-cu), “Su və kanalizasiya xərcləri” (1226.10-cu), “Rabitə xərcləri” (1226.11-ci), “Mühafizə xərcləri” (1226.12- ci), “Reklam xərcləri” (1226.14-cü), “Biləvasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər” (1226.15-ci), “Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər” (1230-cu) , "Nəqliyyat xərcləri" (1233-cü), “Digər xərclər” (1236-cı) sətirlərində göstərilmiş xərclərin cəmi məbləği ilə ( 46231.81 manat), tərəfindən əvvəlki il üzrə təqdim edilmiş “Gəlir vergisinin bəyannaməsi”nin (və ya “Sadələşdirilmiş verginin bəyannaməsinin”) 1 N-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləği (0.00 manat) cari il ərzində əldə edilmiş e-qaimə-fakturaların (rislki e-qaimə-fakturaların məbləği (0.00) istisna olmaqla) və alış aktlarının məbləği (33575.72 manat) (+) cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış mal-materialların ( 0.00 manat) məbləği (+) bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannamələri”nin 1608.1-ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər) (+) 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri) (+) 1608.3-cü (Beynəlxalq daşımalar üzrə ödəmələr) + 1608.4-cü (Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər) sətirlərinin ( 0 manat) cəmi məbləğindən ( 33575.72 manat) bəyannamənin 1 N-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin ( 13347.61 manat) çıxılması nəticəsində yaranan (20228.11 manat) məbləğin müqayisəsi nəticəsində 26003.70 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir" məzmunlu uygunsuzluq müəyyən edilmişdir.Qeyd olunanlara əsasən, vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********206800 nömrəli uyğunsuzluq məktubu göndərilmiş, cari bəyannamənin və ya müvafiq sənədlərin vergi orqanına təqdim edilməsi bildirilmişdir.İddiaçı tərəfindən əsaslandırılmış izahat məktubu və ya cari vergi bəyannaməsi təqdim edilmədiyindən vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən analoji qaydada 5307,54 manat vergi hesablanmış və bu barədə xx.xx.2024-cü il tarixli **********544700 nömrəli “Vergilərin hesablanması barədə” Qərar qəbul olunmuşdur.Həmçinin hesablama aparılarkən vergi ödəyicisinin vergi orqanının bazasında olan bütün xərcləri (13881,58 (alış aktı) +19694,14 (elektron vhf) =33575.72 (cəmi xərc)), eləcə də ilin sonuna saxladığı mal qalığı (13 347.61 manat məbləğində) nəzərə alınmışdır. Qeyd olunanlara əsasən iddianın təmin edilməməsi xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: Şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə iddiaçıya və cavabdehə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, ididaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçı izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1.barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2.barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3.şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Qanunverici orqan mübahisələndirmə haqqında iddianın qaldırılmasını müddətə tabe tutmuş və müddətin başlanğıcını aşağıdakı kimi müəyyən etmişdir:
1. inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində;
2. şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi). Məhkəmənin e-2-1(120)-2892/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilmişdir. İddia mümkündür.
Faktiki hallar və sübutlar:
İş materiallarında olan: 6 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” **********984000 №-li, xx.xx.2023-cü il tarixli qərarında qeyd olunur ki, X7 ƏDV sub-uçot hesabı üzrə mədaxil-məxaric əməliyyatları, elektron qaimə-faktura üzrə əldə edilmiş və təqdim edilmiş mallar (görülmüş işlər, göstərilmiş xidmətlər), idxal-ixrac əməliyyatları, mövcud uçot baza məlumatları və digər mənbəyi bəlli olan məlumatlar üzrə aparılmış araşdırma nəticəsində uyğunsuzluq (lar) aşkar edilmişdir. Vergi ödəyicisi tərəfindən 16.03.-xx.xx.2023-cü il tarixdə 12 213,93 manat dəyərində “Kabel,Qaza Beton, uqolnik, Alçipan, TC profili, şveller, boru sement və s” təqdim edilmişdir.Qeyd olunan mallar vergi ödəyicisinin alışında və idxalında müəyyən edilmədiyi üçün aparılmış əməliyyatlar riskli hesab edilir. VM-nin 13.2.82-ci maddəsinin tələblərini rəhbər tutuaraq vergi ödəyicisi İddiaçı (**********) riskli vergi ödəyicisi hesab edilməsi və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi qərara alınmışdır. EAA seriyalı, 867517 №-li, xx.xx.2023-cü il tarixli və 867509 №-li, xx.xx.2023-cü il tarixli alış aktlarının surətindən müəyyən olunur ki, İddiaçı tərəfindən alınmış 4354 manat 01 qəpik və 4039 manat 90 qəpik dəyərində mala görə( kabel. TV kabeli, Cat 6, Xortum qarmoşka, izolenta, zajim, daş patron, lampa, gips, kalot, katanka, TC profili, əqrəb 80-lik, boş kisə, astar ağdağ, ağdağ üzlük, qaza beton, qaza beton yapışdırıcısı, miksel ZDS, vanna plastmas, vedrə plastmas, vedrə dəmir, mala DEKOR, əlcək, elektrik vilkası qoşa, elektrik vilkası sadə, sement 400 M NORM, qum qara, katanka, polas şveller, laqonda daşı, alçipan ağ, alçipan yaşıl, TU profili, TC profili, şrup, propka ağ, nasadka, sverlo beton, rezak, qutu profil masdar kraskalı 3 metr, qutu profil masdar sadə 3 metr, su venteli, arko ventil) X2 tərəfindən alış aktı tərtib olunmuşdur.Alınmış mallar xx.xx.2023-cü il tarixdə təhvil verilmişdir. EAA seriyalı, 867758 №-li, xx.xx.2023-cü il tarixli alış aktının surətindən müəyyən olunur ki, İddiaçı tərəfindən alınmış 3244 manat 43 qəpik dəyərində ( kabel, Avtomat 3x100 Ah Schneider, avtomat 3 x80 Ah schneider, kabel, astar ağdağ, ağdağ üzlük, boş kisə, şpatel 10 sm, şpatel 20 sm, profil lezva 3 m, dupel mismar 70-lik, rolik 25 sm, rolik 10 sm, rolik zapazı 10 sm, rolik çubuğu 3 m, rolik çubuğu 1 m, kist yumru, kabel borusu, su tarazı maqnitli) mala görə X8 tərəfindən alış aktı tərtib olunmuşdur. Alış aktına əsasən alınmış mallar xx.xx.2023-cü il tarixdə alıcıya təhvil verilmişdir. EAA seriyalı, 867492 №-li, xx.xx.2023-cü il tarixli alış aktının surətindən müəyyən olunur ki, İddiaçı tərəfindən alınmış 2243 manat 24 qəpik dəyərində ( uqolnik, şveller, boru, qum, şeben, lom, duy 12 v,keramik lamp tutucu, Tense ER-30 zaman relesi, Spot 20 w Led 4000 k) mala görə X3 tərəfindən alış aktı tərtib olunmuşdur.Alış aktına əsasən alınmış mallar xx.xx.2023-cü il tarixdə təhvil verilmişdir. FBDD seriyalı, 980720 №-li, xx.xx.2023-cü il tarixdə çap olunmuş Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturanın surətindən müəyyən olunur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən göndərilmiş elektron qaimə faktura X7 tərəfindən qəbul olunmuşdur. Elektron qaimə üzrə məbləğ 16 322 manat 70 qəpik qeyd olunmuşdur. EBDE seriyalı, 136022 №-li, xx.xx.2023-cü il tarixdə çap olunmuş qaimə fakturadan müəyyən olunur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçı 1602 manat 91 qəpik məbləğində qaimə göndərilmişdir. EBDE seriyalı, 244819№-li, xx.xx.2023-cü il tarixdə çap olunmuş qaimə fakturadan müəyyən olunur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçı 335 manat 12 qəpik məbləğində qaimə göndərilmişdir. EBDE seriyalı, 378101№-li, xx.xx.2023-cü il tarixdə çap olunmuş qaimə fakturadan müəyyən olunur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçı 460 manat məbləğində qaimə göndərilmişdir. EBDE seriyalı, 527531 №-li, xx.xx.2023-cü il tarixdə çap olunmuş qaimə fakturadan müəyyən olunur ki, X4 tərəfindən İddiaçı 900 manat qəpik məbləğində qaimə göndərilmişdir. EBDE seriyalı, 735964 №-li, xx.xx.2023-cü il tarixdə çap olunmuş qaimə fakturadan müəyyən olunur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçı 915 manat 67 qəpik məbləğində qaimə göndərilmişdir. EBDE seriyalı, 771133 №-li, xx.xx.2023-cü il tarixdə çap olunmuş qaimə fakturadan müəyyən olunur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçı 2067 manat 36 qəpik məbləğində qaimə göndərilmişdir. EBDE seriyalı, 813476 №-li, xx.xx.2023-cü il tarixdə çap olunmuş qaimə fakturadan müəyyən olunur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçı 370 manat 79 qəpik məbləğində qaimə göndərilmişdir. EBDE seriyalı, 942489 №-li, xx.xx.2023-cü il tarixdə çap olunmuş qaimə fakturadan müəyyən olunur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçı 165 manat 20 qəpik məbləğində qaimə göndərilmişdir. EBDE seriyalı, 818740 №-li, xx.xx.2023-cü il tarixdə çap olunmuş qaimə fakturadan müəyyən olunur ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı 84 manat məbləğində qaimə göndərilmişdir. İddiaçı tərəfindən 6 saylı Ərazi Vergilər Baş İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda Nazirlər Kabinetinin “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlar”nın təsdiq edilməsi haqqında xx.xx.2020-ci il tarixli 265 nömrəli qərarı barədə məlumatlı olduğu, riskli əməliyyatlar aparan ödəyicilər barədə məlumatlandırılmışdır və gələcəkdə bu cür şəxslərlə əməliyyatların aparılmasına, eyni zamanda işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilən fiziki şəxslərin sayının və onlara ödənilən əmək haqqı məbləğlərinin vergi və əmək qanunvericiliyinin tələblərinə uyğunlaşdırılacağına zəmanət verəcəyi, eyni zamanda aparılmış riskli əməliyyatlara görə 3 168,42 manat əlavə hesablamanın şəxsi hesab vərəqəsinə işlənməsini təmin edilməsinin xahiş olunduğu qeyd edilmişdir. 6 saylı Ərazi Vergilər Baş İdarəsinə ünvanlanmış 2023-cü il vergi dövrü üzrə Gəlir vergisi bəyannaməsindən ( Hesabat dövrünün gəlirləri (ƏDV-siz və aksizsiz) müəyyən olunru ki, bəyannamədə malların təqdim edilməsindən ( işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir 55,478,18 manat: İşlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlir 55,478.18 manat; Ümumi gəlirlər 55,478.18 manat; Çıxılmalardan sonra ümumi gəlir 55,478.18 manat; Malların təqdim edilməsi, iş görülməsi və xidmət göstərilməsi üzrə xərclər 46,231.81 manat; Bilavasitə malların təqdim edilməsi ( işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər 46,231.81 manat; Cəmi xərclər 46.231.81 manat; Ümumi gəlirdən çıxılan xərclər 46,231.81 manat; Vergiyə cəlb olunan gəlir 9,246.37 manat; Vergiyə cəlb olunan gəlirlər üzrə güzəştlər və keçmiş illərin zərəri çıxılmaqla vergiyə cəlb olunan gəlirlər 9,246.37 manat; Gəlir vergisi 1,849.27 manat; Ödənilməli gəlir vergisi 1,849.27 manat qeyd olunmuşdur. Gəlir Vergisi bəyannaməsinə Əlavə №-1-dən (Bölmə 2.Vergi uçotunun məqsədləri üçün aktivlər, öhdəliklər və kapitallar barədə məlumat) müəyyən olunur ki, Heabat dövrünün əvvəlinə aktivlər- 6,774.99 manat; debitor borcları 6 774,99 manat; sair debitor borcları 6 774,99 manat; cəmi kapital və öhdəliklər 6 774,99 manat; gələcək dövrün gəlirləri 6 774,99 manat; Dövr ərzində daxil olmuş məbləğ 13 347,61 manat; ehtiyatlar 13 347,61 manat; mallar 13 347,61 manat; cəmi kapital və öhdəliklər 13 347,61 manat; digər öhdəliklər 13 347,61 manat; Təqdim edilmişdir, silinmişdir, ləğv edilmişdir 1,400.60 manat; debitor borcları 1 400,60 manat; sair debitor borcları 1 400,60 manat; cəmi kapital və öhdəliklər 1 400,60 manat; gələcək dövrün gəlirləri 1 400,60 manat; Hesabat dövünün sonuna manatla 18,722.00 manat; ehtiyatlar 13 347,61 manat; mallar 13.347.61 manat; debitor borcları 5 374,39 manat; sair debitor borcları 5 374,39 manat; cəmi kapital və öhdəliklər 18 722,00 manat; gələcək dövrün gəlirləri 5 374,39 manat; digər öhdəliklər 13 347,61 manat qeyd olunmuşdur. Gəlir vergisinin bəyannaməsinə Əlavə № 2 (Obyektlər barədə məlumat) və Gəlir Vergisinin bəyannaməsinə Əlavə № 3 boş təqdim edilmişdir. Bakı şəhəri Lokal Gəlirlrə Baş İdarəsi tərəfindən X5 ünvanlanmış Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin ( məlumatların) tələb edilməsi haqqında 3-21-2-3/2- 155290/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, tərəfindən xx.xx.2024-cü il tarixdə təqdim olunmuş bəyannamədə, hesabatda aşağıda göstərilən səbəbdən vergi yoxlamasının aparılması mümkün olmamışdır. Səbəblər: hesablama metodu ilə təqdim etdiyi bəyannamənin “Xammal və materiallar” (1266.3-cü), “Malın dəyəri” (1226.4-cü), “Enerji xərcləri” (1226.7-ci), “Qaz xərcləri” (1226.8-ci), “Yanacaq xərcləri” (1226.9-cu), “Su və kanalizasiya xərcləri” (1226.10-cu),“Rabitə xərcləri” (1226.11-ci), “Mühafizə xərcləri” (1226.12-ci), “Reklam xərcləri”(1226.14-cü), “Bilavasitə malların təqdim edilməsi ( işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər” (1226.15-ci), “Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər” (1230-cu), “Nəqliyyat xərcləri” (1233-cü), “Digər xərclər” (1236-cı) sətrlərində göstərilmiş xərclərin cəmi məbləği ilə (46 231,81 manat), tərəfindən əvvəlki il üzrə təqdim edilmiş “Gəlir vergisinin bəyannaməsi”nin ( və ya “Sadələşdirilmiş verginin bəyannaməsinin”) 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləği (0.00 manat) cari il ərzində əldə edilmiş e-qaimə-fakturaların (riskli e-qaimə-fakturaların məbləği (0.00) istisna olmaqla) və alış aktlarının məbləği (33 575.72 manat) (+) cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış mal-materialların (0,00 manaat) məbləi (+) bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannamələri”nin 1608.1-ci (Riskin sığortası və təkrar sığorta ilə bağlı ödənişlər) (+) 1608.2-ci *Beynəlxalq rabitə xidməti ödəmələri) (+) 1608.3-cü (Beynəlxalq daşımlar üzrə ödəmələr) + 1608.4-cü (Muzdlu işlə əlaqədar alınan gəlirlər istisnaolmaqla, işlərin görülməsindən və cidmətlərin göstərilməsindən əldə olunan gəlirlər) sətrlərinin ( 0 manat cəmi məbləğindən (33575.72 manat) bəyannamənin 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin (133 47,61 manat) çıxılması nəticəsində yaranan (20228.11 manat) məbləğin müqayisəsi nəticəsində 26 003,70 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Təqdim edilmiş bəyannamənin 1 nömrəli Əlavəsinin 1.1 kodlu (əsas vəsaitlərin dəyəri) və 1.3 kodlu (ehtiyatlar) sətrlərinin “Dövr ərzində daxil olmuşdur” sütunundakı göstəricilərin cəmi (13347,61 manat) bəyannamənin aid olduğu ilin müvafiq dövründə tərəfindən idxal edilmiş (0,00 manat), elektron-qaimə fakturalar (riskli e qaimə fakturalar üzrə alınmış mallar ( 0,00 manat) istisna olmaqla) 19160.14 manat və alış aktları (13881.58 manat əsasında alınmış mallar ( işlər, xidmətlər) barədə vergi orqanının məlumat bazasında olan (33 041,72 manat ) məbləğdən 1964,11 manat fərqi olduğu üçün kənarlaşma yaranmışdır. 2023 təqvim ilinin ayları üzrə təqdim edilmiş ƏDV bəyannamələrinin Əlavələrində təqdim ediləcək malların (işlərin və xidmətlərin) hesabına əvvəlcədən alınmış ödənişlərin ( 301.1.1.8+301.1.2.7+302.7+303.41) cəmi 37 400,00 manat avans məbləğləri ilə həmin hesabat ili üzrə təqdim edilmiş “Gəlir vergisinin bəyannaməsi”nin 1 №-li Əlavəsinin 2.3.2-ci (alınmış avanslar) sətrinin “Dövr ərzində daxil olmuşdur” sütünunda göstərilən 0 manat məbləği arasında 37 400, 00 manat məbləğində fərqi müəyyən edilmişdir.Bununla əlaqədar olaraq kameral vergi yoxlamasının başa çatdırılması üşün həmin dövr üzrə dəqiqləşdirilmiş Gəlir vergisi bəyannaməsi təqdim etməsi tələb olunmuşdur. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 3-21-2-3/2-372564/2024 №-li, xx.xx.2024cü il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarla İddiaçı 2023-cü il “Gəlir vergisi” üzrə təqdim edilmiş bəyannamə, hesabat üzrə onun (vergi ödəyicisi) tərəfindən hesablanmış vergi və ya sığorta haqqı 1 849,27 manat, əvvəlki kameral yoxlama ilə müəyyən edilmiş vergi və ya sığorta haqqı 0,00 manat, Vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 7 156,81 manat, Kameral yoxlama nəticəsində: Əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 5 307,54 manat hesablanmışdır. Qərarda eyni zamanda qeyd olunmuşdur ki, hesablama metodu ilə təqdim etdiyi bəyannamədə 26003,70 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə 6 saylı Ərazi vergilər Baş İdarəsinə məktub ünvanlayaraq şəxsi hesab vərəqinin təsdiqlənməmiş azalma xanasında olan 22 111,04 manat məbləğin silinməsini xahiş etmişdir. İddiaçı məxsus şəxsi hesab vərəqinin surətindən müəyyən olunur ki, xx.xx.2025-ci il tarixinə sonuncunun şəxsi hesab vərəqində hesablanmış məbləğ 36 724 manat 54 qəpik; ödənilmişdir 8 122 manat 93 qəpik; azaldılmışdır 23 459 manat 27 qəpik; çap tarixinə faiz borcu 1 973 manat 22 qəpik, kameral yoxlanılmalı məbləğ 22 111 manat 04 qəpik; əhatə etdiyi dövrün son tarixinə saldo -7365 manat 28 qəpik, çap tarixinə saldo - 7 365 manat 28 qəpik, cəmi ödənilməli borc 29 476 manat 32 qəpik qeyd olunmuşdur.
Tətbiq edilən hüquq
Vergi Məcəlləsi
Maddə 16. Vergi ödəyicisinin vəzifələri
16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək;
Maddə 23. Vergi orqanlarının hüquqları
23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək;
Maddə 24. Vergi orqanlarının vəzifələri 24.1. Vergi orqanları: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə;
Maddə 37. Kameral vergi yoxlaması
37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. 37.5. Bu Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. 37.6. Kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4cü maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır.
Maddə 67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır:
Maddə 71. Vergi ödəyiciləri tərəfindən uçot sənədlərinin tərtib edilməsi və saxlanması 71.1. Vergi ödəyicisi olan hər hansı şəxs: 71.1.1. həmin şəxsin vergi öhdəliklərinin yaranmasına səbəb ola bilən; 71.1.2. həmin şəxsdə vergi tutulmasına dair öhdəliklər yaranmasına səbəb ola bilən; 71.1.3. həmin şəxsdə bu Məcəlləyə müvafiq olaraq məlumat verməyə dair öhdəliklər yaranmasına səbəb ola bilən əməliyyatları sənədləşdirməyə borcludur. 71.2. Vergi ödəyiciləri bu Məcəllənin 71.1-ci maddəsində göstərilən uçot sənədlərini qanunvericiliklə müəyyən edilmiş qaydada aparmağa borcludurlar. Maddə 71-2. Malların alış aktı 71-2.1. Bu Məcəllənin 130.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir. 71-2.2. Elektron alış aktının forması, tətbiqi, uçotu və istifadəsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. 71-2.3. Vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir.
Maddə 130. Gəlirin və xərcin uçotu qaydası 130.1. Vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. 130.2. Vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur.
Maddə 108. Gəlirin əldə edilməsi ilə bağlı xərclər 108.1. Bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Gəlirdən çıxılan xərclər qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməlidir.Qanunla Müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən xərclərin gəlirdən çıxılmasına yol verilmir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları” Bənd 1. Bu Qaydalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən hazırlanmış və vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması qaydalarını müəyyən edir. Bənd 6.1. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) aşağıdakı şərti üsullardan biri ilə müəyyən edir: 6.1.1. vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında: M1 = G1 : ( 100 + R) x R burada: M1 — vergi ödəyicinin mənfəəti; G1 — vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir; R — şərti rentabellik normasıdır. ... 6.1.3-cü maddəsinə əsasən vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür. Sadalanan normalardan aydın olur ki, vergi ödəyicisinin gəlir və ya xərclərindən hər hansı birini müəyyən etmək mümkün olmadıqda, vergi orqanı ödənilməli olan gəlir vergisini Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”nın 6.1-ci bəndində müəyyən edilmiş düstür əsasında hesablayır. İPM:
58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Məhkəmənin mövqeyi.
Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı cavabdeh tərəfindən iddiaçıya əlavə vergi məbləğinin hesablanması barədə qəbul edilmiş xx.xx.2024-cü il tarixli 3-21-2-3|2- 372564/2024 nömrəli qərarın ləğv edilməsinə yönəlmişdir. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən göründüyü kimi, vergi ödəyicisinin xərclərə dair təsdiqedici sənədi olmadığı təqdirdə vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na uyğun olaraq hesablanır. Hazırkı halda isə işin araşdırılan hallarından müəyyən olunur ki,vergi orqanı tərəfindən vergi ödəyicisinin təqdim etdiyi gəlir vergisi bəyannamələrindəki məlumatlar əsas görütülməklə 2023-cü il gəlir vergisi üzrə kameral qaydada hesablama aparılmışdır. Yaranmış kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında" xx.xx.2024-cü il tarixli 3-21-2- 3/2-155290/2024 nömrəli məktub göndərilmiş dəqiqləşdirilmiş bəyannamənin vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. Müəyyən edilmiş kənarlaşmalar barədə vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyindən Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2023-cü il gəlir vergisi bəyannaməsi üzrə 5 307,54 əlavə vergi məbləği hesablanmışdır. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın 19 dekabr 2024-cü il tarixli 3-21-2-3/2-372564/2024 nömrəli qərarı qanunvericiliyin tələblərinə uyğun qəbul edilmişdir. Məhkəmə tərəfindən işin müəyyən edilən hallarından aydın olur ki, iddiaçı 16.03.xx.xx.2023-cü il tarixləri aralığında təqdim etdiyi malların onun alışında və idxalında aşkar edilməməsi əsası ilə inzibati orqanın (6 saylı Ərazi Vergilər Baş İdarəsinin) xx.xx.2023-cü il tarixli qərarı ilə riskli vergi ödəyicisi hesab edilmişdir. (Lakin iddiaçı tərəfindən sözügedən qərar mübahisələndirilməmişdir). Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən, riskli vergi ödəyicisi –müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir (normanın mübahisələndirilən qərar qəbul edilən zaman qüvvədə olan redaksiyası). Belə ki, mübahisəyə dair iş üzrə materiallardan görünür ki, 2023-ci ilin gəlir vergisi üzrə vergi orqanının qəbul etdiyi 19 dekabr 2024-cü il tarixli 3-21-2-3/2-372564/2024 saylı qərarın birinci sətrində vergi ödəyicisinin hesabladığı vergi və sığorta haqlarının 1849,27 manat, üçüncü sətrində isə kameral vergi yoxlamasının nəticəsi olaraq vergi orqanı tərəfindən müəyyən edilmiş vergi və sığorta haqlarının 5 307,54 manat qeyd olunmuşdur.Vergi ödəyicisinin 2023-cü il üzrə satış dövriyyəsi 55 478,18 manat olmuşdur. Lakin iddiaçı 46 231, 81 manat xərc göstərmiş, vergi oraqanı tərəfindən isə vergi ödəyicisinin 26 003,70 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən etdiyi üçün 46 231,81 manatdan 26 003,70 manat azaldılaraq vergi ödəyicisinin xərci müəyyən edilərək analoji qaydada vergi məbləği hesablanmışdır. Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən, yalnız Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərinin və xərclərinin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır. Həmin normanın mahiyyətinə görə, gəlirlərinin və xərclərinin uçotunu Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada aparmadığı müəyyən edilən mikro sahibkarlıq subyektinə həmin güzəşt şamil oluna bilməz. İddiaçının vergi uçotunu düzgün aparmadığı vergi orqanın xx.xx.2023-cü il tarixli **********984000 nömrəli qərarı ilə müəyyən edilmiş, riskli vergi ödəyicisi hesab olunaraq, riskli vergi ödəyicilərinin siyahısına daxil edilmişdir. Buna görə də, iddiaçının gəlirlərinə 75% güzəşt hüququ tətbiq edilə bilməz. 75 faiz güzəşti iddiaçıya münasibətdə tətbiq etmək üçün əsaslar olduğundan yəni, xərc sənədləri olmadığı halda cavabdeh vergi orqanı bütün gəlirə 20 faiz tətbiq etməklə gəlir vergisi hesablamaqda da haqlı olmuşdur.Belə ki, vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 67-ci maddəsinə uyğun olaraq vergi hesablanmışdır. Vergi Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə görə, müvafiq vergi yoxlamasının aparılması zamanı sənədlər tam və ya qismən mövcud olmadıqda və ya təqdim edilmədikdə, vergi orqanı vergi ödəyicisinə aid əlaqəli məlumatlardan, belə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinə aid vergi orqanında olan məlumatlardan istifadə etməklə, bu da, mövcud olmadıqda son zərurət kimi şərti rentabellik normasını tətbiq etməklə ödənilməli vergi məbləğini hesablaya bilər. Cavabdeh Vergi Məcəlləsinin 67-ci maddəsi ilə müəyyən olunan imkanlardan istifadə edərək, iddiaçı üçün əlverişli halları nəzərə almış və verginin düzgün hesablanmasını təmin etmişdir. Odur ki, cavabdeh tərəfindən aparılmış hesablama əsassız hesab oluna bilməz. İddiaçının şəxsi hesab vərəqəsinin “təsdiqlənməmiş azalma” xanasında qeyd olunmuş 22111,04 manat məbləğin silinməsi öhdəliyinin cavabdehə həvalə olunması tələbinə münasibətdə məhkəmə qeyd edir ki, silinməsi tələb olunan məbləğin şəxsi hesab vərəqəsinə düşməsinə səbəb vergi orqanı tərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixli **********984000 nömrəli qərar olmuşdur və sözügedən qərar iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Məhkəmə iddia tələbini bu hissədə əsassız hesab edir. İPM-nin 70.1-ci maddəsinə əsasən maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının iddiası əsassızdır və təmin oluna bilməz. NƏTİCƏ HİSSƏSİ Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Rəşidə Quliyeva