Məhkəmə qərarları › İş №e-2-1(120)-3732/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(120)-3732/2025

21.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-1(120)-3732/2025 21.10.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tağızadə Aygün Bahadır qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, İddiaçıların nümayəndəsi-vəkili Vəkil, Cavabdehin nümayəndəsi Orucov Xidmət Daşdəmir oğlunun, Üçüncü şəxs X5 nümayəndəsi X6 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Salyan rayonunun Yolüstü Bələdiyyəsinə qarşı “Azərbaycan Respublikası Salyan Rayonunun Yolüstü Ə/D, Düzənlik Bələdiyyəsinin 8.55 ha torpaq sahəsi üzrə xx.xx.2007-ci il tarixli icarə müqaviləsini və onun əsasında verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın, 7.85 ha torpaq sahəsi üzrə xx.xx.2007-ci il tarixli icarə müqaviləsini və onun əsasında verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın, 5.7 ha torpaq sahəsi üzrə xx.xx.2007-ci il tarixli icarə müqaviləsini və onun əsasında verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın, 7.9 ha torpaq sahəsi üzrə xx.xx.2007-ci il tarixli icarə müqaviləsini və onun əsasında verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi” barədə iddia tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Salyan rayonunun Yolüstü Bələdiyyəsinə qarşı “Azərbaycan Respublikası Salyan Rayonunun Yolüstü Ə/D, Düzənlik Bələdiyyəsinin 8.55 ha torpaq sahəsi üzrə xx.xx.2007-ci il tarixli icarə müqaviləsini və onun əsasında verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın, 7.85 ha torpaq sahəsi üzrə xx.xx.2007-ci il tarixli icarə müqaviləsini və onun əsasında verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın, 5.7 ha torpaq sahəsi üzrə xx.xx.2007-ci il tarixli icarə müqaviləsini və onun əsasında verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın, 7.9 ha torpaq sahəsi üzrə xx.xx.2007-ci il tarixli icarə müqaviləsini və onun əsasında verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Şirvan İnzibati Məhkəməsinin 28 iyul 2025-ci il tarixli, e-2-1(120)-3732/2025 nömrəli qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Salyan rayonunun Yolüstü Bələdiyyəsinə qarşı “Azərbaycan Respublikası Salyan Rayonunun Yolüstü Ə/D, Düzənlik Bələdiyyəsinin 8.55 ha torpaq sahəsi üzrə xx.xx.2007-ci il tarixli icarə müqaviləsini və onun əsasında verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın, 7.85 ha torpaq sahəsi üzrə xx.xx.2007-ci il tarixli icarə müqaviləsini və onun əsasında verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın, 5.7 ha torpaq sahəsi üzrə xx.xx.2007-ci il tarixli icarə müqaviləsini və onun əsasında verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın, 7.9 ha torpaq sahəsi üzrə xx.xx.2007-ci il tarixli icarə müqaviləsini və onun əsasında verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi” tələbi bаrədə iddia ərizəsi üzrə X12 üzrə zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İddia ərizəsini onunla əsaslandırmışdır ki, X12 xx.xx.2007-ci ildə Salyan rayonu Düzənlik Bələdiyyəsindən 25 il müddətinə 8.55 ha , 7.85 ha , 5.7 ha və 7.9 ha torpaq sahəsi olmaqla cəmi 30 ha ehtiyat fondu torpaqdan icarəyə götürmüşdür. Həmin icarə hüquqları üzrə 8.55 ha torpaq sahəsinə xx.xx.2024-cü ildə qeydiyyat nömrəsi **********, 7.85 ha torpaq sahəsinə xx.xx.2024-cü ildə qeydiyyat nömrəsi **********, 5.7 ha torpaq sahəsinə xx.xx.2024-cü ildə qeydiyyat nömrəsi ********** və 7.9 ha torpaq sahəsinə xx.xx.2024-cü ildə qeydiyyat nömrəsi ********** ƏMDK yanında DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışlar almışdır. Hazırda həmin torpaq sahəsində şəhid ailəsi olan bacısı X13 etibarnamə ilə istifadə etmək istədiyi zaman ona maneçilik hərəkətləri törədilir. Artıq uzun müddətdir ki, bu problemlə üzləşmişik. Həmin torpaq sahəsinə şumlamaq üçün texnika aparılan zaman əlbir olaraq texnikanın işləməyə qoymurlar və bununlada torpaqdan normal istifadəyə maneəçilik törədirlər. Kənd sakinləri X20 ,X35, X9, X24, X29 , X14, X25, X10, X17, X21,X37,X15, İddiaçı2, İddiaçı1, X11 və X22 olmaqla onun torpaq sahəsinə gedən yola çıxararaq maneəçilik edirlər. Salyan Rayon Polis şəbəsində araşdırma aparılmış və həmin bəzi təqsirkar şəxslər barəsində tədbir görülmüşdür. Barələrində cəza təyin edilmişdir. Buna baxmayaraq torpağını yenədə əkə bilmir. X20 ,X34, X26 qızı, X24, X29, X14, X25, X10, X18, X21, X19, X15, İddiaçı2, İddiaçı1, X11, X22 maneəçilik hərəkətlərini davam etdirir, tarla işlərini aparması, texnikanın iş görməsi, əkin işlərinin aparılması, torpağın əkinə hazırlanması üçün olan hərəkətləri aparılmasına xuliqanlıq etməklə maneəçilik törədir və bu şəxslər barələrində heç bir tədbir görülmür. Həmin torpaq sahəsi onunla icarə müqaviləsi bağlanılmaqla verilmişdir. Kənd sakinləri 30 ha torpaq sahəsində qazanc əldə edəcəyimə maneə törətməklə ziyan vurmuşlar. Bildirmək istəyirik ki, X5 qeyd etdikləri yalan və cəfəngiyatdır. Belə ki, Salyan rayonu, Yolüstü Ə/D, Düzənlik kəndinin ümumi istifadəsində olan örüş torpağı 1284 ha təşkil edirdi. Hal-hazırki X5 atası X1 olan dövrdə həmin torpaq sahəsi qanunsuz olaraq başqa şəxslərin istifadə və sərancamına verilmişdir. Salyan rayonu, Yolüstü Ə/D, Düzənlik kəndinin ümumi istifadəsində olan örüş torpağı hal-hazırda 50 ha təşkil edir və onun 30 ha hissəsi iddiaçı qismində çıxış edən X12 ilə qanunsuz icarə müqaviləsi bağlanılaraq onun istifadəsinə verilmişdir. İcarə müqaviləsi X12 ilə Salyan rayonu Düzənlik Bələdiyyəsi arasında bağlanmışdır. Tərəflərindən Salyan rayonu, Yolüstü Ə/D, Düzənlik Bələdiyyəsinə vəkil sorgusu təqdim edərək müvafiq icarə müqavilələrinin təqdim edilməsini xahiş etmişlər. Sorğularına cavab olaraq bildirilmişdir ki, hal-hazırda adı çəkilən icarə müqavilələri Bələdiyyənin arxivində mövcud deyildir. Hesab edirlər ki, örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi QAYDALARİNA əsasən yerli icra hakimiyyəti orqanlarının idarəçiliyində və ya bələdiyyələrin mülkiyyətində olan kəndyanı örüş sahələri əhalinin mal-qarası üçün ümumi istifadəyə ayrılır. Ümumi istifadədə olan örüş sahələri əhalinin istifadəsinə müddətsiz verilir. Bununda nəticəsi olaraq 8.55 ha torpaq sahəsi üzrə xx.xx.2024-cü ildə qeydiyyat nömrəsi **********, 7.85 ha torpaq sahəsi üzrə xx.xx.2024-cü ildə qeydiyyat nömrəsi **********, 5.7 ha torpaq sahəsi üzrə xx.xx.2024-cü ildə qeydiyyat nömrəsi ********** və 7.9 ha torpaq sahəsi üzrə xx.xx.2024-cü ildə qeydiyyat nömrəsi ********** ƏMDK yanında DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışlar etibarsızdır və heç bir hüquqi əsası yoxdur. Torpaq Məcəlləsin 16.4-cü maddəsinə əsasən yay və qış otlaqlarının (qış otlağının 3 faizə qədər hissəsində yaşıl yem üçün xəsil əkini istisna olmaqla), örüş və biçənəklərin əkin məqsədli istifadəsinə yol verilmir. Torpaq Məcəlləsinin 51-ci maddəsinə əsasən dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada icarə əsasında verilir. Torpağın istifadəsi haqqında sənədlərdə nəzərdə tutulduğu hallarda torpağın istifadəçisi onu icarəyə verə bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibatı Prosessual Məcəlləsinin maddələrinin tələblərinə əsasən Məhkəmədən Salyan rayonu, Yolüstü Ə/D, Düzənlik Bələdiyyəsin 8.55 ha torpaq sahəsi üzrə xx.xx.2007-ci il tarixli icarə müqaviləsini və onun əsasında verilmiş xx.xx.2024-cü il tarixli qeydiyyat nömrəsi ********** çıxarışın, Salyan rayonu, Yolüstü Ə/D, Düzənlik Bələdiyyəsin 7.85 ha torpaq sahəsi üzrə xx.xx.2007-ci il tarixli icarə müqaviləsini və onun əsasında verilmiş xx.xx.2024-cü il tarixli qeydiyyat nömrəsi ********** çıxarışın,Salyan rayonu, Yolüstü Ə/D, Düzənlik Bələdiyyəsin 5.7 ha torpaq sahəsi üzrə xx.xx.2007-ci il tarixli icarə müqaviləsini və onun əsasında verilmiş xx.xx.2024-cü il tarixli qeydiyyat nömrəsi ********** çıxarışın,Salyan rayonu, Yolüstü Ə/D, Düzənlik Bələdiyyəsin 7.9 ha torpaq sahəsi üzrə xx.xx.2007-ci il tarixli icarə müqaviləsini və onun əsasında verilmiş xx.xx.2024-cü il tarixli qeydiyyat nömrəsi ********** çıxarışların etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi-vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Salyan rayonunun Yolüstü Bələdiyyəsinin nümayəndəsi Orucov Xidmət Daşdəmir oğlu izahat verərək, iddianın təmin edilibedilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında üçüncü şəxs X5 nümayəndəsi X13 izahat verərək, iddia tələbinə etiraz etdiyini bildirərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatını dinləyərək hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 iddiası mümkün sayılmamalıdır. İddiaçıların hazırkı iddia tələbi Azərbaycan Respublikası Salyan Rayonunun Yolüstü Ə/D, Düzənlik Bələdiyyəsinin 8.55 ha torpaq sahəsi üzrə xx.xx.2007-ci il tarixli icarə müqaviləsini və onun əsasında verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın, 7.85 ha torpaq sahəsi üzrə xx.xx.2007-ci il tarixli icarə müqaviləsini və onun əsasında verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın, 5.7 ha torpaq sahəsi üzrə xx.xx.2007-ci il tarixli icarə müqaviləsini və onun əsasında verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın, 7.9 ha torpaq sahəsi üzrə xx.xx.2007-ci il tarixli icarə müqaviləsini və onun əsasında verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi ilə bağlıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsindən inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli № 5 nömrəli Qərarının 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Həmin Qərarın 1.3-cü bəndində qeyd edilir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 1.4-cü bəndində qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Göründüyü kimi iddianın mahiyyəti üzrə baxılması üçün iddianın mümkün olması vacib şərtdir. İddianın mümkünlük məsələsi yoxlanılarkən diqqət yetirilməli vacib məsələrdən biri də iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İş materiallarında olan Salyan rayonu, Düzənlik bələdiyyəsinin xx.xx.2007-ci il tarxli qərarı ilə X8 bələdiyyə mülkiyyəti məxsus ərazidən kənd təsərüfatı məhsulları istehlak etmək üçün 47,0 (qırx yeddi) ha torpaq səhəsinin icarəyə verilməsi qərara alınmışdır. İş materiallarında olan Salyan rayonu, Düzənlik bələdiyyəsi ilə X12 arasında xx.xx.2007-ci il tarixdə torpaq icarə müqaviləs bağlanmış, həmin müqaviləyə əsasən kənd təsərüfatı məhsulları istehlak etmək üçün 47,0 (qırx yeddi) ha torpaq səhəsinin 25 (iyirmi beş) il müddətinə icarəyə verilməsi müəyyən edilmişdir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışının surətindən müəyyən olunur ki, Salyan rayonu, Düzənlik kəndində yerləşən 7.85 ha torpaq sahəsi ********** qeydiyyat nömrəsi ilə xx.xx.2024-cü il tarixdə Daşınmaz əmlakın dövlət reyestrində 204 nömrəli reyestr kitabının 7 nömrəli vərəqində X5 adına qeydə alınmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışının surətindən müəyyən olunur ki, Salyan rayonu, Düzənlik kəndində yerləşən 5.7 ha torpaq sahəsi ********** qeydiyyat nömrəsi ilə xx.xx.2024-cü il tarixdə Daşınmaz əmlakın dövlət reyestrində 204 nömrəli reyestr kitabının 7 nömrəli vərəqində X5 adına qeydə alınmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışının surətindən müəyyən olunur ki, Salyan rayonu, Düzənlik kəndində yerləşən 8.55 ha torpaq sahəsi ********** qeydiyyat nömrəsi ilə xx.xx.2024-cü il tarixdə Daşınmaz əmlakın dövlət reyestrində 204 nömrəli reyestr kitabının 5 nömrəli vərəqində X5 adına qeydə alınmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışının surətindən müəyyən olunur ki, Salyan rayonu, Düzənlik kəndində yerləşən 7.9 ha torpaq sahəsi ********** qeydiyyat nömrəsi ilə xx.xx.2024-cü il tarixdə Daşınmaz əmlakın dövlət reyestrində 204 nömrəli reyestr kitabının 6 nömrəli vərəqində X5 adına qeydə alınmışdır. Məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlərlə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Salyan Rayonunun Yolüstü Ə/D, Düzənlik Bələdiyyəsinin 8.55 ha torpaq sahəsi, 7.85 ha torpaq sahəsi, 5.7 ha torpaq sahəsi və 7.9 ha torpaq sahəsi çıxarışlara əsasən X16 verilmişdir. Həmçinin müəyyən edilmişdir ki, həmin torpaq sahələri Bələdiyyə mülkiyyətində olmaqla kənd təsərrüfatı təyinatlı torpaq sahələri olmuşdur. İddiaçılar hazırda həmin qərarlarla ayrılmış torpaq sahələrinin bələdiyyə mülkiyyətinə verilməli olan torpaq sahəsi olduğunu iddia edir. Başqa sözlə iddiaçılar hesab edir ki, mübahisələndirilən bələdiyyə qərarları, onun əsasında verilmiş icarə müqavilələri və çıxarışlar etibarsız hesab edilməlidir. Yuxarıda qeyd edilən hüquq normalarının hazırki işin müəyyən edilmiş fakitiki hallarına tətbiq edərək məhkəmə hesab edir ki, iddiaçıların hazırkı iddia üzrə subyektiv hüququnun olması üçün vacib şərtlərdən biri iddiaçıların mübahisələndirdiyi torpaq sahələrinin hər hansı hüquqi əsasla iddiaçılara məxsus olsun. Başqa sözlə hazırkı iddianı qaldırmaqda iddiaçıların subyektiv hüququ o vaxt olacaqdır ki, inzibati orqan tərəfindən iddiaçılara məxsus torpaq sahəsi başqa şəxslərin istifadəsinə verilmiş olsun. Lakin, iş materiallarında olan sənədlərdən müəyyən edilmişdir ki, iddiaçıların iddia etdiyi, hazırda mübahisələndirilən bələdiyyə qərarı üçüncü şəxsə ayrılmış torpaq sahələrinin iddiaçılarla ilə heç bir bağlılığı yoxdur. Yəni iddiaçıların iddia etdiyi, hazırda mübahisələndirilən bələdiyyə qəraı ilə üçüncü şəxsə ayrılmış torpaq sahələri bələdiyyə mülkiyyətində olmaqla kənd təsərrüfatı təyinatlı torpaq sahələri olmuşdur. Məhkəmə qeyd edir ki, hər hansı bir subyektiv hüququn mövcudluğu mütləq normativ hüquqi aktlara əsaslanmalıdır. Subyektiv hüquq konstitusiyadan, digər ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gələ bilər. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçı iddia tələbini dəqiqləşdirməmiş, həmçinin iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Yəni, qanuna əsasən müəyyən növ inzibati iddia onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda mümkün sayılır. Məhkəmə hazırkı iddianın mümkünlük şərtlərini yoxlayarkən müəyyən etmişdir ki, iddiaçıların hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ yoxdur. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçılar nəhkəməyə iddia tələbi ilə müraciət edərək icarə müqaviləsini və onun əsasında verilmiş çıxarışların etibarsız hesab edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iddiaçıların diqqətinə çatdırır ki, mübahisələndirdikləri müqavilə və çıxarışlar Salyan rayonu, Düzənlik bələdiyyəsinin xx.xx.2007-ci il tarxli qərarı əsasında verilmişdir. Salyan rayonu, Düzənlik bələdiyyəsinin xx.xx.2007-ci il tarxli qərarını mübahisələndimək üçün onların subyektiv hüquqlarının olması müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçıların mübahisələndirdiyi torpaq sahəsi Salyan rayonu, Düzənlik bələdiyyəsinin mülkiyyətindədir, bundan başqa xx.xx.2007-ci il tarixli qərarla X8 25 il müddətinə icrayə verildiyi üçün subyektiv hüquq Salyan rayonu, Düzənlik bələdiyyəsinə və icarəçi X8 məxsusdur. İddiaçılar mübahisələndirdikləri torpaq səhəsinin onlara məxsus olamasına (mülkiyyət, istifadə və icarə) dair hər hansı sübutu məhkəməyə tədim etməmişdirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə iddianın mümkün sayılmaması ilə bağlı əsasların olduğunu nəzərə alaraq hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Salyan rayonunun Yolüstü Bələdiyyəsinə qarşı “Azərbaycan Respublikası Salyan Rayonunun Yolüstü Ə/D, Düzənlik Bələdiyyəsinin 8.55 ha torpaq sahəsi üzrə xx.xx.2007-ci il tarixli icarə müqaviləsini və onun əsasında verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın, 7.85 ha torpaq sahəsi üzrə xx.xx.2007-ci il tarixli icarə müqaviləsini və onun əsasında verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın, 5.7 ha torpaq sahəsi üzrə xx.xx.2007-ci il tarixli icarə müqaviləsini və onun əsasında verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın, 7.9 ha torpaq sahəsi üzrə xx.xx.2007-ci il tarixli icarə müqaviləsini və onun əsasında verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi” barədə iddiasına inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 46.3, 50 və 80-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Salyan rayonunun Yolüstü Bələdiyyəsinə qarşı “Azərbaycan Respublikası Salyan Rayonunun Yolüstü Ə/D, Düzənlik Bələdiyyəsinin 8.55 ha torpaq sahəsi üzrə xx.xx.2007-ci il tarixli icarə müqaviləsini və onun əsasında verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın, 7.85 ha torpaq sahəsi üzrə xx.xx.2007-ci il tarixli icarə müqaviləsini və onun əsasında verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın, 5.7 ha torpaq sahəsi üzrə xx.xx.2007-ci il tarixli icarə müqaviləsini və onun əsasında verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın, 7.9 ha torpaq sahəsi üzrə xx.xx.2007-ci il tarixli icarə müqaviləsini və onun əsasında verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvani küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar