Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № e-2-1(120)-4269/2024 18.12.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçının vəkil və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “X4 adına tərtib edilmiş xx.xx.2015-ci il tarixli 07 saylı ölüm haqqında şəhadətnamədə adının “Səmədağa”dan “Ağasəməd”ə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı “X4 adına tərtib edilmiş xx.xx.2015-ci il tarixli 07 saylı ölüm haqqında sənədlərdə adının “Səmədağa”dan “Ağasəməd”ə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Sonradan iddiaçının vəkil və nümayəndəsi Vəkil iddianın dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, “X4 adına tərtib edilmiş xx.xx.2015-ci il tarixli 07 saylı ölüm haqqında şəhadətnamədə adının “Səmədağa”dan “Ağasəməd”ə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum atası X9 xx.xx.2015-ci ildə Salyan rayonu Arbatan kəndində vəfat etmişdir. Onun ölümü Salyan rayon Arbatan kənd İƏN tərəfindən tərəfindən tərtib edilmiş xx.xx.2015-ci ildə 07 nömrəli aktla Cavabdeh tərəfindən dövlət qeydiyyatına alınmış və AZ-İ 710088 nömrəli şəhadətnamə verilmişdir. Lakin həmin ölüm haqqında şəhadətnamədə mərhum atasının adı “Ağasəməd” əvəzinə “Səmədağa” olaraq qeyd edilmiş və bununla bağlı mərhum atasının ölüm sənədində adına düzəliş edilməsi ilə bağlı Cavabdehnə ünvanladığı ərizə aşağıda qeyd etdiyi səbəblər əsas göstərilərək təmin edilməmişdir. Belə ki, mərhum atasına sonuncu dəfə xx.xx.2005-ci ildə Salyan RPŞ tərəfindən verilmiş AZE 03615396 nömrəli şəxsiyyət vəsiqəsində adı “Səmədağa” yazılmış və atası dünyasını dəyişənədək həmin adda olan şəxsiyyət vəsiqəsi ilə yaşamışdır. Buna görə də onun adına verilmiş ölüm haqqında tibbi şəhadətnamə və digər sənədlərdə adı “Səmədağa” yazılmışdır. Əslində isə atasının adı Ağasəməd olmuş və onun Səmədağa adında qardaşı olmamış, eləcə də yaşadığı Arbatan kənd İƏN-nin ərazisində onun yaşlarında soyadı Miriyev ata adı Əli olan atası Ağasəməddən başqa Ağasəməd və Səmədağa adında şəxs olmamışdır. Bundan başqa ona, bacısı X1, qardaşları X7, X3 məxsus şəxsiyyət vəsiqələrində və doğum haqqında şəhadətnamələrdə ata adı kimi “Ağasəməd” kimi qeyd edilmişdir. Həmçinin 04 yanvar 1961-ci il tarixli, 07 saylı nikah kitabı səhifəsindən verilmiş çıxarışdan görünür ki, vətəndaş X9 və X2 nikahlarını bağlamışlar. Bu da atasının adının əslində “Ağasəməd” olmasını bir daha təsdiq edir. Eyni zamanda Arbatan kənd İƏN-i tərəfindən verilmiş arayışda bütün ailə üzvləri ilə bağlı məlumat göstərilərək atasının əsl adının “Ağasəməd” olduğu təsdiqlənmişdir. Qeydiyyat şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul etməyi xahiş etmişdir. Məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа iddiaçı və cavabdehə məlumаt vеrilməsinə bахmаyаrаq, cavabdehin nümayəndəsi məhkəmə iclаsınа gəlməmişdir. Məhkəmə Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə cavabdehin nümayəndəsinin iştirаkı оlmаdаn bахılmаsını mümkün hеsаb еdir. Məhkəmədə iştirak edən iddiaçının vəkil və nümayəndəsi Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli, AZ-İ 710088 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2015-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2015-ci ilin mart ayının 02 günündə 07 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-16-5/8-15-M-64/2024 nömrəli məktubundan görünür ki, dəyişiklik olunmasını tələb etdiyi Salyan rayon Arbatan kənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.2015-ci il tarixli 07 saylı ölüm haqqında akt qeydi əsasında AZ-İ 710088 nömrəli şəhadətnamə verilmişdir. Həmin akt qeydində və qeyd əsasında verilmiş müvafiq şəhadətnamədə ölmüş şəxsin adı “X10” qeyd edilmişdir. Eyni zamanda müvafiq ölüm haqqında akt qeydində qeydlər qrafasında mərhumun adına olmuş şəxsiyyət vəsiqəsinin verilmə tarixi və seriya nömrəsi xx.xx.2005-ci il, AZE 03615396 qeyd edilmişdir. Elektron informasiya sistemindən əldə edilmiş məlumatdan da görünür ki, AZE 03615396 nömrəli şəxsiyyət vəsiqəsi xx.xx.2005-ci ildə Salyan RPŞ tərəfindən X4 adına verilmişdir. Beləliklə, mövcud məsələ üzrə inzibati icraat qaydasında “Səmədağa” və “Ağasəməd adlı şəxslərin eyniləşdirilməsi mümkünsüzdür və belə olduğu halda müvafiq akt qeydinə bu kimi düzəliş edilməsi tələbiniz inzibati qaydada təmin oluna bilməz. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 161,1,-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi. məhkəmə qətnaməsi əsasında ise bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaların 1-c'i bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi qeydiyyat şöbələri tərəfindən həyata keçirilir. Göründüyü kimi müvafiq normada, kifayət qədər əsasların olması vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik edilməsinin mümkünlüyünü şərtləndirən imperativ qaydaiardan biri kimi təsbit edilmişdir. Göstərilənlərə əsasən “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaların 8-ci bəndini rəhbər tutaraq, müvafiq akt qeydinə düzəliş edilməsi tələbinizin icrasından imtina olunur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət X6 xx.xx.2024-cü il tarixli, 3-48-DA-/9F-2-537/2024 nömrəli məktubundan görünür ki, X12 filialında mühafizə olunan Cavabdeh arxiv sənədlərində, o cümlədən 1937-1938-ci illərə aid xx.xx.1938-ci il tarixli 386 nömrəli doğum aktında Miriyev Səmədağanın doğum tarixi 22 sentyabr 1938-ci il qeyd edilmişdir. X12 Filialı tərəfindən təsdiq edilmiş xx.xx.1961ci il tarixli, 386 nömrəli doğulma haqqındaki akt qeydindən görünür ki, X10 xx.xx.1938ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-16-5/8-13-735/2024 nömrəli məktubundan görünür ki, Cavabdeh icraatına X4 doğumu haqqında akt qeydinin təsdiq olunmuş surətinin göndərilməsi barədə Şirvan İnzibati Məhkəməsinin sorğusu daxil olmuşdur. Salyan rayon Arbatan kənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.2015-ci il tarixli 07 saylı ölüm haqqında akt qeydinə istinadən mərhum X4 doğum tarixi - xx.xx.1938-ci il, doğum yeri - Salyan rayonu, öldüyü yer - Salyan rayonu Arbatan kəndi olmuşdur. Aparılmış yoxlama zamanı isə Cavabdeh üzrə 1949 -1956- ci illərə aid bərpa akt qeydləri kitablarında və "Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat İinformasiya sistemində 1938-ci il təvəllüdlü Miriyev Səmədağa Ə!i oğlunun doğumu haqqında akt qeydi aşkar olunmamışdır. 1948-ci il və əvvəlki illərə aid akt qeydləri kitabları saxlanma müddətinə dair tələbə əsasən arxivə təhvil verildiyi üçün X4 (və, və ya X5) doğumu haqqında akt qeydinin istənilməsi barədə sorğu baxılması üçün sizə göndərilir və nəticəsi barədə Şirvan İnzibati Məhkəməsinə məlumat verməyiniz xahiş olunur. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-16-5/7-13-914/2024 nömrəli məktubuna X4 ölüm haqqında verilmiş 710088 nömrəli şəhadətnamənin verilməsinə əsas olan Salyan rayon Arbatan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən tərtib edilmiş xx.xx.2015-ci il tarixli, 07 nömrəli akt qeydinin təsdiq olunmuş surətini əlavə edilmişdir. İş materiallarında olan Salyan rayon İcra Hakimiyyəti başçısının Arbatan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 5-71-8/1-48/2024 mömrəli məktubunda qeyd edilmişdir ki, X10 xx.xx.2015 ci il tarixdə vəfal etmiş. 2010- 2015-ci illər üzrə olan ev təsərrüfatlarının uçotu kitabı Arxiv İdarəsinə təhvil verildiyindən, 2016-2020-ci illər və 2021-2025-ci illər üzrə olan ev təsərrüfatlarının kitabı yeniləndikdə vəfat etmiş olan şəxslər təsərrüfatbaşına kitabdan çıxarılmışdır. Lakin övladlarının ata adı təsərrüfatbaşına kitabında Ağasəməd kımı qeyd edilmişdir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Məhkəmə qeyd edir ki, iddiaçının hazırki iddia tələbini irəli sürməkdə əsas məqsədi mərhum atası X4 adına tərtib edilmiş xx.xx.2015-ci il tarixli 07 saylı ölüm haqqında şəhadətnamədə adının “Səmədağa”dan “Ağasəməd”ə dəyişdirilməsidir ki, bu zaman məhkəmə, ölüm haqqında akt qeydində səhvlərə yol verilib-verilməməsini və ya iddiaçının atasının adına başqa doğum akt qeydinin olub-olmamasını müəyyən etməli və bu istiqamətdə qiymətləndirməni aşağıdaki qanunvericiliyin müddəaları əsasında həyata keçirməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-16-5/7-13-914/2024 nömrəli məktubuna X4 ölüm haqqında verilmiş 710088 nömrəli şəhadətnamənin verilməsinə əsas olan Salyan rayon Arbatan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən tərtib edilmiş xx.xx.2015-ci il tarixli, 07 nömrəli akt qeydinin təsdiq olunmuş surətini əlavə edilmişdir. MPM-in 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Həmin Məcəllənin 158.2-ci maddəsinə görə doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqnları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Həmin Məcəllənin 160.2-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 161.1-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 161.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar»ın preambulasında göstərilmişdir ki, bu əsas müddəalar Azərbaycan Respublikası Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. Əsas Müddəaların 1-ci bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Əsas Müddəaların 3-cü bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: - vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə; - vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; - qanunvericilikdə müəyyən edilən digər hallarda. Əsas Müddəaların 4-cü bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: övladlığa götürmə barədə məhkəmənin qərarı, nikahın pozulması barədə məhkəmənin qətnaməsi, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi, nikahın etibarsız sayılması barədə məhkəmənin qətnaməsi, adın, soyadın və ata (ana) adının dəyişdirilməsi haqqında səlahiyyətli orqanların rəyi, yetkinlik yaşına çatmayanın adının və soyadının dəyişdirilməsinə dair səlahiyyətli orqanın rəyi, övladlığa götürmənin ləğv olunması haqqında məhkəmənin qətnaməsi, atalığın müəyyən edilməsi haqqında məhkəmənin qərarı və ya valideynlərin ərizəsi, atalığın müəyyən olunmasına dair məhkəmənin əvvəllər çıxarılmış qətnaməsinin ləğv edilməsi haqqında məhkəmənin qətnaməsi, ərizə verən şəxsin daimi yaşayış yerindəki qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qanunvericiliyə uyğun olaraq qəbul etdiyi rəyi, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qətnaməsi, cinsin dəyişməsinin təsdiqi haqqında səhiyyə idarəsinin rəyi, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər. Əsas Müddəaların 5-ci bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Əsas Müddəaların 7-ci bəndinə görə başqa qeydiyyat şöbələrindan və konsulluq idarələrindən daxil olmuş materiallar üzrə qeydlərdəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, habelə şəhadətnamələrin verilməsi 15 gün müddətində həyata keçirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 1.4-cü bəndinə görə qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Qaydanın 2.2-ci bəndinin 3-cü hissəsinə görə doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri, şəxsiyyət vəsiqəsinin nömrəsi və verilmə tarixi) Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki tibb müəssisəsi tərəfindən dərhal İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə, digər tibb müəssisəsi tərəfindən isə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ötürülür. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən həmin məlumat informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ananın yaşayış yeri üzrə qeydiyyat şöbəsinə ötürülür. Yuxarıda göstərilənlər əsasında öz xidməti vəzifəsinə uyğun olaraq məhkəmə tərəfindən aidiyyəti üzrə inzibati orqanlara sorğular vermiş və məhkəmə icraatı zamanı məhkəməyə ünvanlanmış sorğulara cavab məktublarından məlum olmuşdur ki: - Azərbaycan Respublikası Dövlət X6 xx.xx.2024-cü il tarixli, 3-48-DA-/9F-2- 537/2024 nömrəli məktubundan görünür ki, X12 filialında mühafizə olunan Cavabdeh arxiv sənədlərində, o cümlədən 1937-1938-ci illərə aid xx.xx.1938-ci il tarixli 386 nömrəli doğum aktında Miriyev Səmədağanın doğum tarixi 22 sentyabr 1938-ci il qeyd edilmişdir. X12 Filialı tərəfindən təsdiq edilmiş xx.xx.1961-ci il tarixli, 386 nömrəli doğulma haqqındaki akt qeydindən görünür ki, X10 xx.xx.1938-ci il tarixdə anadan olmuşdur. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-16-5/7-13-914/2024 nömrəli məktubuna X4 ölüm haqqında verilmiş 710088 nömrəli şəhadətnamənin verilməsinə əsas olan Salyan rayon Arbatan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən tərtib edilmiş xx.xx.2015-ci il tarixli, 07 nömrəli akt qeydinin təsdiq olunmuş surətini əlavə edilmişdir. - xx.xx.2015-ci il tarixli, 07 nömrəli akt qeydinin təsdiq olunmuş surətindən görünür ki, X10 xx.xx.2015-ci ildə Salyan rayonunun Arbatan kəndində ölmüşdür. Məhkəmə qeyd edir ki, iddiaçının məhrum atasının adına tərtib edilmiş xx.xx.2015-ci il tarixli, 07 saylı ölüm haqqında sənədlərdə adı Səmədağa kimi göstərilmişdir. İddiaçı qeyd edilən akt qeydinin yanlış olduğunu təsdiq edən heç bir təqdim etməmişdir. Azərbaycan Respublikası Dövlət X6 xx.xx.2024-cü il tarixli, 3-48-DA-/9F-2- 537/2024 nömrəli məktubundan görünür ki, X12 filialında mühafizə olunan Cavabdeh arxiv sənədlərində, o cümlədən 1937-1938-ci illərə aid xx.xx.1938-ci il tarixli 386 nömrəli doğum aktında Miriyev Səmədağanın doğum tarixi 22 sentyabr 1938-ci il qeyd edilmişdir. X12 Filialı tərəfindən təsdiq edilmiş xx.xx.1961-ci il tarixli, 386 nömrəli doğulma haqqındaki akt qeydindən görünür ki, X10 xx.xx.1938-ci il tarixdə anadan olmuşdur. Eləcə də, vətəndaşın sağ olduğu dövrdə adına tərtib edilən AZE ******* nömrəli, 3C07N6S Fin nömrəli şəxsiyyət vəsiqəsinə nəzər yetirilən zaman şəxsin adının “Səmədağa” olduğu, vəsiqənin isə xx.xx.2005-ci il tarixdə verildiyi müəyyən edilir. Qeyd edilən 2005-ci il tarixdən şəxsin ölümünə kimi qeyd edilən şəxsin adı ilə bağlı mübahisələrin olmadığı da müəyyən edilir. Məhkəmənin qənaətinə görə iddiaçının mərhum atası X4 adına tərtib edilmiş xx.xx.2015-ci il tarixli, 07 nömrəli ölüm haqqında sənədlərdə adının “Səmədağa”dan “Ağasəməd”ə dəyişdirilməsi ilə bağlı heç bir sübut, yəni adına düzəliş edilməsi üçün müvafiq tibb müəsisəsinin sənədini və ya məhkəmə qətnaməsini nə inzibati icraatda, nə də hazırkı məhkəmə icraatında təqdim etmədiyindən cavabdehin imtinası qanuni hesab edilməlidir. Odur ki, məhkəmənin qənaətinə görə iddiaçının mərhum atası X4 adına tərtib edilmiş xx.xx.2015-ci il tarixli, 07 nömrəli ölüm haqqında sənədlərdə adının “Səmədağa”dan “Ağasəməd”ə dəyişdirilməsindən imtina qanunsuz sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun Məhkəmənin qənaətinə görə iddiaçı doğum akt qeydindəki soyadının və doğum tarixinin düzgün göstərilməməsi ilə bağlı heç bir sübut, yəni soyadına və doğum tarixinə düzəliş edilməsi üçün müvafiq tibb müəsisəsinin sənədini və ya məhkəmə qətnaməsini nə inzibati icraatda, nə də hazırkı məhkəmə icraatında təqdim etmədiyindən cavabdehin imtinası qanuni hesab edilməlidir. 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 9.1-ci bəndində qeyd edilmişdir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə (vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizələr istisna edilməklə (MPM-in XXXVİİ fəsli), habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsində deyilir ki, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə göstərilənlərə əsasən hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “X4 adına tərtib edilmiş xx.xx.2015-ci il tarixli 07 saylı ölüm haqqında şəhadətnamədə adının “Səmədağa”dan “Ağasəməd”ə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “X4 adına tərtib edilmiş xx.xx.2015-ci il tarixli 07 saylı ölüm haqqında şəhadətnamədə adının “Səmədağa”dan “Ağasəməd”ə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №e-2-1(120)-4269/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(120)-4269/2024
18.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver