Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-1(120)-3563/2024 17.12.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “Dövlət Sərhəd Xidmətinin Akademiyasının İddiaçı akademiyadan xaric olunmasına dair xx.xx.2023cü il tarixli, xx.xx.2023-cü il tarixli, 197 ş/h nömrəli əmrinin ləğv edilməsinə və iddiaçının akademiyaya təhsil aldığı 4-cü kursa bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “Dövlət Sərhəd Xidmətinin Akademiyasının İddiaçı akademiyadan xaric olunmasına dair xx.xx.2023cü il tarixli, xx.xx.2023-cü il tarixli, 197 ş/h nömrəli əmrinin ləğv edilməsinə və iddiaçının akademiyaya təhsil aldığı 4-cü kursa bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-1219/2024 nömrəli qərardadına əsasən iddia tələbinə dair inzibati iş baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2019-cu il tarixdə Cəlilabad rayonu Göytəpə qəsəbəsi 1 saylı orta məktəbi bitirərək Dövlət Sərhəd Xidmətinin Akademiyasına kursant kimi daxil olmuşdur. Akademiyada təhsil aldığı müddətdə dəfələrlə rəhbərlik tərəfindən təltif olunmuşdur. Akademiyanın 4-cü kursunda təhsil alarkən 2023-cü ilin fevral ayında kursantlardan sidik analizləri götürülərək yoxlanılmış və kursant onun sidik nümunəsində narkotik vasitə olan “heroin” aşkar olunması ona bildirilmişdir. Onun atası X5 gəlmiş, oğlunun narkotik vasitə və psixotrop maddə istifadə etmədiyini və edilmiş testin nəticələrinə inanmadığını bildirərərk Akademiyanın rəhbərliyindən dəfələrlə oğlunun daha ətraflı müayinə olunması üçün və hərbi qulluqçu olduğunu nəzərə alaraq ona göndəriş verilməsini və Dövlət Sərhəd Xidmətinin Hospitalında və ya başqa tibb müəssisəsində ətraflı qan nümunələrinin götürülərərk müayinə olunmasını xahiş etsə də onun xahişi nəzərə alınmamış və yalnız xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi Hospitalına aparmış və orada 116 adda narkotik vasitə və psixotrop maddə ilə bağlı iddiaçının qan nümunələri götürülsə də, qan nümunələrində heç bir narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Heç bir zaman narkotik vasitə və psixotrop maddələrdən istifadə etməmiş və aludəçisi olmamışdır. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi, Dövlət Sərhd Xidmətinin Akademiyası iddiaçıdan götürülmüş sidik analizinin kart test vasitəsi ilə yoxlanmasının nəticələrin rəhbər tutaraq onun əlavə tibbi müayinələrdən keçirtməkdən imtina etmiş və həmin nəticələri əsas tutmaqla Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Akademiyası rəisinin xx.xx.2023-cü il tarixli, 197 Ş/h nömrəli əmri ilə X1 xaric olunaraq Akademiya rəisinin xx.xx.2023-cü il tarixli 10 nömrəli təyinat vərəqəsi əsasında hərbi xidmətini davam etdirmək üçün müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olaraq N saylı hərbi hissənin komandirinin sərancamına göndərilmişdir. X16 Xidmətinin Akademiyasının şəxsi heyətindən xaric olunmasına dair əmrin surəti hazıradək də onun ailə üzvlərinə təqdim olunmamışdır. Əgər həqiqətən də onun qanında narkotik vasitə hesab olunan “heroin” aşkar olunmuşdursa Dövlət Sərhəd Xidməti Akademiyasının rəhbərliyinin həmin kursant, Dövlət Sərhəd Xidmətinin Hospitalına və ya başqa tibb müəssisəsinə göndərişlə əlavə tibbi müəssisəsinə göndərişlə əlavə tibbi müayinəyə göndərməyərək, xx.xx.2023-cü tarixində Dövlət Təhlükəsizlik Xidmətinin Hospitalında edilmiş tibbi müayinələrin nəticələrini nəzərə almadan tələsik onu Akademiyadan xaric edərək N saylı hərbi hissə komandirinin sərəncamına göndərməsi qanunsuz və əsassızdır və Akademiya rəhbərliyinin iddiaçıya qarşı qərəzindən xəbər verir. İddiaçı xüsusi kateqoriya şəxs olan hərbi qulluqçudur. Onların xidmətə qəbuluna, xidmətin aparılmasına, xidmətdən buraxılmasına dair xüsusi tələblər vardır. görə ki, hərbi xidmət xüsusi xarakter daşıyır. Bu onunla bağlıdır ki, hərbi qulluqçuların malik olmalı olduğu hərbi intizam onların yüksək şüurluluğuna və pərvərlik borclarını dərindən dərk etmələrinə, xalqın beynəlmiləlçilik ənənələrinə sadiq olmalarına və Vətənə sonsuz məhəbbət bəsləmələrinə əsaslanır. Bu isə etməyə əsas verir ki, hər bir əməkdaş xidmətdə və gündəlik həyatda nümayiş etdirdiyi hərəkətlər qanunçuluq, insan hüquq və azadlıqlarının, cəmiyyətdə qəbul ıuş mənəvi dəyərlərin aliliyi, yüksək peşəkarlıq və səmimiyyət prinsiplərini özündə ehtiva etməlidir. Nəzərə alınmalıdır ki, xidməti uyğunsuzluğa görə hərbi çunun ehtiyata buraxılması anlayışı qanunvericilikdə ətraflı olaraq təsvir olunmasa da, bu anlayış özündə hərbi qulluqçunun nümayiş etdirdiyi hərəkətləri ehtiva etməlidir. İşin faktiki hallarından görünür ki, onun barəsində akademiyadan xaric olunmasına dair qəbul edilmiş əmrin əsasında çox güman ki, “Hərbi vəzifə və hərbi ət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsində nəzərdə tutulmuş əsas (xidməti uyğunsuzluğa görə) dayanır. Belə ki, DSX emiyasının rəhbərliyinin tapşırığına əsasən Akademiyanın kursantlarından analizlər götürülmüş və müayinənin nəticələrinə əsasən kursant İddiaçı r oğlunun sidik nümunəsində narkotik maddənin aşkar olunduğu bildirilmişdir. Cavabdeh inzibati orqan müayinə nəticələrini rəhbər tutaraq iddiaçının sidik nəsində narkotik maddə aşkar olunduğunu hesab etmiş, bununla da onu xidməti uyğunsuzluğa görə Akademiyadan xaric etmişdir. Dövlət Sərhəd Xidməti Hərbi Hospitalının cavabına görə onun sidik nümunəsində narkotik vasitə olan heroin aşka olunmuşdur. Buna baxmayaraq Azərbaycan Respublikası Dövət Təhlükəsizlik Xidmətinin Hərbi Hospitalında hadisədən bir neçə gün sonra 15 fevral 2023-cü ildə müayinə aparılmış və şəxsin qan nümunəsində heç bir narkotik vasitə və psixotrop maddə aşkar edilməmişdir. İnsan orqanizmində (qan və sidik nümunələrində) hər hansı bir maddənin yüksəklik iyi individualdır. İnsan hər hansı bir dərman vasitəsini qəbul etdikdən sonra bu dərman insan orqanizmində metabolizm prosesinə uğrayır, parçalanır və bədəndən olunur. Bu müddət orqanizmdə gedən metabolizm prosesinin surətindən, qəbul edilən dərmanların növündən (dərman prolonqik və prolonqik olmayan formaları) zasından asılıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli, 59 saylı Qərarı ilə təsdiq edilmiş hərbi-həkim ekspertizası haqqında Əsasnamənin və Xidmət keçmə haqqında Əsasnamənin tələblərinə uyğun olaraq kursantın narkotik vasitələrdən istifadəsi aşkarlanmışdırsa hərbi həkim komissiyasından keçirilərək daha sonra N saylı hərbi hissə komandirinin sərəncamına göndərilməli olduğu halda, onun tələsik xaric olunması və dərhal da müddətli həqiqi hərbi xidmətə göndərilməsi də qanunsuz və əsassız bir addımdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu an, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifkasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Lakin yuxarıda da qeyd etdiyi kimi, DSX-nin Akademiyasından xaric olunduqdan sonra ona nəinki həmin əmrin surəti N saylı hərbi hissəyə göndərildikdən sonra ona həmin əmrin məhkəmədə mübahisələndirilməsi üçün vəkilə etibarnamə verməsinə süni yaradılmış və yalnız DSX-nin rəhbərliyinə, Respublika Hərbi Prokurorluğuna, Ombudsmana və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasın müraciətlər ünvanladıqdan sonra hərbi hissədən xx.xx.2023-cü il tarixində etibarnamə verməsi üçün şərait yaradılmışdır. Əmrin tarixi və nömrəsinə məlumatlar isə onun N saylı hərbi hissə komandirnin sərancamına göndərilməsinə dair təyinat vərəqəsindən götürülmüşdür. Azərbaycan Respublikasının hərbi vəzifə və hərbi xidmət haqqında Qanununun 28.3-cü maddəsinə əsasən hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil sisələrinə qəbul olunmuş vətəndaşlar kursantlar adlandırılırlar və onların həqiqi hərbi xidməti müddətli həqiqi hərbi xidmətə bərabər tutulur. Kursantlar və onların zvləri müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara və onların ailə üzvlərinə aid olan hüquqlardan istifadə edir, müddətli həqiqi hərbi xidmətdə olan hərbi çuların vəzifələrinə uyğun olan vəzifələr yerinə yetirirlər. Azərbaycan Respublikasının 03 oktyabr 1997-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Hərbi Xidmət Keçmə Haqqında Əsasnamənin 3-cü maddəsinə ən hərbi məktəb kursantlarının həqiqi hərbi xidməti «Hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən həqiqi xidmətin növü kimi müəyyən olunmuşdur. Həmin Əsasnamənin 6-cı maddəsinə əsasən kursantlara hərbi təhsil müəssisələrində təhsil alan qulluqçular (zabitlərdən başqa) aiddir. Onlara müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçular üçün müəyyən olunmuş vəzifələr şamil edilir. Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinə əsasən hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Akademiyanın rəisindən qəbul olunmuş xx.xx.2023-cü il tarixli, 197 ş/h saylı əmri ilə eyni zamanda onun təhsil almaq hüququ kobudcasına pozulmuşdur. Dövlət Sərhəd Xidməti Akademiyasının 4-cü kurs tələbəsi olmuşdur.Qeyd edilənləri nəzərə alaraq Dövlət Sərhəd Xidmətinin Akademiyasının İddiaçı akademiyadan xaric olunmasına dair xx.xx.2023-cü il tarixli, ş/h nömrəli əmrinin ləğv edilməsinə və iddiaçının akademiyaya təhsil aldığı 4-cü kursa bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, iddiaçı DSX-nin Akademiyasının sabiq kursantı İddiaçı iddiası əsassızdır və təmin olunmamalıdır. Məlumat üçün bildiririk ki, İddiaçı DSX-nin Akademiyasının rəisinin 16 avqust 2019-cu il tarixli, 0185 nömrəli nizami hissə üzrə əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.2-ci maddəsinə müvafiq olaraq, Dövlət Sərhəd Xidmətinin Akademiyasına kursantların həqiqi hərbi xidmətinə qəbul olunmuş hesab edilmiş, 16 avqust 2019-cu il tarixdən şəxsi heyətin siyahısına bütün növ təminat növlərinə daxil edilmiş və kursant vəzifəsinə təyin edilməklə “əsgər” hərbi rütbəsi verilmişdir. Qoşmaya əlavə edilmiş xx.xx.2023-cü il tarixli iltizamnamədən görünür ki, İddiaçı məxsus sidik nümunəsində tiryək qrupuna aid morfin adlı alkaloidin sintetik analoqu olan “heroin” aşkar olunması ilə əlaqədar atası X2 Sərhəd Xidmətinin Akademiyasına dəvət olunaraq onunla söhbət aparılmışdır. Söhbət zamanı Dövlət Sərhəd Xidməti Aparatından daxil olan əsasında “sidik nümunələri təkrar müayinə edilməsi və rəy alınması üçün AR Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X8”nə göndərilmiş müayinələrin nəticəsinə görə övladı Kursant kiçik çavuş İddiaçı sidik nümunəsinin tərkibində tiryək qrupuna aid olan morfin adlı alkaloidin sintetik analoqu olan “heroin” aşkar olunması barədə valideyni Mahir İsrafilova məlumat verilmiş, Akademiyanın rəhbərliyi və valideyn tərəfindən narkotik maddənin istifadəsi neqativ hərəkət kimi qəbul olunaraq pislənilmiş və bu kimi halların yolverilməzliyi qeyd olunmuşdur. Söhbətin sonunda Mahir İsrafilova övladının sidik nümunəsində narkotik (heroin) maddə aşkar olunduğuna görə barəsində qanunamüvafiq tədbir görüləcəyi bildirilmişdir. Həmin iltizamnamə həm İddiaçı, həm də atası M.X.İsrafilov tərəfindən imzalanmışdır. Həmçinin kursant İddiaçı baş verən hadisəylə bağlı xx.xx.2023-cü il tarixdə alınmış izahatdan da görünür ki, o, analiz götürülməmişdən öncə, yəni yeni il bayramı münasibətilə 5 günlük qısa məzuniyyətdə olduğu zaman hər hansı dərman preparatlarından və spirtli içkilərdən istifadə etmədiyini etiraf etmişdir. Qoşmaya əlavə edilmiş AR Səhiyyə Nazirliyi ’’Məhkəmə-Tibbi Ekspertiza və X8” Publik Hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli, 127/K nömrəli aktından görünür ki, İddiaçı sidik nümunəsində narkotik maddə (heroin) aşkar olunması faktı təsdiqlənmişdir. İddiaçı Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2023-cü il tarixli, 197 ş/h №-li əmri ilə “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Akademiyasının Nizamnaməsi”nin 9.18.6-cı maddəsinə (qanunla hərbi qulluqçular üçün müəyyən olunmuş tələblərə uyğun olmadığına görə) müvafiq olaraq, DSX-nin Akademiyasından xaric edilmişdir. Adıçəkilən əmrin əsası kimi Dövlət Sərhəd Xidmətinin Akademiyasının rəisinin xx.xx.2023-cü il tarixli K/341 №-li raportu çıxış edir. DSX-nin Akademiyasının rəisinin xx.xx.2023-cü il tarixli, 057 №-li “şəxsi heyətin siyahısından və bütün növ təminat normalarından çıxarılması haqqında” nizami hissə üzrə əmri ilə “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Akademiyasının Nizamnaməsi”nin 9.18.6-cı maddəsinə (qanunla hərbi qulluqçular üçün müəyyən olunmuş tələblərə uyğun olmadığına görə) müvafiq olaraq, təlim-tədris taboru 4-cü kurs tədris bölüyü 4-cü tədris taqımı 1-ci manqanın komandiri kursant İsrafilov X3 xaric olunmuş hesab edilmiş və 10 mart 2023-cü il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminat növlərindən çıxarılaraq müddətli həqiqi hərbi xidmətini davam etdirmək üçün N №-li hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. Qoşmaya əlavə edilmiş N nömrəli hərbi hissənin “Təyinatların qeydiyyatı kitabı”ndan görünür ki, kursant İddiaçı xx.xx.2023-cü il tarixdə təyinat vərəqəsi təqdim edilmiş və öz imzası ilə təsdiq etmişdir. Digər tərəfdən AR Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları “Qazax” ƏSD komandirinin 01 aprel 2023-cü il tarixli, 086 nömrəli “şəxsi heyətin siyahısına və bütün növ təminat normalarına daxil edilməsi haqqında” əmrindən çıxarışdan görünür ki, Dövlət Sərhəd Xidmətinin Akademiyasının Nizamnaməsi”nin 9.21 -ci maddəsinə əsasən kiçik çavuş İddiaçı müddətli həqiqi hərbi xidməti keçmək üçün 2009-№-li hərbi hissə komandirinin sərəncamına göndərilməsi ilə əlaqədar olaraq 11 mart 2023-cü il tarixdən şəxsi heyətin siyahısına və bütün növ təminat normalarına daxil edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 165-ci maddəsinə əsasən, ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. “Hərbi vəzifə və hərbi xidmət haqqında” AR Qanununun 28-ci maddəsinə əsasən həqiqi hərbi xidmətin aşağıdakı növləri müəyyən edilir: 28.1.1. müddətli həqiqi hərbi xidmət; 28.1.2. hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarının həqiqi hərbi xidməti; 28.1.3. müddətdən artıq həqiqi hərbi xidmət; 28.1.4. gizirlərin və miçmanların həqiqi hərbi xidməti; 28.1.5. zabitlərin həqiqi hərbi xidməti. 28.2. Müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara bu Qanunla müəyyən edilmiş müddətlər daxilində həqiqi hərbi xidmət keçən əsgərlər, matroslar və çavuşlar aiddirlər. 28.3. Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olunmuş vətəndaşlar kursantlar adlandırılırlar və onların həqiqi hərbi xidməti müddətli həqiqi hərbi xidmətə bərabər tutulur. Kursantlar və onların ailə üzvləri müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara və onların ailə üzvlərinə aid olan hüquqlardan istifadə edir, müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların vəzifələrinə uyğun olan vəzifələr yerinə yetirirlər. Qeyd olunanları nəzərə alaraq, Dövlət Sərhəd Xidmətinin Akademiyasının sabiq kursantı İddiaçı iddia müddətini ötürmüşdür. Belə ki, iddiaçı iddia ərizəsində əmrin ona təqdim edilmədiyini qeyd etsə də, xx.xx.2023-cü il tarixli iltizamnamədən görünür ki, ona baş vermiş hadisə ilə bağlı barəsində qanunamüvafiq tədbir görüləcəyi bildirilmiş və həmin iltizamnamə həm İddiaçı, həm də atası M.X.İsrafilov tərəfindən imzalanmışdır. Həmçinin N nömrəli hərbi hissənin “Təyinatların qeydiyyatı kitabfndan görünür ki, kursant İddiaçı xx.xx.2023-cü il tarixdə təyinat vərəqəsi təqdim edilmiş və onu öz imzası ilə təsdiq etməklə imzalayan zaman müddətli həqiqi hərbi xidməti keçmək üçün N №-li hərbi hissə komandirinin sərəncamına göndərilməsi barədə məlumatlı olsa da, o, məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət edərək. 30 gün nəzərdə tutulan iddia müddətini 3 aya yaxın müddətdə üzrsüz səbəbdən ötürmüş və iddia ərizəsində prosessual müddətin üzrlü səbəblərdən ötürülməsini təsdiq edən əsasları göstərməmişdir. İddiaçının iddia ərizəsində müvafiq əmri məhkəmədə mübahisələndirməsi üçün vəkilə etibarnamə verilməsinə süni əngəllər yaradılması ilə bağlı qeyd edirik ki, İPM-in 13-cü maddəsinə (Məhkəmənin yardım etmək vəzifəsi) əsasən Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də isin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 31-ci maddəsinə (Prosessual nümayəndəlik) əsasən inzibati məhkəmə icraatında proses iştirakçılarının vəkillə təmsil olunmaq hüququ vardır. Dövlət və bələdiyyə orqanları, yaxud hüquqi şəxslər, həmçinin bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli nümayəndə vasitəsilə, fiziki şəxslər isə yaxın qohumlar vasitəsilə təmsil oluna bilərlər. Göstərilən müddəalardan da açıq şəkildə aydın olur ki, İnzibati məhkəmə icraatında vəkilin iştirakı məcburi xarakter daşımır. Buna görə də müddətin ötürülməsiylə bağlı qeyd olunan məsələ də əsassızdır. “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Akademiyasının Nizamnaməsi” 9-cu maddəsinin 9.18-ci bəndinə əsasən kursantlar Akademiyadan aşağıdakı hallarda xaric edilirlər: 9.18.1. öz arzusu ilə; 9.18.2. digər ali təhsil müəssisəsinə keçirilməsi ilə əlaqədar; 9.18.3. səhhətinə görə (hərbihəkim komissiyasının qərarına, uçuş ixtisasları üzrə həkim-uçuş komissiyasının qərarına əsasən); 9.18.4. təhsildə müvəffəqiyyətsizliyinə görə; 9.18.5. hərbi intizamı və Akademiyanın daxili intizam qaydalarını kobud şəkildə və dəfələrlə pozduğuna görə; 9.18.6. qanunla hərbi qulluqçular üçün müəyyən olunmuş tələblərə uyğun olmadığına görə; 9.18.7. dövlət sirri ilə işləməyə buraxılmaqdan imtina edilməsi üçün qanunla müəyyən olunmuş əsaslar yarandıqda; 9.18.8. cinayət əməlinə görə hərbi vəzifələri tutma hüququndan məhrumetmə və ya müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğuna görə. Azərbaycan Respublikasının 23 sentyabr 1994-cü il tarixli, 885 nömrəli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin intizam Nizamnaməsinin 1-ci maddəsinə əsasən hərbi intizam bütün hərbi qulluqçuların Azərbaycan Respublikasının qanunlarında və hərbi nizamnamələrində müəyyən olunmuş qaydalara ciddi riayət etməsi deməkdir. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38, 47-ci maddəsini rəhbər tutaraq, iddiaçı S.M.X10 Xidmətinə qarşı olan iddiasının əsassız olduğunu nəzərə alaraq iddiasının təmin edilməməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbinə uyğun izahat verərək tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 iddianın mümkün hesab olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X8” publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli, 400 nömrəli məktubuna əlavə edilmiş 127/K nömrəli maddi sübutların ekspertizası aktından görünür ki, İSM-2003 sidik nümunəsində tərkibində tiryək qrupuna aid olan morfin adlı alkaloidin sintetik analoqu olan Heroin aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin xx.xx.2023cü il tarixli, 197 ş/h nömrəli əmrdən görünür ki, “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Akademiyasının Nizamnaməsi”nin 9.18.6-cı maddəsinə (qanunla hərbi qulluqçular üçün müəyyən olunmuş tələblərə uyğun olmadığına görə) müvafiq olaraq, kursant İsrafilov X3 xaric edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, əsgər İddiaçı Mahır oğlunun sidik nümunəsində hər hansı narkotik vasitə aşkar olunmadığından onun narkotik vasitə və ya hər hansı psixotrop maddə istifadə etməsi öz təsdiqini tapmadığından, həmin xüsusat üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissənin “Təyinatların qeydiyyatı kitabı”ndan görünür ki, kursant İddiaçı xx.xx.2023-cü il tarixdə təyinat vərəqəsi təqdim edilmiş və öz imzası ilə təsdiq etmişdir. Azərbaycan Respublikası İPM-nin: - 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Müddəaların mənasına görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə isə belə şərtlər kimi müəyyən edilmişdir ki, publik hüquq sahəsinə aid olan məsələ ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt ünvanlandığı şəxs üçün hər hansı bir hüquqi nəticələr yaratdığı halda, sonuncu tərəfindən onun ləğvi ilə əlaqədar məlum olduğu vaxtdan 30 gün müddətində inzibati məhkəmədə mübahisələndirilə bilər. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Beləliklə, iddiaçı tərəfindən verilmiş iddiaya məhkəmədə baxılması üçün bu şərtlərə riayət edilib-edilməməsi yoxlanılmalıdır. İddia ərizəsindən müəyyən olunur ki, iddiaçı Dövlət Sərhəd Xidmətinin Akademiyasının İddiaçı akademiyadan xaric olunmasına dair xx.xx.2023-cü il tarixli, 197 ş/h nömrəli əmrinin ləğv edilməsinə və iddiaçının akademiyaya təhsil aldığı 4-cü kursa bərpa edilməsini xahiş edir. Hazırkı işdə tələb “mübahisələndirmə haqqında” iddiaya uyğundur. Bu qəbildən olan iddialarda isə, mövcud qanunvericilik iddia müddətini nəzərdə tutur və bu müddət kriteriyasına riayət olunmaması mümkünlük şərtinin mövcud olmaması nəticəsini yaradır. Mübahisə predmet olan əmr xx.xx.2023-cü il tarixdə qəbul olunmuşdur, lakin hazırkı iddiaçı bu sərəncamı 11 may 2023-cü ildə (məhkəməyə daxil olduğu vaxt), yəni əmrin qəbul olunduğu vaxtdan müvafiq olaraq 30 günə qarşı 2 aydan çox müddət keçdikdən sonra mübahisələndirmişdir. Mübahisələndirilən sərəncamın iddiaçı tərəfə məlum olması vaxtına gəldikdə isə, işin hallarına əsasən İddiaçı xx.xx.2023-cü il tarixli, 197 ş/h nömrəli əmrini 11 may 2023-cü il tarixdə məhkəməyə müraciət edərək mübahisələndirmiş, lakin bununla bağlı qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Belə ki, iddiaçının hazırkı iddia ilə mübahisələndirdiyi əmri N nömrəli hərbi hissənin “Təyinatların qeydiyyatı kitabı”na kursant İddiaçı xx.xx.2023-cü il tarixdə təyinat vərəqəsi təqdim edilmiş və öz imzası ilə təsdiq etmişdir. Göründüyü kimi, iddiaçı xx.xx.2023-cü il tarixli, 197 ş/h nömrəli əmrdən ən geci 10 mart 2023-cü il tarixdə xəbərdar olduğu halda, həmin əmri mübahisələndirilməsi ilə bağlı 30 günlük müddəti ötürmüşdür. Azərbaycan Respublikası İPM-nin: - 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; - 24.2-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır; - 24.3-ci maddəsinə əsaəsn, ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. Maddələrin tələblərindən göründüyü kimi, prosessual qanunvericiliklə müəyyən edilmiş müddətin maraqlı şəxsin ərizəsi əsasında bərpa edilməsi və həmin ərizənin verilməsi müddəti buraxılmış prosessual hərəkətlə birlikdə aparılması nəzərdə tutulmuşdur. İddiaçının bildirdiyinə münasibətdə bu maddələrinin tətbiqi onu ehtiva edir ki, inzibati aktın mübahisələndirilməsi barədə iddia ərizəsini verərkən, iddiaçı müəyyən edilmiş müddətin onun təqsiri olmadan buraxıldığını əsaslandırmaqla ərizə ilə onun bərpasını xahiş edə bilər. Lakin işin yuxarıda əks olunmuş prosessual vəziyyətindən göründüyü kimi, iddiaçı tərəfindən belə ərizə təqdim edilməmiş, əksinə məhkəmə iclasında məlumatının olduğunu bildirmişdir. İddiaçıya mübahisələndirdiyi Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin xx.xx.2023-cü il tarixli, 197 ş/h nömrəli əmrinin ləğv edilməsi barədə ərizə ilə 2023-cü ilin may ayında məhkəməyə müraciət etmişdir. İPM-in 38.1-ci maddəsi ilə nəzərdə tutulmuş 30 günlük müddəti üzürsüz səbəbdən ötürmüşdür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 62.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir; 62.2-ci maddəsinə əsasən, poçt rabitəsi vasitəsi ilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır; 62.3-ci maddəsinə əsasən, bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. Yuxarıda sadalanan normalardan da göründüyü kimi iddiaçıya inzibati akt elan edilmişdir. Ona görə də ona “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.3-cü maddəsi şamil oluna bilməz. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Məhkəmə, qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2022-ci il tarixli 2-1(102)-630/N nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işlərdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Eləcə də, iddiaçının qanunla müəyyən edilmiş müddətdə iddia qaldırmaq imkanını mümkünsüz edən və onun iradəsindən aşkar surətdə kənara çıxan hər hansı hal da müəyyən edilmir. Məhkəmə, qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2024-cü il tarixli 2-1(102)-1911/2024 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işlərdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Qeyd olunanlarla bağlı iddiaçıya 12 iyul 2024-cü il tarixli, 2-1(120)-3563/2024 nömrəli məktubla hüquqi yardım məktubuna münasibət bildirmək üçün vaxt verilmiş, əks təqdirdə Azərbaycan Respublikası İnzibati Prosesual Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddianın mümkünlüyü məsələsinə hüquqi qiymət veriləcəyi barədə xəbərdarlıq edilmişdir. Bununla da, işin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, mübahisələndirilən sərəncam üzrə iddia müddətləri buraxılmışdır. Odur ki, məhkəmə hazırkı iddianın mümkün sayılmaması qənaətinə gəlir. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilən hüquq normalarına və işin hallarına istinad edərək hesab edir ki, iddiaçı mübahisələndirmə haqqında iddia növü üzrə prosessual müddəti ötürdüyündən, həmçinin iddia müddətinin bərpa edilməsi barədə vəsatət təqdim etmədiyindən, iddia müddətinə dair mümkünlük şərtinin ödənilməməsi səbəbi ilə iddia mümkünsüz sayılmalıdır. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80 maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “Dövlət Sərhəd Xidmətinin Akademiyasının İddiaçı akademiyadan xaric olunmasına dair xx.xx.2023cü il tarixli, xx.xx.2023-cü il tarixli, 197 ş/h nömrəli əmrinin ləğv edilməsinə və iddiaçının akademiyaya təhsil aldığı 4-cü kursa bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №e-2-1(120)-3563/2024
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(120)-3563/2024
17.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver