Məhkəmə qərarları › İş №e-2-1(120)-3012/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(120)-3012/2022

22.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № e-2-1(120)-3012/2022 22.12.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, xx katibliyi, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı «müvafiq sənədlərin təqdim olunması» tələbinə dair iddiası üzrə inzibati işə 22 dekabr 2022-ci il tarixdə Şirvan İnzibati Məhkəməsinin binasında (ünvan: Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi, 10) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə ilkin mühasibat sənədlərinin: (Hüquqi və fiziki şəxslərlə bağlanmış bütün təsərrüfat müqavilələri, müəssisənin obyektlərində quraşdırılmış kassa aparatlarının aylar üzrə fiskal “Z’ hesabatları, nağd pul vəsaitinin hərəkəti barədə aylıq kassa hesabatları, mal-materialların hərəkəti barədə aylıq material hesabatları, işçilərlə bağlanmış əmək müqavilələri barədə bildirişlərin, əsas vəsaitlərin adlı siyahısı (sayı və qiyməti göstərilməklə), işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi barədə tərtib olunmuş Forma 2 və Forma 3 (bir hissəsi təqdim edilib), malmateralın norma daxilində silgisi barədə Forma 2 və Forma 3 texniki hesabatları, yanacağın norma daxilində silgisi barədə e-qaiməyə əlavə (yol vərəqələri) təsdiq edilmiş (imza və möhürlə) surətlərini Cavabdeh MMC-dən götürülərək 8 saylı Ərazi Vergilər İdarəsinə və ya vergi orqanının yoxlamanı keçirən vəzifəli şəxsinə təqdim edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 8 saylı Ərazi Vergilər İdarəsi bildirir ki, idarənin xx.xx.2022-ci il tarixli **********162322 saylı “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarına əsasən xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan vergi dövrünü əhatə etməklə Cavabdeh (VÖEN **********) növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Səyyar vergi yoxlamasına xx.xx.2022-ci il tarixdə başlanılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli KY221783932 saylı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” Çıxarış, xx.xx.2022-ci il tarixli **********162322 saylı “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərar və xx.xx.2022ci il tarixli **********162472 saylı “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” Tələbnamə xx.xx.2022-ci il tarixli **********575900 №-li məktubla və xx.xx.2022-ci il tarixli **********715100 №-li məktubla Cavabdeh MMC-nin elektron poçtuna göndərilmişdir. Tələbnamədə göstərilən müddətin keçməsinə baxmayaraq, tələb olunan sənədlərin təsdiq olunmuş surətləri vergi orqanının yoxlamanı keçirən vəzifəli şəxsinə və ya 8 saylı Ərazi Vergilər İdarəsinə təqdim edilməmişdir. “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2022-ci il tarixli **********164039 saylı Qərar çıxarılmışdır. Vergi yoxlamasının keçirilməsi üçün tələb olunan xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ilkin mühasibat sənədlərinin: ( Hüquqi və fiziki şəxslərlə bağlanmış bütün təsərrüfat müqavilələri, müəssisənin obyektlərində quraşdırılmış kassa aparatlarının aylar üzrə fiskal “Z” hesabatları, nağd pul vəsaitinin hərəkəti barədə aylıq kassa hesabatları, mal-materialların hərəkəti barədə aylıq material hesabatları (kağız və excell formada), işçilərlə bağlanmış əmək müqavilələri barədə bildirişlərin, əsas vəsaitlərin adlı siyahısı (sayı və qiyməti göstərilməklə), işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi barədə tərtib olunmuş Forma 2 və Forma 3 (bir hissəsi təqdim edilib), mal-materalın norma daxilində silgisi barədə Forma 2 və Forma 3 texniki hesabatları, yanacağın norma daxilində silgisi barədə e-qaiməyə əlavə (yol vərəqələri) təsdiq edilmiş (imza və möhürlə) surətlərini yoxlamaya təqdim edilməməsinə görə xx.xx.2022-ci tarixli “Sənədlərin və nümunə kimi əşyaların verilməsindən imtina barədə” Akt tərtib olunmuşdur. Beləliklə, səyyar vergi yoxlamasının keçirilməsi üçün yuxarıda qeyd olunan sənədlərin əldə edilməsi mümkün olmamışdır. Odur ki, səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə ilkin mühasibat sənədlərinin: (Hüquqi və fiziki şəxslərlə bağlanmış bütün təsərrüfat müqavilələri, müəssisənin obyektlərində quraşdırılmış kassa aparatlarının aylar üzrə fiskal “Z’ hesabatları, nağd pul vəsaitinin hərəkəti barədə aylıq kassa hesabatları, mal-materialların hərəkəti barədə aylıq material hesabatları, işçilərlə bağlanmış əmək müqavilələri barədə bildirişlərin, əsas vəsaitlərin adlı siyahısı (sayı və qiyməti göstərilməklə), işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi barədə tərtib olunmuş Forma 2 və Forma 3 (bir hissəsi təqdim edilib), mal-materalın norma daxilində silgisi barədə Forma 2 və Forma 3 texniki hesabatları, yanacağın norma daxilində silgisi barədə eqaiməyə əlavə (yol vərəqələri) təsdiq edilmiş (imza və möhürlə) surətlərini Cavabdeh MMCdən götürülərək 8 saylı Ərazi Vergilər İdarəsinə və ya vergi orqanının yoxlamanı keçirən vəzifəli şəxsinə təqdim edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişlər. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi və cavabdeh gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmənin əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi X1 iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, İPM-in 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüquqları sırasındadır. Həmin Məcəllənin 36.1-ci maddəsinə görə vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Həmin Məcəllənin 42.1-ci maddəsinə görə səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Sənədlərin və ya elektron faylların verilməsi barəsində tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 15 iş günü müddətində vergi orqanına təqdim etməlidir. Həmin Məcəllənin 42.2-ci maddəsinə görə səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının vəzifəli şəxsinə tələb olunan sənədlər vergi ödəyicisi tərəfindən bu Məcəllənin 42.1-ci maddəsinin ikinci abzasında göstərilən müddətdə təqdim edilmədikdə və ya həmin sənədlərin və ya elektron faylların onda olmaması vergi ödəyicisi tərəfindən bildirildikdə, yoxlamanı həyata keçirən vergi orqanının vəzifəli şəxsləri və vergi ödəyicisi tərəfindən imzalanan akt tərtib edilir. Vergi ödəyicisi həmin aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda qeyd edilir. Tərtib olunmuş aktın surəti vergi ödəyicisinə verilir. Tələb olunan sənədləri və ya surətlərini səyyar vergi yoxlamasının keçirildiyi müddətdə digər mənbələrdən əldə etmək mümkün olmadıqda, həmin akta əsasən vergi orqanının ödənilməli olan vergi məbləğlərini bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada müəyyən etmək hüququ vardır. Həmin Məcəllənin 42.3-cü maddəsinə görə səyyar vergi yoxlaması üçün zəruri olan vergi orqanı tərəfindən tələb edilən sənədlərin və ya elektron faylların vergi ödəyicisi tərəfindən vergi orqanına verilməsindən imtina edilməsi və ya bu Məcəllənin 42.1-ci maddəsində göstərilən müddətdə təqdim edilməməsi qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. Bu maddədə göstərilən qaydada sənədlərin və ya elektron faylların təqdim edilməsindən imtina edildikdə, səyyar vergi yoxlamasını həyata keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş qaydada sənədlərin götürülməsini həyata keçirə bilər. Həmin Məcəllənin 43.1-ci maddəsinə görə sənədlərin və nümunə kimi əşyaların götürülməsinə səyyar vergi yoxlaması və operativ vergi nəzarəti keçirildikdə yol verilir. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən səyyar vergi yoxlaması keçirildikdə yoxlamanın predmetinə aid olan və vergilərin hesablanması üçün tələb olunan vergi ödəyicisi tərəfindən təqdim olunan sənədlərin və əşyaların öyrənilməsinə əlavə vaxt tələb olunduğu halda, həmçinin təqdim olunmuş sənədlərdə vergi qanunvericiliyinin pozulması halları müəyyən edildikdə və ya bu pozuntular bilavasitə əşyalarla bağlı olduqda, səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 42-ci maddəsinə müvafiq olaraq ona təqdim edilmiş sənədləri və nümunə kimi əşyaları götürə bilər. Vergi ödəyicisi tərəfindən yoxlamanı bilavasitə həyata keçirən vəzifəli şəxsə verilən sənədlərin və nümunə kimi əşyaların götürülməsi vergi orqanının rəhbərinin (onun müavininin) əsaslandırılmış qərarı ilə həyata keçirilir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən sənədlərin vergi ödəyicisi tərəfindən təsdiq olunmuş surətləri götürülür. Həmin Məcəllənin 43.4-cü maddəsinə görə sənədlər və nümunə kimi əşyalar vergi ödəyicisinin iş vaxtı (faktiki iş vaxtı) ərzində götürülür. Həmin Məcəllənin 43.5-ci maddəsinə əsasən səyyar vergi yoxlaması zamanı vergilərin hesablanması üçün zəruri olmayan sənədlərin və nümunə kimi əşyaların götürülməsi qadağandır. Həmin Məcəllənin 43.6-cı maddəsinə görə sənədlərin və nümunə kimi əşyaların götürülməsi sənədləri və əşyaları götürülən şəxslərin və (və ya) onların nümayəndələrinin iştirakı ilə həyata keçirilir. Zəruri hallarda sənədlərin və nümunə kimi əşyaların götürülməsində iştirak etmək üçün mütəxəssis dəvət oluna bilər. Həmin Məcəllənin 43.7-ci maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsi sənədlərin və nümunə kimi əşyaların götürülməsinə qədər götürülmə barədə vergi orqanının rəhbərinin (onun müavininin) əsaslandırılmış qərarını təqdim edir və iştirak edən şəxslərə onların hüquq və vəzifələrini izah edir. Həmin Məcəllənin 43.8-ci maddəsinə əsasən sənədlərin və nümunə kimi əşyaların götürülməsi barədə bu Məcəllənin 48-ci maddəsinin tələblərinə riayət etməklə protokol tərtib edilir. Həmin Məcəllənin 43.11-ci madddəsinə əsasən vergi ödəyicisinin bu maddədə nəzərdə tutulmuş qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı madəssinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İşdə olan sənədlər əsasında aparılmış məhkəmə araşdırılması ilə müəyyən edilir ki, xx.xx.2022-ci il tarixli **********156551 nömrəli qərardan görünür ki, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən Vergi Məcəlləsinin 23, 36, 38-ci maddələri əsas tutularaq “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********156551 nömrəli qərar ilə vergi ödəyicisi olan cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mart 2019-fevral 2022 vergi dövrünü əhatə edən fəaliyyəti üzrə qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, **********162472 nömrəli Tələbnamədən görünür ki, iddiaçı tərəfindən Vergi Məcəlləsinin 23-cü, 36-cı, 37-ci və 42-ci maddələri əsas tutularaq xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan vergi dövrünü əhatə edən ilkin mühasibat sənədlərinin: (baş kitab, bank və kassa ödəniş sənədləri, alınmış və satılmış mallar üzrə müqavilələr, təhvil təslim aktların, işlərin yeıinə yetirilməsi və xidmətlərin göstərilməsi barədə tərtib olunmuş Forma 2 və Forma 3. müəssisənin obyektlərində quraşdırılmış kassa aparatlarının aylar üzrə fiskal "Z" hesabatları, nağd pul vəsaitinin hərəkəti barədə aylıq kassa hesabatları, qaimə fakturalar, elektron -qaimə fakturalar, elektron vergi- hesab fakturalar, xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyətlə məşğul olmaq üçün alınmış xüsusi razılığın (lisenziyanın), aparılmış idxal-ixrac əməliyyatlarına dair gömrük sənədlərin, mətbəələrdən alınmış ciddi hesabat blanklarm hərəkəti barədə (blankların alınması, istifadə olunması, korlanması, itirilməsi və xx.xx.2022-ci il tarixə qalıq sayı barədə seriya və nömrələri göstərilməklə) hesabatın, hüquqi və fiziki şəxslərlə bağlanmış bütün təsərrüfat müqavilələr, mal-materialların hərəkəti barədə aylıq material hesabatları , malmateralm norma daxilində silgisi barədə aylıq Texniki hesabatları,debitor və kreditorların yoxlama dövrünün əvvəlinə və sonuna adlı siyahısı, ƏDV məqsədləri üçün xx.xx.2020-ci il,xx.xx.2020-ci il, xx.xx.2021-ci il tarixə və xx.xx.2022-ci il tarixə debitor borcların adlı siyahısı, istehsal edilmiş malların çeşidlər üzrə kalkulyasiyası, işçilərə hesablanmış aylıq əmək haqqı cədvəlləri, əmək müqavilərinin bağlanması barədə bildirişlərin, 2019-cu ilin mənfəət vergisi bəyannaməsinin yoxlanılması üçün xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixə sənədləri) təsdiq edilmiş (imza və möhürlə) surətləri və vergilərin hesablanmasını zəruri edən digər sənədlərin xx.xx.2022-ci il tarixə kimi təqdim olunması haqqında” cavabdehə göndərilməsi üçün xx.xx.2022-ci il tarixli, **********162472 Tələbnamə tərtib edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Aktdan görünür ki, “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2022-ci il tarixli, **********162472 nömrəli Tələbnamə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri X2 təqdim edilmiş, lakin tələb olunan sənədlər yoxlamaya təqdim edilməmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli **********162322 nömrəli qərardan görünür ki, iddiaçı tərəfindən “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********162322 nömrəli qərar qəbul edilmiş və həmin qərarda yoxlanılan vergi dövrünə aid zəruri olan sənədlərin cavabdehdən götürülməsinin həyata keçirilməli olduğu göstərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli **********164039 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” qərardan görünür ki, “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan vergi dövrünü əhatə edən ilkin mühasibat sənədlərinin: (baş kitab, bank və kassa ödəniş sənədləri, alınmış və satılmış mallar üzrə müqavilələr, təhvil təslim aktların, işlərin yeıinə yetirilməsi və xidmətlərin göstərilməsi barədə tərtib olunmuş Forma 2 və Forma 3. müəssisənin obyektlərində quraşdırılmış kassa aparatlarının aylar üzrə fiskal "Z" hesabatları, nağd pul vəsaitinin hərəkəti barədə aylıq kassa hesabatları, qaimə fakturalar, elektron -qaimə fakturalar, elektron vergi- hesab fakturalar, xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyətlə məşğul olmaq üçün alınmış xüsusi razılığın (lisenziyanın), aparılmış idxal-ixrac əməliyyatlarına dair gömrük sənədlərin, mətbəələrdən alınmış ciddi hesabat blanklarm hərəkəti barədə (blankların alınması, istifadə olunması, korlanması, itirilməsi və xx.xx.2022-ci il tarixə qalıq sayı barədə seriya və nömrələri göstərilməklə) hesabatın, hüquqi və fiziki şəxslərlə bağlanmış bütün təsərrüfat müqavilələr, mal-materialların hərəkəti barədə aylıq material hesabatları , mal-materalm norma daxilində silgisi barədə aylıq Texniki hesabatları,debitor və kreditorların yoxlama dövrünün əvvəlinə və sonuna adlı siyahısı, ƏDV məqsədləri üçün xx.xx.2020-ci il,xx.xx.2020-ci il, xx.xx.2021-ci il tarixə və xx.xx.2022-ci il tarixə debitor borcların adlı siyahısı, istehsal edilmiş malların çeşidlər üzrə kalkulyasiyası, işçilərə hesablanmış aylıq əmək haqqı cədvəlləri, əmək müqavilərinin bağlanması barədə bildirişlərin, 2019-cu ilin mənfəət vergisi bəyannaməsinin yoxlanılması üçün xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixə sənədləri) təsdiq edilmiş (imza və möhürlə) surətləri və vergilərin hesablanmasını zəruri edən digər sənədlərin xx.xx.2022-ci il tarixə kimi təqdim olunması haqqında” cavabdehə göndərilməsi üçün xx.xx.2022-ci il tarixli, **********162472 Tələbnamə tərtib edilmişdir. Məhkəmə tərəfindən sübut qismində qəbul edilmiş, iş materiallarında olan sənədlərə əsasən müəyyən edilir ki, səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlər iddiaçı Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qanunla müəyyən edilmiş qaydada xx.xx.2022-ci il tarixli, **********162472 nömrəli Tələbnamə ilə cavabdehdən tələb edilsə də, cavabdeh tərəfindən vergi orqanına təqdim edilməmişdir. Məhkəmə işin faktiki hallarını sadalanan qanunvericilik normalarına tətbiq edərək, eləcə də vergi orqanı tərəfindən həyata keçirilən müvafiq səyyar vergi yoxlamasının tam, hərtərəfli və obyektiv apaarılması zəruriliyini nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçının tələbi əsaslıdır və təmin olunmalıdır. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutların məcmusuna yuxarıda qeyd edilən hüquq normaları daxilində hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən Səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə ilkin mühasibat sənədlərinin - (Baş kitab, hüquqi və fiziki şəxslərlə bağlanmış bütün təsərrüfat müqavilələri, elektron qaimə-fakturalar, elektron vergi-hesab fakturalar, idxalixrac əməliyyatları barədə yük gömrük bəyamnamələri, bank və kassa ödəniş sənədləri, müəssisənin obyektlərində quraşdırılmış kassa aparatlarının aylar üzrə fiskal “Z” hesabatları, təhvil təslim aktları, nağd pul vəsaitinin hərəkəti barədə aylıq kassa hesabatları, xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyətlə məşğul olmaq üçün alınmış xüsusi razılığın (lisenziyanın), mətbəələrdən alınmış ciddi hesabat blanklarının hərəkəti barədə (blankların alınması, istifadə olunması, korlanması, itirilməsi və xx.xx.2022-ci il tarixə qalıq sayı barədə seriya və nömrələri göstərilməklə) hesabatın, mal-materialların hərəkəti barədə aylıq material hesabatları, debitor və kreditorların yoxlama dövrünün əvvəlinə və sonuna adlı siyahısı, ƏDV məqsədləri üçün xx.xx.2020-ci il,xx.xx.2020-ci il, xx.xx.2021-ci il tarixə və xx.xx.2022-ci il tarixə debitor borcların adlı siyahısı, işçilərə hesablanmış aylıq əmək haqqı cədvəllərinin, işçilərlə bağlanmış əmək müqavilələri barədə bildirişlərin 2019-cu ilin mənfəət vergisi bəyamnaməsinin yoxlanılması üçün xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixə olan dövr üzrə bütün gəlir və xərc sənədləri təsdiq edilmiş (imza və möhürlə) surətləri götürülməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Cavabdehndən səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə ilkin mühasibat sənədlərinin: (Hüquqi və fiziki şəxslərlə bağlanmış bütün təsərrüfat müqavilələri, müəssisənin obyektlərində quraşdırılmış kassa aparatlarının aylar üzrə fiskal “Z’ hesabatları, nağd pul vəsaitinin hərəkəti barədə aylıq kassa hesabatları, mal-materialların hərəkəti barədə aylıq material hesabatları, işçilərlə bağlanmış əmək müqavilələri barədə bildirişlərin, əsas vəsaitlərin adlı siyahısı (sayı və qiyməti göstərilməklə), işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi barədə tərtib olunmuş Forma 2 və Forma 3 (bir hissəsi təqdim edilib), mal-materalın norma daxilində silgisi barədə Forma 2 və Forma 3 texniki hesabatları, yanacağın norma daxilində silgisi barədə eqaiməyə əlavə (yol vərəqələri) təsdiq edilmiş (imza və möhürlə) surətləri götürülərək iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinə təqdim olunsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar