Məhkəmə qərarları › İş №e-2-1(120)-3311/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(120)-3311/2025

03.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № e-2-1(120)-3311/2025 03.07.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Vergi ödəyicinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********188073 nömrəli qərarın ləğv edilməsi” tələbi ilə bağlı iddiası üzrə işə Şirvan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı” hesablanmış 1046262.04 manat əlavə vergi məbləğini və 1304975.26 manat maliyyə sanksiyasının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(112)-5562/2025 nömrəli qərardadı ilə iddia tələbinə “Vergi ödəyicinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********188073 nömrəli qərarın ləğv edilməsi” kimi baxılması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(112)-5562/2025 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş idarəsinə qarşı xx.xx.2024-cü il tarixli **********188073 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair inzibati işin baxılması üçün ərazi aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı barəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********179760 saylı qərarına əsasən, Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə dekabr 2020-noyabr 2023 hesabat dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama xx.xx.2023cü il tarixdə başlanmış, xx.xx.2024-cü il tarixdə bitmişdir. Nəticəsi isə xx.xx.2024-cü il tarixli **********179939 nömrəli aktla rəsmiləşdirilmişdir. Həmin aktda qeyd edilənlərə əsasən: Səyyar vergi yoxlaması 3 halda ümumilikdə 60 gün müddətinə uzadılmış və əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi 30 gün müddətində olmuşdur. “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2023-ci il tarixli **********179896 nömrəli Tələbnaməyə əsasən vergi ödəyicisi tərəfindən müvafiq sənədlər yoxlamaya qismən təqdim edilmişdir. Bu barədə Vergi Məcəlləsinin 42.2-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli “Sənədlərin qismən təqdim edilməsi barədə” akt tərtib edilmişdir. Təqdim edilməyən sənədlərlə bağlı isə xx.xx.2024-cü il tarixli imtina aktı tərtib edilmişdir. Yoxlama üzrə inventarizasiya aparılmışdır. Yoxlama üzrə ekspertiza aparılmamış, mütəxəssis dəvət edilməmişdir. Yoxlama ilə müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 16.1.11-11-ci maddəsinin tələbləri pozulmuşdur. Səyyar vergi yoxlaması zamanı vergi uçot baza məlumatlarına əsasən müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən qeyd edilən məlumatlar vergi orqanına təqdim edilməmişdir. Vergi Məcəlləsinin 16.1.11-11-ci maddəsinin tələblərini pozulmasına görə, idxal edilmiş mallar barədə bu Məcəllənin 16.1.11-11-ci maddəsində göstərilən məlumatları təqdim etməyən vergi ödəyicisinə Vergi Məcəlləsinin 57.5-ci maddəsinə əsasən müvafiq olaraq idxal edilmiş malların hesab-faktura invoys) dəyərinin 5 faizi miqdarında 755878,76 manat maliyyə sanksiyası tətbiq edilməsi təklif olunur o cümlədən 2022-ci il üzrə 292345,32 manat, 2023-cü il üzrə 463533,44 manat). Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında, yəni 3039.57 manat məbləğində maliyyə sanskiyası tətbiq edilir. Yoxlama ilə uçot baza məlumatlarına əsasən vergi ödəyicisi tərəfindən 2022-ci ildə 46683.47 manat, 2023-cü ildə 38024.78 manat dəyərində ümumilikdə 84708.25 manat dəyərində malların anbardan onlayn kassa vasitəsilə pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə görə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 10%-yəni 8470.83 manat maliyyə sanksiyası tətbiq edilməsi təklif olunur. xx.xx.2023-cü il tarixdən inventarizasiya keçirilən tarixədək olan dövrədək vergi ödəyicisi tərəfindən 995390,44 manat dəyərində mallar idxal edildiyi, e-qaimə fakturalara əsasən və pərakəndə satışla cəmi 4051623,42 manat dəyərində mallar təqdim edildiyi, bununlada inventarizasiya keçirilən tarixə 3150784,73 manat məbləğində mal qalığı aşkar edilərək, əskik gələn malların dəyəri Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsasən yoxlanılan dövrün sonuncu ayının, yəni 2023-cü il noyabr ayı ƏDV bəyannaməsinə əlavə edildi. Vergi Məcəlləsinin 166-cı maddəsinin tələbləri, eyni zamanda əskik gələn malların dəyəri nəzərə alınmaqla, cəmi yoxlanılan dövrdə ********.66 manat dövriyyə müəyyən edildi. Vergi Məcəlləsininn 175-ci maddəsinin tələbləri yoxlanılarkən vergi ödəyicisi tərəfindən 21217.74 manat məbləğin artıq əvəzləşdirildiyi müəyyən edildi. Beləliklə ümumi yoxlanılan dövrdə ƏDV üzrə 591505.90 manat vergilərin azaldılması aşkar edilərək, Vergi Məcəlləsinin 166-cı və 175-ci maddəsinin tələbləri nəzərə alınmaqla 311030.15 manat maliyyə sanksiyası tətbiq edilməsi təklif edilmişdir. Yoxlama zamanı vergi ödəyicisinin gəlirdən çıxılan xərclərini müəyyən etmək mümkün olmadığından 2020-2022-ci illər üzrə gəlir vergisi Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarı ilə təsdiq edilmiş şərti rentabellik norması əsasında hesablanmış, nəticədə gəlir vergisinin 255753.57 manat vergi məbləğinin 50 faizi miqdarında, yəni 127876.79 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Səyyar vergi yoxlamasının nəticəsinə dair xx.xx.2024-cü il tarixli **********188073 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuiliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilmişdir. Beləliklə, xx.xx.2024-cü il tarixli **********188073 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuiliyyətə cəlb edilməsi haqqında” Qərara əsasən iddiaçıya 1046262.04 manat əlavə vergi məbləği hesablanmış, 1304975.26 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Aşağıda qeyd olunanlara əsasən xx.xx.2024-cü il tarixli **********188073 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuiliyyətə cəlb edilməsi haqqında” Qərarı qanunsuz hesab edirik: Növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi üçün əsasın olmaması. İş materiallarından göründüyü kimi səyyar vergi yoxlaması Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən təyin edilmişdir. Lakin vergi orqanı yoxlamanın keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli **********179760 saylı qərarda səyyar vergi yoxlamasının təyin edilməsi barədə əsası şablon xarakter daşımış və yoxlama ilə öz təsdiqini tapmamışdır. Halbuki, Vergi Məcəlləsinin 38.3-cü maddəsində növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün əsasların dəqiq siyahısı göstərilmişdir və onlardan biri də vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsidir (Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi). Həmçinin qeyd etmək istəyirik ki, əldə edilmiş mənbəyi olan məlumat vergi orqanın uçot-baza məlumatları deyil, vergi orqanına kənardan daxil olan məlumatdır. Növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi, bir tərəfdən sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının qorunması məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman, həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Əgər inzibati orqan növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərara gəlmişdirsə, onda Vergi Məcəlləsinin 38.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman, həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin yoxlanılmasını da ehtiva edir. Bu baxımdan, növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumatın nələrdən ibarət olduğunu dəqiq göstərməyə, habelə yoxlamanın başlanılmasını zəruri edən həmin halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Ali Məhkəmənin 2-1(102)- 1801/2024 nömrəli xx.xx.2024-cü il tarixli (Zakir Quliyev) qərarında qeyd olunmuşdur: Eyni zamanda növbədənkənar səyyar vergi yoxlaması vergi ödəyicisinin bütün fəaliyyətini deyil, konkret vergi növünü və konkret vergi dövrünün yoxlanılmasını nəzərdə tutur ki, bu da növbəti vergi yoxlamasından fərqlidir. Məsələn, Məcəllənin 38.3.1-ci maddəsinə əsasən təyin olunan növbədənkənar vergi yoxlaması zamanı hər hansı hesabat dövrünə aid və konkret vergi növü üzrə verginin hesablanması və ödənilməsi üçün zəruri olan vergi hesabatı sənədləri müəyyən edilmiş müddətdə və bu barədə vergi orqanının xəbərdarlığından sonra da təqdim edilmədikdə yalnız həmin vergi növü və hesabat dövrü üzrə növbədənkənar yoxlama keçirilməlidir. İş materiallarına əlavə olunmuş səyyar vergi yoxlaması aktından da görünür ki, yoxlama Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən yəni, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildiyi üçün növbədənkənar səyyar vergi yoxlaması təyin olunmuşdur. Halbuki növbədənkənar səyyar vergi yoxlaması bütün vergi növləri üzrə aparılmışdır. Yəni, əgər inzibati orqan mənfəətin (gəlirin) gizlədilməsi ilə bağlı mənbəyi bəlli olan məlumat əsasında növbədənkənar səyyar vergi yoxlaması təyin edibsə, birmənalı olaraq yalnız konkret vergitutma obyektinin gizlədilmiş dövrü üzrə mənfəət (gəlir) vergisi yoxlanıla bilər. Hazırkı halda, cavabdeh növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə xx.xx.2023-cü il tarixli **********179760 nömrəli qərarında Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə (mənbəyi bəlli olan əlaqəli məlumat) istinad etməklə qeyd etmişdir ki, təqdim edilmiş mallar üzr bəyan edilmiş ticarət əlavəsinin vergi orqanlarında mövcud olan uçot-baza məlumatlarına əsasən daha yüksək müəyyən edilməsi; risk(lər)in təsviri - Təqdim edilmiş 2022-ci il üçün mənfəət vergisi bəyannaməsində ticarət əlavəsinin 5,6 faiz müəyyən edildiyi halda vergi orqanında mövcud uçot-baza məlumatlarına əsasən bu dövr üzrə təqdim edilmiş malların ticarət əlavəsinin daha yüksək olduğu müəyyən edilmişdir. Ali Məhəkəmənin yuxarıda qeyd olunan mövqeyindən çıxış edədərək qeyd etmək istəyirik ki, cavabdehin yoxlama qərarının keçirilməsi əsası ilə səyyar vergi yoxlaması aktı uzlaşmır. Göstərilənlərə əsasən hesab edirik ki, gəlirin əldə edilməsi ilə bağlı xərclərin sənədlərlə təsdiqini tapmadığına istinadən cavabdeh tərəfindən iddiaçıya münasibətdə şərti rentabelliyin birbaşa tətbiqi əsassız sayılmalıdır. Nəzərə almaq lazımdır ki, həmin normanın müddəalarına görə, əlaqəli məlumatlardan istifadə etməklə hesablama ilə bağlı diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı inzibati orqan tərəfindən mütənasiblik prinsipinin tələblərinə əməl olunmalı, şəxsin hüquqlarına müdaxilə inzibati orqanın nail olmaq istədiyi legitim məqsədə çatmaq üçün yararlı, zəruri və proporsional olmalıdır. Ali Məhkəmənin İnzibati Kollegiyasının (hakim Səyyad Kərimov) xx.xx.2024-cü il tarixli 2-1(102)-943/2024 saylı qərarında da eyni mövqe nümayiş etdirilmişdir. Qeyd edir ki, Vergi Məcəlləsinin 67-ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələr bu maddədə sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq edilməsinə dair 67.17-ci maddə Vergi Məcəlləsinə xx.xx.2022-ci il tarixdən əlavə edilmişdir. Göründüyü kimi, vergi orqanı 2020-2021-ci illər üzrə gəlir vergisini hesablayan zaman Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş ardıcıllığa riayət etməmişdir. Vergi Məcəlləsinin 83.9-cu maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəvicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının” tətbiqi üçün əsasın olmaması. Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Maddənin tələbindən göründüyü kimi 2022-ci ilin gəlir vergisi üzrə vergi ödəyicisinin gəlir və xərcə aid sənədlərinin olmasına baxmayaraq vergi orqanı əsassız şəkildə VM-nın 83.9-cu maddəsini tətbiq etmişdir. Vergi orqanının uçot-baza məlumatlarından iddiaçının malları idxal edərək elektron qaiməfaktura və nəzarət kassa aparatı vasitəsi ilə satıldığı müəyyən olunmasına baxmayaraq vergi orqanı gəlirin birbaşa müyyən edə bilməməsi kimi sadə yolu seçərək əlavə vergi öhdəliyi yaratmışdır. Vergi Məcəlləsinin 57.5-ci maddəsinin tətbiqi üçün əsasların aradan qalxması, Vergi Məcəlləsinin 2024-cü ilədək qüvvədə olan redaksiyasına əsasən Vergi Məcəlləsinin 16.1.11-11.1-ci maddəsinə əsasən neft-qaz sahəsində fəaliyyəti olan və ya dövlət sektoruna aid edilən, habelə “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə edən vergi ödəyicələri istisna olmaqla, digər vergi ödəyiciləri tərəfindən idxal ediləcək mallar barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən formada aşağıdakı məlumatları malların gömrük nəzarətindən çıxdığı vaxtadək (hava nəqliyyatı ilə daşınan malların gömrük nəzarətindən çıxdığı vaxtdan 1 iş günü müddətində) uçotda olduğu vergi orqanına mülkiyyət, icarə və ya digər əşya hüquqları əsasında istifadə edilən və (və ya) vergi orqanlarında təsərrüfat subyekti (obyekti) kimi uçota alınmış malların saxlanılacağı (boşaldılacağı) yer barədə məlumat verməliydi. Həmçinin Vergi Məcəlləsinin 16.1.11-11-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi orqanında uçota alınmış bir təsərrüfat subyekti (obyekti) olduğu halda bu maddədə nəzərdə tutulan məlumat forması vergi orqanına təqdim edilmir. Bu halda idxal edilmiş mallar həmin təsərrüfat subyektinə (obyektinə) boşaldılmış hesab olunurdu. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikasinin Qanununa əsasən Vergi Məcəlləsinin 16.1.11.11.11-ci maddəsi ləğv edilmiş və vergi ödəyicisinin bir və ya bir neçə təsərrüfat subyekti olduğu halda maddədə nəzərdə tutulan məlumat formasının vergi orqanına təqdim edilməsi tələbi aradan qaldırılmışdır. Qeyd etmək istəyirik ki, iddiaçının birdən çox təsərrufat subyekti mövcud olmuşdur. Qanunvericiliyə edilmiş dəyişikliyin məntiqi əsasıda ondan ibarətdir ki, vergi ödəyicisinin uçotda olan təsərrüfat subyekti varsa artıq onun məlumat vermək kimi bir öhdəliyi qalmır. Azərbaycan Respublikasinin Konstitusiyasinin 149-cu maddəsinin 7-ci bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun 87.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilibgöstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tətbiqinin əsasının olmaması. Cavabdeh 2022-ci ildə 46683.47 manat, 2023-cü ildə 38024.78 manat dəyərində ümumilikdə 84708.25 manat dəyərində malların anbardan onlayn kassa vasitəsilə pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə görə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 10%-yəni 8470.83 manat maliyyə sanksiyası tətbiq etmişdir. Qeyd olunanlarla bağlı bildiririk ki, Vergi Məcəlləsinə nəzər yetirildikdə görünür ki, "topdansatış” və "pərakəndə satış” anlayışların açıqlaması vergi qanunvericiliyində öz təsdiqini tapmışdır. Belə ki, həmin Məcəllənin 13.2.62-ci maddəsində qeyd edilmişdir ki, pərakəndə satış - malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət - kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron-qaimə faktura və ya elektron vergi hesab-fakturası) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Eyni Məcəllənin 13.2.63-ci maddəsində isə göstərilmişdir ki, topdansatış - malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Qeyd olunan anlayışlardan aydın olur ki, pərakəndə satışı topdansatışdan fərqləndirən odur ki, pərakəndə satışda mal alıcıya son istehlak məqsədilə və yalnız qəbz və ya nəzarət-kassa aparatının çeki ilə satılır, topdansatışda isə mallar alıcıya sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız elektron qaimə-faktura əsasında satılır. Vergi Məcəlləsinin 71-1.2-ci maddəsinə əsasən elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi” Qaydaların 1.2-ci bəndində təsbit edilmişdir ki, elektron qaimə-faktura - bu Qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdim edilən ilkin uçot sənədidir. Həmin Qaydaların 1.4-ci bəndində göstərilmişdir ki, elektron qaimə-faktura yalnız vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş şəxslər tərəfindən hazırlanır və təqdim edilir. Sadalanan qanunvercilik normalarından görünür ki, topdansatış qaydasında mallar yalnız sahibkarlıq fəaliyyəti ilə məşğul olan və vergi uçotunda qeydiyyatda olan fərdi sahibkarlara və hüquqi şəxslərə satılır. Başqa sözlə desək, alıcı vergi orqanında uçotda (VÖEN-ni) olmalıdır ki, həmin fərdi sahibkara və yaxud hüquqi şəxsə elektron qaiməfaktura təqdim edə biləsən. Digər tərəfdən, xüsusi olaraq qeyd olunmalıdır ki, nə Vergi Məcəlləsində, nə də ki digər vergi qanunvericilik aktlarında malların hansı həddə və ya həcmdə satışı pərakəndə, hansı həddə və ya həcmdə satışı isə topdansatış kimi qəbul edilməsinə dair meyarlar müəyyən edilməmişdir. Yəni sadə dildə desək, adi vətəndaş müəssisənin pərakəndə satış mərkəzinə yaxınlaşaraq son istehlak məqsədilə özü üçün 100 ədəd mal ala bilər və bu pərakəndə satış kimi qəbul edilməli, eyni qaydada da fərdi sahibkar və ya hüquqi şəxs iddiaçıdan həmin maldan sahibkarlıq məqsədləri üçün 50 ədəd mal ala bilər və bu satış topdansatış kimi qiymətləndirilməlidir. Göründüyü kimi, qüvvədə olan qanunvericilik malların sayında və ya həcmində pərakəndə satışdan topdansatışa keçid həddi müəyyən etməmişdir. Belə olan halda, isə yuxarıda qeyd etdiyimiz kimi, misal üçün 20 ədəd eyni mal həm pərakəndə satış kimi, həm də topdansatış kimi satıla bilər və bu halda satışın məhz pərakəndə satışa yoxsa topdansatışa aid edilməsi üçün həmin malların alış (yəni son istehlak yoxsa sahibkarlıq fəaliyyəti) məqsədləri müəyyən edilməlidir. Bundan başqa, qüvvədə olan qanunvericiliklə malları təqdim edən şəxsə malları satan zamanı həmin malları alan şəxsdən hansı məqsədlər üçün malların aldığını tələb etmək ixtiyarı da verilməmişdir. Yəni, əgər vergi uçotunda olmayan şəxs müəssisədən hansısa səbəblə müxtəlif çeşiddə və yaxud bir çeşiddə çoxlu sayda mallar aldığı zaman son istehlak məqsədləri üçün aldığını bəyan edirsə, bu halda malları təqdim edən vergi ödəyicisi həmin alışın dəqiq məqsədlərini necə müəyyən etməlidir ki, həmin malların satışını topdansatışa və yaxud pərakəndə satışa aid edə bilsin. Göstərilənlərdən belə qənaətə gəlmək olur ki, malların satışını topdansatışa və ya pərakəndə satışa aid edilməsi üçün meyar kimi həmin malların sayı və ya həcmi deyil, malları alan şəxsin məqsədləri dəqiq müəyyən edilməlidir. Malları alan şəxsin məqsədi isə son istehlak üçün olduqda pərakəndə satışa, sahibkarlıq fəaliyyəti üçün olduqda isə topdansatışa aid edilməlidir. Satış dövriyyəsinin hamısı heç bir qanuni əsas olmadan və araşdırma aparmadan topdansatış kimi qəbul edilmiş, satılmış malların alış məqsədləri isə ümumiyyətlə müəyyən edilməmiş, bununla bağlı qanunamüvafiq tədbirlər görülməmişdir. Göstərilənlərə əsasən, hesab edirik ki, Vergi Məcəlləsinin 58.13-cü maddəsində nəzərdə tutulmuş, yəni bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsi hüquqpozuntusu hadisəsi mövcud olmamış ondan ötrü ki, iddiaçının pərakəndə satış ilə satdığı malların dövriyyəsi vergi orqanı əməkdaşları tərəfindən əsassız və qanunsuz olaraq topdansatış kimi qəbul edilsə də, malları alan şəxslərin həmin malları məhz sahibkarlıq fəaliyyəti məqsədləri üçün aldıqları faktları sübuta yetirilməmişdir. Yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tələblərinin pozulması ilə keçirilmişdir. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Qanunun 13.3-cü maddəsinə əsasən yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Eyni Qanunun 2.2-ci maddəsinə əsasən bu Qanun (bu Qanunun 3.2-ci, 7.1-7.3-cü, 7.5- 7.10-cu, 8-ci, 11.1 -ci, 12-ci, 13-cü və 34.1-ci maddələri istisna olmaqla) vergi yoxlamalarına, tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlamalara və maliyyə bazarları sahəsində aparılan yoxlamalara şamil edilmir. Göründüyü kimi, vergi yoxlamaları yoxlamaların vahid məlumat reyestrində qeydə alınmaqla aparılmalı, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin tələblərinə uyğun olaraq məlumatlar reyestrə daxil edilməlidir. Belə ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 3.4.11-ci yarımbəndinə əsasən yoxlamanın müddəti (başlama və sona çatma tarixləri göstərilməklə) yoxlama ilə bağlı reyestr məlumatlarını təşkil edir. Yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY232069004 saylı çıxarışdan görünür ki, yoxlamanın başlama tarixi xx.xx.2023, sona çatma tarixi xx.xx.2024 tarixidir. Halbuki, yoxlama xx.xx.2023-cü il tarixində başlasa da, yoxlama müddəti üç dəfə artırılmış və xx.xx.2024-cü il tarixində başa çatmışdır. Göründüyü kimi, çıxarışa əsasən yoxlamanın başa çatma tarixi xx.xx.2023 göstərilsə də, faktiki olaraq yoxlama xx.xx.2024-cü il tarixdə başa çatmış, lakin qeyd olunan məlumat vergi orqanı tərəfindən yoxlama ilə bağlı reyestr məlumatlarına daxil edilməmişdir. Göstərilənlərə əsasən hesab edirik ki, “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuiliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********188073 nömrəli Qərar inzibati icraat və vergi qanunvericiliyinin tələblərinin cavabdeh tərəfindən pozulması nəticəsində qəbul edildiyindən ləğv edilməlidir. İnzibati Prosessual Məcəlləninn 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 3.1-ci maddəsinə əsasən bu Məcəllənin 3.2-ci maddəsində müəyyən edilmiş hallar istisna olmaqla, inzibati mübahisələrə birinci instansiya məhkəməsi qismində inzibati məhkəmələr tərəfindən baxılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Yuxarıdakılara əsasən və AR İnzibati Prosessual Məcəllənin 3.1, 34.1 v ə 68.1- ci maddələrini rəhbər tutaraq cavabdeh tərəfindən hesablanmış 1046262.04 manat manat əlavə vergi məbləğini və 1304975.26 manat maliyyə sanksiyasının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil izahat verərək, iddia tələbini müdafiə etdiyini bildirdi və onun təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdeh nümayəndəsi X6 izahat verərək, iddia tələbini qəbul etmədiyini bildirib, iddia tələbinin rədd olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Əsaslandırma hissəsi: İlk öncə məhkəmə qeyd edir ki, hazırkı iddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. İddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş və ona münasibətdə əlverişsiz olan inzibati aktın (qərarın) ləğv edilməsini tələb edir. İPM-in 2.2.1-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İPM-in 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Cavabdeh tərəfindən təqdim olunan vergi ödəyiciləri ilə yazışmalar barədə hesabatdan müəyyən olunur ki, xx.xx.2024-cü il tarixli, **********188073 nömrəli vergi ödəyicisinin və sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar elektron qaydada xx.xx.2024-cü il tarixdə iddiaçının elektron kabinetinə göndərilmiş və cavabdeh qərarı xx.xx.2024-cü il tarixdə oxumuşdur. İddiaçı tərəfindən verilmiş iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş, 30 (otuz) günlük müddət ötürülməmişdir. VM-in 49.4-cü maddəsinə əsasən vergi orqanının qərarının surəti və tələbnamə vergi ödəyicisinə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Vergi ödəyicisi və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində vergi orqanının qərarının surəti və (və ya) tələbnaməsi ona təqdim oluna bilinmirsə, bu sənədlər (sənəd) onların (onun) sifarişli məktubla alınması günündən təqdim edilmiş hesab edilir. VM-in 70.2-3-cü maddəsinə əsasən Bu Məcəllənin 70.2-1.2-ci və 70.2-1.3-cü maddələrində nəzərdə tutulmuş qayda vergi ödəyicisinin (onun səlahiyyətli nümayəndəsinin) inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Məhkəmə hesab edir ki, mübahisələndirmə haqqında iddia bu iddia növü üçün qanunla nəzərdə tutulmuş müddətdə verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, **********188073 nömrəli vergi ödəyicisinin və sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarında qeyd edilmişdir ki, İddiaçı barəsində keçirilmiş Səyyar vergi yoxlamasının nəticələri haqqında xx.xx.2024 tarixli **********179939 nömrəli aktına və xx.xx.2024 tarixli **********127200 nömrəli sənədə baxıb müəyyən etdim: Gəlir vergisi üzrə yoxlama ilə gəlir vergisi üzrə 2020-cu, 2021-ci və 2022 illər əhatə olunmuşdur. Yoxlama ilə fərdi sahibkar tərəfindən Vergi Məcəlləsinin 96.1-ci, 108-ci, 130.1 və 130.2 maddələrinin tələbləri pozulmuşdur. Vergi Məcəlləsinin 96.1-ci maddəsinə əsasən rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir. Həmin Məcəllənin 108-ci maddəsinə əsasən gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Gəlirdən çıxılan xərclər qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməlidir. Qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən xərclərin gəlirdən çıxılmasına yol verilmir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Həmin Məcəllənin 130.2-ci maddəsinə vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur. Vergi Məcəlləsinin 16.1.3-cu maddəsinə əsasən qanunvercilikdə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifəsinə aid edilmişdir. Həmin Məcəllənin 16.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan kağız və elektron daşıyıcılarda olan məlumatları və sənədləri (orta və iri sahibkarlıq subyektləri eləcə də maliyyə hesabatlarını), mühasibat uçotu elektron formatda aparıldığı halda, vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarında olan məlumatlara və uçot bazalarına, habelə kommunal və rabitə xidmətləri göstərən vergi ödəyiciləri tərəfindən abunəçilər üzrə göstərilən və vergilərin hesablanmasına əsas verən xidmətlərin müddəti, həcmi, dəyəri, ödənişləri və digər iqtisadi göstəricilərini hesablayan və özündə əks etdirən, digər xidmət təminatçıları ilə qarşılıqlı hesablaşmaların aparılması üçün məlumatları saxlayan sistemlərə birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək vergi ödəyicisinin vəzifəsinə aid edilmişdir. Fərdi sahibkara xx.xx.2023-cü il tarixli **********179896 nömrəli "Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” Tələbnamə təqdim edilmiş və Vergi Məcəlləsinin 43-cü maddəsinə əsasən Baş İdarə tərəfindən xx.xx.2024-cü il tarixli **********180933 nömrəli "Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında" Qərar çıxarılmışdır. Tələbnamə və Qərar əsasında vergi ödəyicisindən vergilərin hesablanması üçün zəruri sənədlər (material hesabatlan, NKA ilə satılmış mallann siyahısı, gəlir vergisi bəyannaməsi üzrə xərc maddələrinin açıqlaması, debitor və kreditor borclar üzrə siyahı, və s.) tələb olunsa da, yalnız 1 fayl olmaqla elektron qaydada xx.xx.2024-cü il tarixli **********145100 nömrəli məktubla Vergi Məcəlləsinin 175ci maddəsinə əsasən əvəzləşdirilən e-qaimə fakturalar barədə cədvəl yoxlamaya təqdim edilmişdir. Vergi Məcəlləsinin 67.2-ci maddəsinə əsasən analoji vergi ödəyicisinin müəyyən edilməsi barədə aidiyyəti üzrə sorğu edilmiş, lakin Vergi Məcəlləsinin 67.2.2-ci və 67.2.3-cü maddələrinə əsasən analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin müəyyənləşdirilməsinin mümkün olmadığı bildirilmişdir. Vergi Məcəlləsinin 23.1.2-ci maddəsinə əsasən yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq vergi orqanların hüquqlarına aid edilmişdir. Fərdi sahibkarın etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X7 yoxlamaya təqdim etdiyi izahatında yalnız adı yuxanda qeyd edilən sənədin yoxlamaya təqdim edilməsi imkanının olduğunu və tələb olunan digər məlumatların tam formada yığılması üçün vaxt lazım olduğunu bildirmişdir. Sənədlərin yoxlamaya tam təqdim edilməməsi barəsində 2 (iki) nüsxədən ibarət xx.xx.2024-cü il tarixli "Sənədlərin qismən təqdim olunması barədə" akt və xx.xx.2024-cü il tarixli **********182125 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların verilməsindən imtina barədə” Akt tərtib olunmuşdur. Göstərilənləri nəzərə alaraq, səyyar vergi yoxlaması vergi ödəyicisinin vergi orqanında olan uçot baza məlumatlarına, vergi ödəyicisinin bank hesablarının hərəkəti barədə hesabların yerləşdiyi banklardan alınmış rəsmi məlumatlara əsasən vergi ödəyicisinin gəlirləri müəyyən edilərək gəlir vergisi Vergi Məcəlləsinin 67.14cü maddəsinin tələbləri nəzərə alınmaqla yenidən hesablanmışdır. xx.xx.2024-cü ilədək qüvvədə olan Vergi Məcəlləsinin 67.14-cu maddəsinə əsasən bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. xx.xx.2024-cü ilədək qüvvədə olan Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarı ilə şərti rentabellik səviyyəsi 20% götürülərək fərdi sahibkarın fəaliyyəti ilə əlaqədar gəlirləri əsasında hesablandı. Vergi Məcəllənin 131-ci maddəsinə əsasən kassa metodu ilə uçot aparan vergi ödəyicisi gəliri əldə edəndə və ya gəlir onun sərəncamına veriləndə, bu gəliri nəzərə almalı və gəlirdən öz xərclərini yalnız bu xərcləri çəkdiyi zaman çıxmalıdır. Həmin Məcəllənin 132.1-ci maddəsinə əsasən vergi ödəyicisinin nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda, digər kredit və ya elektron pul təşkilatında onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt gəlirin əldə edildiyi vaxt sayılır. Həmin Məcəllənin 132.2-ci maddəsinə əsasən vergi ödəyicisinin maliyyə öhdəliyinin ləğv edildiyi və ya ödənildiyi halda (qarşılıqlı hesablaşmalar apanldıqda və sair bu kimi hallarda) öhdəliyin ləğv edildiyi və ya ödənildiyi vaxt gəlirin əldə edildiyi vaxt sayılır. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən vergi uçotunun məqsədləri üçün vergi ödəyicisi kassa metodundan istifadə etdikdə, xərcin çəkilməsi vaxtı, əgər bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, xərcin faktiki çəkildiyi vaxt sayılır. Həmin Məcəllənin 133.2-ci maddəsinə əsasən vergi ödəyicisi pul vəsaitini ödəyirsə, nağd pul vəsaitinin ödənildiyi, nağdsız ödəmədə isə vergi ödəyicisinin pul vəsaitinin köçürülməsi haqqındakı tapşırığının bank, digər kredit və ya elektron pul təşkilatı tərəfindən alındığı vaxt xərcin çəkildiyi vaxt sayılır. Yoxlama ilə əhatə olunan dövr üzrə vergi ödəyicisinin gəliri Vergi Məcəlləsinin 83.9 maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qəranna əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək hesablanmışdır. 2020-ci il üzrə: Uçot-baza məlumatlarına əsasən müəyyən edilmişdir ki, fərdi sahibkarın "Ekpreesbank” ASC-də, “Azərbaycan Sənaye Bankı" ASC-nin "Dərnəgül" filialında hesablaşma hesablan olmuşdur. Banklardan daxil olmuş və vergi ödəyicisinin vergi orqanında olan uçot baza məlumatlarına əsasən müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə 4216680.03 manat (bank hesabına mədaxil 3419211,49 manat, Nəzarət kassa aparatı ilə satış 797468,54 manat) gəliri olmuşdur. M1= 4216680.03/ (100+20) x 20 = 702780.01 Göründüyü kimi, yoxlama ilə fərdi sahibkarın 2020-ci il üzrə vergiyə cəlb edilən gəliri 702780.01 manat məbləğində hesablanmışdır. Gəlir vergisi = 702780.01 x 20% = 140556.00 manat. 2020-ci il üzrə yoxlama zamanı büdcəyə əlavə olaraq 93664.52 manat (1405xx.xx-46891.48) məbləğində gəlir vergisi hesablanmışdır. 2021-ci il üzrə: Uçot-baza məlumatlarına əsasən müəyyən edilmişdir ki, fərdi sahibkarın "Ekpreesbank” ASC-də, “Azərbaycan Sənaye Bankı" ASC-nin "Dəməgül" filialında hesablaşma hesabları olmuşdur. Banklardan daxil olmuş və vergi ödəyicisinin vergi orqanında olan uçot baza məlumatlarına əsasən müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə 5655617.36 manat gəliri (bank hesabına mədaxil 5552158,48 manat, pərakəndə satışdan mədaxil 103458,88 manat) olmuşdur. M1=5655617.36/(100+20)x20=942602.90 Göründüyü kimi, yoxlama ilə fərdi sahibkarın 2021-ci il üzrə vergiyə cəlb edilən gəliri 942602.90 manat məbləğində hesablanmışdır. Gəlir vergisi = 942602.90 x 20% = 188520.58 manat. 2021-ci il üzrə yoxlama zamanı büdcəyə əlavə olaraq manat 103693.79 manat (1885xx.xx-84826.79) məbləğində gəlir vergisi hesablanmışdır. Beləliklə, yoxlama zamanı büdcəyə əlavə olaraq 103693.79 manat məbləğində gəlir vergisi hesablandı və Vergi Məcəlləsinin 58.1. maddəsinə əsasən verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldıldığına görə azaldılmış və ya yayındırılmış 103693.79 manat vergi məbləğinin 50 faizi miqdarında, yəni 51846.90 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif olundu. 2022-ci il üzrə: Vergi ödəyicisi tərəfindən vergilərin uçotu hesablama metodu ilə aparılmışdır. Yoxlama ilə vergi ödəyicisinin uçot metodu dəyişdirilmədən saxlanılmışdır. Vergi Məcəllənin 134-cü maddəsinə əsasən hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyinin yarandığı vaxt nəzərə almalıdır. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən müvafiq məbləğ vergi ödəyicisinə qeyd-şərtsiz ödənilməlidirsə, yaxud vergi ödəyicisi əqd və ya müqavilə üzrə bütün öhdəliklərini yerinə yetirmişdirsə, bu vaxt gəliri almaq hüququ əldə edilmiş sayılır. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən vergi ödəyicisi müqavilə üzrə iş görürsə və ya xidmət göstərirsə, gəlir onu almaq hüququ müqavilədə nəzərdə tutulan işlərin görülməsinin və ya xidmətlərin göstərilməsinin tam başa çatdığı vaxtda əldə edilmiş sayılır. Həmin Məcəllənin 136.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi uçotunun aparılması üçün hesablama metodundan istifadə etdikdə, əqdlə bağlı olan xərcin çəkilməsi vaxtı, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, aşağıdakı sadalanan şərtlərin hamısına əməl edildiyi vaxt sayılır: Vergi Məcəlləsinin 136.1.1-ci maddəsinə əsasən vergi ödəyicisi birmənalı olaraq maliyyə öhdəliklərini qəbul edir; Vergi Məcəlləsinin 136.1.2-ci maddəsinə əsasən maliyyə öhdəliklərinin məbləği dəqiq qiymətləndirilir; Vergi Məcəlləsinin 136.1.3-cü maddəsinə əsasən əqddə və ya müqavilədə iştirak edən bütün tərəflər əqd və ya müqavilə üzrə özlərinin bütün öhdəliklərini yerinər yetirmişlər, yaxud müvafiq məbləğlər qeyd-şərtsiz ödənilməlidir. Səyyar vergi yoxlaması ilə vergi ödəyicisinin vergi orqanında olan uçot baza məlumatlarına əsasən müəyyən edilmişdir ki, 2022-ci ildə vergi ödəyicisi tərəfindən malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə 8532776.11 manat (e-qaimə ilə malların təqdim edilməsindən gəlir 8493213,85 manat, pərakəndə satışdan gəlir 39562,26 manat, yeni uçot metodunun tətbiq edilməsindən yaranmış gəlir 1316599.61 manata olmaqla ümumi 9849375.72 manat gəliri olmuşdur. Vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar cəmi gəlirləri yoxlama ilə 9489375.72 manat müəyyən edilmişdir. M1=9849375.72/(100+20)x20= 1641562.62 Göründüyü kimi, yoxlama ilə fərdi sahibkarın 2022-ci il üzrə vergiyə cəlb edilən gəliri 1641562.62 manat məbləğində hesablanmışdır. Gəlir vergisi = 1641562.62 x 20% = 328312.52 manat 2022-ci il üzrə yoxlama zamanı büdcəyə əlavə olaraq manat 255753.57 manat (3283xx.xx-72558.95) məbləğində gəlirvergisi hesablanmışdır. Beləliklə, səyyarvergi yoxlaması ilə büdcəyə əlavə olaraq 453111.88 manat (93664.52+103693.79+255753.57) məbləğində gəlirvergisi hesablanmışdır. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən gəlir vergisinin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldıldığına görə azaldılmış və ya yayındırılmış 453111.88 manat vergi məbləğinin 50 faizi miqdarında, yəni 226555.95 manat məbləğində maliyyə sanksiyası tətbiq edilsin. Əlavə dəyər vergisi üzrə: Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsasən vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında (mühasibat uçotu və ilkin uçot sənədlərində) göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. Bu maddənin məqsədləri üçün təqdim edilən mallar bir əqd və ya müqavilə üzrə təqdim edilmiş hesab edilir. Vergi Məcəllədinin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. 2022-ci il yanvarın 1-dən 3 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi vergitutma obyektidir. Vergi Məcəllədinin 166.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Səyyar vergi yoxlaması zamanı fərdi sahibkara xx.xx.2023-cü il tarixli **********179896 nömrəli "Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” Tələbnamə təqdim edilmiş və Vergi Məcəlləsinin 43-cü maddəsinə əsasən Baş İdarə tərəfindən xx.xx.2024-cü il tarixli **********180933 nömrəli "Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında" Qərar çıxarılmışdır. Tələbnamə və Qərar əsasında vergi ödəyicisindən vergilərin hesablanması üçün zəruri sənədlər (material hesabatları, NKA ilə satılmış mallann siyahısı, gəlir vergisi bəyannaməsi üzrə xərc maddələrinin açıqlaması, debitor və kreditor borclar üzrə siyahı, və s.) tələb olunsa da, yalnız 1 fayl olmaqla elektron qaydada xx.xx.2024-cü il tarixli **********145100 nömrəli məktubla Vergi Məcəlləsinin 175-ci maddəsinə əsasən əvəzləşdirilən e-qaimə fakturalar barədə cədvəl yoxlamaya təqdim edilmişdir. Səyyar vergi yoxlaması vergi ödəyicisinin vergi orqanında olan uçot baza məlumatlarına, vergi ödəyicisinin bank hesablarının hərəkəti barədə hesabların yerləşdiyi banklardan alınmış rəsmi məlumatlara əsasən yoxlama ilə əhatə olunan dövr ərzində vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim edilmiş ƏDV bəyannamələrinə əsasən hesablanmış vergi məbləğinin hesabatda göstərilən məbləğinin düzgünlüyü yoxlanılarkən kənarlaşma aşkar edilmişdir. Yoxlanılan dövr üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş ƏDV bəyannamələri üzrə 24440 429.14 manat dövriyyə bəyan edilmişdir. Vergi ödəyicisi tərəfindən mallann hərəkəti barədə məlumatlar təqdim edilmədiyindən mal qalıqları vergi orqanının uçot baza məlumtalanna əsasən hesablandı. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********179760 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarına əsasən həyata keçirilən səyyar vergi yoxlaması ilə əlaqədar qəbul edilmiş xx.xx.2024-cü il tarixli **********180709 nömrəli "SVY zamanı inventarizasiyanın təyin edilməsi haqqında" qəranna əsasən vergi ödəyicisinə məxsus təssürfat subyektlərində mal qalığının müəyyən edilməsi məqsədilə iventarizasiya keçirilmişdir. İnventarizasiya zamanı vergi ödəyicisinə məxsus təsərrüfat subyektlərində heç bir mal qalığı aşkar edilməmiş və nəticəsi barədə xx.xx.2024-cü il tarixli "Əmlakın və digər qiymətlilərin inventarizasiya" Aktı ilə rəsmiləşdirilmiş və aktın bir nüsxəsi xx.xx.2024-cü il tarixdə vergi ödəyicisinə təqdim edilmişdir. Eyni zamanda səyyar vergi yoxlaması zamanı vergi orqanının xx.xx.2020-ci il tarixli qəran ilə vergi ödəyicisinə məxsus təsrrüfat subyektlərində operativ vergi nəzarəti keçirilmiş və nəticəsi xx.xx.2020-ci il tarixli aktla rəsmiləşdirilərək 1327283.08 manat mal qalığı aşkar edilmişdir. xx.xx.2020-ci il tarixdən yoxlanılan dövrün əvvəlinə yəni, xx.xx.2020-ci il tarixədək olan dövrdə vergi ödəyicisi tərəfindən 2957556.96 manat dəyərində mallar idxal edildiyi, e-qaimə fakturalara əsasən və pərakəndə satışla cəmi 2642832.89 manat dəyərində mallar təqdim edildiyi və bununlada 1642007.07 manat alış qiyməti ilə mal qalığı aşkar edilmişdir. Yoxlanılan dövr üzrə vergi ödəyicisi tərəfindən 24190297,66 manat dəyərində mallar idxal edildiyi, e-qaimə fakturalara əsasən və pərakəndə satışla cəmi 19625287,02 manat dəyərindən mallar təqdim edildiyi, bununlada yoxlanılan dövrün sonuna 6207017,71 manat məbləğində mal qalığı müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixdə Vergi ödəyicisində keçirilmiş inventarizasiyanın nəticələrinə əsasən heç bir mal qalığı aşkar edilmədiyini nəzərə alaraq, xx.xx.2023-cü il tarixdən inventarizasiya keçirilən tarixədək olan dövrədək vergi ödəyicisi tərəfindən 995390,44 manat dəyərində mallar idxal edildiyi, e-qaimə fakturalara əsasən və pərakəndə satışla cəmi 4051623,42 manat dəyərində mallar təqdim edildiyi, bununlada inventarizasiya keçirilən tarixə 3150784,73 manat məbləğində mal qalığı aşkar edilərək, əskik gələn malların dəyəri Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsasən yoxlanılan dövrün sonuncu ayının, yəni 2023-cü il noyabr ayı ƏDV bəyannaməsinə əlavə edildi. Vergi Məcəlləsinin 166-a maddəsinin tələbləri, eyni zamanda əskik gələn malların dəyəri nəzərə alınmaqla, cəmi yoxlanılan dövrdə ********.66 manat dövriyyə müəyyən edilmişdir. Vergi Məcəlləsininn 175-ci maddəsinin tələbləri yoxlanılarkən vergi ödəyicisi tərəfindən 21217.74 manat məbləğin artıq əvəzləşdirildiyi müəyyən edilmişdir. Yoxlama ilə əhatə olunan dövr üzrə ayrı-ayrı aylar üzrə büdcəyə çatası ƏDV-nin 622060,29 manat azaldılması və 30554,39 manat artıq hesablanması müəyyən edilərək, ümumilikdə büdcəyə çatası ƏDV-nin 591505,9 manat olduğu müəyyən edilmişdir. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yoxlama ilə əhatə edilən dövr üzrə əlavə dəyər vergisinin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən ayrı-ayrı aylar üzrə 622060,29 manat azaldılmasına görə, azaldılmış vergi məbləğinin 50% miqdarında, yəni 311030.15 manat maliyyə sanksiyası tətbiq edilsin. Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə (elektron ticarət qaydasında satılan mallann sifariş edilərək pərakəndə satış ticarət obyektlərinə məxsus anbarlardan təqdim edilməsi istisna olmaqla), habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilmədən verilməsinə görə - mallan təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş mallann satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Vergi ödəyicisi tərəfindən 2022-ci ildə 46683.47 manat, 2023-cü ildə 38024.78 manat dəyərində ümumilikdə 84708.25 manat dəyərində mallann anbardan pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə görə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 10%, yəni 8470.83 manat maliyyə sanksiyası tətbiq edilsin. Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən vergi ödəyicisi tərəfindən mallann (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında, yəni 3039.57 manat məbləğində maliyyə sanksiyası tətbiq edilsin. Vergi Məcəlləsinin 57.5-ci maddəsinə əsasən hesab-faktura (invoys) dəyəri ********.14 manat təşkil edən idxal edilmiş mallar barədə bu Məcəllənin 16.1.11-11-ci maddəsində göstərilən məlumatları təqdim etmədiyinə görə vergi ödəyicisinə idxal edilmiş malların hesab-faktura (invoys) dəyərinin və ya onun təhrif olunmaqla təqdim edilmiş hissəsinin 5 faizi miqdarında, yəni 755878.76 manat məbləğində maliyyə sanksiyası tətbiq edilsin. Vergi ödəyicisinin özünü müdafiəsi üçün gətirdiyi dəlillər və digər sənədlər: Vergi ödəyicisi tərəfindən xx.xx.2024-cü il tarixli **********179939 nömrəli səyyar vergi yoxlaması aktına dair xx.xx.2024-cü il tarixli etiraz verilmişdir. Vergi ödəyicisinin etiraz nümayəndəsi X4 iştirakı ilə araşdırılmış və səyyar vergi yoxlaması aktına, yoxlama materiallarına əlavə edilmiş sənədlərə, həmçinin Qərarın əsaslandırma hissəsində göstərilənlərə əsasən öz təsdiqini tapmamışdır. Məsuliyyətə cəlb edilmə barədə qərar qəbul edilən zaman bütün hallar, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan hallar araşdırılaraq Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 1 304 975.26 manat məbləğində vergi borcuna görə məsuliyyətə cəlb edilsin. İş materiallarında olan xx.xx.2024-cü il sənədlərin qismən təqdim olunması barəsində Aktda qeyd edilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər İdarəsinin Vergi Xidmətinin səlahiyyətli nümayəndəsi X7 aktı ondan ötrü tərtib etmişdirki, Baş İdarənin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********179760 nömrəli Qərarına əsasən İddiaçı keçirilən səyyar vergi yoxlaması zamanı Baş İdarənin “ Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2023-cü il tarixli **********3179896 nömrəli tələbnamə əsasən xx.xx.2023-cü il tarixdə vergi ödəyicisinin elektron qutusuna göndərilmişdir. Tələbnaməyə əsasən sənədlərin xx.xx.2024-cü il tarixə kimi vergi orqanının yoxlamanı keçirən şəxslərinə və ya İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər İdarəsinə təqdim olunması tələb edilmişdir. Tələbnamənin təqdim edildiyi tarixdən bu günə kimi vergi ödəyicisi tərəfindən xx.xx.2024cü il tarixli **********145100 nömrəli məktubla Vergi Məcəlləsinin 175-ci maddəsinə əsasən əvəzləşdirilən e-qaimə fakturalar barədə məlumatlar təqdim edilmiş, Tələbnamədə göstərilən digər sənədlər yoxlamaya təqdim edilməmişdir. İş materiallarında olan xx.xx.02024-cü il tarixli Əmlakın və digər qiymətlilərin inventarizasiyası aktında qeyd edilirki, vergi ödəyicisinə məxsus Bakı şəhəri, Binəqədi rayonu, M,Rəsulzadə ŞTQ, Binəqədi şossesi ev-m ünvanında və digər hansısa ünvanda əsas vəsitlərin, xammal materialların və malların nağd pul vəsaitlərinin, habelə digər sərvərlərin olmaması aşkar edilmişdir. F.Ş-etibarnamə üzrə nümayəndəsi X7 fiziki şəxsə məxsus olan bütün malların xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-yə təqdim edildiyini bildirmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında **********180933 nömrəli qərarında qeyd edilmişdir ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək, mənfəət və əmlak vergisi üzrə 2020-2021-2022-ci illər üzrə imzalanmış və möhürlənmiş kağız daşıyıcıda və ya gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş elektron sürət, 1.1 Yoxlanılan dövrlər üzrə bütün gəlir və xərc hesablarının hərəkəti, 1.2 Yoxlama ilə əhatə edilən hər bir üzrə dövriyyə qalıq cədvəli, 1.3 Yoxlama ilə əhatə edilən dövr üzrə yerli və xarici bank hesablarının hərəkəti, 1.4 Yoxlama ilə əhatə edilən dövr üzrə nağd dövriyyələrinin hərəkəti, 1.5 Yoxlama dövrünü əhatə edən bütün dövrlər üzrə aylıq, rüblük və illik bəyannamələrin hesablama faylları, habelə bəyannamənin əlavələrində vergi uçotunun məqsədləri üçün aktivlər, öhdəliklər və kapitallar barədə məlumatlarda qeyd edilmiş məbləğlərin açıqlaması və götürüldüyü uçot sənədləri, 1.6 Yoxlama ilə əhatə edilən dövrün əvvəlinə və sonuna qalıqlar göstərilməklə xammal-material hərəkəti barədə məlumat, 1.7 müştəri və podratçılarla olan əməliyyatların xarakteri barədə məlumat, onlarla bağlanmış müqavilələr və onların bütün əlavələrinin sürəti, 1.8 Yoxlama ilə əhatə edilən dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən qeyri-rezidentlərlə bağlanmış müqavilələr, 1.9 Malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsini təsdiq edən sənədlər, təhvil-təslim aktları, invoyslar, hesabfakturalar, alış aktları, üzləşmə aktları və s.; 1.10 Yoxlama ilə əhatə edilən dövrün əvvəlinə və sonuna qalıqlar göstərilməklə debitor və kreditor borclar üzrə adlı siyahılar, 1.11 Azərbaycan Respublikasındakı əməliyyatlarla əlaqədar filial və ya nümayəndəliyin baş ofisi tərəfindən təqdim edilmiş invoysların, təhvil-qəbul aktlarının təsdiq olunmuş sürətləri, 1.12 Yoxlama ilə əhatə edilən dövrlər üzrə aktivlərin ilkin dəyərini, ilin əvvəlinə olan qalıq dəyərini, alınmış və satılmış aktivləri, il ərzində əsas vəsaitə ələvə edilmiş təmir xərclərini, il ərzində vergi məqsədləri üçün tətbiq edilmiş amortizasiya dərəcələrini, ilin sonunda amortizasiya məbləğlərinin və qalıb dəyərlərinin göstərməklə əsas vəsait qeyri-maddi aktivlərinin reyestri, 1.13 Yoxlanılan dövrlər üzrə əsas vəsitlərin təsdiqedici sənədləri icarədə olan əsas vəsitlərin siyahisi, 1.14 Yoxlama ilə ehatə edilən dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən əmlakın sığortası üzrə sığorta polisləri, 1.15 Fiziki şəxsə məxsus obyektdə çalışmış xarici əməkdaşların vətəndaş olduğu ölkədə vergi orqanlarına və ya onu əvəz edən qurumlara təqdim etdikləri illik fərdi bəyannamələrin təsdiq olunmuş surətləri, 1.16 Yoxlanılan dövlər üzrə işçilərin əldə etdiyi bütün mükafatlar, faydalar və ŞGV-ni və SSH-ni göstərməklə əmək haqqı hesablama ödəmə cədvəlləri, əmək müqaviləsi bildirişləri, ezamiyyə sənədləri, 1.17 Yoxlanılan dövr üzrə idxal edilmiş malların gömrük sənədləri və kalkuliyasiya cədvəlləri,1.18 Yoxlanılan dövrlər üzrə nəqliyyat və daşınma xərclərinin siyahisi, 1.19 Yoxlama ilə əhatə edilən dövr üzrə qeydiyyatda olan bütün NKA üzrə Z-hesabatları, ciddi hesabat blankları NKA-ilə satılmış malların siyahisi, 1.20 Gəlir vergisi bəyannaməsi üzrə xərc maddələrinin açıqlanması barədə məlumatların götürülməsi həyata keçirilməsini qərara alınmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, KY232069004 nömrəli “sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” çıxarışdan görünür ki, İddiaçı məxsus bütün təsərrüfat obyektlərində xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək (51 gün müddətinə) növbədənkənar operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, KY232069004 nömrəli “sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” çıxarışdan görünür ki, İddiaçı məxsus bütün təsərrüfat obyektlərində xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək (21 gün müddətinə) növbədənkənar operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. İş materiallarında olan İddiaçı tərəfindən Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ünvanlanmış arayışın məzmunundan görünürki, ünvan 4əsişmə m 73 və ünvan 5 ünvanlarında yerləşən obyektlərdə maddi məsul şəxs X2r. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında № **********185277 qərarında qeyd edilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər İdarəsinin Vergi auditi idarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən, baş idarə rəisinin müavini kiçik vergi xidməti müşaviri X1 səyyar vergi yoxlamasının xx.xx.2024 tarixli aktına və həmçinin yoxlama materiallarının və əlavə olunmuş materialların araşdırılması və öyrənilməsi üçün vergi nəzarətinə dair əlavə olunmuş **********484000 nömrəli xidməti məruzəyə baxıb müəyyən etmişdir ki, səyyar vergi yoxlaması zamanı yol verilmiş nöqsanların aradan qaldırılması zərurəti yaranmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Sənədlərin və nümunə kimi əşyaların verilməsindən imtinası barədə **********182125 nömrəli Aktda qeyd olunmuşdurki, vergi ödəyicisi tərəfindən xx.xx.2024-cü il tarixli **********145100 nömrəli məktubla Vergi Məcələsinin 175-ci maddəsinə əsasən əvəzləşdirilən e-qaimə fakturalar barədə məlumatlar təqdim edilmiş, başqa heç bir sənəd təqdim edilməmişdir. Sənədlərin təqdim edilməməsi səbəbi kimi uçotun aparılmadığı bildirilmiş və vergi ödəyicisinin sənədlərinin və nümunə kimi əşyaların götürülməsinə icazə verilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin məhkəməyə ünvanladığı etirazında qeyd edilmişdir ki, İddiaçı (VÖEN: **********) cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2024-cü il tarixli **********188073 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsini xahiş etmişdir. Belə ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin (bundan sonra - Baş İdarə) xx.xx.2023-cü il tarixli **********178900 nömrəli xidməti məlumatına əsasən vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2022-ci il üçün gəlir vergisi bəyannaməsində ticarət əlavəsinin 5,6 faiz müəyyən edildiyi halda mallar üzrə bəyan edilmiş ticarət əlavəsinin vergi orqanında mövcud olan uçot-baza məlumatlarına əsasən daha yüksək müəyyən edilmiş və eyni zamanda vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin "Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********179760 nömrəli Qərarı ilə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə müvafiq olaraq fərdi sahibkarın fəaliyyətinə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlanılan dövr ərzində İddiaçı faktiki olaraq ƏTİRLƏRİN VƏ KOSMETİKA MALLARİNİN (SABUN DA DAXİL OLMAQLA) TOPDAN SATİŞİ, İXTİSASLAŞDİRİLMİŞ MAĞAZALARDA KOSMETİKA VƏ ƏTRİYYAT MALLARİNİN PƏRAKƏNDƏ SATİŞİ ilə məşğul olmuşdur. Yoxlamanın əhatə etdiyi dövrdə vergi ödəyicisi tərəfindən gəlir və xərclərin uçotunu 2020-2021-ci illər üzrə kassa, 2022-ci il üzrə isə hesablama metoduna əsasən aparmışdır. Vergi Məcəlləsinin 43.8-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən yoxlamaya elektron qaydada təqdim edilmiş sənəd əsasında "Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2024-cü il tarixli **********182124 nömrəli Protokol tərtib edilərək xx.xx.2024-cü il tarixdə vergi ödəyicisinə təqdim edilmişdir. Qərarda qeyd edilən sənədlər vergi ödəyicisi tərəfindən 1 fayl olmaqla elektron qaydada xx.xx.2024-cü il tarixli **********145100 nömrəli məktubla Vergi Məcəlləsinin 175-ci maddəsinə əsasən əvəzləşdirilən e-qaimə fakturalar barədə cədvəl yoxlamaya təqdim edilmiş və Vergi Məcəlləsinin 43.10-cu maddəsinə əsasən xx.xx.2024-cü il tarixli **********182125 nömrəli "Sənədlərin və nümunə kimi əşyaların verilməsindən imtina barədə” Akt tərtib olunmuşdur və aktın bir nüsxəsi xx.xx.2024-cü il tarixdə vergi ödəyicisinə təqdim edilmişdir. xx.xx.2024 tarixli **********180709 nömrəli Səyyar vergi yoxlaması zamanı inventarizasiyanın təyin edilməsi haqqında qərara əsasən inventarizasiya aparıldı və akt tərtib olunmuşdur. Yoxlama ilə bağlı vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********179896 nömrəli Tələbnamə təqdim edilmiş lakin vergi ödəyicisi tərəfindən heç bir sənəd təqdim edilməmiş, bununla bağlı vergi ödəyicisindən yazılı izahatlar alınmış, vergi ödəyicisi tərəfindən uçot aparılmadığı bildirilmiş, sənədlərin qısa zamanda təqdim ediləcəyi bildirilsə də, heç bir sənəd təqdim edilməmişdir. Vergi Məcəlləsinin 38.5.1-ci maddəsinə əsasən vergi ödəyicisində vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən bilərəkdən hesabat sənədlərinin aparılmaması aşkar edildikdə vergi orqanının əsaslandırılmış qərarı ilə inventarizasiya keçirilir. Yuxanda qeyd edilən maddəni rəhbər tutaraq "SVY zamanı inventarizasiyanın təyin edilməsi haqqında" xx.xx.2024-cü il tarixli **********180709 nömrəli qərarına əsasən İddiaçı inventarizasiya keçirilmiş və inventarizasiya zamanı vergi ödəyicisinə məxsus qeyd olunan ünvanda və digər hansısa ünvanda əsas vəsaitlərin, xammal, materialların və malların, nağd pul vəsaitlərin, habelə digər sərvətlərin olmaması aşkar edilərək nəticəsi barədə xx.xx.2024-cü il tarixli "Əmlakın və digər qiymətlilərin inventarizasiya" Aktı ilə rəsmiləşdirilmiş və aktın bir nüsxəsi xx.xx.2024-cü il tarixdə vergi ödəyicisinə təqdim edilmişdir. Vergi Məcəlləsinin 23.1.3-cü maddəsinə əsasən vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət və digər binalarında (ərazilərində) qanunvericiliklə nəzərdə tutulmuş qaydada baxışın keçiriməsi vergi orqanlarının hüquqlarına aid edilmişdir. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntular protokolla rəsmiləşdirilir və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunur. Məcəllənin göstərilən maddələrinə əsasən vergi ödəyicisinin aşağıdakı təsərrüfat subyektlərinə baxış keçirilmişdir. 1 “Obyekt” ünvan 7 ünvanında yerləşir, digər şəxsdən icarəyə götürülmüş və ofis kimi fəaliyyət göstərir. Obyektin sahəsi sənədlərə əsasən 396,60 kv.m təşkil edir. Obyektin vergi orqanında qeydiyyatda olmadığı müəyyən edildi. Baxış zamanı obyektin 9 iş otağı, 1 mətbəx və 1 zaldan ibarət olduğu və bütün otaqların mebel və zəruri texniki avadanlıqlarla təchiz olunduğu aşkar edildi. 2 “Zəngəzur-1” adlı təsərrüfat subyekti ünvan 8 ünvanında yerləşir. Obyekt digər şəxsdən icarəyə götürülmüş, sahəsi uçot sənədlərinə əsasən 2300 kv.m təşkil edir və Anbar kimi fəaliyyət göstərir. Baxış zamanı anbarda karton qutularda müxtəlif növ yuyucu, gigiyenik, kosmetik və s. mallann saxlandığı aşkar edildi. 3 “Zəngəzur-2” adlı təsərrüfat subyekti Bakı şəhəri Binəqədi rayonu, M.Rəsulzadə ŞTQ, Binəqədi şossesi ev.- m.-ünvanında yerləşir. Obyekt digər şəxsdən icarəyə götürülmüş, sahəsi uçot sənədlərinə əsasən 1000 kv.m təşkil edir və Anbar kimi fəaliyyət göstərir. Baxış zamanı anbarda karton qutularda müxtəlif növ yuyucu, gigiyenik, kosmetik və s. mallann saxlandığı aşkar edildi. “Anbar” adlı təsərrüfat subyekti Gəncə şəhəri, Şəddadilər ev."Brilyant TM-nin ünvanında yerləşir. Obyekt digər şəxsdən icarəyə götürülmüş, sahəsi uçot sənədlərinə əsasən 60 kv.m təşkil edir və anbar kimi fəaliyyət göstərir. Baxış zamanı anbarda karton qutularda müxtəlif növ yuyucu, gigiyenik, kosmetik və s.malların saxlandığı aşkar edildi. “GƏNCƏ ANBARİ” adlı təsərrüfat subyekti ünvan 11ünvanında yerləşir. Obyekt digər şəxsdən icarəyə götürülmüş, sahəsi uçot sənədlərinə əsasən 45 kv.m təşkil edir və anbar kimi fəaliyyət göstərir. Baxış zamanı anbarda karton qutularda müxtəlif növ yuyucu, gigiyenik, kosmetik və s. malların saxlandığı aşkar edildi. Qeyd edilənlərlə bağlı xx.xx.2024-cü il tarixli Vergi ödəyicisinin ərazisinə, binalarına, habelə sənədlərinə və əşyalarına baxışın keçirilməsi barədə Protokollar tərtib edilmiş və Protokollar vergi ödəyicisinin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmışdır. Səyyar vergi yoxlaması zamanı vergi uçot baza məlumatlarına əsasən müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən qeyd edilən məlumatlar vergi orqanına təqdim edilməmişdir. Vergi Məcəlləsinin 16.1.11-11 -ci maddəsinin tələblərini pozulmasına görə, idxal edilmiş mallar barədə bu Məcəllənin 16.1.11-11 -ci maddəsində göstərilən məlumatları təqdim etməyən vergi ödəyicisinə Vergi Məcəlləsinin 57.5-ci maddəsinə əsasən müvafiq olaraq idxal edilmiş mallann hesab-faktura (invoys) dəyərinin 5 faizi miqdarında 755878,76 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Səyyar vergi yoxlaması zamanı fərdi sahibkara xx.xx.2023-cü il tarixli **********179896 nömrəli "Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” Tələbnamə təqdim edilmiş və Vergi Məcəlləsinin 43-cü maddəsinə əsasən Baş İdarə tərəfindən xx.xx.2024-cü il tarixli **********180933 nömrəli "Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında" Qərar çıxarılmışdır. Tələbnamə və Qərar əsasında vergi ödəyicisindən vergilərin hesablanması üçün zəruri sənədlər (material hesabatları, NKA ilə satılmış malların siyahısı, gəlir vergisi bəyannaməsi üzrə xərc maddələrinin açıqlaması, debitor və kreditor borclar üzrə siyahı, və s.) tələb olunsa da, yalnız 1 fayl olmaqla elektron qaydada xx.xx.2024-cü il tarixli **********145100 nömrəli məktubla Vergi Məcəlləsinin 175ci maddəsinə əsasən əvəzləşdirilən e-qaimə fakturalar barədə cədvəl yoxlamaya təqdim edilmişdir. Səyyar vergi yoxlaması vergi ödəyicisinin vergi orqanında olan uçot baza məlumatlarına, vergi ödəyicisinin bank hesablarının hərəkəti barədə hesabların yerləşdiyi banklardan alınmış rəsmi məlumatlara əsasən yoxlama ilə əhatə olunan dövr ərzində vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim edilmiş ƏDV bəyannamələrinə əsasən hesablanmış vergi məbləğinin hesabatda göstərilən məbləğinin düzgünlüyü yoxlanılarkən kənarlaşma aşkar edilmişdir. Yoxlanılan dövr üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş ƏDV bəyannamələri üzrə 24440 429.14 manat dövriyyə bəyan edilmişdir. Vergi ödəyicisi tərəfindən malların hərəkəti barədə məlumatlar təqdim edilmədiyindən mal qalıqları vergi orqanının uçot baza məlumatlarına əsasən hesablanmışdır. Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********179760 nömrəli "Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarına əsasən həyata keçirilən səyyar vergi yoxlaması ilə əlaqədar qəbul edilmiş xx.xx.2024-cü il tarixli **********180709 nömrəli "SVY zamanı inventarizasiyanın təyin edilməsi haqqında" qərarına əsasən vergi ödəyicisinə məxsus təsərrüfat subyektlərində mal qalığının müəyyən edilməsi məqsədilə iventarizasiya keçirilmişdir. İnventarizasiya zamanı vergi ödəyicisinə məxsus təsərrülat subyektlərində heç bir mal qalığı aşkar edilməmiş və nəticəsi barədə xx.xx.2024-cü il tarixli "Əmlakın və digər qiymətlilərin inventarizasiya" Aktı ilə rəsmiləşdirilmiş və aktın bir nüsxəsi xx.xx.2024-cü il tarixdə vergi ödəyicisinə təqdim edilmişdir. Eyni zamanda səyyar vergi yoxlaması zamanı vergi orqanının xx.xx.2020-ci il tarixli qərarı ilə vergi ödəyicisinə məxsus təsərrüfat subyektlərində operativ vergi nəzarəti keçirilmiş və nəticəsi xx.xx.2020-ci il tarixli aktla rəsmiləşdirilərək 1327283.08 manat mal qalığı aşkar edilmişdir. xx.xx.2020-ci il tarixdən yoxlanılan dövrün əvvəlinə yəni, xx.xx.2020-ci il tarixədək olan dövrdə vergi ödəyicisi tərəfindən 2957556.96 manat dəyərində mallar idxal edildiyi, e-qaimə fakturalara əsasən və pərakəndə satışla cəmi 2642832.89 manat dəyərində mallar təqdim edildiyi və bununlada 1642007.07 manat alış qiyməti ilə mal qalığı aşkar edilmişdir. Yoxlanılan dövr üzrə vergi ödəyicisi tərəfindən 24190297,66 manat dəyərində mallar idxal edildiyi, e-qaimə fakturalara əsasən və pərakəndə satışla cəmi 19625287,02 manat dəyərindən mallar təqdim edildiyi, bununlada yoxlanılan dövrün sonuna 6207017,71 manat məbləğində mal qalığı müəyyən edildi. xx.xx.2024-cü il tarixdə Vergi ödəyicisində keçirilmiş inventarizasiyanın nəticələrinə əsasən heç bir mal qalığı aşkar edilmədiyini nəzərə alaraq, xx.xx.2023-cü il tarixdən inventarizasiya keçirilən tarixədək olan dövrədək vergi ödəyicisi tərəfindən 995390,44 manat dəyərində mallar idxal edildiyi, e-qaimə fakturalara əsasən və pərakəndə satışla cəmi 4051623,42 manat dəyərində mallar təqdim edildiyi, bununla da inventarizasiya keçirilən tarixə 3150784,73 manat məbləğində mal qalığı aşkar edilərək, əskik gələn malların dəyəri Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsasən yoxlanılan dövrün sonuncu ayının, yəni 2023-cü il noyabr ayı ƏDV bəyannaməsinə əlavə edildi. Vergi Məcəlləsinin 166-cı maddəsinin tələbləri, eyni zamanda əskik gələn malların dəyəri nəzərə alınmaqla, cəmi yoxlanılan dövrdə ********.66 manat dövriyyə müəyyən edilmişdir. Vergi Məcəlləsininn 175-ci maddəsinin tələbləri yoxlanılarkən vergi ödəyicisi tərəfindən 21217.74 manat məbləğin artıq əvəzləşdirildiyi müəyyən edildi. Beləliklə ümumi yoxlanılan dövrdə ƏDV üzrə 591505.90 manat vergilərin azaldılması aşkar edilərək, Vergi Məcəlləsinin 166-cı və 175-ci maddəsinin tələbləri nəzərə alınmaqla 311030.15 manat maliyyə sanksiyası tətbiq edilməsi təklif edilmişdir. Beləliklə, səyyar vergi yoxlama zamanı Vergi Məcəlləsinin 159.1-ci, 166.1-cıvə 175-ci maddələrinin tələblərinin pozulmasına görə vergi ödəyicisi tərəfindən 622060.29 manat (o cümlədən 2021-ci ilin yanvar ayı üzrə 802.21 manat, 2021-ci ilin fevral ayı üzrə 22587.60 manat, 2021-ci ilin mart ayı üzrə 2023.56 manat, 2021-ci ilin aprel ayı üzrə 619.11 manat, 2021-ci ilin may ayı üzrə 79.95 manat, 2021-ci ilin iyun ayı üzrə 1431.37 manat, 2021-ci ilin iyul ayı üzrə 1503.75 manat, 2021-ci ilin sentyabr ayı üzrə 336.11 manat, 2022-ci ilin may ayı üzrə 6962.33 manat, 2022-ci ilin iyul ayı üzrə 701.38 manat, 2022-ci ilin avqust ayı üzrə 14407.85 manat, 2022ci ilin sentyabr ayı üzrə 27.46 manat, 2022-ci ilin dekabr ayı üzrə 199.48 manat, 2023-cü ilin fevral ayı üzrə 369.31 manat, 2023-cü ilin mart ayı üzrə 174.55 manat, 2023-cü ilin aprel ayı üzrə 98.28 manat, 2023-cü ilin iyun ayı üzrə 285.87 manat, 2023-cü ilin iyul ayı üzrə 95.35 manat,, 2023-cü ilin avqust ayı üzrə 88.38 manat, 2023-cü ilin sentyabr ayı üzrə 50.39 manat, 2023-cü ilin oktyabr ayı üzrə 1900.58 manat, 2023-cü ilin noyabr ayı üzrə 567315.42 manat,) verginin azaldıılması, 30554.39 manat (o cümlədən 2020-ci ilin dekabr ayı üzrə 1644.26 manat, 2021-ci ilin avqust ayı üzrə 6742.97 manat,, 2021-ci ilin oktyabr ayı üzrə 494.84 manat, 2022-ci ilin yanvar ayı üzrə 496.49 manat, 2022-ci ilin fevral ayı üzrə 110.32 manat, 2022-ci ilin aprel ayı üzrə 12634.63 manat, 2022-ci ilin iyun ayı üzrə 8047.28 manat, 2022-ci ilin noyabr ayı üzrə 161.68 manat, 2023-cü ilin may ayı üzrə 221.92 manat,) verginin isə artıq hesablandığı müəyyən edilmişdir. Vergi Məcəlləsinin 58.1 maddəsinə əsasən verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən ayrı-ayrı aylar üzrə 622060.29 manat məbləğində azaldıldığına görə azaldılmış vergi məbləğinin 50 faizi miqdarında yəni 311030.15 manat maliyyə sanksiyasının tətbiq edilmişdir. Belə ki, fərdi sahibkara xx.xx.2023-cü il tarixli **********179896 nömrəli "Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” Tələbnamə təqdim edilmiş və Vergi Məcəlləsinin 43-cü maddəsinə əsasən Baş İdarə tərəfindən xx.xx.2024-cü il tarixli **********180933 nömrəli "Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında" Qərar çıxarılmışdır. Tələbnamə və Qərar əsasında vergi ödəyicisindən vergilərin hesablanması üçün zəruri sənədlər (material hesabatları, NKA ilə satılmış mallann siyahısı, gəlir vergisi bəyannaməsi üzrə xərc maddələrinin açıqlaması, debitor və kreditor borclar üzrə siyahı, və s.) tələb olunsa da, yalnız 1 fayl olmaqla elektron qaydada xx.xx.2024-cü il tarixli **********145100 nömrəli məktubla Vergi Məcəlləsinin 175-ci maddəsinə əsasən əvəzləşdirilən e-qaimə fakturalar barədə cədvəl yoxlamaya təqdim edilmişdir. Fərdi sahibkar tərəfindən 2020-ci il üzrə təqdim edilmiş gəlir vergisi bəyannaməsində ümumi gəlir 4890696.31 manat (o cümlədən malların təqdim edilməsindən gəlir 4890696.31 manat), gəlirin əldə edilməsi ilə bağlı cəmi xərclər 4656238.89 manat (o cümlədən: əmək haqqı 239059.47 manat, sosial sığorta haqları 47957.12 manat, mallann dəyəri 3823719.64 manat, bank xidməti üzrə xərclər 8144.67 manat, biləvasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər 67215.99 manat, digər xərclər 470142.00 manat) olmaqla, nəticədə 234457.42 manat vergiyə cəlb olunan gəlir göstərilmiş və 2020-ci il üzrə fərdi sahibkar tərəfindən 46891.48 manat (234457.42 *20%) gəlir vergisi hesablanmışdır. Vergi ödəyicisi tərəfindən vergilərin uçotu kassa metodu ilə aparılmışdır. Yoxlama ilə vergi ödəyicisinin uçot metodu dəyişdirilmədən saxlanılmışdır. Vergi Məcəllənin 131-ci maddəsinə əsasən kassa metodu ilə uçot aparan vergi ödəyicisi gəliri əldə edəndə və ya gəlir onun sərəncamına veriləndə, bu gəliri nəzərə almalı və gəlirdən öz xərclərini yalnız bu xərcləri çəkdiyi zaman çıxmalıdır. Həmin Məcəllənin 132.1 -ci maddəsinə əsasən vergi ödəyicisinin nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda, digər kredit və ya elektron pul təşkilatında onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt gəlirin əldə edildiyi vaxt sayılır. Həmin Məcəllənin 132.2-ci maddəsinə əsasən vergi ödəyicisinin maliyyə öhdəliyinin ləğv edildiyi və ya ödənildiyi halda (qarşılıqlı hesablaşmalar aparıldıqda və sair bu kimi hallarda) öhdəliyin ləğv edildiyi və ya ödənildiyi vaxt gəlirin əldə edildiyi vaxt sayılır. Həmin Məcəllənin 133.1 -ci maddəsinə əsasən vergi uçotunun məqsədləri üçün vergi ödəyicisi kassa metodundan istifadə etdikdə, xərcin çəkilməsi vaxtı, əgər bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, xərcin faktiki çəkildiyi vaxt sayılır. Həmin Məcəllənin 133.2-ci maddəsinə əsasən vergi ödəyicisi pul vəsaitini ödəyirsə, nağd pul vəsaitinin ödənildiyi, nağdsız ödəmədə isə vergi ödəyicisinin pul vəsaitinin köçürülməsi haqqındakı tapşırığının bank, digər kredit və ya elektron pul təşkilatı tərəfindən alındığı vaxt xərcin çəkildiyi vaxt sayılır. Uçot-baza məlumatlarına əsasən müəyyən edilmişdir ki, fərdi sahibkarın "Ekpreesbank” ASC-də, “Azərbaycan Sənaye Bankı" ASC-nin "Dərnəgül" filialında hesablaşma hesabları olmuşdur. Banklardan daxil olmuş və vergi ödəyicisinin vergi orqanında olan uçot baza məlumatlarına əsasən müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə 4216680.03 manat (bank hesabına mədaxil 3419211,49 manat, Nəzarət kassa aparatı ilə satış 797468,54 manat) gəliri olmuşdur. Vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar cəmi gəlirləri yoxlama ilə 4216680.03 manat müəyyən edildi. Vergi ödəyicisi tərəfindən 2020-ci il üzrə təqdim edilmiş bəyannamə məlumatlarına əsasən gəlirin əldə edilməsi ilə bağlı cəmi xərclər 4656238.89 manat olmasına baxmayaraq yoxlamaya xərc sənədləri təqdim edilmədiyi üçün vergi ödəyicisinin xərclərini tam müəyyən etmək mümkün olmamışdır. 2020-ci il üzrə gəlir Vergi Məcəlləsinin 83.9 maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək aşağıdakı kimi hesablandı: G1, M1 = x R; 100+ R Burada: M1 - vergiyə cəlb edilən gəlir, G1 - vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir, R - şərti rentabellik normasıdır: 4216680.03, M1 = x 20 = 702780.01 100+20, Göründüyü kimi, yoxlama ilə fərdi sahibkarın 2020-ci il üzrə vergiyə cəlb edilən gəliri 702780.01 manat məbləğində hesablanmışdır. Gəlir vergisi = 702780.01 x 20% = 140556.00 manat, 2020-ci il üzrə yoxlama zamanı büdcəyə əlavə olaraq manat 93664.52 manat (140556.0046891.48) məbləğində gəlir vergisi hesablandı. Beləliklə, yoxlama zamanı büdcəyə əlavə olaraq 93664.52 manat məbləğində gəlir vergisi hesablandı və Vergi Məcəlləsinin 58.1. maddəsinə əsasən verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldıldığına görə azaldılmış və ya yayındırılmış 93664.52 manat vergi məbləğinin 50 faizi miqdarında, yəni 46832.26 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif olundu. Fərdi sahibkar tərəfindən 2021-ci il üzrə təqdim edilmiş gəlir vergisi bəyannaməsində ümumi gəlir 5687989.49 manat (o cümlədən malların təqdim edilməsindən gəlir 5687989.49 manat), gəlirin əldə edilməsi ilə bağlı cəmi xərclər 5263855.55 manat (o cümlədən: əmək haqqı 400965.61 manat, sosial sığorta haqları 79943.34 manat, xammal və materiallar 283532.21 manat, mallann dəyəri 4345403.61 manat, icarə haqqı 17625.00 manat, yanacaq xərcləri 12466.11 manat, bank xidməti üzrə xərclər 39062.74 manat, reklam xərcləri 62506.26 manat, ödənilmiş sığorta haqları 5594.67 manat, digər xərclər 16456.00 manat, gəlirdən çıxılan vergilər və ödəmələr 300.00 manat) olmaqla, nəticədə 424133.94 manat vergiyə cəlb olunan gəlir göstərilmiş və 2021-ci il üzrə fərdi sahibkar tərəfindən 84826.79 manat (424133.94 *20%) gəlir vergisi hesablanmışdır. Vergi ödəyicisi tərəfindən vergilərin uçotu kassa metodu ilə aparılmışdır. Yoxlama ilə vergi ödəyicisinin uçot metodu dəyişdirilmədən saxlanılmışdır. Uçot-baza məlumatlarına əsasən müəyyən edilmişdir ki, fərdi sahibkarın "Ekpreesbank” ASC-də, “Azərbaycan Sənaye Bankı" ASC-nin "Dərnəgül" filialında hesablaşma hesabları olmuşdur. Banklardan daxil olmuş və vergi ödəyicisinin vergi orqanında olan uçot baza məlumatlarına əsasən müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə 5655617.36 manat gəliri (bank hesabına mədaxil 5552158,48 manat, pərakəndə satışdan mədaxil 103458,88 manat) olmuşdur. Vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar cəmi gəlirləri yoxlama ilə 5655617.36 manat müəyyən edildi. Vergi ödəyicisi tərəfindən 2021-ci il üzrə təqdim edilmiş bəyannamə məlumatlarına əsasən gəlirin əldə edilməsi ilə bağlı cəmi xərclər 5263855.55 manat olmasına baxmayaraq yoxlamaya xərc sənədləri təqdim edilmədiyi üçün vergi ödəyicisinin xərclərini tam müəyyən etmək mümkün olmamışdır. 2020-ci il üzrə gəlir Vergi Məcəlləsinin 83.9 maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək aşağıdakı kimi hesablandı: G1, M1 =x R; 100+ R, Burada: M1 - vergiyə cəlb edilən gəlir, G1 - vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir, R - şərti rentabellik normasıdır: 5655617.36, M1 =x 20 = 942602.90 100+20, Göründüyü kimi, yoxlama ilə fərdi sahibkarın 2021-ci il üzrə vergiyə cəlb edilən gəliri 942602.90 manat məbləğində hesablanmışdır. Gəlir vergisi = 942602.90 x 20% = 188520.58 manat, 2020-ci il üzrə yoxlama zamanı büdcəyə əlavə olaraq 103693.79 manat (188520.5884826.79) məbləğində gəlir vergisi hesablandı. Beləliklə, yoxlama zamanı büdcəyə əlavə olaraq 103693.79 manat məbləğində gəlir vergisi hesablandı və Vergi Məcəlləsinin 58.1. maddəsinə əsasən verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldıldığına görə azaldılmış və ya yayındırılmış 103693.79 manat vergi məbləğinin 50 faizi miqdarında, yəni 51846.90 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif olundu. Fərdi sahibkar tərəfindən 2022-ci il üzrə təqdim edilmiş gəlir vergisi bəyannaməsində ümumi gəlir 9945034.03 manat (o cümlədən malların təqdim edilməsindən gəlir 8650349.23 manat, yeni uçot metodunun tətbiq edilməsindən yaranmış gəlirlər 1294684.8 manat), gəlirin əldə edilməsi ilə bağlı cəmi xərclər 9582239.29 manat (o cümlədən: əmək haqqı 779148.44 manat, sosial sığorta haqları 139263.42 manat, malların dəyəri 8188727.13 manat, icarə haqqı 73075.00 manat, yanacaq xərcləri 79951.86 manat, su və kanalizasiya xərcləri 406.44 manat, rabitə xərcləri 600.00 manat, bank xidməti üzrə xərclər 136370.8 manat, reklam xərcləri 144811.84 manat, nəqliyyat xərcləri 13289.83 manat, ödənilmiş sığorta haqlan 22259.53 manat, gəlirdən çıxılan vergilər və ödəmələr 4335.00 manat) olmaqla, nəticədə 362794.74 manat vergiyə cəlb olunan gəlir göstərilmiş və 2022-ci il üzrə fərdi sahibkar tərəfindən 72558.95 manat (362794.74 *20%) gəlir vergisi hesablanmışdır. Vergi Məcəllənin 134-cü maddəsinə əsasən hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyinin yarandığı vaxt nəzərə almalıdır. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən müvafiq məbləğ vergi ödəyicisinə qeyd-şərtsiz ödənilməlidirsə, yaxud vergi ödəyicisi ədv və ya müqavilə üzrə bütün öhdəliklərini yerinə yetirmişdirsə, bu vaxt gəliri almaq hüququ əldə edilmiş sayılır. Səyyar vergi yoxlaması ilə vergi ödəyicisinin vergi orqanında olan uçot baza məlumatlarına əsasən müəyyən edilmişdir ki, 2022-ci ildə vergi ödəyicisi tərəfindən malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə 8532776.11 manat (e-qaimə ilə malların təqdim edilməsindən gəlir 8493213,85 manat, pərakəndə satışdan gəlir 39562,26 manat, yeni uçot metodunun tətbiq edilməsindən yaranmış gəlir 1316599.61 manat olmaqla ümumi 9849375.72 manat gəliri olmuşdur. Vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar cəmi gəlirləri yoxlama ilə 9489375.72 manat müəyyən edildi. Vergi ödəyicisi tərəfindən 2022-ci il üzrə təqdim edilmiş bəyannamə məlumatlarına əsasən gəlirin əldə edilməsi ilə bağlı cəmi xərclər 9582239.29 manat olmasına baxmayaraq yoxlamaya xərc sənədləri təqdim edilmədiyi üçün vergi ödəyicisinin xərclərini tam müəyyən etmək mümkün olmamışdır. 2022-ci il üzrə gəlir Vergi Məcəlləsinin 83.9 maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək aşağıdakı kimi hesablandı: G1, M1 = x R; 100+ R, Burada: M1-vergiyə cəlb edilən gəlir, G1-vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir, R-şərti rentabellik normasıdır: 9849375.72, Ml = x20= 1641562.62 100+20, Göründüyü kimi, yoxlama ilə fərdi sahibkarın 2022-ci il üzrə vergiyə cəlb edilən gəliri 1641562.62 manat məbləğində hesablanmışdır. Gəlir vergisi = 1641562.62 x 20% = 328312.52 manat 2022-ci il üzrə yoxlama zamanı büdcəyə əlavə olaraq manat 255753.57 manat (328312.5272558.95) məbləğində gəlir vergisi hesablanmışdır. Səyyar vergi yoxlaması zamanı büdcəyə əlavə olaraq 255753.57 manat məbləğində gəlir vergisi hesablandı və Vergi Məcəlləsinin 58.1. maddəsinə əsasən verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldıldığına görə azaldılmış və ya yayındırılmış 255753.57 manat vergi məbləğinin 50 faizi miqdarında, yəni 127876.79 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilmişdir. İddia ərizəsində qeyd olunmuşdur ki, iddiaçının birdən çox təsərrüfat subyekti mövcud olmuşdur. Qanunvericiliyə edilmiş dəyişikliyin məntiqi əsasıda ondan ibarətdir ki, vergi ödəyicisinin uçotda olan təsərrüfat subyekti varsa artıq onun məlumat vermək kimi bir öhdəliyi qalmır. Bildiririk ki, Vergi Məcəlləsinin 16.1.11-11.1-ci maddəsininə əsasən mülkiyyət, icarə və ya digər əşya hüquqları əsasında istifadə edilən və (və ya) vergi orqanlarında təsərrüfat subyekti (obyekti) kimi uçota alınmış malların saxlanılacağı (boşaldılacağı) yer barədə uçotda olduğu vergiorqanına məlumat vermək vergi ödəyicisinin vəzifəsi olaraq müəyyən edilmişdir. Yoxlanılma dövr ərzində vergi ödəyicisi tərəfindən qeyd edilən məlumtlar barədə vergi orqanına məlumat verilməmişdir. Bu əsasa görə Vergi Məcəlləsinin 57.5-ci maddəsinə əsasən hesab-faktura (invoys) dəyəri ********.14 manat təşkil edən idxal edilmiş mallar barədə bu Məcəllənin 16.1.11-11-ci maddəsində göstərilən məlumatları təqdim etmədiyinə görə vergi ödəyicisinə idxal edilmiş malların hesab-faktura (invoys) dəyərinin və ya onun təhrif olunmaqla təqdim edilmiş hissəsinin 5 faizi miqdarında, yəni 755878.76 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmir. Həmçinin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, səyyar vergi yoxlaması Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən təyin edilmişdir. Lakin vergi orqanı yoxlamanın keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli **********179760 saylı qərarda səyyar vergi yoxlamasının təyin edilməsi barədə əsası şablon xarakter daşımış və yoxlama ilə öz təsdiqini tapmamışdır. Bildiririk ki, fərdi sahibkar İddiaçı yoxlanılan dövrdə faktiki olaraq təmizləyici və gigiyenik vasitələrinin topdan və pərakəndə qaydada satışı fəaliyyəti ilə məşğul olmuşdur. Təyin olunmuş səyyar vergi yoxlaması Baş İdarənin xx.xx.2023-ci il tarixli **********178900 nömrəli xidməti məlumatına əsasən təyin edilmişdir. Yoxlama ilə əhatə olunan vergi dövrü: dekabr 2020-noyabr 2023. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin (bundan sonra - Baş İdarə) xx.xx.2023-cü il tarixli **********178900 nömrəli xidməti məlumatına əsasən vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2022-ci il üçün gəlir vergisi bəyannaməsində ticarət əlavəsinin 5.6 faiz müəyyən edildiyi halda mallar üzrə bəyan edilmiş ticarət əlavəsinin vergi orqanında mövcud olan uçot-baza məlumatlarına əsasən daha yüksək müəyyən edilmiş və eyni zamanda vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin "Səyyar vergi yoxlamasının keçirilməsi haqqında" xx.xx.2023-cü il tarixli **********179760 nömrəli Qərarı ilə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə müvafiq olaraq fərdi sahibkarın fəaliyyətinə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən, vergi orqanları bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüququna malikdirlər. Vergi Məcəlləsinin 24.0.1-ci maddəsinə əsasən, vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək, vergi qanunvericiliyinə tam və dəqiq riayət etmək vergi orqanlarının vəzifələrinə aid edilmişdir. Vergi Məcəlləsinin 94.0.2-ci maddəsinə əsasən vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. Vergi Məcəlləsinin 70.3-cü maddəsinə əsasən vergi qanunvericiliyinə əsasən tərtib edilən hər hansı sənəd öz mahiyyətinə və məzmununa görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə də vergi hesabları və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə görə, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci və 48-ci maddələrini nəzərə alaraq, məhkəmədən Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci və 48-ci maddələrini nəzərə alaraq, məhkəmədən İddiaçı cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli **********188073 saylı "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsinə dair iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edəsiniz. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********179760 saylı qərarı əsasında İddiaçı (VÖEN **********) dekabr 2020 – noyabr 2023-cü il dövrləri əhatə etməklə xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinə qədər növbədənkənar səyyar vergi yoxlaması həyata keçirilmiş, yoxlamanın nəticəsi xx.xx.2024-cü il tarixli **********179939 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Daha sonra Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********188073 saylı qərar ilə 2020-ci il üzrə 93664.52 manat əlavə gəlir vergisi hesablanaraq, ona 46832.26 manat məbləğində maliyyə sankiyası tətbiq edilmiş, 2021-ci il üzrə 103693.79 manat əlavə gəlir vergisi hesablanaraq, ona 51846.90 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş, 2022-ci il üzrə 255753.57 manat əlavə gəlir vergisi hesablanaraq, ona 127876.79 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş, 2021-ci il üzrə 22145.85 manat məbləğində ƏDV hesablanaraq, ona 14691.83 manat məbləğində maliyyə sankiyası tətbiq edilmiş, 2022-ci il üzrə 848.10 manat məbləğində ƏDV hesablanaraq, ona 11149.25 manat məbləğində maliyyə sankiyası tətbiq edilmiş, 2023-cü il üzrə 570156.21 manat məbləğində ƏDV hesablanaraq, ona 285189.07 manat məbləğində maliyyə sankiyası tətbiq edilmiş, Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən 3039.57 manat, Vergi Məcəlləsinin 57.5-ci maddəsinə əsasən 755878.76 manat, Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 8470.83 manat maliyyə sanksiyasının tətbiq edilməsi qərara alınmışdır. Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 3.2-ci maddəsinə əsasən vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. Həmin Məcəllənin 3.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Həmin Məcəllənin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 3.9-ci maddəsinə əsasən vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmalıdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin. Həmin Məcəllənin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 24.0.2-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.62-ci maddəsinə əsasən, pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektronqaimə faktura) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti; 13.2.63. topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektronqaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Həmin Məcəllənin 58.13-cü maddəsinə əsasən bu Məcəlləyə əsasən elektron qaiməfaktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Həmin Məcəllənin 53.1-ci maddəsinə əsasən, Bu Məcəllə ilə müəyyən edilmiş vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə bu Məcəllə, Azərbaycan Respublikasının İnzibati xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə və vergi agentlərinə bu Məcəllə ilə müəyyən edilmiş maliyyə sanksiyaları və faizlər tətbiq edilir. Maliyyə sanksiyası-vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə, vergi agentlərinə və banklara tətbiq edilən pulla ifadə edilmiş tənbeh növüdür. VM-də nəzərdə tutulmuş qaydada vergi orqanları tərəfindən və ya məhkəmə tərəfindən alınır. Həmin Məcəllənin 71.1-ci maddəsinə əsasən, vergi ödəyicisi olan hər hansı şəxs: 70.1.1. həmin şəxsin vergi öhdəliklərinin yaranmasına səbəb ola bilən; 70.1.2. həmin şəxsdə vergi tutulmasına dair öhdəliklər yaranmasına səbəb.ola bilən; 70.1.3. həmin şəxsdə bu Məcəlləyə müvafiq olaraq məlumat verməyə dair öhdəliklər yaranmasına səbəb ola bilən əməliyyatları sənədləşdirməyə borcludur. Həmin Məcəllənin 71.2-ci maddəsinə müvafiq olaraq vergi ödəyiciləri bu Məcəllənin 71.1-ci maddəsində göstərilən uçot sənədlərini qanunvericiliklə müəyyən edilmiş qaydada aparmağa borcludurlar. Həmin Məcəllənin 130.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Həmin Məcəllənin 130.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Vergi qanunvericiliyinin iqtisad məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” 27 noyabr 2003-cü il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən, vergilərlə bağlı işlərə baxılarkən iş üzrə aydın olmayan, vergi orqanı tərəfindən aydınlaşdırılması mümkün olmayan məqamlar, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan halları, habelə vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda onlar vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır. Belə ki, cavabdeh “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********179760 nömrəli Qərarda Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə istinad edərək mənbəyi bəlli məlumat kimi aşağıdakıları göstərmişdir: “təqdim edilmiş mallar üzrə bəyan edilmiş ticarət əlavəsinin vergi orqanlarında mövcud olan uçot-baza məlumatlarına əsasən daha yüksək müəyyən edilməsi; risk(lər)in təsviri-Təqdim edilmiş 2022-ci il üçün mənfəət vergisi bəyannaməsində ticarət əlavəsinin 5,6 faiz müəyyən edildiyi halda vergi orqanında mövcud uçot-baza məlumatlarına əsasən bu dövr üzrə təqdim edilmiş malların ticarət əlavəsinin daha yüksək olduğu müəyyən edilmişdir”. Məhkəmə ilk növbədə bildirir ki, qərarda göstərilən növbədənkənar vergi yoxlamasının başlamasına səbəb olmuş əsas yoxlamanın nəticəsində qəbul edilən yekun inzibati aktda öz təsdiqini tapmamış və əlavə vergi hesablamalarının əsası kimi əks olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, səyyar vergi yoxlaması iddiaçının gəlirlərinin gizlədilməsinə real əsas olmadan formal əsasla başlanmışdır ki, bu da yolverilməzdir. Növbədənkənar səyyar vergi yoxlamasının növbəti səyyar vergi yoxlamasından əsas fərqi inzibati orqanın iradəsi ilə deyil, məhz Vergi Məcəlləsinin 38.3 cü maddəsində sadalanan hallar mövcud olduğu zaman və konkret həmin əsasa dair dövr üzrə təyin olunmasıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının bir sıra qərarlarında, o cümlədən xx.xx.2024-cü il tarixli 2-1(102)-1801/2024 nömrəli qərarında göstərilmişdir ki, “Eyni zamanda növbədənkənar səyyar vergi yoxlaması vergi ödəyicisinin bütün fəaliyyətini deyil, konkret vergi növünü və konkret vergi dövrünün yoxlanılmasını nəzərdə tutur ki, bu da onun növbəti vergi yoxlamasından fərqidir. Məsələn, Vergi Məcəlləsinin 38.3.1-ci maddəsinə əsasən təyin olunan növbədənkənar vergi yoxlaması zamanı hər hansı hesabat dövrünə aid və konkret vergi növü üzrə verginin hesablanması və ödənilməsi üçün zəruri olan vergi hesabatı sənədləri müəyyən edilmiş müddətdə və bu barədə vergi orqanının xəbərdarlığından sonra da təqdim edilmədikdə yalnız həmin vergi növü və hesabat dövrü üzrə növbədənkənar yoxlama keçirilməlidir.”. İş materiallarına əlavə olunmuş səyyar vergi yoxlaması aktından da görünür ki, yoxlama Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən yəni, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildiyi üçün növbədənkənar səyyar vergi yoxlaması təyin olunmuşdur. Halbuki, iddiaçıda növbədənkənar səyyar vergi yoxlaması bütün vergi növləri üzrə aparılmışdır. Yəni, əgər inzibati orqan gəlirin (gəlirin) gizlədilməsi ilə bağlı mənbəyi bəlli olan məlumat əsasında növbədənkənar səyyar vergi yoxlaması təyin edibsə, birmənalı olaraq yalnız konkret vergitutma obyektinin gizlədilmiş dövrü üzrə gəlir (gəlir) vergisi yoxlanıla bilərdi. Göründüyü kimi, cavabdeh tərəfindən növbədənkənar səyyar vergi yoxlaması mənbəyi bəlli olan əsas üzrə başlanılmamış, həmçinin üç illik dövrü əhatə etmişdir ki, bu da yuxarıda qeyd olunanlara uyğun deyil. Məhkəmə qeyd edir ki, səyyar vergi yoxlaması əsassız başladığından artıq yekunda qəbul olunan inzibati akt da formal-hüquqi baxımından qüsurlu olduğundan qanunsuzdur. Səyyar vergi yoxlaması aktının 7-ci səhifəsində Vergi Məcəlləsinin 41.1-ci maddəsinə əsasən vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirildiyi müəyyən olunur. Baxışın keçirilməsinə dair protokollara əsasən ünvan 8 ünvanında yerləşən “Zəngəzur-1” adlı təsərrüfat subyektində karton qutularda müxtəlif növ yuyucu, gigiyenik, kosmetik və s. malların, Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə ŞTQ, Binəqədi şossesi ev.-münvanında yerləşir Zəngəzur-2” adlı təsərrüfat subyektinə baxış zamanı anbarda karton qutularda müxtəlif növ yuyucu, gigiyenik, kosmetik və s. malların, Gəncə şəhəri, Şəddadilər ev. "Brilyant TM"nin yanı m.ünvanında yerləşən “Anbar” adlı təsərrüfat subyektinə baxış zamanı anbarda karton qutularda müxtəlif növ yuyucu, gigiyenik, kosmetik və s. malların, ünvan 14ünvanında yerləşən “GƏNCƏ ANBARİ” adlı təsərrüfat subyektinə baxış zamanı anbarda karton qutularda müxtəlif növ yuyucu, gigiyenik, kosmetik və s. malların saxlandığı müəyyən olunmuşdur. Göründüyü kimi, xx.xx.2024-cü il tarixdə vergi ödəyicisinin anbarına baxış keçirilərək müvafiq protokollar tərtib olunmuşdur. Lakin baxış keçirilməsi barədə məlumatlar da yoxlamaların vahid məlumat reyestrinə daxil edilməmişdir. Bundan başqa xx.xx.2024-cü il tarixli **********180709 nömrəli "SVY zamanı inventarizasiyanın təyin edilməsi haqqında" qərarına əsasən vergi ödəyicisinə məxsus təssərüfat subyektlərində(obyekt kodu **********-10003, **********-10002, **********- 23001,**********-23002) mal qalığının müəyyən edilməsi məqsədilə inventarizasiya keçirilmişdir. Lakin yoxlamaların vahid məlumat reyestrində bu barədə məlumat qeyd edilməmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 2.1-ci maddəsinə görə, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Azərbaycan Respublikasının Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında əsasnamə”nin: 3.3-cü bəndinə əsasən, Reyestrə sahibkarlarla bağlı aşağıdakı məlumatlar daxil edilir: 3.4.9. yoxlamanın növü (yoxlama, araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və s.); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 12 iyun tarixli 82 nömrəli qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasi zamanı vergi orqanları tərəfindən inventarizasiyanın aparilmasi” Qaydalarinın 2.2-ci bəndində qeyd olunmuşdur: Əmlakın faktiki mövcudluğunun yoxlanılmasının başlanılmasına qədər vergi orqanının inventarizasiyanı keçirən vəzifəli şəxsi (şəxsləri) tərəfindən inventarizasiya başlanan vaxt sonuncu mədaxil və məxaric sənədləri və ya maddi qiymətlilərin və pul vəsaitlərinin hərəkəti haqqında hesabatlar alınır. Həmin Qaydaların 2.4-cü bəndinə əsasən inventarizasiya zamanı əmlakın faktiki mövcudluğu onların sayılması, çəkilməsi və ölçülməsi yolu ilə müəyyən olunur. ”Əmlakın və digər qiymətlilərin inventarizasiya” aktında inventarizasiyanın Bakı şəhərində yerləşən 2 təsərrüfat subyekti üzrə xx.xx.2024-cü il saat 10:00-da başlanıldığı və xx.xx.2024-cü il saat 14:00-da başa çatdığı, Gəncə şəhərində yerləşən 1 təsərrüfat subyekti üzrə xx.xx.2024-cü il saat 16:00-da başlanıldığı və xx.xx.2024-cü il saat 17:00-da başa çatdığı müəyyən olunur. İnventarizasiyanın keçirilməsi ilə bağlı işdə olan sənədlərdən görünür ki, vergi orqanı tərəfindən inventarizasiya başlanan vaxt sonuncu mədaxil və məxaric sənədləri və ya maddi qiymətlilərin və pul vəsaitlərinin hərəkəti haqqında hesabatlar alınmamış, həmçinin inventarizasiya zamanı malların faktiki mövcud olduğu qeyd olunsa da malların sayılması, çəkilməsi və ölçülməsi ilə bağlı hər hansı bir hərəkət edilməmişdir və 4 obyekt üzrə inventarizasiya aparılmalı olsa da xx.xx.2024-cü il tarixli ”Əmlakın və digər qiymətlilərin inventarizasiya” aktlarından görünür ki, yalnız 3 obyekt üzrə: Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə ŞTQ, Binəqədi şossesi ünvanında yerləşən (obyekt kodu: **********-10003, **********-10002) təsərrüfat subyektlərində və ünvan 14ünvanında yerləşən “GƏNCƏ ANBARİ” adlı (obyekt kodu: **********-23001) təsərrüfat subyektində formal inventarizasiya aparılmışdır. ”Əmlakın və digər qiymətlilərin inventarizasiya” aktında qeyd olunmuşdur: Vergi ödəyicisinə məxsus yuxarıda qeyd olunan ünvanda və digər hanısa ünvanda əsas vəsaitlərin, xammal, materialların və malların, nağd pul vəsaitlərin, habelə digər sərvətlərin olmaması aşkar edildi. Fiziki şəxsin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X7 fiziki şəxsə məxsus olan bütün malların xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-yə təqdim edildiyi bildirilmişdir. İnventarizasiya nəticəsində malların faktiki olaraq mövcud olduğu görsənsə də, fiziki şəxsin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi tərəfindən malların "xxxx" MMC-yə təqdim edildiyi bildirilmişdir. Səyyar vergi yoxlaması aktının 12-ci səhifəsində inventarizasiya keçirilən tarixə 3150784,73 manat məbləğində mal qalığı aşkar edilərək, əskik gələn malların dəyəri Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsasən yoxlanılan dövrün sonuncu ayının, yəni 2023-cü il noyabr ayı ƏDV bəyannaməsinə əlavə edildiyi müəyyən olunur. Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsasən vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında (mühasibat uçotu və ilkin uçot sənədlərində) göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. Bu maddənin məqsədləri üçün təqdim edilən mallar bir əqd və ya müqavilə üzrə təqdim edilmiş hesab edilir. Qeyd olunan normanın təhlili zamanı müəyyən olunur ki, həmin maddə üzrə vergi öhdəliyi vergi orqanı tərəfindən o zaman müəyyən edilə bilər ki, uçot məlumatlarında (mühasibat uçotu və ilkin uçot sənədlərində) göstərilən mallar faktiki olaraq vergi ödəyicisinin sahibliyində olmadığı aşkar edilsin. Məhkəmə qeyd edir ki, vergi orqanı qeyd olunan maddəni düzgün tətbiq etməmişdir. Belə ki, vergi orqanı tərəfindən keçirilmiş baxış və inventarizasiya zamanı malların faktiki mövcudluğu müəyyən edilməsinə baxmayaraq fiziki şəxsin etibarnamə üzrə səlahiyyətli nümayəndəsinin izahatını əsas götürməklə faktiki olaraq formal invertarizasiya aparmışdır. Halbuki, malların faktiki olaraq vergi ödəyicisinin sahibliyində olmaması halı vergi orqanı tərəfindən real inventarizasiya aparılmaqla müəyyən edilməli idi. Həmçinin məhkəmə qeyd edir ki, SVY aktına əsasən Gəncə şəhəri, Şəddadilər ev."Brilyant TM"nin yanı m.ünvanında yerləşən “Anbar” adlı təsərrüfat subyektinə baxış zamanı anbarda karton qutularda müxtəlif növ yuyucu, gigiyenik, kosmetik və s. malların müəyyən edilməsinə baxmayaraq qeyd olunan təsərrüfat subyektində inventarizasiya aparılmamışdır. Bundan başqa, səyyar vergi yoxlaması aktının 14-23-cü səhifələrinə əsasən cavabdehin şərti rentabellik norması tətbiq etməklə 2020-ci və 2022-ci il üzrə gəlir vergisi hesabladığı müəyyən olunur. Məhkəmə tərəfindən iddiaçı tərəfindən iş materiallarına əlavə olunan 2020-ci və 2022-ci ilin gəlir və xərc sənədlərinin araşdırılması zamanı həmin illərin gəlir vergisi bəyannamələri göstəricilərinin sənədlərlə təsdiq olunduğu müəyyən olunur. Belə olan halda cavabdeh tərəfindən şərti rentabellik normasının tətbiq olunmasına əsas mövcud olmamışdır. Halbuki, müvafiq xərc sənədləri (yük gömrük bəyannamələri, yanacağın alışına dair elektron qaimə-fakturalar, bank və sığorta xərcləri, icarə xərcləri, əmək haqqı və sosial siğorta haqları) vergi orqanının uçot-baza məlumatlarında mövcud olmuşdur. Məhkəmə ilk növbədə bildirirki, iddiaçının mal alışı əsas etibarı ilə idxaldan formalaşmışdır. Yoxalama aktıdan da müəyyən edilir ki, sənədsiz mal alışı mövcud olmamışdır. Belə ki, iddiaçının xərclərinin əksər hissəsinın malın dəyərinin təşkil etməsinə və xərclərin yük gömrük bəyannamələri ilə təsdiqini tapmasına baxmayaraq cavabdehin fərdi sahibkarın xərc sənədlərinin təqdim olunmamasını əsas gətirərək Vergi Məcəlləsinin 83.9-cu maddəsini tətbiq etməklə NK-nın 55 saylı qərarına əsasən vergilərin hesablanması qanunsuzdur. Bundan başqa, şərti rentabellik normasının tətbiqi ilə bağlı Ali Məhkəmənin formalaşmış vahid təcrübəsinə görə (2022-ci ilədək vergi dövrləri üzrə) vergi orqanı ilk növbədə Vergi Məcəlləsinin 67.1.1-67.1.9-cu maddəsində əks olunmuş əlaqəli məlumatlardan, həmin məlumatlar yetərli olmadıqda analoji vergi ödəyicisinin məlumatlarından, son zərurət halında isə şərti rentabellik normasını tətbiq etməklə gəliri(gəliri) müəyyən etməlidir. Hazırki iş üzrə isə ümumiyyətlə hər hansı gəlir və ya xərc sənədinin əskik olması müəyyən edilmədiyindən Vergi Məcəlləsinin 67-ci maddəsinin tətbiqinə hər hansı zərurət mövcud olmamışdır. Bununla da, cavabdeh tərəfindən 2020-ci və 2022-ci illər üzrə gəlir vergisinin əsassız hesablandığı müəyyən olunur. Cavabdeh Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən iddiaçı barəsində 8470.83 manat manat məbləğində sanksiya tətbiq etmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli "Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları"nın təsdiq edilməsi haqqında qərarının 1.2-ci maddəsinə əsasən elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilməklə elektron formada hazırlanan və vergi orqanında uçotda olan şəxslərə göndərilən ilkin uçot sənədidir. Həmin Qaydaların 1.5-ci maddəsinə əsasən vergi ödəyicisi kimi uçotda olmayan alıcıya iş, xidmət və pərakəndə qaydada mal təqdim edildikdə, ona qəbz və ya çek verilir. Yuxarıda qeyd edilənlərdən anlaşıldığı kimi VÖEN-i olmayan malların satışı (təqdim edilməsi) isə alıcıya pərakəndə satış qaydasında son istehlak məqsədi ilə satışı anlamını verir və məhz bu baxımdan belə alıcılara elektron qaimə-fakturanın verilməsi barədə Vergi Məcəlləsində tələb nəzərdə tutulmur, həmin şəxslərə nəzarət-kassa aparatının çekinin və ya mədaxil qəbzinin verilməsi kifayət edər. Yuxarıda sadalanan qanunvericilik normalarından, Vergi Məcəlləsinin tələblərindən də aydın olur ki, pərakəndə satış zamanı vergi ödəyicisi olmayan alıcılara elektron qaimə fakturanın verilməsi nəzərdə tutulmur, həmin şəxslərə nəzarət-kassa aparatının çekinin və ya mədaxil qəbzinin verilməsi kifayətdir. İş materialları ilə müəyyən olunur ki, iddiaçının fəaliyyət növlərindən biri pərakəndə ticarət fəaliyyəti olmuş və sahibkarlıq fəaliyyəti göstərdiyi obyektdə nəzarət kassa aparatının quraşdırılması da bu faktı təsdiq edir. Həmin nəzarət kassa aparatının vergi orqanı tərəfindən təsdiq edilməsi isə sonuncunun iddiaçının pərakəndə satış fəaliyyəti ilə məşğul olmasına razılığını ifadə edir. Başqa sözlə desək, iddiaçı vergi orqanında həm pərakəndə, həm də topdansatış ticarət fəaiyyəti göstərən vergi ödəyicisi kimi uçota alınmışdır. Cavabdehin dəlilinin əksinə olaraq qanunverici, topdansatış fəaliyyəti ilə məşğul olan sahibkara pərakəndə satış fəaliyyətini qadağan etmir. Vergi ödəyicisinin vergi orqanında topdansatış ticarət fəaliyyəti göstərən şəxs kimi uçota alınması onun başqa fəaliyyət növü (və ya növləri) ilə məşğul olmasını istisna etmir. Bundan başqa, iş materiallarına əlavə edilmiş vergi ödəyicisi haqqında məlumatdan aydın olur ki, iddiaçının vergi orqanında uçota alınmış fəaliyyət növləri olaraq “ətirlərin və kosmetika mallarinin (sabun da daxil olmaqla) topdan satişi”, “ixtisaslaşdirilmiş mağazalarda kosmetika və ətriyyat mallarinin pərakəndə satışı” olmuşdur. Başqa sözlə desək, iddiaçı vergi orqanında həm pərakəndə, həm də topdansatış ticarət fəaliyyəti göstərən vergi ödəyicisi kimi uçota alınmışdır. Yəni, cavabdeh vergi orqanı iddiaçı tərəfindən nəzarət kassa aparatı vasitəsilə pərakəndə ticarət qaydasında satılmış malların əslində topdansatış qaydasında satılmasını iddia etsə də, bu halı məhkəmə araşdırması zamanı sübuta yetirə bilməmişdir. Halbuki, vergi orqanı inzibati orqan kimi inzibati icraat apararkən "İnzibati icraat haqqında” Qanunun müddəalarını nəzərə almalıdır. Belə ki, inzibati orqan kimi vergi orqanı inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur, maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz, işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir və təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının bir sıra qərarlarında, o cümlədən xx.xx.2024-cü il tarixli 2-1(102)-1595/2024 nömrəli qərarında göstərilmişdir ki, “Cavabdeh iddiaçının yalnız topdansatış fəaliyyəti həyata keçirdiyini iddia edirsə, bununla bağlı konkret təsdiqedici sənədlərə istinad etməlidir. Yəni, cavabdeh iddiaçı tərəfindən nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirilmiş malların pərakəndə satışı zamanı malların alıcılarının vergi ödəyiciləri olduğunu hesab edirsə, bununla bağlı sübutları məhkəməyə təqdim etməli idi. Çünki qanunvericilikdə hansı həcmdə və məbləğdə aparılan satış əməliyyatlarının topdansatış, hansının isə pərakəndə satış hesab olunması həddi müəyyən edilmədiyi üçün məhkəmə yalnız qeyd olunan halı təsdiq edən sənədlər əsasında fəaliyyətin xarakterini müəyyən edə bilər. Həmçinin, topdansatış ticarətlə yanaşı, pərakəndə ticarət qaydasında malların satışını da həyata keçirən iddiaçı həmin fəaliyyət üzrə malların satışı zamanı elektron qaimə-faktura təqdim etmək vəzifəsi daşımamış və hər hansı alıcının sahibkar olaraq elektron qaimə-faktura tələb etməsi işdə olan sənədlərlə təsdiq olunmamışdır”. Cavabdeh Vergi Məcəlləsinin 57.5-ci maddəsinə əsasən 755878.76 manat manat məbləğində sanksiya tətbiq etmişdir. Vergi Məcəlləsinin 16.1.11-11-ci maddəsinin yoxlama dövründə qüvvədə olan redaksiyasına əsasən vergi ödəyicisinin vergi orqanında uçota alınmış bir təsərrüfat subyekti (obyekti) olduğu halda bu maddədə nəzərdə tutulan məlumat forması vergi orqanına təqdim edilmirdi. Bu halda idxal edilmiş mallar həmin təsərrüfat subyektinə (obyektinə) boşaldılmış hesab olunurdu. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında xx.xx.2024cü il tarixli Azərbaycan Respublikasinin Qanununa əsasən Vergi Məcəlləsinin 16.1.11- 11.1-ci maddəsi ləğv edilmiş və vergi ödəyicisinin bir və ya bir neçə təsərrüfat subyekti olduğu halda belə maddədə nəzərdə tutulan məlumat formasının vergi orqanına təqdim edilməsi tələbi aradan qaldırılmışdır. Məhkəmə qeyd edir ki, yoxlama dövründə iddiaçının birdən çox təsərrüfat subyekti olmasına baxmayaraq Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikasinin Qanununa əsasən Vergi Məcəlləsinin 16.1.11-11.1-ci maddəsinin ləğv edildiyi nəzərə alınaraq Azərbaycan Respublikasinin Konstitusiyasinin 149-cu maddəsinin 7-ci bəndinə və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 87.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilməli və Vergi Məcəlləsinin 57.5-ci maddəsinə əsasən tətbiq edilən 755878.76 manat sanksiya məbləği ləğv edilməlidir. Bundan başqa, cavabdeh Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən iddiaçı barəsində 3039.57 manat manat məbləğində sanksiya tətbiq etmişdir. Yuxarıda qeyd olunduğu kimi, cavabdeh səyyar vergi yoxlamasını Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə zidd olaraq əsassız başladığından və bu səbəbdən inzibati akt formal-hüquqi baxımdan qüsurlu olduğundan qeyd olunan hissələrdə də qərar əsassızdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3- ci maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-943/2024 nömrəli, xx.xx.2024cü il tarixli, 2-1(102)-769/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 2-1(102)-1801/2024 nömrəli, xx.xx.2024-cü il tarixli və 2-1(102)-2445/2024 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********188073 nömrəli qərar qanunsuz olduğundan ləğv edilməlidir. İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-nin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-nin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edə bilər. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Məhkəmə həmçinin məhkəmə prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İPM-nin 69.5-ci maddəsinin tələbinə görə məhkəmə qərarının nəticəvi hissəsində, həmçinin, prosessual xərclər də göstərilməlidir. Həmin Məcəllənin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Yenə həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən, prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 32, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhər Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul olunmuş “Vergi ödəyicinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********188073 nömrəli qərar ləğv edilsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Sədrlik edən Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar