Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № e-2-1(120)-578/2021 31.05.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı və onun vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “N nömrəli hərbi hissənin N84N-ci XN maddi-texniki təminat üzrə müavini vəzifəsinə təyin edilməsi barədə" cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirinin 17 dekabr N0N0-ci il tarixli 01307 nömrəli əmrinin ləğv edilməsi və İddiaçı N nömrəli hərbi hissənin Əməliyyat bölməsi (Q3) rəisinin qərargahın planlaşdırma fəaliyyəti üzrə müavini vəzifəsindən ehtiyata buraxılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyən etdi Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “17.1N.N0N0ci il tarixli, 01307 nömrəli əmrin ləğv edilməsi və N nömrəli hərbi hissənin əməliyyat bölməsi rəisinin qərargahın planlaşdırma fəaliyyəti üzrə müavini vəzifəsindən ehtiyata buraxılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin NN aprel N0N1-ci il tarixli, N-1(1N0)-578/N0N1 saylı qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “17.1N.N0N0-ci il tarixli, 01307 nömrəli əmrin ləğv edilməsi və N nömrəli hərbi hissənin əməliyyat bölməsi rəisinin qərargahın planlaşdırma fəaliyyəti üzrə müavini vəzifəsindən ehtiyata buraxılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İddiaçının iddia tələbi aşağıdakı qaydada əsaslandırılmışdır: “cavadeh Azərbaycan Respublikasının Müdafiə Nazirinin birinci müavini SQ Baş Qərargah rəisinin 31 mart N0N0-ci il tarixli 0159 nömrəli əmri ilə N nömrəli hərbi hissənin Əməliyyat bölməsi (Q3) rəisinin qərargahın planlaşdırma fəaliyyəti üzrə müavini vəzifəsinə təyin edilmişdir. İddiaçı həmin vəzifədə xidmət etdiyi dövrdə, yəni N iyul N0N0-ci il tarixində N nömrəli hərbi hissə komandirinin müavininə komanda üzrə raportla müraciət edərək, N0 (iyirmi) ildən çox zabit kimi xidmət etdiyini nəzərə alaraq, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) əsasən Silahlı Qüvvələrdən ehtiyata buraxılmasını xahiş etmişdir. Raport hərbi hissənin kargüzarlığında N iyul N0N0-ci il tarixində 5478 daxil olma nömrəsi ilə qeydiyyata alınmışdır. N nömrəli hərbi hissə komandirinin müavini (Elşən Zeynalov) sözügedən raport əsasında komanda üzrə N nömrəli hərbi hissə komandirinə vəsasət qaldırılmışdır. Lakin iddiaçının N iyul N0N0-ci il tarixli raportu cavablandırılmamış, qaldırılan məsələ həll edilməmişdir. İddiaçı cavabdeh AR Müdafiə Nazirliyinin 17 dekabr N0N0-ci il tarixli 01307 nömrəli əmri ilə aşağı vəzifəyə - N nömrəli hərbi hissənin N84N-ci XN maddi-texniki təminat üzrə müavini vəzifəsinə təyin edilmişdir. Eyni zamanda iddiaçının atası Şəmsəddin Teymurov oğlunun (iddiaçının) ehtiyata buraxılmasına köməklik edilməsi məqsədilə AR Müdafiə Nazirinə teleqram göndərmişdir. İddiaçının atası Şəmsəddin Teymurova ünvanlanmış N nömrəli hərbi hissənin N avqust N0N0-ci il tarixli 4117 nömrəli məktubunda aşağıdakılar qeyd edilmişdir: “Sizin Azərbaycan Respublikası Müdafiə nazirinə ünvanladığınız teleqrama N nömrəli hissədə baxılmışdır. Məlumat üçün bildirirk ki, oğlunuz mayor İddiaçı ordu sıralarından ehtiyata buraxılması məsələsinə baxılacaqdır.” İddiaçının qeyd edilən başqa (aşağı) vəzifəyə təyin edilməsi barədə hazırkı iş üzrə mübahisləndirilən inzibati akt olan əmr haqqında məlumatları özündə əks etdirən N nömrəli hərbi hissə komandirinin N yanvar N0N1-ci il tarixli 13 nömrəli nizami hissə üzrə əmrindən çıxarış elə həmin tarixdə iddiaçıya təqdim edilmiş (verilmiş) və yeni xidmət yerinə göndərilməsi barədə təyinat vərəqəsi verilmişdir. Cavabdehin mübahisələndirilən inzibati aktı olan 17 dekabr N0N0-ci il tarixli 01307 nömrəli əmri N nömrəli hərbi hissə tərəfindən məxfi olması bildirilmiş və iddiaçıya surəti verilməmişdir. İddiaçı tərəfindən yazılan raporta münasibətdə cavabdehin hərəkətsiz qalmasına və iddiaçını aşağı vəzifəyə təyin edilməsinə görə hesab edirik ki, iddiaçının qanunvericiliklə nəzərdə tutulmuş müraciət etmə və ehtiyata buraxılma hüquqları cavabdeh tərəfindən pozulmuşdur. Belə ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunun 40.3-cü maddəsinə əsasən zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «j» bəndinə əsasən hərbi qulluqçular öz arzusu ilə - yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsi”nin 6-cı bəndinə əsasən hərbi qulluqçu xidmət məsələlərinə dair özünün bilavasitə rəisinə və ancaq onun icazəsi ilə komanda üzrə daha böyük rəisə, şəxsi məsələlərə dair, bir qayda olaraq, özünün bilavasitə rəisinə, xüsusi hallarda isə böyük rəisə müraciət edə bilər. Hərbi qulluqçu rəisə yazılı surətdə müraciət etdikdə, raportu yalnız komanda üzrə verə bilər. İşin faktiki hallarından aydın olur ki, iddiaçı, hərbi qulluqçu olmaqla, zabit heyəti vəzifələrində təqvim hesabı ilə 10 ildən artıq (N1 ilə yaxın) xidmət etməsini əsas tutaraq öz arzusu ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılması barədə N iyul N0N0ci il tarixli raportla müraciət etməsinə baxmayaraq, onun müraciətinə qanunla müəyyən olunmuş müddət ərizndə baxılmamış, bununla bağlı iddiaçıya hər hansı cavab verilməmiş, onun raportundan sonra 17 dekabr N0N0-ci il tarixli 01307 saylı əmrlə aşağı vəzifəyə təyin olunmuşdur. “Hərbi vəzifə və hərbi xidmət häqqinda" Azərbaycan Respublikası Qanununun 41.0.9-cu maddəsinə, habelə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "j" bəndinə əsasən, yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər öz arzusu ilə Azərbaycan RespublikasıSilahlıQüvvələrindan ehtiyata buraxılırlar. "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 155-ci maddəsinin "b" bəndində əsasən, hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması bu Əsasnamənin 156-159-cu maddələrindən birinin nəzərdə tutduğu əsasla icra edilir. Həmin Əsasnamənin 159-cu maddəsinə əsasən hərbi qulluqçular bu Əsasnamənin 156-160-cı maddələrində göstərilən əsasla, həmin orqanların, idarə və təşkilatların təqdimatı ilə həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılırlar. Həmin Əsasnamənin 156-160-cı maddələrinin müəyyən etdiyi qaydalar əsasən, 156-cı maddəsinin müəyyən etdiyi əsasa görə hərbi qulluqçunun ehtiyata buraxılması zamanı hərbi qulluqçunun xidmət etdiyi təşkilatın (komandanlığının) müvafiq icra hakimiyyəti orqanına təqdimat verməkdən, eyni zamanda həmin təqdimat əsasında isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən onu ehtiyata buraxılmasından imtina etmək hüququ nəzərdə tutulmamışdır. Göründüyü kimi, qanunvericiliyin qeyd olunan normasında yuxarı komandanlığın hərbi qulluqçunu ehtiyata buraxmamaq kimi diskression səlahiyyətləri müəyyən edilməmişdir. Digər tərəfdən, «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 169-cu maddəsinə əsasən, hərbi və ya alternativ xidmətdən buraxılmış, habelə həqiqi hərbi xidmətə çağırışdan azad edilmiş hərbi qulluqçular (xəstəliyə görə həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız sayılanlardan başqa) ehtiyata keçirilirlər. Belə olan halda, cavabdeh Nazirliyin iddiaçının vəsatətinə dair hərəkətsizliyi, habelə onun aşağı vəzifəyə keçirilməsi haqqında əmri əsassız və qanunsuz olduğundan, iddiaçının iddia tələbi isə əsaslı və qanuni olduğundan, həmin tələb məhkəmə tərəfindən təmin edilməlidir. Həmçinin hesab edirik ki, İddiaçı N iyul N0N0-ci il tarixdə müraciət etdiyi zaman N nömrəli hərbi hissənin Əməliyyat bölməsi (Q3) rəisinin qərargahın planlaşdırma fəaliyyəti üzrə müavini vəzifəsində xidmət etdiyindən, iddiaçının qeyd olunan vəzifə ilə ehtiyata buraxılması cavabdeh AR Müdafiə Nazirliyinə həvalə edilməlidir. İddiaçının tələbi üzrə formalaşmış məhkəmə təcrübəsinə məhkəmənin diqqətini cəlb etməyi zəruri hesab edirik. Belə ki, iddiaçının tələbi ilə eyniyət təşkil edən və cavabdeh AR Müdafiə Nazirliyinə qarşı olan iş üzrə AR Ali Məhkəməsinin 11 sentyabr N-1(10N)-1819/N018 nömrəli qərarını məhkəməyə təqdim etməklə, məhkəmənin nəzərinə çatdırırıq ki, həmin iş üzrə iddiaçının tələbi təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsi və AR Ali Məhkəməsi tərəfindən qərar dəyişdirilmədən qüvvədə saxlanmış, müvafiq olaraq cavabdehin apellyasiya və kassasiya şikayəti təmin edilməmişdir”. Qeyd olunanlara əsasən iddiaçının N nömrəli hərbi hissənin N84N-ci XN madditexniki təminat üzrə müavini vəzifəsinə təyin edilməsi barədə" cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirinin 17 dekabr N0N0-ci il tarixli 01307 nömrəli əmrinin ləğv edilməsi və İddiaçı N nömrəli hərbi hissənin Əməliyyat bölməsi (Q3) rəisinin qərargahın planlaşdırma fəaliyyəti üzrə müavini vəzifəsindən ehtiyata buraxılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunmuşdur. Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş iddiaçının vəkili Nümayəndə məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 6N.3-cü maddəsinə əsasən məhkəmə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan 07.07.N0N0-ci il tarixli raportdan görünür ki, Əməliyyat bölməsi (Q3) rəisinin qərargahın planlaşdırma fəaliyyəti üzrə müavini İddiaçı (iddiaçı) N nömrəli hərbi hissə komandirinin müavininə raportla müraciət edərək, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. Həmin raportdan görünür ki, N nömrəli hərbi hissə komandirinin müavini (Elşən Zeynalov) sözügedən raport əsasında komanda üzrə N nömrəli hərbi hissə komandirinə vəsatət qaldırılmışdır. İşdə olan 07.07.N0N0-ci il tarixli Söhbət vərəqindən görünür ki, İddiaçı ilə iki dəfə söhbət aparılmış və o, həm birinci həm də ikinci söhbət zamanı “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "j" bəndinə (öz arzusu ilə) müvafiq olaraq ehtiyata buraxılmasına razılıq vermişdir və həmin əsasla ehtiyata buraxılmasına köməklik göstərilməsini xahiş etmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 17 dekabr N0N0-ci il tarixli, 01307 nömrəli əmrindən çıxarışda aşağıdakılar qeyd olunmuşdur: “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 78-ci maddəsinin “b” bəndinə (bərabər vəzifəyə) müvafiq olaraq, aşağıda adları çəkilən zabitlər tutduqları vəzifələrdən azad edilsinlər və təyin edilsinlər: 9. Mayor İddiaçı, 191-ci Dağ-Atıcı briqadasının (191 №-li hərbi hissə) Əməliyyat bölməsi (Q3) rəisinin qərargahın planlaşdırma fəaliyyəti üzrə müavini N84-cü atıcı motoatıcı briqadanın (N84 №-li hərbi hissə) N84N-ci XN Maddi-Texniki Təminat üzrə müavini İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N yanvar N0N1-ci il tarixli, 13 nömrəli əmrindən çıxarışda aşağıdakılar qeyd olunmuşdur: Mayor İddiaçı, N nömrəli hərbi hissənin Əməliyyat bölməsi (Q3) rəisinin qərargahın planlaşdırma fəaliyyəti üzrə müavini, Azərbaycan Respublikası Müdafiə Nazirinin 17 dekabr N0N0-ci il tarixli 01307 nömrəli əmrinə əsasən N nömrəli hərbi hissənin N84N-ci XN maddi-texniki təminat üzrə müavini vəzifəsinə təyin edilmiş, işlərini və vəzifəsini təhvil vermiş hesab edilsin, N yanvar N0N1-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılsın, xidmətini davam etdirmək üçün Zəngilan rayonu, N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilsin. Mayor İddiaçı N0N1-ci ilin yanvar ayındakı xidmətinə görə Azərbaycan Respublikası Müdafiə nazirinin 19 oktyabr N017-ci il tarixli NN nömrəli qərarının N7-ci maddəsinin bütün tələblərini rəhbər tutaraq birdəfəlik pul mükafatını almağa layiqdir. Mayor İddiaçı N0N1-ci il üçün nəzərdə tutulmuş maddi yardım ödənilməyib. N0N1-ci ilin növbəti məzuniyyətindən istifadə etməyib, 1 (bir) aylıq vəzifə maaşı məbləğində əlavə pul təminatı ödənilməyib. Əsas: Azərbaycan Respublikası Müdafiə Nazirinin 17 dekabr N0N0-ci il tarixli 01307 nömrəli əmrindən çıxarış. İşdə olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin 05.0N.N0N1-ci il tarixli, N43ş/h nömrəli əmrində aşağıdakılar qeyd olunmuşdur: Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyası (N0N7 №-li h/h) üzrə Dövlət Sərhəd Xidməti rəisinin sərəncamında olan adları aşağıda qeyd olunan hərbi qulluqçular göstərilən vəzifələrə təyin edilsinlər: Mayor İddiaçı, çevik hərəkət taboru komandirinin maddi-texniki təminat üzrə müavininin vəzifəsinə. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hüquq İdarəsinin məhkəməyə göndərdiyi NN.04.N0N1-ci il tarixli, 11/18N5 nömrəli etirazında qeyd edilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrin ləğvi və əvvəllər tutduğu vəzifədən ehtiyata buraxılması barədə əmrin verilməsi” tələbinə dair iddia ərizəsini qəbul etmirik, hesab edirik ki, iddia ərizəsi əsassızdır və aşağıdakı səbəblərə görə təmin oluna bilməz. İddiaçı iddia ərizəsində onun N nömrəli hərbi hissəyə aşağı vəzifəyə təyin olunması barədə göstərdikləri əsassızdır. Çünki, İddiaçı aşağı deyil (Əsas: Azərbaycan Respublikası Müdafiə nazirinin 17.1N.N0N0-ci il tarixli 01307 nömrəli əmri) xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissəyə bərabər vəzifəyə təyin olunmuşdur. Bu da “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 78-ci maddəsinə əsasən həyata keçirilib. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 78.b bəndinə uyğun olaraq hərbi qulluqçuların bərabər vəzifələrə - xidməti zərurət olduqda, xidmət müddəti müəyyən edilmiş yerlərdə planlı əvəzetmə aparılarkən, eləcə də hərbi qulluqçulardan daha məqsədəuyğun şəkildə istifadə etmək üçün xidmət yerinin dəyişilməsi həyata keçirilir. Həmin Əsasnamənin 84-cü maddəsinə əsasən: “Hərbi qulluqçular həqiqi hərbi xidməti davam etdirmək üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrindən - Silahlı Qüvvələrin şəxsi heyət siyahılarından çıxarılmaqla Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə və əksinə ezam oluna bilərlər.” AR İPM-nin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.N-ci maddəsini rəhbər tutaraq, məhkəmədən xahiş edirəm: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrin ləğvi və əvvəllər tutduğu vəzifədən ehtiyata buraxılması barədə əmrin verilməsi” tələbinə dair iddia ərizəsini təmin etməyəsiniz və mümkünsüz sayılması barədə qərardad qəbul edəsiniz. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin iddiaçıya ünvanladığı 15.04.N0N1-ci il tarixli, 1/T-9459 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının müdafiə nazirinə ünvanladığınız ərizəyə (Dövlət Sərhəd Xidmətindən Azərbaycan Ordusuna qaytarılmağınız barədə) Müdafiə Nazirliyi” Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsində baxılmışdır. Məlumat üçün bildirirəm ki, Dövlət Sərhəd Xidmətinə ezam olunmuş hərbi qulluqçuların hüquq və qanuni mənafelərinin qorunması Müdafiə Nazirliyinin rəhbərliyinin prioriteti hesab olunur. Bu baxımdan həmin şəxslərin Dövlət Sərhəd Xidmətinin tərkibində müəyyən müddət xidmət etdikdən sonra Azərbaycan Ordusuna qaytarılması məsələsinə baxılacaqdır. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin “N0N1-ci il 1779 və 3N58 nömrəli daxil olan sənədlərin icrası” barədə 06.05.N0N1-ci il tarixli, 1/15N6 nömrəli məktubunda qeyd edilmişdir ki, sizin, müvafiq məktublarınıza cavab olaraq bildirirəm ki, mayor İddiaçı N004-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini, N005-ci ildə Silahlı Qüvvələrinin Təlim və X3 ixtisas kursunu motoatıcı ixtisası üzrə bitirmişdir. N3.06.N005-ci il tarixdən 01.05.N008-ci il tarixədək N17 nömrəli hərbi hissənin N175-ci motoatıcı taborunun motoatıcı bölüyünün motoatıcı taqımının komandiri, 01.05.N008-ci il tarixdən N0.05.N010-cu il tarixədək N17 nömrəli hərbi hissənin N176-cı motoatıcı taborunun motoatıcı bölüyünün motoatıcı taqımının komandiri, N0.05.N010-cu il tarixdən N1.10.N011-ci il tarixədək N16 nömrəli hərbi hissənin N163-cü motoatıcı taborunun motoatıcı bölüyünün motoatıcı taqımının komandiri, N1.10.N011-ci il tarixdən N5.1N.N01N-ci il tarixədək N16 nömrəli hərbi hissənin N166-cı motoatıcı taborunun motoatıcı bölüyünün motoatıcı taqımının komandiri, N5.1N.N01N-ci il tarixdən 18.06.N013-cü il tarixədək N16 nömrəli hərbi hissənin N164-cü motoatıcı taborunun qərargah bölüyünün komandiri, 18.06.N013-cü il tarixdən 14.01.N014-cü il tarixədək N nömrəli hərbi hissənin 0503-cü motoatıcı taborunun qərargah bölüyünün komandiri, 14.01.N014-cü il tarixdən N3.05.N016-cı il tarixədək N nömrəli hərbi hissənin 050N-ci motoatıcı taborunun qərargah bölüyünün komandiri, N3.05.N016-cı il tarixdən 17.07.N017ci il tarixədək N15 nömrəli hərbi hissənin N151-ci mexanikləşdirilmiş tabor komandirinin maddi-texniki təminat üzrə müavini, 17.07.N017-ci il tarixdən 10.09.N018-ci il rarixədək N15 nömrəli hərbi hissənin N151-ci mexanikləşdirilmiş tabor komandirinin müavini, 10.09.N018-ci il tarixdən 1N.10.N019-cu il tarixədək N16 nömrəli hərbi hissənin Madditexniki təminat bölüyünün komandiri, 1N.10.N019-cu il tarixdən 31.03.N0N0-ci il tarixədək 9NN nömrəli hərbi hissənin Maddi-texniki təminat bölüyünün komandiri, 31.03.N0N0-ci il tarixdən 17.1N.N0N0-ci il tarixədək N nömrəli hərbi hissənin Əməliyyat bölməsi (Q3) rəisinin qərargahın planlaşdırma fəaliyyəti üzrə müavini, 17.1N.N0N0-ci il tarixdən 05.01.N0N1-ci il tarixədək N nömrəli hərbi hissənin N84N-ci XN maddi-texniki təminat üzrə müavini vəzifələrində xidmət etmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 84-cü maddəsinə əsasən, mayor İddiaçı Azərbaycan Respublikası müdafiə nazirinin 05.01.N0N1-ci il tarixli 0N0 nömrəli şəxsi heyət üzrə əmrinə müvafiq olaraq, 7 yanvar N0N1-ci il tarixdən Azərbaycan Ordusunun şəxsi heyətinin siyahısından çıxarılmaqla həqiqi hərbi xidmətini davam etdirmək üçün Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin sərəncamına ezam olunmuşdur. İş materiallarında olan təqdimatının əsaslandırılması və nəticə hissəsində qeyd olunmuşdur ki, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə"nin 78-ci maddəsinə müvafiq olaraq, müvafiq vəzifəyə təyin olunması üçün təqdim olunur. Mayor İddiaçı, 31.03.N0N0-cı ıl tarixdən N nömrəli hərbi hissədə Əməliyyat bölməsi (Q3) rəisinin qərargahın planlaşdırma fəaliyyəti üzrə müavini vəzifəsində xidmət edir. Xidmət etdiyi müddət ərzində özünü intizamlı, bacarıqlı, təcrübəli və işgüzar bir zabit kimi göstərməyə çalışmışdır. Özünün və tabeliyində olanların döyüş hazırlığının, mənəvi və işgüzar keyfiyyətlərinin artırılması üçün çalışır. Göstərilən qüsur və nöqsanlara düzgün münasibət bəsləyir və onları vaxtında aradan qaldırmağa səy göstərir. Dövlət sirrini qorumağı bacarır, fiziki cəhətdən sağlamdır, mənəvi cəhətdən safdır. Yuxanda göstərilənləri nəzərə alaraq mayor İddiaçı başqa hərbi hissədə müvafiq vəzifəyə təyin olunmasını məqsədəuyğun hesab edirəm. Nəticə: Tutduğu vəzifəyə uyğundur. Başqa hərbi hissədə müvafiq vəzifəyə təyin olunması barədə vəsatət qaldırıram. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirinin birinci müavini SQ Baş Qərargah rəisinin 31 mart N0N0-ci il tarixli 0159 nömrəli əmri ilə N nömrəli hərbi hissənin Əməliyyat bölməsi (Q3) rəisinin qərargahın planlaşdırma fəaliyyəti üzrə müavini vəzifəsinə təyin edilmişdir. İddiaçı həmin vəzifədə xidmət etdiyi dövrdə, yəni N iyul N0N0-ci il tarixində N nömrəli hərbi hissə komandirinin müavininə komanda üzrə raportla müraciət edərək, N0 (iyirmi) ildən çox zabit kimi xidmət etdiyini nəzərə alaraq, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) əsasən Silahlı Qüvvələrdən ehtiyata buraxılmasını xahiş etmişdir. Raport hərbi hissənin kargüzarlığında N iyul N0N0-ci il tarixində 5478 daxil olma nömrəsi ilə qeydiyyata alınmışdır. N nömrəli hərbi hissə komandirinin müavini (Elşən Zeynalov) sözügedən raport əsasında komanda üzrə N nömrəli hərbi hissə komandirinə vəsatət qaldırılmışdır. Lakin iddiaçının N iyul N0N0-ci il tarixli raportu cavablandırılmamış, qaldırılan məsələ həll edilməmişdir. İddiaçı cavabdeh AR Müdafiə Nazirliyinin 17 dekabr N0N0-ci il tarixli 01307 nömrəli əmri ilə N nömrəli hərbi hissənin N84N-ci XN maddi-texniki təminat üzrə müavini vəzifəsinə təyin edilmiş və yeni xidmət yerinə göndərilməsi barədə təyinat vərəqəsi verilmişdir. Daha sonra (işin məhkəmənin icraatında olduğu zaman) əldə edilmiş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin 05.0N.N0N1-ci il tarixli, N43ş/h nömrəli əmrindən çıxarışından görünür ki, Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyası (N0N7 №-li h/h) üzrə Dövlət Sərhəd Xidməti rəisinin sərəncamında olan İddiaçı çevik hərəkət taboru komandirinin maddi-texniki təminat üzrə müavini vəzifəsinə təyin edilmişdir. Beləliklə də iş materialları ilə müəyyən olunur ki, iddiaçı hərbi qulluqçu olmaqla, zabit heyəti vəzifələrində təqvim hesabı ilə 10 ildən artıq (N1 ilə yaxın) xidmət etməsini əsas tutaraq öz arzusu ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılması barədə N iyul N0N0-ci il tarixli raportla müraciət etmiş, onun müraciətinə qanunla müəyyən olunmuş müddət ərzində baxılmamış, bununla bağlı iddiaçıya hər hansı cavab verilməmiş, onun raportundan sonra 17 dekabr N0N0-ci il tarixli 01307 saylı əmrlə digər vəzifəyə təyin olunmuşdur. Məhkəmə müəyyən etdiyi işin faktiki hallarına aşağıda qeyd edilən hüquq normaları daxilində qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının N5-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Azərbaycan Respublikası Konstitusiyasının N6-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hərbi qulluqçular bu hüquqdan yalnız fərdi qaydada istifadə edə bilərlər. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İPM-in N.N.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), N.N.N-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun N.0.N-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun N.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun N.0.7-ci maddəsinə əsasən diskresion səlahiyyətlər – qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. Həmin Qanunun N.0.10-cu maddəsinə əsasən əlverişli inzibati akt – maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. Həmin Qanunun N.0.11-ci maddəsinə görə əlverişsiz (yükləyici) inzibati akt – maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 41.0.9-cu maddəsinə əsasən ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçulardan yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş xidmət müddətini başa çatdıran, habelə həqiqi hərbi xidmətdə olmadığın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır. Qadınlar və müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular həqiqi hərbi xidmətdə olmağın müddətləri başa çatanadək ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən öz arzuları ilə buraxıla bilər, zabitlər isə, bundan başqa, bir də zabit vəzifələrində beş illik xidmət müddəti başa çatdıqdan sonra öz arzuları ilə buraxıla bilər. Qeyd olunan Qanunun NN-ci maddəsinin birinci hissəsinə əsasən hərbi qulluqçular dövlət orqanlarına, ictimai təşkilatlara və birliklərə, hərbi idarəetmə orqanlarına təkliflər göndərmək, ərizələr vermək, habelə vəzifəli şəxslərin, dövlət orqanlarının, ictimai təşkilatların və birliklərin, hərbi idarəetmə orqanlarının, habelə vətəndaşların (o cümlədən hərbi qulluqçuların) hüquqa zidd hərəkətləri barəsində müəyyən edilmiş qaydada şikayət etmək hüququna malikdirlər. Həmin maddənin ikinci hissəsinə əsasən müəyyən olunmuş təminatın qane etməməsi, hərbi qulluqçular barəsində komandirlərin (rəislərin) və ya başqa hərbi qulluqçuların qanunsuz xidməti sərəncamları (hərəkətləri) barəsində, hərbi-xidmət münasibətlərinin başqa məsələləri barəsində şikayətlər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələrində nəzərdə tutulan qaydada verilir, nəzərdən keçirilir və həll edilir. Hərbi qulluqçular hərbi vəzifəli şəxslərin və hərbi idarə orqanlarının qərar və hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilərlər. Azərbaycan Respublikasının N3 sentyabr 1994-cü il tarixli 887 saylı Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsi»nin 6-cı bəndinə görə hərbi qulluqçu xidmət məsələlərinə dair özünün bilavasitə rəisinə və ancaq onun icazəsi ilə komanda üzrə daha böyük rəisə müraciət edə bilər. Hərbi qulluqçu şəxsi məsələlərə dair, bir qayda olaraq, özünün bilavasitə rəisinə, xüsusi hallarda isə böyük rəisə müraciət edə bilər. Hərbi qulluqçu rəisə yazılı surətdə müraciət etdikdə, raportu yalnız komanda üzrə verə bilər. Hərbi qulluqçu təklif, ərizə və şikayət verdikdə, İntizam nizamnaməsinin müddəalarını rəhbər tutmalıdır. Göründüyü kimi, mövcud qanunvericilik müvafiq vəzifələrdə zabit kimi azı 10 il xidmət etmiş hərbi qulluqçulara öz arzusu ilə ehyitata buraxılması hüququ nəzərdə tutur və qanuna görə bu hüquqa o, şərtsiz və hərbi xidmətdə olmağın son yaş həddinə çatmasa da malikdir. İnzibati mübahisənin məhkəmə araşdırılması ilə məlum olur ki, hazırkı İddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 10 ildən artıq müddət zabit kimi xitmət etmiş hərbi qulluqçu kimi “öz arzusu ilə ehtiyata buraxılması barədə” raportunu N iyul N0N0-ci il tarixdə müvafiq komanda üzrə rəhbərliyinə müraciət etmişdir. Onun həmin tarixədək sonuncu vəzifəsi hərbi hissə komandirinin müavini – ideoloji iş və mənəvipsixoloji təminat bölməsinin rəisi olmuşdur. Sözügedən raport N iyul N0N0-ci il tarixdə hərbi hissə tərəfindən yuxarı komandanlığa göndərilmişdir. Həmin müraciət (raport) araşdırılmadan, yerdəyişmə ilə bağlı özü ilə söhbət aparılmadan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 17 dekabr N0N0-ci il tarixli 01307 nömrəli əmri ilə o, digər vəzifəyə – N nömrəli hərbi hissənin N84N-ci XN maddi-texniki təminat üzrə müavini vəzifəsinə təyin olunmuşdur. Hazırda iddiaçı 17 dekabr N0N0-ci il tarixli əmri mübahisələndirir və öz arzusu ilə ehtiyata buraxılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasını tələb edir. Həmçinin qeyd olunmalıdır ki, iddiaçının 17 dekabr N0N0-ci il tarixdə təyin olunduğu yeni vəzifəsinin təhsil aldığı ixtisası üzrə uzun müddət xidmət etdiyi əvvəlki vəzifəsi ilə uzlaşmasına dair cavabdeh inzibati orqan məhkəmə icraatına hər hansı dəlil və sübut təqdim etməmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 1N-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 13-cü maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun N4.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun N4.N-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının hərbi xidməti Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən və ehtiyatda xidmətdən ibarətdir. Həqiqi hərbi xidmətdə olan vətəndaşlar hərbi qulluqçular, ehtiyatda xidmətdə olanlar isə hərbi vəzifəlilər adlanırlar. Hərbi qulluqçular və hərbi vəzifəlilər Azərbaycan Respublikasının Silahlı Qüvvələrində əsgər, matros, kursant, çavuş, gizir, miçman və zabit kimi hərbi xidmət keçirlər. Əsasnamənin 78-ci maddəsinə əsasən hərbi qulluqçuların xidmət yerinin dəyişilməsi aşağıdakı qaydada həyata keçirilir: a) yuxarı vəzifələrə – xidmət üzrə irəli çəkilmə qaydasında, bərabər vəzifələrə – xidməti zərurət olduqda, xidmət müddəti müəyyən edilmiş yerlərdə planlı əvəzetmə aparılarkən, eləcə də hərbi qulluqçulardan daha məqsədəuyğun şəkildə istifadə etmək üçün, v) tutduğu vəzifədən azad edilməklə təhsil müəssisəsinə daxil olmaqla əlaqədar, eləcə də təhsili bitirdikdən sonra vəzifəyə təyin edildikdə, q) aşağı vəzifələrə – bu Əsasnamənin 81-ci maddəsində nəzərdə tutulmuş əsaslarla. Əsasnamənin 81-ci maddəsinə əsasən hərbi qulluqçuların yuxarı vəzifələrdən aşağı vəzifələrə keçirilmələri aşağıdakı hallarda edilə bilər: a) ştatlar ixtisar olunduqda, b) hərbi-həkim komissiyasının rəyinə müvafiq olaraq səhhətinə görə, v) işgüzar və ya mənəvi keyfiyyətləri nəzərə alınaraq iş həcmi az olan vəzifələrə keçirildikdə, q) Azərbaycan Respublikası Silahlı X1 uyğun olaraq intizam cəzası qaydasında və ya müvafiq hərbi qulluqçular heyəti şərəf məhkəməsinin vəsatətinə əsasən, d) hərbi qulluqçunun razılığı ilə yaşa və ya ailə vəziyyətinə görə. Əsasnamənin 84-cü maddəsinə əsasən hərbi qulluqçular həqiqi hərbi xidməti davam etdirmək üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrindən — Silahlı Qüvvələrin şəxsi heyət siyahılarından çıxarılmaqla Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə və əksinə ezam oluna bilərlər. Hərbi qulluqçuların bu maddəyə uyğun olaraq ezam edilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin rəhbərliyi arasında razılaşmaya görə hərbi qulluqçunun razılığı ilə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) yerinə yetirilir və müvafiq olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və həmin birləşmənin əmrləri ilə rəsmiləşdirilir. Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə görə hərbi qulluqçulardan yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər öz arzusu ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək iddiaçının müraciəti üzrə inzibati icraatla bağlı aşağıdakıları qeyd edir: - cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciəti (raportu) üzrə inzibati icraat aparılmamış, yəni onun “ehtiyata buraxılması” və ya bundan imtina olunması məsələsi araşdırılmamışdır; - iddiaçının 10 ildən artıq zabit kimi xidmət etmiş hərbi qulluqçu kimi Silahlı Qüvvələrdən ehtiyata buraxılması hüququ olduğu halda, müraciətindən xeyli müddət keçdikdən sonra öz razılığı olmadan və ixtisasına, xidmət etdiyi əvvəlki vəzifəsinə uyğun olmayan başqa vəzifəyə (hansı ki, buna əsas olmamışdır) keçirilmişdir. Məhkəmənin qənaəti belədir ki, hazırkı məhkəmə icraatı ilə cavabdeh inzibati orqan Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 11, 1N, 13, 17-ci maddələrinin, eləcə də «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin 84 və 156-cı maddələrinin, «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin tələbləri pozulmuşdur. Bu qənaət ondan irəli gəlir ki, cavabdeh inzibati orqan digər (eyni əsaslarla ehtiyata buraxılmış) hərbi qulluqçulara münasibətdə iddiaçıya fərqli yanaşmaqla, mövcud inzibati praktikadan fərqli davranmaqla, habelə iddiaçının “xidmət vəzifəsinin və ya yerinin dəyişdirilməsi barədə” müraciəti və razılığı olmadığı halda onu digər “ixtisasına uyğun olmayan” başqa vəzifəyə keçirməklə inzibati icraat üzrə sadalanan normalarda təsbit edilmiş “bərabərlik”, “inzibati etimad hüququnun qorunması” və “mütənasiblik” prinsiplərini gözləməmiş, eləcə də «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin 156-cı maddəsinə və «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə zidd olaraq iddiaçının xidmət yeri və vəzifəsinin dəyişdirilməsi barədə əmr – inzibati akt qəbul etmişdir. Cavabdeh tərəfin iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı etirazında göstərilən bəzi xüsusatlarla bağlı isə məhkəmə vurğulayır ki, cavabdehin 17 dekabr N0N0ci il tarixli 01307 saylı əmri iddiaçıya aid hissədə əlverişsiz inzibati akt kimi qəbul olunmasa da, iddiaçının arzuladığı inzibati aktın qəbulundan imtinaya bərabər olan və ona münasibətdə əlverişli vəziyyət yaratmayan aktdır. Bir hala da diqqət yetirilməlidir ki, iddiaçının müvafiq müraciəti (raportu) əsasında 17 dekabr N0N0-ci il tarixli 01307 saylı əmri əmrin qəbulu cavabddeh inzibati orqanın diskresion səlahiyyətlər üzrə qərarın qəbulu kimi qiymətləndirilə bilməz. Digər tərəfdən də iddiaçı 17 dekabr N0N0-ci il tarixli əmri (inzibati aktı) mübahisələndirmək üçün subyektiv hüquqa malikdir, iddia müddətini buraxmadan (əmrin surətinin N yanvar N0N1-ci il tarixdən əvvəlki tarixdə alınması barədə sübut təqdim edilməmişdir) iddia qaldırmışdır. İPM-in 14.1-ci maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Bununla da, məhkəmə hesab edir ki, cavabdehin 17 dekabr N0N0-ci il tarixli 01307 saylı əmri İddiaçı aid hissədə qanunsuz inzibati aktdır və onun qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Odur ki, tələbi həmin hissədə əsaslıdır və cavabdehin 17 dekabr N0N0-ci il tarixli 01307 saylı əmri qismən (iddiaçıya aid hissədə) ləğv olunmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.N-ci maddəsinə əsasən iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İddiaçının tələbinin ikinci hissəsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 17 dekabr N0N0-ci il tarixli 01307 saylı əmr ilə iddiaçının xidmət yeri dəyişdirildikdən sonra o, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin sərəncamına verilmişdir. Nəzərə alsaq ki, iddiaçının “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılması ilə bağlı raportla müraciəti əvvəllər xidmət etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tərkibində olan N nömrəli hərbi hissə komandirinin müavininə olmuşdur, bu zaman həmin müraciətə baxılması da yalnız iddiaçının əvvəlki xidmət yerinə qayıtdıqdan sonra mümkün olacaqdır. Bununla belə məhkəmə qeyd edir ki, iddiaçı əvvəlki xidmət yerinə qayıtdıqdan sonra cavabdeh inzibati orqan onun raportuna “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “j” bəndinin, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 17, N4.1 və N4.N-ci maddələrinin tələbləri tam şəkildə nəzərə alınmaqla, eləcə də «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin 78, 81-ci və 84-cü maddələrində göstərilən halların mövcud olub-olmaması müəyyənləşdirilməklə baxmalı və qərar qəbul etməlidir. Məhkəmənin hüquqi mövqeyi belədir ki, iddiaçının “öz arzusu ilə ehtiyata buraxılma barədə” müraciətinə yalnız onun Azərbaycan Respublikası Müdafiə Nazirliyinin sərəncamına qayıtdıqdan sonra baxılacaq məsələ olduğundan, hazırki mərhələdə tələbin həmin hissəsini təmin etmək mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 5N-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.N-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Beləliklə məhkəmə, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçının N nömrəli hərbi hissənin N84N-ci XN maddi-texniki təminat üzrə müavini vəzifəsinə təyin edilməsi barədə" cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirinin 17 dekabr N0N0-ci il tarixli 01307 nömrəli əmri İddiaçı aid hissədə ləğv edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin N, 33.1, 5N, 68-69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddia qismən təmin edilsin. İddiaçının N nömrəli hərbi hissənin N84N-ci XN maddi-texniki təminat üzrə müavini vəzifəsinə təyin edilməsi barədə" cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirinin 17 dekabr N0N0-ci il tarixli 01307 nömrəli əmri İddiaçı aid hissədə ləğv edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Samir Həsənov
Məhkəmə qərarları › İş №e-2-1(120)-578/2021
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(120)-578/2021
31.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver