Məhkəmə qərarları › İş №e-2-1(120)-3100/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(120)-3100/2025

15.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-1(120)-3100/2025 15.05.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinə dair işə məhkəmənin binasında şifahi məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi Cavabdeh qarşı “siyahıya alınmış əmlakın satılması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati Prosessual Məcəllənin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri iş materialları ilə birgə araşdırıb hesab edir ki, hazırkı işin icraatına xitam verilməlidir. Elektron məhkəmə informasiya sistemindən əldə edilən 61794/80B79A35-850B- 4545-81BD-07CDC17DE898 nömrəli sorğu məlumatından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Müəyyən olunur ki, iddiaçı məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etmişdir. Lakin inzibati orqan araşdırma apararaq cavabdehin öldüyünü müəyyən etməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı inzibati orqan cavabdehin hüquq varisi ilə əvəz olunması ilə bağlı müraciət etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbinin yönəldiyi cavabdeh fiziki şəxs öldüyündən iş üzrə icraata xitam verilməlidir. Həmçinin iddiaçıya izah olunur ki, cavabdehin hüquq varisi müəyyən olunduqdan sonra hüquq varisinə qarşı eyni tələblə müraciət etmək hüququ saxlanılır. Yuxarıda göstərilənlərə əsasən, İnzibati Prosessual Məcəllənin 80-ci və Mülki Prosessual Məcəllənin 261-262-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar