Məhkəmə qərarları › İş №e-2-1(120)-3904/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(120)-3904/2025

03.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № e-2-1(120)-3904/2025 03.11.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin Cavabdeh qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2024-cü il tarixə Dövlət Büdcəsinə ödənilməmiş 2290.84 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 15000 manat məbləğində siyahıya alınmış əmlakının Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti vasitəsilə satılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, vergi ödəyicisi olan cavabdeh öhdəliklərini yerinə yetirmədiyindən onun Dövlət Büdcəsinə ödənilməmiş 2290.84 manat məbləğində borcu yaranmışdır. İşə əlavə edilən sənədlərdən görünür ki, yaranmış borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən vergi orqanının xx.xx.2024-cü il tarixli, **********4 nömrəli qərarı əsasında xx.xx.2024-cü il tarixli protokol və həmin protokola əlavə ilə Astara rayonu, Nərimanov küçəsində yerləşən torpaq sahəsi siyahıya alınmışdır. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, cavabdehdən borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq edilmiş, borc ödənilmədiyindən tərəflər arasında hazırki mübahisə yaranmışdır. İş materiallarına əlavə olunan məhkəmənin sorğusu əsasında məhkəməyə göndərilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 10 saylı Lənkəran ərazi idarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-2059/2025 nömrəli məktubuna əlavə olunmuş qeydiyyat nömrəsi, ********** nömrəli, xx.xx.2021-ci il tarixli, **********06 reyestr nömrəli çıxarışdan görünür ki, 0.3007 ha torpaq sahəsi Cavabdeh adına dövlət qeydiyyatına alınmışdır. İş materiallarına əlavə olunan məhkəmənin sorğusu əsasında məhkəməyə göndərilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran ərazi idarəsinin məktuba əlavə edilmiş sənədlərin surətindən görünür ki, X2 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən 0.300736 ha torpaq sahəsi Cavabdeh satılmışdır. İş materiallarına əlavə olunan xx.xx.2025-ci il tarixli qəbzin surətindən görünür ki, Cavabdeh tərəfindən 2296,00 manat pul vəsaiti ödənilmiş, 3,44 qəpik komissiya məbləği tutulmaqla 2292 manat Dövlət Vergi Xidmətinə (VÖEN: 9********) köçürülmüşdür. İş materiallarına əlavə olunan məhkəmənin sorğusu əsasında məhkəməyə göndərilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş idarəsinin məktubunda qeyd edilmişdir ki, Cavabdeh (VÖEN-**********) tərəfindən xx.xx.2024-cü il tarixli **********4 nömrəli qərar üzrə 15000 manat dəyərində və xx.xx.2025-ci il tarixli **********4 nömrəli qərar üzrə 28000 manat dəyərində əmlakların siyahiya alınmasına əsas olmuş borc məbləğindən xx.xx.2025-ci il tarixli iddia ərizəsi üzrə 2292 manat məbləğ dövlət büdcəsinə ödənilmişdir və qeyd olunan iddia ərizəsi üzrə borc mövcud deyil. Əlavə olaraqda bildirik ki, xx.xx.2025-ci il tarixə olan iddia ərizəsi üzrə 1783.80 manat borc məbləğindən hər hansı bir ödəniş aparılmamışdır və qeyd olunan iddia ərizəsi üzrə xx.xx.2025-ci il tarixə 1738.80 manat borc movcuddur. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, **********4 nömrəli qərar əsasında borcu mövcud deyil. Cavabdeh inzibati orqam tərəfindən məhkəməyə ünvanlanmış məktubla müəyyən edilir ki, xx.xx.2025-ci il tarixli iddia ərizəsi üzrə 2292 manat məbləğ dövlət büdcəsinə ödənilmişdir və qeyd olunan iddia ərizəsi üzrə borc mövcud deyildir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 11.2-ci maddəsinə əsasən “İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər”. Həmin Qanunun 17-ci maddəsinin tələbinə görə “Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır”. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.5-ci maddəsinə əsasən, yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır. Həmin Məcəllənin 89.6-cı maddəsinə əsasən, əmlakın siyahıya alınması bu Məcəllənin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı ardıcıllıqla həyata keçirilir: nağd pul vəsaitləri; bilavasitə məhsulların (malların) istehsalında iştirak etməyən əmlak (qiymətli kağızlar, valyuta dəyərliləri, qeyri-istehsal binaları, minik avtonəqliyyatı, xidmət otaqlarının dizayn əşyaları və sair); hazır məhsullar (mallar), habelə istehsalda iştirak etməyən və (və ya) bilavasitə istehsalda iştirakı nəzərdə tutulmayan digər maddi qiymətlilər; istehsalda bilavasitə iştirakı nəzərdə tutulmuş xammal və materiallar, habelə dəzgahlar, avadanlıqlar, binalar, qurğular və digər əsas vəsaitlər; inventarizasiya aparılmaqla digər əmlak. Qeyd edilən Məcəllənin 89.11-ci maddəsinə əsasən, vergi ödəyicisinin bu maddənin müəyyənləşdirdiyi qaydanı pozaraq siyahıya alınmış əmlaka dair bağladığı əqdlər etibarsız sayılır. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi Cavabdeh Dövlət Büdcəsinə yaranmış borcunun ödənilməsini təmin etmək üçün cavabdehə məxsus əmlakın siyahıya alınmasını həyata keçirərkən qanunvericiliyin tələb etdiyi ardıcıllığa tam riayət olunmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi Cavabdeh Dövlət Büdcəsinə yaranmış borcunun ödənilməsini təmin etmək üçün cavabdehə məxsus əmlakın siyahıya alınmasını həyata keçirərkən qanunvericiliyin tələb etdiyi ardıcıllığa tam riayət olunmasını, həmçinin siyahıya alınmış cavabdehə məxsus olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Borc məbləği cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə ödənildiyi halda iddiaçı inzibati orqan iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, həmin iddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəmyə daxil olaraq qeydiyyat götürülmüşdür. Beləliklə, Cavabdeh xx.xx.2024-cü il tarixə dövlət büdcəsinə ödənilməmiş 2290.84 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 15000 manat məbləğində siyahıya alınmış Astara rayonu, Nərimanov küçəsində yerləşən torpaq sahəsinin satılması üçün heç bir hüquqi əsas yoxdur. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı inzibati orqan Cavabdeh xx.xx.2025ci il tarixə olan iddia ərizəsi üzrə 1783.80 manat borc məbləğindən hər hansı bir ödəniş aparılmadığını və qeyd olunan iddia ərizəsi üzrə xx.xx.2025-ci il tarixə 1738.80 manat borc movcud olduğunu qeyd etmişdir. Göstərilən mübahisə ilə bağlı iddia ərizə Şirvan İnzibati Məhkəməsinin icraatına xx.xx.2025-ci il tarixdə daxil olmuş, 2-1(120)-4862/2025 saylı inzibati iş hal-hazırda məhkəmənin icraatındadır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin Cavabdeh qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-ci, 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin Cavabdeh qarşı cavabdehin xx.xx.2024-cü il tarixə dövlət büdcəsinə ödənilməmiş 2290.84 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 15000 manat məbləğində siyahıya alınmış Saatlı rayonu, Fətəlikənd kəndində yerləşən torpaq sahəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti vasitəsilə satılması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar