Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-1(120)-2990/2025 13.08.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “X1 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı hərbi xidmət dövründə İİ Qarabağ müharibəsi zamanı alınmış kəllə beyin travması nəticəsində şəxsiyyət pozuntusu, tez-tez baş verən funksional tutmalar, çoxsaylı özünü kəsmələrlə meyarına əsasən ona müddətsiz müharibə əlilliyi təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “X1 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı hərbi xidmət dövründə İİ Qarabağ müharibəsi zamanı alınmış kəllə beyin travması nəticəsində şəxsiyyət pozuntusu, tez-tez baş verən funksional tutmalar, çoxsaylı özünü kəsmələrlə meyarına əsasən ona müddətsiz müharibə əlilliyi təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı X6 iddia ərizəsini onunla əsaslandırmışdır ki, X2 (AA25942N; FİN: 7DDCEVK) xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının səfərbərlik hazırlığı və səfərbərlik haqqında və hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikası Qanunlarının müvafiq maddələrinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada hərbi xidmətə cəlb edilmiş və xx.xx.2020-ci il tarixdə aidiyyatı hərbi hissəyə təhvil verilmişdir. xx.xx.2020ci il tarixdən xx.xx.2021-ci il tarixədək N saylı hərbi hissədə hərbi xidmət keçmişdir. xx.xx.2021-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsində rəsmi qeydiyyatdadır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Vətən Müharibəsində iştirak etmişdir. Vətən Müharibəsi zamanı Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə düşmən tərəfindən atılan mərminin partlaması nəticəsində “Barotravma” xəsarəti almış və aldığı xəsarətdən sonra ruhi vəziyyəti dəyişmişdir. Bu səbəbdən xx.xx.2020-ci ol tarixdə N nömrəli hərbi hissədən “Hər iki gözün miopik astqmatizmi” diaqnozu qoyulmuş və SQ BKH-na təxliyyə olunmuşdur. Bununla bağlı xx.xx.2022-ci il tarixdə MN MHP-nın hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmişdir. Həmin şəhadətnamədə sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı olmağı qeyd edilmişdir. xx.xx.2022-ci il tarixdə verilmiş daha bir şəhadətnamədə Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə “Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu, astenonevrotik təzahürlər, barotravma (xx.xx.2020) iki tərəfli xroniki koxlear nevrit ikitərəfli neyrosensor ağıreşitmə pıçıltı nitqini hər iki qulaqda 4 (dörd) metr məsafədən eşitməsi ilə” diaqnozları qoyulmuşdur və hərbi travma olduğu, Azərbaycan Respublikasının müdafiəsi zamanı alındığı qeyd olunmuşdur. Bundan başqa “Mülayim dərəcədə ifadə olunmuş üzvi emosional labil pozuntu. Hər iki gözün mürəkkəb miopiok astiqmatizmi oxlarla M 3,0D və M2,0D nəticəsində görmə itiliyinin 0,1-ə qədər azalması, korreksiya ilə hər iki gözün görmə itiliyi 0,3 olmaqla. 12,24,36,37-ci dişlərin kariyesi” diaqnozları da qoyulmuşdur və müşayiətçiyə zərurət olduğu qeyd edilmişdir. Həmin şəhadətnamələri və həmin diaqnozları təstiqləyən arayışlarıda ərizəsinə əlavə etmişdir. AR SN RPX-nın Həkim psixiatr Komissiyasının rəyində “Üzvi (2-ci Qarabağ Müharibəsi zamanı alınmış barotravma nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez baş verən funksional tutmalar, çoxsaylı özünü kəsmələrlə” diaqnozu təyin olunmuşdur. xx.xx.2024-cü il tarixdə verilmiş daha bir şəhadətnamədə MN MHHK-nın qərarı ilə “F 07.0 Ağır dərəcdə ifadə olunmuş dissosiativ pozuntu, tez-tez baş verən funksional tutmalar, çoxsaylı özünü kəsmələr T70.0, H 93.3, H90.3 Barotravma (xx.xx.2020) ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli neyrosensor ağıreşitmə pıçıltı nitqini hər iki qulaqda 4 (dörd) metr məsafədən eşitməsi ilə” diaqnozları qoyulmuşdur və hərbi travma olduğu, Azərbaycan Respublikasının müdafiəsi zamanı alındığı qeyd olunmuşdur. Bundan başqa “H 52.2 Hər iki gözün mürəkkəb miopiok astiqmatizmi oxlarda M 3,0D və M2,0D nəticəsində görmə itiliyinin 0,1-ə qədər azalması, korreksiya ilə 0,5 olmaqla E 66 ikinci dərəcəli alimentar-konstitusional piylənmə BÇİ-35.6. K 02 Çoxsaylı kariyes diaqnozları da qoyulmuşdur.AR SN RPX-ya qəbul olmuş və xx.xx.2024-cü il tarixdə Həkim Məsləhət komissiyasına təqdim olunmuşdur. Prof. F. İsmayılov tərəfindən “Üzvi (2-ci Qarabağ Müharibəsi zamanı alınmış barotravma nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez baş verən funksional tutmalar, çoxsaylı özünü kəsmələrlə” diaqnozu təyin olunmuşdur. Akademik Z.Əliyeva adına Milli Oftolmologiya Mərkəzində xx.xx.2021-ci ildə keçirilən müayinədə oğlunun gözündə problemlərin olması qeyd edilmişdir. Həmin akt da ərizəyə əlavə edilmişdir.X2 AR SN PX-da xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək malicə almışdır .Ağcabədi MRX-da xx.xx.2024-cü ildən xx.xx.2024-cü il tarixədək və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək müalicə almışdır. X9 xx.xx.2024-cü il tarixdə Qarabağ klinikasında müayinə olunmuş və həmin müayinədə də sağlamlığı ilə bağlı problemlər öz əksini tapmışdır. X1 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı hərbi xidmət dövründə İİ Qarabağ müharibəsi zamanı alınmış kəllə beyin travması nəticəsində şəxsiyyət pozuntusu, tez-tez baş verən funksional tutmalar, çoxsaylı özünü kəsmələrlə meyarına əsasən ona müddətsiz müharibə əlilliyi təyin edilməsi öhtəliyinin cavabdeh Azərbaycan Respublikası ƏƏSMN-nin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəlləsinin) 62.3-cü maddəsinə əsasən işə İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaya inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinin tələbinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə görə bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Məhkəmə qeyd edir ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verılənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İddia ərizəsinin məzmunundan və iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı “X2na müddətsiz müharibə əlilliyi təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”nı istəyir və cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini göstərmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi həmin tələbə cavab verməyən inzibati orqana – Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yönəlmişdir. Belə ki, “X2na müddətsiz müharibə əlilliyi təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” ilə bağlı iddia tələbi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı yönələ bilməz. Başqa sözlə hazırki iş üzrə cavabdeh tələbə cavab verən inzibati orqan deyildir. Məhkəmə iddiaçıya izah edərək bildirir ki, iddiaçının həmin tələbinə cavab verməli orqan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi olmalıdır. Məhkəmə sorğu əsasında təqdim edilmiş, xx.xx.2025-ci il tarixli, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən qəbul edilmiş qərarın surətindən görünür ki, iddiaçının hüquqi marağına toxunan sənəd xx.xx.2025-ci il tarixli qərardır. Məhs həmin qərarın ləğv edilməsi ilə iddiaçının hüquqi marağı bərpa oluna bilər. Odur ki, iddiaçı hazırkı iddia tələbi ilə bağlı həmin qərarı qəbul etmiş – Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyini əsl cavabdehlə əvəz etməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş materialarından görünür ki, iddiaçının X2 xx.xx.1996-cı il tarixdə anadan olmuşdur. O, yetkinlik yaşına çatmış tam prosessual fəaliyyət qabiliyyətinə malik şəxsir. İddiaçı X1 fəaliyyət qabilyətinin olamamsı ilə bağlı hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə iddia qaldıraq üçün subyektiv hüquq olan şəxs X5 olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Məhkəmə iddiaçıya xx.xx.2025-ci il tarixli 2-1(120)-N90/2025 saylı və xx.xx.2025-ci il tarixli 2-1(120)-N90/2025 saylı məktublarla yardım edərək, iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı hüquqları izah olunsa da, iddiaçı məhkəmə iclaslarına gələmiş və iddia tələbini dəqiqləşdirməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi, qanuna əsasən müəyyən növ inzibati iddia onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “X1 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı hərbi xidmət dövründə İİ Qarabağ müharibəsi zamanı alınmış kəllə beyin travması nəticəsində şəxsiyyət pozuntusu, tez-tez baş verən funksional tutmalar, çoxsaylı özünü kəsmələrlə meyarına əsasən ona müddətsiz müharibə əlilliyi təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 50 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “X1 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı hərbi xidmət dövründə İİ Qarabağ müharibəsi zamanı alınmış kəllə beyin travması nəticəsində şəxsiyyət pozuntusu, tez-tez baş verən funksional tutmalar, çoxsaylı özünü kəsmələrlə meyarına əsasən ona müddətsiz müharibə əlilliyi təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına inzibati icraat qaydasında baxılması mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvani küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Hakim: Şahəli Musayev
Məhkəmə qərarları › İş №e-2-1(120)-2990/2025
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(120)-2990/2025
13.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver