Məhkəmə qərarları › İş №e-2-1(120)-424/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(120)-424/2023

01.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № e-2-1(120)-424/2023 01.02.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyiİ ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “2021-ci ilin aprel ayından etibarən ikinci dərəcəli əlilliyin müddətsiz təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 01 fevral 2023-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2021-ci ilin aprel ayından etibarən ikinci dərəcəli əlilliyin müddətsiz təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, xəstəliyi ilə bağlı Tibbi sosial Ekspert Komissiyası tərəfindən ona 2009-cu tarixdən ikinci dərəcə əlillik verilmişdir. 2021-ci ilin aprel ayından etibarən əlilliyi ləğv edilmişdir. Hesab edir ki, ikinci dərəcə əlilliyin ləğv edilməsi (dayandırılması) tamamilə qanunsuzdur. Belə ki, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 4.2-ci maddəsinin tələblərinə əsasən ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Normanın tələbindən göründüyü kimi 10 il keçdikdən sonra ikinci dərəcə əlillik müddətsiz hesab olunur. Qanunvericilikdə 10 il keçdikdən sonra ikinci dərəcə əlillik müddətsiz hesab olunduğundan yenidən forma 88 göndərilməsi və ya müayinəyə cəlb edilməsi qanunsuzdur. Əlilliyinin qanunsuz olaraq dayandırılması ədalətsiz və Əsasnamənin tələblərinə ziddir. Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun “Əlilliyin müəyyən edilməsi”nin əsasları təsbit olunmuş 3-cü maddəsinə əsasən “Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir” (3.1). Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir (3.2). Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir (3.3). Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir (3.4). “Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları” təsbit olunmuş 4-cü maddəsinə əsasən “Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər (4.1). “Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir (4.2). Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər (4.3). “Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları” təsbit olunmuş 6-cı maddəsinə əsasən “Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır (6.4). Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2015-ci il tarixli 595 nömrəli Fərmanı: 6. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 6.1. birinci dərəcə əlilliyin və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlilliyin müddətsiz təyin edilməsini, ikinci və üçüncü dərəcə əlilliyin təyinat müddətinin 5 ildən az olmayaraq artırılmasını və təkrar müayinə sayının azaldılmasını nəzərdə tutmaqla, əlilliyin müəyyən olunması meyarlarında iki ay müddətində dəyişikliklər etsin; “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı: ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddiaçının əlilliyinə xx.xx.2009-cu il tarixli göndəriş əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X2: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F60-F69 - Yetkin yaşlarda təsadüf olunan şəxsiyyət və davranış pozğunluqları => F60 - Spesifik şəxsiyyət pozğunluqları => F60.4 - Şəxsiyyətin...; Diaqnozun mətni: baş beyinin üzvi xəstəliyi nəticəsində dəyişməsi depressiv sindrom psixopatobənzər davraniş, Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: baş beyinin üzvi xəstəliyi nəticəsində dəyişməsi depressiv sindrom psixopatobənzər davraniş” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi təyin edilmişdir. Saylan Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında iddiaçının əlilliyinə baxılmış və “Səbəbi: Ümumi xəstəlik: X2: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəs...; Diaqnozun mətni: Baş beyinin üzvi xəstəliyi nəticəsində şəxsiyyətin dəyişməsi, depressiv sindrom və psixopatabənzər davranışla., Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Baş beyinin üzvi xəstəliyi nəticəsində şəxsiyyətin dəyişməsi, depressiv sindrom və psixopatabənzər davranışla.” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi təyin edilmişdir. Saylan Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: ƏMƏK QABİLİYYƏTSİZ; X2: V Sinif-Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatikforma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəs...; Diaqnozun mətni: baş beynin üzvi xəstəliyi nəticəsində şəxsiyyətin dəyişməsi, depressiv sindrom və psixopata bənzər davranışla. Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: baş beynin üzvi xəstəliyi nəticəsində şəxsiyyətin dəyişməsi, depressiv sindrom və psixopata bənzər davranışla” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi təyin edilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixində “Səbəbi: Ümumi xəstəlik; X2: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəs...; Diaqnozun mətni: baş beynin üzvi xəstəliyi nəticəsində şəxsiyyətin dəyişməsi, depressiv sindrom və psixopata bənzər davranışla. Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: baş beynin üzvi xəstəliyi nəticəsində şəxsiyyətin dəyişməsi, depressiv sindrom və psixopata bənzər davranışla” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi təyin edilmişdir. Saylan Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli, 0313003AAL4U nömrəli göndərişi əsasında baxılmış və “ X2: V Sinif-Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəs...; Diaqnozun mətni: Üzvi mənşəli şəxsiyyət pozğunluğu, - Baş beyinin üzvü xəstəliyi nəticəsində şəxsiyyət dəyişməsi, psixotabənzər davranışlarla Yanaşı xəstəliklər Q80 Anadangəlmə ixtioz, Anadangəlmə ixtioz Yanaşı xəstəliklər D50.0 Qan itirmə nəticəsində yaranan ikincili dəmir defisitli anemiya, Anemiya. Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əlavə müalicə-son 5 ildə müalicəsi yoxdur. İxtisaslaşmış müalicəyə ehtiyacı var” səbəbi ilə imtina verilmişdir. Saylan Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli, 0313003AANF6 nömrəli göndərişi əsasında baxılmış və “X2: V Sinif-Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəs...; Diaqnozun mətni: Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları, -Baş beyinin üzvü xəstəliyi nəticəsində şəxsiyyət dəyişməsi, psixotabənzər davranışlarla. X5 əsəb xəstəxanasınm PHK-nın xx.xx.2021 tarixli 895 saylı göndərişi ilə təsdiqlənmişdir. Anadangəlmə ixtioz, Anadangəlmə ixtioz Qan itirmə nəticəsində yaranan ikincili dəmir defisitli anemiya, -- Anemiya. Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əlavə müalicə-ixtisaslaşmış klinikada müalicə davam etsin; səbəbi ilə imtina verilmişdir. Məlumat üçün bildirirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış İddiaçı, habelə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçı ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.2-ci bəndinə əsasən, əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. X4-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən həyata keçirilmiş (bax 3cü bənd), şikayətə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən baxılmışdır. (bax 4-cü bənd). İddiaya cavab verməli olan şəxs Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyidir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və X1 3.1.2-ci bəndinə əsasən, müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək Agentliyin vəzifələrinə aid edilmişdir. Nizamnamənin 1.2-ci bəndinə əsasən, Agentlik Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Nizamnamənin 1.8-ci bəndinə əsasən, Agentlik Bakı şəhərində yerləşir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”na əsasən: - 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. İş materiallarından, o cümlədən işdə olan 35 №-li TSEK-də müayinə aktlarından çıxarışlardan, habelə cavabdeh təşkilatın məhkəməyə təqdim etdiyi iddiaya qarşı etirazlarından və bu etirazlara əlavə olunmuş tibbi sənədlərdən görünür ki, iddiaçının əlillik vəziyyətinə xx.xx.2009-cu il tarixli göndəriş əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X2: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F60-F69 - Yetkin yaşlarda təsadüf olunan şəxsiyyət və davranış pozğunluqları => F60 - Spesifik şəxsiyyət pozğunluqları => F60.4 - Şəxsiyyətin...; Diaqnozun mətni: baş beyinin üzvi xəstəliyi nəticəsində dəyişməsi, depressiv sindrom və psixopatobənzər davranış, Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: baş beyinin üzvi xəstəliyi nəticəsində dəyişməsi, depressiv sindrom və psixopatobənzər davraniş” səbəbi ilə ona xx.xx.2009-cu il tarixdən xx.xx.2010cu il tarixədək bir il müddətinə ikinci dərəcə əlillik verilmişdir. Saylan Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə baxılmış və “Səbəbi: Ümumi xəstəlik: X2: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəs...; Diaqnozun mətni: Baş beyinin üzvi xəstəliyi nəticəsində şəxsiyyətin dəyişməsi, depressiv sindrom və psixopatabənzər davranışla., Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Baş beyinin üzvi xəstəliyi nəticəsində şəxsiyyətin dəyişməsi, depressiv sindrom və psixopatabənzər davranışla.” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi təyin edilmişdir. Saylan Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: ƏMƏK QABİLİYYƏTSİZ; Xəstəliklərin Beynəlxalq Təsnifatэ: V Sinif- Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatikforma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəs...; Diaqnozun mətni: baş beynin üzvi xəstəliyi nəticəsində şəxsiyyətin dəyişməsi, depressiv sindrom və psixopata bənzər davranışla. Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: baş beynin üzvi xəstəliyi nəticəsində şəxsiyyətin dəyişməsi, depressiv sindrom və psixopata bənzər davranışla” səbəbi ilə ona xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək bir il müddətinə ikinci dərəcə əlillik verilmişdir. Saylan Rayon Mərkəzi Xəstəxanasının göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə xx.xx.2015-ci il tarixdə baxılmış və “Səbəbi: Ümumi xəstəlik: X2: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəs...; Diaqnozun mətni: Baş beyinin üzvi xəstəliyi nəticəsində şəxsiyyətin dəyişməsi, depressiv sindrom və psixopatabənzər davranışla., Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Baş beyinin üzvi xəstəliyi nəticəsində şəxsiyyətin dəyişməsi, depressiv sindrom və psixopatabənzər davranışla.” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi təyin edilmişdir. Saylan Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: ƏMƏK QABİLİYYƏTSİZ; X2: V Sinif- Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatikforma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəs...; Diaqnozun mətni: baş beynin üzvi xəstəliyi nəticəsində şəxsiyyətin dəyişməsi, depressiv sindrom və psixopata bənzər davranışla. Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: baş beynin üzvi xəstəliyi nəticəsində şəxsiyyətin dəyişməsi, depressiv sindrom və psixopata bənzər davranışla” səbəbi ilə ona xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək bir il müddətinə ikinci dərəcə əlillik verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixdə iddiaçının əlillik vəziyyətinə baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X2: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəs...; Diaqnozun mətni: baş beynin üzvi xəstəliyi nəticəsində şəxsiyyətin dəyişməsi, depressiv sindrom və psixopata bənzər davranışla. Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: baş beynin üzvi xəstəliyi nəticəsində şəxsiyyətin dəyişməsi depressiv sindrom və psixopata bənzər davranışla” səbəbi ilə ona xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək beş il müddətinə ikinci dərəcə əlillik verilmişdir. Saylan Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli, 0313003AAL4U nömrəli göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə baxılmış və “X2: V Sinif-Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəs...; Diaqnozun mətni: Üzvi mənşəli şəxsiyyət pozğunluğu, - Baş beyinin üzvü xəstəliyi nəticəsində şəxsiyyət dəyişməsi, psixotabənzər davranışlarla Yanaşı xəstəliklər Q80 Anadangəlmə ixtioz, Anadangəlmə ixtioz Yanaşı xəstəliklər D50.0 Qan itirmə nəticəsində yaranan ikincili dəmir defisitli anemiya, Anemiya. Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əlavə müalicə-son 5 ildə müalicəsi yoxdur. İxtisaslaşmış müalicəyə ehtiyacı var” səbəbi ilə xx.xx.2021-ci il tarixdə ona əlilliyin təyin olunmasından imtina edilmişdir. Həmçinin, Saylan Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli, 0313003AANF6 nömrəli göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə təkrar baxılmış və “Xəstəliklərin Beynəlxalq Təsnifatэ: V Sinif-Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəs...; Diaqnozun mətni: Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları, -Baş beyinin üzvü xəstəliyi nəticəsində şəxsiyyət dəyişməsi, psixotabənzər davranışlarla. X5 əsəb xəstəxanasının PHK-nın xx.xx.2021 tarixli, 895 saylı göndərişi ilə təsdiqlənmişdir. Anadangəlmə ixtioz, Anadangəlmə ixtioz Qan itirmə nəticəsində yaranan ikincili dəmir defisitli anemiya, - Anemiya. Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əlavə müalicə-ixtisaslaşmış klinikada müalicə davam etsin” səbəbi ilə ona xx.xx.2021-ci il tarixdə əlilliyin təyin olunmasından ikinci dəfə imtina edilmişdir. Beləliklə, iş materiallarına əsasən İddiaçı əlilliyin təyin edilməsindən imtinalar Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əlavə müalicə-son 5 ildə müalicəsi yoxdur. İxtisaslaşmış müalicəyə ehtiyacı var” və Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əlavə müalicə-ixtisaslaşmış klinikada müalicə davam etsin” səbəbləri ilə müvafiq olaraq xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə verilmişdir. Məhkəmə cavabdeh təşkilatın qeyd olunan imtinalarını əsassız hesab edir. Belə ki, əvvəla, bu imtinalarda, həmçinin iş üzrə yuxarıda sadalanan tibbi sənədlərlə İddiaçı 2009-cu ildən imtinaların verildiyi 2021-ci ilə qədər xəstə olması və ikinci dərəcə əlilliyinin mövcudluğu tam təsdiq edilir. İkincisi, iddiaçının xəstəliyi ilə əlaqədar “2009-cu ildən imtinaların verildiyi 19.10..2021-ci ilə qədər müalicə almaması”nın ona əlilliyin təyin edilməməsi üçün əsas olduğu halda, bunun hüquqi əsasları göstərilməmiş və 12 il müddətində əlilliyinin hansı əsasla davam etməsinə izah verilməmişdir. Cavabdeh təşkilat tərəfindən iddiaçıya 2016-cı ilədək hər dəfə bir il, 2016-cı ildən isə beş il müddətinə əlilliyin təyin edilməsi, cavabdehin “2009-cu ildən imtinanın verildiyi 2021-ci ilə qədər müalicə almaması” səbəbi ilə xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli imtinalarının hüquqi əsasının olmaması məhkəməyə bu imtinaların qanunsuz olması qənaətinə gəlməyə əsas verir. Digər tərəfdən, iş materiallarında olan “Salyan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 1007 nömrəli məktubundan və məktuba əlavə olunmuş İddiaçı adına tərtib edilən xx.xx.2021-ci il tarixli, 0313003AANF6 nömrəli “Tibbi Sosial Ekspert Komissiyası”na göndərişdən görünür ki, ünvan 3 ünvanında yaşayan 1976-cı il təvəllüdlü İddiaçı xx.xx.2008-ci il tarixdən dispanser qeydiyyatdadır. 2021-ci ilin aprel ayına qədər İİ qrup əlillik almışdır. 2009-cu ildən 2016-ci il tarixə kimi hər il müayinələrdən keçərək Salyan TSEK-si tərəfindən xəstə hesab olunmuş və İİ qrup əlillik almışdır. Bu müddətdə 2008 və 2014-cü illərdə Şorsulu rayon xəstəxanasında stasionar müalicə alıb və Bakıda professor Nadir İsmayılovun xəstəsi olmuşdur. Diaqnozu: “Baş-beyin üzvi xəstəliyi nəticəsində şəxsiyyətin dəyişməsi, depressiv sindromu və psixopatabənzər davranış F07.0. 2021-ci ildə xəstə Salyan rayonlararası X3 2 dəfə Həkim Psixiatrik Komissiyası tərəfindən müayinə olunmuşdur. xx.xx.2021 -ci il tarixdə 580 saylı rəylə və xx.xx.2021-ci il tarixdə 895 saylı rəylə “Baş beyinin üzvi xəstəliyi nəticəsində şəxsiyyətin dəyişməsi psixopatabənzər davranışlar F07.1” diaqnozu təsdiq olunmuşdur. Həmçinin iddiaçı “baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları” diaqnozu ilə xx.xx.2008-ci il tarixdən 28.10 2008-ci il tarixə kimi, xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixə kimi, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə Salyan Rayonlararası Psixatriya Xəstəxanasında stasionar müalicə almışdır. Qeyd olunanlara əsasən məhkəmə İddiaçı əlilliyin təyin edilməsindən xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli imtinalarda istinad edilən halların cavabdeh təşkilat tərəfindən imtinanın səbəbləri kimi qiymətləndirilməsini əsassız hesab edir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2022-ci il tarixli 2-1(102)-996/2022 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Qeyd olunduğu kimi, iddiaçı 2021-ci ilin aprel ayından ona müddətsiz ikinci dərəcə əlilliyin təyin olunmasını tələb edir. İş üzrə təqdim edilmiş tibbi sənədlərlə, habelə cavabdeh təşkilatın iddiaya qarşı etirazı və etiraza əlavə edilmiş sənədlərlə tam təsdiq olunur ki, iddiaçının 2009-cu ildən etibarən hər il “baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları” diaqnozu ilə əlaqədar 2009-cu ildən 2021-ci ilədək fasiləsiz olaraq ikinci dərəcə əlilliyi mövcud olmuş, müddətsiz ikinci dərəcə əlilliyin təyin olunması üçün qanunvericiliklə tələb olunan fasiləsiz 10 (on) il əlillik müddəti 2019-cu ildə tamam olmuş və iddiaçının müddətsiz ikinci dərəcə əlillik əldə etməsi hüququ yaranmışdır. Buna baxmayaraq, 2016-cı ildə təsdiq olunmuş 5 illik əlillik müddətinin üçüncü ilində, yəni 2019-cu ildə fasiləsiz ikinci dərəcə əlillik müddəti 10 il təşkil etmiş, növbəti müayinəyə zərurət olmadan xx.xx.2019-cu il tarixdə (xx.xx.2009-xx.xx.2019) müddətsiz ikinci dərəcə əlillik hüququ yaranmış, lakin nəinki 2019-cu ildə, 5 illik əlillik müddətinin başa çatdığı vaxt artıq fasiləsiz əlillik müddətinin 12 il təşkil etdiyi xx.xx.2021-ci ildə belə iddiaçıya müddətsiz ikinci dərəcə əlillik təyin olunması təmin edilməmiş, bununla da, onun qanuni hüquqlarına kobud şəkildə müdaxilə edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı 2021-ci ilin aprel ayından etibarən ona müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsi barədə tələbində haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Konstitusiyanın 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Etimad hüququnun qorunması Konstitusiyadan və X6 Konvensiyasından irəli gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə (Dövlətin ali məqsədi) əsasən: İ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Həmin Konstitusiyasının həmin maddəsinin 2-ci bəndinə əsasən Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. X6 Konvensiyasının 1-ci maddəsinə (İnsan hüquqlarına hörmət olunması öhdəliyi) əsasən Razılığa gələn Yüksək Tərəflər onların yurisdiksiyası altında olan hər kəs üçün bu Konvensiyanın 2 bölməsində müəyyən olunmuş hüquq və azadlıqları təmin edirlər. Etimad hüququnun qorunması dövlətə münasibətdə pozitiv öhdəliklər yaradır və buna uyğun qaydada davranma tələb edir. Belə ki, dövlət bu hüququn reallaşdırılması üçün müvafiq işlək mexanizmlər yaratmalı; dövlət orqanları öz fəaliyyətlərində hüquq və azadlıqların səmərəli həyata keçirilməsini təmin edəcək qaydada davranmalıdırlar. Konstitusiya və AİHK ilə müəyyən edilən hüquqlar xəyali və nəzəri hüquq deyil, odur ki, dövlət tərəfindən təqdim edilən mexanizmlər səmərəsizdirsə, həmin hüquq və azadlıqların təmin edilməsi kimi qiymətləndirilə bilməz. Etimad hüququnun qorunmasının əsasları “İnzibati icraat haqqında” qanunun 2.0.8, 13, 67-69-cu maddələrində əksini tapmışdır. Həmin Qanunun 2.0.8-ci maddəsinə əsasən qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam kimi anlayış verilmişdir. Həmin Qanunun 13-cü maddəsinə əsasən etimad hüququnun qorunması prinsipinin mahiyyətini, nəzəri əsaslarını, 67-69-cu maddələr isə praktik tətbiqi zamanı təzahürünü müəyyən edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2. maddəsinə əsasən Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: - 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi vasitəsilə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 19 avqust tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş və 5 fevral 2016-cı il tarixədək qüvvədə olan (“Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il № 36 Qərarı ilə qüvvədən düşmüşdür) “Tibbi-sosial ekspert komissiyaları haqqında əsasnamə”nin 5.2-ci bəndinə əsasən, əmək qabiliyyətinin itirilməsi 25 faizindən yuxarı (qeyd olunduğu kimi iddiaçı əmək qabiliyyətsizdir) təyin olunduğu hallarda, onun müddəti əlillik dərəcəsinin müddətinə uyğun olaraq müəyyənləşdirilir. Əmək qabiliyyətinin itirilmə faizi 25-dək təyin olunduğu hallarda onun müddəti, sağlamlığın pozulmasının xarakteri və bərpa tədbirlərinin səmərəliliyindən asılı olaraq bir il müəyyənləşdirilir. Orqanizmin müəyyən funksiyasının itirilməsi ilə müşayiət olunan anatomik qüsurlar zamanı və ona bərabər tutulan hallarda əmək qabiliyyətinin itirilməsi faizi müddətsiz təyin edilir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd olunanlara məcmu halında qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, İddiaçı 2021-ci ilin aprel ayından etibarən ikinci dərəcəli əlilliyin müddətsiz təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı 2021-ci ilin aprel ayından etibarən ikinci dərəcəli əlilliyin müddətsiz təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar