Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № e-2-1(120)-4491/2025 29.01.2026 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Əlişova Nuridə Əliverdi qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin cavabdeh Saatlı Rayonu Saatlı Bələdiyyəsinə qarşı «siyahıya alınmış əmlakın satılması» tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (ünvan: ünvan 1 T D İ : İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi cavabdeh Saatlı Rayonu Saatlı Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Saatlı Rayonu Saatlı Bələdiyyəsinin xx.xx.2025-ci il tarixə X4 Fonduna ödənilməmiş 2111.88 manat məbləğində borcunun ödənilməsini təmin edilməsi məqsədi ilə 2500 manat məbləğində siyahıya alınmış əmlakın satılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, vergi ödəyicisi olan Saatlı Rayonu Saatli Bələdiyyəsi Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun İcbari Tibbi Sığorta Fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx/xx/2025 tarixli Qərar Çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx/xx/2025 tarixə yaranan 2111.88 manat borcuna görə 2500 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx/xx/2025 tarixli **********7 saylı Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın vərəqədən ibarət siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc müvafiq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xx/xx/2025 tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx/xx/2025 tarixə yuxarıda qeyd olunan borc məbləğindən icbari Tibbi Sığorta Fonduna 2111.88 manat ödənilməmiş borcu qalmışdır. Cavabdehin xx/xx/2025 tarixə qeyd olunan borc məbləğindən İcbari Tibbi Sığorta Fonduna ödənilməmiş 2111.88 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi edilməsi məqsədi ilə 2500 manat məbləğində siyahıya alınmış əmlakının satılması barədə Qərar çıxarılmasını xahiş etmişdir.İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçının nümayəndəsi ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, vergi ödəyicisi olan cavabdeh öhdəliklərini yerinə yetirmədiyindən onun xx.xx.2025-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş 2111.88 manat məbləğində borcu yaranmışdır. İş materiallarından görünür ki, vergi orqanı olan iddiaçı xx.xx.2025-ci tarixli bildirişlə yaranmış borcun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsinin təmin edilməsini cavabdehdən tələb etmiş, cavabdeh həmin müddət ərzində borcun ödənilməsini təmin etməmişdir. İş materiallarından görünür ki, cavabdehin nümayəndəsinə 2111.88 manat məbləğində siyahıya alınmış əmlaka qoyulmuş məhdudiyyətlərin pozulmasına görə məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. İşə əlavə edilən sənədlərdən görünür ki, yaranmış borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən vergi orqanının xx.xx.2025-ci il tarixli qərarı əsasında xx.xx.2025-ci il tarixli protokol və həmin protokola əlavə ilə cavabdehə məxsus ünvan 2 ünvanda yerləşən torpaq sahəsi siyahıya alınmışdır. İş materiallarından görünür ki, əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc müvafıq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, cavabdehdən borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq edilmiş, borc ödənilmədiyindən tərəflər arasında hazırki mübahisə yaranmışdır. İş materiallarından görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X5 13 saylı Şirvan Ərazi İdarəsinin 22 sentyabr 2025 -ci il tarixli 3-21-3-38/2-3346/2025 nömrəli məktubuna əsasən, sənədlərin təsdiq olunmuş surətinin verilməsi barədə məktuba “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 13 saylı Şirvan Ərazi İdarəsində baxılmışdır. Məktuba cavab olaraq, ünvan 2 ünvanda yerləşən torpaq sahəsinin Saatlı rayonu Saatlı Bələdiyyəsinin mülkiyyətə verilməsinə dair xx.xx.2018-ci il tarixli, **********93 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın və həmin çıxarışın verilməsinə əsas olan sənədlərin surəti təqdim olunur. Sözügedən daşınmaz əmlak Sabirabad “ASAN xidmət” mərkəzində notariat kontorunun xx.xx.2018-ci il tarixli, 4Ə-104 reyestr nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən X2, lakin vətəndaş hüquqların dövlət qeydiyyatı üçün Ərazi İdarəsinə müraciət etməmişdir. Sözügedən daşınmaz əmlak, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2025- ci il tarixli 3-21-2-12/2-38456/2025 nömrəli məktubu, xx.xx.2024-cü il tarixli **********7 nömrəli Qərarı, xx.xx.2025-ci il tarixli **********7 nömrəli Protokoluna əsasən yüklü edilmişdir. İş materiallarından görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin 24 sentyabr 2025-ci il tarixli 3-21-2-12/2-68113/2025 nömrəli məktubuna əsasən, Şirvan İnzibati Məhkəməsinin icraatında olan, vergi ödəyicisi Saatlı rayonu Saatli Bələdiyyəsinə (VÖEN: **********) qarşı “siyahıya alınmış əmlakın satılması” barədə iddia tələbinə dair iş üzrə zəruri məlumat və sənədlərin təqdim edilməsi barədə müraciətinə 5 saylı Ərazi Vergilər İdarəsində baxılmışdır. Saatlı rayonu Saatli Bələdiyyəsinin (VÖEN: **********) icbari tibbi sığorta üzrə borc məbləğinə görə tərtib edilmiş Əmlakın siyahıya alınması protokolu, siyahı məlumatı, akt, şəxsi hesab vərəqəsi və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X5n təqdim etdiyi məlumatlarının təsdiq edilmiş surətləri göndərilir. Saatlı rayonu Saatlı Bələdiyyəsinin (VÖEN: **********) şəxsi hesab vərəqəsinə əsasən xx.xx.2025-ci il tarixə 6380.92 manat icbari tibbi sığorta üzrə borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə tərəfindən qeyd edilir ki, iddiaçı tərəfindən cavabdehin əvvəlki mülkiyyətində olan, ünvan 2 ünvanda yerləşən 0.0510 ha torpaq sahəsi xx.xx.2018-ci il tarixli, 4Ə-104 reyestr nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən X1, ünvan 2 ünvanda yerləşən 0.0510 ha torpaq sahəsi vergi orqanı əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixli protokolla siyahıya alınmışdır, bu da digər üçüncü şəxsin mülkiyyət hüquqlarına məhdudiyyət yaratmış və maraqlarına toxunmuşdur. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 11.2-ci maddəsinə əsasən “İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər”. Həmin Qanunun 17-ci maddəsinin tələbinə görə “Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır”. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.5-ci maddəsinə əsasən, yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır. Həmin Məcəllənin 89.6-cı maddəsinə əsasən, əmlakın siyahıya alınması bu Məcəllənin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı ardıcıllıqla həyata keçirilir: nağd pul vəsaitləri; bilavasitə məhsulların (malların) istehsalında iştirak etməyən əmlak (qiymətli kağızlar, valyuta dəyərliləri, qeyri-istehsal binaları, minik avtonəqliyyatı, xidmət otaqlarının dizayn əşyaları və sair); hazır məhsullar (mallar), habelə istehsalda iştirak etməyən və (və ya) bilavasitə istehsalda iştirakı nəzərdə tutulmayan digər maddi qiymətlilər; istehsalda bilavasitə iştirakı nəzərdə tutulmuş xammal və materiallar, habelə dəzgahlar, avadanlıqlar, binalar, qurğular və digər əsas vəsaitlər; inventarizasiya aparılmaqla digər əmlak. Qeyd edilən Məcəllənin 89.11-ci maddəsinə əsasən, vergi ödəyicisinin bu maddənin müəyyənləşdirdiyi qaydanı pozaraq siyahıya alınmış əmlaka dair bağladığı əqdlər etibarsız sayılır. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi Saatlı Rayonu Saatlı Bələdiyyəsinin dövlət büdcəsinə yaranmış borcunun ödənilməsini təmin etmək üçün cavabdehə məxsus əmlakın siyahıya alınmasını həyata keçirərkən qanunvericiliyin tələb etdiyi ardıcıllığa tam riayət olunmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Beləliklə, cavabdeh Saatlı Rayonu Saatlı Bələdiyyəsinin xx.xx.2025-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş 2111.88 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 2500 manat məbləğində siyahıya alınmış əmlakın satılması üçün heç bir hüquqi əsas yoxdur. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin cavabdeh Saatlı Rayonu Saatlı Bələdiyyəsinə qarşı “xx.xx.2025-ci il tarixə X4 Fonduna ödənilməmiş 2111.88 manat məbləğində borcunun ödənilməsini təmin edilməsi məqsədi ilə 2500 manat məbləğində siyahıya alınmış (ünvan 2 ünvanda yerləşən 0.0510 ha torpaq sahəsi) əmlakının satılması” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-ci, 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin cavabdeh Saatlı Rayonu Saatlı Bələdiyyəsinə qarşı “xx.xx.2025-ci il tarixə X4 Fonduna ödənilməmiş 2111.88 manat məbləğində borcunun ödənilməsini təmin edilməsi məqsədi ilə 2500 manat məbləğində siyahıya alınmış (ünvan 2 ünvanda yerləşən 0.0510 ha torpaq sahəsi) əmlakının satılması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Amilya Hüseynova
Məhkəmə qərarları › İş №e-2-1(120)-4491/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(120)-4491/2025
29.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver