Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № e-2-1(120)-3131/2023 12.09.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “sosial sığorta stajı haqqında arayışın tərtib edilməsi və Rusiya Federasiyası Rusiya Fonduna göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 12 sentyabr 2023-cü il tarixdə Masallı Məhkəmə Kompleksinin binasında (ünvan: Masallı şəhəri, H.Əliyev prospekti) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1980-ci il tarixdən xx.xx.2001-ci il tarixə kimi Dostluq Mədəniyyət və İstirahət Parkında işlədiyi iş stajının fakt kimi müəyyən olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 şəxsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı ilə əvəz olunmasını, eləcə də iddia tələbinin dəyişdirilərək “sosial sığorta stajı haqqında arayışın tərtib edilməsi və Rusiya Federasiyası Rusiya Fonduna göndərilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 şəxsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı ilə əvəz olunmuş, eləcə də iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Bundan əlavə iddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “xx.xx.1980-ci il tarixdən xx.xx.2001-ci il tarixə kimi “Dostluq” Mədəniyyət və İstirahət Parkında işləməyinə dair sosial sığorta stajı haqqında arayışın tərtib edilməsi və Rusiya Federasiyası Rusiya Fonduna göndərilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, o, xx.xx.1959-cu ildə Lənkəran rayonu, Şovu kəndində anadan olmuşdur. İlk əmək fəaliyyəti, iki illik əsgərlik xidmətindən sonra, noyabr 1977-1979-cu illərdən sonra, Lənkəran şəhər Dostluq mədəniyyət və istirahət parkının nəzdində olan rəssamlıq emalatxanasında tərtibatçı rəssam kimi xx.xx.1980-ci il tarixindən işə başlamışdır. xx.xx.1980-cı il tarixdən xx.xx.2001-ci il tarixədək Lənkəran şəhər “Dostluq” mədəniyyət parkında əmək fəaliyyəti olmuş və bunu təsdiq edən əmək kitabçası, eləcə də şahid işçi yoldaşları var. Dostluq parkının Dövlət Arxiv idarəsində hec bir sənədi yoxdur ona görə ki, parkın direktoru Bahadır Ağayev park rekanstruksiya olanda 2007-2008 illərdə, Dostluq parkı X6 adına olub. Dostluq parkı təşkilat kimi ləğv olunub və direktor sənədləri Arxivə təhvil verməyib. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, İddiaçı cavabdeh Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət edərək, ona məxsus sosial sığorta haqqında arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etmiş, lakin müraciətinin müsbət həlli mümkün olmamışdır. Hesab edirlər ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Bildirirlər ki, iddiaçının əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1980-cı il tarixdən xx.xx.2001-ci il tarixədək Lənkəran şəhər “Dostluq” mədəniyyət parkında əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Fondun 1 saylı Lənkəran-Astara regional filialının müvafiq xidməti məktubuna əsasən bildirirlər ki, Lənkəran şəhər “Dostluq” mədəniyyət parkı fəaliyyət göstərmədiyi və arxiv sənədləri Dövlət Arxivinə təhvil verilmədiyi üçün xx.xx.1980-ci il tarixdən xx.xx.2001-ci il tarixədək iddiaçının həmin müəssisədə işləmə faktını müəyyən etmək mümkün olmamışdır. Belə ki, iddiaçının əməkhaqqı alması sübuta yetirilmədiyindən, həmin illərin iş stajına daxil edilməsi mümkün deyildir. Belə olduğu təqdirdə sosial sığorta haqqında arayışın verilməsi mümkün hesab edilmir. Qeyd edirlər ki, yuxarıda göstərilən məsələ ilə bağlı Lənkəran Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Azərbaycan Respublikasının Dövlət Arxiv İdarəsinin Lənkəran filialına sorğular göndərilmişdir. Cavab gəldiyi təqdirdə məhkəməyə təqdim ediləcəkdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1 və 12.2-ci maddələrinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan iddiaçıya məxsus xx.xx.2013-cü il tarixli, 059423 nömrəli notarial qaydada təsdiq olunmuş əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1980-ci il tarixli əmrlə “Dostluq” Mədəniyyət və İstirahət Parkının rəssamlıq emalatxanasına tərtibatçı rəssam təyin edilmiş, xx.xx.2001-ci il tarixli əmrlə işdən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Lənkəran rayon şöbəsinin İddiaçı ünvanlanmış 24 yanvar 2020-ci il tarixli, **********0 nömrəli məktubunda aşağıdakılar bildirilmişdir: Sizin xx.xx.2020-ci ol tarixli ərizənizdəki müraciətinizə cavab olaraq bildiririk ki, Ə.Əliyev adına Lənkəran şəhər Mədəniyyət və dostluq parkı (VÖEN **********) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Lənkəran rayon şöbəsinə sonuncu dəfə xx.xx.2013-cü il tarixdə 2013-cü illər İİ rüb üçün hesabat təqdim etmişdir. Təqdim olunmuş hesabatlara əsasən təşkilatın xx.xx.2007-ci ilədək fəaliyyəti olmuşdur. İş materialarında olan Azərbaycan Respublikası X5 filialının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialına ünvanlanmış 16 avqust 2023-cü il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: Sizin xx.xx.2023-cü il tarixli, təşkilatımıza xx.xx.2023-cü ildə daxil olmuş 3-17-1/2-177147/2023 nömrəli məktubunuza cavab olaraq bildiririk ki, Lənkəran şəhər “Dostluq” mədəniyyət parkının sənədləri X5 filialına təhvil verilməmişdir. İş materiallarında olan Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının aparatının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialına ünvanlanmış 18 avqust 2023-cü il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: Sizin 07 avqust 2023-cü il tarixli, 3-17-1/2-176975/2023 nömrəli məktubunuzda iddiaçı xx.xx.1959cu il təvəllüdlü İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təminatı üzrə mərkəzi filialına qarşı “sosial sığorta haqqında arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” tələbinə dair 2-1(120)- 3131/2023 nömrəli inzibati işlə bağlı Lənkəran şəhər “Dostluq” mədəniyyət parkının hansı sərəncam əsasında yaradılması, sənədlərin arxivə təhvil verilib-verilməməsi, verildiyi təqdirdə İddiaçı xx.xx.1980-cı il tarixdən xx.xx.2001-ci il tarixədək qeyd edilən müəssisədə işlədiyi dövrlərə aid sənədlərin (əməkhaqqı cədvəlləri, işə daxilolma, işdən azadolma və məzuniyyət əmrləri və s.) təsdiq edilmiş surətlərinin göndərilməsi xahiş olunmuşdur. Məktubunuzla bağlı bildiririk ki, “Milli Arxiv Fondu haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən rayon və şəhər İcra hakimiyyətinin idarə arxivində sənədlərin müvəqqəti mühafizə müddəti 5 il müəyyən edilmiş və qeyd edilən müddət keçdikdən sonra arxiv sənədləri daimi mühafizə edilməsi üçün dövlət arxivinə təhvil verilir. Məktubda qeyd edilən sənədin verilmə tarixi idarə daxili arxivdə müvəqqəti saxlanılma müddətini keçdiyi üçün məlumatların təqdim edilməsi imkan xaricindədir. Həmçinin bildiririk ki, Lənkəran şəhər “Dostluq” mədəniyyət parkı tərəfindən sənədlər X5 filialına təhvil verilmədiyindən məktubda qeyd edilən məlumatların göndərilməsi mümkün deyildir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialına ünvanlanmış 23 avqust 2023-cü il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: iddiaçı xx.xx.1959-cu il təvəllüdlü İddiaçı Əvəz oğlunun (AZE 0*******, FİN xxxxxxx) cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “sosial sığorta haqqında arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2-1(120)-3131/2023 nömrəli inzibati işlə əlaqədar Lənkəran şəhər “Dostluq” mədəniyyət parkının hansı tarixdə qeydiyyatdan keçməsi, təşkilati-hüquqi formasında dəyişiklər, ləğv edilmə tarixi, hüquqi varisliyin müəyyən edilib-edilməməsi, özəlləşdirilməsi, özəlləşdirilərkən öhdəliklərin hüquqi varisə ötürülməsi və balansındakı əmlak barədə ətraflı məlumatların təqdim edilməsi ilə bağlı məktubunuza Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır. Bununla əlaqədar bildiririk ki, müraciətdə qeyd olunan Lənkəran şəhər “Dostluq” mədəniyyət parkı barədə Əmlak Məsələləri Dövlət Xidmətində hər-hansı məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının İddiaçı ünvanlanmış 01 aprel 2023-cü il tarixli, 3-171/1-N- 68136/2023 nömrəli məktubunda aşağıdakılar bildirilmişdir: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsı Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X3 Təyinatı üzrə Mərkəzi Filialına daxil olmuş ərizənızə aidiyyəti üzrə baxılmışdır. “Əmək pensıyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafıq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanma məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Məlumat üçün bildiririk ki, əmək kitabçanızın surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1980-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək Lənkəran şəhər “Dostluq” mədəniyyət parkında əmək fəaliyyəti dövrünüzün araşdırılması zərurəti yaranmışdır. Fondun 1 saylı Lənkəran-Astara regional filialının müvafiq xidməti məktubuna əsasən bıldiririk ki, Lənkəran şəhər “Dostluq” mədəniyyət parkı fəaliyyət göstərmədiyi və arxiv sənədləri Dövlət Arxivinə təhvil verilmədiyi üçün xx.xx.1980-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək həmin müəssisədə işləmə faktınızı müəyyən etmək mümkün olmamışdır. Qeyd olunanlara əsasən sizə sözügedən dövrlər üzrə sığorta stajı haqqında arayışın təqdim edilməsi mümkün hesab edilmir. “İnzibatı icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz var. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, İddiaçı adına tərtib edilmiş və notarial qaydada təsdiq olunmuş xx.xx.2013-cü il tarixli, 059423 nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1980-ci il tarixli əmrlə Dostluq Mədəniyyət və İstirahət Parkının rəssamlıq emalatxanasına tərtibatçı rəssam təyin edilmiş, xx.xx.2001-ci il tarixli əmrlə işdən azad edilmişdir. İddiaçı xx.xx.1980-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək işlədiyini iddia etdiyi Lənkəran şəhər “Dostluq” mədəniyyət parkının fəaliyyət göstərmədiyi və arxiv sənədlərinin Dövlət Arxivinə təhvil verilmədiyi ücün həmin dövrlərin sosial sığorta stajına daxil edilməsinin qeyri-mümkün olması barədə cavabdehin imtina dəlillərini əsassız sayan məhkəmə qeyd edir ki, iddiaçı onun iş stajını təsdiq edən sənədləri cavabdehə təqdim etsə də, sonuncu öz vəzifələrini yerinə yetirərək sənədlərin qarşılıqlı yoxlanılmasını həyata keçirə bilmədiyindən iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Belə ki, iddiaçının işlədiyi iş yerlərinin sənədlərinin arxivə təhvil verilməməsi və ya saxlanılmaması iddiaçının təqsirindən baş verməmiş və iddiaçı buna görə məsuliyyət daşımır. Məhkəmə cavabdehin imtina dəlilinə münasibətdə qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə hesab edir ki, iddiaçının işlədiyi illər onun adına olan əmək kitabçası ilə öz təsdiqini tapdığından, cavabdeh inzibati orqan tərəfindən bunun əksi sübuta yetirilmədiyindən, əmək kitabçasında qeyd olunanlar mötəbər hesab olunur. Belə ki, bununla bağlı Ali Məhkəmənin qərarlarında formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, sənədlərinin arxivdə olmadığına görə əldə edilməməsi və ya qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Məhkəmə tərkibi həmçinin qeyd etmişdir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə yerləşmiş məhkəmə təcrübəsi həm də ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Digər tərəfdən isə məhkəmə tərkibi qeyd edir ki, cavabdeh lazımi sübutlara əsaslanmaqla əmək kitabçasındakı və ya müəssisə tərəfindən verilmiş əmək fəaliyyətini təsdiq edən digər sənəddəki qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda, əmək kitabçasında və ya digər sənəddə göstərilən məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır. Belə mübahisə cavabdeh tərəfindən açıldığı üçün əmək kitabçasında ya digər sənəddə göstərilən məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür. Çünki qanunvericiliyin normaları əmək kitabçasındakı məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən tərəf isə öz bildirdiklərini sübut etmək yükü daşıyır. İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.2001-ci il tarixədək “Dostluq” Mədəniyyət və İstirahət Parkında işləməsi faktının məhkəmə araşdırması zamanı mötəbərliliyi təsdiq olunan ona məxsus əmək kitabçasında öz əksini tapdığını və bunun həmin illərin onun sosial sığorta stajına daxil edilməsi üçün əsas olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehin imtina dəlilləri qanunsuz, həmin illərə dair sosial sığorta stajı haqqında arayışın tərtib edilməsi barədə iddiaçının tələbi isə əsaslı olduğundan iddia tələbi təmin edilməli, iddiaçının tələbi üzrə cavabdeh inzibati orqanın üzərinə öhdəlik qoyulmalıdır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Lənkəran şəhər “Dostluq” Mədəniyyət və İstirahət Parkında işləməyinə dair sosial sığorta stajı haqqında arayışın tərtib edilməsi və Rusiya Federasiyası Rusiya Fonduna göndərilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Lənkəran şəhər “Dostluq” Mədəniyyət və İstirahət Parkında işləməyinə dair sosial sığorta stajı haqqında arayışın tərtib edilməsi və Rusiya Federasiyası Rusiya Fonduna göndərilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №e-2-1(120)-3131/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(120)-3131/2023
12.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver