Məhkəmə qərarları › İş №e-2-1(120)-408/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(120)-408/2023

15.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № e-2-1(120)-408/2023 15.11.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Abdullayev Cavid Tariyel oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “Səbuhi” Kooperativinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı “5 saylı ərazi vergilər idarəsinin xx.xx.2021-ci il tarixli, **********310600 nömrəli, **********312000 nömrəli və **********313700 nömrəli qərarlarının ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 15 noyabr 2023-cü il tarixdə Şirvan İnzibati Məhkəməsinin binasında (ünvan: ünvan 2 E T D İ : İddiaçı “Səbuhi” Kooperativinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “5 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2021-ci il tarixli, **********310600 nömrəli, **********313700 nömrəli qərarlarının, Dövlət Vergi Xidməti tərəfindən verilmiş **********986600 saylı inzibati şikayətin təmin edilməməsi haqqında qərarının, İqtisadiyyat Nazirliyi yanında Apellyasiya Şurasının xx.xx.2022-ci il tarixli, 03 saylı qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İşin hazırlıq icraatı mərhələsində iddiaçının nümayəndəsi və vəkili İddiaçı2 iddia tələbinin dəyişdirilməsinə dair məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsində dəqiqləşdirmə aparıldığını, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin və İqtisadiyyat Nazirliyi yanında Apellyasiya Şurasının cavabdehlər sırasından çıxarılmasını, iddia tələbinə “5 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2021-ci il tarixli, **********310600 nömrəli, **********312000 nömrəli və **********313700 nömrəli qərarlarının ləğv edilməsi” kimi baxılmasını xahiş etmişdir. Məhkəmənin 15 iyul 2022-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “Səbuhi” kooperativinin (**********) fəaliyyəti kənd təsərrüfatı sahəsi üzrə heyvandarlıq və balıqçılıqdan ibarətdir. Fəaliyyətini həyata keçirmək üçün Salyan rayonu dövlət ehtiyat fondu torpaqlarıdan 8 ha və 12 ha heyvandarlıq məqsədi ilə və Salyan rayon İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli, 37-s saylı sərəncamı ilə 49.5 ha balıqçılıq məqsədi ilə təbii sututar ərazidən torpaq sahəsi istifadəsinə icarə müqaviləsi əsasında verilmişdir. Korperativlə xx.xx.2020-ci il tarixdə 37 saylı icarə müqaviləsi bağlanmışdır. (Balıqçılıq məqsədi ilə ayrılan torpaq sahəsi əvvəllər istifadəmdə olub, lakin sərəncamın vaxtı bitdiyi dövrdən (xx.xx.2018-ci ildən) yeni sərəncam alana qədər həmin sahədən istifadə edilməmişdir). 2020-2021-ci illərdə COVİD-19 Pandemiya dövründə fəaliyyət göstərməmişəm və bu dövrlərdə ona torpaq vergisi hesablanmışdır. Dövlət fondundan istifadəsinə verilən torpaq sahələrinə görə Salyan İcra Hakimiyyəti tərəfindən icarə müqaviləsi bağlanmış və hesablanmış icarə haqqı tərəfindən ödənilmişdir. Torpaq vergisi ödəyicisi olmağı barədə heç bir məlumat olmamışdır. Çünki əvvəldə bu torpağın icarəçisi olduğu vaxtlarda torpaq vergisi tələb edilməmişdir. 2019-2020-ci illər üzrə ümumilikdə Korperativdən vergi tələb edilə bilməzdi. Vergi orqanı tərəfindən xx.xx.2021-ci il tarixdə kargüzarlığıma bu verginin ödəyicisi olmağı barədə məktub göndərilmiş və xx.xx.2021-ci il tarixdə 142800 manat torpaq vergi və 30622 manat faiz manat faiz heasablanmışdır. xx.xx.2021-ci il tarixdə torpaq vergisi bəyannaməsi təqdim edilmişdir. Təqdim etdiyi bəyannamələrə xx.xx.2021-ci İl tarixdə yenidən kameral qaydada 59000 manat torpaq vergisi hesablanır. Kameral hesablanan tarixə onun şəxsi hesab vərəqisində 20.25 manat əsas borcu var idi. Kameral hesablamadan sonar 67258.4 manat əsas bocu 4978 manat faiz borcun olduğu göstərilir. Bu da riyazi hesablamaya görə düzgün görünmür. Onun fikri ilə ümumiyyətlə torpaq vergisi düzgün hesablanmamışdır. 5 saylı Ərazi Vergilər idarəsi tərəfindən xx.xx.2021-ci il tarixli **********310600 nömrəli Qərarla 2019-cu ilüzrə 19811,76 manat, **********312000 nömrəli Qərarla 2020-ci il üçün 19640,87 manat, **********313700 nömrəli Qərarla 2021-ci il üçün 19640,87 manat torpaq vergisi ödəməli olduğu göstərilmişdir. Qərarlardan etdiyi şikayət AR İİN yanında DVX tərəfindən **********986600 saylı inzibati şikayətin təmin edilməməsi haqqında qərarla təmin edilməmişdir. Bu qəradan şikayəti də AR İİN Apelyasiya Şurasının xx.xx.2022-ci il tarixli 03 saylı Qərarı ilə təmin edilməmişdir. Bu qərardan indi Azərbaycan Respublikasının Prezidenti yanında Apelyasiya şikayəti verir.Tətbiq edilməli olan qanunvericilik: Vergi Məcəlləsi Maddə 6.1. Dövlət vergilərinə aşağıdakılar aiddir: 6.1.6. hüquqi şəxslərin və bu Məcəllənin 206.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin torpaq vergisi. 206.1. Bu Məcəllənin 206.1-1-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi torpaq sahəsinin hər 100 kvadratmetrinə görə 2 manat müəyyən edilir. Maddə 164. Vergi ödəməkdən azad edilmə. 164.1.18. kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən, sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr - 2014-cü il yanvarın 1-dən 10 il müddətinə; 164.1.37. heyvan və quş ətinin satışı - 2020-ci il yanvarın 1-dən 4 il müddətinə; Maddə 203.1. Torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya torpaqdan icarə və ya digər əsaslarla istifadə edən şəxslərin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanır. Vergi Məcəlləsinə əsasən ilk növbədə sututar ərazidən istifadə etdiyimə əsasən kənd təsərrüfatı sahəsi hesab edilməklə vergidən azad olunmalı idim. Əgər azad olunmadığım müəyyən edilirsə AR VM 203.1 maddəsi tətbiq edilməli idi. Torpaq Məcəlləsi Maddə 12. Kənd təsərrüfatı təyinatlı torpaqlar və onların tərkibi 2. Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyalan), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir. Təqdim edilən sənədlərdən göründüyü kimi Korperativə icarəyə verilən sahə kənd təsərrüfatı təyinatlı torpaqdır. Su Məcəlləsi Maddə 10. Su fondunun torpaqları Su fondu torpaqlarına aşağıdakı torpaq sahələri daxildir: Azərbaycan Respublikasının daxili sularının və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin (su obyektlərinin) altında olan torpaqlar; su mühafizəsi zonalarının və sahilboyu zolaqların altında olan torpaqlar, adalar və bataqlıqlar; hidrotexniki qurğuların, meliorasiya və su təsərrüfatı obyektlərinin altmda olan torpaqlar. Salyan rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli 37-s saylı sərəncamı ilə 49.5 ha balıqçılıq məqsədi ilə təbii sututar ərazidən torpaq sahəsi istifadəmə icarə müqaviləsi əsasında verilmişdir. Sərəncamda su fondu kimi qeyd olunsada bu su fondu deyil kənd təsərrüfatı təyinatlı torpaqdır. İlk növbədə bu nəzərə alnımalıdır. Salyan rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2003-cü il tarixli 129-s saylı sərəncamı ilə 50 ha heyvandarlıq və balıqçılıq məqsədi ilə dövlət fondu ərazisindən kənd təsərrüfatı təyinatlı təbii sututar ərazidən uzunmüddətli icarəyə ayrılmışdır. Göründüyü kimi texniki səhv olduğu üçün bu qənaətə gəlinmişdir ki, su fondu torpaq sahəsindən istifadə edirəm. Bu da külli miqdarda Torpaq vergisi haqqında AR Qanunu maddə 1. Torpağa görə haqq torpaq vergisi və icarə haqqı şəklində alınır. Maddə 4. Torpaq vergisi torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin və torpaq istifadəçilərinin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpağın sahəsinə görə sabit ödəniş şəklində hesablanır. Maddə 5: Vergi tutulan torpaqlar aşağıdakılardır: kənd təsərrüfatı təyinatlı torpaqlar; Maddə 11. Yaşayış məntəqələrindən kənarda təsərrüfat fəaliyyəti üçün ayrılmış su fondunun su ilə örtülü və ya örtülü olmayan torpaqlarına görə vergi inzibati rayonun müvafiq kənd təsərrüfatı təyinatlı torpaqlarının vergi dərəcəsi ilə tutulur. Maddə 17. Torpaq vergisi Hüquqi şəxslər tərəfindən torpaq sahələrinin miqdarına və verginin dərəcələrinə əsasən hər il hesablanır və haqqhesablar mayın 15-dən gec olmayaraq dövlət vergi xidməti orqanlarına təqdim edilir. Vergi orqanları torpaq vergisinin haqq-hesablarım vaxtında təqdim etməmiş hüquqi şəxslərdən torpaq sahəsinin miqdarına və verginin dərəcələrinə əsasən hesablanmış vergi məbləğinin 110 faizi miqdarında vergi tuturlar, haqq-hesablar təqdim edildikdən sonra vergi müəyyən edilmiş qaydada yenidən hesablanır. Maddə 18. hüquqi şəxslərə və vətəndaşlara il ərzində ayrılmış torpaq sahələrinə görə vergi torpağın ayrıldığı vaxtdan sonrakı aydan başlayaraq hesablanır. Torpağın geri alındığı (azaldıldığı) hallarda verginin alınması torpağın geri almdığı (azaldıldığı) aydan dayandırılır (azaldılır). Torpaq vergisini ödəməyə vaxtmda cəlb olunmamış tədiyyəçilər ən çoxu axırıncı iki il üçün vergi ödəyirlər. Verginin düzgün tutulmamasına ən çoxu axırıncı iki il üçün yenidən baxılır. Göründüyü kimi torpaq vergisi kənd təsərrüftaı təyinatlı torpaqlardan tutulmur və tutlmalı olduğu halda sabit məbləğdə hesablanmalıdır. Vergi dərəcəsi müəyyən edilməmişdir. Tərəfimizdən haqq-hesablar təqdim edildikdən sonra vergi müəyyən edilmiş qaydada yenidən düzgün hesablanmamışdır. 2020-ci ilin may ayından hesablanmalı olan vergi 2019-cu il üçün də hesablanmışdır. Ən azı 2 il üçün tələb olunmalı olduğu halda 2019, 2020, 2021-ci illər hesablanmışdır. Torpaq vergisinin müəyyən edilməsi və ödənilməsi haqqında təlimat 1-ci bəndində göstərilir ki, Torpaq vergisi Azərbaycan Respublikasının 1996cı il 24 dekabr tarixli “Torpaq vergisi haqqında” Qanununa əsasən alınır. 2. Torpaq vergisinin tutulması obyekti hüquqi və fiziki şəxslərin mülkiyyətinə və istifadəsinə verilmiş torpaq sahələridir. Bu torpaqlara xüsusi olaraq aşağıdakılar daxildir: Kənd təsərrüfatı fəaliyyətinin (əkinçilik, heyvandarlıq, quşçuluq, bağçılıq, bostançılıq və s. bu kimi) keçirildiyi torpaqlar; 6. Torpaq vergisinin dərəcələri Qanuna müvafiq olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş qaydada müəyyənləşdirilir. Bununla əlaqədar olaraq Nazirlər Kabineti tərəfindən kənd yerlərində torpaq vergisinin hesablanması üçün 14 may 1997-ci il tarixli 43 nömrəli Qərar qəbul olunmuş və həmin Qərarla torpaq vergisinin hesablanması üçün cədvəl təsdiq edilmişdir (1 saylı əlavə). Göstərilən cədvəl kadastr rayonları və ora daxil olan inzibati rayonlar üzrə torpağın keyfiyyət qruplarını və torpaq vergisinin hesablanması üçün torpağın hər bir hektarının şərti ballarını (əkin, dinc, həyətyanı torpaqlar və çoxillik əkməklər üzrə) nəzərdə tutulmuşdur. 21. Torpaq vergisinə vaxtında cəlb olunmamış ödəyicilər ən çoxu axınncı iki il üçün vergini ödəməyə cəlb edilirlər. Torpaq vergisi vaxtında tutulmamış ödəyicilərdən ən çoxu axınncı iki il üçün vergi tutulur. Verginin düzgün tutulmamasma ən çoxu axınncı iki il üçün yenidən baxılır. Belə hallarda əlavə hesablanmış vergi məbləğləri aşağıdakı müddətlərdə ödənilir. 24. Torpaq vergisi haqq-hesablarının sənədli yoxlanılmasından qabaq, onların koraeral yoxlaması apanlır. Komeral yoxlama hör bir vergi haqq-hesabı üzrə, onlar daxil olduqca həyata keçirilir. Haqq-hesablann tərkibində yol verilə bilən səhvləri aşkara çıxarmaq məqsədilə torpaq sahələri haqqında məlumatların əvvəlki ildə müqayisədə artıbazalması səbəbləri, vergi dərəcələrinin düzgün tətbiq edilməsi və verginin hesablanması, ödənilmə müddətləri üzrə verginin düzgün bölünməsi və s. aydınlaşdırılır. Vergi dərəcələrinin düzgün tətbiq edilməsi, yaxud tədiyyələrin hesablanması və müddətlər üzrə bölünməsində hesab səhvlərinə yol verilməsi faktlan aşkar edildikdə vergi haqq-hesablarında müvafiq düzəlişlər edilərək onlar drüstləşdirilir. Bununla əlaqədar olaraq haqq-hesablara a edilmiş bütün düzəlişlər vergi müfəttişləri tərəfindən imzalanmalı və hüquqi şəxslərə bildirilməlidir. Eyni zamanda, şəxsi hesabın açılması məqsədi ilə vergi haqq-hesabı müfəttişliyin uçot işlərini aparan işçisinə verilməlidir. Korporativə ayrılan torpaq sahəsi təxminən rayondan 15 km, kənddən 8 km kənarda yerləşir. İcra hakimiyyəti ilə bağlanmış icarə müqaviləsinə əsasən həmin ərazidə heç bir tikinti işlərinin görülməsinə icazə verilmir. Torpaq vergisi tikili altmda olan torpaqlara hesablanan vergi dərəcəsi ilə (400 manat) ilə hesablanmışdır. Fəalyyətimin nəticəsi olaraq illik 9-12 min manat qazancın olduğunu səmimi olaraq bildirilmişdir. Bununlada korpetativinin üzvlərinin ailəmin dolanışığını təmin edirəm. Bunun qarşısında ildə 19600 manat üstəlik iki il əvvəlki dövrə də vergi ödəmək iqtidarında deyiləm. Bundan başqa bildirirəm ki, respublika ərazisində balıqçılıqla məşğul olan tanıdığım digər iri təsərrüfatlarla maraqlanmışam heç kimə hektara 400 manat hesabı ilə torpaq vergisi hesablanmamışdır. Araşdırıb real vergi məbləğinin müəyyən edilməsinə köməklik edilməsini, Korperativin sədri olaraq özü İİ qrup əlil, şəkər xəstəsidir, əgər hektara 400 manat hesabı ilə vergi ödəməlidirsə onu ödəmək iqtidarıda deyildir. Kameral vergi tamamilə əsassız hesablamalar aparmış və heç bir qanunvericilik aktına əsaslanmamışdır və aid olmayan illəri də vergi dövrünə aid etmişdir. 2019-cu ildə fəaliyyət olmayıb və bundan əlavə 2 il hesablamalı olduğu halda 2019-cu ili əsassız hesablamışdır. 2020-ci il bütünlüklə COVİD-19 pandemiya dövrü olmuşdur və bu il də nəzərə alınmalı deyildi. “Akvakulturamn həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqmda AR NK Qərarı 4.6. Dövlət mülkiyyətində olan təbii balıqçılıq su obyektlərində balıq və digər su bioresurslanndan istifadəyə görə ödəmələrin növləri, dərəcələri və tətbiq edilmə qaydaları “Azərbaycan Respublikasında balıqçılıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999- cu il 6 sentyabr tarixli 146 nömrəli qərarı ilə müəyyən edilir. Müqavilə ilə istifadəyə və ya icarəyə verilmiş dövlət mülkiyyətində, bələdiyyə mülkiyyətində və ya xüsusi mülkiyyətdə olan balıqçılıq su obyektlərində balıq və digər su bioresurslanndan istifadəyə ödəmələr balıq və digər su bioresurslanmn növündən, onların ovu üsullarından, ov alətlərinin və texniki vasitələrin növündən, habelə su obyektlərinin təyinatından asılı olaraq həmin müqaviləyə uyğun həyata keçirilir. Balıqçılıq haqqmda AR Qanununun 6-cı maddəsində göstərilir ki, Balıqçılıq su obyektləri Balıq və digər su bioresurslanmn ovu, toplanması və akvakultura üçün istifadə edilən aşağıdakı su hövzələri balıqçılıq su obyektləridir: çaylar, göllər, su anbarları, su təchizatı kanalları və digər yerüstü su axınları, sututarlar, balıq və digər su bioresurslan üçün süni yaradılmış məskunlaşma şəraiti. Dövlət mülkiyyətində olan təbii balıqçılıq su obyektlərində balıq və digər su bioresurslarından istifadəyə görə güzəştlərin tətbiqi Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir. Torpaq sahəsini aynan müfafıq icra hakimiyyəti (Dövlət Əmlak Komitəsi və İcra hakimiyyəti) torpağın keyfiyyətini, yerləşdiyi ərazini və istifadə təyinatın nəzərə alaraq hər hektar üçün 20 manat (illik 1000 manat) icarə haqqı nəzərdə tutmuşdur. Yəqin ki, torpaq vergisi hesablanması zamanı Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqınm aşağı həddinin müəyyən edilməsi barədə AR NK Qərarı nəzərə alınmalıdır. Qərarda göstərilir ki, Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddi torpaq vergisinin 2 misli miqdarında (paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazisində koronavirus (COVİD-19) pandemiyasının mənfi təsir etdiyi sahələr üzrə fəaliyyət göstərən hüquqi şəxslər və fərdi sahibkarlar (o cümlədən, həmin kateqoriyadan olan sənaye məhəllələrinin iştirakçıları) üçün icarə haqları 2020-ci il 1 aprel tarixindən 2021-ci il 1 yanvar tarixinədək hesablanmır) müəyyən edilsin. Kənd təsərrüfatı torpaqlarına görə torpaq vergisi onların təyinatı üzrə istifadə edilməsindən asılı olaraq aşağıdakı qaydada hesablanır. Təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqlarının vergi dərəcələri torpaqların təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla şərti ballar əsasında torpaq sahəsinin hər bir hektarına görə hesablanır. Bir şərti balın qiyməti 6 qəpikdir (şərti ballar Nazirlər Kabineti tərəfindən müəyyən edilir). 2020-ci il üzrə Azərbaycan Respublikasının ərazisində koronavirus (COVİD-19) pandemiyasının şərtləri nəzərə alınmamışdır. Torpaq vergisinin hesablanması və ödənilməsi qaydasının 9-cu bəndinə əsasən

9. Yaşayış məntəqələrindin kənarda yerləşən sənayenin, tikintinin, nəqliyyatın, rabitənin və xalq təsərrüfatının digər istehsal və xidmət sahələrinin, habelə meşə və su fondunun torpaqların görə (kənd təsərrüfatı məqsədləri üçün istifadə edilən torpaq sahələrindən başqa) torpaq vergisi inzibati rayonun kənd təsərrüfatı təyinatlı torpaqlarına müəyyən edilmiş yüksək vergi dərəcələrini 5 misli miqdarında tutulur. Aparılan araşdırma ilə Dövlət Vergi Xidmətinin inzibati binasına dəvət edilmişəm və izahat vermişəm. Mənə illik olaraq 980 (doqquz yüz səksən) manat veri ödəyəcəyimi bildirmişdilər. Lakin sonradan İnzibati şikayətin təminedilməməsi haqqmda QƏRAR № **********986600 göndərilmişdir. Qərarda vergi ödəyicisi olaraq hüquqularım pozulmuşdur. Belə ki, qərarda qeyd edilir ki, vergi ödəyicisi torpaq vergisi bəyannaməsi təqdim etməmişdir. Mən torpaq icarə haqqı ödəyicisi olduğum üçün torpaq vergisi Ödəyicisi olduğum barədə məlumatım olmayıb, İcra hakimiyyəti tərəfindən vergi orqanına hər il icarəyə verilmiş torpaqlar barədə məlumat vergi orqanına təqdim edilməsinə baxmayaraq mənə torpaq vergisinin ödəyicisi olmağım barədə xx.xx.2021-ci il tarixədək heç vaxt məlumat daxil olmamışdır. Qərarda yazılır ki, vergi ödəyicisinə vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********260100 nömrəli məktub göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən müvafiq bəyannamə, araşdırma üçün zəruri olan sənədlər və əsaslandırılmış izahat məktubu təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83cü maddələrinə əsasən, 2019-2021-ci fillər üçün ümumilikdə 142800,0 manat torpaq vergisi hesablanaraq, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********826400 nömrəli, **********815000 nömrəli, **********814300 nömrəli Qərarlar qəbul olunmuşdur. Tarixlərə diqqət yetirilsə xx.xx.2021-ci il tarixdə məktub gödərirlər səhəri gün xx.xx.2021-ci il tarixdə kameral qaydada 142800 manat vergi hesablayırlar ona sənəd təqdim etməməkdə günahlandırırlar. Qərarda Vergi ödəyicisi inzibati şikayətində suni su tutarlarda balıq yetişdirməklə məşğul olduğunu göstərdiyi qeyd edilir lakin bildirirəm ki, mən təbii sututarda balıq yetişdirməklə məşğul oluram və ərazim və hər tərəfim kənd təsərrüfatı torpaqlarıdır. Araşdırmaya əlavə vaxta ehtiyacın olması qeyd edilir, ərizəsinə 90 günə yaxın müddətə baxılır və həmin müddət ərzində əsas olaraq Azərbaycan Respublikası Statistika Komitəsinin İqtisadi fəaliyyət növlərinin təsnifatına əsasən balıqçılığın inkişaf etdirilməsi kənd təsərrüfatı fəaliyyət sahələrinə şamil edilmədiyi əsas götürülərək tikili altında olan torpaqlara hesablanan vergi dərəcəsi ilə mənə vergi hesablanır. Halbuki, bir cox sənaye müəssisəsinin yardımçı təsərrüfatları var ki, onlara torpaq vergisi sənaye torpağı kimi deyil yerləşdiyi əraziyə tətbiq edilən vergilərə uyğun hesablamr. Torpaq sahəsini ayıran müfafiq icra hakimiyyəti (Dövlət Əmlak Komitəsi və İcra hakimiyyəti) torpağın keyfiyyətini, yerləşdiyi ərazini və istifadə təyinatın nəzərə alaraq hər hektar üçün 20 manat (illik 1000 manat) icarə haqqı nəzərdə tutmuşdur. İcarə haqqının və verginin hesablanması zamanı bu yuxanda sadalanan qanunvericilik aktlan, Məcəllələr, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərar və Sərəncamları, Təlimatlar, qayadalar nəzərə alınmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər idarəsinin xx.xx.2021-ci il tarixli, **********31600 nömrəli, **********1200 nömrəli və **********13700 nömrəli qərarlarının ləğv edilməsi barədə qərar çıxarmasınızı xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş etirazda göstərilmişdir ki, “Səbuhi” Kooperativi müraciətində xx.xx.2021-ci il tarixli **********310600 nömrəli, **********312000 nömrəli və **********313700 nömrəli qərarların ləğv edilməsini xahiş etmişdir. Uçot-baza məlumatlarına əsasən fərdi sahibkarın xx.xx.2005-ci il tarixdə vergi orqanının təşəbbüsü ilə vergi ödəyicisi kimi uçota alındığı, əsas fəaliyyət növünün “çaylarda, göllərdə, su hövzələrində və süni göllərdə balıqçılıq”dan ibarət olduğu müəyyən edilmişdir. Aparılan araşdırma zamanı vergi ödəyicisinin balıqçılığın inkişafı məqsədilə dövlət orqanları ilə torpaqların icarə müqaviləsi bağlanmasına baxmayaraq, torpaq vergisi bəyannamələrinin təqdim edilmədiyi müəyyən edilmiş və vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Qeyd edilən kənarlaşma ilə bağlı vergi ödəyicisinə vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********260100 nömrəli məktub göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən müvafiq bəyannamə, araşdırma üçün zəruri olan sənədlər və əsaslandırılmış izahat məktubu təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən, 2019-2021 -ci illlər üçün ümumilikdə 142800,0 manat torpaq vergisi hesablanaraq, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********826400 nömrəli, **********815000 nömrəli və **********814300 nömrəli qərarlar qəbul olunmuşdur. Sonradan vergi ödəyicisi tərəfindən hər hansı bir təsdiqedici sənəd və əsaslı məlumat təqdim etmədən xx.xx.2021-ci il tarixdə 2019-2021-ci illər üçün torpaq vergisi bəyannamələri təqdim edildiyinə görə kameral vergi yoxlaması ilə 2019-cu il üzrə 19811,76 manat, 2020-ci il üzrə 19640,87 manat, 2021-ci il üzrə 19640,87 manat torpaq vergisi hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********310600 nömrəli, **********312000 nömrəli və **********313700 nömrəli qərarlar qəbul olunmuşdur. Vergi ödəyicisi şikayətində süni su tutarlarda balıq yetişdirməklə məşğul olduğunu, içarəyə götürülmüş torpaq sahəsində heç bir tikilinin olmadığını və fəaliyyət sahəsinin kənd təsərrüfatı sahəsinə aid olduğunu qeyd edərək hesablanmış vergi məbləğinin ləğv edilməsini xahiş etmişdir. İşin faktiki halları, gətirilmiş dəlililər və toplanmış materiallar (sənədlər) əsas götürülməklə, habelə qanunvericiliyin müddəaları rəhbər tutulmaqla hesab edirik ki, vergi ödəyicisinin iddiası təmin edilməməlidir. Kameral vergi yoxlaması zamanı vergi ödəyicisinin Salyan rayonu İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli 37 s saylı sərəncamına əsasən icarəyə götürdüyü torpaq sahələrinin balıqçılığın inkişaf etdirilməsi məqsədilə icarəyə verildiyi və Azərbaycan Respublikası Statistika Komitəsinin İqtisadi fəaliyyət növlərinin təsnifatına əsasən balıqçılığın inkişaf etdirilməsi kənd təsərrüfatı fəaliyyət sahələrinə şamil edilmədiyi ücün icarəyə götürülmüş torpaq sahələrinin təyinatı sənaye, tikinti, nəqliyyat, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı sahələrə aid edilərək kameral vergi məbləği hesablanmışdır. Uçot baza məlumatlarına əsasən vergi ödəyicisi tərəfindən 2003-cü il tarixdən etibarən Salyan rayonu ərazisində dövlət torpaq sahələrinin icarəyə götürüldüyü, habelə əldə olunmuş gəlirləri barədə müvafiq bəyannamələrin təqdim edilmədiyi, araşdırmaya təqdim etdiyi zahatında 2018ci ilədək fəaliyyət göstərdiyini qeyd etməsinə baxmayaraq xx.xx.2017-cü il tarixdən fəaliyyətini dayandırdığı, 2018-ci ildən 2020-ci ilədək icarə müqaviləsi üzrə müddətin bitməsini, 2020-ci ildən fəaliyyətini bərpa etməsini, bu müddət üzrə torpaq vergisi bəyannaməsi təqdim edilməməli olduğunu qeyd etməsinə baxmayaraq 2019-2021-ci illər üzrə torpaq vergisi bəyannamələrinin təqdim olunduğu müəyyən edilmişdir. Bununla yanaşı təqdim edilmiş təsdiqedici sənədlərə əsasən Salyan rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli, 37s saylı sərəncamına əsasən balıqçılığın inkişaf etdirilməsi məqsədilə 49,5 ha torpaq sahəsi illik icarə haqqı bir (1) min manat olmaqla 15 il müddətinə icarəyə verilmişdir. Məlumdur ki, Azərbaycan Respublikasının torpaq fondu məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq kənd təsərrüfatı təyinatlı torpaqlar, yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqlar, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar, xüsusi qorunan ərazilərin torpaqları, meşə fondu torpaqları, su fondu torpaqları, ehtiyat fondu torpaqları kateqoriyalarına bölünür. Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, «kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir. Eyni zamanda akvakultura təsərrüfatlarına (balıq və digər su bioresurslarının yetişdirilməsi) məxsus torpaqlar aid olduqları torpaq kateqoriyasında saxlanılır və digər kateqoriyaya keçirilmir. Göründüyü kimi, balıqçılıq təsərrüfatı üçün istifadə edilən torpaqlar kənd təsərrüfatı təyinatlı torpaqlara aid edilməmişdir. Buna əsasən balıqçılıq subyektlərinin mülkiyyətlərində ə ya istifadələrində olan torpaqlarda yerləşən nohurların tutduğu sahəyə görə torpaq vergisi Vergi Məcəlləsinin 206.3cü maddəsi ilə müəyyən edilmiş digər xüsusi təyinatlı torpaqlar üzrə müəyyən olunmuş dərəcələrlə hesablanır. Torpaq Məcəlləsinin 9-cu maddəsinin 3-cü bəndində göstərilmişdir ki, akvakultura təsərrüfatlarına məxsus torpaqlar aid olduqları torpaq kateqoriyasında saxlanılır və digər kateqoriyaya keçirilmir. “Balıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində qeyd edilmişdir ki, akvakultura - balıq və digər su bioresurslarının, o cümlədən nadir və nəsli kəsilməkdə olan növlərin bərpası və əmtəə məhsulu əldə edilməsi məqsədilə balıqçılıq su obyektlərində artırılması, yetişdirilməsi, saxlanması və rekreasiya üzrə fəaliyyətdir. Həmin Qanunun 15-ci maddəsi ilə sahibkarlıq fəaliyyətini müstəqil qurmaq və mülkiyyətlərində və ya istifadələrində olan torpaqlarda yerləşən nohurlardan, axmazlardan, gölməçələrdən akvakultura üçün istifadə etmək baliqçılıq subyektlərinin hüquqlarına aid edilmişdir. Torpaq Məcəlləsinin 32-ci maddəsinin 2-ci bəndinə əsasən su fondu torpaqları əhalinin içməli suya tələbatını, məişət, sağlamlaşdırma və digər ehtiyaclarını təmin edən qurğuların tikintisi və istismarı üçün, eləcə də su təsərrüfatı, kənd təsərrüfatı, balıqçılıq təsərrüfatı sənaye, energetika, nəqliyyat və digər dövlət, ehtiyaclarının təmin edilməsi üçün istifadə edilir. Vergi Məcəlləsinin 16.3-cü maddəsinə əsasən, vergi ilində vergi ödəyicisi sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdıqda, həmin fəaliyyətin və ya əməliyyatların dayandırılması günündən gec olmayaraq vergi orqanına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada arayış təqdim edilməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdığı dövrdə faktiki olaraq fəaliyyət göstərməsi müəyyən edildikdə vergi odəyicisinə bildiriş göndərilməklə sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdığı dövrlər üzrə vergi orqanına hesabatlar təqdim etməsi ə əb olunur. Həmin Məcəllənin 16.4-cü maddəsinə əsasən, bu Məcəllənin 16.2ci və 16.3-cü maddələrinə müvafiq olaraq arayış təqdim edən vergi ödəvicilərinin əmlakı və (və ya) torpağı olduqda əmlak və (və ya) torpaq vergisinin hesabatları bu Məcəllə ilə müəyyən olunmuş qaydada və müddətlərdə vergi orqanına təqdim edilir. Vergi Məcəlləsinin 206.3-cü maddəsinin müddəalarına əsasən digər səhərlər və rayon əzlərində sənaye, tikinti, nəgliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı frmaglar üzrə torpağ sahəsinin 10000 kvadrat metrədək olan hissəsinin hər 100 kvadrat metrinə görə 4 manat, 10000 kvadrat metrdən yuxarı olan hissəsinin hər 100 kvadrat metrinə görə 8 manat, rayon tabeliyində olan şəhərlərdə, qəsəbələrdə və kəndlərdə 10000 kvadrat metrədək olan hissəsinin hər 100 kvadrat metrinə görə 2 manat, 10000 kvadrat metrdən yuxarı olan hissəsinin hər 100 kvadrat metrinə görə 4 manat olmaqla torpaq vergisi hesablanır. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 14-cü maddəsinə əsasən icarəyəverən torpaq vergisi tədiyəçisi olmadıqda, icarə haqqının tərkibində torpaq vergisi nəzərə alınmır. Beləliklə torpaq sahələrini icarəyə verən Salyan rayonu İcra Hakimiyyətinin torpaq vergisi tədiyyəçisi olmadığını, icarəyə verilmiş torpaq sahələrinin balıqçılığın inkişaf etdirilməsi məqsədilə verildiyini, balıqçılığın inkişaf etdirilməsi kənd təsərrüfatı fəaliyyət sahələrinə aid edilmədiyini, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 14-cü maddəsinə əsasən icarəyəverən torpaq vergisi tədiyəçisi olmadıqda, icarə haqqının tərkibində torpaq vergisi nəzərə alınmadığını, qeyd olunanlara əsasən balıqçılıq subyektlərinin mülkiyyətlərində və ya istifadələrində olan torpaqlarda yerləşən nohurların tutduğu sahəyə görə torpaq vergisi Vergi Məcəlləsinin 206.3-cü maddəsi ilə müəyyən edilmiş digər xüsusi təyinatlı torpaqlar üzrə müəyyən olunmuş dərəcələrlə hesablanmalı olduğunu, vergi ödəyicisinin iddiasının sübuta yetirilmədiyini nəzərə alaraq iddia təmin edilməməli və 5 saylı Ərazi Vergilər İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021 -ci il tarixli **********310600 nömrəli, **********312000 nömrəli və **********313700 nömrəli qərarları dəyişdirilmədən saxlanılmalıdır. Torpaq Məcəlləsinin 9-cu maddəsinin 3-cü bəndində əsasən akvakultura təsərrüfatlarına məxsus torpaqlar aid olduqları torpaq kateqoriyasında saxlanılır və digər kateqoriyaya keçirilmir. Həmin Məcəllənin 32-ci maddəsinin 2-ci bəndinə əsasən su fondu torpaqları əhalinin içməli suya tələbatını, məişət, sağlamlaşdırma və digər ehtiyaclarını təmin edən qurğuların tikintisi və istismarı üçün, eləcə də su təsərrüfatı, kənd təsərrüfatı, balıqçılıq təsərrüfatı sənaye, energetika, nəqliyyat və digər dövlət, ehtiyaclarının təmin edilməsi üçün istifadə edilir. Həmin Məcəllənin 98-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqdan stifadəyə görə torpaq vergisinin müəyyən edilməsi və ödənilməsi qaydaları Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilir. Su Məcəlləsinin 67ci maddəsinə əsasən hüquqi və fiziki şəxslər, onların mülkiyyətində və ya istifadəsində olan torpaqlarda yerləşən nohurlardan, axmazlardan, gölməçələrdən balıq .ə digər su bioresurslarının ovu və akvakultura üçün istifadə edə bilərlər. Göstərilən su obyektlərindən və digər su bioresurslarının ovu və akvakultura üçün istifadə müvafiq icra hakimiyyəti orqanlarının müəyyən etdikləri qaydalara uyğun həyata keçirilir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 14-cü maddəsinə əsasən icarəyəverən torpaq vergisi tədiyəçisi olmadıqda, icarə haqqının tərkibində torpaq vergisi nəzərə alınmır. Vergi Məcəlləsinin 203.1-ci maddəsinə əsasən torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya istifadəçilərinin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanır. Həmin Məcəllənin 203.2-ci maddəsinə əsasən rezident və qeyri-rezident fiziki şəxslər, habelə rezident və qeyri-rezident müəssisələr torpaq sahələri barədə özlərinin mülkiyyət və istifadə hüquqlarını təsdiq edən sənədləri aldıqdan sonra fiziki şəxslər və bələdiyyə müəssisələri bələdiyyələrdə, digər müəssisələr isə vergi orqanında 1 ay ərzində uçota durmalıdırlar. Həmin Məcəllənin 204-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir. Həmin Məcəllənin 205-ci maddəsinə əsasən fiziki şəxslərin və müəssisələrin Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində olan torpaq sahələri vergitutma obyekti sayılır. Həmin Məcəllənin 208.2-ci maddəsinə əsasən torpaq vergisini müəssisələr torpaq sahələrinin ölçüsünə və torpaq vergisinin dərəcələrinə əsasən illik olaraq hesablayır və mayın 15-dən gec olmayaraq hesablamaları vergi orqanına verirlər. Həmin Məcəllənin 208.5-ci maddəsinə əsasən torpaq vergisi bərabər məbləğlərdə 15 avqust və 15 noyabr tarixlərindən gec olmayaraq ödənilir. Torpaq vergisi torpağın əvvəlki sahibi tərəfindən ödənilmədiyi halda, vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtına həmin torpağın sahibi tərəfindən ödənilir. Həmin Məcəllənin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçırmək, habelə Vergi Məcəlləsinin 23.1.2-ci maddəsinə əsasən vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Həmin Məcəllənin 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən, vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə və vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə borcludur. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən, vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Həmin Məcəllənin 37.1 -ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən, vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzətinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi ödəyicisinin vergitutma obyektinin uçotunda, vergilərin hesablanmasında və ödənilməsində yol verdiyi səhvləri müstəqil düzəltmək hüququ vardır. 67.1 -ci maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin 37.4-cü və 50.1.1 -ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1 -ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Odur ki, iddiaçı “Səbuhi” Kooperativinin iddia tələbi tam əsassızdır. İddiaçı “Səbuhi” Kooperativinin iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili və nümayəndəsi İddiaçı2 məhkəməyə ərizə ilə müraciət edərək, onların iştirakları olmadan baxılıb qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Əvvəla, məhkəmə iddianın mümkünlüyünə münasibət bildirir. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir .İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın ləğv edilməsini xahiş edir. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İPM-nin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 5 saylı Ərazi Vergilər İdarəsi 01 mart 2023-cü il tarixli, **********941900 nömrəli vəsatətlə məhkəməyə müraciət edərək iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Vəsatət məhkəmənin iclas protokolu ilə rədd edilmişdir. Belə ki, iş materiallarına əsasən iddiaçı “Səbuhi” Kooperativi tərəfindən xx.xx.2021-ci il tarixli **********310600 nömrəli, **********312000 nömrəli və **********313700 nömrəli Qərarlardan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına inzibati şikayətlər verilmiş, sonuncunun xx.xx.2022-ci il tarixli 03 nömrəli qərarına əsasən şikayətlər təmin edilməmişdir. Qeyd edilən qərar xx.xx.2022-ci il tarixli, **********468600 nömrəli məktubla iddiaçıya təqdim edilmiş və iddiaçı daha sonra qərarları mübahisələndirmək məqsədi ilə iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə (məhkəməyə daxil olma tarixi) məhkəməyə müraciət etmişdir. Beləliklə iddiaçı Səbuhi” Kooperativi qanunvericilikdə nəzərdə tutulmuş 30 günlük prosessual müddəti ötürməmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan Salyan rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli 37s saylı sərəncamından görünür ki, Salyan rayonu İcra Hakimiyyəti ilə “Səbuhi” Kooperativi arasında balıqçılığın inkişaf etdirilməsi məqsədilə 49,5 ha torpaq sahəsi illik icarə haqqı bir (1) min manat olmaqla 15 il müddətinə icarəyə verilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli, **********986600 nömrəli inzibati şikayətin təmin edilməməsi haqqında qərardan görünür ki, İddiaçı1 kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin ləğv edilməsi barədə xx.xx.2021-ci il tarixli inzibati şikayətləri təmin edilməsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********310600 nömrəli, **********312000 nömrəli və **********313700 nömrəli Qərarları dəyişdirilmədən saxlanılsın. Qərar şikayətçiyə göndərilsin. Qərardan onun təqdim olunduğu vaxtdan 30 gün müddətində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına və (və ya) məhkəməyə şikayət verilə bilər. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Apellyasiya Şurasının xx.xx.2022-ci il tarixli, 03 nömrəli qərardan görünür ki, Hüquqi şəxs İddiaçı1 inzibati şikayəti təmin edilməsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 27 noyabr 2021-ci il tarixli **********986600 nömrəli Qərarı dəyişdirilmədən saxlanılsın. Qərar maraqlı şəxsə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə göndərilsin. Qərardan onun təqdim edildiyi gündən 30 gün müddətində Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasına və (və ya) məhkəməyə şikayət verilə bilər. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin etirazından görünür ki, İddiaçı1 iddia tələbi üzrə Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli **********986600 nömrəli və İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının xx.xx.2022-ci il tarixli 03 nömrəli qərarların ləğvi hissəsində mümkünsüz hesab edilməli və Dövlət Vergi Xidməti cavabdehlər siyahısından çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 32.2-ci maddəsində isə qeyd edilmişdir ki: barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt) inzibati aktların mübahisələndirmə haqqında iddianın predmeti ola bilər. Həmçinin qeyd etməliyik ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub- olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasım, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 3.4-cü bəndində görə isə mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu isə öz növbəsində iddianın mümkün sayılmamasına əsasdır. Həmin Qərarın 9-cu bəndinə əsasən məhkəmələr tərəfindən İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçının mübahisələndirdiyi Dövlət Vergi Xidmətinin xx.xx.2021 -ci il tarixli **********986600 nömrəli qərarı ilə vergi ödəyicisinin inzibati şikayəti təmin edilməmiş və 5 saylı Ərazi Vergilər İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********310600 nömrəli, **********312000 nömrəli və **********313700 nömrəli qərarları qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan İqtisadiyyat Nazirlyinin Apellyasiya Şurasına şikayət verən vergi ödəyicisinin müraciətinə baxılaraq Nazirliyin xx.xx.2022-ci il tarixli 03 nömrəli qərarı ilə Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli **********986600 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Beləliklə, həm Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli **********986600 nömrəli qərarı, həm də İqtisadiyyat Nazirlyinin Apellyasiya Şurasının xx.xx.2022-ci il tarixli 03 nömrəli qərarı mübahisələndirmə haqqında iddianın predmeti ola bilmədiyindən iddia tələbi həmin hissələrdə mümkünsüz hesab edilməlidir. Həmçinin, iddiaçı tərəfindən eyni iddia ərizəsi ilə 5 saylı Ərazi Vergilər İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********310600 nömrəli, **********312000 nömrəli və **********313700 nömrəli qərarlarının mübahisələndirildiyindən həmin qərarların qüvvədə saxlanılması barədə yuxarı inzibati orqanların növbəti qərarlarırın mübahisələndirilməsi üçün hər hansı zərurət qalmamışdır. Göründüyü kimi, hazırki iddia tələbi ilə Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli **********986600 nömrəli və İqtisadiyyat Nazirlyinin Apellyasiya Şurasının xx.xx.2022-ci il tarixli 03 nömrəli qərarlar mübahisə predmeti ola bilmədiyindən iddia tələbi həmin hissədə mümkünsüz hesab edilməli, Dövlət Vergi Xidmətinin xx.xx.2021 -ci il tarixli qərarı əsasında qüvvədə saxlanılmış ilkin inzibati akt isə eyni iddia tələbi ilə mübahisləndirildiyindən Dövlət Vergi Xidməti isə cavabdehlər siyahısından çıxarılmalıdır. Məhkəmə qeyd edir ki, vergi orqanı tərəfindən qəbul edilmiş qərarların əsaslı olubolmaması Vergi Məcəlləsinin müddəaları əsasında müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 24-cü maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 48.1-ci maddəsinə görə inzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Qanunun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasənm bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Həmin Məcəllənin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.4-cü maddəsinə görə vergi ödəyicisi – bu Məcəlləyə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxsdir. Həmin Məcəllənin 13.2.73-cü maddəsinə əsasənm iqtisadi maraqlar mərkəzi – vergi ödəyicisinin əsas nəzarət orqanlarının yerləşdiyi yerdən asılı olmayaraq, digər təsərrüfat subyektləri (obyektləri), o cümlədən istehsal sahələri ilə müqayisədə vergi ödəyicisinin fəaliyyəti üzrə gəlirlərinin formalaşmasında daha çox iştirak edən təsərrüfat subyektinin (obyektinin), o cümlədən istehsal sahəsinin yerləşdiyi yerdir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 34.3-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla, vergi ödəyicisinin filialı, nümayəndəliyi və ya digər təsərrüfat subyekti (obyekti) olduqda, vergi ödəyicisi həm özünün olduğu yer üzrə, həm də filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu ünvan üzrə vergi uçotuna alınır. Vergi ödəyicisinin onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir və bu barədə vergi ödəyicisinə müvafiq arayış verilir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.2-ci maddəsinin hazırda (1 yanvar 2022-ci il tarixdən sonrakı dövrdə) qüvvədə olan tələblərinə görə kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Həmin Məcəllənin 37.2-ci maddəsinin 1 yanvar 2022-ci il tarixədək qüvvədə olan tələblərinə görə kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Həmin Məcəllənin 37.4-cü maddəsinin hazırda (1 yanvar 2022-ci il tarixdən sonra) qüvvədə olan tələblərinə görə kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Həmin Məcəllənin 37.4-cü maddəsinin 1 yanvar 2022-ci il tarixədək qüvvədə olan tələblərinə görə kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Həmin Məcəllənin 62-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin 6 mart 2013-cü il tarixli **********206300 nömrəli Əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar”nın 1.2.3-cü bəndinə görə vergi ödəyicisinin təsərrüfat subyekti – vergi ödəyicisinin ayrıca VÖEN verilmədən arayışla uçota alınan filialı, nümayəndəliyi və ya digər təsərrüfat subyektidir (obyektidir). İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Məhkəmə mübahisə üzrə tərəflərin dəlillərinə münasibət bildirərkən ilk növbədə aşağıdakı normativ aktların tələblərini diqqətə çəkir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi və müqavilələr azadlığı mülki qanunvericiliyin prinsipləri kimi təsbit olunmuşdur. Həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Həmin Məcəllənin 158.1-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: girov hüququ, əmlakdan istifadə hüququ, servitutlar. Həmin Məcəllənin 324-cü maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 732-ci maddəsinə əsasən əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər. «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikası Prezidentinin 12 may 2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsi»nin 3.0.12-ci bəndinə görə vergi ödəyicilərinin, onların filial, nümayəndəlik və ya digər bölmələrinin (obyektlərinin), nəzarət-kassa aparatlarının, habelə məcburi dövlət sosial sığortanın məqsədləri üçün ailə kəndli təsərrüfatlarını və mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslərin uçotunu aparmaq Xidmətin vəzifələri sırasına daxildir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin 6 mart 2013-cü il tarixli **********206300 nömrəli Əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar”nın 5.1.5-ci bəndinə əsasən vergi ödəyicisi tərəfindən filialı, nümayəndəliyi və ya digər təsərrüfat subyekti (obyekti) olduğu yer üzrə uçota alındıqda, “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə vergi uçotuna alınması haqqında ərizə” kağız formasında və ya “İnternet Vergi İdarəsi” vasitəsilə elektron qaydada doldurularaq vergi orqanına təqdim edilir. Ərizəyə filialın və ya nümayəndəliyin əsasnaməsinin, rəhbər barədə qərarın (əmrin), habelə filialın, nümayəndəliyin və ya təsərrüfat subyektinin bu fəaliyyətin yerinə yetiriləcəyi ünvanı təsdiq edən sənədin (mülkiyyət hüququnu təsdiq edən sənədin, icarə müqaviləsinin və ya qanunvericiliklə nəzərdə tutulmuş digər sənədin) surətləri əlavə edilir. Göründüyü kimi, mülki hüquq subyektləri üçün müqavilə azadlığına prinsip kimi yanaşan mövcud qanunvericilik “əvəzsiz istifadə” müqaviləsinin bağlanmasını nəzərdə tutur və belə müqavilənin tərəfi qismində çıxış edən istifadəçinin hüququnu “əmlak hüququ” sayır. Digər tərəfdən isə, Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinə əsasən normativ hüquqi aktlar sisteminə daxil olan “mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktı” kimi cavabdeh inzibati orqanın da məhkəməyə təqdim etdiyi yazılı etirazında istinad etdiyi Azərbaycan Respublikası Vergilər Nazirliyinin 6 mart 2013-cü il tarixli **********206300 nömrəli Əmri ilə təsdiq edilmiş Qaydalar (Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar) vergi ödəyicisinin təsərrüfat subyektinin vergi uçotuna alınması ilə bağlı təqdim olunan sənədlərin sırasını müəyyənləşdirmişdir. Bu sırada təqdim olunmalı sənədlərin içərisində icarə müqaviləsi ilə yanaşı “qanunvericiliklə nəzərdə tutulmuş digər sənəd” də nəzərdə tutulmuşdur ki, bu da öz növbəsində qanuni əsaslarla istifadəni təsdiqləyən əqdi yaxud başqa aktı ehtiva edir. Azərbaycan Respublikası "Torpaq icarəsi haqqında" Qanunun preambulasına əsasən, bu Qanun Azərbaycan Respublikasında dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqların icarəyə verilməsinin və icarə münasibətlərinin hüquqi əsaslarını müəyyən edir. Həmin Qanunun 1-ci maddəsinə əsasən, torpaq icarəsi müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. Həmin Qanunun 3-cü maddəsinə əsasən, icarəyəverənlə icarəçi arasında yaranan hüquqi və iqtisadi əlaqələr torpaq üzərində icarə münasibətləridir. Normaların məzmunundan göründüyü kimi, həmin Qanunun müddəaları torpaqların icarəyə verilməsinin əsaslarını, icarəyəverənlə icarəçi arasında yaranan münasibətləri tənzimləyir. İşdən göründüyü kimi, cavabdeh istinad etdiyi icarə müqaviləsinin iştirakçısı deyil və onun həmin müqaviləyə əsaslanan tələb hüququ yoxdur. Cavabdehin iddia tələbinə qarşı etirazında "Torpaq icarəsi haqqında" Qanunun 14-cü maddəsinə istinadına gəldikdə, həmin maddənin müddəalarına əsasən, torpağın icarə haqqı torpaqdan müddətli istifadəyə görə icarəçinin icarəyəverənə ödədiyi vəsaitdir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, dövlət mülkiyyətində olan torpaqların icarə haqları Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülür. Dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. "Torpaq icarəsi haqqında" Qanunun tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər barədə Azərbaycan Respublikası Prezidentinin 23 noyabr 2005-ci il tarixli 321 saylı Fərmanına əsasən, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin onuncu abzasında nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini dövlət müəssisələri, özəlləşdirməyə açıq elan edilmiş və özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqlara münasibətdə Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, qalan torpaqlara münasibətdə isə Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında” Əsasnamənin 3-cü bəndinə əsasən, Nazirlik Azərbaycan Respublikasında aparılan vahid maliyyə və büdcə siyasəti çərçivəsində dövlət vergi siyasətinin həyata keçirilməsini, dövlət büdcəsinə vergilərin və digər daxilolmaların vaxtında və tam yığılmasını təmin edən və bu sahədə dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Başqa sözlə, "Torpaq icarəsi haqqında" Qanunun 14-cü maddəsinin onuncu abzasında nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərinin Azərbaycan Respublikasının Vergilər Nazirliyinə aid edildiyi təsbit olunsa da, sonuncu bu səlahiyyətləri vergi-hüquq münasibətləri müstəvisində həyata keçirməli deyil. Bu qənaət, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin X hissəsinin tələbindən irəli gəlir. Həmin normaya əsasən, «Dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər». Birbaşa qüvvədə olan həmin normanın tələbindən göründüyü kimi, dövlət orqanları, həmin orqanların vəzifəli şəxslərinin timsalında, yalnız o fəaliyyəti həyata keçirə və yalnız o hərəkətləri icra edə bilərlər ki (həm də müəyyən edilmiş qaydada və hüdudlarda), bunlar qanunda bilavasitə nəzərdə tutulmuş olsun. Torpaq vergisi haqqında Qanunun: Maddə 1. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə uyğun olaraq Azərbaycan Respublikasında torpaqdan istifadə pulludur. Torpağa görə haqq torpaq vergisi və icarə haqqı şəklində alınır. İcarə haqqının məbləği tərəflərin razılığı ilə müəyyən edilir. Maddə 5. Vergi tutulan torpaqlar aşağıdakılardır: kənd təsərrüfatı təyinatlı torpaqlar; Maddə 11. Yaşayış məntəqələrindən kənarda təsərrüfat fəaliyyəti üçün ayrılmış su fondunun su ilə örtülü və ya örtülü olmayan torpaqlarına görə vergi inzibati rayonun müvafiq kənd təsərrüfatı təyinatlı torpaqlarının vergi dərəcəsi ilə tutulur. Maddə 17. Torpaq vergisi Hüquqi şəxslər tərəfindən torpaq sahələrinin miqdarına və verginin dərəcələrinə əsasən hər il hesablanır və haqq-hesablar mayın 15-dən gec olmayaraq dövlət vergi xidməti orqanlarına təqdim edilir. Vergi orqanları torpaq vergisinin haqqhesablarını vaxtında təqdim etməmiş hüquqi şəxslərdən torpaq sahəsinin miqdarına və verginin dərəcələrinə əsasən hesablanmış vergi məbləğinin 110 faizi miqdarında vergi tuturlar, haqq-hesablar təqdim edildikdən sonra vergi müəyyən edilmiş qaydada yenidən hesablanır. Maddə 18. hüquqi şəxslərə və vətəndaşlara il ərzində ayrılmış torpaq sahələrinə görə vergi torpağın ayrıldığı vaxtdan sonrakı aydan başlayaraq hesablanır. Torpağın geri alındığı (azaldıldığı) hallarda verginin alınması torpağın geri alındığı (azaldıldığı) aydan dayandırılır (azaldılır). Dövlət vergi müfəttişlikləri vergi ödəyicilərinin uçotunu aparır, verginin düzgün hesablanmasına və vaxtında ödənilməsinə nəzarəti təmin edirlər. Vergi bərabər məbləğlərdə, sentyabrın 15-dən və noyabrın 15-dən gec olmayaraq ödənilir. Vaxtında ödənilməmiş vergi məbləğlərin görə gecikdirilmiş hər gün üçün 0,2 faiz miqdarında pensiya hesablanır. Torpaq vergisini ödəməyə vaxtında cəlb olunmamış tədiyyəçilər ən çoxu axırıncı iki il üçün vergi ödəyirlər. Verginin düzgün tutulmamasına ən çoxu axırıncı iki il üçün yenidən baxılır. “Akvakulturanın həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 iyun 2017-ci il tarixli, 256 nömrəli Qərarının 4.6-cı maddəsinə əsasən Dövlət mülkiyyətində olan təbii balıqçılıq su obyektlərində balıq və digər su bioresurslarından istifadəyə görə ödəmələrin növləri, dərəcələri və tətbiq edilmə qaydaları “Azərbaycan Respublikasında balıqçılıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 sentyabr tarixli 146 nömrəli qərarı ilə müəyyən edilir. Müqavilə ilə istifadəyə və ya icarəyə verilmiş dövlət mülkiyyətində, bələdiyyə mülkiyyətində və ya xüsusi mülkiyyətdə olan balıqçılıq su obyektlərində balıq və digər su bioresurslarından istifadəyə ödəmələr balıq və digər su bioresurslarının növündən, onların ovu üsul-larından, ov alətlərinin və texniki vasitələrin növündən, habelə su obyektlərinin təyinatından asılı olaraq həmin müqaviləyə uyğun həyata keçirilir. Balıqçılıq haqqında Azərbaycan Respublikası Qanunun 35-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində balıq və digər su bioresurslarının mühafizəsi və akvakultura sahələrində məqsədli investisiya, qiymət, kredit və vergi siyasəti həyata keçirilir. Akvakultura ilə məşğul olan fiziki və hüquqi şəxslərə Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilən hallarda və qaydada vergi azadolmaları və güzəştləri tətbiq edilir. Məhkəmə qeyd edir ki, iş materiallarına nəzər yetirilən zaman iddiaçı “Səbuhi” Kooperativi ilə Salyan rayon İcra hakimiyyəti arasında icarə müqaviləsi 01 aprel 2020-ci il tarixdə bağlanmışdır. Lakin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 5 saylı Ərazi Vergilər İdarəsi Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlar qəbul edilən zaman qeyd edilən halı nəzərə almamış və 2019-cu il üzrədə vergi borcu hesablamışdır. Araşdırmanın tam aparılması məqsədilə məhkəmə tərəfindən ünvanlanan sorğu məktubuna Salyan rayonu X2 birliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 03 nömrəli məktuba əsasən “Səbuhi” Kooperativi tərəfindən 2019, 2020 və 2021-ci illərdə balıqçılıq təsərrüfatı ilə məşğul olunmadığından birlik ilə su müqaviləsi bağlamadığı,yalnız 2022-ci ilin yanvar ayında fəaliyyətə başlaması ilə əlaqədar suya ehtiyacı olduğu üçün 08 nömrəli su müqaviləsinin bağlanıldığı müəyyən edilir. Mübahisə predmeti olan Azərbaycan Respublikası Vergilər Nazirliyi 5 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2021-ci il tarixli, **********310600 nömrəli, **********312000 nömrəli və **********313700 nömrəli qərarları ilə bağlı yuxarıda qeyd edilənlərlə yanaşı məhkəmə qeyd edir ki, həmin qərarların qəbulu üzrə aparılan icraatda Vergi Məcəlləsinin 37.2-ci maddəsində müəyyənləşdirilmiş müddət kriteriyasına riayət olunsa da, həmin Məcəllənin 37.4-cü maddəsində nəzərdə tutulan “kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatların tələb edilməsi”, yəni bununla bağlı sənədlərin təqdim edilməsi üçün vergi ödəyicisinə məlumatlandırılması təmin edilməmişdir. Nəzərə alınmalıdır ki, hazırkı məhkəmə icraatında cavabdeh inzibati orqan qeyd olunanları (çatdırılmanın təmin olunmamasını) təkzib edən heç bir sübut, o cümlədən poçt sənədi təqdim etməmişdir. Bu isə, belə nəticə yaradır ki, kameral vergi yoxlaması üzrə icraat formal aparılmış və qərarlar vergi ödəyicisinə müvafiq sənədlərin təqdim olunması üçün zəruri şərait yaratmadan qəbul olunmuşdur. Halbuki, iddiaçının müvafiq qaydada məlumatlandırıldığı halda, uyğunsuzluğun aradan qaldırılmasını şərtləndirən zəruri sənədləri vergi orqanına təqdim etməsini istisna edən xüsusat müəyyən edilmir. Belə olan halda, məhkəmənin qənaətinə görə cavabdehin xx.xx.2021-ci il tarixli, **********310600 nömrəli, **********312000 nömrəli və **********313700 nömrəli qərarları qanuna zidd, yəni Vergi Məcəlləsinin 37.4-cü maddəsinin tələbləri pozulmaqla qəbul olunmuş sayılır. Həmin Qanunun 61.5-ci maddəsinə görə aşağıdakı hallarda inzibati aktın əsaslandırılması tələb olunmur: (maddə 61.5.1) inzibati orqan tərəfindən maraqlı şəxsin ərizəsi təmin olunduqda və ya maraqlı şəxsə münasibətdə əlverişli inzibati akt qəbul edildikdə; (maddə 61.5.2) inzibati orqan tərəfindən çoxlu sayda analoji inzibati aktlar qəbul edildikdə və ya inzibati aktlar texniki (avtomat) qurğuların köməyi ilə qəbul edildikdə və hər belə inzibati aktı ayrılıqda əsaslandırmağa ehtiyac olmadıqda; (maddə 61.5.3) inzibati orqan tərəfindən qəbul edilmiş ümumi xarakterli sərəncam aşkar surətdə qeyri-müəyyən sayda şəxsə elan olunduqda və ya kütləvi informasiya vasitələrində dərc olunduqda; (maddə 61.5.4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda. Məhkəmə xüsusilə vurğulayır ki, inzibati orqanın (vergi orqanının) “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********310600 nömrəli, **********312000 nömrəli və **********313700 nömrəli qərarları – əlverişsiz inzibati aktları yazılı şəkildə tam olaraq əsaslandırılmamışdır. Həmin inzibati aktın özündə inzibati orqan yalnız Vergi Məcəlləsinin 59.1, 62-ci maddələrinə və İPM-in 38.1-ci maddələrinə (vergi borcu üzrə faizlərin hesablanması və qərardan şikayətlə bağlı müddəalar əks olunmuş) istinad etməklə kifayətlənmiş, inzibati icraatda vergi borcuya dair qərar qərar qəbul olunarkən hesablamanın səbəblərini və düstürunu aydın şəkildə göstərməmişdir. Qanunvericiliklə («İnzibati icraat haqqında» Qanunun 61.5-ci maddəsində nəzərdə tutulmuş) inzibati aktın əsaslandırılmasının tələb olunmadığı hallar isə, hazırkı mübahisələndirilən inzibati aktların qəbulu ilə uzlaşmır. Həmçinin məhkəmənin qənaətinə görə cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 5 saylı Ərazi Vergilər İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********310600 nömrəli, **********312000 nömrəli və **********313700 nömrəli qərarları qanuna zidd sayılmaqla yanaşı, onun qəbulu hazırkı iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Çünki, qəbul edilmiş həmin akt iddiaçıya qanunvericiliklə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə borcun (əsas borc və faiz məbləği) ödəmək öhdəliyi yaradır. Halbuki, belə hal Vergi Məcəlləsinin 1.4 və 3.8-ci maddəsinin tələblərinə ziddir. Nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Qeyd olunmalıdır ki, vergi orqanı inzibati orqan kimi inzibati icraat apararkən “İnzibati icraat haqqında” Qanunun müddəalarını nəzərə almalıdır. Belə ki, inzibati orqan kimi vergi orqanı inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur, maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz, işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir və təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati prosessual qanunvericiliyə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Göründüyü kimi, faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi cavabdehin üzərində olduğu halda, cavabdeh iddiaçı müəssisəyə maliyyə sanksiyası tətbiq etdiyi zamanı obyektiv həqiqəti əks etdirdirən halların nəzərə alındığını sübuta yetirməmiş, bununla da qanunsuz inzibati akt qəbul etmişdir. İPM-nin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Göstərilənlərə əsasən, məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Azərbaycan Respublikası Vergilər Nazirliyi 5 saylı Ərazi Vergilər İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********310600 nömrəli, **********312000 nömrəli və **********313700 nömrəli qərarları ləğv edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 52-ci, 68- ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə

qərara aldı:

İddia təmin edilsin. Azərbaycan Respublikası Vergilər Nazirliyi 5 saylı Ərazi Vergilər İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********310600 nömrəli, **********312000 nömrəli və **********313700 nömrəli qərarları ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər.

Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar