Məhkəmə qərarları › İş №e-2-1(120)-415/2022

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(120)-415/2022

05.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № e-2-1(120)-415/2022 05.04.2022 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası İqtsadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh X1 Cəmiyyətinin Füzuli İxtsasquraşdırma filalına qarşı “01.04.2019-cu il tarixdən 31.05.2021-ci il tarixədək olan dövr üzrə mal-materiallarının hərəkəti barədə aylıq material hesabatlarının və mal materialın norma daxilində silgisi barədə aylar üzrə texniki hesabatların təsdiq olunmuş surətlərinin Cavabdeh X1 Cəmiyyətinin Füzuli İxtsasquraşdırma filalından götürülərək 8 saylı Ərazi Vergilər İdarəsinə təqdim olunması” tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası İqtsadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsi Cavabdeh X1 Cəmiyyətinin Füzuli İxtsasquraşdırma filalına qarşı “01.04.2019-cu il tarixdən 31.05.2021-ci il tarixədək olan dövr üzrə mal-materiallarının hərəkəti barədə aylıq material hesabatlarının və mal materialın norma daxilində silgisi barədə aylar üzrə texniki hesabatların təsdiq olunmuş surətlərinin Cavabdeh X1 Cəmiyyətinin Füzuli İxtsasquraşdırma filalından götürülərək 8 saylı Ərazi Vergilər İdarəsinə təqdim olunması” barədə qərarın qəbul edilməsi öhdəliyinin qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı Azərbaycan Respublikası İqtsadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi və Cavabdeh X1 Cəmiyyətinin Füzuli İxtsasquraşdırma filalının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə tərəflərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, məhkəmə mübahisəsi artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası İqtsadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin məhkəməyə göndərdiyi 04.04.2022-ci il tarixli, **********464200 nömrəli məktubda qeyd olunmuşdur ki, səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan 01.04.2019-cu il tarixdən 31.05.2021-ci il tarixədək olan dövr üzrə mal-materialların hərəkəti barədə aylıq materal hesabatlarının və mal-materialın norma daxilində silgisi barədə aylar üzrə texniki hesabatların təsdiq olunmuş surətlərinin Cavabdeh X1 Cəmiyyətinin Füzuli İxtisasquraşdırma filialından götürülərək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinə təqdim olunmasına dair iş üzrə sənədlər yoxlamaya təqdim edilməklə, mübahisə öz həllini tapmışdır. Yuxarıda qeyd olunanlara əsasən, iddiaçı 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən iddiadan imtina edilməsi və iddianın geri götürülmüş sayılması ilə əlaqədar olaraq məhkəmədə işin icraatına xitarn verilməsi barədə qərardad qəbul etməyinizi Sizdən xahiş edirəm. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunması üçün heç bir tədbir görülmədiyi və ya görülmüş yeni tədbirlərin iddiaçının tələbini təmin etmədiyi hallarda mübahisə ilə bağlı məhkəmə icraatı davam etdirilir və işə mahiyyəti üzrə baxılır. Yuxarıda qeyd edirlən hüquq normalarının tələbindən aydın görünür ki, işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Nəticəvi hissə: Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67-ci və 80-cı maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı : İddiaçı Azərbaycan Respublikası İqtsadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh X1 Cəmiyyətinin Füzuli İxtsasquraşdırma filalına qarşı “01.04.2019-cu il tarixdən 31.05.2021-ci il tarixədək olan dövr üzrə mal-materiallarının hərəkəti barədə aylıq material hesabatlarının və mal materialın norma daxilində silgisi barədə aylar üzrə texniki hesabatların təsdiq olunmuş surətlərinin Cavabdeh X1 Cəmiyyətinin Füzuli İxtsasquraşdırma filalından götürülərək 8 saylı Ərazi Vergilər İdarəsinə təqdim olunması” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar