Məhkəmə qərarları › İş №e-2-1(120)-3771/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(120)-3771/2025

29.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № e-2-1(120)-3771/2025 29.01.2026 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Salyan Regional “Asan xidmət” X4rşı ölüm haqqında akt qeydinə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, məhkəmə iclas katibi Səfərova Ülkər Calal qızının katibliyi ilə, İddiaçı cavabdeh Salyan Regional “Asan xidmət” X4rşı ölüm haqqında akt qeydinə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Salyan Regional “Asan xidmət” X4rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2020-ci ildə vəfat etmiş anası X3 ölüm akt qeydində soyadının “Quliyeva” ata adında “Məmməd” adına düzəliş edilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırmışdır ki, atası X9 xx.xx.1997-ci ildə, anası Həşimova (Quliyeva) Zəifə Məhəmməd (Məmməd) qızı xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Ölüm haqqında şəhadətnamədə anasının ata adı Məhəmməd, soyadı isə Həşimova qeyd olunmuşdur. Vərəsəlik işi açılan zaman anasının ata adında və soyadında uyğunsuzluq ortaya çıxmışdır. Bununla bağlı cavabdeh inzibati orqana müraciət etsə də, müraciətinin təmin olunmasından imtina edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdehin etirazları: Cavabdeh inzibati orqanın iddiaya dair yazılı etirazında (münasibət) göstərilmişdir ki, ərizəçinin doğumu haqqında Salyan rayon Yenikənd kənd İN tərəfindən tərtib edilmiş 6 saylı, xx.xx.1976-cı il tarixli akt qeydində anasının ata adı “Məmməd” qeyd edilmiş, ölüm haqqında akt qeydində ölənin, eləcə də nikah haqqında akt qeydində qadının ata adı “Məhəmməd” yazılmışdır. Zərifə Həşimovanın ölümü haqqında akt qeydində doğum tarixi xx.xx.1936-cı il qeyd olunsa da, nikah haqqında Beyləqan rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.1971-ci il tarixli, 08 saylı akt qeydində doğum tarixi təkcə 1936-cı il göstərilmişdir Eyni zamanda nikahda kişinin soyadı “Quluyev”, qadının nikahdan sonrakı soyadı “Quluyeva”dır. Lakin Salyan rayon Yenikənd kənd İN tərəfindən tərtib edilmiş 18 saylı, xx.xx.1997-ci il tarixli ölüm haqqında akt qeydində ölənin soyadı “Quliyev”dir. Bundan başqa nikah haqqında akt qeydində kişinin doğum tarixi xx.xx.1938-ci il qeyd olunsa da, ölüm haqqında akt qeydində xx.xx.1938-ci ildir. Kifayət qədər əsaslar olmadığı üçün Salyan rayon Yenikənd kənd İN tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli 07 nömrəli ölüm haqqında akt qeydində ölən şəxsin soyadının dəyişdirilməsi eləcə də, qeyd olunan ziddiyyətlərin aradan qaldırılması tərəflərindən mümkün olmamışdır və vətəndaşın tələbinin icrasından imtina edilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının (şifahi məhkəmə baxışı) yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş iddiaçı məhkəmə iclasına gəlməmiş,cavabdeh isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə İPM-nin 62.3cü maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”ndan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri inzibati orqan kimi təsnif olunmuşlar. İPM-nin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumihüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddiaçı qanunvericiliyin müddəalarına əməl edərək, əvvəlcə eyni tələblə cavabdeh inzibati orqana, daha sonra isə qanunla müəyyən edilmiş müddətdə iddia ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan: İİİ-ЖГ seriyalı 480823 №-li doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, doğum haqqında şəhadətnamədə İddiaçı anası qismində X14 qeyd olunmuşdur. Salyan Rayon İcra Hakimiyyəti Başçısının Yenikənd İnzibati Ərazi Nümayəndəliyi tərəfindən verilmiş 5-71-24/2-440/2024 saylı, xx.xx.2024-cü il tarixli arayışda qeyd olunmuşdur ki, X1 Elçin Savalan oğlunun anasıdır. X10 və X11 eyni adamdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, Salyan rayonu, Yenikənd kəndində yerləşən xüsusi mülkiyyətdə olan 0,876 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2025-ci il tarixdə ümumi birgə mülkiyyət hüququ ilə Daşınmaz əmlakın dövlət reyestrində 220 nömrəli reyestr kitabının 10 nömrəli vərəqində İddiaçı və X3 adına qeydə alınmışdır. Salyan Regional “Asan Xidmət” Mərkəzində notariat ofisi tərəfindən İddiaçı ünvanlanmış 238 №-li, xx.xx.2025-ci il tarixli məktubda qeyd olunmuşdur ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş mərhum anası X2 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı etdiyi müraciətinə cavab olaraq bildirirlər ki, sənədlərə baxış keçirilərkən mərhum-X3 qohumluq münasibətini təsdiq edən sənədlərdə uyğunsuzluq olduğu üçün vərəsəlik işini notarial qaydada rəsmiləşdirmək mümkün olmadığından, yuxarıda qeyd olunanaları nəzərə alaraq məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. X15 və X7 tərəfindən xx.xx.2025-ci il tarixdə notarial qaydada verilmiş ərizədə xx.xx.2020-ci ildə vəfat etmiş anaları-X3 ölüm akt qeydində soyadında “Quliyeva” ata adında “Məmməd” adına düzəliş edilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə iddia ərizəsindən məlumatlıdır və iddianın təmin edilməsinə razıdırlar, heç bir etirazları yoxdur. Məhkəmənin müvafiq sorğusuna əsasən verilmiş: Cavabdeh 3-16-5/8-13-985/2025 saylı, xx.xx.2025-ci il tarixli cavab məktubu ilə təqdim olunmuş: xx.xx.1971-ci il tarixdə tərtib olunmuş 08 nömrəli nikah haqqında akt qeydində evlənənlər haqqında məlumat qrafasında kişi barədə məlumatlarda soyadı Quliyev, adı Savalan, ata adı Süleyman, qadın haqqında məlumatda soyadı Həşimova (Quliyeva) adı Zərifə, ata adı Məhəmməd qeyd olunmuşdur. xx.xx.1976-cı il tarixli 6 №-li doğum haqqında akt qeydinin surətindən müəyyən olunur ki, xx.xx.1975-ci il təvəllüdlü İddiaçı aid doğum haqqında akt qeydində ana qrafasında anasının adı Zərifə, soyadı Quliyeva, ata adı Məmməd qeyd olunmuşdur. xx.xx.2020-ci il tarixli 07 nömrəli ölüm haqqında akt qeydindən müəyyən olunur ki, xx.xx.2020-ci ildə ölmüş şəxsin adı Zərifə, ata adı Məhəmməd, soyadı Həşimova qeyd edilmişdir. Salyan Rayon icra Hakimiyyəti Başçısının Yenikənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 5-71-24/2-30/2025 saylı, xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, X11 xx.xx.2020-ci ildə vəfat etmişdir və mərhumun ailə tərkibi X15, X8, İddiaçı kimi qeyd olunmuşdur. Beyləqan rayon Qeydiyyat Şöbəsinin 3-16-5/8-1127/25 saylı cavab məktubunda qeyd olunmuşdur ki, X3 ölümü haqqında Salyan rayonu Yenikənd İN tərəfindən xx.xx.2020-ci il tarixində 07 saylı akt qeydi tərtib edilmişdir. Ölüm haqqında akt qeydində mərhumun doğum yeri Ermənistan Respublikası Zəngibasar rayonu, Zəngi kəndi qeyd olunmuşdur. Ədliyyə Nazirliyi Vətəndaşlıq X6 3-16-5/2-590006/2025 saylı cavab məktubunda qeyd olunmuşdur ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən 1938-ci il təvəllüdlü Savalan Quliyev ilə 1936-cı il təvəllüdlü Quluyeva (Həşimova) Zərifə Məhəmməd qızının nikahının xx.xx.1971-ci ildə Beyləqan rayon qeydiyyat şöbəsində qeydə alındığı və bu nikahdan onların xx.xx.1975-ci il təvəllüdlü İddiaçı adlı övladı doğulmuşdur. İddiaçı ilə xx.xx.1977-ci il təvəllüdlü Quliyeva (Məmmədova) Ofelya Həşim qızının nikahı xx.xx.1998-ci ildə Salyan rayonunun Yenikənd icra nümayəndəliyində qeydə alınmışdır. Vətəndaşlıq vəziyyəti akt qeydləri qeydiyyat şöbələrində və vətəndaşlıq vəziyyəti aktlarının arxivində 1948-ci ildən saxlanılır. Belə ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabları onların tərtib edildiyi vaxtdan 75 il müddətində Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrində və Vətəndaşlıq vəziyyəti akltarının arxivində saxlanılır.Bu müddət qurtardıqdan sonra qeydiyyat kitabları saxlanılmaq üçün Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə təhvil verilir. Cavabdeh 3-16-5/8-13-1103/2025 saylı, xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, ərizəçinin doğumu haqqında Salyan rayon Yenikənd kənd İN tərəfindən tərtib edilmiş 6 saylı, xx.xx.1976-cı il tarixli akt qeydində anasının ata adı “Məmməd” qeyd edilmiş, ölüm haqqında akt qeydində ölənin, eləcə də nikah haqqında akt qeydində qadının ata adı “Məhəmməd” yazılmışdır. Zərifə Həşimovanın ölümü haqqında akt qeydində doğum tarixi xx.xx.1936-cı il qeyd olunsa da, nikah haqqında Beyləqan rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.1971-ci il tarixli, 08 saylı akt qeydində doğum tarixi təkcə 1936-cı il göstərilmişdirş Eyni zamanda nikahda kişinin soyadı “Quluyev”, qadının nikahdan sonrakı soyadı “Quluyeva”dır. Lakin Salyan rayon Yenikənd kənd İN tərəfindən tərtib edilmiş 18 saylı, xx.xx.1997-ci il tarixli ölüm haqqında akt qeydində ölənin soyadı “Quliyev”dir. Bundan başqa nikah haqqında akt qeydində kişinin doğum tarixi xx.xx.1938-ci il qeyd olunsa da, ölüm haqqında akt qeydində xx.xx.1938-cii ildir. Kifayət qədər əsaslar olmadığı üçün salyan rayon Yenikənd kənd İN tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli 07 nömrəli ölüm haqqında akt qeydində ölən şəxsin soyadının dəyişdirilməsi eləcə də, qeyd olunan ziddiyyətlərin aradan qaldırılması tərəflərindən mümkün olmamışdır və vətəndaşın tələbinin icrasından imtina edilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Həmin Məcəllənin 158.2-ci maddəsinin tələbinə görə, doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. Həmin Məcəllənin 159.2-ci maddəsinin tələbinə görə, müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Həmin Məcəllənin 161.1-ci maddəsinin tələbinə görə, vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 161.2-ci maddəsinin tələbinə görə, müvafiq icra hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müddəalar”-ın; - 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. - 2-ci bəndinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. - 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: övladlığa götürmə ilə əlaqədar övladlığa götürülənin adı, atasının (anasının) adı, soyadı, doğulduğu yer və doğum tarixi dəyişdirildikdə; nikahın pozulması və nikahın etibarsız sayılması ilə əlaqədar ərin (arvadın) nikah qeydə alınan zaman seçdiyi soyadı dəyişdirildikdə; atanın adının dəyişdirilməsinin qeydə alınması hallarında onun uşaqlarının ata adı dəyişdikdə, valideynlərdən birinin və ya hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayan uşaqlarının soyadı dəyişdikdə; atalıq müəyyən edildikdə, uşağın doğulması haqqında qeydə ata barəsində yeni məlumat yazıldıqda, doğum haqqında aktın qeydindən uşağın atası və ya anası haqqında məlumatlar çıxarıldıqda; vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını dəyişdirdikdə;http://www.e-qanun.az/framework/4543 övladlığa götürmə ləğv edildikdə; atalığın müəyyən edilməsi ləğv olunduqda; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə; cinsin dəyişməsi ilə əlaqədar olaraq vətəndaşın adı, soyadı və ata adı dəyişdirildikdə; vətəndaşlıq vəziyyəti aktlarının qeydində valideynlərin soyadları, adları, ata adları və ya milliyyəti göstərilməmişsə; vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; qanunvericilikdə müəyyən edilən digər hallarda. İPM: İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi Məhkəmə hesab edir ki, iddia əsaslıdır və cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun deyil. Belə ki, müvafiq qeydiyyatın aparılmasında məqsəd vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. İşin araşdırılan hallarından yəni xx.xx.1976-cı il tarixli 6 №-li doğum haqqında akt qeydinin surətindən müəyyən olunur ki, xx.xx.1975-ci il təvəllüdlü İddiaçı aid doğum haqqında akt qeydində ana qrafasında anasının adı Zərifə, soyadı Quliyeva, ata adı Məmməd qeyd olunmuşdur. İşin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq və istinad olunan müddəalara əsaslanmaqla məhkəmə belə qənaətə gəlir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinə imtina etməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. Halbuki, qanunvericiliyin tələbinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir (İPM-nin 14.1-ci maddəsi). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci və 67.2-ci maddələrinə əsasən isə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Şərh edilənlərə əsasən və İPM-nin 2, 33.1, 52, 68-69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilsin. X3 xx.xx.2020-ci il tarixdə ölməsi barədə vətəndaşlıq vəziyyəti aktlarının ölüm haqqında xx.xx.2020-ci il tarixli 07 №-li akt qeydinə düzəliş olunaraq, atası bəndində atasının adının “Məhəmməd”-dən “Məmməd”-ə, soyadı bəndində “Həşimova”dan, “Quliyeva”ya düzəliş ededilməsi vəzifəsi Cavabdehnə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşidə Quliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar