Azərbaycan Respublikası adından QƏRAR İş № e-2-1(120)-515/2023 09.03.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh İmişli Rayon İcra Hakimiyyətinin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh İmişli Rayon İcra Hakimiyyətinə qarşı “İmişli Rayon İcra Hakimiyyəti başçısının 15 aprel 2022-ci il tarixli, 102 nömrəli sərəncamının ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 09 mart 2023-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh İmişli Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İmişli Rayon İcra Hakimiyyəti başçısının 15 aprel 2022-ci il tarixli, 102 nömrəli sərəncamının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İmişli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 127 saylı Sərancamına əsasən İddiaçı MMC-yə rayonun Qaradonlu və Gövhərli kəndləri ərazisində yerləşən ümumi sahəsi 80.30 ha olan torpaq sahəsində qum-çınqıl materiallarının çıxarılmasına icazə verilmiş və qeyd olunan torpaq sahəsində “Dağ-mədən işlərinin inkişaf planı” razılaşdırıİmışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin Dağ-Mədən ayrılması haqqında xx.xx.2018-ci il tarixli, 01045 saylı Aktına əsasən İmişli rayonunun inzibati ərazisində İddiaçı MMC-yə ayrılmış torpaq sahəsində yerləşən qum-çınqıl yatağında Markşeyder planı üzərində 5 sahə künc nöqtələri ilə nömrələnmiş 80.3 hektar ərazi 5 il müddətində qum-çınqıl hasilatının həyata keçirilməsi məqsədilə MMC-nin istifadəsinə verilmişdir. Bundan əlavə, qeyd olunan torpaq sahəsində qum-çınqıl hasilatına dair MMC-yə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi tərəfindən Ekoloji pasport da təqdim olunmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş lisenziyaya əsasən İddiaçı MMC-yə İmişli rayonunun ərazisində yerləşən “İmişli” qum-çınqıl yatağı ünvanında dağ-mədən işlərinin həyata keçirilməsinə icazə verilmişdir. Beləliklə, yuxarıda sadalananlardan göründüyü kimi, İddiaçı MMC-yə ayrılmış torpaq sahəsində dağ-mədən işlərinin aparılması və qum-çınqıl karxanasında qum-çınqıl hasilatının həyata keçirilməsi üçün qanunda nəzərdə tutulmuş bütün icazələr və razılaşmalar əldə edilmişdir. Yəni MMC tərəfindən aparılan fəaliyyət tam qanuni və əsaslı olmuşdur. Lakin, bütün bunlara baxmayaraq İmişli Rayon İcra Hakimiyyəti başçısının 15 aprel 2022-ci il tarixli, 102 saylı Sərancamına əsasən İddiaçı MMC-yə Qaradonlu və Gövhərli kəndləri yaxınlığında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışla 18,0 ha, MA seriyalı ******* nömrəli çıxarışla 30,0 ha, MA seriyalı, ******* nömrəli çıxarışla 10,80 ha, MA seriyalı, ******* nömrəli çıxarışla 16,50 ha, MA seriyalı, ******* nömrəli çıxarışla 5,0 ha, ümumilikdə MMC-nin mülkiyyət və icarəsinə verilmiş 80,30 ha torpaq sahəsində qum-çınqıl materiallarının istehsalına icazə verilməsi barədə İmişli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 127 saylı Sərancamına xitam verilməsi, hüquqi qüvvəsinin itirilmiş hesab edilməsi qərara alınmışdır. Sözügedən sərancam onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X10 X1 mütəxəssisləri İmişli rayonu ərazisində mövcud olan qum-çınqıl karxanalarının fəaliyyəti ilə bağlı monitorinq apararaq müəyyən etmişdir ki, Cəmiyyət qum-çınqıl materiallarının çıxarılması zamanı Yerin təkinin səmərəli istifadəsinə və mühafizəsinə dair qanunların tələblərini pozmuş və bununla əlaqədar olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X10 X4 İdarə Heyətinin qərarı ilə Cəmiyyətə 01 avqust 2018-ci il tarixdə verilmiş 01045 saylı dağ-mədən ayrılması ləğv edilmişdir. Bununla bağlı İmişli Rayon İcra Hakimiyyəti tərəfindən fəaliyyətinin dayandırılması və torpaq sahəsinin rekultivasiya olunaraq əvvəlki vəziyyətinə gətirilməsi barədə Cəmiyyətə məktub göndərilmişdir. Həmçinin, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Azərbaycan Respublikası Nazirlər Kabinetindən Rayon İcra Hakimiyyətinə daxil olmuş 10 dekabr 2021-ci il tarixli, 40276/26477 saylı məktubunda İmişli rayonu ərazisində fəaliyyət göstərən qum-çınqıl karxanalarının, o cümlədən İddiaçı MMC-nin fəaliyyəti nəticəsində Araz çayının məcrasının hidrogeomorfoloji (dərinləşməsi və genişlənməsi), ətraf ərazilərin hidrogeoekoloji (yeraltı suların səviyyəsinin kəskin aşağı düşməsi və şorlanması) şəraitinin neqativ yöndə dəyişilməsinə səbəb olduğu göstərilmiş və bununla əlaqədar rayon ərazisindəki qum-çınqıl karxanalarının qanunsuz fəaliyyətinin və bunun nəticəsində ətraf mühitə mənfi təsirlərin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlərin görülməsi tövsiyyə olunmuşdur. Aşağıda göstərilən əsaslara əsasən hesab edirlər ki, İmişli Rayon İcra Hakimiyyəti başçısının 15 aprel 2022-ci il tarixli, 102 saylı Sərancamı əsassız və qanunsuz olduğu üçün ləğv edilməlidir. Belə ki, ilk olaraq mübahisələndirilən Sərancamda istinad olunan, yəni “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X10 X1 mütəxəssiləri İmişli rayonu ərazisində mövcud olan qum-çınqıl karxanalarının fəaliyyəti ilə bağlı monitorinq apararaq müəyyən etmişdir ki, Cəmiyyət qum-çınqıl materiallarının çıxarılması zamanı Yerin təkinin səmərəli istifadəsinə və mühafizəsinə dair qanunların tələblərini pozmuş və bununla əlaqədar olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X10 X4 İdarə Heyətinin qərarı ilə Cəmiyyətə 01 avqust 2018-ci il tarixdə verilmiş 01045 saylı dağ-mədən ayrılması aktı ləğv edilmişdir” səbəbilə əlaqədar olaraq bildirmək istəyirlər ki, hazırda Cəmiyyət tərəfindən X10 X4 İdarə Heyətinin həmin xx.xx.2021-ci il tarixli, 15 saylı qərarı mübahisələndirilərək, həmin qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edilmiş və hazırda həmin iş üzrə məhkəmə ekspertizası təyin olunmuşdur. Onu da qeyd etməyi zəruri hesab edirlər ki, həmin qərar da tam qanunsuz və əsassızdır. Belə ki, X10 X4 İdarə Heyətinin həmin xx.xx.2021-ci il tarixli, 15 saylı qərarında göstərilmişdir ki, X10 X1 İdarə Heyətinin xx.xx.2020-ci il tarixli, 23/20 nömrəli qərarına əsasən, 01 avqust 2018-ci il tarixli, 01045 nömrəli “Dağ-mədən ayrılması” aktı ilə İddiaçı MMC-yə verilmiş yerin təkindən istifadə hüququ “Yerin təki haqqında” Qanunun 21-ci maddəsi ilə müəyyən edilmiş yerin təkinin səmərəli istifadəsinə və mühafizəsinə aid əsas tələblərin, yerin təkindən istifadə qaydasının və icazə şərtlərinin pozulmasına görə 3 ay müddətinə dayandırılmışdır. Qeyd olunan qərara əsasən, İddiaçı MMC-nin üzərinə icazənin dayandırıldığı müddət bitənədək hüququn dayandırılmasına əsas verən icazə şərtlərinin pozulması hallarını aradan qaldırılması barədə tədbirlər görmək və nəticəsi barədə Agentliyə 3 iş günü müddətində yazılı məlumat vermək öhdəliyi qoyulmuşdur. Lakin, İddiaçı MMC tərəfindən qeyd olunan öhdəlik yerinə yetirilməmişdir. Odur ki, müəyyən edilən müddət ərzində icazə hüququnun dayandırılmasına əsas olan halların aradan qaldırılmaması səbəbindən “Yerin təki haqqında” Qanunun 19-cu maddəsinin 6-cı bəndinə və “Lisenziyalar və icazələr haqqında” Qanunun 26.1.7-ci maddəsinə əsasən, yerin təkindən istifadə hüququnuz ləğv edilir. Bununla bağlı qeyd etməyi zəruri hesab edirlər ki, İddiaçı MMC-yə ayrılmış torpaq sahəsində yerləşən qum-çınqıl yatağında Markşeyder planı üzərində 5 sahə künc nöqtələri ilə nömrələnmiş 80.3 hektar ərazi 5 il müddətində qum-çınqıl hasilatının həyata keçirilməsi məqsədilə MMC-nin istifadəsinə verilmişdir ki, həmin sahələr 18,0 ha, 30,0 ha, 10,80 ha, 16,50 ha və 5,0 ha olmaqla, ümumilikdə 80,30 ha təşkil edir. X10 X1 mütəxəssisləri tərəfindən həmin sahələrə baxış keçirilərkən, 18,0 ha, 30,0 ha, 16,50 ha və 5,0 ha olan sahələr üzrə hər hansı pozuntu aşkar edilməmiş, lakin yalnız 10,80 ha sahəyə aid hissədə pozuntular olduğu bildirildiyindən, həmin vaxtdan da həmin sahədə hər hansı qum-çınqıl hasilatının həyata keçirilməsi dayandırılmış və bu barədə də X10 X2 məlumat verilmişdir. O ki, qaldı qeyd etdikləri digər sahələrə, yəni 18,0 ha, 30,0 ha, 16,50 ha və 5,0 ha olan sahələr üzrə hər hanası pozuntu halları aşkar edilməmiş və edilə də bilməzdi, ona görə ki, həmin sahələr üzrə yerin təki sahəsindən kənara çıxma halları, yəni karxananın fəaliyyəti dövründə hər hansı pozuntu hallarının baş vermədiyi öz təsdiqinin tapmışdır. Lakin, buna baxmayaraq, X10 X1 İdarə Heyəti əsassız olaraq qəbul etdiyi qərarında göstərmişdir ki, guya İddiaçı MMC tərəfindən qeyd olunan öhdəlik yerinə yetirilməmiş, müəyyən edilən müddət ərzində icazə hüququnun dayandırılmasına əsas olan hallar aradan qaldırılmamışdır. Göründüyü kimi, İmişli Rayon İcra Hakimiyyəti başçısının 15 aprel 2022-ci il tarixli, 102 saylı Sərancamının əsasını təşkil edən hal, X10 X4 İdarə Heyətinin xx.xx.2021-ci il tarixli, 15 saylı qərarı tərəflərindən mübahisələndirilməsinə və bu barədə İmişli Rayon İcra Hakimiyyətinə rəsmi məlumat verilməsinə baxmayaraq, İmişli Rayon İcra Hakimiyyəti başçısı həmin halları nəzərə almayaraq, mübahisələndirilən Sərancamı vermişdir. Onu da qeyd etmək istəyirlər ki, Cəmiyyət tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ərizə ilə müraciət edilərək, İmişli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 127 saylı Sərancamı ilə rayonun Qaradonlu və Gövhərli kəndləri ərazisində Araz çayının yatağında İddiaçı MMC-yə ayrılmış 80.3 hektar sahədə inert materialları istehsal edən karxanasının yaradılmasına icazə verilməsi xahiş edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2021-ci il tarixli, 11/6-600 saylı məktubundan göründüyü kimi, Səhmdar Cəmiyyəti Meliorasiya və X3 və Suların İstifadəsinə- Mühafizəsinə Nəzarət İdarəsinin, Kür-Araz çaylarında bəndlərin İstismar, Bəhrəmtəpə hidroqovşağının istismarı idarəsinin və İmişli Suvarma sistemləri idarələrinin verdikləri rəyləri nəzərə alaraq, Qaradonlu və Gövhərli kəndləri ərazisində Araz çayının yatağında İddiaçı MMC-yə ayrılmış 80.3 hektar sahədə inert materialları istehsal edən karxananın yaradılmasına etiraz edilməmişdir. Bu isə o deməkdir ki, X10 X1 İdarə Heyətinin qərarında göstərilən hallar tamamilə əsassızdır. Bundan əlavə, mübahisələndirilən sərəncamın cavabdeh tərəfindən qəbul edilməsi zamanı “İnzibati icraat haqqında” Qanunu ilə müəyyən edilmiş əsaslarına, prinsiplərinə və prosedur qaydalarına riayət edilməmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 21.1-ci maddəsinə görə Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Həmin Qanunun 24.1-ci maddəsinə müvafiq olaraq inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 59.1.5-ci maddəsinə əsasən aktı qəbul etmiş orqan tərəfindən həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat göstərilməlidir. Həmin Qanunun 61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən, istinad olunan qanunlar və digər normativ-hüquqi aktlar göstərilməlidir. Həmin Qanunun 61.3-cü maddəsinə müvafiq olaraq inzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. Həmin Qanunun 61.4-cü maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Həmin Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Lakin yuxarıda artıq göstərildiyi kimi mübahisələndirilən 15 aprel 2022-ci il tarixli, 102 saylı Sərancam verilərkən qanunvericilklə müəyyən edilmiş tələblərə riayət olunmamışdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh İmişli Rayon İcra Hakimiyyəti iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, İddiaçı MMC-nin iddiası əsassızdır. Belə ki, İddiaçı MMC-yə İmişli Rayon İcra Hakimiyyəti başçısının 10 iyul 2013-cü il tarixli, 127 saylı Sərəncamı ilə 80,30 ha torpaq sahəsi qum-çınqıl materiallarının çıxarılması üçün ayrılıb icarəyə verilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X10 X1 mütəxəssisləri İmişli rayonu ərazisində mövcud olan qum-çınqıl karxanalarının fəaliyyəti ilə bağlı monitorinq apararaq müəyyən etmişdir ki, İddiaçı MMC qum-çınqıl materiallarının çıxarılması zamanı Yerin təkinin səmərəli istifadəsinə və mühafizəsinə dair qanunların tələblərini pozmuş və bununla əlaqədar olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X10 X4 İdarə Heyətinin qərarı ilə İddiaçı MMC-yə 01 avqust 2018-ci il tarixdə verilmiş 01045 saylı dağ-mədən ayırması ləğv edilmişdir. Bununla bağlı İmişli Rayon İcra Hakimiyyəti tərəfindən fəaliyyətinin dayandırılması və torpaq sahəsinin rekultivasiya olunaraq əvvəlki vəziyyətinə gətirilməsi barədə İddiaçı MMC-yə məktub göndərilmişdir. Həmçinin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Azərbaycan Respublikası Nazirlər Kabinetindən Rayon İcra Hakimiyyətinə daxil olmuş 10 dekabr 2021-ci il tarixli, 40276/26477 saylı məktubunda İmişli rayonu ərazisində fəaliyyət göstərən qum-çınqıl karxanalarının və o cümlədən İddiaçı MMC-nin fəaliyyəti nəticəsində Araz çayının məcrasının hidrogeomorfoloji (dərinləşməsi və genişlənməsi), ətraf ərazilərin hidrogeoekoloji (yeraltı suların səviyyəsinin kəskin aşağı düşməsi və şorlaşması) şəraitinin neqativ yöndə dəyişilməsinə səbəb olduğu göstərilmiş və bununla əlaqədar olaraq qum-çınqıl karxanaları üzrə torpaq ayırma sənədlərinin yerli icra hakimiyyətləri tərəfindən ləğv edilməsi tövsiyə edilmişdir. İddiaçı MMC-nin fəaliyyət göstərməsi üçün hüquqi icazə sənədləri olmadığına, dövlət və ictimai maraqlara ziyan vurduğuna görə qum-çınqıl çıxarılması məqsədi ilə İddiaçı MMC-yə torpaq sahəsinin icarəyə verilməsi barədə Rayon İcra Hakimiyyəti başçısının sərəncamı - inzibati akt İnzibati icraat haqqında” Qanuna uyğun olaraq ləğv edilmişdir. İmişli Rayon icra Hakimiyyəti başçısının 15 aprel 2022-ci il tarixli, 102 saylı Sərəncamı verılərkən hər hansı qanun pozuntusuna yol verilməmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, cavabdeh təşkilat məhkəməyə ünvanladığı 24 avqust 2022-ci il tarixli, 8/1180 nömrəli “iddiaya münasibət” məktubunda mübahisələndirilən 15 aprel 2022-ci il tarixli, 102 saylı sərəncamın verilməsi üçün əsas olaraq bildirmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X10 X1 mütəxəssisləri İmişli rayonu ərazisində mövcud olan qum-çınqıl karxanalarının fəaliyyəti ilə bağlı monitorinq aparmış, müəyyən etmişdir ki, İddiaçı MMC qum-çınqıl materiallarının çıxarılması zamanı Yerin təkinin səmərəli istifadəsinə və mühafizəsinə dair qanunların tələblərini pozmuş və bununla əlaqədar olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X10 X4 İdarə Heyətinin qərarı ilə İddiaçı MMC-yə 01 avqust 2018-ci il tarixdə verilmiş 01045 saylı “dağ-mədən ayırması” ləğv edilmişdir. Bununla bağlı İmişli Rayon İcra Hakimiyyəti tərəfindən fəaliyyətinin dayandırılması və torpaq sahəsinin rekultivasiya olunaraq əvvəlki vəziyyətinə gətirilməsi barədə İddiaçı MMC-yə məktub göndərilmişdir. Həmçinin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Azərbaycan Respublikası Nazirlər Kabinetindən Rayon İcra Hakimiyyətinə daxil olmuş 10 dekabr 2021ci il tarixli, 40276/26477 saylı məktubunda İmişli rayonu ərazisində fəaliyyət göstərən qumçınqıl karxanalarının və o cümlədən İddiaçı MMC-nin fəaliyyəti nəticəsində Araz çayının məcrasının hidrogeomorfoloji (dərinləşməsi və genişlənməsi), ətraf ərazilərin hidrogeoekoloji (yeraltı suların səviyyəsinin kəskin aşağı düşməsi və şorlaşması) şəraitinin neqativ yöndə dəyişilməsinə səbəb olduğu göstərilmiş və bununla əlaqədar olaraq qumçınqıl karxanaları üzrə torpaq ayırma sənədlərinin yerli icra hakimiyyətləri tərəfindən ləğv edilməsi tövsiyə edilmişdir. İddiaçı MMC-nin fəaliyyət göstərməsi üçün hüquqi icazə sənədləri olmadığına, dövlət və ictimai maraqlara ziyan vurduğuna görə qum-çınqıl çıxarılması məqsədi ilə İddiaçı MMC-yə torpaq sahəsinin icarəyə verilməsi barədə İmişli Rayon İcra Hakimiyyəti başçısının sərəncamı - inzibati akt İnzibati icraat haqqında” Qanuna uyğun olaraq ləğv edilmişdir. İmişli Rayon icra Hakimiyyəti başçısının 15 aprel 2022-ci il tarixli, 102 saylı Sərəncamı verılərkən hər hansı qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq, mübahisənin tam, hərtərəfli və obyektiv həllinə nail olmaq üçün ilk növbədə mübahisələndirilən sərəcamın verilməsinin əsaslarının mövcudluğunun və qanuniliyinin araşdırılmasını zəruri hesab edir. İş materiallarında olan xx.xx.2011-ci il qeydiyyat tarixli, seriya MA ******* nömrəli çıxarışdan, torpaq sahəsinin planı və ölçüsündən görünür ki, İmişli rayonu, Gövhərli kəndində 16.50 hektar torpaq sahəsi İddiaçı MMC-nin xüsusi mülkiyyətinə verilmiş, həmin torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2012-ci il qeydiyyat tarixli, seriya MA ******* nömrəli çıxarışdan, torpaq sahəsinin planı və ölçüsündən görünür ki, İmişli rayonu, Qaradonlu kəndində 18.0 hektar torpaq sahəsi İddiaçı MMC-nin xüsusi mülkiyyətinə verilmiş, həmin torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2011-ci il qeydiyyat tarixli, seriya MA ******* nömrəli çıxarışdan, torpaq sahəsinin planı və ölçüsündən görünür ki, İmişli rayonu, Gövhərli kəndində 30.0 hektar torpaq sahəsi icarə hüququ əsasında İddiaçı MMC-yə verilmiş, həmin torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2011-ci il qeydiyyat tarixli, seriya MA ******* nömrəli çıxarışdan, torpaq sahəsinin planı və ölçüsündən görünür ki, İmişli rayonu, Qaradonlu kəndində 10.80 hektartorpaq sahəsi icarə hüququ əsasında İddiaçı MMC-yə verilmiş, həmin torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2011-ci il qeydiyyat tarixli, seriya MA ******* nömrəli çıxarışdan görünür ki, İmişli rayonu, Gövhərli kəndinin yaxınlığında, Araz çayı hövzəsindən 5.0 hektar torpaq sahəsi icarə hüququ əsasında İddiaçı MMC-yə verilmişdir. İş materiallarında olan Cavabdeh başçısının xx.xx.2013-cü il tarixli, 127 nömrəli İddiaçı MMC-nin qum-çınqıl istehsalına icazə verilməsi barədə sərəncamından görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Beyləqan ərazi idarəsi tərəfindən verilmiş MA seriyalı ******* saylı Çıxarışla İddiaçı MMC-yə verilmiş 18 ha, MA seriyalı ******* saylı Çıxarışla İddiaçı MMC-yə verilmiş 30 ha, MA seriyalı ******* saylı Çıxarışla İddiaçı MMC-yə verilmiş 10.80 ha, MA seriyalı ******* saylı Çıxarışla İddiaçı MMC-yə verilmiş 16.50 ha, MA seriyalı ******* saylı Çıxarışla İddiaçı MMC-yə verilmiş 5.0 ha, cəmi 80.30 ha torpaq sahəsində qum çınqıl materiallarının çıxarılmasına icazə verilmişdir. İş materiallarında olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsinin xx.xx.2018-ci il tarixli, 01045 nömrəli Dağ-Mədən ayırması aktından görünür ki, İddiaçı MMC-yə dağ-mədən ayırması İmişli rayonunun inzibati ərazisində yerləşir, markşeyder planının üzərində 5 sahə künc nöqtələri ilə nömrələnmiş, yer səthinin planında 80.3 hektar, mədən ayırmasının müddəti 5 il müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X10 X1 tərtib etdiyi xx.xx.2020-ci il tarixli, 63247 nörməli aktından görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X10 X1 əməkdaşları tərəfindən İddiaçı MMC-nin fəaliyyətinə baxış keçirilmiş və baxış zamanı iddiaçıya ayrılmış sahənin hüdudlarından kənarda qum-çınqıl qarışığının hasil edildiyi aşkar edilmiş və bu barədə akt tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X10 X1 23 dekabr 2020-ci il tarixli, 23/20 nömrəli qərarından görünür ki, “Dağ-mədən ayırması” Aktı ilə ayrılmış sahədən kənarda fəaliyyət göstərən istismarçılara, o cümlədən İddiaçı MMC-yə (VÖEN: **********) 01045 nömrəli “Dağ-mədən ayırması” aktı ilə 3 ay müddətinə, yəni xx.xx.2021-ci il tarixədək yerin təkindən istifadə üçün verilmiş hüquq dayandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X10 X1 29 aprel 2021-ci il tarixli, 15 nömrəli “yerin təkindən istifadə üçün verilmiş hüququn ləğv edilməsi haqqında” qərarından görünür ki, 01 avqust 2018-ci il tarixli 01045 nömrəli “Dağ-mədən ayırması” aktı ilə İddiaçı MMC-yə verilmiş yerin təkindən istifadə hüququ “Yerin təki haqqında” Qanunun 21-ci maddəsi ilə müəyyən edilmiş yer təkinin səmərəli istifadəsinə və mühafizəsinə aid əsas tələblərin, yerin təkindən istifadə qaydasının və icazə şərtlərinin pozulmasına görə bu qərar imzalandığı gündən ləğv edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli, 05/1950-11 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və ya tabeliyində olan X10 X4 tərəfindən İddiaçı MMC-yə məxsus ərazidə (VÖEN **********) 2020-2021-ci illərdə keçirilən yoxlamanın “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə qeydiyyatı ilə bağlı xx.xx.2022-ci il tarixdə Ədliyyə Nazirliyinə daxil olan sorğuya baxılmışdır. Bildiririk ki, 2020-2021-ci illərdə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və ya tabeliyində olan X10 X4 tərəfindən adıçəkilən sahibkarlıq subyektində hər hansı yoxlamanın keçirilməsi barədə müraciət daxil olmamış və yoxlama qeydiyyata alınmamışdır. Eyni zamanda nəzərinizə çatdırırıq ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tələbləri, o cümlədən yoxlamaların reyestrdə qeydiyyata alınması ilə bağlı müddəaları sahibkarlıq fəaliyyəti həyata keçirilən yerlərə gəlməklə aparılan yoxlama tədbirlərinə şamil edilir. İddiaçının məhkəməyə təqdim etdiyi və iş materiallarına əlavə olunmuş “X8” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli, 102 nömrəli mütəxəssis rəyinin nəticə hissəsində aşağıdakılar qeyd edilmişdir:
1. Naturada və eləcə də kameral şəraitdə hüquqmüəyyənedici sənədlər əsasında aparılan ekspertiza tədqiqatı zamanı İmişli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013cü il tarixli, 127 saylı sərəncamı və xx.xx.2018-ci il tarixli 01045 nömrəli “Dağ-mədən ayırması” aktı ilə qum-çınqıl materiallarının çıxarılması və istehsalı üçün icazə verilmiş Qaradonlu və Gövhərli kəndləri ərazisində yerləşən İddiaçınə icarə hüququ ilə məxsus ümumi sahəsi 80,30 ha olan torpaq sahəsinin və “Qara-Qum Holding" Məhdud Məsuliyyətli Cəmiyyətinin faktiki istifadəsində olan torpaq sahəsinin kateqoriyası ehtiyat fond torpaqları olmaqla sahibkarlıq (qum-çınqıl materiallarının çıxarılması və istehsalı) məqsədli icarə hüququ ilə istifadəyə və xüsusi mülkiyyətə verilmişdir. Sözügedən 80.3 ha torpaq sahəsinin 30.0 ha (MA-0285422 saylı çıxarış) torpaq sahəsi və 18 ha (MA-0398017 saylı çıxarış) torpaq sahəsi dövlət mülkiyyətində, 10.8 ha torpaq sahəsi (MA-0285322 nömrəli çıxarış) bələdiyyə mülkiyyətində 16.5 ha torpaq sahəsi (MA-0285420 saylı çıxarış) bələdiyyə mülkiyyətində olan torpaq sahəsidir. Torpaq sahəsinin müayinəsi zamanı ölçüləri və sahələri xüsusi coğrafi informasiya sistemləri proqramları vasitəsilə tərtib olunan plansxemdə aydın şəkildə göstərilmişdir.
2. İmişli rayonu, Qaradonlu və Gövhərli kəndləri ərazisində mübahisələndirilən torpaq sahələri üzrə aparılan ekspertiza tədqiqatı nəticəsində İmişli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 127 saylı sərəncamı və xx.xx.2018-ci il tarixli 01^45 nömrəli “Dağ-mədən ayırması” aktı ilə qum-çınqıl materiallarının çıxarılması və istehsalı üçün icazə verilmiş Qaradonlu və Gövhərli kəndləri ərazisində yerləşən İddiaçınə icarə hüququ ilə məxsus ümumi sahəsi 80,30 ha olan torpaq sahəsi ilə İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi üst-üstə düşdüyü müəyyən edilmişdir. Belə ki, İddiaçı MMC-yə icarə hüququ ilə məxsus ümumi sahəsi 80.3 ha torpaq sahəsinin hüdudları daxilində cəmiyyət tərəfindən qum-çınqıl materiallarının çıxarılması və istehsalı işləri görülmüşdür.
3. Naturada aparılan çöl tədqiqatı işləri zamanı İmişli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 127 saylı sərəncamı və xx.xx.2018-ci il tarixli, 01045 nömrəli “Dağ-mədən ayırması” aktı ilə qum-çınqıl materiallarının çıxarılması və istehsalı üçün icazə verilmiş Qaradonlu və Gövhərli kəndləri ərazisində yerləşən İddiaçınə icarə hüququ ilə məxsus ümumi sahəsi 80,30 ha olan torpaq sahəsindən kənarda İddiaçı tərəfindən qum-çınqıl hasilatı (istehsalı) işlərinin görülməsi müşahidə olunmamışdur.
4. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən istismarçıya məxsus ərazidən kənarda istismar işlərinin aparılmasına dair tərtib edilən 7 oktyabr 2020-ci il tarixli, 63247 №-li AKT-da müəyyən edilmiş ərazi İddiaçınə icarə hüququ ilə məxsus ümumi sahəsi 80,30 ha olan torpaq sahəsinin (**********82 reyestr nömrəli çıxarışın) koordinatları daxilində yerləşir. Qeyd: İddiaçınə icarə hüququ ilə məxsus ümumi sahəsi 80,30 ha olan torpaq sahəsinin 5.0 ha (0285424 Seriya MA çıxarışla) hissəsinin yerləşmə koordinatları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli rayon şöbəsi tərəfindən işlənib hazırlanmış ərazinin plan-sxemində, eləcə də İddiaçınə verilmiş ilkin torpaq ayırma sənədlərinə əsasən faktiki istifadəsində olan ərazidə olduğu halda DƏDRX-nın Beyləqan Ərazi idarəsi tərəfindən sözügedən 5,0 ha torpaq sahəsinin koordinatları faktiki yerindən 9000,0 m qərb istiqamətinə verilmiş və həmin yerin kənd təsərrüfatı təyinatlı əkin torpaq sahəsi olduğu müəyyən edilmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi və iş materiallarına əlavə olunmuş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/2274 nömrəli ekspert rəyinin nəticə hissəsində aşağıdakılar qeyd edilmişdir: Birinci sual üzrə - “X8” MMC-nin mütəxəssisləri tərəfindən tərtib edilmiş 102 saylı, xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən naturada və eləcə də kameral şəraitdə hüquqmüəyyənedici sənədlər əsasında aparılan ekspertiza tədqiqatı zamanı İmişli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 127 saylı sərəncamı və xx.xx.2018-ci il tarixli 01045 nömrəli “Dağ-mədən ayırması” aktı ilə qum-çınqıl materiallarının çıxarılması və istehsalı üçün icazə verilmiş Qaradonlu və Gövhərli kəndləri ərazisində yerləşən İddiaçınə icarə hüququ ilə məxsus ümumi sahəsi 80,30 ha olan torpaq sahəsinin və İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin kateqoriyası ehtiyat fond torpaqları olmaqla sahibkarlıq (qum-çınqıl materiallarının çıxarılması və istehsalı) məqsədli icarə hüququ ilə istifadəyə və xüsusi mülkiyyətə verilmişdir. Sözügedən 80.3 ha torpaq sahəsinin 30.0 ha (MA-0285422 saylı çıxarış) torpaq sahəsi və 18 ha (MA-0398017 saylı çıxarış) torpaq sahəsi dövlət mülkiyyətində, 10.8 ha torpaq sahəsi (MA-0285322 nömrəli çıxarış) bələdiyyə mülkiyyətində, 16.5 ha torpaq sahəsi (MA-0285420 saylı çıxarış) bələdiyyə mülkiyyətində olan torpaq sahəsidir. Torpaq sahəsinin müayinəsi zamanı ölçüləri və sahələri xüsusi coğrafi informasiya sistemləri proqramları vasitəsilə tərtib olunan plansxemdə aydın şəkildə göstərilmişdir. İkinci sual üzrə - Mütəxəssis rəyinə əsasən, İmişli rayonu, Qaradonlu və Gövhərli kəndləri ərazisində mübahisələndirilən torpaq sahələri üzrə aparılan ekspertiza tədqiqatı nəticəsində İmişli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 127 saylı sərəncamı və xx.xx.2018-ci il tarixli 01045 nömrəli “Dağ-mədən ayırması” aktı ilə qumçınqıl materiallarının çıxarılması və istehsalı üçün icazə verilmiş Qaradonlu və Gövhərli kəndləri ərazisində yerləşən İddiaçınə icarə hüququ ilə məxsus ümumi sahəsi 80,30 ha olan torpaq sahəsi ilə İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi üst-üstə düşdüyü müəyyən edilmişdir. Belə ki, İddiaçı MMC-yə icarə hüququ ilə məxsus ümumisahəsi 80.3 ha torpaq sahəsinin hüdudları daxilində cəmiyyət tərəfindən qum-çınqıl materiallarının çıxarılması və istehsalı işləri görülmüşdür. Üçüncü sual üzrə - Mütəxəssis rəyinə əsasən, naturada aparılan çöl tədqiqatı işləri zamanı İmişli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 127 saylı sərəncamı və xx.xx.2018-ci il tarixli, 01045 nömrəli “Dağ-mədən ayırması” aktı ilə qumçınqıl materiallarının çıxarılması və istehsalı üçün icazə verilmiş Qaradonlu və Gövhərli kəndləri ərazisində yerləşən İddiaçınə icarə hüququ ilə məxsus ümumi sahəsi 80,30 ha olan torpaq sahəsindən kənarda İddiaçı tərəfindən qum-çınqıl hasilatı (istehsalı) işlərinin görülməsi müşahidə olunmamışdır. Dördüncü sual üzrə - Mütəxəssis rəyində göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən istismarçıya məxsus ərazidən kənarda istismar işlərinin aparılmasına dair tərtib edilən 7 oktyabr 2020-ci il tarixli, № 63247 AKT-da müəyyən edilmiş ərazi İddiaçınə icarə hüquqi ilə məxsus ümumi sahəsi 80,30 ha olan torpaq sahəsinin (**********82 reyestr nömrəli çıxarışın) koordinatları daxilində yerləşir. Qeyd: İddiaçınə icarə hüquqi ilə məxsus ümumi sahəsi 80,30 ha olan torpaq sahəsinin 5.0 ha (0285424 Seriya MA çıxarışla) hissəsinin yerləşmə koordinatları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli rayon şöbəsi tərəfindən işlənib hazırlanmış ərazinin plan-sxemində, eləcə də İddiaçınə verilmiş ilkin torpaq ayırma sənədlərinə əsasən faktiki istifadəsində olan ərazidə olduğu halda DƏDRX-nın Beyləqan Ərazi idarəsi tərəfindən sözügedən 5,0 ha torpaq sahəsinin koordinatları faktiki yerindən 9000,0 m qərb istiqamətinə verilmiş və həmin yerin kənd təsərrüfatı təyinatlı əkin torpaq sahəsi olduğu müəyyən edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Beyləqan ərazi idarəsi tərəfindən verilmiş MA seriyalı ******* saylı Çıxarışla, MA seriyalı ******* saylı Çıxarışla, MA seriyalı ******* saylı Çıxarışla, MA seriyalı ******* saylı Çıxarışla və MA seriyalı ******* saylı Çıxarışla "xxxx" MMC-yə məxsus ümumilikdə 80,30 ha torpaq sahəsində qum çınqıl materiallarının çıxarılmasına İmişli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 127 nömrəli sərəncamı ilə icazə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsinin xx.xx.2018-ci il tarixli, 01045 nömrəli Dağ-Mədən ayırması aktı ilə "xxxx" MMC-yə məxsus 80.30 ha torpaq sahəsində qum-çınqıl materiallarının çıxarılması üçün iddiaçı "xxxx" MMC-yə yerin təkindən istifadə üçün 5 il müddətinə hüquq verilmişdir. Sonradan xx.xx.2018-ci il tarixli, 01045 nömrəli Dağ-Mədən ayırması aktı ilə "xxxx" MMC-yə ayrılmış yertəki sahəsinə iddiaçı tərəfindən icazə şərtlərinin və qanunvericiliyin tələblərinin yerinə yetirilməsinin yoxlanılması məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən monitorinq keçirilmiş və iddiaçı tərəfindən icazə şərtlərinin və qanunvericiliyin tələblərinin pozulması hallarının aşkar edilməsinə dair xx.xx.2020-ci il tarixdə 63247 nömrəli akt tərtib edilmişdir. X10 X4 həmin akta əsaslanaraq iddiaçının yer təki sahəsindən istifadə hüququnun 3 ay müddətinə dayandırılması barədə 23 dekabr 2020-ci il tarixli, 23/20 nömrəli qərar qəbul etmiş, daha sonra həmin qərara əsaslanaraq "xxxx" MMC-yə yerin təkindən istifadə üçün verilmiş hüququn (xx.xx.2018-ci il tarixli, 01045 nömrəli Dağ-Mədən ayırması aktının) ləğv edilməsi haqqında 29 aprel 2021-ci il tarixli, 15 nömrəli qərarı qəbul etmişdir. Məhkəmə araşdırıması zamanı həmçinin müəyyən edilmişdir ki, xx.xx.2018-ci il tarixli, 01045 nömrəli Dağ-Mədən ayırması aktı ilə "xxxx" MMC-yə ayrılmış yer təki sahəsinə iddiaçı tərəfindən icazə şərtlərinin və qanunvericiliyin tələblərinin yerinə yetirilməsinin yoxlanılması məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən 2020-ci ildə monitorinq (yoxlama) keçirilərkən həmin yoxlama və onunla bağlı müraciət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə qeydiyyata alınmamışdır (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli, 05/1950-11 nömrəli məktubu). Həmçinin, müəyyən edilmişdir ki, İddiaçı MMC-yə icarə hüququ ilə məxsus ümumi sahəsi 80.3 ha torpaq sahəsinin hüdudları daxilində cəmiyyət tərəfindən qum-çınqıl materiallarının çıxarılması və istehsalı işləri görülmüş və həmin ərazidən kənarda qumçınqıl hasilatı (istehsalı) işlərinin görülməsi müşahidə olunmamışdır. Digər halda, 10 iyul 2013-cü il tarixli, 127 saylı sərəncamla iddiaçıya iki kənddə ayrıayrı ərazilərdə yerləşən və ayrı-ayrı çıxarışlarla rəsmiləşdirilmiş, beş hissədən ibarət ümumilikdə 80,30 ha torpaq sahəsinin məhz hansı hissəsində qanundan kənarlaşmanın baş verdiyi və ümumiyyətlə belə kənarlaşmanın mövcudluğunun dəlili müəyyən edilməmiş, həmçinin, kənarlaşmanın iddiaçıya ayrılmış beş ərazinin birində aşkar edildiyi halda, onun qalan dörd sahədən istifadə hüququna xitam verilməsinin hüquqi əsasları X10 X1 nə iddiaçının yer təki sahəsindən istifadə hüququnun 3 ay müddətinə dayandırılması barədə 23 dekabr 2020-ci il tarixli 23/20 nömrəli qərarında, nə də "xxxx" MMC-yə yerin təkindən istifadə üçün verilmiş hüququn (xx.xx.2018-ci il tarixli, 01045 nömrəli Dağ-Mədən ayırması aktının) ləğv edilməsi haqqında 29 aprel 2021-ci il tarixli, 15 nömrəli qərarında öz əksini tapmamışdır. Məhkəmə müəyyən etdiyi işin faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları daxilində qiymətləndirməyi zəruri hesab edir: Belə ki, “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinin: 1-ci cümləsinə əsasən yerin təkindən istifadə hüququnun dayandırılması “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir. 5-ci cümləsinə əsasən, yerin təkindən istifadə hüququnun ləğvi “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir. 5-ci cümləsinə əsasən bu Qanunun 18-ci maddəsinin birinci hissəsinin 2-ci, 4-cü bəndlərində və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.2-ci maddəsində göstərilən hallarda xəbərdarlıqdan sonra üç ay müddətində onlar aradan qaldırılmazsa, yerin təkindən istifadə hüququnun ləğvi haqqında qərar qəbul edilir. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.2-ci maddəsinə əsasən lisenziyanın (icazənin) sahibi lisenziya və icazə şərtlərinin pozulması hallarının aradan qaldırılmasına dair lisenziya və icazə verən orqanın, həmçinin müvafiq nəzarət orqanının göstərişlərini yerinə yetirmədikdə lisenziya və icazə dayandırılır. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən: 26.1. Lisenziya və icazə aşağıdakı hallarda ləğv edilir: 26.1.1. lisenziyanın (icazənin) sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə; 26.1.2. lisenziyanın (icazənin) müddəti bitdikdə; 26.1.3. lisenziyanın (icazənin) sahibi olan hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi ləğv edildikdə; 26.1.4. lisenziyanın (icazənin) sahibi olan fiziki şəxsin fərdi sahibkar kimi fəaliyyətinə xitam verildikdə; 26.1.5. məhkəmənin müvafiq qərarı olduqda; 26.1.6. lisenziyanın və icazənin verilməsi üçün təqdim edilmiş sənədlərdə sonralar düzgün olmayan məlumatlar aşkar edildikdə; 26.1.7. bu Qanunun 25.4-cü maddəsində göstərilən məsələ iləbağlı lisenziya və icazə verən orqana yazılı məlumat verilmədikdə; 26.1.8. lisenziyada göstərilmiş fəaliyyət növü və icazə lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin siyahısından çıxarıldıqda; 26.1.9. Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş digər hallarda hallarda. Məhkəmə qeyd edir ki, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Məhkəmənin qənaətinə görə hazırkı mübahisənin həllinə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanun və əlaqədar digər qanunvericilik aktları tətbiq edilməlidirlər. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 1.1.1-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlama (bundan sonra - yoxlama) - yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusu. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Həmin Qanunun 2-ci maddəsində təsbit edilmişdir ki, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Bu Qanun (bu Qanunun 3.2-ci, 7.1-7.3-cü, 7.5-7.10-cu, 8-ci, 11.1-ci, 12-ci, 13-cü və 34.1ci maddələri istisna olmaqla) vergi yoxlamalarına şamil edilmir. Bu Qanun cinayət təqibinin həyata keçirilməsi və ya məhkəmə icraatı çərçivəsində aparılan yoxlamalara şamil edilmir. Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Həmin Qanunun 3.1 və 3.2-ci maddələrində isə təsbit edilmişdir ki, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-13.4-cü maddələrinə əsasən sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Bundan başqa, “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasi Prezidentinin 13 aprel 2010-cu il tarixli, 246 saylı fərmanının 1.2ci bəndində sahibkarlıq sahəsində yoxlamaların mütəmadiliyi haqqında məlumatın əldə edilməsini mümkün edən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılan vahid məlumat reyestrinin formasını və aparılması qaydasını hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi qərara alınmışdır. Həmin Fərmanın 2-ci bəndində isə göstərilmişdir ki, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama bu Fərmanın 1.2-ci bəndində göstərilən reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin: - 1.1-ci bəndinə görə, bu Əsasnamə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra - Qanun) və “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. - 1.4-cü bəndinin tələbinə görə, qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. - 1.5-ci bəndinin tələbinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. - 1.6-cı maddəsinə görə, bu Əsasnamənin 3.2.3-cü, 3.4.12-ci, 3.4.15-ci, 4.3-2-ci, 4.5-4-cü, 5.1.9-cu və 5.1.13-cü yarımbəndləri vergi yoxlamalarına şamil edilmir. - 5.2-ci bəndinə görə, yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır. Məhkəmə araşdırması zamanı tədqiq edilən sübutlarla müəyyən olunur ki, "xxxx" MMC-yə ayrılmış yer təki sahəsinə iddiaçı tərəfindən icazə şərtlərinin və qanunvericiliyin tələblərinin yerinə yetirilməsinin müəyyən edilməsi ilə əlaqədar X10 X4 tərəfindən 2020-ci il tarixində aparılmış yoxlama (monitorinq) “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılmışdır. Ona görə də, qanunvericiliyin tələblərinə əsasən həmin yoxlamanın hüquqi nəticəsi yoxdur və yoxlama nəticəsində müəyyən olunmuş faktlardan çıxış etməklə iddiaçının barəsində məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, X10 X4 tərəfindən aparılan yoxlama qanunsuz olduğundan və qanunsuz yoxlama əsasında müəyyən edilmiş nəticələr və qəbul olunmuş qərarlar hüquqi əhəmiyyət kəsb etmədiyindən cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən inzibati aktın qəbul edilməsi üçün əsas kimi götürülə bilməz. Digər tərəfdən, məhkəmə hesab edir ki, işin müəyyən edilmiş faktiki hallarına aşağıdakı hüquq normalarının tələblərinə müvafiq qaydada da hüquqi qiymət verilməlidir. Bu baxımdan, inzibati aktların qəbul edilməsi, iсra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edən «İnzibati iсraat haqqında» AR Qanununun tələblərinə nəzər yetirilməlidir. Belə ki, həmin Qanunun: 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. 25.6-ci maddəsinə əsasən maraqlı şəxslər inzibati icraat materialları ilə həmin icraatın həyata keçirildiyi inzibati orqanda tanış ola bilərlər. 25.8-ci maddəsinə əsasən maraqlı şəxsin inzibati icraatla bağlı sənədlərin və digər materialların surətlərini əldə etmək hüququ vardır. 28.1.1-сi maddəsinə görə fiziki və ya hüquqi şəxsin ərizəsi inzibati iсraatın başlanılması üçün əsaslardan biridir; 36.1.2-сi maddəsinə əsasən barələrində inzibati aktın qəbul edilməsi nəzərdə tutulan və ya inzibati aktın qəbul edilməsi haqqında ərizə ilə müraсiət etmiş fiziki və ya hüquqi şəxslər inzibati iсraatın iştirakçıları sayılırlar; 36.3-сü maddəsinə görə qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəсəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçünсü (maraqlı) şəxs qismində iсraatda iştirakını təmin etməyə borсludur; 51.1-сi maddəsinə əsasən inzibati orqan inzibati iсraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərсüməçiləri və digər orqanların nümayəndələrini inzibati iсraatla bağlı iсlasın vaxtı və yeri haqqında xəbərdar etməyə borсludur; 51.2-сi maddəsinə görə bu Qanunun 51.1-сi maddəsində göstərilən şəxslərə müvafiq məlumatın çatdırılması məqsədilə inzibati orqan müxtəlif rabitə vasitələrindən istifadə edə bilər. 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Göründüyü kimi, qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi və ümumiyyətlə inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah edilməsi və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur. İşdən görünür ki, сavabdehin mübahisəli sərənсamı qəbul edilən inzibati iсraat Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Azərbaycan Respublikası Nazirlər Kabinetindən Rayon İcra Hakimiyyətinə daxil olmuş məktubu əsasında başlanılmış, qəbul olunması nəzərdə tutulan inzibati aktın iddiaçının hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəсəyi açıq və aydın olsa da, сavabdehin onun inzibati iсraatda iştirakını təmin etmək üçün xəbərdar etməsi, hüquq və vəzifələrinin izah etməsi, bununla bağlı ona məlumatın çatdırılması məqsədilə rabitə vasitələrindən istifadə etməsi heç bir sübutla təsdiq olunmur. Məhkəmə müəyyən etdi ki, həmin məktub verilərkən məktubun məzmununda qeyd edilənlərin həqiqətə uyğun olub-olmaması cavabdeh inzibati orqan tərəfindən araşdırılmamış, 10 iyul 2013-cü il tarixli, 127 saylı sərəncamla iddiaçıya iki kənddə ayrıayrı ərazilərdə yerləşən və ayrı-ayrı çıxarışlarla rəsmiləşdirilmiş, beş hissədən ibarət ümumilikdə 80,30 ha torpaq sahəsinin məhz hansı hissəsində qanundan kənarlaşmanın baş verdiyi və ümumiyyətlə belə kənarlaşmanın mövcudluğu müəyyən edilməmiş, həmçinin, kənarlaşmanın iddiaçıya ayrılmış beş ərazinin birində aşkar edildiyi halda, onun qalan dörd sahədən istifadə hüququna xitam verilməsinin hüquqi əsasları göstərilməmiş, həmin məktubda və daha sonra mübahisələndirilən sərəncamda göstərilən dəlillərlə bağlı iddiaçının özü və ya nümayəndəsi çağrılaraq dinlənilməmiş, iddiaçıdan həmin dəlillərə dair sübutlar tələb edilməmiş, iddiaçının iştirakı ilə torpaq sahəsinə baxış keçirilməmiş və həmin məktub əsasında qəbul edilmiş inzibati akt vaxtında ona təqdim edilməmişdir. Məhkəmə tərəfindən tələb olunmasına baxmayaraq hazırda mübahisələndirilən inzibati aktın qəbul edilməsi zamanı “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun yuxarıda qeyd edilən tələblərinə (proseduruna) əməl olunmasına dair hər hansı sənəd (sübut) və məlumat cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, məhkəmənin qənaətinə görə ümumiyyətlə iddiaçının icarə müqaviləsinin şərtlərinə əməl edib-etməməsi (torpaq sahəsini təyinatı üzrə istifadə edibetməməsi) ayrıca məhkəmə mübahisəsinin (mülki məhkəmə icraatı qaydasında baxılmalı olan) predmeti olduğundan cavabdehin mübahisələndirilən sərəncamla iddiaçının torpaqdan istifadə hüququna xitam vermək səlahiyyəti olmamışdır. Belə ki, Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinin 4-cü abzasına əsasən torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə, torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna xitam verilir. Həmin Məcəllənin 75-ci maddəsinin 1-ci bəndinə görə, bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, 11-ci abzasında nəzərdə tutulmuş halda torpaq üzərində mülkiyyət və icarə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əvəzsiz istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatəti üzrə məhkəmə tərəfindən, qalan abzaslarda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verir. Qeyd edilən normadan göründüyü kimi, torpaq sahəsi üzərində olan daimi istifadə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən xitam verilməsi nəzərdə tutulmuşdur ki, hazirki işdə də torpaq sahəsi iddiaçının daimi istifadəsinə yox, müddətli icarəsinə verilmişdir. Məhkəmə qeyd edir ki, Torpaq Məcəlləsinin 73-cü maddəsinin birinci bəndinin mübahisələndirilən inzibati aktda istinad olunan digər normaları (torpaq sahəsindən təyinatı üzrə istifadə etməmə və s.) üzrə də iddiaçının torpaq sahəsi üzərində olan hüququna xitam verilməsi barədə qərar qəbul etmək səlahiyyətinin bilavasitə cavabdehdə olması, həmin Məcəlləsinin 73 və 75-ci maddələrindən, eləcə də “Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 06 mart 2000-ci il tarixli, 291 nömrəli Fərmanından görünmür. Eyni zamanda, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 01 nömrəli icarə müqaviləsinin 2.14-cü bəndinə görə tərəflərdən hər hansı biri bu müqavilədə göstərilmiş öhdəlikləri pozduqda o biri tərəf “...müvafiq orqanlar və ya məhkəmə qaydasında iddia qaldırır. Mülki Məcəllənin 713-cü maddəsinə əsasən, əgər icarəçinin icarəyə götürdüyü torpaqdan istifadəsi müqavilə şərtlərinə uyğun gəlmirsə və icarəyə verənin xəbərdarlığına baxmayaraq, o, bu cür istifadəni davam etdirirsə, icarəyə verən icarəçinin öz müqavilə vəzifələrini icra etməməsi barədə iddia verə bilər, bunun nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər və (və ya) xəbərdarlıq müddətini gözləmədən müqaviləni ləğv edə bilər. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə əsasən, torpaq icarəsi müqaviləsinin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı Azərbaycan Respublikasının qanunvericiliyində və müqavilədə nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. Həmin Qanunun 31-ci maddəsinə əsasən, torpaqların icarəyə verilməsi, istifadəsi, müqavilənin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı ilə əlaqədar mübahisəli məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll olunur. Beləliklə, sadalanan normalara əsasən, cavabdeh mübahisələndirilən inzibati aktda göstərilən əsaslar üzrə iddiaçının torpaq üzərində olan müvafiq hüququna xitam verilməsi üçün işə mahiyyəti üzrə baxılıb qərar çıxarılmadan (hüquqi nəticə əldə edilmədən) səlahiyyətlə bağlı qanunvericiliyin təsbit etdiyi qaydaları pozmuş və məhkəmə araşdırmasi zamanı bunun əksini sübut edə bilməmişdir. Belə olan halda isə mübahisələndirilən inzibati akt müvafiq səlahiyyətə malik olmayan inzibati orqan tərəfindən qəbul edilmiş sayılır ki, bu hal da özü-özülüyündə həmin inzibati aktın qanunsuz sayılaraq, ləğv olunmasına əsas verir. Həmçinin, qeyd olunmalıdır ki, mübahisələndirilən sərəncam cavabdeh tərəfindən əsaslandırılmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinin tələblərinə görə: 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Məhkəmə hesab edir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə qoyulan tərəf kimi cavabdeh tərəfindən mübahisəli inzibati aktın qəbuluna əsas olmuş faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «X5rşı» iş üzrə xx.xx.2005-сi il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə 1 saylı Protokolun 1-сi maddəsi, ilk növbədə və xüsusən tələb edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət orqanının müdaxiləsi qanuni əsasa malik olsun. Demokratik сəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinin tərkib hissəsidir (§71). Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, cavabdehin mübahisəli inzibati aktı qanuna ziddir və bunun nəticəsində iddiaçının hüquqları pozulmuşdur. İPM-in 14.1-ci maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edə bilər. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, İmişli Rayon İcra Hakimiyyəti başçısının 15 aprel 2022-ci il tarixli, 102 nömrəli sərəncamı ləğv edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2.1-ci, 4.1-ci, 14-ci, 23.1-ci, 32-ci, 58.7-ci, 62-ci, 68 – 69-cu, 70-ci, 75-ci, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. İmişli Rayon İcra Hakimiyyəti başçısının 15 aprel 2022-ci il tarixli, 102 nömrəli sərəncamı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər.
Hakim: Fehruz Abbasov