Məhkəmə qərarları › İş №e-2-1(120)-451/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(120)-451/2025

21.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-1(120)-451/2025 21.05.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X4, Üçüncü şəxsin nümayəndəsi-vəkili X3 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “Beyləqan rayon Aqrar kooperativ Tədarük Sənaye Ticarət Birliyi “Aqrokop”-un 20 aprel 2010-cu il tarixli, 2 nömrəli qərarının və həmin tikili ilə bağlı keçirilmiş hərracın ləğv edilməsi, 11 fevral 2015-ci il tarixli, **********41 reyestr nömrə ilə qeydiyyata alınmış çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə işə Şirvan şəhərində məhkəmənin inzibati binasında hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi, Təsviri hissə: İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan ərazi idarəsinə və X7 qarşı “Beyləqan rayonu, Birinci Şahsevən kənd ərazisində cavabdeh X5 adına 14 sot torpaq sahəsinin qeydə alınmasına dair 11 fevral 2015-ci il tarixli, **********41 reyest nömrə ilə qeydə alınmış mülkiyyət sənədinin ləğv edilməsi, Beyləqan rayonu, Birinci Şahsevən kənd ərazisində 28 iyul 2006-cı il tarixli hərrac protokoluna əsasən əldə etdiyi 150 kv.m 4 otaqlı anbar binasına mülkiyyət hüququna dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli, 2-1(120)-3840/2023 nömrəli qərardadı ilə X6 cavabdehlər sırasından çıxarılaraq üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunması, iddia tələbinə isə “Beyləqan rayon Aqrar kooperativ Tədarük Sənaye Ticarət Birliyi “Aqrokop”-un 20 aprel 2010-cu il tarixli, 2 nömrəli qərarının və həmin tikili ilə bağlı keçirilmiş hərracın nəticələrinin ləğv edilməsi, 11 fevral 2015-ci il tarixli, **********41 reyestr nömrə ilə qeydiyyata alınmış çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-3840/2023 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/6225 nömrəli ekspert rəyi verilərək, qeyd olunan inzibati iş Şirvan İnzibati Məhkəməsinə qayrarılmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı hazırkı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh nümayəndəsi X9 hazırkı iddia tələbinin mümkünsüz sayılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs nümayəndəsi-vəkili X8 hazırkı iddia tələbinin mümkünsüz sayılmasını məhkəmədən xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. İddiaçının hazırkı iddia tələbinin əsası ondan ibarətdir ki, Beyləqan rayon Aqrar kooperativ Tədarük Sənaye Ticarət Birliyi “Aqrokop”-un 20 aprel 2010-cu il tarixli, 2 nömrəli qərarının ləğv edilməsi və həmin tikili ilə bağlı keçirilmiş 11 fevral 2015-ci il tarixli, **********41 reyestr nömrə ilə qeydiyyata alınmış çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsindən inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli № 5 nömrəli Qərarının 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Həmin Qərarın 1.3-cü bəndində qeyd edilir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 1.4-cü bəndində qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Göründüyü kimi iddianın mahiyyəti üzrə baxılması üçün iddianın mümkün olması vacib şərtdir. İddianın mümkünlük məsələsi yoxlanılarkən diqqət yetirilməli vacib məsələrdən biri də iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Belə ki, iş materiallarında olan sənədlərdən müəyyən olunur ki, iddiaçının mübahisələndirdiyi 11 fevral 2015-ci il tarixli, **********41 reyestr nömrə ilə qeydiyyata alınmış çıxarışın verilməsinə əsas olan sənəd Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlər Komitəsi ilə X10 arasında bağlanmış alqı-satqı müqaviləsidir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 6.1-ci maddəsində qeyd olunur ki, torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə qeyd edir ki, iddianın predmetini çıxarışın verilməsinə əsas olan sənəd inzibati məhkəmə icraatında mübahisələndirilə bilər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 6.1-ci maddəsində qeyd olunur ki, torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin qərarın 6.2-ci bəndində isə qeyd olunur ki, eyni zamanda, torpaqla bağlı müqavilələrdən (alqı-satqı, o cümlədən, torpağın hərrac vasitəsilə satılması, icarəyə verilməsi və s.) irəli gələn mübahisələrə, bu müqavilənin iştirakçılarının statusundan asılı olmayaraq, mülki məhkəmə icraatı qaydasında baxılır. Odur ki, sözü gedən alqı-satqı müqavilələrinin ləğv edilməsi ilə bağlı aidiyyəti üzrə ümumi məhkəməyə (rayon və ya şəhər məhkəməsinə) müraciət olunmalıdır. Bundan əlavə iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/6225 nömrəli ekspert rəyinin və Daşınmaz Əmlakın Dövət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-45-2-4820/2024 nömrəli mütəxəssis rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki:

1. Beyləqan rayon Aqrar kooperativ Tədarük Sənaye Ticarət Birliyi "Aqrokop" un 20 aprel 2010-cu il tarixli, 2 nömrəli qərarı və xx.xx.2014-cü il tarixli, 5418 nömrəli müqavilə əsasında X1, ünvan 1i ünvanında olan qeyri-yaşayış binasının yerləşdiyi, 11 fevral 2015-ci il tarixli, **********41 reyestr nömrə ilə qeydiyyata alınmış çıxarışa əsasən X6 xüsusi mülkiyyətinə verilmiş 1405.0 kv.m torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsi və Hərrac Komissiyasının xx.xx.2006-cı il tarixli, 22/01 protokol ilə İddiaçı satılmış Beyləqan rayon X11 Ticarət Birliyinə məxsus 150 kv.m sahəsi olan qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin cizgisi təqdim edilmədiyi üçün və həmin 150 kv.m qeyri yaşayış sahəsinin hansı ərazidə yerləşməsi barədə sənədlər və ünvan bəlli olmadığından qeyd edilən torpaq sahəsinin hansı döngə nöqtə koordinatlarda yerləşdiyini müəyyən etmək mümkün olmadı.

2. Beyləqan rayon Aqrar kooperativ Tədarük Sənaye Ticarət Birliyi "Aqrokop- un 20 aprel 2010-cu il tarixli, 2 nömrəli qərarı və xx.xx.2014-cü il tarixli, 5418 nömrəli müqavilə əsasında X1 ünvan 1i ünvanında olan qeyri-yaşayış binasının yerləşdiyi 1405.0 kv.m torpaq sahəsi 2010- cu ildə dövlət mülkiyyətində olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasina aid tikinti altında olan torpaq sahəsi olmuşdur. Hal-hazırda isə 11 fevral 2015-ci il tarixli, **********41 reyestr nömrə ilə qeydiyyata alınmış çıxarışa əsasən xüsusu mülkiyyətdə olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasina aid tikinti altında olan torpaq sahəsidir. Qərardadın birinci sualında qeyd edilən səbəblərə görə xx.xx.2006-cı il tarixli alqı- satqı müqaviləsi və Hərrac Komissiyasının xx.xx.2006-cı il tarixli, 22/01 protokol ilə İddiaçı satılmış Beyləqan rayon X12 Ticarət Birliyinə məxsus 150 kv.m sahəsi olan qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin sərhədləri müəyyən edilmədiyi üçün qeyd edilən torpaq sahəsinin 2006-cı ildə və hazırda hüquqi statusu (dövlət, bələdiyyə və ya xüsusi mülkiyyətdə olması), hüquqi rejimi (kateqoriyası), uqodiyası, növü, təyinatını müəyyən etmək mümkün olmadı.

3. Beyləqan rayon Aqrar kooperativ Tədarük Sənaye Ticarət Birliyi "Aqrokop- un 20 aprel 2010-cu il tarixli, 2 nömrəli qərarı və xx.xx.2014-cü il tarixli, 5418 nömrəli müqavilə əsasında X1 ünvan 1i ünvanında olan qeyri-yaşayış binasının yerləşdiyi 1405.0 kv.m torpaq sahəsi təyinatına görə alqı-satqının predmeti ola bilər (yəni özəlləşdirilə bilər). Qərardadın birinci sualında qeyd edilən səbəblərə görə xx.xx.2006-cı il tarixli alqı- satqı müqaviləsi və Hərrac Komissiyasının xx.xx.2006-cı il tarixli, 22/01 protokol ilə İddiaçı satılmış Beyləqan rayon X12 Ticarət Birliyinə məxsus 150 kv.m sahəsi olan qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin sərhədləri müəyyən edilmədiyi üçün qeyd edilən torpaq sahəsinin təyinatına görə alqı-satqının predmeti olub-olmamasını müəyyən etmək mümkün olmadı (yəni özəlləşdirilməsinin mümkün olub-olmamasını müəyyən etmək mümkün olmadı).

4. Beyləqan rayon Aqrar kooperativ Tədarük Sənaye Ticarət Birliyi "Aqrokop" un 20 aprel 2010-cu il tarixli, 2 nömrəli qərarı və xx.xx.2014-cü il tarixli, 5418 nömrəli müqavilə əsasında X1, 11 fevral 2015-ci il tarixli, **********41 reyestr nömrə ilə qeydiyyata alınmış çıxarışa əsasən X6 xüsusi mülkiyyətinə verilmiş ünvan 1i ünvanında olan qeyri-yaşayış binası X6 istifadəsindədir. Qərardadın birinci sualında qeyd edilən səbəblərə görə xx.xx.2006-cı il tarixli alqı- satqı müqaviləsi və Hərrac Komissiyasının xx.xx.2006-cı il tarixli, 22/01 protokol ilə İddiaçı satılmış Beyləqan rayon X12 Ticarət Birliyinə məxsus 150 kv.m sahəsi olan qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin sərhədləri müəyyən edilmədiyi üçün qeyd edilən qeyri-yaşayış binəsinin faktiki olaraq kimin istifadəsində olmasını müəyyən etmək mümkün olmadı.

5. Beyləqan rayon Aqrar kooperativ Tədarük Sənaye Ticarət Birliyi “Aqrokop” un 20 aprel 2010-cu il tarixli, 2 nömrəli qərarı və xx.xx.2014-cü il tarixli, 5418 nömrəli müqavilə əsasında X1, 11 fevral 2015-ci il tarixli, **********41 reyestr nömrə ilə qeydiyyata alınmış çıxarışa əsasən X6 xüsusi mülkiyyətinə verilmiş ünvan 1i ünvanında olan qeyri-yaşayış binasının yerləşdiyi 1405.0 kv.m torpaq sahəsinin koordinatlan digər şəxslərin qanuni istifadəsində və mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmür. Qərardadın birinci sualında qeyd edilən səbəblərə görə xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsi və Hərrac Komissiyasının xx.xx.2006-cı il tarixli, 22/01 protokol ilə İddiaçı satılmış Beyləqan rayon X12 Ticarət Birliyinə məxsus 150 kv.m sahəsi olan qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin sərhədləri müəyyən edilmədiyi üçün qeyd edilən torpaq sahəsinin koordinatlarının digər şəxslərin qanuni istifadəsində və mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmadı.

6. Qərardadın birinci sualında qeyd edilən səbəblərə görə xx.xx.2006-cı il tarixli alqısatqı müqaviləsi və Hərrac Komissiyasının xx.xx.2006-cı il tarixli, 22/01 protokol ilə İddiaçı satılmış Beyləqan rayon X12 Ticarət Birliyinə məxsus 150 kv.m sahəsi olan qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin sərhədləri müəyyən edilmədiyi üçün qeyd edilən torpaq sahəsinin koordinatlarının digər şəxslərin qanuni istifadəsində və mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmadı.

7. Beyləqan rayon Aqrar kooperativ Tədarük Sənaye Ticarət Birliyi "Aqrokop" un 20 aprel 2010-cu il tarixli, 2 nömrəli qərarı və xx.xx.2014-cü il tarixli, 5418 nömrəli müqavilə əsasında X1, 11 fevral 2015-ci il tarixli, **********41 reyestr nömrə ilə qeydiyyata alınmış çıxarışa X6 xüsusi mülkiyyətinə verilmiş ünvan 1i ünvanında olan qeyri-yaşayış binasının yerləşdiyi 1405.0 kv.m torpaq sahəsində yerləşən tikili kərpicdən tikilmiş birmərtəbəli şifer örtüklü qeyri-yaşayış binasıdır. Həmin tikilinin tikinti-texniki normalara və şəhərin (həmin ərazinin) baş planına uyğun inşa olunub-olunmamağı və təyinatı üzrə istismara yararlı olub-olmaması, eləcə də insanların həyatı və sağlamlığı üçün təhlükə törədib-törətməməsi,həmin tikilinin üçüncü şəxslərin hüquqlarını pozub-pozmamasını müəyyən etmək səlahiyyətlərimizə aid olmadığı üçün bu barədə rəy verilməsi mümkün olmadı. Qərardadın birinci sualında qeyd edilən səbəblərə görə xx.xx.2006-cı il tarixli alqı- satqı müqaviləsi və Hərrac Komissiyasının xx.xx.2006-cı il tarixli, 22/01 protokol ilə İddiaçı satılmış Beyləqan rayon X12 Ticarət Birliyinə məxsus 150 kv.m sahəsi olan qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin sərhədləri müəyyən edilmədiyi üçün həmin torpaq sahəsində yerləşən tikilinin təyinatı (yaşayış, qeyri-yaşayış binası və s.), texniki xüsusiyyətləri (mərtəbəsi, metal konsturkiya yoxsa daşdan tikilib və s.) müəyyən etmək mümkün olmadı.

8. Qərardadın birinci sualında qeyd edilən səbəblərə görə xx.xx.2006-cı il tarixli alqısatqı müqaviləsi və Hərrac Komissiyasının xx.xx.2006-cı il tarixli, 22/01 protokol ilə İddiaçı satılmış Beyləqan rayon X12 Ticarət Birliyinə məxsus 150 kv.m sahəsi olan qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin sərhədləri müəyyən edilmədiyi üçün həmin torpaq sahəsində yerləşən tikilinin təyinatı (yaşayış, qeyri-yaşayış binası və s.), texniki xüsusiyyətləri (mərtəbəsi, metal konsturkiya yoxsa daşdan tikilib və s.) müəyyən etmək mümkün olmadı.

9. Beyləqan rayon Aqrar kooperativ Tədarük Sənaye Ticarət Birliyi "Aqrokop" un 20 aprel 2010-cu il tarixli, 2 nömrəli qərarı və xx.xx.2014-cü il tarixli, 5418 nömrəli müqavilə əsasında X1, 11 fevral 2015-ci il tarixli, **********41 reyestr nömrə ilə qeydiyyata alınmış çıxarışa əsasən X6 xüsusi mülkiyyətinə verilmiş ünvan 1i ünvanında olan qeyri-yaşayış binasının yerləşdiyi 1405.0 kv.m torpaq sahəsinin koordinatları mühafizə- sanitariya zolağına (magistral avtomobil yolunun, su kanalının, çayın, qaz xəttinin, yüksək gərginlikli elektrik xətlərinin və s. mühafizə zolağına) düşmür. Qərardadın birinci sualında qeyd edilən səbəblərə görə xx.xx.2006-cı il tarixli alqı- satqı müqaviləsi və Hərrac Komissiyasının xx.xx.2006-cı il tarixli, 22/01 protokol ilə İddiaçı satılmış Beyləqan rayon X12 Ticarət Birliyinə məxsus 150 kv.m sahəsi olan qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin sərhədləri müəyyən edilmədiyi üçün qeyd edilən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin koordinatlarının mühafizə-sanitariya zolağına (magistral avtomobil yolunun, su kanalının, çayın, qaz xəttinin, yüksək gərginlikli elektrik xətlərinin və s. mühafizə zolağına) düşüb-düşməməsini müəyyən etmək mümkün olmadı. Yuxarıda qeyd edilən hüquq normalarının hazırki işin müəyyən edilmiş fakitiki hallarına tətbiq edərək məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddia üzrə subyektiv hüququnun olması üçün vacib şərtlərdən biri iddiaçıya məxsus torpaq sahəsinin üçüncü şəxsin torpaq sahəsi ilə üst-üstə düşməsi halı mövcud olmalıdır. Başqa sözlə hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı o vaxt olacaqdır ki, inzibati orqan tərəfindən üçüncü şəxsə məxsus torpaq sahəsinin kordinatları iddiaçıya məxsus torpaq sahəsinin üzərinə qeydiyyata alınsın. Lakin, iş materiallarında olan sənədlərdən (ekspert rəyindən) müəyyən edilmişdir ki, iddiaçıya məxsus torpaq sahəsi hazırda mübahisələndirilən üçüncü şəxsə məxsus torpaq sahəsi ilə heç bir bağlılığı yoxdur. Yəni iddiaçıya məxsus torpaq sahəsi ilə üçüncü şəxsə məxsus torpaq sahələrinin üst-üstə düşməsi halını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. Məhkəmə İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələbini və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli № 5 nömrəli Qərarında göstərilən tövsiyyələri rəhbər tutaraq iddiaçıya yazılı şəkildə yardım göstərib, iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı hüquqlarını, subyektiv hüququnun olmasına, iddia etdiyi torpaq sahəsi ilə üçüncü şəxsə məxsus torpaq sahələrinin üst-üstə düşməsinə dair sübutlarının, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsi tərəfindən subyektiv hüququnun pozulmasına dair sübutların olmasının zəruriliyini izah etmişdir. Buna baxmayaraq iddiaçı həmin sübutları məhkəməyə təqdim etməmiş və məhkəmə araşdırması zamanı da belə bir sübut aşkar edilməmişdir. Məhkəmə qeyd edir ki, hər hansı bir subyektiv hüququn mövcudluğu mütləq normativ hüquqi aktlara əsaslanmalıdır. Subyektiv hüquq konstitusiyadan, digər ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gələ bilər. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Yəni, qanuna əsasən müəyyən növ inzibati iddia onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda mümkün sayılır. Məhkəmə hazırkı iddianın mümkünlük şərtlərini yoxlayarkən müəyyən etmişdir ki, iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ yoxdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2021-ci il tarixli 2-1(102)-412/2021 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə iddianın mümkün sayılmaması ilə bağlı əsasların olduğunu nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “Beyləqan rayon Aqrar kooperativ Tədarük Sənaye Ticarət Birliyi “Aqrokop”-un 20 aprel 2010-cu il tarixli, 2 nömrəli qərarının və həmin tikili ilə bağlı keçirilmiş hərracın nəticələrinin ləğv edilməsi, 11 fevral 2015-ci il tarixli, **********41 reyestr nömrə ilə qeydiyyata alınmış çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, aparılmış tətqiqatın dəyərləri 50 (əlli) manatdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən prosessual xərclər İddiaçı tutulmalıdır. İş üzrə digər prosessual xərclər yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 46.3, 50 və 80-cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏRARA ALDİ:

İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “Beyləqan rayon Aqrar kooperativ Tədarük Sənaye Ticarət Birliyi “Aqrokop”-un 20 aprel 2010-cu il tarixli, 2 nömrəli qərarının və həmin tikili ilə bağlı keçirilmiş hərracın nəticələrinin ləğv edilməsi,11 fevral 2015-ci il tarixli, **********41 reyestr nömrə ilə qeydiyyata alınmış çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası mümkün sayılmasın. İş üzrə təyin edilmiş sənədlərin məhkəmə texniki ekspertizasının keçirilməsinə görə 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X2, kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22. Hesab № AZ34CTRE********************) köçürülsün. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvani küçəsi 3) apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar