Məhkəmə qərarları › İş №e-2-1(120)-4227/2024

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(120)-4227/2024

04.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-1(120)-4227/2024 04.11.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, məhkəmə iclas katibi Nəcəfov Ramin Ramiz oğlunun katibliyi, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X7, üçüncü şəxs X13 iştirakları ilə, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdehlər Cavabdeh1nə və Salyan rayon Arbatan Bələdiyyəsinə qarşı X20 və “X8 və Koordinasiya Mərkəzi” Publik Hüquqi şəxsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla qərarın və alqı-satqı aktının etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdehlər Cavabdeh1nə və Salyan rayon Arbatan Bələdiyyəsinə qarşı X20 və “X8 və Koordinasiya Mərkəzi” Publik Hüquqi şəxsi maraqlı şəxs qismində göstərilməklə iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Salyan rayon Arbatan Bələdiyyəsinin sahibkarlıq məqsədilə 0,10 ha torpaq sahəsinin X3 barədə xx.xx.2006-cı il tarixli 16 nömrəli qərarı və “Torpaqların alqı-satqısına dair” xx.xx.2006-cı il tarixli akt, həmçinin Salyan şəhəri, N.Babayev küçəsində, küçənin qərbində, özünə məxsus obyektin altında yerləşən torpaq sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 2158 kv.m torpaq sahəsinin X3 barədə Salyan rayon Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 18 nömrəli qərarı və Torpaqların alqı-satqısına dair 2007-ci il tarixli aktın etibarsız hesab edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışlar ki, vətəndaş X11 müraciəti əsasında Salyan rayonu Arbatan Bələdiyyəsinin xx.xx.2006-ci il tarixli 16 nömrəli qərarı ilə sahibkarlıq məqsədilə 0.10 ha torpaq sahəsi X2.Salyan rayonu Arbatan Bələdiyyəsi ilə alıcı X18 arasında həmin torpaq sahəsinin alqı-satqısına dair xx.xx.2006-cı il tarixli akt tərtib edilmişdir.Bundan əlavə vətəndaş X11 müraciəti əsasında Salyan rayon Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 18 nömrəli qərarı ilə Salyan şəhəri, N.Babayev küçəsində, küçənin qərbində, özünə məxsus obyektin altında və ətrafında yerləşən torpaq sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 2158 kv.m torpaq sahəsinin X4 barədə qərar qəbul edilmişdir.Salyan rayon Bələdiyyəsi ilə alıcı X18 arasında həmin torpaq sahəsinin alqı-satqısına dair 2007-ci il tarixli akt tərtib edilmişdir. İddiaçı X20 cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X23 13 saylı Şirvan ərazi idarəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Səlyan rayonunun Arbatan kəndi ərazisində yerləşən 0,087 ha və 0,2158 ha torpaq sahələrinin (yeni qaydalarda ünvanları nəzərə alınmaqla) mərhum X14 aid olması və bu hüququn qeydiyyata alınmasının mümkünlüyü barədə arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.Şirvan İnzibati Məhkəməsinin 28 oktyabr 2023-cü il tarixli, 2- 1(120)-797/2023 nömrəli qərarı ilə iddia təmin edilmişdir.Qərardan cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X23in 13 saylı Şirvan ərazi idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.Qeyd olunan məhkəmə icraatı zamanı Əmlak Məsələləri Dövlət Xidməti formal olaraq üçüncü şəxs qismində məhkəmə prosesinə cəlb olunsa da, Xidmət məhkəmə tərəfindən iş üzrə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə elektron kabinetə əlavə olunmadığından, məhkəmə bildirişləri Xidmətin elektron kabinetinə yerləşdirilməmiş,həmçinin məhkəmə prosesi barədə Xidmətə poçt bildirişləri göndərilməmişdir. Xidmət qeyd olunan məhkəmə qərarlarından məhkəmə prosesləri yekunlaşdıqdan sonra məlumat tutmuş və Xidmətin Şirvan Apellyasiya Məhkəməsinə müraciəti əsasında Xidmət elektron kabinetə əlavə olunmuş və qeyd olunan məhkəmə qərarı Xidmətə təqdim olunduqdan sonra həmin qərardan tərəfimizdən kassasiya şikayəti verilmişdir. Salyan rayonu Arbatan Bələdiyyəsinin xx.xx.2006-ci il tarixli 16 nömrəli qərarı və tərəflər arasında bağlanılmış xx.xx.2006-cı il tarixli “Torpaqların alqı-satqısına dair akt”, həmçinin Salyan rayon Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 18 nömrəli qərarı və Torpaqların alqı-satqısına dair 2007-ci il tarixli aktın etibarsız hesab edilməlidir.Aparılmış araşdırmalar zamanı müəyyən edilmişdir ki, mübahisələndirilən bələdiyyə qərarları ilə X5 mübahisə predmeti olan torpaq sahələri bələdiyyə mülkiyyətində deyil, dövlət mülkiyyətindədir və buna dair dövlət əmlakının Registrində müvafiq qeydiyyat aparılmışdır.Belə ki, mübahisə predmeti olan torpaq sahələrində yerləşən tikili-86 N-li X6 inzibati binası-dövlət mülkiyyətində olmuş və məhkəmə qərarının icrası ilə əlaqədar X12 mülkiyyətinə verilmişdir.Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar dövlət mülkiyyətindədir. Bələdiyyələrin dövlət müəssisəsinin istifadəsində olmuş torpaq sahələrini bələdiyyə torpağı kimi satması mülki və torpaq qanunvericiliyinin tələblərinə zidd olmuşdur. Azərbaycan Respublikasında bələdiyyələr 2000-ci ildən fəaliyyətə başlamışdır və qeyd olunan tarixədək 1970-ci ildə istismara verilmiş dövlət mülkiyyətində olan qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair qəbul edilmiş mübahisələndirilən bələdiyyə qərarları həmin torpaq sahəsi üzərində heç bir hüquqi nəticə yaratmadığından, etibarsız sayılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra X20 və “X8 və Koordinasiya Mərkəzi” Publik Hüquqi şəxsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuş, İPM-in 49-cu maddəsinə və İPM-nin 47-ci maddəsinə uyğun olaraq xx.xx.2024cü il tarixli məhkəmə bildirişi ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana və üçüncü şəxslərə təqdim edilmiş, cavabdehdən və üçüncü şəxslərdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdehlər və üçüncü şəxs tərəfindən iddia tələbinə dair yazılı münasibət məhkəməyə daxil olmamışdır. Digər üçüncü şəxs “X8 və Koordinasiya Mərkəzi” Publik Hüquqi şəxsi məhkəməyə təqdim etdiyi 3-21-3-6/2-1585/2024 saylı, xx.xx.2024-cü il tarixli yazılı etirazında göstərmişdir ki, iddianın bilavasitə predmeti ilə əlaqəli olan torpaq sahələrində yerləşən tikili - 86 N°-li X1 Dəstənin inzibati binası Azərbaycan Respublikasının keçmiş Əmlak Məsələləri Dövlət Komitəsinin (Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1017 nömrəli Fərmanının 4.1-ci yarımbəndinə əsasən hüquqi varisi Xidmətdir) xx.xx.2012-ci il tarixli 272 nömrəli Sərəncamı ilə Komitənin keçmiş İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin (Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 1382 nömrəli Fərmanının 7.3-cü yarımbəndinə əsasən hüquqi varisi Mərkəzdir) tabeliyinə verilmişdir. İXMİM-nin xx.xx.2012-ci il tarixli 346 nömrəli əmri ilə adıçəkilən müəssisə İXMİM-nin tabeliyinə qəbul edilmişdir.86 №-li İSMD hal-hazırda daşınmaz əmlakın Registrində qeydiyyatda olmaqla dövlət mülkiyyətindədir və özəlləşdirilən müəssisə və obyektlər qrupuna daxildir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 659 nömrəli Fərmanına və həmin Fərmanla təsdiq edilmiş “özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq həmin torpaq sahələrinin satılması səlahiyyəti dövlət orqanı kimi Xidmətə məxsusdur. İddia ərizəsində istinad olunaraq göstərilən faktlar və sübutlar təsdiq edir ki, cavabdehlər qismində seçilmiş bələdiyyələr dövlət mülkiyyətindəki əmlaka aid torpaq sahələrinin heç bir səlahiyyətləri olmadığı halda qərar verərək özgəninkiləşdirilməsi üçün “əsas” yaratmışlar.Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2022-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 4.0.15-ci bəndi ilə torpaq ehtiyatlarından səmərəli istifadə və onların mühafizəsi məsələləri üzrə yerli icra hakimiyyəti orqanlarının və bələdiyyələrin qanunvericiliyin tələblərinə uyğun gəlməyən qərarlarının icrasının dayandırılması və ya ləğv edilməsi barədə aidiyyəti orqanlar qarşısında məsələ qaldırmaq və ya məhkəmədə iddia qaldırmaq Xidmətin hüququ kimi müəyyən olunmuşdur. Göründüyü kimi, cavabdehlər qismində seçilmiş bələdiyyələr bələdiyyələrin hüquqi statusu, fəaliyyətinin əsasları və sair bu qəbildən olan qanunvericilik və digər normativ aktların müəyyən etdiyi norma və prinsiplərdən kənara çıxmış və qanunvericiliklə icra hakimiyyətinin səlahiyyət dairəsinə aid edilmiş məsələ barəsində qərarlar qəbul etmişlər.Ona görə də iddia tələbinin təmin olunması barədə qərar çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş cavabdehlər və üçüncü şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehlərin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X9 iddia tələbini müdafiə edərək məhkəmədən iddia tələblərinin mümkün hesab edilərək, təmin olunmasını xahiş etdi. Üçüncü şəxs X20 məhkəmə iclasında izahat verərək iddia tələbi əsass olduğu üçün təmin olunmamasını xahiş etdi. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarda həmçinin qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının irəli sürdüyü tələb üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olması şərti də yerinə yetirilmiş olmalıdır. Məhkəmə subyektiv hüquqa anlayış verərək qeyd edir ki, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. Bu baxımdan, inzibati ədliyyənin əsas məqsədlərindən biri dövlət idarəçiliyi sahəsində insanın subyektiv hüquqlarının müdafiəsidir. İnzibati sahədə subyektiv hüquqlar bir qayda olaraq şəxsin hüquqi norma ilə müəyyən edilmiş çərçivədə davranış azadlığını, müəyyən sosial təzminatlardan istifadə etmək imkanını, müəyyən hərəkətləri etmək və digərlərindən müəyyən hərəkətlərin edilməsini tələb etmək səlahiyyətlərini və hüquqlarının müdafiəsi üçün inzibati orqanlara və məhkəmələrə müraciət etmək hüququnu əhatə edir. İnzibati sahədə şəxsin subyektiv hüquqları mütləq şəkildə hakimiyyət institutu ilə münasibətlə səciyyələnir. Bir tərəfdən, hakimiyyət səlahiyyətlərinin daşıyıcısının üzərinə insan və vətəndaşın hüquq və azadlıqlarının təmin edilməsi vəzifəsi qoyulur, digər tərəfdən isə şəxsin hüquq və azadlıqları pozulduğu təqdirdə o, icra hakimiyyəti və ya məhkəmə orqanlarına şikayət etmək hüququnu realizə edir. Məhz bu baxımdan, inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmələrdə baxılması və onların həll edilməsinin prosessual prinsipləri və qaydaları İnzibati-Prosessual Məcəllənin normaları ilə müəyyən edilir (İnzibati-Prosessual Məcəllənin 1.1-ci maddəsi). Hazırkı halda iddiaçının subyektiv hüququnun pozulduğu iş materialları ilə müəyyən edilmir. Belə ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarı) İnzibati mübahisə üzrə iddia isə onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə, iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. İddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə hüquq və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilsin. İş materiallarında olan: Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-797/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının surətindən müəyyən olunur ki, iddiaçı X20 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Salyan rayonunun Arbatan kəndi ərazisində yerləşən 0,087 ha və 0,2158 ha torpaq sahələrinə dair mülkiyyət hüququ tanınmaqla həmin torpaq sahəsinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbini dəqiqləşdirərək “Salyan rayonunun Arbatan kəndi ərazisində yerləşən 0,087 ha və 0,2158 ha torpaq sahələrinə ( yeni qaydalarla ünvanları nəzərə alınmaqla) mərhum X14 aid olması və bu hüququn qeydiyyata alınmasının mümkünlüyü barədə arayışın ( çıxarışın) verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə həvalə olunmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-797/2023 saylı,xx.xx.2023-cü il tarixli qərarı ilə Salyan rayonunun Arbatan kəndi ərazisində yerləşən 0,087 ha və 0,2158 ha torpaq sahələrinin (yeni qaydalarda ünvanları nəzərə alınmaqla) mərhum X16 mülkiyyət hüququ əsasında aid olması və bu hüququn qeydiyyata alınmasının mümkünlüyü barədə arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan apellyasiya şikayəti vermiş, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(120)-180/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Şirvan İnzibati Məhkəməsinin 28 oktyabr 2023-cü il tarixli, 2-1(120)-797/2023 saylı qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(120)-180/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarında qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti, Cavabdeh1, Salyan rayon Arbatan Bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. Qərardan narazı qalan cavabdeh inzibati orqan kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2287/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə kassasiya şikayətinin təmin edilməməsi, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(106)- 180/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2287/2024 saylı xx.xx.2024-cü il tarixli qərarının məhkəmənin mövqeyi hissədində qeyd olunmuşdur ki, 24-cü bənd- iş materiallarından görünür ki, hər iki bələdiyyə tərəfindən bələdiyyə mülkiyyətində olan torpaq sahəsi iddiaçının mərhum anasına satılmış, torpağın dəyəri sonuncu tərəfindən müvafiq hesaba ödənilmişdir. Həmçinin həmin torpaq sahəsinə dair keçmiş DT və XK-nin Salyan rayon şöbəsinin müvafiq rəyi, torpaq sahəsinin yerquruluşu planı, alqı-satqı aktı əldə edilmişdir. 26-cı bənd- Hazırkı iş üzrə cavabdehin imtinasının əsas dəlili mübahisəli torpaq sahələrinin hazırda dövlət mülkiyyətində olmasıdır. 27-ci bənd Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşaraq qeyd edir ki, vaxtilə bələdiyyə mülkiyyətində olmuş və hazırda da qüvvədə olan bələdiyyə qərarı ilə satılmış torpaq sahələrinin sonradan “X10 X17” işlənərkən dövlət mülkiyyəti kimi bazaya işlənməsi bu sahə üzrə səlahiyyətli qurumun səhvi və yaxud yanlış hərəkətinin nəticəsi olduğundan hazırda müvafiq düzəlişin edilməsi də həmin qurumun öhdəliyi kimi nəzərə alınmalıdır. 28-ci bənd -Salyan rayonu Arbatan Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli qərarı və Cavabdeh1 xx.xx.2007-ci il tarixli, 18 nömrəli protokolu “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində göstərilən sənədlərə aid edildiyindən, cavabdeh inzibati orqanın formal mülahizələrə əsaslanan dəlillərə istinad etməklə qanunvericiliklə səlahiyyətlərinə və funksiyalarına aid edilmiş məsələnin həllindən imtina etməsi ilə bağlı hərəkəti “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci və 15-ci maddələrinin tələblərinə cavab vermədiyindən əsassız hesab edilir. 31-ci bənd Beləliklə, iddia olunan torpaq sahələri iddiaçının sələfinin mülkiyyətinə qanuni əsaslarla verildiyindən yuxarıda istinad edilən normaya əsasən o, həmin torpaq sahəsinə mülkiyyət hüququ əldə etmişdir. Bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-2287/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından müəyyən olunur ki, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(106)- 180/2024 nömrəli qərarından üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkün sayılmaması və kassasiya şikayətinin qəbulundən imtina edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2287/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadının 11-ci bəndində qeyd olunmuşdur ki, hazırkı kassasiya şikayətini vermiş üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti birinci instansiyası məhkəməsinin qərarından apellyasiya şikayəti vermədiyindən, bununla da, onun hər hansı tələbi apellyasiya instansiyası məhkəməsinin baxış predmeti olmadığından, həmçinin apellyasiya instansiyası məhkəməsinin qərarı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin (birinci instansiya məhkəməsinin baxış predmetinin hüdudlarından kənara çıxan) hüquq və vəzifələrinə dair hər hansı məsələ həll olunmadığından onun Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1 (106)-180/2024 nömrəli qərarından kassasiya şikayəti vermək hüququ yoxdur. Göründüyü kimi, hazırki işdə iddiaçının subyektiv hüququ mövcud deyildir. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-nin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdehlər Cavabdeh1nə və Salyan rayon Arbatan Bələdiyyəsinə qarşı X20 və “X8 və Koordinasiya Mərkəzi” Publik Hüquqi şəxsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla qərarın və alqı-satqı aktının etibarsız hesab edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşidə Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar