Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-1(120)-3022/2025 02.06.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi ilə, İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh qarşı “siyahıya alınmış əmlakın satılması” barədə iddia tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2024-cü il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 32488.67 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 300900 manat məbləğində siyahıya alınmış əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-5403/2025 nömrəli qərardadı ilə protokol əsasında cavabdehin Hacıqabul rayonu, Nəvahi qəsəbəsində yerləşən torpaq sahəsinin siyahıya alınması əsas gətirilərək, inzibati işin baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi və Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsinin və Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, iş materiallarını araşdırıb hazırki mübahisəyə baxılmasında özünü səlahiyyətli sayamayaraq hesab edir ki, məhkəmə aidiyyəti məsələsinin həll edilməsi üçün iş Şirvan Apellyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Yuxarıda qeyd olunan hüquq normalarının tələbindən görünüdüyü kimi qanunverici daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrin aidiyyətini həmin daşınmaz əmlakın və ərazinin olduğu yerə görə müəyyən etmişdir. Belə ki, iş materiallarında olan Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2- 1(112)-5403/2025 nömrəli qərardadı ilə işin aidiyyatı üzrə göndərilməsinə əsas olmuş və istinad olunmuş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, **********1 nömrəli protokoldan görünür ki, "xxxx" ASC-yə (VÖEN **********) məxsus Hacıqabul rayonu, Nəvahi qəsəbəsində yerləşən torpaq sahəsi siyahıya alınmışdır. Məhkəmənin sorğusu əsasında göndərilmiş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-2-3/2- 340036/2025 nömrəli məktubundan və ona əlavə olunmuş xx.xx.2024-cü il tarixli, **********7 nömrəli protokoldan görünür ki, Cavabdeh (VÖEN **********) məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası (Çingiz Plaza) siyahıya alınmışdır. Qeyd edilən sənədlərdən müəyyən olunur ki, siyahıya alınmış əmlak ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakdır. Məhkəmə-Hüquq Şurasının "Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi və inzibati məhkəmələrinin ərazi yurisdiksiyası"nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli qərarı ilə Bakı şəhəri, Nərimanov rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid edilmişdir. Odur ki, məhkəmə yuxarıda şərh olunanlara əsasən hesab edir ki, cavabdehin siyahıya alınmış əmlakı Bakı şəhəri, Nərimanov rayonunda yerləşən ərazi ilə bağlı olduğundan, Bakı şəhəri Nərimanov rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid edildiyindən hazırkı iddia üzrə mübahisəyə işə aidiyyatı olmayan "xxxx" ASC-nin əmlakının yerləşdiyi yer üzrə deyil, iş üzrə Cavabdeh əmlakının yerləşdiyi yerin aidiyyatı üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Beləliklə də, yuxarıda qeyd olunanlara əsasən mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə, yəni Şirvan İnzibati Məhkəməsi hazırki mübahisəyə baxmaqda özünü səlahiyyətli saymır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 9.1 və 9.1.3-cü maddələrinə əsasən mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə özünü səlahiyyətli saymadıqda ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmə müvafiq yuxarı məhkəmə instansiyası tərəfindən müəyyən edilir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-5403/2025 nömrəli qərardadına əsasən baxılmaq üçün Şirvan İnzibati Məhkəməsinə göndərilmiş, iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinə dair iş məhkəmələr arasında fikir ayrılığının müəyyən edilməsi üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 9 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-5403/2025 nömrəli qərardadına əsasən baxılmaq üçün Şirvan İnzibati Məhkəməsinə göndərilmiş, iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinə dair iş məhkəmələr arasında fikir ayrılığının müəyyən edilməsi üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Şahəli Musayev
Məhkəmə qərarları › İş №e-2-1(120)-3022/2025
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(120)-3022/2025
02.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver