Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-1(120)-479/2023 21.12.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma ilə əlaqədar almalı olduğu əmək haqqı və digər ödənişlərin ona ödənilməsi” tələbinə dair iddiası üzrə iş materiallarına 20 dekabr 2023-cü il tarixdə, məhkəmənin binasında (ünvan: ünvan 1 E T Dİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli, **********415700 nömrəli əmrin ona aid hissədə ləğv edilməsi, onun xx.xx.2022-ci il tarixdən işə bərpa olunması və məcburi işburaxma ilə əlaqədar almalı olduğu əmək haqqı və digər ödənişlərin (əmək haqqına əlavələrin) ona ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı vəkili Vəkil vəsatət verərək, iddiaçı barəsində cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən edilmiş şikayət əsasında Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət işinin başlanıldığını, işin hal-hazırda Lənkəran Ağır Cinayətlər Məhkəməsinin icraatında olduğunu, həmin cinayət işi üzrə qanuni qüvvəyə minmiş yekun məhkəmə hökmündə göstəriləcək halların iddiaçının iddiasının əsasını təşkil edəcəyini bildirmiş və həmin cinayət işi üzrə yekun məhkəmə hökmü çıxarılıb qanuni qüvvəyə minənə qədər hazırkı inzibati iş üzrə məhkəmə icraatının dayandırılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli, 2-1(120)-479/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma ilə əlaqədar almalı olduğu əmək haqqı və digər ödənişlərin ona ödənilməsi barədə iddia tələbinə dair inzibati iş üzrə icraatın Lənkəran Ağır Cinayətlər Məhkəməsinin icraatında olan İddiaçı Azərbaycan Respublikası CM-nin 308.2-ci, 311.3.1-ci və 311.3.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılması qərara alınmışdır. Qərardaddan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən apellyasiya şikayəti verilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (sədrlik edən M.K.Həsənov, hakimlər O.N.İsmayılov və S.F.Həsənovdan ibarət tərkibdə) 12 may 2023-cü il tarixli, 2- 1(106)-182/2023 nömrəli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin apellyasiya şikayətinin qismən təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli, 2-1(120)-479/2023 nömrəli qərardadının ləğv edilməsi, inzibati işin Şirvan İnzibati Məhkəməsinə qaytarılması qərara alınmışdır. Azərbaycan Respublikası İPM-in 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Apelyasiya instansiyası məhkəməsinin hazırkı işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Şirvan İnzibati Məhkəməsinə göndərərkən mövqeyi və bundan irəli gələn göstərişləri ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 64.1-ci maddəsinə əsasən sədrlik edən hakim mübahisə ilə bağlı işin həm faktiki, həm də hüquqi tərəflərini proses iştirakçıları ilə müzakirə etməyə borcludur. İşdən görünür ki, hazırkı iddia ərizəsini İddiaçı vəkili Vəkil elektron imza ilə imzalayaraq elektron kabinetindən Şirvan İnzibati Məhkəməsinə göndərmişdir. İddiaçı vəkili Vəkil həmçinin iş üzrə icraatın dayandırılmasına dair vəsatəti də imzalayaraq elektron kabinetindən Şirvan İnzibati Məhkəməsinə göndərmişdir. Lakin Vəkil iddia ərizəsini, eləcə də iddiaçının adından verilən vəsatətləri imzalamaq səlahiyyətini təsdiq edən etibarnamə məhkəməyə təqdim edilməmişdir. İddia ərizəsinə əlavə edilmiş etibarnamədə isə Vəkil Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə istinadla bilavasitə inzibati xəta haqqında işlərə baxılması ilə bağlı müvafiq səlahiyyətlər verilmişdir. Birinci instansiya məhkəməsi isə iddianın mümkünlük şərtlərini yoxlamadan, bununla bağlı iddiaçı tərəfə müvafiq hüquqi yardım göstərmədən İddiaçı vəkili Vəkil vəsatətini təmin edərək iş üzrə icraatın dayandırılmasına dair qərardad qəbul etmişdir. Bununla da, birinci instansiya məhkəməsi ciddi prosessual pozuntuya yol vermişdir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı inzibati iş üzrə iddianın mümkünlük məsələsi həll edilmədiyindən məhkəmə kollegiyası həmin iş üzrə icraatın dayandırılmasının əsaslı olub-olmamasına dair cavabdehin apellyasiya şikayətinin dəlillərinə qiymət verilməsinə zərurət olmadığını hesab edir. İş üzrə məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırkı iddia ərizəsini İddiaçı vəkili Vəkil elektron imza ilə imzalayaraq elektron kabinetindən Şirvan İnzibati Məhkəməsinə göndərmişdir. İddiaçı vəkili Vəkil həmçinin iş üzrə icraatın dayandırılmasına dair vəsatəti də imzalayaraq elektron kabinetindən Şirvan İnzibati Məhkəməsinə göndərmişdir. Lakin Vəkil iddia ərizəsini, eləcə də iddiaçının adından verilən vəsatətləri imzalamaq səlahiyyətini təsdiq edən etibarnamə məhkəməyə təqdim edilməmişdir. İddia ərizəsinə əlavə edilmiş etibarnamədə isə Vəkil Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə istinadla bilavasitə inzibati xəta haqqında işlərə baxılması ilə bağlı müvafiq səlahiyyətlər verilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli sərəncamları ilə iddia ərizəsinin imzalanmaması iddiaçının və onun vəkilinin diqqətinə çatdırılmış və imzalanmış iddia ərizəsinin məhkəməyə təqdim olunması tələb edilmiş, habelə imzalanmış iddia ərizəsi məhkəməyə təqdim edilməyəcəyi təqdirdə iddianın mümkünlüyü məsələsinə hüquqi qiymət veriləcəyi barədə iddiaçıya və onun vəkilinə xəbərdarlıq edilmişdir. Buna baxmayaraq iddiaçı və onun vəkili imzalanmış iddia ərizəsini məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia ərizəsi buna hüququ olmayan şəxs tərəfindən imzalanmışdır. MPM-in 74.2-ci maddəsinə görə iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, həmin etibarnamədə “İddia ərizəsinin imzalanması” səlahiyyətinin ona verilməsi xüsusi göstərilmədiyindən, ərizədə göstərilənlər İddiaçı iradə ifadəsi kimi qəbul oluna bilməz. Beləliklə, şərh olunanlara əsasən məhkəmə hesab edir ki, qanunvericiliyin tələbinə əsasən iddia ərizəsini imzalamış iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini imzalamaq səlahiyyətinə malik deyildir. Bu hal isə iddianın mümkün sayılmaması üçün əsasdır. Bu səbəbdən də iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması eyni iddia tələbi eyni cavabdehə qarşı yenidən iddia irəli sürmək hüququnu istisna etmir. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 35.3 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma ilə əlaqədar almalı olduğu əmək haqqı və digər ödənişlərin ona ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №e-2-1(120)-479/2023
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(120)-479/2023
21.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver