Məhkəmə qərarları › İş №e-2-1(120)-4666/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(120)-4666/2024

23.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № e-2-1(120)-4666/2024 23.12.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “atası X2 barəsində xx.xx.1954-cü il tarixdə Ağcabədi rayonu Avşar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində tərtib edilmiş 11 saylı ölüm haqqında akt qeydinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı “atası X2 barəsində xx.xx.1954-cü il tarixdə Ağcabədi rayonu Avşar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində tərtib edilmiş 11 saylı ölüm haqqında akt qeydinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Şifahi məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Nümayəndə izahatında iddia tələbini müdafiə etdiyini bildirərək, atası X2 barəsində xx.xx.1954-cü il tarixdə Ağcabədi rayonu Avşar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində tərtib edilmiş 11 saylı ölüm haqqında akt qeydinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etdi. Cаvаbdеh Cavabdehnə məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, cavabdehin nümayəndəsi məhkəmə iclаsınа gəlməmişdir. Cаvаbdеh Cavabdeh məhkəməyə ərizə göndərərək məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə cavabdehin nümayəndəsinin iştirаkı оlmаdаn bахılmаsını mümkün hеsаb еdir. İddia tələbinin məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - XVİ-JQ 306428 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1979-cu ildə doğulması barədə qeydiyyat aparılmış, ata qrafasında X2, ana qrafasında X1 adı qeyd edilmişdir. -08 may 2024-cü il tarixli, AZ-İİ 424129 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X2 xx.xx.2024-cü ildə vəfat etməsi barədə qeydiyyat aparılmışdır. - 08 may 2024-cü il tarixli, **********8052024 nömrəli ölüm haqqında akt qeydindən görünür ki, X2 xx.xx.2024-cü ildə vəfat etməsi barədə qeydiyyat aparılmışdır. - xx.xx.1954-cü il tarixdə Ağcabədi rayonu Avşar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində tərtib edilmiş 11 saylı ölüm haqqında akt qeydindən görünür ki, X3 xx.xx.1954-ci ildə vəfat etmişdir. - xx.xx.1977-ci il tarixli, İ-JQ 347070 nömrəli nigahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.1976-cı ildə nikaha daxil olmuşdur. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) növündə mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. 4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər. 5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, X3 xx.xx.1953-cü il tarixdə Ağcabədi rayonunda anadan olmuşdur. xx.xx.1954-cü il tarixdə Ağcabədi rayonu Avşar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 11 saylı ölüm haqqında akt qeydi tərtib edilmiş və xx.xx.1954-ci ildə vəfat etməsi qeyd edilmişdir. Həmçinin 08 may 2024-cü il tarixli, **********8052024 nömrəli ölüm haqqında akt qeydindən görünür ki, X2 xx.xx.2024-cü ildə vəfat etməsi barədə qeydiyyat aparılmışdır. İddiaçı atası X2 barəsində xx.xx.1954-cü il tarixdə Ağcabədi rayonu Avşar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində tərtib edilmiş 11 saylı ölüm haqqında akt qeydinin ləğv edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Məhkəmə tərəfindən cavabdeh inzibati orqana sorğu verilməsinə baxmayaraq ölüm haqqında akt qeydinin tərtib edilməsinə əsas olan sənədləri məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, ölüm haqqında akt qeydinin ləğv edilməsi üçün kifayət qədər əsaslar olmuşdur və cavabdeh orqan, müraciətin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Məhkəmə qeyd edir ki, müvafiq qeydiyyatın aparılmasında məqsəd vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Vətəndaşlıq vəziyyəti qeydləri sırasında ölümün qeydiyyatı xüsusi yer alır və bu qeydiyyatın hüquq müəyyənetmə əhəmiyyəti, milli qanunvericiliklə yanaşı, BMT-nin də bir sıra qətnamələrində təsdiq olunmuşdur. Azərbaycan Respublikası İPM-nin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı atası X2 barəsində xx.xx.1954-cü il tarixdə Ağcabədi rayonu Avşar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində tərtib edilmiş 11 saylı ölüm haqqında akt qeydi ləğv edilsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Hakim Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar