Məhkəmə qərarları › İş №e-2-1(120)-410/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(120)-410/2023

17.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № e-2-1(120)-410/2023 17.01.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “2021-ci ilin fevral ayından etibarən ikinci dərəcəli əlilliyin müddətsiz təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 17 yanvar 2023-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2021-ci ilin fevral ayından etibarən ikinci dərəcəli əlilliyin müddətsiz təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, xəstəliyi ilə bağlı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən ona 2004-ci tarixdən ikinci dərəcə əlillik verilmişdir. 2021-ci ilin yanvarından etibarən əlilliyi ləğv edilmişdir. Hesab edir ki, ikinci dərəcə əlilliyin ləğv edilməsi (dayandırılması) tamamilə qanunsuzdur. Belə ki, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 4.2-ci maddəsinin tələblərinə əsasən ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Normanın tələbindən göründüyü kimi 10 il keçdikdən sonra ikinci dərəcə əlillik müddətsiz hesab olunur. Qanunvericilikdə 10 il keçdikdən sonra ikinci dərəcə əlillik müddətsiz hesab olunduğundan yenidən forma 88 göndərilməsi və ya müayinəyə cəlb edilməsi qanunsuzdur. Əlilliyinin qanunsuz olaraq dayandırılması ədalətsiz və əsasnamənin tələblərinə ziddir. Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun “Əlilliyin müəyyən edilməsi”nin əsasları təsbit olunmuş 3-cü maddəsinə əsasən “Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir” (3.1). Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir (3.2). Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir (3.3). Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir (3.4). “Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları” təsbit olunmuş 4-cü maddəsinə əsasən “Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər (4.1). “Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir (4.2). Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər (4.3). “Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları” təsbit olunmuş 6-cı maddəsinə əsasən “Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır (6.4). Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2015-ci il tarixli 595 nömrəli Fərmanı: 6. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 6.1. birinci dərəcə əlilliyin və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlilliyin müddətsiz təyin edilməsini, ikinci və üçüncü dərəcə əlilliyin təyinat müddətinin 5 ildən az olmayaraq artırılmasını və təkrar müayinə sayının azaldılmasını nəzərdə tutmaqla, əlilliyin müəyyən olunması meyarlarında iki ay müddətində dəyişikliklər etsin; “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı: İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddiaçının əlillik vəziyyətinə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2005-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi:Ümumi xəstəlik; X2: X Sinif-Tənəffüs sistemi xəstəlikləri => J40-J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J45 - Astma => J45.8 - Qarışıq astma; Diaqnozun mətni: Bronxial astma infeksion-allergik forma tez-tez boğulma tutmaları ilə. TÇ İİ dər.; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.6. Tənəffüs sisteminin xroniki xəstəlikləri, ikinci dərəcə tənəffüs çatmamazlığı ilə” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Ümumi xəstəlik; X2: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J40-J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J45 - Astma => J45.8 - Qarışıq astma; Diaqnozun mətni: Bronxial astma infeksion- allergik forma tez-tez boğulma tutmaları ilə. TÇ İİ dər; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.6. Tənəffüs sisteminin xroniki xəstəlikləri, ikinci dərəcə tənəffüs çatmamazlığı ilə” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla 14.01,2016-cı il tarixli göndəriş əsasında baxılmış və “Səbəbi : Ümumi xəstəlik; X2: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J40-J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J45 - Astma => J45.8 - Qarışıq astma; Diaqnozun mətni: Bronxial astma infeksion-allergik forma tez-tez boğulma tutmaları ilə. TÇ İİ dər; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.6. Tənəffüs sisteminin xroniki xəstəlikləri, ikinci dərəcə tənəffüs çatmamazlığı ilə” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X2: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J40-J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J45 - Astma => J45.8 - Qarışıq astma; Diaqnozun mətni: J45.8 Qarışıq astma, -Bronxial astma, ağır gedişli, nəzarət olunmayan, infeksion allergik forma.Tez-tez kəskinləşmə, tez-tez boğulma tutmaları ilə. Ağırlaşma J96.1 Xroniki respirator çatmamazlıq, -Tənəffüs çatmamazlığı İİ- İİİ dərəcə. Hormonal preparatlardan asılı hal. Yanaşı xəstəliklər H65.4 Digər xroniki irinsiz orta otitlər, -Sol tərəfli xroniki otit. Yanaşı xəstəliklər H90.6 İkitərəfli qarışıq konduktiv və neyrosensor tipli agır eşitmə, -lll-İV dərəcə ağır eşitmə. Yanaşı xəstəliklər H94*. Digər rubrikalarda təsnif olunan xəstəliklərdə qulağın, -Sol tərəfli koxilear nevrit. Yanaşı xəstəliklər J30 Vazomotor və allergik rinit, - Allergik rinit, məişət tozlarına qarşı sensibilizasiya. Yanaşı xəstəliklər 151.5 Miokardın degenerasiyası, -Miokardiodistrofiya. Yanaşı xəstəliklər J41.8 Qarışıq, sadə və selikli-irinli xroniki bronxit, -Xroniki obstruktiv bronxit, tez-tez kəskinləşmələrlə ilə. Yanaşı xəstəliklər F45.3 Vegetativ sinir sisteminin somatoform disfunksiyası, -Astenonevrotik vəziyyət; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: 2005-ci ildən xəstə olmasina baxmayaraq bu günə qədər heç bir stasionar müalicə almamışdır” səbəbi ilə imtina verilmişdir. Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X2: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J40-J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J45 - Astma => J45.8 - Qarışıq astma; Diaqnozun mətni: J45.8 Qarışıq astma, -Bronxial astma, ağır gedişli, nəzarət olunmayan, infeksion allergik forma.Tez-tez kəskinləşmə, tez-tez boğulma tutmaları ilə. Ağırlaşma J96.1 Xroniki respirator çatmamazlıq, -Tənəffüs çatmamazlığı İİ-İİİ dərəcə. Hormonal preparatlardan asılı hal. Yanaşı xəstəliklər J41.8 Qarışıq, sadə və selikli-irinli xroniki bronxit, Xroniki obstruktiv bronxit, tez-tez kəskinləşmələrlə ilə. Yanaşı xəstəliklər F45.3 Vegetativ sinir sisteminin somatoform disfunksiyası, -Astenonevrotik vəziyyət. Yanaşı xəstəliklər J30 Vazomotor və allergik rinit, -Allergik rinit, məişət tozlarına qarşı sensibilizasiya. Yanaşı xəstəliklər 151.5 Miokardın degenerasiyası, - Miokardiodistrofiya. Yanaşı xəstəliklər H94* Digər rubrikalarda təsnif olunan xəstəliklərdə qulağın, -Sol tərəfli koxilear nevrit. Yanaşı xəstəliklər H65.4 Digər xroniki irinsiz orta otitlər, -Sol tərəfli xroniki otit. Yanaşı xəstəliklər H90.6 İkitərəfli qarışıq konduktiv və neyrosensor tipli agır eşitmə, -lll-İV dərəcə ağır eşitmə; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: 2005-ci ildən xəstə olmasina baxmayarag stasionar müalicələr haqqında məlumat yoxdur .Xəstəliyin hazırkı ağırlıq dərəcəsini qiymətləndirmək üçün ixtisaslaşmış tibb (ETACXİ-da) müəssisəsində müayinə tövsiyə olunur” səbəbi ilə imtina verilmişdir. Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X2: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J40-J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J45 - Astma => J45.0 - Allergik komponentin üstünlüyü ilə gedən astma; Diaqnozun mətni: Bronxial astma, ağır gedişli, nəzarət olunmayan, infeksion allergik forma.Tez-tez kəskinləşmə, teztez boğulma tutmaları və tez-tez ağır asmatik statusla. İV tip hiper həssaslıq. (Yüksək dozada inhalyasion kortikosteroid+əlavə dərman preparatlarının təyini zamanı müalicəyə qeyri-adekvat cavab). Tənəffüs çatmamazlığı İİİ dərəcə; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: ETACXİ-da müayinəyə ehtiyacı vardır” səbəbi ilə imtina verilmişdir. İddiaçının müraciəti qiymətləndirilən zaman qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 4.2-ci bəndinə əsasən, ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Göründüyü kimi, iddiaçıya ikinci dərəcə əlillik ümumi xəstəlik ilə əlaqədar olaraq, xx.xx.2005-ci ildə 1 il, xx.xx.2014-cü ildə 1 il və xx.xx.2016-cı ildə 5 il müddətinə təyin olduğundan, ümumi olaraq fasiləsiz 7 il əlillik dərəcəsi olduğundan müddətsiz əlillik təyin edilməsi mümkün deyil. Bundan əlavə, iddiaçının əlillik vəziyyətinə xx.xx.2021-ci il tarixli göndəriş əsasında baxıldıqdan sonra verilən əlillik təyinatından imtina qərarından iddiaçının 30 gün, inzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı və ya şikayət instansiyasına verilmiş şikayətlə bağlı müvafiq inzibati orqan tərəfindən qanunla müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan qərar qəbul edilmədiyi hallarda, həmin müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan 35 gün müddətində məhkəməyə şikayət vermək hüququ olmasına baxmayaraq, o 2022-ci ilin aprel ayında, yəni təxminən 8 ay sonra xx.xx.2021-ci il tarixli göndəriş əsasında verilən əlillik təyinatından imtina qərarından məhkəməyə şikayət etmişdir. Azərbaycan Respublikası İPM-nin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; 24.2-ci maddəsində əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Göründüyü kimi, iddiaçı iddia ərizəsində prosessual müddətin buraxılmasına əsas olan halları əsaslandırmamışdır. Bu səbəbdən iddiaçının iddia tələbi əsassız və qanunsuzdur. Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydasf’nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim- məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İİİ mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın mümkünsüz hesab edilməsi barədə müvafiq qərardad qəbul edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi iddiaya qarşı digər etirazında isə bildirilmişdir ki, vətəndaşın əlillik vəziyyəti ilk dəfə xx.xx.2005-ci il tarixdə qiymətləndirilmiş və xx.xx.2006-cı il tarixədək əlillik təyinatı aparılması barədə qərar qəbul edilmişdir. Daha sonra xx.xx.2006-cı ildə qiymətləndirilmə aparılmış və xx.xx.2007-ci ilədək əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Ancaq, vətəndaş növbəti qiymətləndirmə üçün əlillik müddəti başa çatdıqdan 5 ay sonra, xx.xx.2007-ci il tarixdə müraciət etmiş və əlillik təyinatının aparılması ilə bağlı qərar qəbul edilmişdir. Növbəti illərdə eyni şərtlərlə əlillik təyinatı yenidən aparılmış və xx.xx.2015-ci il tarixdə sonuncu dəfə Azərbaycan Respublikası Prezidentinin "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında" xx.xx.2015-ci il tarixli, 595 nömrəli Fərmanının 6.1-ci bəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"nin (bundan sonra - Əsasnamə) 6.1 -ci bəndinə əsasən vətəndaşın əlillik müddəti Tibbi-Sosial Ekspertiza və X4 tərəfindən 5 il uzadılmışdır. Göründüyü kimi, əlillik müddəti ancaq 2007-2015-ci illər ərzində (8 il müddətinə) fasiləsiz davam etmiş, 2015-ci ildə isə vətəndaşın əlilliyi müddətsiz əlilliyin təyin edilməsi ilə bağlı 10 il tamamlanmadan avtomatik qaydada 5 il müddətinə təsdiq edilmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış İddiaçı, habelə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçı ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.2-ci bəndinə əsasən, əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. X3-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən həyata keçirilmiş (bax 3cü bənd), şikayətə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən baxılmışdır. (bax 4-cü bənd). İddiaya cavab verməli olan şəxs Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyidir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və X1 3.1.2-ci bəndinə əsasən, müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək Agentliyin vəzifələrinə aid edilmişdir. Nizamnamənin 1.2-ci bəndinə əsasən, Agentlik Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Nizamnamənin 1.8-ci bəndinə əsasən, Agentlik Bakı şəhərində yerləşir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”na əsasən: - 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. İş materiallarından, o cümlədən işdə olan DSMF Biləsuvar rayon şöbəsi tərəfindən İddiaçı adına tərtib olunmuş 337 nömrəli pensiya işindən, DSMF Biləsuvar rayon şöbəsinin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən komissiyanın xx.xx.2005-ci il tarixli 337 nömrəli qərarından, 10 №-li TSEK-də müayinə aktlarından çıxarışlardan, habelə cavabdeh təşkilatın məhkəməyə təqdim etdiyi iddiaya qarşı etirazlarından və bu etirazlara əlavə olunmuş tibbi sənədlərdən görünür ki, iddiaçının əlillik vəziyyətinə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2005-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi:Ümumi xəstəlik; X2: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J40-J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J45 - Astma => J45.8 - Qarışıq astma; Diaqnozun mətni: Bronxial astma infeksion-allergik forma tez-tez boğulma tutmaları ilə. TÇ İİ dər.; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.6. Tənəffüs sisteminin xroniki xəstəlikləri, ikinci dərəcə tənəffüs çatmamazlığı ilə” səbəbi ilə ona xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək bir il müddətinə ikinci dərəcə əlillik verilmişdir. Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə baxılmış və “Səbəbi : Ümumi xəstəlik; X2: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J40-J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J45 - Astma => J45.8 - Qarışıq astma; Diaqnozun mətni: Bronxial astma infeksion- allergik forma tez-tez boğulma tutmaları ilə. TÇ İİ dər; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.6. Tənəffüs sisteminin xroniki xəstəlikləri, ikinci dərəcə tənəffüs çatmamazlığı ilə” səbəbi ilə ona xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək bir il müddətinə ikinci dərəcə əlillik verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında iddiaçının əlillik vəziyyətinə baxılmış və “Səbəbi : Ümumi xəstəlik; X2: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J40- J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J45 - Astma => J45.8 - Qarışıq astma; Diaqnozun mətni: Bronxial astma infeksion-allergik forma tez-tez boğulma tutmaları ilə. TÇ İİ dər; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.6. Tənəffüs sisteminin xroniki xəstəlikləri, ikinci dərəcə tənəffüs çatmamazlığı ilə” səbəbi ilə ona xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixədək beş il müddətinə ikinci dərəcə əlillik verilmişdir. Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə xx.xx.2021-ci il tarixdə baxılmış və “X2: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J40-J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J45 - Astma => J45.8 - Qarışıq astma; Diaqnozun mətni: J45.8 Qarışıq astma, -Bronxial astma, ağır gedişli, nəzarət olunmayan, infeksion allergik forma.Tez-tez kəskinləşmə, teztez boğulma tutmaları ilə. Ağırlaşma J96.1 Xroniki respirator çatmamazlıq, -Tənəffüs çatmamazlığı İİ- İİİ dərəcə. Hormonal preparatlardan asılı hal. Yanaşı xəstəliklər H65.4 Digər xroniki irinsiz orta otitlər, -Sol tərəfli xroniki otit. Yanaşı xəstəliklər H90.6 İkitərəfli qarışıq konduktiv və neyrosensor tipli agır eşitmə, -lll-İV dərəcə ağır eşitmə. Yanaşı xəstəliklər H94*. Digər rubrikalarda təsnif olunan xəstəliklərdə qulağın, -Sol tərəfli koxilear nevrit. Yanaşı xəstəliklər J30 Vazomotor və allergik rinit, -Allergik rinit, məişət tozlarına qarşı sensibilizasiya. Yanaşı xəstəliklər 151.5 Miokardın degenerasiyası, - Miokardiodistrofiya. Yanaşı xəstəliklər J41.8 Qarışıq, sadə və selikli-irinli xroniki bronxit, - Xroniki obstruktiv bronxit, tez-tez kəskinləşmələrlə ilə. Yanaşı xəstəliklər F45.3 Vegetativ sinir sisteminin somatoform disfunksiyası, -Astenonevrotik vəziyyət; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: 2005-ci ildən xəstə olmasina baxmayaraq bu günə qədər heç bir stasionar müalicə almamışdır” səbəbi ilə ona əlilliyin təyin edilməsindən imtina verilmişdir. Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə xx.xx.2021-ci il tarixdə təkrar baxılmış və “X2: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J40-J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J45 - Astma => J45.8 - Qarışıq astma; Diaqnozun mətni: J45.8 Qarışıq astma, -Bronxial astma, ağır gedişli, nəzarət olunmayan, infeksion allergik forma.Tez-tez kəskinləşmə, teztez boğulma tutmaları ilə. Ağırlaşma J96.1 Xroniki respirator çatmamazlıq, -Tənəffüs çatmamazlığı İİ-İİİ dərəcə. Hormonal preparatlardan asılı hal. Yanaşı xəstəliklər J41.8 Qarışıq, sadə və selikli-irinli xroniki bronxit, Xroniki obstruktiv bronxit, tez-tez kəskinləşmələrlə ilə. Yanaşı xəstəliklər F45.3 Vegetativ sinir sisteminin somatoform disfunksiyası, -Astenonevrotik vəziyyət. Yanaşı xəstəliklər J30 Vazomotor və allergik rinit, - Allergik rinit, məişət tozlarına qarşı sensibilizasiya. Yanaşı xəstəliklər 151.5 Miokardın degenerasiyası, - Miokardiodistrofiya. Yanaşı xəstəliklər H94* Digər rubrikalarda təsnif olunan xəstəliklərdə qulağın, -Sol tərəfli koxilear nevrit. Yanaşı xəstəliklər H65.4 Digər xroniki irinsiz orta otitlər, -Sol tərəfli xroniki otit. Yanaşı xəstəliklər H90.6 İkitərəfli qarışıq konduktiv və neyrosensor tipli agır eşitmə, -lll-İV dərəcə ağır eşitmə; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: 2005-ci ildən xəstə olmasina baxmayarag stasionar müalicələr haqqında məlumat yoxdur .Xəstəliyin hazırkı ağırlıq dərəcəsini qiymətləndirmək üçün ixtisaslaşmış tibb (ETACXİ-da) müəssisəsində müayinə tövsiyə olunur” səbəbi ilə ona əlilliyin təyin edilməsindən ikinci dəfə imtina verilmişdir. Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə xx.xx.2021-ci il tarixdə bir daha baxılmış və “X2: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J40-J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J45 - Astma => J45.0 - Allergik komponentin üstünlüyü ilə gedən astma; Diaqnozun mətni: Bronxial astma, ağır gedişli, nəzarət olunmayan, infeksion allergik forma.Tez-tez kəskinləşmə, tez-tez boğulma tutmaları və tez-tez ağır asmatik statusla. İV tip hiper həssaslıq. (Yüksək dozada inhalyasion kortikosteroid+əlavə dərman preparatlarının təyini zamanı müalicəyə qeyri- adekvat cavab). Tənəffüs çatmamazlığı İİİ dərəcə; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: ETACXİ-da müayinəyə ehtiyacı vardır” səbəbi ilə ona əlilliyin təyin edilməsindən üçüncü dəfə imtina verilmişdir. Beləliklə, iş materiallarına əsasən İddiaçı əlilliyin təyin edilməsindən ilk imtina “Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: 2005-ci ildən xəstə olmasina baxmayaraq bu günə qədər heç bir stasionar müalicə almamışdır” səbəbi ilə xx.xx.2021-ci il tarixdə verilmişdir. Məhkəmə cavabdeh təşkilatın bu imtinasını əsassız hesab edir. Belə ki, əvvəla, bu imtinada, həmçinin iş üzrə yuxarıda sadalanan tibbi sənədlərlə İddiaçı 2005-ci ildən imtinanın verildiyi xx.xx.2021-ci ilə qədər xəstə olması və ikinci dərəcə əlilliyinin mövcudluğu tam təsdiq edilir. İkincisi, iddiaçının xəstəliyi ilə əlaqədar “2005-ci ildən imtinanın verildiyi xx.xx.2021-ci ilə qədər heç bir stasionar müalicə almaması”nın ona əlilliyin təyin edilməməsi üçün əsas olduğu halda, bunun hüquqi əsasları göstərilməmiş və 16 il müddətində əlilliyinin hansı əsasla davam etməsinə izah verilməmişdir. Cavabdeh təşkilat tərəfindən iddiaçıya 2015-ci ilədək hər dəfə bir il, 2016-cı ildən isə beş il müddətinə əlilliyin təyin edilməsi, cavabdehin “2005-ci ildən imtinanın verildiyi xx.xx.2021-ci ilə qədər heç bir stasionar müalicə almaması” səbəbi ilə xx.xx.2021ci il tarixli imtinasının hüquqi əsasının olmaması məhkəməyə bu imtinanın qanunsuz olması qənaətinə gəlməyə əsas verir. Buna baxmayaraq, iş materiallarında olan Biləsuvar Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin məhkəməyə ünvanladığı 16 may 2022-ci il tarixli 1260 nömrəli məktubundan və məktuba əlavə olunmuş İddiaçı adına tərtib edilən xx.xx.2021-ci il tarixli 066 nömrəli stasionardan çıxanın statistik kartasından görünür ki, iddiaçı allergik komponentin üstünlüyü ilə müşahidə olunan astma diaqnozu ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi Biləsuvar Rayon Mərkəzi Xəstəxanası stasionar müalicə almışdır. Həmçinin, iş materiallarında olan İddiaçı adına tərtib olunmuş xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli “Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışlardan da görünür ki, iddiaçı xx.xx.2022-ci il və xx.xx.2022-xx.xx.2022-ci il tarixləri ərzində “Bronxial astma, qarışıq forma, nəzarət olunmayan” diaqnozu, “boğulma, təngnəfəslik və öskürək”lə müşayiət olunan, habelə “Bronxial astma ağır gedişli infeksion allergik forma, xroniki teztez boğulma tutmaları və s.” diaqnozu ilə tibbi müəssisələrdə müayinə olunmuş və müalicə almışdır. İş materiallarına əsasən İddiaçı əlilliyin təyin edilməsindən ikinci imtina “Göndərişin natamam doldurulması - Səbəb: 2005-ci ildən xəstə olmasina baxmayarag stasionar müalicələr haqqında məlumat yoxdur .Xəstəliyin hazırkı ağırlıq dərəcəsini qiymətləndirmək üçün ixtisaslaşmış tibb (ETACXİ-da) müəssisəsində müayinə tövsiyə olunur” səbəbi ilə xx.xx.2021-ci il tarixdə verilmişdir. Həmçinin, iş materiallarına əsasən İddiaçı əlilliyin təyin edilməsindən üçüncü imtina “Göndərişin natamam doldurulması - Səbəb: ETACXİ-da müayinəyə ehtiyacı vardır” səbəbi ilə xx.xx.2021-ci il tarixdə verilmişdir. Göründüyü kimi, İddiaçı əlilliyin təyin edilməsindən son iki göndəriş əsasında imtina verilməsinin əsas səbəbi - “Göndərişin natamam doldurulması - Səbəb: ETACXİ-da müayinəyə ehtiyacı vardır” olmuş, iddiaçının ETACXİ-da əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyə edilmişdir. Məhkəmə İddiaçı əlilliyin təyin edilməsindən xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli imtinalarda istinad edilən halların cavabdeh təşkilat tərəfindən imtinanın səbəbləri kimi qiymətləndirilməsini əsassız hesab edir. Belə ki, sözügedən imtinalarda göndərişlərdəki natamamlığın nədən ibarət olduğu, həmçinin həmin göndərişlərin natamam doldurulması səbəbi ilə iddiaçıya əlilliyin təyin olunmasından imtina edilməsinin hüquqi əsasları göstərilməmişdir. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Hətta əks təqdirdə belə məhkəmə hesab edir ki, göndərişin natamam doldurulması iddiaçının iradəsindən asılı olan hal deyil və bununla əlaqədar məsuliyyətin iddiaçının üzərinə qoyulması yolverilməzdir və onun hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2022-ci il tarixli 2-1(102)-996/2022 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Qeyd olunduğu kimi, iddiaçı 2021-ci ilin fevral ayından ona müddətsiz ikinci dərəcə əlilliyin təyin olunmasını tələb edir. Cavabdeh təşkilatın iddiaya qarşı ilk etirazında bildirilmişdir ki, iddiaçının müraciəti qiymətləndirilən zaman qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 4.2-ci bəndinə əsasən, ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. İddiaçıya isə ikinci dərəcə əlillik ümumi xəstəlik ilə əlaqədar olaraq, xx.xx.2005-ci ildə 1 il, xx.xx.2014-cü ildə 1 il və xx.xx.2016-cı ildə 5 il müddətinə təyin olduğundan, ümumi olaraq fasiləsiz 7 il əlillik dərəcəsi olduğundan ona müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsi mümkün olmamışdır. Cavabdeh təşkilatın məhkəməyə təqdim olunmuş ilk etirazı ilə ciddi fərqlilik təşkil edən iddiaya qarşı digər etirazında isə bildirilmişdir ki, vətəndaşın əlillik vəziyyəti ilk dəfə xx.xx.2005-ci il tarixdə qiymətləndirilmiş və xx.xx.2006-cı il tarixədək əlillik təyinatı aparılması barədə qərar qəbul edilmişdir. Daha sonra xx.xx.2006-cı ildə qiymətləndirilmə aparılmış və xx.xx.2007-ci ilədək əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Ancaq, vətəndaş növbəti qiymətləndirmə üçün əlillik müddəti başa çatdıqdan 5 ay sonra, xx.xx.2007-ci il tarixdə müraciət etmiş və əlillik təyinatının aparılması ilə bağlı qərar qəbul edilmişdir. Növbəti illərdə eyni şərtlərlə əlillik təyinatı yenidən aparılmış və xx.xx.2015-ci il tarixdə sonuncu dəfə Azərbaycan Respublikası Prezidentinin “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında” xx.xx.2015-ci il tarixli, 595 nömrəli Fərmanının 6.1-ci bəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"nin (bundan sonra - Əsasnamə) 6.1 -ci bəndinə əsasən vətəndaşın əlillik müddəti Tibbi-Sosial Ekspertiza və X4 tərəfindən 5 il uzadılmışdır. İddiaçının əlillik müddəti ancaq 2007-2015-ci illər ərzində 8 il müddətində fasiləsiz davam etmiş, 2015-ci ildə isə vətəndaşın əlilliyi müddətsiz əlilliyin təyin edilməsi ilə bağlı 10 il tamamlanmadan avtomatik qaydada 5 il müddətinə təsdiq edilmişdir. İş üzrə təqdim edilmiş tibbi sənədlərlə, habelə cavabdeh təşkilatın iddiaya qarşı etirazı və etiraza əlavə edilmiş sənədlərlə tam təsdiq olunur ki, iddiaçının 2005-ci ildən etibarən hər il “Bronxial astma, qarışıq forma, nəzarət olunmayan” diaqnozu, “boğulma, təngnəfəslik və öskürək”lə müşayiət olunan xəstəliyi ilə əlaqədar 2005-ci ildən 2021-ci ilədək fasiləsiz olaraq ikinci dərəcə əlilliyi mövcud olmuş, müddətsiz ikinci dərəcə əlilliyin təyin olunması üçün qanunvericiliklə tələb olunan fasiləsiz 10 (on) il əlillik müddəti 2015-ci ildə tamam olmuş və iddiaçının müddətsiz ikinci dərəcə əlillik əldə etməsi hüququ yaranmışdır. İddiaçının 2007-ci ildə növbəti qiymətləndirmə üçün əlillik müddəti başa çatdıqdan 5 ay sonra müraciət etməsi isə bu müddət ərzində onun reabilitasiya olunmasını təsdiq etmir. Belə ki, 2007-ci ildə növbəti qiymətləndirmə zamanı səhhətində heç bir dəyişiklik olmadan eyni səbəb və diaqnozla xx.xx.2007-ci il tarixdə ikinci dərəcə əlillik təyinatının aparılması ilə bağlı qərar qəbul edilməsi, cavabdehin qeyd etdiyi kimi növbəti illərdə eyni şərtlərlə əlillik təyinatının yenidən aparılması, nəhayət xx.xx.2015-ci il tarixdə iddiaçının ikinci dərəcə əlilliyinin 5 il müddətinə təsdiq edilməsi də bunu sübut edir. Digər tərəfdən, hətta cavabdeh təşkilatın iddiaya qarşı etirazında razılaşdığı iddiaçının fasiləsiz əlillik müddətinin xx.xx.2007-ci ildən hesablandığı halda belə, xx.xx.2015-ci ildə onun fasiləsiz əlillik müddəti cavabdehin təsdiq etdiyi kimi 8 il, həmin il təsdiq olunmuş 5 illik əlillik müddətinin ikinci ilində, yəni 2017-ci ildə 10 il təşkil etmiş, növbəti müayinəyə zərurət olmadan xx.xx.2017-ci il tarixdə (2007-2017) müddətsiz ikinci dərəcə əlillik hüququ yaranmış, lakin nəinki 2017-ci ildə, 5 illik əlillik müddətinin başa çatdığı və vaxt artıq fasiləsiz əlillik müddətinin 13 il təşkil etdiyi xx.xx.2020-ci ildə belə iddiaçıya müddətsiz ikinci dərəcə əlillik təyin olunması təmin edilməmiş, bununla da, onun qanuni hüquqlarına kobud şəkildə müdaxilə edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı 2021-ci ilin fevral ayından ona müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsi barədə tələbində haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Konstitusiyanın 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Etimad hüququnun qorunması Konstitusiyadan və X5 Konvensiyasından irəli gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə (Dövlətin ali məqsədi) əsasən: İ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Həmin Konstitusiyasının həmin maddəsinin 2-ci bəndinə əsasən Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. X5 Konvensiyasının 1-ci maddəsinə (İnsan hüquqlarına hörmət olunması öhdəliyi) əsasən Razılığa gələn Yüksək Tərəflər onların yurisdiksiyası altında olan hər kəs üçün bu Konvensiyanın 2 bölməsində müəyyən olunmuş hüquq və azadlıqları təmin edirlər. Etimad hüququnun qorunması dövlətə münasibətdə pozitiv öhdəliklər yaradır və buna uyğun qaydada davranma tələb edir. Belə ki, dövlət bu hüququn reallaşdırılması üçün müvafiq işlək mexanizmlər yaratmalı; dövlət orqanları öz fəaliyyətlərində hüquq və azadlıqların səmərəli həyata keçirilməsini təmin edəcək qaydada davranmalıdırlar. Konstitusiya və AİHK ilə müəyyən edilən hüquqlar xəyali və nəzəri hüquq deyil, odur ki, dövlət tərəfindən təqdim edilən mexanizmlər səmərəsizdirsə, həmin hüquq və azadlıqların təmin edilməsi kimi qiymətləndirilə bilməz. Etimad hüququnun qorunmasının əsasları “İnzibati icraat haqqında” qanunun 2.0.8, 13, 67-69-cu maddələrində əksini tapmışdır. Həmin Qanunun 2.0.8-ci maddəsinə əsasən qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam kimi anlayış verilmişdir. Həmin Qanunun 13-cü maddəsinə əsasən etimad hüququnun qorunması prinsipinin mahiyyətini, nəzəri əsaslarını, 67-69-cu maddələr isə praktik tətbiqi zamanı təzahürünü müəyyən edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2. maddəsinə əsasən Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: - 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 19 avqust tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş və 5 fevral 2016-cı il tarixədək qüvvədə olan (“Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il № 36 Qərarı ilə qüvvədən düşmüşdür) “Tibbi-sosial ekspert komissiyaları haqqında əsasnamə”nin 5.2-ci bəndinə əsasən, əmək qabiliyyətinin itirilməsi 25 faizindən yuxarı təyin olunduğu hallarda, onun müddəti əlillik dərəcəsinin müddətinə uyğun olaraq müəyyənləşdirilir. Əmək qabiliyyətinin itirilmə faizi 25-dək təyin olunduğu hallarda onun müddəti, sağlamlığın pozulmasının xarakteri və bərpa tədbirlərinin səmərəliliyindən asılı olaraq bir il müəyyənləşdirilir. Orqanizmin müəyyən funksiyasının itirilməsi ilə müşayiət olunan anatomik qüsurlar zamanı və ona bərabər tutulan hallarda əmək qabiliyyətinin itirilməsi faizi müddətsiz təyin edilir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd olunanlara məcmu halında qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, İddiaçı 2021-ci ilin fevral ayından etibarən ikinci dərəcəli əlilliyin müddətsiz təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı 2021-ci ilin fevral ayından etibarən ikinci dərəcəli əlilliyin müddətsiz təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar