Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № e-2-1(120)-3160/2025 06.08.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergi ödəyicisinin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2025-ci il tarixli, **********191727 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi-vəkili Nümayəndə, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergi ödəyicisinin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2025-ci il tarixli, **********191727 nömrəli qərarın ləğv edilməsi” tələbi ilə bağlı iddiası üzrə işə Şirvan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi, Təsviri Hissə İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergi ödəyicisinin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2025-ci il tarixli, **********191727 nömrəli qərarın ləğv edilməsi” tələbi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun (VÖEN**********) (bundan sonra iddiaçı) barəsində vergi orqanı tərəfindən xx.xx.2024 tarixli **********183699 saylı qərara əsasən xx.xx.2021-xx.xx.2024-ci il dövrləri əhatə etməklə xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinə qədər növbəti səyyar vergi yoxlaması həyata keçirilmiş, yoxlamanın nəticəsi xx.xx.2024-cü il tarixli **********184237 nömrəli sayyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Həmin akta əsasən "Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2025-cü il tarixdə **********191727 nömrəli Qərarla iddiaçı barəsində əlavə vergilər hesablanmış və həmin məbləğə müvafiq maliyyə sanksiyası tətbiq edilmişdir. Aşağıda qeyd olunanlara əsasən həmin qərar əsassızdır və ləğv edilməlidir: İddiaçı yalnız topdan satış qaydasında ərzaq mallarının satışı ilə məşğuldur. Buna baxmayaraq sahibkarlara satdığı malları e-qaimə faktura ilə deyil, nəzarət-kassa aparatı vasitəsilə rəsmiləşdirmişdir. Buna səbəb isə iddiaçıdan mal alan şəxslərin VÖEN təqdim etməməsidir. Əlavə olunan iddiaçının satış obyektinin şəkillərindən göründüyü kimi, həmin ərazi pərakəndə satış üçün ümumiyyətlə uyğun deyildir və mallar tək-tək deyil, paçkalarla təqdim edilir. Cavabdeh qeyd olunan faktları aşkar şəkildə müəyyən etdiyi halda, nəzarət kassa aparatına formal şəkildə vurulmuş əməliyyatlara görə iddiaçının həm də pərakəndə satışla məşğul olduğunu iddia etmişdir. Halbuki, bununla bağlı heç bir təsdiqedici sübut mövcud deyildir. Hətta kassa çekləri üzrə ortalama məbləğlərə baxdıqda belə həmin satışların pərakəndə satışı ehtiva etmədiyi aşkar bəlli olur. Bundan başqa, Aktın 1.9.4-cü bəndində xx.xx.2024-cü il tarixli **********186640 nömrəli "Ekspertizanın təyin edilməsi haqqında" qərara əsasən ekspertizanın aparıldığı qeyd olunmuşdur. Bununla bağlı ilk öncə bildirilir ki, təqdim olunmuş malın (işin,xidmətin) bazar qiymətinin müəyyən olunması üçün Vergi Məcəlləsinin 14-cü maddəsi ilə müəyyən olunan ardıcıllığa riayət edilməlidir. Belə ki, Vergi Məcəlləsinin 14-cü maddəsinə görə, bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işin, xidmətin) qiyməti tərəflərin əməliyyatda (əqdə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. Həmin Məcəllənin 14.4-cü maddəsinə görə, bazar qiyməti mal (iş, xidmət) satılan anadək, lakin malın (işin, xidmətin) təqdim edildiyi andan çoxu 30 gün keçənədək (əvvəl və ya sonra) ən yaxın tarixdə eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərə əsasən müəyyənləşdirilir. Həmin Məcəllənin 14.6-cı maddəsinə görə, bu Məcəllənin 14.4 və 14.5-ci maddələrinin müddəalarını tətbiq etmək mümkün olmadıqda, malın (işin, xidmətin) bazar qiyməti bu maddənin tələblərinə uyğun olaraq müəyyən edilir. Həmin Məcəllənin 14.6.3-cü maddəsinə görə, eyni xüsusiyyətli və ya eyni cinsli mallarla (işlərlə, xidmətlərlə) müvafiq əmtəə (iş, xidmət) bazarında heç bir əməliyyat aparılmadıqda, rəsmi və açıq mənbələrdən bu malların (işlərin, xidmətlərin) bazar qiymətləri haqqında məlumat toplamaq mümkün olmadıqda, aşağıdakı qiymətləndirmə üsullarından istifadə edilə bilər: 14.6.3.1. Sonrakı (təkrar) satış qiymətinə əsasən. Malların (işlərin, xidmətlərin) bazar qiyməti həmin malların (işlərin, xidmətlərin) sonrakı (təkrar) satış qiymətinə əsasən müəyyən olunur. Bazar qiyməti sonrakı satış qiymətindən tətbiq olunmuş əlavələr çıxılmaqla müəyyənləşdirilir. 14.6.3.2. Dəyərin toplanması üsuluna əsasən. Bazar qiymətləri malları (işləri, xidmətləri) təqdim edənin əsaslandırılmış xərclərini və mənfəətini toplamaqla hesablanır.14.6.3.3. Malların (işlərin, xidmətlərin) bazar qiymətlərini bu maddədə göstərilən üsullardan biri ilə müəyyənləşdirmək mümkün olmadıqda, bazar qiymətləri müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdirilir (yoxlama dövrünün redaksiyası). Göstərilən normalardan göründüyü kimi, bazar qiymətinin ekspert rəyi əsasında müəyyən edilməsi ən son addımdır. Lakin cavabdeh səyyar vergi yoxlaması aktında Vergi Məcəlləsinin 14.4-cü maddəsini və həmin Məcəllənin 14.6.3.1-ci və 14.6.3.2ci maddələrinin niyə tətbiq edilmədiyini əsaslandırmamışdır. Yəni, ekspert dəvət olunmasından öncə tətbiq edilməli olan yuxarıda sadalanan normalara ümumiyyətlə münasibət bildirməmişdir. Qeyd olunanlara əsasən bildirlər ki, cavabdeh təqdim edilən malların bazar qiymətini ekspertiza təyin etmək yolu ilə müəyyən edərkən qanunvericiliyin imperativ tələblərinə riayət etməmiş, daha əvvəlki metodlardan istifadə etməmişdir. Bundan başqa, "Ekspertiza təyin edilməsi barədə" qərar Vergi Məcəlləsinin 44.6-cı maddəsinin tələblərinə uyğun olaraq vergi ödəyicisinə təqdim edilməmiş, onun həmin Məcəllənin 44.7-ci maddəsi ilə müəyyən olunan hüquqları təmin olunmamışdır. Həmçinin, cavabdeh qanunvericiliyin imperativ tələblərini pozaraq ekspertizanı "İnzibati icraat haqqında" Qanunun 41.4-ci maddəsinə zidd olaraq, məhkəmə ekspertizası idarələrinin ekspertləri və ya özəl məhkəmə ekspertlərinə həvalə etməmişdir. Həmin normaya əsasən, ekspertiza inzibati orqanın qərarı və ya maraqlı şəxslərlə bağlanan müqavilə əsasında məhkəmə ekspertizası idarələrinin ekspertləri və ya özəl məhkəmə ekspertləri tərəfindən həyata keçirilir. "Məhkəmə ekspertizası fəaliyyəti haqqında Qanunun" 11-ci maddəsinə görə, "Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən internet iformasiya ehtiyatı vasitəsilə təşkil edilən məhkəmə ekspertizası fəaliyyətinə dair qanunvericiliyin ümumi tələbləri, ekspert rəyinin tərtib edilməsi qaydaları və etik davranış kodeksinin müddəalarına dair icbari təlimdə iştirak etməlidir. Müvafiq icra hakimiyyəti orqanı özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxslərlə müsahibə keçirir. Özəl məhkəmə ekspertlərinə şəhadətnamələr müvafiq icra hakimiyyəti orqanı (Ədliyyə Nazirliyi nəzərdə tutulur) tərəfindən verilir. Müvafiq icra hakimiyyəti orqanı məhkəmə ekspertizası idarələrinin ekspertləri və özəl məhkəmə ekspertləri barədə məlumatları Məhkəmə Ekspertlərinin Reyestrinə daxil edir." Qanunvericiliyin qeyd olunan müddəalarından göründüyü kimi, inzibati orqan yalnız məhkəmə ekspertizası idarəsinin eksperti və ya özəl məhkəmə eksperti ilə müqavilə bağlayaraq müvafiq sahə üzrə rəy ala bilər. İddiaçıya xx.xx.2024-cü il tarixində ekspert rəyi təqdim edən "X26" MMC-nin əməkdaşı X8 özəl məhkəmə eksperti şəhadətnaməsi yoxdur. Bu səbəbdən də mahiyyətindən asılı olmayaraq onun verdiyi rəyin hüquqi əsası yoxdur. Bundan başqa, rəy verən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 297.1-ci maddəsinə görə bilə-bilə yalan rəy verməyə məsuliyyət daşıması barədə iltizam təqdim etməmişdir ki, bu da onun verdiyi rəyin mötəbər olmadığını bir daha təsdiq edir. Belə ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2016-cı il 7 sentyabr tarixli **********011400 nömrəli Qərarı ilə təsdiq edilmiş "Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları"nın 22.3-cü bəndinə görə, müqavilədə tərəflərin hüquqları və vəzifələri, ekspert qarşısında qoyulan suallar, səhv və ya bilərəkdən yalan rəy verməsinə görə ekspertin məsuliyyətini bildirən və mülki qanunvericiliklə müəyyən edilmiş digər məsələlər nəzərdə tutula bilər. Həmçinin, vergi orqanlarının bazar qiymətini müəyyən etməsi üçün birbaşa ekspert rəylərindən istifadə etməsinin əsassız olması formalaşmış məhkəmə təcrübəsi ilə də dəfələrlə təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(102)-1815/2023 saylı (sədrlik eden Z.Quliyev), xx.xx.2023-cü il tarixli 2-1(102)-1174/2023 saylı (sədrlik edən Z.Quliyev), xx.xx.2023-cü il tarixli 2-1(102)-834/2023 saylı (sədrlik edən N.Rasulbəyova), xx.xx.2023-cü il tarixli 2- 1(102)-544/2023 saylı (sədrlik edən R.Nəbizadə), xx.xx.2024-cü il tarixli 2-1(102)- 583/2024 saylı (S.Kərimov) və əvvəlki illərdə qəbul edilmiş çoxsaylı qərarlarında əks etdirilən mövqeyə görə, bazar qiyməti müəyyən edilərkən Vergi Məcəlləsinin 14-cü maddəsinin tələblərinə riayət edilməlidir. xx.xx.2023-cü il tarixli 2-1(102)-1815/2023 saylı Qərarın 13-cü bəndində qeyd edilmişdir: "Lakin cavabdeh ekspertiza təyin edənədək iddiaçı tərəfindən satılan məhsulların qiymətinin müəyyənləşdirilməsi istiqamətində hər hansı tədbir görməmiş, hər hansı araşdırma aparmamışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü maddəsinin tələbləri birbaşa ekspertiza təyin edilərək ekspert cəlb edilməsini nəzərdə tutmur, Vergi orqanı ilk növbədə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14.4-cü maddəsini tətbiq etməli və bu üsuldan istifadə etməklə qiymətin aşkar olunması mütləq bütün hallarda nəticə vermədiyi halda, bazar qiymətinin müəyyən edilməsi üçün növbəti mərhələyə keçməli idi. Beləliklə də, məhkəmə yalnız ekspert rəyinə istinad etməklə vergi orqanının iddiaçıya əlavə vergi öhdəliyinin müəyyən etməsi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab etmir. Həmçinin, xx.xx.2024-cü il tarixli 2-1(102)-583/2024 saylı Qərarın 37-40-cı bəndlərində əks etdirilən mövqeyə görə, Vergi Məcəlləsinin 14.6-cı maddəsi ilə bazar qiymətinin müəyyən olunması Vergi Məcəlləsinin 14.4 və 14.5-ci maddələri ilə bazar qiymətini müəyyən etmək mümkün olmadığı hallarda və təqdirdə keçərlidir. Qeyd olunan üsullar nəticə vermədiyi təqdirdə, Vergi Məcəlləsinin 4.6.3-cü maddəsində nəzərdə tutulmuş ardıcıllığa əməl olunmaqla bazar qiyməti müəyyən edilməlidir. Həmçinin, iş üzrə ekspert qismində rəy verən "X26" MMC-nin əməkdaşı X12 iltizamda Cinayət Məcəlləsinin 297-ci maddəsi ilə bilə-bilə yalan ray verməyə görə məsuliyyət barədə xəbərdar olunmadığına görə, onun rəyi də ekspert rəyi kimi qiymətləndirilə və mötəbər hesab oluna bilməz. Göründüyü kimi, hazırki işlə eynilik təşkil edən mübahisələr üzrə kassasiya instansiyasının formalaşmış vahid məhkəmə təcrübəsi mövcuddur. Bundan başqa, cavabdeh hər təqvim ilinin sonuncu ayına ƏDV məbləği hesablamaqla Vergi Məcəlləsinin imperativ tələblərini pozmuşdur. Belə ki, Vergi Məcəlləsinin 12-ci maddəsinə görə, vergi o halda müəyyən edilmiş hesab olunur ki, bu zaman vergi ödəyicisi və aşağıdakı vergitutma elmentləri müəyyən edilmiş olsun: 12.1.1. vergitutma obyekti; 12.1.2. vergitutma bazası; 12.1.3. vergi dövrü; 12.1.4. vergi dərəcəsi; 12.1.5. verginin hesablanması qaydası; 12.1.6. verginin ödənilməsi qaydası və müddəti. Vergi Məcəlləsinin 178-ci maddəsinə görə, ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır. Vergi Məcəlləsinin 173.2-ci maddəsinə görə, vergi tutulan dövriyyə hesabat dövrü ərzində vergi tutulan əməliyyatların ümumi dəyərindən ibarətdir. Vergi Məcəlləsinin 174.1-ci maddəsinə görə, Bu Məcəllənin 166-cı maddəsinə uyğun olaraq hesabat dövrü ərzində vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin məbləği bu Məcəllənin 173.1ci maddəsinə uyğun olaraq vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin 175-ci maddəsinə uyğun olaraq əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqlə müəyyən olunur. Vergi Məcəlləsinin 83.1-ci maddəsinə görə, Bu Məcəllədə vergi məbləğinin hesablanması konkret hesabat dövrü üçün vergi ödəyicisinin ödəməli olduğu vergi məbləğinin vergi orqanının uçot sənədlərində qeyd edilməsi deməkdir. Vergi Məcəlləsinin 166.1-ci maddəsinə görə, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Ödəmə aşağıdakı vaxtda aparılmış sayılır: 166.1.1. nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt. əks olunan normalardan göründüyü kimi ƏDV üzrə hesabat dövrü təqvim ayı olduğu üçün yalnız həmin ay ərzində aparılmış satış əməliyyatları dövriyyə kimi müəyyən olunmalıdır. Cavabdeh isə qeyd olunan normalarının tələblərinə zidd olaraq digər aylar üzrə əməliyyatları da bir ayın dövriyyəsi kimi hesablanmışdır. Qeyd olunanları nəzərə alaraq, xx.xx.2025-ci il tarixə **********191727 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı münasibəti (etiraz): İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, səyyar vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2025-ci il tarixli, **********191727 nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi aşağıda qeyd olunan səbəblərə görə hesab edir ki, iddia təmin edilməməlidir: Vergi Məcəlləsinin 16.1.3cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərin (xərclərinin) və vergitutma obyektlərinin uçotunun aparılması, 16.1.6-cı maddəsinə isə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron forma aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək ödəyicisinin vəzifəsinə aid edilmişdir. Həmin Məcəllənin 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək, 23.1.2-ci maddəsinə əsasən isə vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kİtablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımı izah arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formada aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılardakı məlumatlarının verilməsini, həmin məlumatlarla birbaşa və ya məsafədən çıxış imkanı yaradılmasını tələb etmək hüququ vardır. Mübahisələndirilən qərarın qəbul edilməsi üçün əsas olmuş yoxlama ilə bağlı bildirilir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarasinin "Səyyar vergi yoxlamasının keçirilməsi haqqında" xx.xx.2024-cü il tarixli **********183 nömrəli qərarı ilə Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən İddiaçı sahibkarlıq fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbəti səyyar vergi yoxlaması edilmişdir. (yoxlanılan dövr: may 2021-aprel 2024). Yoxlama xx.xx.2024-cü il tarixdə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçirilmişdir. (№KY242113299; xx.xx.2024-cü il). Yoxlanılan dövrdə İddiaçı faktiki olaraq ixtisaslaşdırılmamış mağazalarda sair məhsulların pərakəndə satışı ilə məşğul olmuşdur. Vergi yoxlaması zamanı yoxlama üçün zəruri olan sənədlərin təqdim edilməsi üçün “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında" xx.xx.2024-cü il tarixli **********183730 nömrəli Təlabnamə vergi ödəyicisinə göndərilmiş və tələb olunan vergi orqanının yoxlamanı keçirən vəzifəli şəxslərinə və ya İqtisadiyyat Nazirliyi yanında Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinə təqdim edilməsi tələb olunmuşdur. Yoxlama zamanı Vergi Məcəlləsinin 42-ci maddəsinin tələblərinə müvafiq olaraq xx.xx.2024-cü il tarixli “Sənədlərin qismən təqdim edilməsi barədə" akt tərtib edilmiş və xx.xx.2024-cü il tarixli ******* nömrəli məktubla vergi ödəyicisinə göndərilmişdir. Vergi ödəyicisi tərəfindən Tələbnamə ilə tələb olunan sənədlərin tam təqdim edilmədiyi, təqdim olunmuş sənədlərdə vergi qanunvericiliyinin pozulması halları olduğuna, onların öyrənilməsinə əlavə vaxt tələb olunduğuna görə Vergi Məcəlləsinin 43-cü maddəsininin tələblərinə müvafiq olaraq "Sənədlərin və nümunə kimi götürülməsi haqqında" xx.xx.2024cü il tarixli **********184833 nömrəli qərarına əsasən sənədlərin və nümunə kimi əşyaların götürülməsi həyata keçirilmiş, "Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında" xx.xx.2024-cü il tarixli **********184834 nömrəli protokol ilə rəsmişəşdirilmiş və bir nüsxəsi vergi ödəyicisinə təqdim olunmuşdur. Yoxlama zamanı səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan tələb olunan, lakin yoxlamaya təqdim edilməyən sənədlərlə bağlı "Sənədlərin və nümunə kimi əşyaların verilməsindən imtina barədə" 08.08 2024-cü il tarixli, **********185945 nömrəli akt tərtib edilmiş və 09.08 2024-cü il tarixli **********661300 nömrəli məktubla vergi ödəyicisinə göndərilmişdir. Vergi Məcəlləsinin: 23.1.3-cü maddəsinə əsasən vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri yaxud tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət və digər binalarında (ərazilərində) qanunvericiliklə nəzərdə tutulmuş qaydada baxışın keçiriməsi vergi orqanlarının hüquqlarına aid edilmişdir.41.1-ci maddəsinə əsasən vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntular protokolla rəsmiləşdirilir və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunur. Qanunvericiliyin göstərilən normalarına əsasən vergi ödəyicisinə məxsus təsərrüfat obyektinə baxış keçirilmiş və baxışın nəticələri xx.xx.2024-cü il tarixli **********184833 nömrəli protokolla rəsmiləşdirilmiş və bir nüsxəsi vergi ödəyicisinə təqdim edilmişdir. Baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: 1. Masallı rayonu, Masallı şəhəri, Xətai küçəsində 1,43 ha torpaq sahəsində yerləşən 291 kv.metr qeyri yaşayış sahəsindən 1534,3 kv.metr olan qeyri-yaşayış sahəsinin (obyekt kodu **********-64002) X2 (FİN 1H3X3P7) icarəyə götürüldüyü (müqaviləyə əsasən aylıq icarə haqqı 3400,0 manat) müəyyən edildi. İddiaçı sahibkarlıq fəaliyyəti göstərdiyi sahə obyektin həyətinə daxil olduqda sol tərəfdə yerləşir. Ba zamanı obyektdə əsasən yeyinti məhsullarının kişmiş, xurma, ərik qurudulmuşu, alça qurudulmuşu, gavalı qurudulmuşu, süni bal, doşablar, karamellər, şokoladlar, biskvitlər, kekslər, vaflilər, kofe, kappiçino, makaron suplan, pendirlər, ədviyyatlar, alkoqolsuz içkilər, turşu lavaşları, xəmir mayası, qaymaq, sirkə və digər əsasən yeyinti məhsullarının satış üçün saxlanıldığı və satıldığı aşkar olundu. Mallar qutularda qablaşdırılmış şəkildə saxlanılır. Yalnız obyektin daxilində 15-20 kv.metr sahəni əhatə edən ayrıca bölünmüş hissədə hər bir maldan bir ədəd olmaqla vitrin polkalara düzülmüşdür. Obyektdə bir ədəd nəzarət kassa aparatı vardır. Obyektdə pos-terminal yoxdur. Baxış keçirilən zaman obyektin həyətində 5 ədəd yük maşınının olduğu müəyyən edildi. Obyektin həyətinə daxil olduqda sağ tərəfdə mallarla dolu olan obyekt vardır ki, İddiaçı təqdim etdiyi izahata əsasən bu obyektdə digər vergi ödəyicisi, X13 (VOE **********) sahibkarlıq fəaliyyəti göstərir. Baxış zamanı obyektin və obyektdə olan malların foto və video şəkilləri çəkilmişdir. 2. Masallı rayonu, Masallı şəhəri, Bakı-Astara şossesində 69974,0 kv. metr torpaq sahəsində yerləşən 5393,8 kv.metr qeyri yaşayış sahəsindən 765 kv.metr olan qeyri-yaşayış sahəsinin (obyek kodu **********-64003) X3 (FİN 4BEJZRG) icarəyə götürüldüyü (müqaviləyə əsasən aylıq icarə haqqının 1700.0 manat) müəyyən edildi. Obyekt keçmiş konserv zavod deyilən ərazidə yerləşir. Obyektin yerləşdiyi ərazi geniş bir həyəti əhatə edir ki, bu ərazidə bir neçə tikili obyektlər vardır. İddiaçı sahibkarlıq fəaliyyəti göstərdiyi sahə obyektin həyətinə daxil olduqda sol tərəfdə yerləşir. Baxış zamanı bir tikili altında olan obyektin təqribən yan hissəsində (Obyektin ortasından göy çadır çəkilərək obyekt iki hissəyə bölünmüşdür İddiaçı məxsus malların, əsasən yeyinti məhsullarının karamellər, biskvitlər balon qapaqları, kekslər, sirkə və digər əsasən yeyinti məhsullarının satış üçün saxlanıldığı aşkar olundu. Mallar qutularda qablaşdırılmış şəkildə saxlanılır. Obyektdə malların vitrin polkalarda düzülüşünə və satışına rast gəlinmədi. Obyektdə nəzarət kassa aparatı yoxdur. Obyektdə bir ədəd pos-terminal vardır. Baxış keçirilən zaman obyektin həyətində yük maşınlarına rast gəlinməmişdir. Obyektin göy çadırla bölünmüş digər hissəsinə qablaşdırılmış şəkildə, qutularda mallar yığılmışdır ki, İddiaçı təqdim etdiyi izahata əsasən obyektin göy çadırla ayrılmış digər hissəsində olan mallar X9 (VÖEN **********) məxsusdur. Baxış zamanı obyektin və obyektdə olan malların foto və video şəkilləri çəkilmişdir. İddiaçının iddia ərizəsində qeyd olunur: Cavabdeh təqdim edilən malların bazar qiymətini ekspertiza təyin etmək yolu ilə müəyyən edərkən qanunvericiliyin imperativ tələblərinə riayət etməmiş, daha əvvəlki metodlardan istifadə etməmişdir". İddiaçının iddia tələbinin əsaslarından biri kimi qeyd etdiyi bu dəlilini aşağıda göstərilən səbəblərə görə əsassız hesab edirlər. Yoxlama zamanı vergi ödəyicisinin real gəlirlərinin müəyyən edilməsi məqsədilə təqdim edilmiş malların real bazar qiymətlərinin müəyyənləşdirilməsinə zərurət yaranmışdır. Vergi Məcəlləsinin 14.1-ci maddəsinə əsasən bazar qiyməti malın (işin, xidmətin) tələblərin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir. Vergi Məcəlləsinin 14.3.1-ci maddəsinə əsasən idxal-ixrac əməliyyatları aparıldıqda. Vergi Məcəlləsinin 14.3.3-cü maddəsinə əsasən 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi, bu Məcəllənin 14.6.1-ci dəsinin tələbləri, o cümlədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş təbii itki normaları daxilində zayolmadan əmələgələn itkilər nəzərə alınmaqla, bazarda eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən topdansatış ticarət fəaliyyəti sahəsində 10 faizdən, tikinti və istehsal fəaliyyəti sahəsində 20 faizdən, digər fəaliyyət sahələrində 30 faizdən çox (aşağı və yuxarı) fərqləndikdə bazar qiyməti nəzərə alınmaqla vergilər hesablana bilər. Yoxlama zamanı Vergi Məcəlləsinin 14.6.1-14.6.2-ci maddələrinin tələbləri araşdırılmışdır. Vergi Məcəlləsinin 14-cü maddəsinə əsasən bazar qiyməti müəyyənləşdirilərkən rəsmi və açıq mənbələrdən bu malların (işlərin, xidmətlərin) bazar qiymətləri haqqında məlumat toplamaq mümkün olmadıqda aşağıdakı qiymətləndirmə üsullarından istifadə edilə bilər: 14.6.3.1. Sonrakı (təkrar) satış qiymətinə əsasən. Malların (işlərin, xidmətlərin) bazar qiyməti həmin malların (işlərin, xidmətlərin) sonrakı (təkrar) satış qiymətinə əsasən müəyyən olunur. Bazar qiyməti sonrakı satış qiymətindən tətbiq olunmuş əlavələr çıxılmaqla müəyyənləşdirilir. 14.6.3.2. Dəyərin toplanması üsuluna əsasən. Bazar qiymətləri malları (İşləri, xidmətləri) təqdim edənin əsaslandırılmış xərclərini və mənfəətini toplamaqla hesablanır. 14.6.3.3. Malların (işlərin, xidmətlərin) bazar qiymətlərini bu maddədə göstərilən üsullardan biri ilə müəyyənləşdirmək mümkün olmadıqda, bazar qiymətləri müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdirilir. Aparılmış araşdırma zamanı Vergi Məcəlləsinin 14.6.3.1-ci maddəsinin tələblərinə uyğun "əlavələr" müəyyən edilə bilmədiyindən Vergi Məcəlləsinin 14.6.3.1 maddəsinə istinad oluna bilməmişdir. Vergi Məcəlləsinin 14.6.3.2-ci maddəsinin tələblərinə uyğun olaraq vergi ödəyicisi tərəfindən təqdim edilmiş bütün mallar üzrə (hər bir çeşid və dövrlər üzrə) əsaslandırılmış butün xərcləri və mənfəəti müəyyən edilə bilmədiyindən Vergi Məcəlləsinin 14.6.3.2-ci maddəsinə istinad oluna bilməmişdir. Göstərilənlərlə əlaqədar Vergi Məcəlləsinin 14.6.3.3-cü maddəsinə müvafiq olaraq vergi ödəyicisi tərəfindən pərakəndə qaydada təqdim edilmiş malların real bazar qiymətlən müəyyənləşdirilməsi məqsədilə "Ekspertizanın təyin edilməsi haqqında" qərara əsasən müqavilə əsasında ekspert cəlb edilmiş və ekspert tərəfindən tərtib edilmiş ekspert rəyinə əsasən vergi odəyicisi tərəfindən pərakəndə qaydada təqdim edilmiş malların real bazar qiyməti müəyyənləşdirilmişdir. Vergi Məcəlləsinin 14.6.6-cı maddəsinə əsasən vergi ödəyicilərinin təqdim olunan mallara (işlərə, xidmətlərə) tətbiq etdikləri qiymətlərin səviyyəsi bu Məcəlləyə əsasən müəyyənləşdirilən bazar qiymətlərindən topdansatış ticarət fəaliyyətı sahəsində 10 faizdən, tikinti və istehsal fəaliyyəti sahəsində 20 faizdən, digər fəaliyyət sahələrində 30 faizdən çox aşağı olduqda, vergilər bazar qiymətləri əsasında, yuxarı olduqda isə faktiki təqdimolunma qiymətləri ilə hesablanır. Yoxlama ilə vergi ödəyicisi tərəfindən pərakəndə qaydada ekspert tərəfindən müəyyən edilmiş bazar qiymətlərindən 30 faizdən çox aşağı təqdim edilmiş mallar üzrə vergilər Vergi Məcəlləsin 14.6.6-cı maddəsinin tələblərinə müvafiq olaraq bazar qiymətləri əsasında hesablanmışdır. Bundan əlavə, iddiaçının iddia ərizəsində qeyd olunan "Ekspertiza təyin edilməsi barədə qərar Vergi Məcəlləsinin 44.6-cı maddəsinin tələblərinə uyğun vergi ödəyicisinə təqdim edilməmiş, həmin Məcəllənin 44.7ci maddəsi ilə müəyyən olunan hüquqları təmin olunmamışdır" dəlili əsassızdır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edirlər. İlk növbədə qeyd etməyi zəruri hesab edirlər ki, "Ekspertizanın təyin edilməsi haqqında xx.xx.2024-cü il tarixli **********186640 nömrəli qərar Vergi Məcəlləsinin 44.6-cı maddəsinin tələblərinə uyğun vergi ödəyicisinə təqdim edilmiş və həmin Məcəllənin 44.7-ci maddəsi ilə müəyyən olunan hüquqları ödəyiciyə izah edilmişdir. Vergi ödəyicisinin ekspertizanın təyin edilməsinə hər hansı etirazı olmamışdır. Bildirirlər ki, səyyar vergi yoxlaması zamanı yoxlamaya vergilərin hesablanması üçün zəruri sənədlər tam təqdim edilməmişdir. Belə ki, vergi ödəyicisi İran İslam Respublikasından idxal etdiyi malların (kişmiş, xurma, ərik qurudulmuşu, alça qurudulmuşu, gavalı qurudulmuşu, süni bal, doşablar, karamellər, şokoladlar, biskvitlər, kekslər, vaflilər, kofe, kappiçino, makaron suplar, pendirlər, ədviyyatlar, alkoqolsuz içkilər, turşu lavaşları, xəmir mayası, qaymaq, sirkə və digər əsasən yeyinti məhsulları) pərakəndə satışını həyata keçirməsinə baxmayaraq, pərakəndə qaydada malların qiymətlərinə real bazar qiymətlərindən aşağı qiymətləri tətbiq etməklə satmışdır. Pərakəndə qaydada satılmış malların orta bazar satış qiymətinin müəyyən edilməsi zərurəti yarandığı üçün ekspert dəvət edilməsi zərurəti yaranmışdır. Bununla əlaqədar "Ekspertizanın təyin edilməsi haqqında xx.xx.2024-cü il tarixli **********40 nömrəli qərarına əsasən "X25" MMC-nin eksperti Məmmədov Namiq oğlu ekspert qismində dəvət edilmişdir. Ekspert qarşısında xx.xx.2021-ci il tarixdən 2024-cü il tarixədək olan dövrdə fərdi sahibkar İddiaçı tərəfindən təqdim edilmiş malların real bazar qiymətini müəyyənləşdirmək sualı qoyulmuşdur. Ekspertizanın keçirilməsi üçün zəruri olan sənədlər ekspertə təqdim edilmişdir. Ekspert tərəfindən xx.xx.2024-cü il tarixli rəy və xx.xx.2024-cü il tarixli rəyə əlavə (icarə haqqının bazar qiyməti ilə bağlı) yoxlamaya təqdim edilmiş və vergilərin hesablanmasında həmin rəydən istifadə edilmişdir. Ekspert rəyi və rəyə vergi ödəyicisinə göndərilməsinə baxmayaraq, hər hansı yazılı etiraz və mülahizə daxil olmamışdır. Yoxlamanın əhatə etdiyi dövr üzrə cəmiyyətə aşağıdakı vergi növləri üzrə əlavə vergi məbləğləri hesablanmış və maliyyə sanksiyaları tətbiq edilmişdir. Gəlir vergisinin yoxlanılması üzrə: Səyyar vergi yoxlaması ilə 2021-ci, 2022-ci və 2023-cü illər üzrə gəlir vergisi bəyannamələri əhatə edilmişdir. Yoxlamaya təqdim edilmiş sənədlərə əsasən vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 16-cı, 96-cı, 108-ci və 130-cu maddələrinin tələblərinin pozulduğu müəyyən edilmişdir. Yoxlama ilə Vergi Məcəlləsinin 14.6.3.3-cü və 14.6.6-cı maddələrinin tələblərinə müvafiq olaraq müəssisə tərəfindən tətbiq edilmiş qiymətlərin səviyyəsi bazar qiymətlərindən 30 faizdən çox aşağı olan mallara bazar qiymətləri tətbiq edilməklə əlavə dövriyyə müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən pərakəndə qaydada təqdim edilmiş malların satış qiymətləri barədə məlumatlar yoxlamaya təqdim edilmədiyi üçün yoxlama ilə qiymətlərin səviyyəsi bazar qiymətlərindən 30 faizdən çox aşağı olan mallar üzrə bazar qiymətləri tətbiq edilməklə əlavə dövriyyə məbləğləri illər üzrə müəyyənləşdirilmişdir. Yoxlama ilə müəssisə tərəfindən tətbiq edilmiş qiymətlərin səviyyəsi bazar qiymətlərindən 30 faizdən çox aşağı olan mallara bazar qiymətləri tətbiq edilməklə hər ilin dekabr ayının dövriyyəsinə aid edilmişdir. Vergi ödəyicisi tərəfindən 2021-ci il üzrə gəlir vergisinin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən 136155.45 (1461xx.xx-10032.73) manat azaldıldığı müəyyən edilmişdir. Gəlir vergisinin azaldılmasının səbəbləri aşağıda qeyd olunanlarla bağlı olmuşdur: Vergi Məcəlləsinin 96-cı və 130-cu maddələrinin tələblərinin pozulması (vergi tutulan gəlir (mənfəətin) dəqiq əks etdirilməməsi və ya gəlirlərinin vaxtı vaxtında dəqiq uçotunun aparılmaması malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlirin 681352,07 (2467870,05-1786517,98) manat məbləğində əskik göstərilməsi; Vergi Məcəlləsinin 108-ci və 130-cu maddələrinin tələblərinin pozulması (gəlirin əldə edilməsi ilə bağlı xərclərinin vaxtı vaxtında dəqiq uçotunun aparılmaması) malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı xərclərin 300,00 manat, (o cümlədən sosial sığorta haqlarının 300,00 manat,) artıq göstərilməsi və malların təqdim edilməsi (işlərin görülməsi xidmətlərin göstərilməsi) ilə bağlı xərclərin 874.80 manat, (o cümlədən malın dəyəri xərcinin 574 manat, ödənilmiş sığorta haqları xərcinin 300.00 manat) əskik göstərilməsi; Vergi Məcəlləsinin 14.6.3.3-cü və 14.6.6-cı maddələrinin tələblərinə müvafiq olaraq müəssisə tərəfindən tətbiq edilmiş qiymətlərin səviyyəsi bazar qiymətlərindən 30 faizdən çox aşağı olan mallara bazar qiymətləri tətbiq edilməklə əlavə dövriyyə müəyyən edilməsi; 2022-ci il üzrə: Yoxlama ilə vergi ödəyicisi tərəfindən 2022-ci il üzrə gəlir vergisinin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən 730218,97 (759645,97 29427.00) manat azaldıldığı müəyyən edilmişdir. Gəlir vergisinin azaldılmasının səbəbləri aşağıda qeyd olunanlarla bağlı olmuşdur: Vergi Məcəlləsinin 96cı və 130-cu maddələrinin tələblərinin pozulması (vergi tutulan gəlin (mənfəətin) dəqiq əks etdirilməməsi və ya gəlirlərinin vaxtı vaxtında dəqiq uçotunun aparılmaması malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlirin 3689863,11 (13274323,43-9584460,32) manat məbləğində əskik göstərilməsi; Vergi Məcəlləsinin 108-ci və 130-cu maddələrinin tələblərinin pozulması (gəlirin əldə edilməsi ilə bağlı xərclərinin vaxtı vaxtında dəqiq uçotunun aparılmaması) malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı xərclərin 526,44 manat, (o cümlədən digər xərclərin 526,44 manat) artıq göstərilməsi və malların təqdim edilməsi (işlərin görülməsi xidmətlərin göstərilməsi) ilə bağlı xərclərin 39294,70 manat, (o cümlədən malın dəyərinin 38228,20 manat, sair xərclərin 663,13 manat, ödənilmiş sığorta haqları xərcinin 403,31 manat) əskik göstərilməsi, Vergi Məcəlləsinin 14.6.3.3-cü və 14.6.6-cı maddələrinin tələblərinə müvafiq olaraq müəssisə tərəfindən tətbiq edilmiş qiymətlərin səviyyəsi bazar qiymətlərindən 30 faizdən çox aşağı olan mallara bazar qiymətləri tətbiq edilməklə əlavə dövriyyə müəyyən edilməsi; 2023-cü il üzrə: Yoxlama ilə vergi ödəyicisi tərəfindən 2023-cü il üzrə gəlir vergisinin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən 527755.25 (555998,52- 28243.27) manat azaldıldığı müəyyən edilmişdir. Gəlir vergisinin azaldılmasının səbəbləri aşağıda qeyd olunanlarla bağlı olmuşdur: Vergi Məcəlləsinin 96-cı və 130-cu maddələrinin tələblərinin pozulması (vergi tutulan gəlirin mənfəətin) dəqiq əks etdirilməməsi və ya gəlirlərinin vaxtı vaxtında dəqiq uçotunun aparılmaması) malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlirin 2610411,01 (9144880,15-6534469,14) manat məbləğində əskik göstərilməsi; Vergi Məcəlləsinin 108-ci və 130-cu maddələrinin tələblərinin pozulması (gəlirin əldə edilməsi ilə bağlı xərclərinin vaxtı vaxtında dəqiq uçotunun aparılmaması) malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı xərclərin 105746,37 manat, (o cümlədən malın dəyəri xərcinin 28986,26 manat, digər xərclərin 76760.11 manat) artıq göstərilməsi və malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı xərclərin 77381,12 manat, (o cümlədən sair xərclərin 77088.20 manat, ödənilmiş sığorta haqqı xərclərinin 292.92 manat) əskik göstərilməsi; Vergi Məcəlləsinin 14.6.3.3-cü və 14.6.6-cı maddələrinin tələblərinə müvafiq olaraq müəssisə tərəfindən tətbiq edilmiş qiymətlərin səviyyəsi bazar qiymətlərindən 30 faizdən çox aşağı olan mallara bazar qiymətləri tətbiq edilməklə əlavə dövriyyə müəyyən edilməsi: Beləliklə, yoxlama ilə ümumilikdə əlavə olaraq 1394129.67 manat məbləğində gəlir vergisi hesablanmışdır. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən mənfəət vergisinin hesabatda göstərilərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldıldığına görə azaldılmış və yayındırılmış 1394129,67 manat vergi məbləğinin 50 faizi miqdarında 697064,84 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilmişdir. Əlavə dəyər vergisinin yoxlanılması üzrə: Yoxlamaya təqdim edilmiş sənədlərə əsasən yoxlama ilə əhatə olunan dövr ərzində vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim edilmiş ƏDV bəyannamələrinə əsasən hesablanmış vergi məbləğinin hesabatda göstərilən məbləğinin düzgünlüyü yoxlanılarkən kənarlaşma aşkar edilmişdir: Belə ki, yoxlamaya təqdim edilmiş sənədlərə əsasən vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 159.1-ci və 166.1-cı maddələrinin tələblərinin pozulduğu müəyyən edilmişdir. Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görulməsi xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. Eyni zamanda Vergi Məcəlləsinin 166.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Ödəmə aşağıdakı vaxtda aparılmış sayılır.166.1.1. bu Məcəllənin 16.1.8-ci maddəsində göstərilən, nəzarət-kassa aparatı tətbiq edilməli olan fəaliyyət növləri istisna olmaqla digər fəaliyyət növləri üzrə nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin onun bank və digər ödəniş hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt; 166.1.1-1. bu Məcəllənin 16.1.8-ci maddəsində göstərilən, nəzarət-kassa aparatı tətbiq edilməli olan fəaliyyət növləri üzrə ödənişlə (nağd və ya nağdsız) bağlı nəzarət-kassa aparatı çekinin vurulduğu tarix; 166.1.2. qarşılıqlı hesablaşmalar aparıldıqda öhdəliyin ləğv edildiyi və ya ödənildiyi vaxt; 166.1.3. malların (işlərin, xidmətlərin) təqdim edilməsi üzrə yaranan debitor borclar üzrə – iddia müddətinin bitdiyi vaxt; 166.1.4. natura şəklində aparıldıqda, habelə barter edildikdə – aktivlərin əldə edildiyi (barter edildiyi) vaxt; 166.1.5. əvəzsiz təqdim edildiyi hallarda təqdimetmənin həyata keçirildiyi vaxt; 166.1.6. tələb hüququ güzəşt edildikdə – güzəşt edilən məbləğ üzrə tələb hüququnun güzəşt edildiyi vaxt. 166.2. Bu Məcəllənin 159.5-ci maddəsi tətbiq edildikdə, malların (işlərin, xidmətlərin) qeyri-kommersiya məqsədləri üçün verildiyi vaxt, malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması baş verdiyi vaxt (gün) vergi tutulan əməliyyatın vaxtı sayılır. 166.3. Bu Məcəllənin 159.6-cı maddəsi tətbiq edildikdə, vergi tutulan əməliyyatın (o cümlədən malların (işlərin, xidmətlərin) təqdim edilməsi üzrə yaranan debitor borclar üzrə) vaxtı ləğvetmənin qüvvəyə minməsindən bilavasitə əvvəlki vaxt (gün) sayılır. 166.4. Vergi ödəyicisi tərəfindən təqdim edilən və dəyəri ödənilməyən mallar (işlər, xidmətlər) üzrə həmin malların (işlərin, xidmətlərin) alıcısı tərəfindən malları (işləri, xidmətləri) təqdim edən vergi ödəyicisinə borc vəsait verildikdə, ƏDV tutulan əməliyyatın vaxtı aşağıdakı vaxt hesab edilir: 166.4.1. mallar (işlər, xidmətlər) təqdim edildikdən sonra verilmiş borclar üzrə (kredit təşkilatları və bank əməliyyatları aparan şəxslər tərəfindən verilmiş borclar istisna olmaqla) – borcun verildiyi vaxt; 166.4.2. mallar (işlər, xidmətlər) təqdim edilənədək verilmiş borclar üzrə (kredit təşkilatları və bank əməliyyatları aparan şəxslər tərəfindən verilmiş borclar istisna olmaqla) – malların (işlərin, xidmətlərin) təqdim edildiyi vaxt. 166.5. Vergi tutulan əməliyyat üzrə iki və ya daha çox ödəmə aparılırsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Alınmış avans ödəmələri üzrə elektron qaiməfaktura verilməsinə yol verilmir. 166.7. Bu maddənin məqsədləri üçün ödəmə dedikdə, təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin ödənilməsi nəzərdə tutulur. Səyyar vergi yoxlaması zamanı yoxlamaya vergilərin hesablanması üçün zəruri sənədlər tam təqdim edilməmişdir. Belə ki, vergi ödəyıcısı ərzaq mallarının həm topdan satışı və həm də pərakəndə satışını həyata keçirməsinə baxmayaraq, pərakəndə qaydada satdığı malların qiymətllərinə də topdansatış qiymətləri tətbiq etməklə satmışdır. Pərakəndə qaydada satılmış malların orta bazar satış qiymətinin müəyyən edilməsi zərurəti yarandığı üçün ekspert dəvət edilməsi zərurəti yaranmışdır. Vergi Məcəlləsinin 14.3-cü maddəsinə əsasən Bu Məcəllənin 14-1.2-ci maddəsində nəzərdə tutulan şəxslər arasında həyata keçirilən əməliyyatlar istisna olmaqla, bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması aşağıdakı hallarda həyata keçirilə bilər: Vergi Məcəlləsinin 14. 3.3-cü maddəsinə əsasən 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi, bu Məcəllənin 14.6.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, bazarda eyni (analoji) mal (iş. xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən 30 faizdən çox (aşağı və yuxarı) fərqləndikdə bazar qiyməti nəzərə alınmaqla vergilər hesablana bilər. Yoxlama zamanı Vergi Məcəlləsinin 14.6.3.3-cü maddəsinə müvafiq olaraq vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövrdə təqdim edilmiş mallar üzrə bazar qiymətləri Baş İdarənin "Ekspertizanın təyin edilməsi haqqında" xx.xx.2024-cü il tarixli 00**********40 nömrəli qərarına əsasən müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən tərtib edilmiş Rəyə əsasən müəyyənləşdirilmişdir. Yoxlama ilə Vergi Məcəlləsinin 14.6.3.3-cü və 14.6.6-cı maddələrinin tələblərinə müvafiq olaraq müəssisə tərəfindən tətbiq edilmiş qiymətlərin səviyyəsi bazar qiymətlərindən 30 faizdən çox aşağı olan mallara bazar qiymətləri tətbiq edilməklə əlavə dövriyyə müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən pərakəndə qaydada təqdim edilmiş malların satış qiymətləri barədə aylıq məlumatlar yoxlamaya təqdim edilmədiyi üçün yoxlama ilə qiymətlərin səviyyəsi bazar qiymətlərindən 30 faizdən çox aşağı olan mallar üzrə bazar qiymətləri tətbiq edilməklə əlavə dövriyyə məbləğləri illər üzrə müəyyənləşdirilmişdir. Yoxlama ilə müəssisə tərəfindən tətbiq edilmiş qiymətlərin səviyyəsi bazar qiymətlərindən 30 faizdən çox aşağı olan mallara bazar qiymətləri tətbiq edilməklə hər ilin dekabr ayının dövriyyəsinə aid edilmişdir. Vergi Məcəlləsinin 14.4-cü maddəsinə əsasən bazar qiyməti mal (iş. xidmət) satılan anadək lakin malın (işin, xidmətin) təqdim edildiyi andan çoxu 30 gün keçənədək (əvvəl və ya sonra) ən yaxın tarixdə eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərə əsasən müəyyənləşdirilir. Beləliklə, yoxlamaya təqdim edilmiş sənədlərə və "X25" MMC tərəfi təqdim edilmiş ekspert rəyinə (Müqavilələrə, bank çıxarışları, elektron qaimə-fakturalara, göstəricilərinə, kassa mədaxil orderlərinə və.s) əsasən ƏDV-yə cəlb olunan dövriyyənin göstərildiyi müəyyən edilmişdır. Belə ki, 2021-ci ilin may-dekabr ayları üzrə ƏDV-yə cəlb olunan dövriyyənin 519163,68 manat, 2022-ci il üzrə 3477732,53 manat, 2023-cü il üzrə 2649353,97 manat və 2024-cü ilin yanvar-aprel ayları üzrə 92782,06 manat məbləğində əskik göstərildiyi və nəticədə ƏDV-nin müvafiq olaraq 2021-ci ilin may-dekabr ayları üzrə 93449 46 manat. 2022-ci il üzrə 625991,86 manat. 2023-cü il üzrə 476 883,71 manat va 2024-cü ilin yanvar-aprel ayları üzrə isə 16 700.77 manat məbləğində azaldıldığı müəyyən edilmişdir. Beləliklə, yoxlama zamanı Vergi Məcəlləsinin 159.1-ci, 166-cı və 175-ci maddələrinin tələblərinin pozulmasına görə büdcəyə ödənilməli olan ƏDV məbləğinin 1 213 025.80 (1 459 674 28- 246 648,48) (o cümlədən 2021-ci ilin dekabr ayı üzrə 126 469.64 manat, 2022-ci ilin fevral ayı üzrə 4 276,16 manat, may ayı üzrə 3 536,71 manat, iyun ayı üzrə 536,64 manat, avqust ayı üzrə 615,34 manat, dekabr ayı üzrə 697 932,43 manat, 2023-cü ilin yanvar ayı üzrə 36 782,23 manat, mart ayı üzrə 21 516,62 manat, aprel ayı üzrə 2 362,57 manat, avqust ayı üzrə 1 770,63 manat, dekabr ayı üzrə 497 678,57 manat, 2024-cü ilin mart ayı üzrə 29 564.12 manat, aprel ayı üzrə 5632.62 manat azaldıldığı, eyni zamanda 2021-ci ilin sentyabr ayı üzrə 3 107,13 manat, oktyabr ayı üzrə 6 627.37 manat, noyabr ayı üzrə 23 285.69 manat, 2022-ci ilin yanvar ayı üzrə 1 554.08 manat, mart ayı üzrə 13 883.57 manat, aprel ayı üzrə 4 357,92 manat, iyul ayı üzrə 8 631,84 manat sentyabr ayı üzrə 35 623,17 manat, oktyabr ayı üzrə 46 091.33 manat, noyabr ayı üzrə 1763,53 manat, 2023cü ilin fevral ayı üzrə 5 078,26 manat, may ayı üzrə 10 229,99 manat, iyun ayı üzrə 5167,51 manat, iyul ayı üzrə 4 420,94 manat, sentyabr ayı üzrə 8 008,73 manat, oktyabr ayı üzrə 23 907,46 manat, noyabr ayı üzrə 26 414.00 manat, 2024-cü ilin yanvar ayı üzrə 5161,61 manat, fevral ayı üzrə 13 334,35 manat artıq hesablandığı) manat məbləğində əskik hesablandığı müəyyən edilmişdir. Nəticədə yoxlama ilə vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 159.1-ci, 166-cı və 175 maddələrinin tələblərinin pozulması nəticəsində büdcəyə ödənilməli olan ƏDV məbləğinin 1 213 025.80 manat əskik hesablandığı müəyyən edilmişdir. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən verginin hesabatda göstərilən məbləği vergi hesabatda göstərilməli olan məbləğinə nisbətən ayrı-ayrı aylar üzrə 1 213 025,80 manat məbləğdə azaldıldığına görə azaldılmış vergi məbləğinin 50%-i miqdarında, yəni 729 837,14 manat maliyyə isının tətbiq edilmişdir. Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələri (hesabatları) üzrə: yoxlama ilə 2022-ci rübü üzrə 0,03 manat məbləğində artıq hesablama müəyyən edilmişdir. Bildirilir ki, səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinin fəaliyyətində Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş cinayət xarekterli faktlar (vergi ödəməkdən yayınma) aşkar olunduğundan, toplanmış materiallar qanunamüvafiq tədbirlərin görülməsi üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə göndərilmişdir.Vergi Məcəlləsinin: 13.2.4-cü maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxs vergi ödəyicisidir. 24.0.1-ci maddəsinə əsasən vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək, vergi qanunvericiliyinə tam və dəqiq riayət etmək vergi orqanlarının vəzifələrinə aid edilmişdir. 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədər cari vergi ödəmələrini) hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Göründüyü kimi vergi ödəyicisi hesablanmış vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırmağa cəhd göstərir. Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 49.3-və 49.6-cı maddələrinin şərh edilməsi haqqında" 6 avqust 2002-ci il tarixli Qərarında qeyd olunur vergi ödəmək vəzifəsində cəmiyyətin ümumi maraqları əks olunub. Dövlət təkcə vergi dəyicilərinin deyil, həm də cəmiyyətin digər üzvlərinin hüquqlarını və qanuni maraqlarını müdafiə etmək məqsədi ilə vergi münasibətlərinin tənzimlənməsi üzrə tədbirlər görmək hüququna malikdir və belə tədbirlər həyata keçirilməlidir. Buna görə də vergi tutulması vergi ödəyicisinin mülkiyyətindən əsassız məhrum edilməsi kimi yox, konstitusiya vəzifələrindən irəli gələn əmlakın müəyyən hissəsinin qanuni götürülməsı kimi qiymətləndirilməlidir. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada müəyyən pul məbləği şəklində dövlət xəzinəsinə ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur, əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olur. Qanunda müəyyən edilmiş qaydada vergilərin ödənilməsi ilə bağlı vəzifələrin yerinə yetirilməməsi şəxslərin məsuliyyətə cəlb olunması üçün əsas yaradır. (Konstitusiya Məhkəməsi Plenumu "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 82ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52-ci və 90.1-ci maddələrinin şərh edilməsinə dair" 13 sentyabr 2011-ci il tarixli Qərarı). Vergi Məcəlləsinin 70.3 cu maddəsinə görə vergi qanunvericiliyinə əsasən tərtib edilən hər hansı sənəd öz mahiyyətinə və məzmununa görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. Yuxarıda qeyd olunanlara əsaslanaraq bildirirlər ki, İddiaçı sahibkarlıq fəaliyyəti üzrə keçirilmiş səyyar vergi yoxlamasının nəticəsi üzrə tərtib edilmiş akt əsasında qəbul edilən "Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2025-ci il tarixli **********191727 nömrəli qərar ilə hesablanmış əlavə vergilər və tətbiq edilmiş maliyyə sanksiyası Vergi Məcəlləsinin tələblərinə uyğundur, qanuni və əsaslıdır. Odur ki, iddiaçının formal mülahizələri qərarın ləğv edilməsi və dövlət büdcəsinə ödənilməli olan vergilərin azaldılması üçün asas ola bilməz. Qeyd edilənləri nəzərə alaraq iddiaçı X14 iddiasının təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi-vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X15 təqdim olunmuş etiraza uyğun izahat verərək, iddianın təmin olunmamasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. Cavabdeh tərəfindən təqdim olunan vergi ödəyicisinin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2025-ci il tarixli, **********191727 nömrəli qərarı elektron qaydada xx.xx.2025-ci il tarixdə iddiaçının elektron kabinetinə göndərilmiş.İddiaçı tərəfindən verilmiş iddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş, 30 (otuz) günlük müddət ötürülməmişdir. VM-in 49.4-cü maddəsinə əsasən vergi orqanının qərarının surəti və tələbnamə vergi ödəyicisinə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Vergi ödəyicisi və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində vergi orqanının qərarının surəti və (və ya) tələbnaməsi ona təqdim oluna bilinmirsə, bu sənədlər (sənəd) onların (onun) sifarişli məktubla alınması günündən təqdim edilmiş hesab edilir. VM-in 70.2-3-cü maddəsinə əsasən Bu Məcəllənin 70.2-1.2-ci və 70.2-1.3-cü maddələrində nəzərdə tutulmuş qayda vergi ödəyicisinin (onun səlahiyyətli nümayəndəsinin) inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Məhkəmə hesab edir ki, mübahisələndirmə haqqında iddia bu iddia növü üçün qanunla nəzərdə tutulmuş müddətdə verilmişdir. Faktiki hallar və sübutlar: Səyyar vergi yoxlamasının **********184237 nömrəli, xx.xx.2024-cü il tarixli Aktının surətindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi xx.xx.2024-cü il tarixli, **********183699 saylı qərarına əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin vergi auditi idarəsinin Regionlar üzrə 1-ci audit şöbəsinin dövlət vergi müfəttişi kiçik vergi xidməti müşaviri Məmmədzadə Azər Vəkil oğlu, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin vergi auditi idarəsinin Regionlar üzrə 1-ci audit şöbəsinin dövlət vergi müfəttişi kiçik vergi xidməti müşaviri X10 tərəfindən İddiaçı (VÖEN **********) üzrə aşağıda siyahısı verilən tədiyyə və dövrlərdə əlavə dəyər vergisi, gəlir vergisi, Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari sığorta haqqları bəyannaməsi (hesabatı), ödəmə mənbəyində tutulan vergi, sadələşdirilmiş vergi; vergi məcəlləsinin 38.2-ci maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsəi ilə növbəti səyyar vergi yoxlaması aparılmışdır. Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********191727 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Nizami rayonu İqtisadiyyat Nazirliyi yanında Dövvlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi auditi idarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən, baş idarə rəisinin müavini kiçik vergi xidməti müşaviri X1 Nuru Adəm oğlu xx.xx.1979-cu il tarixdə ünvan 1 ünvanı üzrə keçirilmiş Səyyar vergi yoxlamasının nəticələri haqqında xx.xx.2024 tarixli **********184237 nömrəli aktına və xx.xx.2025 tarixli **********788800 nömrəli sənədə baxıb müəyyən etdi: Gəlir vergisinin yoxlanılması üzrə: Səyyar vergi yoxlaması 2021,2022 və 2023-cü illər üzrə gəlir vergisi bəyannamələri əhatə edilmişdir. Yoxlamaya təqdim edilmiş sənədlərə əsasən vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 16-cı, 96-cı, 108-ci və 130-cu maddələrinin tələblərinin pozulduğu müəyyən edilmişdir. Belə ki, Vergi Məcəlləsinin 96.1-ci maddəsinə əsasən rezidentlərin gəlirləri üzrə vergitutma obyekti onun vergiyə cəlb edilən gəlirləridir. Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Həmçinin, Vergi Məcəllənin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxil olmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Həmin Məcəllənin 130.2-ci maddəsinə vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur. Yoxlama zamanı Vergi ödəyicisi tərəfindən gəlir və xərclərin uçotunun yuxarıda qeyd edilmiş qaydalara uyğun aparılmadığı müəyyən eedilmişdir. Habelə, Vergi Məcəlləsinin 16.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron forma aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək ödəyicisinin vəzifəsinə aid edilmişdir. Səyyar vergi yoxlaması zamanı yoxlamaya vergilərin hesablanması üçün zəruri sənədlər tam təqdim edilməmişdir. belə ki, vergi ödəyicisi ərzaq mallarının həm topdan satışı həm də pərakəndə satışını həyata keçirməsinə baxmayaraq, pərakəndə qaydada satdığı malların qiymətlərinə də topdansatış qiymətləri tətbiq etməklə satmışdır. Pərakəndə qaydada satılmış malların orta bazar satış qiymətinin müəyyən edilməsi zərurəti yaranmışdır. Vergi Məcəlləsinin 14.3-cü maddəsinə əsasən Bu Məcəllənin 14-1.2-ci maddəsində nəzərdə tutulan şəxslər arasında həyata keçirilən əməliyyatlar istisna olmaqla, bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması aşağıdakı hallarda həyata keçirilə bilər: Vergi Məcəlləsinin 14. 3.3-cü maddəsinə əsasən 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi, bu Məcəllənin 14.6.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, bazarda eyni (analoji) mal (iş. xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən 30 faizdən çox (aşağı və yuxarı) fərqləndikdə bazar qiyməti nəzərə alınmaqla vergilər hesablana bilər. Yoxlama zamanı Vergi Məcəlləsinin 14.6.3.3-cü maddəsinə müvafiq olaraq vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövrdə təqdim edilmiş mallar üzrə bazar qiymətləri Baş İdarənin "Ekspertizanın təyin edilməsi haqqında" xx.xx.2024-cü il tarixli 00**********40 nömrəli qərarına əsasən müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən tərtib edilmiş Rəyə əsasən müəyyənləşdirilmişdir. Yoxlama ilə Vergi Məcəlləsinin 14.6.3.3-cü və 14.6.6-cı maddələrinin tələblərinə müvafiq olaraq müəssisə tərəfindən tətbiq edilmiş qiymətlərin səviyyəsi bazar qiymətlərindən 30 faizdən çox aşağı olan mallara bazar qiymətləri tətbiq edilməklə əlavə dövriyyə müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən pərakəndə qaydada təqdim edilmiş malların satış qiymətləri barədə aylıq məlumatlar yoxlamaya təqdim edilmədiyi üçün yoxlama ilə qiymətlərin səviyyəsi bazar qiymətlərindən 30 faizdən çox aşağı olan mallar üzrə bazar qiymətləri tətbiq edilməklə əlavə dövriyyə məbləğləri illər üzrə müəyyənləşdirilmişdir. Yoxlama ilə müəssisə tərəfindən tətbiq edilmiş qiymətlərin səviyyəsi bazar qiymətlərindən 30 faizdən çox aşağı olan mallara bazar qiymətləri tətbiq edilməklə hər ilin dekabr ayının dövriyyəsinə aid edilmişdir. Vergi ödəyicisi tərəfindən 2021-ci il üzrə gəlir vergisinin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən 136 155.45 (146 188.18 – 10 032.73) manat azaldığı müəyyən edilmişdir. Gəlir vergisinin azaldılmasının səbəbləri aşağıda qeyd olunanlarla bağlı olmuşdur: Vergi Məcəlləsinin 96cı və 130-cu maddələrinin tələblərinin pozulması (vergi tutulan gəlir (mənfəətin) dəqiq əks etdirilməməsi və ya gəlirlərinin vaxtı vaxtında dəqiq uçotunun aparılmaması malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlirin 681352,07 (2467870,05-1786517,98) manat məbləğində əskik göstərilməsi; Vergi Məcəlləsinin 108-ci və 130-cu maddələrinin tələblərinin pozulması (gəlirin əldə edilməsi ilə bağlı xərclərinin vaxtı vaxtında dəqiq uçotunun aparılmaması) malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı xərclərin 300,00 manat, (o cümlədən sosial sığorta haqlarının 300,00 manat,) artıq göstərilməsi və malların təqdim edilməsi (işlərin görülməsi xidmətlərin göstərilməsi) ilə bağlı xərclərin 874.80 manat, (o cümlədən malın dəyəri xərcinin 574 manat, ödənilmiş sığorta haqları xərcinin 300.00 manat) əskik göstərilməsi; Vergi Məcəlləsinin 14.6.3.3-cü və 14.6.6-cı maddələrinin tələblərinə müvafiq olaraq müəssisə tərəfindən tətbiq edilmiş qiymətlərin səviyyəsi bazar qiymətlərindən 30 faizdən çox aşağı olan mallara bazar qiymətləri tətbiq edilməklə əlavə dövriyyə müəyyən edilməsi; 2022-ci il üzrə: Yoxlama ilə vergi ödəyicisi tərəfindən 2022-ci il üzrə gəlir vergisinin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən 730218,97 (759645,97 29427.00) manat azaldıldığı müəyyən edilmişdir. Gəlir vergisinin azaldılmasının səbəbləri aşağıda qeyd olunanlarla bağlı olmuşdur: Vergi Məcəlləsinin 96-cı və 130-cu maddələrinin tələblərinin pozulması (vergi tutulan gəlin (mənfəətin) dəqiq əks etdirilməməsi və ya gəlirlərinin vaxtı vaxtında dəqiq uçotunun aparılmaması malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlirin 3689863,11 (13274323,43-9584460,32) manat məbləğində əskik göstərilməsi; Vergi Məcəlləsinin 108-ci və 130-cu maddələrinin tələblərinin pozulması (gəlirin əldə edilməsi ilə bağlı xərclərinin vaxtı vaxtında dəqiq uçotunun aparılmaması) malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı xərclərin 526,44 manat, (o cümlədən digər xərclərin 526,44 manat) artıq göstərilməsi və malların təqdim edilməsi (işlərin görülməsi xidmətlərin göstərilməsi) ilə bağlı xərclərin 39294,70 manat, (o cümlədən malın dəyərinin 38228,20 manat, sair xərclərin 663,13 manat, ödənilmiş sığorta haqları xərcinin 403,31 manat) əskik göstərilməsi, Vergi Məcəlləsinin 14.6.3.3-cü və 14.6.6-cı maddələrinin tələblərinə müvafiq olaraq müəssisə tərəfindən tətbiq edilmiş qiymətlərin səviyyəsi bazar qiymətlərindən 30 faizdən çox aşağı olan mallara bazar qiymətləri tətbiq edilməklə əlavə dövriyyə müəyyən edilməsi; 2023-cü il üzrə: Yoxlama ilə vergi ödəyicisi tərəfindən 2023-cü il üzrə gəlir vergisinin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən 527755.25 (555998,52- 28243.27) manat azaldıldığı müəyyən edilmişdir. Gəlir vergisinin azaldılmasının səbəbləri aşağıda qeyd olunanlarla bağlı olmuşdur: Vergi Məcəlləsinin 96-cı və 130-cu maddələrinin tələblərinin pozulması (vergi tutulan gəlirin mənfəətin) dəqiq əks etdirilməməsi və ya gəlirlərinin vaxtı vaxtında dəqiq uçotunun aparılmaması) malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlirin 2610411,01 (9144880,15- 6534469,14) manat məbləğində əskik göstərilməsi; Vergi Məcəlləsinin 108-ci və 130-cu maddələrinin tələblərinin pozulması (gəlirin əldə edilməsi ilə bağlı xərclərinin vaxtı vaxtında dəqiq uçotunun aparılmaması) malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı xərclərin 105746,37 manat, (o cümlədən malın dəyəri xərcinin 28986,26 manat, digər xərclərin 76760.11 manat) artıq göstərilməsi və malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı xərclərin 77381,12 manat, (o cümlədən sair xərclərin 77088.20 manat, ödənilmiş sığorta haqqı xərclərinin 292.92 manat) əskik göstərilməsi; Vergi Məcəlləsinin 14.6.3.3-cü və 14.6.6-cı maddələrinin tələblərinə müvafiq olaraq müəssisə tərəfindən tətbiq edilmiş qiymətlərin səviyyəsi bazar qiymətlərindən 30 faizdən çox aşağı olan mallara bazar qiymətləri tətbiq edilməklə əlavə dövriyyə müəyyən edilməsi: Beləliklə, yoxlama ilə ümumilikdə əlavə olaraq 1394129.67 manat məbləğində gəlir vergisi hesablanmışdır. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən mənfəət vergisinin hesabatda göstərilərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldıldığına görə azaldılmış və yayındırılmış 1394129,67 manat vergi məbləğinin 50 faizi miqdarında 697064,84 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilmişdir. Əlavə dəyər vergisinin yoxlanılması üzrə: Yoxlamaya təqdim edilmiş sənədlərə əsasən yoxlama ilə əhatə olunan dövr ərzində vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim edilmiş ƏDV bəyannamələrinə əsasən hesablanmış vergi məbləğinin hesabatda göstərilən məbləğinin düzgünlüyü yoxlanılarkən kənarlaşma aşkar edilmişdir: Belə ki, yoxlamaya təqdim edilmiş sənədlərə əsasən vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 159.1-ci və 166.1-cı maddələrinin tələblərinin pozulduğu müəyyən edilmişdir. Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görulməsi xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. Eyni zamanda Vergi Məcəlləsinin 166.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Ödəmə aşağıdakı vaxtda aparılmış sayılır.166.1.1. bu Məcəllənin 16.1.8-ci maddəsində göstərilən, nəzarət-kassa aparatı tətbiq edilməli olan fəaliyyət növləri istisna olmaqla digər fəaliyyət növləri üzrə nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin onun bank və digər ödəniş hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt; 166.1.1-1. bu Məcəllənin 16.1.8-ci maddəsində göstərilən, nəzarət-kassa aparatı tətbiq edilməli olan fəaliyyət növləri üzrə ödənişlə (nağd və ya nağdsız) bağlı nəzarət-kassa aparatı çekinin vurulduğu tarix; 166.1.2. qarşılıqlı hesablaşmalar aparıldıqda öhdəliyin ləğv edildiyi və ya ödənildiyi vaxt; 166.1.3. malların (işlərin, xidmətlərin) təqdim edilməsi üzrə yaranan debitor borclar üzrə – iddia müddətinin bitdiyi vaxt; 166.1.4. natura şəklində aparıldıqda, habelə barter edildikdə – aktivlərin əldə edildiyi (barter edildiyi) vaxt; 166.1.5. əvəzsiz təqdim edildiyi hallarda təqdimetmənin həyata keçirildiyi vaxt; 166.1.6. tələb hüququ güzəşt edildikdə – güzəşt edilən məbləğ üzrə tələb hüququnun güzəşt edildiyi vaxt. 166.2. Bu Məcəllənin 159.5-ci maddəsi tətbiq edildikdə, malların (işlərin, xidmətlərin) qeyri-kommersiya məqsədləri üçün verildiyi vaxt, malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması baş verdiyi vaxt (gün) vergi tutulan əməliyyatın vaxtı sayılır. 166.3. Bu Məcəllənin 159.6-cı maddəsi tətbiq edildikdə, vergi tutulan əməliyyatın (o cümlədən malların (işlərin, xidmətlərin) təqdim edilməsi üzrə yaranan debitor borclar üzrə) vaxtı ləğvetmənin qüvvəyə minməsindən bilavasitə əvvəlki vaxt (gün) sayılır. 166.4. Vergi ödəyicisi tərəfindən təqdim edilən və dəyəri ödənilməyən mallar (işlər, xidmətlər) üzrə həmin malların (işlərin, xidmətlərin) alıcısı tərəfindən malları (işləri, xidmətləri) təqdim edən vergi ödəyicisinə borc vəsait verildikdə, ƏDV tutulan əməliyyatın vaxtı aşağıdakı vaxt hesab edilir: 166.4.1. mallar (işlər, xidmətlər) təqdim edildikdən sonra verilmiş borclar üzrə (kredit təşkilatları və bank əməliyyatları aparan şəxslər tərəfindən verilmiş borclar istisna olmaqla) – borcun verildiyi vaxt; 166.4.2. mallar (işlər, xidmətlər) təqdim edilənədək verilmiş borclar üzrə (kredit təşkilatları və bank əməliyyatları aparan şəxslər tərəfindən verilmiş borclar istisna olmaqla) – malların (işlərin, xidmətlərin) təqdim edildiyi vaxt. 166.5. Vergi tutulan əməliyyat üzrə iki və ya daha çox ödəmə aparılırsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Alınmış avans ödəmələri üzrə elektron qaimə-faktura verilməsinə yol verilmir. 166.7. Bu maddənin məqsədləri üçün ödəmə dedikdə, təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin ödənilməsi nəzərdə tutulur. Səyyar vergi yoxlaması zamanı yoxlamaya vergilərin hesablanması üçün zəruri sənədlər tam təqdim edilməmişdir. Belə ki, vergi ödəyıcısı ərzaq mallarının həm topdan satışı və həm də pərakəndə satışını həyata keçirməsinə baxmayaraq, pərakəndə qaydada satdığı malların qiymətllərinə də topdansatış qiymətləri tətbiq etməklə satmışdır. Pərakəndə qaydada satılmış malların orta bazar satış qiymətinin müəyyən edilməsi zərurəti yarandığı üçün ekspert dəvət edilməsi zərurəti yaranmışdır. Vergi Məcəlləsinin 14.3-cü maddəsinə əsasən Bu Məcəllənin 14-1.2ci maddəsində nəzərdə tutulan şəxslər arasında həyata keçirilən əməliyyatlar istisna olmaqla, bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması aşağıdakı hallarda həyata keçirilə bilər: Vergi Məcəlləsinin 14. 3.3-cü maddəsinə əsasən 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi, bu Məcəllənin 14.6.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, bazarda eyni (analoji) mal (iş. xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən 30 faizdən çox (aşağı və yuxarı) fərqləndikdə bazar qiyməti nəzərə alınmaqla vergilər hesablana bilər. Yoxlama zamanı Vergi Məcəlləsinin 14.6.3.3-cü maddəsinə müvafiq olaraq vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2024cü il tarixədək olan dövrdə təqdim edilmiş mallar üzrə bazar qiymətləri Baş İdarənin "Ekspertizanın təyin edilməsi haqqında" xx.xx.2024-cü il tarixli 00**********40 nömrəli qərarına əsasən müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən tərtib edilmiş Rəyə əsasən müəyyənləşdirilmişdir. Yoxlama ilə Vergi Məcəlləsinin 14.6.3.3-cü və 14.6.6-cı maddələrinin tələblərinə müvafiq olaraq müəssisə tərəfindən tətbiq edilmiş qiymətlərin səviyyəsi bazar qiymətlərindən 30 faizdən çox aşağı olan mallara bazar qiymətləri tətbiq edilməklə əlavə dövriyyə müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən pərakəndə qaydada təqdim edilmiş malların satış qiymətləri barədə aylıq məlumatlar yoxlamaya təqdim edilmədiyi üçün yoxlama ilə qiymətlərin səviyyəsi bazar qiymətlərindən 30 faizdən çox aşağı olan mallar üzrə bazar qiymətləri tətbiq edilməklə əlavə dövriyyə məbləğləri illər üzrə müəyyənləşdirilmişdir. Yoxlama ilə müəssisə tərəfindən tətbiq edilmiş qiymətlərin səviyyəsi bazar qiymətlərindən 30 faizdən çox aşağı olan mallara bazar qiymətləri tətbiq edilməklə hər ilin dekabr ayının dövriyyəsinə aid edilmişdir. Vergi Məcəlləsinin 14.4-cü maddəsinə əsasən bazar qiyməti mal (iş. xidmət) satılan anadək lakin malın (işin, xidmətin) təqdim edildiyi andan çoxu 30 gün keçənədək (əvvəl və ya sonra) ən yaxın tarixdə eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərə əsasən müəyyənləşdirilir. Beləliklə, yoxlamaya təqdim edilmiş sənədlərə və "X25" MMC tərəfi təqdim edilmiş ekspert rəyinə (Müqavilələrə, bank çıxarışları, elektron qaimə-fakturalara, göstəricilərinə, kassa mədaxil orderlərinə və.s) əsasən ƏDV-yə cəlb olunan dövriyyənin göstərildiyi müəyyən edilmişdır. Belə ki, 2021-ci ilin may-dekabr ayları üzrə ƏDV-yə cəlb olunan dövriyyənin 519163,68 manat, 2022-ci il üzrə 3477732,53 manat, 2023-cü il üzrə 2649353,97 manat və 2024-cü ilin yanvar-aprel ayları üzrə 92782,06 manat məbləğində əskik göstərildiyi və nəticədə ƏDV-nin müvafiq olaraq 2021ci ilin may-dekabr ayları üzrə 93449 46 manat. 2022-ci il üzrə 625991,86 manat. 2023-cü il üzrə 476 883,71 manat va 2024-cü ilin yanvar-aprel ayları üzrə isə 16 700.77 manat məbləğində azaldıldığı müəyyən edilmişdir. Beləliklə, yoxlama zamanı Vergi Məcəlləsinin 159.1-ci, 166-cı və 175-ci maddələrinin tələblərinin pozulmasına görə büdcəyə ödənilməli olan ƏDV məbləğinin 1 213 025.80 (1 459 674 28-246 648,48) (o cümlədən 2021-ci ilin dekabr ayı üzrə 126 469.64 manat, 2022-ci ilin fevral ayı üzrə 4 276,16 manat, may ayı üzrə 3 536,71 manat, iyun ayı üzrə 536,64 manat, avqust ayı üzrə 615,34 manat, dekabr ayı üzrə 697 932,43 manat, 2023-cü ilin yanvar ayı üzrə 36 782,23 manat, mart ayı üzrə 21 516,62 manat, aprel ayı üzrə 2 362,57 manat, avqust ayı üzrə 1 770,63 manat, dekabr ayı üzrə 497 678,57 manat, 2024-cü ilin mart ayı üzrə 29 564.12 manat, aprel ayı üzrə 5632.62 manat azaldıldığı, eyni zamanda 2021-ci ilin sentyabr ayı üzrə 3 107,13 manat, oktyabr ayı üzrə 6 627.37 manat, noyabr ayı üzrə 23 285.69 manat, 2022-ci ilin yanvar ayı üzrə 1 554.08 manat, mart ayı üzrə 13 883.57 manat, aprel ayı üzrə 4 357,92 manat, iyul ayı üzrə 8 631,84 manat sentyabr ayı üzrə 35 623,17 manat, oktyabr ayı üzrə 46 091.33 manat, noyabr ayı üzrə 1763,53 manat, 2023-cü ilin fevral ayı üzrə 5 078,26 manat, may ayı üzrə 10 229,99 manat, iyun ayı üzrə 5167,51 manat, iyul ayı üzrə 4 420,94 manat, sentyabr ayı üzrə 8 008,73 manat, oktyabr ayı üzrə 23 907,46 manat, noyabr ayı üzrə 26 414.00 manat, 2024-cü ilin yanvar ayı üzrə 5161,61 manat, fevral ayı üzrə 13 334,35 manat artıq hesablandığı) manat məbləğində əskik hesablandığı müəyyən edilmişdir. Nəticədə yoxlama ilə vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 159.1-ci, 166-cı və 175 maddələrinin tələblərinin pozulması nəticəsində büdcəyə ödənilməli olan ƏDV məbləğinin 1 213 025.80 manat əskik hesablandığı müəyyən edilmişdir. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən verginin hesabatda göstərilən məbləği vergi hesabatda göstərilməli olan məbləğinə nisbətən ayrı-ayrı aylar üzrə 1 213 025,80 manat məbləğdə azaldıldığına görə azaldılmış vergi məbləğinin 50%-i miqdarında, yəni 729 837,14 manat maliyyə isının tətbiq edilmişdir. Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələri (hesabatları) üzrə: yoxlama ilə 2022-ci rübü üzrə 0,03 manat məbləğində artıq hesablama müəyyən edilmişdir. Vergi ödəyicisinin özünü müdafiəsi üçün gətirdiyi dəlillər və digər sənədlər: Vergi ödəyicisi tərəfindən xx.xx.2024-cü il tarixli **********184237 nömrəli səyyar vergi yoxlaması aktına dair xx.xx.2025-ci il tarixdə verilmiş etirazında aşağıdakıları göstərmişdir: 1-Fəaliyyəti zamanı bütün alıcılara, istər sahibkarlara, istərsədə hər hansı tədbirlərə görə mal alan şəxslərə və ya şəxsi istehlakı üçün mal alan şəxslərə malların satışı tək-tək ədədlə deyil, qablaşdırılmış şəkildə qutularla partiyalarla təqdim olunduğu və bu fəaliyyətin topdansatış fəaliyyəti olduğunu; 2-Ekspert tərəfindən xx.xx.2021-ci il tarixindən xx.xx.2024-cü il tarixədək olan dövr üzrə təqdim edilmiş malların qiymətlərini Masallı, Lənkəran, Cəlilabad, Biləsuvar və Lerik rayonlarının bazar araşdırması nəticəsində müəyyən edildiyi və faktiki fəaliyyətinin topdansatış fəaliyyəti olduğu üçün ekspert rəyinə əsasən pərakəndə satış qiymətləri əsasında satış dövriyyəsinin müəyyən edilməsinin real olmadığını; 3-Yoxlama aktında malların təqdim edilməsindən gəlirin maya dəyəri ilə müqayisədə ticarət əlavəsinin müvafiq olaraq 2021-ci ildə 30 %, 2022-ci ildə 43%, 2023-cü ildə isə 47% olduğu və bu ticarət əlavələrinin real olmadığını; 4-İdxal edilmiş malların vergi orqaninin əməkdaşlarının iştirakı ilə açıldığı və anbara boşaldıldığını əsas gətirərək, yoxlama aktında idxal edilmiş mallar barədə məlumatın vergi orqanına verilməməsinə görə maliyyə sanksiyasının tətbiq edilməsinin düzgün olmadığını bildirmişdir. Vergi ödəyicisinin etirazı onun xx.xx.2023-cü il tarixli AR-İİİ 190216 nömrəli etibarnamə ilə səlahiyyətli nümayəndəsi X4 iştirakı ilə araşdırılmış və səyyar vergi yoxlaması aktına, yoxlama materiallarına əlavə edilmiş sənədlərə, həmçinin Qərarın əsaslandırıcı hissəsində göstərilənlərə əsasən öz təsdiqini tapmamışdır. Məsuliyyətə cəlb edilmə barədə qərar qəbul edilən zaman bütün hallar, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan hallar aydınlaşdırılaraq Vergi Məcəlləsinin 49.1.1-ci madəsinə əsasən İddiaçı vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunması qərara alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 07 aprel 2025-ci il taricli, 3-21-2-3/2-362020/2025 nömrəli məktubunun surətindən müəyyən olunur ki, İddiaçı barəsində çıxarılmış “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibi sığorta sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2025-ci il tarixli, **********191727 nömrəli qərarın əsasını təşkil edən sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim olunmuşdur. Tətbiq edilən hüquq: Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 3.2-ci maddəsinə əsasən vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. Həmin Məcəllənin 3.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Həmin Məcəllənin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 3.9-ci maddəsinə əsasən vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmalıdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin. Həmin Məcəllənin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 24.0.2-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.62-ci maddəsinə əsasən, pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektronqaimə faktura) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti; 13.2.63. topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektronqaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Həmin Məcəllənin 58.13-cü maddəsinə əsasən bu Məcəlləyə əsasən elektron qaiməfaktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Həmin Məcəllənin 53.1-ci maddəsinə əsasən, Bu Məcəllə ilə müəyyən edilmiş vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə bu Məcəllə, Azərbaycan Respublikasının İnzibati xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə və vergi agentlərinə bu Məcəllə ilə müəyyən edilmiş maliyyə sanksiyaları və faizlər tətbiq edilir. Maliyyə sanksiyası-vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə, vergi agentlərinə və banklara tətbiq edilən pulla ifadə edilmiş tənbeh növüdür. Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada vergi orqanları tərəfindən və ya məhkəmə tərəfindən alınır. Həmin Məcəllənin 71.1-ci maddəsinə əsasən, vergi ödəyicisi olan hər hansı şəxs: 70.1.1. həmin şəxsin vergi öhdəliklərinin yaranmasına səbəb ola bilən; 70.1.2. həmin şəxsdə vergi tutulmasına dair öhdəliklər yaranmasına səbəb.ola bilən; 70.1.3. həmin şəxsdə bu Məcəlləyə müvafiq olaraq məlumat verməyə dair öhdəliklər yaranmasına səbəb ola bilən əməliyyatları sənədləşdirməyə borcludur. Həmin Məcəllənin 71.2-ci maddəsinə müvafiq olaraq vergi ödəyiciləri bu Məcəllənin 71.1-ci maddəsində göstərilən uçot sənədlərini qanunvericiliklə müəyyən edilmiş qaydada aparmağa borcludurlar. Həmin Məcəllənin 130.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Həmin Məcəllənin 130.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Vergi qanunvericiliyinin iqtisad məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” 27 noyabr 2003-cü il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən, vergilərlə bağlı işlərə baxılarkən iş üzrə aydın olmayan, vergi orqanı tərəfindən aydınlaşdırılması mümkün olmayan məqamlar, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan halları, habelə vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda onlar vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır. MƏHKƏMƏNİN MÖVQEYİ Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli **********191727 saylı qərarı əsasında İddiaçı (VÖEN **********) üzrə keçirilmiş Səyyar vergi yoxlamasının nəticələri haqqında xx.xx.2024-cü il tarixli **********1184237 nömrəli aktına və xx.xx.2025-ci il tarixli **********788800 nömrəli sənədə baxaraq “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2025-ci il tarixli **********191727 nömrəli qərar qəbul edilmiş, vergi ödəyicisinin vergi orqanında uçota alınmış bir nemə təsərrüfat subyektinin (obyektinin) olduğu nəzərə alınaraq, xx.xx.2025-ci il tarixədək Vergi Məcəlləsinin göstərilən maddəsinin tələblərinin pozulması ilə bağlı maliyyə sanksiyasının tətbiq edilməməsi qərara alınmışdır. Belə ki, cavabdeh inzibati orqan etirazının dəlilərində qey edir ki, İddiaçı faktiki olaraq ixtisaslaşdırılmamış mağazalarda sair məhsulların pərakəndə satışı ilə məşğul olmuşdur. Mallar qutularda qablaşdırılmış şəkildə saxlanılır. Yalnız obyektin daxilində 15-20 kv.metr sahəni əhatə edən ayrıca bölünmüş hissədə hər bir maldan bir ədəd olmaqla vitrin polkalara düzülmüşdür. İş materiallarına əsasən iddiaçının topdansatış qaydasında müxtəlif ərzaq məhsullarının satışı ilə məşğul olduğu müəyyən olunur. İddiaçının iki sayda icarə obyektinin fotoşəkillərindən görünür ki, həmin obyektlərdə pərakəndə qaydada satışın həyata keçirilməsi imkanı mövcud deyildir. Bundan başqa, pərakəndə satış obyektində mallar tək-tək vitrinlərdə olmalıdır. İddiaçının fəaliyyət obyektlərində isə vitrinlər ümumiyyətlə mövcud deyil, əksinə, bütün məhsulların qutularda və kisələrdə topdan şəkildə satış üçün hazır vəziyyətdə olduğu müəyyən olunur. İddiaçının fəaliyyət göstərdiyi obyektlər də əhalinin gəlişli-gedişli yerində deyil. Qeyd olunan faktlar iddiaçının fəaliyyət növünün topdansatış olduğunu birmənalı təsdiq edir. Cavabdeh isə qeyd olunan faktları aşkar şəkildə müəyyən etdiyi halda, iddiaçının pərakəndə satışla məşğul olduğunu iddia etmiş və aparılmış satış əməliyyatlarına pərakəndə satış qiymətləri tətbiq etməklə əsassız satış dövriyyəsi müəyyən etmişdir. Halbuki, bununla bağlı heç bir təsdiqedici sübut mövcud deyildir. Cavabdeh inzibati orqan etirazında baxış keçirilən zaman obyektin həyətində 5 ədəd yük maşınının olduğu müəyyən edilməsini tsədiq etmişdir. Yəni baxış keçirilən zaman hər hasnı pərakəndə satış həyata keçirilməsi halı müəyyən etməmişdir. Məhkəmə icraatı zamanı iddiaçının pərakəndə satış həyata keçirməsi ilə bağlı sübutlar tələb olunsada cavabdeh inzibati orqan iddiaçının pərakəndə satış həyata keçirməsi ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Bundan başqa, Aktın 1.9.4-cü bəndində xx.xx.2024-cü il tarixli **********186640 nömrəli “Ekspertizanın təyin edilməsi haqqında” qərara əsasən ekspertizanın aparıldığı qeyd olunmuşdur. Məhkəmə ilk növbədə bildirir ki, Vergi Məcəlləsinin yoxlama dövrü üzrə qüvvədə olan redaksiyasına görə, təqdim olunmuş malın (işin, xidmətin) bazar qiymətinin müəyyən olunması üçün Vergi Məcəlləsinin 14-cü maddəsi ilə müəyyən olunan ardıcıllığa riayət edilməlidir. Belə ki, Vergi Məcəlləsinin 14-cü maddəsinə görə, bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işin, xidmətin) qiyməti tərəflərin əməliyyatda (əqdə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. Həmin Məcəllənin 14.4-cü maddəsinə görə, bazar qiyməti mal (iş, xidmət) satılan anadək, lakin malın (işin, xidmətin) təqdim edildiyi andan çoxu 30 gün keçənədək (əvvəl və ya sonra) ən yaxın tarixdə eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərə əsasən müəyyənləşdirilir. Həmin Məcəllənin 14.6-cı maddəsinə görə, bu Məcəllənin 14.4 və 14.5-ci maddələrinin müddəalarını tətbiq etmək mümkün olmadıqda, malın (işin, xidmətin) bazar qiyməti bu maddənin tələblərinə uyğun olaraq müəyyən edilir. Həmin Məcəllənin 14.6.3-cü maddəsinə görə, eyni xüsusiyyətli və ya eyni cinsli mallarla (işlərlə, xidmətlərlə) müvafiq əmtəə (iş, xidmət) bazarında heç bir əməliyyat aparılmadıqda, rəsmi və açıq mənbələrdən bu malların (işlərin, xidmətlərin) bazar qiymətləri haqqında məlumat toplamaq mümkün olmadıqda, aşağıdakı qiymətləndirmə üsullarından istifadə edilə bilər: 14.6.3.1. Sonrakı (təkrar) satış qiymətinə əsasən. Malların (işlərin, xidmətlərin) bazar qiyməti həmin malların (işlərin, xidmətlərin) sonrakı (təkrar) satış qiymətinə əsasən müəyyən olunur. Bazar qiyməti sonrakı satış qiymətindən tətbiq olunmuş əlavələr çıxılmaqla müəyyənləşdirilir. 14.6.3.2. Dəyərin toplanması üsuluna əsasən. Bazar qiymətləri malları (işləri, xidmətləri) təqdim edənin əsaslandırılmış xərclərini və mənfəətini toplamaqla hesablanır. 14.6.3.3. Malların (işlərin, xidmətlərin) bazar qiymətlərini bu maddədə göstərilən üsullardan biri ilə müəyyənləşdirmək mümkün olmadıqda, bazar qiymətləri müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdirilir (yoxlama dövrünun redaksiyası). Göstərilən normalardan göründüyü kimi, bazar qiymətinin ekspert rəyi əsasında müəyyən edilməsi ən son addımdır. Lakin cavabdeh səyyar vergi yoxlaması aktında Vergi Məcəlləsinin 14.4-cü maddəsini və həmin Məcəllənin 14.6.3.1-ci və 14.6.3.2-ci maddələrinin niyə tətbiq edilmədiyini əsaslandırmamışdır. Yəni, ekspert dəvət olunmasından öncə tətbiq edilməli olan yuxarıda sadalanan normalara ümumiyyətlə münasibət bildirməmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh təqdim edilən malların bazar qiymətini ekspertiza təyin etmək yolu ilə müəyyən edərkən qanunvericiliyin imperativ tələblərinə riayət etməmiş, daha əvvəlki metodlardan istifadə etməmişdir. Bundan başqa, “Ekspertiza təyin edilməsi barədə” qərar Vergi Məcəlləsinin 44.6-cı maddəsinin tələblərinə uyğun olaraq vergi ödəyicisinə təqdim edilməmiş, onun həmin Məcəllənin 44.7-ci maddəsi ilə müəyyən olunan hüquqları təmin olunmamışdır. Həmçinin, cavabdeh qanunvericiliyin imperativ tələblərini pozaraq ekspertizanı “İnzibati icraat haqqında” Qanunun 41.4-ci maddəsinə zidd olaraq, məhkəmə ekspertizası idarələrinin ekspertləri və ya özəl məhkəmə ekspertlərinə həvalə etməmişdir. Həmin normaya əsasən, ekspertiza inzibati orqanın qərarı və ya maraqlı şəxslərlə bağlanan müqavilə əsasında məhkəmə ekspertizası idarələrinin ekspertləri və ya özəl məhkəmə ekspertləri tərəfindən keçirilir. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında Qanunun” 11-ci maddəsinə görə, “Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən internet informasiya ehtiyatı vasitəsilə təşkil edilən məhkəmə ekspertizası fəaliyyətinə dair qanunvericiliyin ümumi tələbləri, ekspert rəyinin tərtib edilməsi qaydaları və etik davranış kodeksinin müddəalarına dair icbari təlimdə iştirak etməlidir. ... Müvafiq icra hakimiyyəti orqanı özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxslərlə müsahibə keçirir. Özəl məhkəmə ekspertlərinə şəhadətnamələr müvafiq icra hakimiyyəti orqanı (Ədliyyə Nazirliyi nəzərdə tutulur) tərəfindən verilir. Müvafiq icra hakimiyyəti orqanı məhkəmə ekspertizası idarələrinin ekspertləri və özəl məhkəmə ekspertləri barədə məlumatları Məhkəmə Ekspertlərinin Reyestrinə daxil edir.” Qanunvericiliyin qeyd olunan müddəalarından göründüyü kimi, inzibati orqan yalnız məhkəmə ekspertizası idarəsinin eksperti və ya özəl məhkəmə eksperti ilə müqavilə bağlayaraq müvafiq sahə üzrə rəy ala bilər. İddiaçıya xx.xx.2024-cü il tarixində ekspert rəyi təqdim edən “X26” MMC-nin əməkdaşı X5 özəl məhkəmə eksperti şəhadətnaməsi yoxdur. Bu səbəbdən də onun verdiyi rəyin hüquqi əsası yoxdur. Bundan başqa, rəy verən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 297.1-ci maddəsinə görə bilə-bilə yalan rəy verməyə məsuliyyət daşıması barədə iltizam təqdim etməmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2016-cı il 7 sentyabr tarixli **********011400 nömrəli Qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nın 22.3-cü bəndinə görə, müqavilədə tərəflərin hüquqları və vəzifələri, ekspert qarşısında qoyulan suallar, səhv və ya bilərəkdən yalan rəy verməsinə görə ekspertin məsuliyyətini bildirən və mülki qanunvericiliklə müəyyən edilmiş digər məsələlər nəzərdə tutula bilər. Məhkəmə həmçinin bildirir ki, vergi orqanlarının bazar qiymətini müəyyən etməsi üçün birbaşa ekspert rəylərindən istifadə etməsinin əsassız olması formalaşmış məhkəmə təcrübəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2- 1(102)-1815/2023 saylı, xx.xx.2023-cü il tarixli 2-1(102)-1174/2023 saylı, xx.xx.2023-cüil tarixli 2-1(102)-834/2023 saylı, xx.xx.2023-cü il tarixli 2-1(102)-544/2023 saylı, xx.xx.2024cü il tarixli 2-1(102)-583/2024 saylı təsdiqini tapmışdır. Göründüyü kimi, hazırki işlə eynilik təşkil edən mübahisələr üzrə kassasiya instansiyasının formalaşmış vahid məhkəmə təcrübəsi mövcuddur Məhkəmə xüsusilə bildirir ki, xx.xx.2024-cü il tarixdən qüvvəyə minən Qiymətləndirmə fəaliyyəti haqqında Azərbaycan Respublikasının qanunundan irəli gələrək Azərbaycan Qiymətləndiricilər Palatası fəaliyyət göstərir. Həmin Qanunun 5.1-ci maddəsinə görə - bu Qanunun 5.2-ci maddəsi nəzərə alınmaqla, ali təhsilə və 3 (üç) ildən az olmayan ümumi iş stajına malik olan, ixtisas imtahanını müvəffəqiyyətlə vermiş və Qiymətləndiricilər Palatasının üzvü olan şəxs qiymətləndirici ola bilər. Həmin Qanunun 18.2-ci maddəsinə görə, Qiymətləndiricilər Palatasının üzvü olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində qiymətləndirmə fəaliyyəti ilə məşğul ola bilməzlər. Həmin Qanunun 4-cü maddəsində isə qiymətləndirmə fəaliyyətinin istiqamətləri sadalanmışdır. 4.1.1. daşınar əmlakın (maşın və avadanlıqların, nəqliyyat vasitələrinin, heyvan və bitkilərin və s.) qiymətləndirilməsi; 4.1.2. daşınmaz əmlakın, o cümlədən torpaq sahələrinin qiymətləndirilməsi; 4.1.3. daşınar və daşınmaz mədəni irs nümunələrinin, mədəni sərvətlərin, tarix, mədəniyyət və təbiət abidələrinin qiymətləndirilməsi; 4.1.4. müəssisələrin qiymətləndirilməsi; 4.1.5. qeyri-maddi əmlak nemətlərinin (əqli mülkiyyət hüququ obyektlərinin, hüquqi şəxslərin nizamnamə kapitalında (fondunda) və ümumi əmlakda paylarının və qiymətli kağızlarının, habelə tələblərin və hüquqların) qiymətləndirilməsi; 4.1.6. kreditor borcların və digər öhdəliklərin, debitor borcların, material ehtiyatlarının və digər aktivlərin qiymətləndirilməsi; 4.1.7. təbii sərvətlərin qiymətləndirilməsi; 4.1.8. dəymiş zərərin, əldən çıxmış mənfəətin və risklərin qiymətləndirilməsi; 4.1.9. xidmətlərin qiymətləndirilməsi; 4.1.10. digər qiymətləndirmə obyektlərinin qiymətləndirilməsi. Göründüyü kimi, qiymətləndirici kimi rəy vermək səlahiyyətinə malik olmaq üçün şəxs Qanunun 4-cü maddəsində sadalanan fəaliyyət istiqamətləri üzrə müvafiq imtahan verərək şəhadətnamə əldə etməli, başqa sözlə Azərbaycan Qiymətləndiricilər Palatasının üzvü olmalıdır. İddiaçının iş materialına əlavə etdiyi xx.xx.2025-ci il tarixli Azərbaycan Qiymətləndiricilər Palatasının rəsmi saytından (aqp.az) çıxarışa əsasən “X26” MMC-nin X5 adı qiymətləndirici kimi müəyyən olunmur. Yəni, hazırki mübahisə üzrə hesablamanın əsasını təşkil edən rəyin verildiyi xx.xx.2024-cü il tarixdə C.Məmmədov AQP-nin üzvü olmamış, daşınar mallar üzrə qiymətləndirici statusuna malik olmamışdır. Məhkəmə tərəfindən hazırki mübahisə araşdırılan zaman da AQP-nin saytına baxış keçirilmiş və X5 artıq bir sahə üzrə şəhadətnaməyə malik olduğu, lakin həmin sahənin Qanunun 4.1.2-ci maddəsi ilə müəyyən olunan daşınmaz əmlakın, o cümlədən torpaq sahələrinin qiymətləndirilməsi olduğu müəyyən olunmuşdur. Bununla da, cavabdeh inzibati orqan rəy təqdim etmək səlahiyyəti olmayan şəxsin təqdim etdiyi göstəriciləri vergilərin hesablanması zamanı əsas götürmüşdür ki, bu hal qanunvericiliyin tələblərinin pozulmasıdır. Bundan başqa, satışların bütün il ərzində aparılmasına baxmayaraq cavabdeh inzibati orqan ƏDV üzrə hesablamaları hər ilin sonuncu aylarına tətbiq etməklə Vergi Məcəlləsinin 12-ci, 166-cı, 174-cü, 178-ci maddələrinin imperativ tələblərini pozmuşdur. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3- ci maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2025-ci il tarixli **********191727 nömrəli qərar qanunsuz olduğundan ləğv edilməlidir. İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-nin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-nin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edə bilər. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Məhkəmə həmçinin məhkəmə prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İPM-nin 69.5-ci maddəsinin tələbinə görə məhkəmə qərarının nəticəvi hissəsində, həmçinin, prosessual xərclər də göstərilməlidir. Həmin Məcəllənin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Yenə həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən, prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 32, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhər Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul olunmuş “Vergi ödəyicinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2025-ci il tarixli **********191727 nömrəli qərar ləğv edilsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Hakim: Şahəli Musayev
Məhkəmə qərarları › İş №e-2-1(120)-3160/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(120)-3160/2025
06.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver