Məhkəmə qərarları › İş №e-2-1(120)-3617/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(120)-3617/2023

01.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № e-2-1(120)-3617/2023 01.11.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Nəcəfov Ramin Ramiz oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin Cavabdehnə qarşı «xx.xx.2020-cı il tarixdən xx.xx.2023-ci il tarixədək olan vergi dövrünü əhatə edən ilkin mühasibat sənədlərinin: (bank (onlayn ödənişlər daxil olmaqla) və kassa ödəniş sənədləri, alınmış və satılmış mallar üzrə bağlanmış müqavilələr, məhsul istehsalı üçün kalkulasiyalar, istehsal prosesində istifadə olunan avadanlıqların texniki sənədləri, təhvil təslim aktları, malların satışını və alışını təsdiq edən e-qaimələr, mal-materialların hərəkəti barədə aylıq material hesabatları, xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyətlə məşğul olmaq üçün alınmış xüsusi razılıq (lisenziya), mətbəələrdən alınmış ciddi hesabat blankların hərəkəti barədə (blankların alınması, istifadə olunması, korlanması, itirilməsi və xx.xx.2023-cü il tarixə qalıq sayı barədə seriya və nömrələri göstərilməklə) hesabat, nağd pul vəsaitlərinin hərəkəti barədə aylıq daxili kassa hesabatları, əsas vəsaitlərin mövcüdluğu və hərəkəti barədə ( 2020-ci, 2021-ci və 2022-ci illər üzrə olmaqla) hesabatlar, hüquqi və fiziki şəxslərlə bağlanmış bütün təsərrüfat müqavilələri, tutulmalar və ayırmalar göstərilməklə işçilərə hesablanmış aylıq əmək haqqı cədvəlləri, 2020-ci ilin mənfəət vergisi bəyənnaməsinin yoxlanılması üçün xx.xx.2020-ci il tarixdən Ərizəni imzalayan şəxs haqqında məlumat: xx.xx.2020-ci il tarixədək olan dövr üzrə gəlir və xərcləri təsdiq edən ilkin mühasibat sənədlərin, əsas vəsaitlərin mövcudluğu və hərəkəti barədə hesabatların, debitor və kreditorların yoxlama dövrünün əvvəlinə və sonuna adlı siyahısı, ƏDV məqsədləri üçün xx.xx.2020-ci il tarixə, xx.xx.2021-ci il tarixə, xx.xx.2022-ci il tarixə, xx.xx.2023-cü il tarixə və xx.xx.2023-cü il tarixə debitor borcların adlı siyahısı, banklardan və digər kredit təşkilatlarından alınmış kreditlərin hərəkəti barədə (kreditin istifadə olunduğu təyinat, əsas məbləği və faiz məbləği üzrə ödəniş sənədlərinin təsdiq olunmuş (imza və möhürlə) surətlərini Cavabdeh MMCdən götürülərək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylıƏrazi Vergilər İdarəsinə və ya vergi orqanının yoxlamanı keçirən vəzifəli şəxsinə təqdim olunması» tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi 8 saylı Ərazi Vergilər İdarəsi Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-cı il tarixdən xx.xx.2023-ci il tarixədək olan vergi dövrünü əhatə edən ilkin mühasibat sənədlərinin: (bank (onlayn ödənişlər daxil olmaqla) və kassa ödəniş sənədləri, alınmış və satılmış mallar üzrə bağlanmış müqavilələr, məhsul istehsalı üçün kalkulasiyalar, istehsal prosesində istifadə olunan avadanlıqların texniki sənədləri, təhvil təslim aktları, malların satışını və alışını təsdiq edən e-qaimələr, mal-materialların hərəkəti barədə aylıq material hesabatları, xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyətlə məşğul olmaq üçün alınmış xüsusi razılıq (lisenziya), mətbəələrdən alınmış ciddi hesabat blankların hərəkəti barədə (blankların alınması, istifadə olunması, korlanması, itirilməsi və xx.xx.2023-cü il tarixə qalıq sayı barədə seriya və nömrələri göstərilməklə) hesabat, nağd pul vəsaitlərinin hərəkəti barədə aylıq daxili kassa hesabatları, əsas vəsaitlərin mövcüdluğu və hərəkəti barədə ( 2020-ci, 2021-ci və 2022-ci illər üzrə olmaqla) hesabatlar, hüquqi və fiziki şəxslərlə bağlanmış bütün təsərrüfat müqavilələri, tutulmalar və ayırmalar göstərilməklə işçilərə hesablanmış aylıq əmək haqqı cədvəlləri, 2020-ci ilin mənfəət vergisi bəyənnaməsinin yoxlanılması üçün xx.xx.2020-ci il tarixdən Ərizəni imzalayan şəxs haqqında məlumat: xx.xx.2020-ci il tarixədək olan dövr üzrə gəlir və xərcləri təsdiq edən ilkin mühasibat sənədlərin, əsas vəsaitlərin mövcudluğu və hərəkəti barədə hesabatların, debitor və kreditorların yoxlama dövrünün əvvəlinə və sonuna adlı siyahısı, ƏDV məqsədləri üçün xx.xx.2020-ci il tarixə, xx.xx.2021-ci il tarixə, xx.xx.2022-ci il tarixə, xx.xx.2023-cü il tarixə və xx.xx.2023-cü il tarixə debitor borcların adlı siyahısı, banklardan və digər kredit təşkilatlarından alınmış kreditlərin hərəkəti barədə (kreditin istifadə olunduğu təyinat, əsas məbləği və faiz məbləği üzrə ödəniş sənədlərinin təsdiq olunmuş (imza və möhürlə) surətlərini Cavabdeh MMC-dən götürülərək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylıƏrazi Vergilər İdarəsinə və ya vergi orqanının yoxlamanı keçirən vəzifəli şəxsinə təqdim olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi 8 saylı Ərazi Vergilər İdarəsi iddia ərizəsini onunla əsaslandırmışdır ki, idarənin xx.xx.2023-cü il tarixli **********172075 saylı “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarına əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan vergi dövrünü əhatə etməklə Cavabdehnə (VÖEN **********) növbəti səyyar vergi yoxlaması təyin edilmişdir.Səyyar vergi yoxlamasına xx.xx.2023-cü il tarixdə başlanılmışdır.Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli KY231923511 saylı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” Çıxarış, xx.xx.2023-cü il tarixli **********172075 saylı “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərar və xx.xx.2023-cü il tarixli **********172156 saylı “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” Tələbnamə xx.xx.2023-cü il tarixli **********400900 №-li məktubla Cavabdeh MMC-nin elektron poçtuna göndərilmişdir.Tələbnamədə göstərilən müddətin keçməsinə baxmayaraq, tələb olunan sənədlərin təsdiq olunmuş surətləri vergi orqanının yoxlamanı keçirən vəzifəli şəxsinə və ya 8 saylı Ərazi Vergilər İdarəsinə təqdim edilməmişdir.“Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2023-cü il tarixli **********173952 saylı Qərar çıxarılmışdır.Vergi yoxlamasının keçirilməsi üçün tələb olunan xx.xx.2020-cı il tarixdən xx.xx.2023-ci il tarixədək olan vergi dövrünü əhatə edən ilkin mühasibat sənədlərinin: (bank (onlayn ödənişlər daxil olmaqla) və kassa ödəniş sənədləri, alınmış və satılmış mallar üzrə bağlanmış müqavilələr,məhsul istehsalı üçün kalkulasiyalar,istehsal prosesində istifadə olunan avadanlıqların texniki sənədləri,təhvil təslim aktları, malların satışını və alışını təsdiq edən e-qaimələr, mal-materialların hərəkəti barədə aylıq material hesabatları, xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyətlə məşğul olmaq üçün alınmış xüsusi razılıq (lisenziya), mətbəələrdən alınmış ciddi hesabat blankların hərəkəti barədə (blankların alınması, istifadə olunması, korlanması, itirilməsi və xx.xx.2023-cü il tarixə qalıq sayı barədə seriya və nömrələri göstərilməklə) hesabat, nağd pul vəsaitlərinin hərəkəti barədə aylıq daxili kassa hesabatları, əsas vəsaitlərin mövcüdluğu və hərəkəti barədə ( 2020-ci, 2021-ci və 2022-ci illər üzrə olmaqla) hesabatlar, hüquqi və fiziki şəxslərlə bağlanmış bütün təsərrüfat müqavilələri, tutulmalar və ayırmalar göstərilməklə işçilərə hesablanmış aylıq əmək haqqı cədvəlləri, 2020-ci ilin mənfəət vergisi bəyənnaməsinin yoxlanılması üçün xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üzrə gəlir və xərcləri təsdiq edən ilkin mühasibat sənədlərin, əsas vəsaitlərin mövcudluğu və hərəkəti barədə hesabatların, debitor və kreditorların yoxlama dövrünün əvvəlinə və sonuna adlı siyahısı, ƏDV məqsədləri üçün xx.xx.2020-ci il tarixə, xx.xx.2021-ci il tarixə, xx.xx.2022-ci il tarixə, xx.xx.2023-cü il tarixə və xx.xx.2023-cü il tarixə debitor borcların adlı siyahısı, , banklardan və digər kredit təşkilatlarından alınmış kreditlərin hərəkəti barədə (kreditin istifadə olunduğu təyinat, əsas məbləği və faiz məbləği üzrə ödəniş sənədlərinin təsdiq olunmuş (imza və möhürlə) surətlərinin yoxlamaya təqdim edilməməsinə görə xx.xx.2023-cü tarixli “Sənədlərin və nümunə kimi əşyaların verilməsindən imtina barədə” Akt tərtib olunmuşdur.Beləliklə, səyyar vergi yoxlamasının keçirilməsi üçün yuxarıda qeyd olunan sənədlərin əldə edilməsi mümkün olmamışdır. Məhkəmə tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsi və Cavabdeh lazımi qaydada xəbərdar edilmişdir. Lakin, tərəflər məhkəmə iclasında iştirak etməmiş və gəlməmələrinin səbəbləri barədə mlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin və Cavabdeh nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki; İddiaçının “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********172075 nömrəli qərarı ilə vergi ödəyicisi olan cavabdehin fəaliyyəti üzrə Vergi Məcəlləsinin 23, 36, 38-ci maddələrinə əsasən səyyar vergi yoxlaması (yoxlanılan dövr: aprel 2020 - mart 2023) təyin edilmişdir. Vergi Məcəlləsinin 42-ci maddəsinə əsasən cavabdehə “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi haqqında” **********172156 nömrəli xx.xx.2023-cü il tarixli Tələbnamə təqdim edilmiş, xx.xx.2023-cü il tarixə kimi hesabatlarının təsdiq olunmuş surətlərinin 8 saylı Ərazi Vergilər İdarəsinə və ya vergi orqanının yoxlamanı keçirən vəzifəli şəxslərinə verilməsi tələb olunmuşdur. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə iddiaçı tərəfindən “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” **********173952 nömrəli qərar qəbul edilmiş və həmin qərarda cavabdehdən xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin götürülməsinin həyata keçirilməli olması göstərilmişdir. İş materiallarında olan cavabdeh tərəfindən tələb edilən sənədlər vergi orqanına təqdim edilmədiyindən xx.xx.2023-cü il tarixdə “Sənədlərin və nümunə kim əşyaların verilməsindən imtina barədə” akt tərtib edilmiş, cavabdeh tərəfindən həmin sənədlərin verilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 42.1-ci maddəsinə əsasən, səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Sənədlərin və ya elektron faylların verilməsi barəsində tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 15 iş günü müddətində vergi orqanına təqdim etməlidir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı sənədlərin və ya elektron faylların verilməsi barədə tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 1 iş günü ərzində təqdim etməlidir. Sənədlərin lazımi qaydada təsdiq edilmiş surətləri təqdim edilir. Həmin Məcəllənin 42.3-cü maddəsinə əsasən səyyar vergi yoxlaması üçün zəruri olan vergi orqanı tərəfindən tələb edilən sənədlərin və ya elektron faylların vergi ödəyicisi tərəfindən vergi orqanına verilməsindən imtina edilməsi və ya bu Məcəllənin 42.1-ci maddəsində göstərilən müddətdə təqdim edilməməsi qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. Bu maddədə göstərilən qaydada sənədlərin və ya elektron faylların təqdim edilməsindən imtina edildikdə, səyyar vergi yoxlamasını həyata keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş qaydada sənədlərin götürülməsini həyata keçirə bilər. Həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən sənədlərin və nümunə kimi əşyaların götürülməsinə səyyar vergi yoxlaması və operativ vergi nəzarəti keçirildikdə yol verilir. Həmin Məcəllənin 43.11-ci maddəsinə əsasən, vergi ödəyicisinin bu maddədə nəzərdə tutulmuş qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan xx.xx.2020-cı il tarixdən xx.xx.2023-ci il tarixədək olan vergi dövrünü əhatə edən ilkin mühasibat sənədlərinin: (bank (onlayn ödənişlər daxil olmaqla) və kassa ödəniş sənədləri, alınmış və satılmış mallar üzrə bağlanmış müqavilələr, məhsul istehsalı üçün kalkulasiyalar, istehsal prosesində istifadə olunan avadanlıqların texniki sənədləri, təhvil təslim aktları, malların satışını və alışını təsdiq edən e-qaimələr, mal-materialların hərəkəti barədə aylıq material hesabatları, xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyətlə məşğul olmaq üçün alınmış xüsusi razılıq (lisenziya), mətbəələrdən alınmış ciddi hesabat blankların hərəkəti barədə (blankların alınması, istifadə olunması, korlanması, itirilməsi və xx.xx.2023-cü il tarixə qalıq sayı barədə seriya və nömrələri göstərilməklə) hesabat, nağd pul vəsaitlərinin hərəkəti barədə aylıq daxili kassa hesabatları, əsas vəsaitlərin mövcüdluğu və hərəkəti barədə ( 2020-ci, 2021-ci və 2022-ci illər üzrə olmaqla) hesabatlar, hüquqi və fiziki şəxslərlə bağlanmış bütün təsərrüfat müqavilələri, tutulmalar və ayırmalar göstərilməklə işçilərə hesablanmış aylıq əmək haqqı cədvəlləri, 2020-ci ilin mənfəət vergisi bəyənnaməsinin yoxlanılması üçün xx.xx.2020-ci il tarixdən Ərizəni imzalayan şəxs haqqında məlumat: xx.xx.2020-ci il tarixədək olan dövr üzrə gəlir və xərcləri təsdiq edən ilkin mühasibat sənədlərin, əsas vəsaitlərin mövcudluğu və hərəkəti barədə hesabatların, debitor və kreditorların yoxlama dövrünün əvvəlinə və sonuna adlı siyahısı, ƏDV məqsədləri üçün xx.xx.2020-ci il tarixə, xx.xx.2021-ci il tarixə, xx.xx.2022-ci il tarixə, xx.xx.2023-cü il tarixə və xx.xx.2023-cü il tarixə debitor borcların adlı siyahısı, banklardan və digər kredit təşkilatlarından alınmış kreditlərin hərəkəti barədə (kreditin istifadə olunduğu təyinat, əsas məbləği və faiz məbləği üzrə ödəniş sənədlərinin təsdiq olunmuş (imza və möhürlə) surətlərinin 8 saylı Ərazi Vergilər İdarəsinə və ya vergi orqanının yoxlamanı keçirən vəzifəli şəxslərinə verilməsi öhdəliyi Cavabdehnə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar