Məhkəmə qərarları › İş №e-2-1(120)-3412/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(120)-3412/2023

25.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № e-2-1(120)-3412/2023 25.08.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı «sənədlərin iddiaçıya təqdim olunması» tələbinə dair iddiası üzrə inzibati işə 25 avqust 2023-cü il tarixdə Şirvan İnzibati Məhkəməsinin binasında (ünvan: ünvan 2 E T D İ : İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə ilkin mühasibat sənədlərinin: (bank(onlayn ödənişlərin daxil olmaqla)və kassa ödəniş sənədləri,alınmış və satılmış mallar üzrə bağlanmış müqavilələr,təhvil təslim aktları,neft məhsullarının alınması zamanı tərtib olunmuş e-qaimə fakturalar(alınmış malların daşınmasını təsdiq edən e-qaiməyə əlavə ilə birlikdə) malların satışını təsdiq edən e-qaimələr,mal-materialların hərəkəti barədə aylıq material hesabatları,xüsusi razılıq(lisenziya)tələb olunan fəaliyyətlə məşğul olmaq üçün alınmış xüsusi razılıq (lisenziya),mətbəələrdən alınmış ciddi hesabat blankların hərəkəti barədə (blankların alınması,istifadə alınması,istifadə olunması,korlanması,itirilməsi və xx.xx.2023-cü il tarixə qalıq sayı barədə seriya və nömrələri göstərməklə)hesabat,nağd pul vəsaitlərinin hərəkəti barədə aylıq daxili kassa hesabatları,əsas vəsaitlərin mövcudluğu və hərəkət barədə(2020-ci,2021-ci və 2022-ci illər üzrə olmaqla)hesabatlar,hüquqi və fiziki şəxslərlə bağlanmış bütün təsərrüfat müqavilələri,tutmaları və ayırmaları göstərməklə işçilərə hesablanmış aylıq əmək haqqı cədvəlləri,2020-ci ilingəlir vergisi bəyənnaməsinin yoxlanılması üçün xx.xx.2020-ci iltarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üzrə gəlir və xərcləri təsdiq edən ilkin mühasibət sənədləri,əsas vəsaitlərin mövcudluğu və hərəkəti barədə hesabatların,debitor və kreditorların yoxlama dövrünün əvvəlinə və sonuna adlı siyahısı,ƏDV məqsədləri üçün xx.xx.2020-ci il tarixə,xx.xx.2021-ci il tarixə,xx.xx.2022-ci il tarixə və xx.xx.2023-cü il tarixə debitor borcların adlı siyahısı,banklardan və digər kredit təşkilatlarından alınmış kreditlərin hərəkəti barədə(kreditin istifadə olunduğu təyinat,əsas məbləği və faiz məbləği üzrə ödəniş sənədlərinin təsdiq olunmuş (imza və möhürlə) surətlərini Cavabdeh götürülərək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinə təqdim olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 8 saylı Ərazi Vergilər İdarəsi bildirir ki, İdarənin xx.xx.2023-cü il tarixli **********171391 saylı “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarına əsasən xx.xx.2020-cü il tarixdən xx.xx.2023-ci il tarixədək olan vergi dövrünü əhatə etməklə fərdi sahibkar Cavabdeh (VÖEN:**********) növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Səyyar vergi yoxlamasına xx.xx.2023-cü il tarixdə başlanılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli KY231918505 saylı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” Çıxarış, xx.xx.2023-cü il tarixli **********171391 saylı “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərar və xx.xx.2023-cü il tarixli **********171462 saylı “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” Tələbnamə xx.xx.2023-cü il tarixli **********805300 №-li məktubla Cavabdeh elektron poçtuna göndərilmişdir. Tələbnamədə göstərilən müddətin keçməsinə baxmayaraq, tələb olunan sənədlərin təsdiq olunmuş surətləri vergi orqanının yoxlamanı keçirən vəzifəli şəxsinə və ya 8 saylı Ərazi Vergilər İdarəsinə təqdim edilməmişdir. Vergi Məcəlləsinin 23-cü və 43-cü maddələrinə əsasən “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2023-cü il tarixli **********172487 saylı Qərar çıxarılmışdır. Vergi yoxlamasının keçirilməsi üçün tələb olunan xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan vergi dövrünü əhatə edən ilkin mühasibat sənədlərinin: (bank(onlayn ödənişlər daxil olmaqla) və kassa ödəniş sənədləri,alınmış və satılmış mallar üzrə bağlanmış müqavilələr,təhvil təslim aktları,neft məhsullarının alınması zamanı tərtib olunmuş e-qaimə fakturalar(alınmış malların daşınmasını təsdiq edən e-qaimə əlavə ilə birlikdə(,malların satışını təsdiq edən eqaimələr,mal-materialların hərəkəti barədə aylıq material hesabatları,xüsusi razılıq(lisenziya)tələb olunan fəaliyyətlə məşğul olmaq üçün alınmış xüsusi razılıq(lisenziya) mətbəələrdən alınmış cidd hesabat blankların hərəkəti barədə(blankların alınması,istifadə olunması,korlanması,itirilməsi və xx.xx.2023-cü il tarixə qalıq sayı barədə seriya və nömrələr göstərilməklə)hesabat,nağd pul vəsaitlərinin hərəkəti barədə aylıq daxili kassa hesabatları,əsas vəsaitlərin mövcüdluğu və hərəkəti barədə(2020-ci,2021-ci və 2022-ci illər üzrə olmaqla)hesabatlar,hüquqi və fiziki şəxslərlə bağlanmış bütün təsərrüfat müqavilələri,tutmalar və ayırmalar göstərilməklə işçilərə hesablanmış aylıq əmək haqqı cədvəlləri,2020-ci ilin gəlir vergisi,bəyanaməsinin yoxlanılması üçün xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üzrə gəlir və xərcləri təsdiq edən ilkin mühasibət sənədlərin,əsas vəsaitlərin mövcudluğu və hərəkət barədə hesabatların,debitor və kreditorların yoxlama dövrünün əvvəlinə və sonuna adlı siyahısı,ƏDV məqsədləri üçün xx.xx.2020-ci il tarixə,xx.xx.2022-ci il tarixə və xx.xx.2023-cü tarixə debitor borcların adlı siyahısı,bankların və digər kredit təşkilatlarından alınmış kreditlərin hərəkəti barədə(kreditin istifadə olunduğu təyinat,əsas məbləği və faizi məbləği və faiz məbləği üzrə ödəniş sənədlərinin təsdiq olunmuş(imza və möhürlə) surətlərinin yoxlamaya təqdim edilməsinə görə xx.xx.2023-cü tarixli”Sənədlərin və nümunə kimi əşyaların verilməsindən imtina barədə” Akt tərtib olunmuşdur Beləliklə, səyyar vergi yoxlamasının keçirilməsi üçün yuxarıda qeyd olunan sənədlərin əldə edilməsi mümkün olmamışdır. Odur ki, səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan xx.xx.2020-cu il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə ilkin mühasibat sənədlərinin: (bank(onlayn ödənişlər daxil olmaqla) və kassa ödəniş sənədləri,alınmış və satılmış mallar üzrə bağlanmış müqavilələr,təhvil təslim aktları,neft məhsullarının alınması zamanı tərtib olunmuş e-qaimə fakturalar(alınmış malların daşınması təsdiq edən e-qaimə əlavə ilə birlikdə), malların satışını təsdiq edən e-qaimələr,malmaterialların hərəkəti barədə aylı material hesabatları,xüsusi razılıq(lisenziya) tələb olunan fəaliyyətlə məşğul olmaq üçün alınmış xüsusi razılıq(lisenziya),mətbəələrdən alınmış ciddii hesabat blankların hərəkəti barədə (blanlkarın alınması,istifadə olunmas,korlanması,itirilməsi və xx.xx.2023-cü il tarixə qalıq sayı barədə seriya və nömrələri göstərilməklə)hesabat,nağd pul vəsaitlərinin hərəkəti barədə aylıq daxili kassa hesabatları,əsas vəsaitlərin mövcüdluğu və hərəkəti barədə(2020-ci,2021-ci və 2022-ci illər üzrə olmaqla) hesabatlar,hüquqi və fiziki şəxslərlə bağlanmış bütün təsərrüfat müqavilələri və ayrmalar göstərilməklə işçilərə hesablanmış aylıq əmək haqqı cədvəlləri,2020-ci ilin gəlir vergisi bəyanməsinin yoxlanılması üçün xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üzrə gəlir və xərcləri təsdiq edən ilkin mühasibət sənədlərin,əsas vəsaitlərin mövcudluğu və hərəkəti barədə hesabatların,debitor və kreditorların yoxlama dövrünün əvvəlinə və sonuna adlı siyahı,ƏDV məqsədləri üçün xx.xx.2020-ci il tarixə,xx.xx.2021-ci il tarixə,xx.xx.2022-ci il tarixə və xx.xx.2023-cü il tarixə debitor borcların adlı siyahısı,banklardan və digər kredit təşkilatlarından alınmış kreditlərin hərəkəti barədə(kreditin istifadə olunduğu təyinat,əsas məbləği və faiz məbləği üzrə ödəniş sənədlərinin təsdiq olunmuş(imza və möhürlə) surətlərinin Cavabdeh götürülərək İqtisadiyyat Nazirliyi yanənda Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinə və ya vergi orqanının yoxlamanı keçirən vəzifəli şəxsinə təqdim olunması barədə qərar çıxarılmasını etmişlər. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi və cavabdeh isə gəlməmişdir. Məhkəmə iş materiallarına əsaslanaraq və İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, inzibati işə iddiaçının nümayəndəsinin və cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, İPM-in 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüquqları sırasındadır. Həmin Məcəllənin 36.1-ci maddəsinə görə vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Həmin Məcəllənin 42.1-ci maddəsinə görə səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Sənədlərin və ya elektron faylların verilməsi barəsində tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 15 iş günü müddətində vergi orqanına təqdim etməlidir. Həmin Məcəllənin 42.2-ci maddəsinə görə səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının vəzifəli şəxsinə tələb olunan sənədlər vergi ödəyicisi tərəfindən bu Məcəllənin 42.1-ci maddəsinin ikinci abzasında göstərilən müddətdə təqdim edilmədikdə və ya həmin sənədlərin və ya elektron faylların onda olmaması vergi ödəyicisi tərəfindən bildirildikdə, yoxlamanı həyata keçirən vergi orqanının vəzifəli şəxsləri və vergi ödəyicisi tərəfindən imzalanan akt tərtib edilir. Vergi ödəyicisi həmin aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda qeyd edilir. Tərtib olunmuş aktın surəti vergi ödəyicisinə verilir. Tələb olunan sənədləri və ya surətlərini səyyar vergi yoxlamasının keçirildiyi müddətdə digər mənbələrdən əldə etmək mümkün olmadıqda, həmin akta əsasən vergi orqanının ödənilməli olan vergi məbləğlərini bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada müəyyən etmək hüququ vardır. Həmin Məcəllənin 42.3-cü maddəsinə görə səyyar vergi yoxlaması üçün zəruri olan vergi orqanı tərəfindən tələb edilən sənədlərin və ya elektron faylların vergi ödəyicisi tərəfindən vergi orqanına verilməsindən imtina edilməsi və ya bu Məcəllənin 42.1-ci maddəsində göstərilən müddətdə təqdim edilməməsi qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. Bu maddədə göstərilən qaydada sənədlərin və ya elektron faylların təqdim edilməsindən imtina edildikdə, səyyar vergi yoxlamasını həyata keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş qaydada sənədlərin götürülməsini həyata keçirə bilər. Həmin Məcəllənin 43.1-ci maddəsinə görə sənədlərin və nümunə kimi əşyaların götürülməsinə səyyar vergi yoxlaması və operativ vergi nəzarəti keçirildikdə yol verilir. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən səyyar vergi yoxlaması keçirildikdə yoxlamanın predmetinə aid olan və vergilərin hesablanması üçün tələb olunan vergi ödəyicisi tərəfindən təqdim olunan sənədlərin və əşyaların öyrənilməsinə əlavə vaxt tələb olunduğu halda, həmçinin təqdim olunmuş sənədlərdə vergi qanunvericiliyinin pozulması halları müəyyən edildikdə və ya bu pozuntular bilavasitə əşyalarla bağlı olduqda, səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 42-ci maddəsinə müvafiq olaraq ona təqdim edilmiş sənədləri və nümunə kimi əşyaları götürə bilər. Vergi ödəyicisi tərəfindən yoxlamanı bilavasitə həyata keçirən vəzifəli şəxsə verilən sənədlərin və nümunə kimi əşyaların götürülməsi vergi orqanının rəhbərinin (onun müavininin) əsaslandırılmış qərarı ilə həyata keçirilir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən sənədlərin vergi ödəyicisi tərəfindən təsdiq olunmuş surətləri götürülür. Həmin Məcəllənin 43.4-cü maddəsinə görə sənədlər və nümunə kimi əşyalar vergi ödəyicisinin iş vaxtı (faktiki iş vaxtı) ərzində götürülür. Həmin Məcəllənin 43.5-ci maddəsinə əsasən səyyar vergi yoxlaması zamanı vergilərin hesablanması üçün zəruri olmayan sənədlərin və nümunə kimi əşyaların götürülməsi qadağandır. Həmin Məcəllənin 43.6-cı maddəsinə görə sənədlərin və nümunə kimi əşyaların götürülməsi sənədləri və əşyaları götürülən şəxslərin və (və ya) onların nümayəndələrinin iştirakı ilə həyata keçirilir. Zəruri hallarda sənədlərin və nümunə kimi əşyaların götürülməsində iştirak etmək üçün mütəxəssis dəvət oluna bilər. Həmin Məcəllənin 43.7-ci maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsi sənədlərin və nümunə kimi əşyaların götürülməsinə qədər götürülmə barədə vergi orqanının rəhbərinin (onun müavininin) əsaslandırılmış qərarını təqdim edir və iştirak edən şəxslərə onların hüquq və vəzifələrini izah edir. Həmin Məcəllənin 43.8-ci maddəsinə əsasən sənədlərin və nümunə kimi əşyaların götürülməsi barədə bu Məcəllənin 48-ci maddəsinin tələblərinə riayət etməklə protokol tərtib edilir. Həmin Məcəllənin 43.11-ci madddəsinə əsasən vergi ödəyicisinin bu maddədə nəzərdə tutulmuş qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı madəssinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İşdə olan sənədlər əsasında aparılmış məhkəmə araşdırılması ilə müəyyən edilir ki, xx.xx.2023-cü il tarixli **********171391 nömrəli qərarına əsasən iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən Vergi Məcəlləsinin 23, 43-cü maddələri əsas tutularaq “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********171391 nömrəli qərar ilə vergi ödəyicisi olan Cavabdeh xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan vergi dövrünü əhatə edən fəaliyyəti üzrə qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli,**********171462 nömrəli Tələbnamədən görünür ki, iddiaçı tərəfindən Vergi Məcəlləsinin 23-cü, 36-cı, 37-ci və 42-ci maddələri əsas tutularaq Cavabdeh (VÖEN:**********) -dən(dan) xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il olan vergi dövrünü əhatə edən ilkin mühasibat sənədlərinin: (bank(onlayn ödənişlər daxil olmaqla) və kassa ödəniş sənədləri,alınmış mallar üzrə bağlanmış müqavilələr,təhvil təslim aktları,neft məhsullarının alınması zamanı tərtib olunmuş e-qaimə fakturalar(alınmış malların daşınmasını təsdiq edən e-qaimə əlavə ilə birlikdə),malların satışını təsdiq edən e-qaimələr mal-materilalların hərəkəti barədə aylıq material hesabatlar,xüsusi razılıq(lisenziya)tələb olunan fəaliyyətlə məşğul olmaq üçün alınmış xüsusi razılıq(lisenziya),mətbəələrdən alınmış ciddi hesabat blankların hərəkəti barədə(blankların alınması,istifadə olunması,korlanması,itirilməsi və xx.xx.2023-cü il tarixə qalıq sayı barədə seriya və nömrələri göstərilməklə)hesabat,nağd pul vəsaitlərinin hərəkəti barədə aylıq daxili kassa hesabatları,əsas vəsaitlərin mövcüdluğu və hərəkəti barədə(2020-ci,2021-ci və 2022-ci illər üzrı olmaqla) hesabatlar,hüquqi və fiziki şəxslərlə bağlanmış bütün təsərrüfatı müqavilələri,tutulmalar və ayırmalar göstərilməklə işçilərə hesablanmış aylıq əmək haqqı cədvəlləri 2020-ci ilin mənfəət vergisi bəyannaməsinin yoxlanılması üçün xx.xx.2020-ci il tarixədək olan dövr üzrə gəlir və xərcləri təsdiq ilkin mühasibət sənədlərin,əsas vəsaitlərin mövcudluğu və hərəkəti barədə hesabatların,debitor və kreditorların yoxlama dövrünün əvvəlinə və sonuna adlı siyahısı,ƏDV məqsədləri üçün xx.xx.2020-ci il tarixə,xx.xx.2021-ci il tarixə,və xx.xx.2023-cü il tarixə debitor borcların adlı siyahısı,banklardan və digər kredit təşkilatından alınmış kreditlərin hərəkəti barədə(kreditin istifadə olunduğu təyinat,əsas məbləği və faizi məbləği üzrə ödəniş sənədlərinin təsdiq olunmuş (imza və möhürlə) surətlərinin götürülməsi həyata keçirilməsi üçün xx.xx.2023-cü il tarixli **********171462 nömrəli Tələbnamə tərtib edilmişdir. İş materiallarında olan xx.xx.2023-ci il tarixli **********172487 nömrəli qərardan görünür ki, iddiaçı tərəfindən “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2023-cü il tarixli **********172487 nömrəli qərar qəbul edilmiş və həmin qərarda yoxlanılan vergi dövrünə aid zəruri olan sənədlərin cavabdehdən götürülməsinin həyata keçirilməli olduğu göstərilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Aktdan görünür ki, “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2023-cü il tarixli **********172487 nömrəli qərar xx.xx.2023-cü il tarixdə Cavabdeh təqdim edilmiş, lakin cavabdeh vergilərin hesablanması üçün zəruri olan sənədləri təqdim etməkdən imtina etmişdir. Məhkəmə tərəfindən sübut qismində qəbul edilmiş, iş materiallarında olan sənədlərə əsasən müəyyən edilir ki, səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlər iddiaçı Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qanunla müəyyən edilmiş qaydada xx.xx.2023-cü il tarixli, **********171462 nömrəli Tələbnamə ilə cavabdehdən tələb edilsə də, cavabdeh tərəfindən vergi orqanına təqdim edilməmişdir. Məhkəmə işin faktiki hallarını sadalanan qanunvericilik normalarına tətbiq edərək, eləcə də vergi orqanı tərəfindən həyata keçirilən müvafiq səyyar vergi yoxlamasının tam, hərtərəfli və obyektiv apaarılması zəruriliyini nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçının tələbi əsaslıdır və təmin olunmalıdır. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutların məcmusuna yuxarıda qeyd edilən hüquq normaları daxilində hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan xx.xx.2020ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə ilkin mühasibat sənədlərinin: (bank(onlayn ödənişlər daxil olmaqla) və kassa ödəniş sənədləri alınmış və satılmış mallar üzrə bağlanmış müqavilələr,təhvil təslim aktları,neft məhsularının alınması zamanı tərtib olunmuş e-qaimə fakturalar(alınmış malların daşınmasını təsdiq edən e-qaiməyə əlavə ilə birlikdə) malların satışını təsdiq edən e-qaimələr,mal-materialların hərəkəti barədə aylıq material hesabatları, xüsusi razılıq(lisenziya) tələb olunan fəaliyyətlə məşğul olmaq üçün alınmış xüsusi razılıq(lisenziya),mətbəələrdən alınmış ciddi hesabat blankların hərəkəti barədə(blankların alınması,istifadə olunması,korlanması,itirilməsi və xx.xx.2023-cü il tarixə qalıq sayı barədə seriya və nömrələri göstərməklə)hesabat,nağd pul vəsaitlərinin hərəkəti barədə aylıq daxili kassa hesabatları,əsas vəsaitlərin mövcüdluğu və hərəkəti barədə(2020ci,2021-ci və 2022-c illər üzrə olmaqla) hesabatlar,hüquqi və fiziki şəxslərlə bağlanmış bütün təsərrüfat müqavilələri,tutulmaları və ayırmalar göstərilməklə işçilərə hesablanmış aylıq əmək haqqı cədvəlləri,2020-ci ilin gəlir vergisi bəyannaməsi yoxlanılması üçün 01.01.202-ci il tarixdən xx.xx.2020-ci il tarixdək olan dövr üzrə gəlir və xərcləri təsdiq edən ilkin mühasibət sənədlərin,əsas vəsaitlərin mövcudluğu və hərəkəti barədə hesabatların,debitor və kreditorların yoxlama dövrünün əvvəlinə və sonuna adlı siyahısı,ƏDV məqsədləri üçün xx.xx.2020-ci il tarixə,xx.xx.2021-ci il tarixə,xx.xx.2022-ci il tarixə və xx.xx.2023-cü il tarixə debitor borcların adlı siyahısı,banklardan və digər kredit təşkilatlarından alınmış kreditlərin hərəkəti barədə(kreditin istifadəsi olunduğu təyinat,əsas məbləği və faiz məbləği üzrə ödəniş sənədlərinin təsdiq olunmuş (imza və möhürlə) götürülməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Cavabdeh səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə ilkin mühasibat sənədlərinin: (bank(onlayn ödənişlər daxil olmaqla) və kassa ödəniş sənədləri alınmış və satılmış mallar üzrə bağlanmış müqavilələr,təhvil təslim aktları,neft məhsularının alınması zamanı tərtib olunmuş e-qaimə fakturalar(alınmış malların daşınmasını təsdiq edən e-qaiməyə əlavə ilə birlikdə) malların satışını təsdiq edən e-qaimələr,mal-materialların hərəkəti barədə aylıq material hesabatları, xüsusi razılıq(lisenziya) tələb olunan fəaliyyətlə məşğul olmaq üçün alınmış xüsusi razılıq(lisenziya),mətbəələrdən alınmış ciddi hesabat blankların hərəkəti barədə(blankların alınması,istifadə olunması,korlanması,itirilməsi və xx.xx.2023-cü il tarixə qalıq sayı barədə seriya və nömrələri göstərməklə)hesabat,nağd pul vəsaitlərinin hərəkəti barədə aylıq daxili kassa hesabatları,əsas vəsaitlərin mövcüdluğu və hərəkəti barədə(2020-ci,2021-ci və 2022-c illər üzrə olmaqla) hesabatlar,hüquqi və fiziki şəxslərlə bağlanmış bütün təsərrüfat müqavilələri,tutulmaları və ayırmalar göstərilməklə işçilərə hesablanmış aylıq əmək haqqı cədvəlləri,2020-ci ilin gəlir vergisi bəyannaməsi yoxlanılması üçün 01.01.202-ci il tarixdən xx.xx.2020-ci il tarixdək olan dövr üzrə gəlir və xərcləri təsdiq edən ilkin mühasibət sənədlərin,əsas vəsaitlərin mövcudluğu və hərəkəti barədə hesabatların,debitor və kreditorların yoxlama dövrünün əvvəlinə və sonuna adlı siyahısı,ƏDV məqsədləri üçün xx.xx.2020-ci il tarixə,xx.xx.2021-ci il tarixə,xx.xx.2022-ci il tarixə və xx.xx.2023-cü il tarixə debitor borcların adlı siyahısı,banklardan və digər kredit təşkilatlarından alınmış kreditlərin hərəkəti barədə(kreditin istifadəsi olunduğu təyinat,əsas məbləği və faiz məbləği üzrə ödəniş sənədlərinin təsdiq olunmuş (imza və möhürlə) surətləri götürülərək iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinə təqdim olunsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar