Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № e-2-1(120)-3524/2024 24.09.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal оğlunun sədrliyi, Məhkəmə iclas katibi X24 оğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “Ağcabədi rayonu, Yeni Qaradolaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində tərtib edilmiş xx.xx.2013-cü il tarixli, 02 nömrəli ölüm akt qeydinə düzəliş edilərək, ölən şəxsin adının “Şəkurə” adından, “Şüküfə” adına düzəliş edilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması” tələbinə dair işə Şirvan şəhərində məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı “anası X1 adının X3 qeyd edilməsi (düzəliş edilməsi) öhdəliyinin cavabdehin üzərinə qoyulması” bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Şirvan İnzibati Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli, 2-1(120)-3524/2024 nömrəli qərardadı ilə iddia tələbinə “Ağcabədi rayonu, Yeni Qaradolaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində tərtib edilmiş xx.xx.2013-cü il tarixli, 02 nömrəli ölüm akt qeydinə düzəliş edilərək, ölən şəxsin adının “Şəkurə” adından, “Şüküfə” adına düzəliş edilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddiaçı və cаvаbdеh Cavabdehnə məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclаsınа gəlməmişdir. İddiaçı nümayəndəsi-vəkili və cаvаbdеh Cavabdeh məhkəməyə ərizə göndərərək iştirakları olmadan iddia tələbinə baxılmasını məhkəmədən xahiş etmişdirlər. Məhkəmə Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirаkı оlmаdаn bахılmаsını mümkün hеsаb еdir. İddia tələbinə dair məzmuna aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının Qaradolaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 11 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı və onun anası X21 nümayəndəliyin ərazisində qeydiyyatda yoxdur və yaşamırlar. - 07 yanvar 2013-cü il tarixli, 2 nömrəli ölüm haqqında akt qeydindən görünür ki, X6 xx.xx.2013-cü ildə vəfat etməsi barədə qeydiyyat aparılmışdır. - Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının Qaradolaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 15 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı və onun mərhum anası X21 nümayəndəliyin ərazisində yaşamayıblar və qeydiyyatda yoxdurlar. İddiaçı hal-hazırda Ağcabədi rayon Aran kənd nümayəndəliyi ərazisində qeydiyyatdadır və həmin ərazidə yaşayır. - xx.xx.1962-ci il tarixli, AZ 328928 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci il tarixdə doğulması barədə qeydiyyat aparılmış, həmçinin ana qrafasında X7 adı qeyd edilmişdir. - xx.xx.2021-ci il tarixli, AZ-T 170825 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X16 xx.xx.1951-ci il tarixdə doğulması barədə qeydiyyat aparılmış, həmçinin ana qrafasında X7 adı qeyd edilmişdir. - xx.xx.1970-ci il tarixli, AZ ******* nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X8 xx.xx.1954-cü il tarixdə doğulması barədə qeydiyyat aparılmış, həmçinin ana qrafasında X6 adı qeyd edilmişdir. - xx.xx.1972-ci il tarixli, İ-JQ 367825 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 xx.xx.1951-ci il tarixdə doğulması barədə qeydiyyat aparılmış, həmçinin ana qrafasında X7 adı qeyd edilmişdir. - xx.xx.1975-ci il tarixli, İİİ-JQ 368285 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X9 xx.xx.1957-ci il tarixdə doğulması barədə qeydiyyat aparılmış, həmçinin ana qrafasında X6 adı qeyd edilmişdir. - xx.xx.2022-ci il tarixli, AZ-T 202515 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X17 xx.xx.1959-cu il tarixdə doğulması barədə qeydiyyat aparılmış, həmçinin ana qrafasında X10 adı qeyd edilmişdir. - xx.xx.2021-ci il tarixli, AZ-T 170793 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X18 xx.xx.1961-ci il tarixdə doğulması barədə qeydiyyat aparılmış, həmçinin ana qrafasında X11 adı qeyd edilmişdir. - xx.xx.1964-cü il tarixli, AZ 725043 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X2 xx.xx.1964-cü il tarixdə doğulması barədə qeydiyyat aparılmış, həmçinin ana qrafasında X11 adı qeyd edilmişdir. - xx.xx.1968-ci il tarixli, AZ ******* nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X12 xx.xx.1968-ci il tarixdə doğulması barədə qeydiyyat aparılmış, həmçinin ana qrafasında X19 adı qeyd edilmişdir. - xx.xx.1971-ci il tarixli, AZ ******* nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X13 xx.xx.1971-ci il tarixdə doğulması barədə qeydiyyat aparılmış, həmçinin ana qrafasında X10 adı qeyd edilmişdir. - xx.xx.1977-ci il tarixli, AZ 324656 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X4 xx.xx.1977-ci il tarixdə doğulması barədə qeydiyyat aparılmış, həmçinin ana qrafasında X14 adı qeyd edilmişdir. - xx.xx.1977-ci il tarixli, AZ 467413 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X4 xx.xx.1974-cü il tarixdə doğulması barədə qeydiyyat aparılmış, həmçinin ana qrafasında X15 adı qeyd edilmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) növündə mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. 4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər. 5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının anası X7 barəsində Ağcabədi rayonu, Yeni Qaradolaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2013-cü il tarixli, 02 nömrəli ölüm akt qeydi tərtib olunarkən ölüm akt qeydində ölən şəxsin adı “Şüküfə” əvəzinə “Şəkurə” qeyd edilmişdir. İddiaçı müvafiq sənədlər əsasında ölüm haqqında akt qeydində düzəliş edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamənin (Ümumi müddəalar) 2.2.2-ci bəndinə əsasən vətəndaşın doğum haqqında şəhadətnaməsi ilk dəfə şəxsiyyət vəsiqəsinin verilərkən tələb olunan sənədlərdən biridir. xx.xx.2013-cü il tarixli, 2 nömrəli ölüm akt qeydində iddiaçının anasının adı “Şüküfə” əvəzinə “Şəkurə” qeyd edilmiş, iddiaçı isə uzun illər ərzində müvafiq sənədlərdə icra edilmiş qeydlərin düzgünlüyünə etimad göstərmişdir. Buna görə də məhkəmə hesab edir ki, xx.xx.2013-cü il tarixli, 02 nömrəli ölüm aktı üzrə ölən şəxsin adının “Şəkurə” adından, “Şüküfə” adına düzəliş edilməsi üçün kifayət qədər əsaslar olmuşdur və cavabdeh orqan, müraciətin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Məhkəmə qeyd edir ki, müvafiq qeydiyyatın aparılmasında məqsəd vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Vətəndaşlıq vəziyyəti qeydləri sırasında doğumun qeydiyyatı xüsusi yer alır və bu qeydiyyatın hüquq müəyyənetmə əhəmiyyəti, milli qanunvericiliklə yanaşı, BMT-nin də bir sıra qətnamələrində təsdiq olunmuşdur. Azərbaycan Respublikası İPM-nin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Ağcabədi rayonu, Yeni Qaradolaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində tərtib edilmiş xx.xx.2013-cü il tarixli, 02 nömrəli ölüm akt qeydinə düzəliş edilərək, ölən şəxsin adının “Şəkurə” adından, “Şüküfə” adına düzəliş edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Hakim Şahəli Musayev
Məhkəmə qərarları › İş №e-2-1(120)-3524/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(120)-3524/2024
24.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver