Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № e-2-1(120)-449/2021 08.04.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, Cavabdeh Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı «xx xxx 2020-ci il tarixli **********42400 nömrəli qərarın ləğv edilməsi» tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında hazırlıq icraatı üzrə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx xxx 2020-ci il tarixli **********42400 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq icraata qəbul edilmiş sayılmışdır. İddiaçıya məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə hazırlıq iclasında cavabdeh 6 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi izahat verərək, bildirdi ki, 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul olunmuş xx xxx 2020-ci il tarixli **********42400 nömrəli qərar İddiaçı tərəfindən təqdim olunmuş dəqiqləşmiş bəyannaməyə əsasən ləğv edilmişdir. Həmin qərarla bağlı halhazırda heç bir mübahisə yoxdur. Bununla bağlı ərizəni təqdim etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi inzibati məhkəmə icraatında dispozitivlik prinsiplərini tanımışdır. Həmin Məcəllənin 15.2-ci maddəsində qanunverici inzibati məhkəmə icraatında tərəflərə mübahisəyə baxılmasını barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdırmaq imkanı yaratmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə əsasən, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55.4-55.5-ci maddələrinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. İddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair xx xxxxx 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyri-mümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsi göstərilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apelyasiya şikayətinin verilməsi hüququ təmin olunmalıdır. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən hesab edir ki, işin mahiyyəti üzrə mübahisə mövcud olmadığından, yəni xx xxx 2020-ci il tarixli **********42400 nömrəli qərar ləğv edildiyindən İddiaçı cavabdeh 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı «xx xxx 2020-ci il tarixli **********42400 nömrəli qərarın ləğv edilməsi» tələbinə dair iddiası üzrə işin icraatına xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq və İnzibati Prosessual Məcəllənin 55 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı cavabdeh 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı «xx xxx 2020-ci il tarixli **********42400 nömrəli qərarın ləğv edilməsi» tələbinə dair iddiası üzrə işin icraatına xitam verilsin. Qərardaddan, rəsmi qaydada təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Zaur Allahyarov
Məhkəmə qərarları › İş №e-2-1(120)-449/2021
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(120)-449/2021
08.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver